Erməni xəyanəti


AZƏRBAYCANIN QƏTĠYYƏTLĠ VƏ ÇEVĠK DĠPLOMATĠYASI



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə10/11
tarix07.09.2017
ölçüsü1,45 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

AZƏRBAYCANIN QƏTĠYYƏTLĠ VƏ ÇEVĠK DĠPLOMATĠYASI 
 
MünaqiĢənin  həllinə  beynəlxalq  səviyyədə  yönəlmiĢ  səylərin  güclənməsi, 
ATƏT-in  Minsk  qrupu  səviyyəsində  danıĢıqların  konkret  həll  formatında 
aparılması  rəsmi  Bakının  mühüm  siyasi-psixoloji  üstünlüyü  kimi  diqqəti  çəkir. 
Cənab  Ġlham  Əliyev  münaqiĢənin  yalnız  Azərbaycanın  ərazi  bütövlüyü  və 
suverenliyi çərçivəsində həllini mümkün saydığını, sülh danıĢıqlarının da yalnız bu 
formatda  aparıla  biləcəyini  qətiyyətlə  vurğulayaraq  bir  daha  aydın  və  qətiyyətli 
mövqe  ortaya  qoymuĢdur.  “...Bizim  tələbimiz  ondan  ibarətdir  ki,  iĢğal  olunmuĢ 
bütün  torpaqlar  heç  bir  Ģərt  qoyulmadan  azad  olunmalıdır.  Düzdür,  əvvəlki 
mərhələlərdə təkliflər ondan ibarət idi ki, 5 rayon azad olunsun. Kəlbəcər və Laçın 
rayonları  qalsın,  gələcək  danıĢıqların  mövzusuna  çevrilsin.  Biz  buna  heç  vaxt 
razılıq  verməmiĢik.  Çünki  biz  heç  vaxt  imkan  verə  bilmərik  ki,  Kəlbəcər  və 
Laçının  Azərbaycana  qaytarılması  hansısa  Ģərtlərlə  uyğunlaĢdırılsın.  Ona  görə 
danıĢıqların  indiki  mərhələsində  ümumi  razılaĢma  var  ki,  7  rayon  iĢğalçı 
qüvvələrdən təmizlənir, Azərbaycana qaytarılır. Əlbəttə, biz baĢa düĢürük ki, bunu 
mərhələli  yolla edə bilərik, amma bu  mərhələ çox uzana bilməz” deyən Prezident 

102 
 
Ġlham  Əliyev  Ermənistanla  aparılan  danıĢıqların  nəticə  verməyəcəyi  təqdirdə 
Azərbaycanın  ərazi  bütövlüyünün  bərpası  üçün  digər  zəruri  vasitələrdən,  konkret 
desək, hərb yolundan istifadə olunması məsələsinin müzakirəyə çıxarılacağını açıq 
bəyan  etmiĢdir.  Bu  qətiyyətli  bəyanatı  ilə  Prezident  Ġlham  Əliyev  Azərbaycandan 
güzəĢt  umanlara  sərt  mesaj  ünvanlamıĢ,  xalqın  heç  zaman  ərazi  itkisi  ilə 
barıĢmayacağını  bir  daha  izhar  etdirmiĢdir.  Sentyabr  ayında  qaçqınların 
problemlərinə həsr olunmuĢ son müĢavirə təsdiqləmiĢdir ki, rəsm Bakı Ermənistan-
Azərbaycan,  Dağlıq  Qarabağ  münaqiĢəsinin  keyfiyyətcə  yeni  mərhələyə 
transformasiyasını və siyasi-hərbi yolla həllini hər an gündəmə gətirə bilər. 
Azərbaycan  iqtidarının  həyata  keçirdiyi  qətiyyətli  və  çevik  diplomatiya 
ölkəmizin  danıĢıqlar  prosesinə  psixoloji-siyasi  üstünlüyünü  təmin  etmiĢdir.  Artıq 
Minsk  Qrupunun  hazırladığı  bütün  həll  variantlarında  Azərbaycanın  ərazi 
bütövlüyünün  önə  çəkilməsi  özlüyündə  Ermənistana  dolayı  təsir  vasitəsi  kimi 
diqqəti  çəkir.  Rəsmi  Yerevan  2004-2007-ci  illərdə  ciddi  diplomatik  təpkilər 
qarĢısında  münaqiĢənin  mərhələli  həlli  ilə  bağlı  müzakirələrə  qatılmağa  məcbur 
olmuĢdur.  Təcavüzkar  dövlətin  “Praqa  prosesi”  yəni  “mərhələli  həll”  modeli 
ətrafında  danıĢıqları  davam  etdirməsi  rəsmi  Bakının  mühüm  diplomatik 
nailiyyətlərindən  biri  kimi  vurğulanmalıdır.  Azərbaycanın  hər  zaman  israr  etdiyi 
yanaĢma - məsələnin mərhələli həlli prinsipi Minsk qrupu tərəfindən dəstəklənir və 
danıĢıqları aparan tərəflər – Ermənistan və Azərbaycan bu prosesin iĢtirakçılarıdır. 
“Praqa  prosesi”  termini,  sadəcə,  “mərhələli  həll”  sözünün  əvəzinə  iĢlədilən, 
erməniləri və Ermənistanı qıcıqlandırmamaq məqsədi daĢıyan diplomatik ibarədir. 
Prezident  Ġlham  Əliyev  həmsədrlərin  iĢtirakı  ilə  keçirilən  danıĢıqların  ərazi 
bütövlüyünü  prinsipi  çərçivəsində  aparılmasını  da  haqlı  olaraq  Azərbaycanın 
mühüm uğuru kimi dəyərləndirir. 
MünaqiĢənin  yalnız  Azərbaycanın  ərazi  bütövlüyü  və  suverenliyi 
formatında  konkret  nəticəyə  gətirib  çıxara  biləcəyini  artıq  təcavüzkar  dövlətin 
radikal  siyasi  dairələri  də  etiraf  edir.  Ermənistan  rəhbərliyində  təmsil  olunmuĢ 
yüksək  vəzifəli  Ģəxslər  bu  ölkənin  Azərbaycanın  ərazi  bütövlüyünü  tanıması 
zəruriliyi  barədə  danıĢır,  arqessiv  ritorikadan  geri  çəkilməyə  baĢlayırlar. 
Ermənistanın  baĢ  naziri,  prezidentliyə  real  namizəd  Serj  Sarkisyan  Avropa 
Birliyinin  Cənubi  Qafqaz  üzrə  xüsusi  nümayəndəsi  Piter  Semnebi  ilə  görüĢündə 
bildirmiĢdir  ki,  Dağlıq  Qarabağ  münaqiĢəsinin  sülh  yolu  ilə  həlli  imkanları 
tükənməmiĢdir. 
Sarkisyanın  sözlərinə  görə,  bunun  üçün  Ermənistanın 
Azərbaycanın  ərazi  bütövlüyünü,  Azərbaycanın  isə  “Dağlıq  Qarabağ  xalqının  öz 
müəddəratını təyin etmə” hüququnu tanıması vacibdir. 

103 
 
Nə qədər qəribə səslənsə belə, Sarkisyanın bu bəyanatı onun Azərbaycanın 
rəsmi  mövqeyi  ilə  hesablaĢdığına  dəlalət  edir.  Əslində,  Azərbaycan  Prezidenti 
Ġlham  Əliyev  Ermənistanın  Azərbaycanın  ərazi  bütövlüyü  və  suverenliyini 
tanıması müqabilində rəsmi Bakının da Dağlıq Qarabağa ən yüksək status verməyə 
hazır  olduğunu  dəfələrlə  bəyan  etmiĢdir.  Dağlıq  Qarabağ  ermənilərinin  öz 
müqəddəratnı  təyinetmə  hüququna  gəlincə,  rəsmi  Bakı  bu  hüquqa  hörmətlə 
yanaĢır.  Milli  özünütəyin  -  öz  müqəddəratını  təyinetmə  prinsipi  hər  bir  xalqın 
beynəlxalq  hüquqda  təsbit  olunmuĢ  müstəsna  hüququdur.  Lakin  beynəlxalq 
normalara  görə,  müstəqil  dövləti  olmayan  xalqlar  da  müəyyən  hüquqi  çərçivədə 
müqəddəratlarını  təyin  etmək  iddiası  ilə  çıxıĢ  edə  bilərlər.  Erməni  xalqının  isə 
müstəqil  dövləti  var  və  bu  baxımdan,  Dağlıq  Qarabağdakı  separatçı  erməni 
rejiminin  belə  bir  iddia  ilə  çıxıĢ  etməsinin  hüquqi-siyasi  əsasları  yoxdur: 
“Azərbaycan  ikinci  erməni  dövlətinin  yaradılmasına  heç  vaxt  razılıq 
verməyəcəkdir.  Dağlıq  Qarabağda  yaĢayan  insanlara,  ermənilərə  və  oraya 
qayıdacaq  azərbaycanlılara  yüksək  özünüidarə  statusu  verilə  bilər.  Bu  barədə  də 
danıĢıqlar zamanı bütün mərhələlərdə - 1990-cı illərdə, indiki zəmanədə dəfələrlə 
Azərbaycan rəhbərliyi öz sözünü demiĢdir. Dünyada və Avropada olan ən yüksək 
muxtariyyət  statusu  öyrənilə  bilər,  -  daha  doğrusu,  biz  buna  hazırıq,  biz  buna 
gedəcəyik və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcə, eyni zamanda, nəhayət, 
bölgədə  sülh  yaranacaq  və  iki  ölkə  arasında  gələcəkdə  münasibətlər  normallaĢa 
bilər”. 
Azərbaycan  Prezidenti  Ġlham  Əliyev  hesab  edir  ki,  Dağlıq  Qarabağ 
ermənilərinin  “öz  müqqəddəratını  təyin  etməsi”  iddiası  reallıqdan  tamamilə 
uzaqdır. Cənab Ġlham Əliyevə görə, SSRĠ dağıldıqdan sonra separatizm postsovet 
məkanında  inanılmaz  dərəcədə  siyasətin  aparıcı  amilinə  çevrilmiĢ,  bəzi  hallarda 
hətta “milli-azadlıq hərəkatı” kimi qondarma və saxta məzmun almıĢdır. Reallıqda 
isə  bu  münaqiĢələrin  kökündə  millətlərin  öz  müqəddəratını  təyin  etməsi  arzusu 
deyil, ərazi ilhaqı, təcavüzkarlıq niyyəti dayanır. 
Ermənistan prezidenti Serj Sarkisyanın son açıqlaması təcavüzkar dövlətdə 
Azərbaycan Prezidentinin mövqeyinin qəbul olunduğunu, realist düĢüncə nümayiĢ 
etdirən,  yaranmıĢ  vəziyyətdən,  beynəlxalq  praktikanın  və  regionda  qüvvələr 
nisbətinin  dəyiĢməsi  reallıqlarından  düzgün  nəticə  çıxaran  siyasətçilərin 
mövqeyinin gücləndiyini göstərir. Serj Sarkisyanın elə həmin görüĢdə “siyasətçilər 
özlərində cəsarət tapıb xalqa həqiqəti deməlidirlər” fikri bir daha bunu sübut edir. 
Bir çox Ermənistan rəsmilərinin mövqeyi, bəyanatları artıq kəskinliyi ilə seçilmir, 
onlar dünya siyasətinin reallıqlarına, uyğun hərəkət etməyə baĢlayıblar. 2008-ci ilə 

104 
 
Ermənistanda  prezident  seçkilərinin  keçiriləcəyini,  ənənəvi  olaraq  seçkilər 
dövründə  Ermənistan  hakimiyyətinin  və  müxalifətinin  Dağlıq  Qarabağ  kartından 
isüfadə etdiyini nəzərə alsaq, təcavüzkar dövlətin siyasətçilərinin və vəziyyətə təsir 
etmək  imkanları  geniĢ  olan  bir  sıra  rəhbər  dairələrin  mövqeyində  dəyiĢikliklərin 
səbəblərini təsəvvür etmək mümkündür. 
Bu, bir daha göstərir ki, Azərbaycanın haqlı və prinsipial mövqeyi getdikcə 
güclənir.  Bu  günə  kimi  Dağlıq  Qarabağ  məsələsi  ilə  bağlı  danıĢıqlar  məhz 
Azərbaycanın ərazi bütövlüyü kontekstində aparılmıĢ və Azərbaycan Prezidentinin, 
diplomatiyasının  səyləri  artıq  bəhrəsini  verməyə  baĢlamıĢdır.  Beynəlxalq  arenada 
Azərbaycanın  mövqeyi  gücləndikcə,  ölkəmizin  haqlı  mövqeyi  daha  geniĢ  dəstək 
qazandıqca,  beynəlxalq  təĢkilatların,  aparıcı  dövlətlərin  Azərbaycanın  ərazi 
bütövlüyünü  tanıyan  bəyanatlarının  sayı  artdıqca,  erməni  lobbisinin  səyləri  iflasa 
uğrayır,  onun  beynəlxalq  arenada,  həmçinin  Ermənistanın  özündəi  ictimai  rəyi 
çaĢdırmaq imkanları tükənir. 
Gözləyirdilər,  amma  yanılmıĢdılar.  Üstəlik,  Terri  Devis  bir  daha 
təsdiqləmiĢdir  ki,  beynəlxalq  birlik  Dağlıq  Qarabağı  Azərbaycanın  iĢğal  altında 
olan torpağı kimi tanıyır və orada keçirilməsi nəzərdə tutulan qondarma “prezident 
seçkiləri” qanunsuzdur. Terri Devis müstəqillik əldə etmiĢ Ġngiltərə müstəmləkələri 
ilə  Qarabağ  arasında  oxĢarlıq  olduğunu  iddia  edən  erməni  siyasətbazlarına 
xatırlatmıĢdır ki, Qarabağ müstəmləkə deyil, Azərbaycanın bir hissəsidir. O, daha 
sonra  əlavə  etmiĢdir  ki,  ölkəsinin  tarixində  “bir  müstəsna  hal  olmuĢdur  -  ġimali 
Ġrlandiyanın BirləĢmiĢ Krallıqdan ayrılmasına imkan verilməmiĢdir”. 
Avropa  ġurasının  BaĢ  katibi  bu  yaxınlarda  demiĢdir:  “Dağlıq  Qarabağ 
münaqiĢəsi  ilə  ATƏT-in  Minsk  qrupu  məĢğuldur,  Avropa  ġurası  bilavasitə  bu 
məsələ ilə məĢğul olmur. 
Bundan  əlavə,  həmin  problemin  ətrafında  çətinliklər  çoxdur.  Regionda  o 
qədər  seçkilər  keçirilir  ki,  münaqiĢənin  tənzimlənməsi  çətinləĢir.  Ermənistanda 
seçkilərin  gediĢində  əldə  edilmiĢ  nisbətən  yaxĢı  nəticələr  bu  məsələnin  həllinə 
müsbət  təsir  göstərə  bilər”.  O,  qondarma  “DQR”-də  keçirilən  seçkiləri  bir  daha 
pisləĢmiĢdir: “Dünya ictimaiyyəti Dağlıq Qarabağı tanımır, o, ayrıca bir ölkə deyil, 
orada keçirilən seçkilər tanınmayıb və tanınmayacaqdır”. 
Görünür, ermənilər Avropa ġurasında hay-küylə nəyəsə nail olmağa qərara 
almıĢlar, belə olmasaydı, onların Yerevanda keçirilmiĢ mətbuat konfransda AĠ-nin 
baĢ katibinə həmlələrini necə izah etmək olar? 
Həmin  mitinqdə  deyilmiĢdir:  “Terri  Devisin  Azərbaycan  neftində  ciddi 
Ģəxsi marağı var, ona görə də Ermənistanda bu cür bəyanatlarla çıxıĢ edir...” 

105 
 
“DQR”  separatçılarının  lideri  də  buna  oxĢar  fikirlər  söyləmiĢdir:  “Terri 
Devisin  bəyanatları  erməni  xalqının  mənafelərinə  uyğun  deyildir”.  Guya 
Ermənistanın  indiki  hakim  dairələrinin  əməlləri,  “özgə  cür  düĢünmək”  hallarının 
qarĢısının  qətiyyətlə  alınması,  yuxarı  eĢelonun  elektrota  münasibətdə  yeritdiyi 
siyasət erməni xalqının  mənafelərinə zidd deyildir. Bəlkə Ermənistanın baĢlıca  və 
çox  güman  ki,  yeganə  həqiqi  düĢmənləri  olan  daĢnakların  öz  ölkəsini  məruz 
qoyduğu regional iqtisadi izolyasiya bu xalqın mənafelərinə uyğundur. 
Ermənistanın baĢ naziri Serj Sarkisyan Qarabağ probleminin tənzimlənməsi 
barədə  erməni  tərəfin  mövqeyini  bu  yaxınlarda  belə  səsləndirmiĢdir:  “Dağlıq 
Qarabağ  xalqının  öz  müqəddəratını  təyin  etmək  hüquqi  beynəlxalq  miqyasda 
tanınmalı və bu hüququn reallaĢdırılması üçün Ģərait yaradılmalıdır. Ermənistan və 
“DQR-ın  müĢtərək  sərhədi  olmalı”  və  “DQR”  əhalisinin  və  onun  sərhədlərinin 
təhlükəsizliyi  təmin  edilməlidir.  Serj  Sarkisyan  bu  məsələdə  erməni  tərəfin 
mövqeyini bəyan edərkən, deyəsən, bir detalı dəqiqləĢdirməyi yaddan çıxarmıĢdır. 
O, “Dağlıq Qarabağ xalqı” dedikdə nəyi nəzərdə tutur? Deyəcəksiniz ki, bu, 
onsuz  da  aydındır.  Haqlısınız,  aydın  olmağına  aydındır,  lakin  hüquqi  qaydalara 
müvafiq  deyildir  -  əlbəttə,  əgər  Serj  Sarkisyanın  bu  anlayıĢlardan,  ümumiyyətlə, 
xəbəri varsa. Bəs öz torpaqlarından, əsrlər boyu ata-babalarına mənsub olmuĢ tarixi 
vətənindən qovulmuĢ azərbaycanlıların hüquqları necə olsun? 
Nədənsə, bu faktı nəzərə almırlar. 
“DQR”  separatçılarının  lideri  Bako  Saakyan  hesab  edir  ki,  bu  qondarma 
“respublikada” iqtisadiyyatın inkiĢaf etdirilməsi onun beynəlxalq birlik tərəfindən 
tanınmasına nail olmağa imkan verər: “Biz yaxĢı baĢa düĢürük ki, iqtisadi cəhətdən 
inkiĢaf  etmiĢ,  səmərəli  idaretmə  sistemi  və  güclü  ordusu  olan  ölkənin  (?) 
sivilizasiyalı  dünyada  ləyaqətlə  təmsil  olunmaq  və  beynəlxalq  birlik  tərəfindən 
tanınmağa  nail  olmaq  Ģansı  çoxdur”.  Görəsən,  hansı  iqtisadiyyatın  inkiĢafından 
söhbət  gedir?  Hərçənd  Saakyan  daha  sonra  əsas  sektor  kimi  kənd  təsərrüfatının 
adını  çəkmiĢdir.  Nə  deyəsən,  tut  arağı  çəkilməsinə  və  ən  baĢlıcası,  bu  məhsulun 
istehlakına görə onlar, həqiqətən birinci yeri tuturlar. 
Bako  Saakyan  dünya  ermənilərinin  “Hayastan”  fondu  tərəfindən  Los-
Ancelesdə  təĢkil  edilmiĢ  təqdimat  mərasimindəki  çıxıĢında  demiĢdir  ki,  Dağlıq 
Qarabağ  heç  vaxt  Azərbaycanın  tərkib  hissəsinə  çevrilməyəcəkdir.  Onun  oraya 
səfərindən  məqsəd  isə  diaspordan  pul  dilənmək  idi:  “Biz  artıq  formalaĢmıĢ 
ənənələri  davam  etdirərək  Arsax  (onlar  Dağlıq  Qarabağı  belə  adlandırırlar)  ilə 
diaspor  arasında  əməkdaĢlığı  müvafiq  səviyyəyə  çatdıra  bilərik.  Əminəm  ki,  biz 
Arsaxın  hər  bir  erməninin  fəxrinə  çevrilməsi,  onun  həmiĢə  müstəqil,  qüdrətli  və 

106 
 
ermənilərinki  olması  üçün  lazım  olan  hər  Ģeyi  birlikdə  edəcəyik”.  Görünür, 
qarĢılıqlı  əməkdaĢlıq  dedikdə  pul  dilənməyi  baĢa  düĢmək  lazımdır:  dünya 
ermənilərinin  “Hayastan”  fondu Ermənistanın və Dağlıq Qarabağın  kəndləri  üçnü 
artıq  1,4  milyon  avro  vəsait  toplanmıĢdır.  Avropa  fonetonunun  (15-18  noyabr) 
nəticələrinə  görə,  1,1  milyon  avro  toplanmıĢdır.  Argentinada  foneton  nəticəsində 
250  min  dollar  yığılmıĢdır.  Bu  da  son  hədd  deyildir.  Valyuta  toplanması  davam 
edir.  Xatırladaq  ki,  2006-cı  il  noyabrın  23-də  keçirilmiĢ  telemarafor  zamanı  13,7 
milyon  dollar  ianə  edilmiĢdir.  Bu  pulların  silah  alınması  və  miskin  bir  görkəm 
alaraq xaricdəki soydaĢlarına əl açan, onların gözlərini yaĢardan, eyni zamanda öz 
separatçılıq hərəkətlərinə azərbaycanlılarla birgə yaĢamağın mümkün olmaması ilə 
bəraət  qazandırmağa  çalıĢan  dünya  miqyaslı  dilənçi  Bako  Saakyanın  arzuladığı 
“güclü ordu” yaradılmasına sərf edilməyəcəyinə heç bir zəmanət yoxdur. 
Ermənistanın  baĢ  naziri  bu  məsələdə  daha  irəli  gedərək,  Qarabağ 
münaqiĢəsinin səbəbini dini amillə izah etmiĢdir. 
“Biz  uzun  müddət  bu  amili  nəzərə  almamağa,  onun  barəsində 
danıĢmamağa,  çalıĢmıĢıq,  özü  də  təkcə  Türkiyə  ilə  münasibətlərdə  deyil,  qonĢu 
Azərbaycanla  münasibətlərdə  də.  Lakin  bizim  istəyimizə  rəğmən,  bu  amil 
mövcuddur  və  o,  kifayət  qədər  sanballı  amildir.  Əgər  bu  məsələyə  minilliklər 
kəsiyində  baxsaq,  bəlkə  də,  bizim  münaqiĢənin  yeganə  səbəbi  dini  amildən 
ibarətdir”.  Bu  sözlər  Serj  Sarkisyanın  “Los  Angeles  Times”  qəzetinin  redaksiya 
Ģurası üzvləri ilə görüĢünün stenoqramından götürülmüĢdür. 
Ermənistanın  baĢ  naziri  sonradan  özünün  bu  sözlərindən  imtina  edərək 
bildirmiĢdir  ki,  onun  dediklərini  düzgün  yazmamıĢlar  ki,  Qarabağ  problemi  dini 
zəminə  malikdir.  Lakin  onun  iddiasına  görə,  Qarabağ  mübarizəsində  dini  amil  də 
vardır. Ermənistandakı bütün kütləvi informasiya vasitələri və ABġ-ın bəzi nəĢrləri 
onun bu sözlərini sitat gətirmiĢdir. Bununla da xoruzun quyruğu göründü. 
“Ġsrail-Azərbaycan” Beynəlxalq Assosiyasının baĢ direktoru Lev Spivak bu 
“problem”  barədə  öz  mövqeyini  belə  səciyyələndirmiĢdir.  “Tolerantlıq”  - 
Azərbaycan xalqının səciyyəvi cəhətdir və bu fikrə yalnız obyektiv informasiyaya 
malik  olmayan  adam  etiraz  edə  bilər.  Statistik  məlumatlara  görə,  Azərbaycanda 
141 xalqın nümayəndələri yaĢayır, onlardan 22-si yığcam halda məskunlaĢmıĢdır. 
Səciyyəvi  haldır  ki,  əsrlər  boyu  etnik  azərbaycanlılarla  yanaĢı  yaĢayan  bu  xalqlar 
assimilyasiyaya  məruz  qalmamıĢdır,  onların  hər  biri  öz  dilini,  ənənələrini, 
mədəniyyətini qoruyub saxlamıĢdır”. 
Ġndi  isə  Azərbaycan  dağ  yəhudiləri  icmasının  sədri  Semyon  Ġxilovun  bu 
barədə  fikirləri  ilə  tanıĢ  olun:  “Bizdə  tolerantlıq  o  qədər  yüksəkdir  ki,  o,  bütün 

107 
 
dünya  üçün  nümunədir.  Dinlərarası  münaqiĢələrə  gəldikdə  isə,  mən  bu  yaĢımda 
Azərbaycanda  belə  münaqiĢələr  olmasını  xatırlamıram.  Necə  demək  olar  ki, 
Azərbaycanda hansısa bir dinə təzyiq göstərilir? Məgər bu həqiqətdir? Hamımızın 
yaxĢı yadındar ki, ermənilər burada hamıdan yaxĢı yaĢayırdılar: Onların Bakının ən 
yaxĢı  rayonlarındakı  ən  yaxĢı  mənzillərdə  yaĢayır,  idarəetmə  orqanlarında, 
tikintidə, xidmətlər sahəsində, iri sexlərdə rəhbər vəzifələr tuturdular...” 
Noyabrın 16-da Bakıda Beynəlxalq tolerantlıq gününə həsr edilmiĢ konfrans 
keçirilmiĢdir. 
Qafqaz  Müsəlmanları  Ġdarəsinin  sədri  A.PaĢazadə  öz  çıxıĢında  demiĢdir, 
“Etnik və dini cəhətdən rəngarəng dövlət olan ölkəmizdə azərbaycanlılarla yanaĢı, 
müxtəlif  baĢqa  millətlərin  nümayəndələri  də  əsrlər  boyu  yaĢamıĢlar.  Son  günlər 
Ermənistanın rəhbər dairələri Qarabağ probleminin guya din amili ilə bağlı olması 
barədə  tamamilə  cəfəng  sərsəm  fikirlərə  söyləyirlər”.  A.PaĢazadə  ermənilərin  bu 
məkrli  hərəkətlərinə  katolikos  I  Vazgenin  sözləri  ilə  cavab  vermiĢdir:  “Qarabağ 
münaqiĢəsinin  dinlərarası  konflikt  kimi  təqdim  olunması  cəhdləri  qəti 
yolverilməzdir və bunu edənlər Yaradan qarĢısında ən ağır günah iĢlətmiĢ olurlar”. 
Hədsiz  ambisiyaları  ucbatından  özləri  özlərini  çıxılmaz  vəziyyətə  salmıĢ 
ermənilər onların fikrincə, sonuncu dəlilə - XXI əsr üçün əsla məqbul olmayan din 
amilinə  əl  atmağı  qərara  almıĢ  və  islam  ilə  xristianlıq  arasında  qarĢıdurma 
yaratmaq  həddinə  yuvarlanmıĢlar.  Görünür  ki,  onlar  dünyada  baĢ  verən 
proseslərdən  bixəbərdirlər  və  inkiĢaf  etmiĢ  dövlətlərin  xüsusi  əhəmiyyət  verdiyi 
prinsiplərdən çox uzaq düĢmüĢlər. 
Ġsraildəki “IC rublic relations research”  institutunun direktoru, informatika 
üzrə  professor  Lev  Spivak  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqiĢəsi 
problemindən  danıĢarkən  demiĢdir:  “Separatçı  və  terrorçu  təĢkilatların  əksəriyyəti 
öz hərəkətlərinə bəzən çox bəlağətli və inandırıcı təsir bağıĢlayan tarixi ritorika ilə 
bəraət  qazandırmağı  üstün  tutur,  bu  halda  “azadlıq”,  “ədalət”,  “tapdalanmıĢ  milli 
ləyaqət”  və  s.  kimi  yüksək  anlayıĢlardan  bacarıqla  istifadə  edirlər.  bizim  ulu 
babalarımız separatçılarla heç vaxt danıĢıq aparmamıĢlar”. 
Məlum  olmuĢdur  ki,  siyasi  tədbirlər  üzrə  Ermənistan-Amerika  komissiyası 
(ARMENPAC)  əsasən  ABġ  prezidenti  vəzifəsinə  namizədlərə  göndərilməsi 
nəzərdə  tutulan  anketlər  hazırlamıĢdır.  Həmin  namizədlər  ermənilər  üçün  “Həyati 
əhəmiyyət”  kəsb  edən  “erməni  soyqırımı”,  “Dağlıq  Qarabağ  münaqiĢəsinin 
tənzimlənməsi”  və  bir  sıra  baĢqa  məsələlər  barədə  özlərinin  dəqiq  mövqeyini 
göstərməlidirlər. Doğrudan da, həyasızlığın həddi olmazmıĢ... 

108 
 
Noyabrın  20-do  Yerevanda  keçirilən  mətbuat  konfransında  Ermənistanın 
sabiq baĢ naziri, Milli Demokratik Ġttifaqın lideri Vazgen Manukyan Ermənistanın 
indiki iqtidarını tənqid edərək demiĢdir: “Bu gün Azərbaycan Ermənistandan çox-
çox  üstündür.  Ġlk  növbədə  onun  nefti  və  nüfuzlu  dostları  var,  iqtisadiyyat  sürətlə 
inkiĢaf  edir.  Azərbaycan  o  qədər  güclənə  bilər  ki,  Ermənistan  bir  anda  marginal 
ölkəyə çevrilər və onda Qarabağ məsələsi öz-özünə həll edilər”. 
 
Rüstəm Qaraxanlı 
 
ERMƏNĠSTANIN BEYNƏLXALQ 
HUMANĠTAR HÜQUQUN NORMA VƏ PRĠNSĠPLƏRĠNĠ KOBUDCASINA 
POZDUĞUNU TARĠXĠ FAKTLAR DA TƏSDĠQLƏYĠR 
 
BəĢəriyyətin  baĢını  qara  kabus  kimi  bürüyən,  insanlığa  və  türk  dünyasına 
qarĢı  yönələn  erməni  terroru,  vandalizmi  Azərbaycan  tarixində  qanlı  izlər 
buraxmıĢdır.  Həqiqət  budur  ki,  “Böyük  Ermənistan”,  “Dənizdən-dənizə”  xülyası 
ilə  yaĢayan  ermənilər  öz  “arzu”  və  “ideyalarını”  reallaĢdırmaq  üçün  terror  və 
soyqırımı “milli mübarizə” yoluna və dövlət siyasətinə çevirmiĢlər. 
Yaxın  keçmiĢdə,  1988-ci  ildə  ermənilər  azərbaycanlılara  qarĢı  növbəti 
iĢğalçılıq siyasətini,  soyqırımı, hərbi təcavüzü  həyata  keçirmiĢlər. BəĢər tarixində 
törədilməyən  və  analoqu  olmayan  cinayətləri,  etnik  təmizləmə,  soyqırım, 
vandalizm  aktları  törətmiĢ,  azərbaycanlıların  tarixi  ərazilərindən  izini  silməyə, 
itirməyə  çalıĢmıĢdır.  Ermənistan  bu  gün  ərazisi  beynəlxalq  təĢkilatlar  tərəfindən 
tanınan, qəbul edilən ərazimizin 20 faizini iĢğal etmiĢ, həmin ərazilərdə vəhĢiliklər 
törətmiĢlər. 
Erməni təcavüzünün törətdiyi ən ağır cinayətlərdən biri də məhz əsir, girov 
və  itkinlərlə  bağlıdır.  Azərbaycan  Respublikası  ədalətsiz  müharibənin  qurbanına 
çevrilmiĢ  vətəndaĢlarının  taleyi  ilə  bağlı  məsələlərin  həlli  məqsədilə  müvafiq 
beynəlxalq  konvensiyalara  qoĢulmuĢ  və  sənədlərdən  irəli  gələn  öhdəlikləri  yerinə 
yetirərək  1993-cü  ildə  əsir  və  itkin  düĢmüĢ,  girov  götürülmüĢ  vətəndaĢlarla 
əlaqədar Dövlət Komissiyası yaradılmıĢdır. Belə bir mötəbər təĢkilatın yaradılması 
erməni  təcavüzü  nəticəsində  əsir,  girov  götürülmüĢ,  eləcə  də  itkin  düĢmüĢ 
vətəndaĢlarla  bağlı  dövlət  siyasətini  mərkəzdən  sistemli  Ģəkildə  təĢkil  etmək 
məqsədindən irəli gəlmiĢdir. 
Əsir  və  itkin  düĢmüĢ,  girov  götürülmüĢ  vətəndaĢlarla  əlaqədar  Dövlət 
Komissiyasının katibi ġahin  Sayılovun  məlumatına  görə,  Ermənistan  Azərbaycan 
torpaqlarını  iĢğal  edərkən  qarĢısına  qoyduğu  ən  “baĢlıca  məqsədi”ni  Dağlıq 

109 
 
Qarabağı  və  ətraf  əraziləri  azərbaycanlılardan  “təmizləmək”  olmuĢdur.  Bu 
məqsədlə  onlar  iĢğalçı  ordunun  əlindən  qaçıb  qurtara  bilməyənləri  qəddarlıqla 
qətlə  yetirmiĢ,  bir  hissəsini  isə  əsir  və  girov  götürərək  faĢizmin  vaxtilə  əsirlərə 
yaratdığı Ģərtlərdən daha ağır vəziyyətdə saxlamıĢlar. 
Ermənistanın  müharibə  zamanı  beynəlxalq  humanitar  hüququn  norma  və 
prinsiplərini kobud Ģəkildə pozduğunu danılmaz tarixi faktlar da təsdiqləyir. 1993-
cü ilin aprel ayının 1-də Ermənistan silahlı birləĢmələrinin Azərbaycanın Kəlbəcər 
rayonuna  geniĢmiqyaslı  hücumu  zamanı  Ermənistanın  Vardenis  rayonundakı 
radiostansiyadan  (“QSM-7”)  Kəlbəcər  döyüĢ  bölgəsindəki  radiostansiyaya 
(“Uraqan”)  bölgədəki  bütün  səyyar  radiostansiyalara  çatdırmaq  üçün  təcili  əmr 
verilmiĢdi. Əmrdə əsir və girov götürülmüĢ Azərbaycan vətəndaĢlarını, o cümlədən 
qocaları,  qadınları  və  uĢaqları  təcili  məhv  edib  basdırmaq  tələb  olunurdu. 
Ermənilərin  bunda  məqsədi  azərbaycanlılar  barəsində  törətdikləri  vəhĢiliklərin 
izlərini  həmin  vaxt  döyüĢ  bölgəsinə  gələn  beynəlxalq  nümayəndə  heyətindən,  o 
cümlədən jurnalistlərdən gizlətmək idi. Erməni hərbi birləĢmələri komandirlərinin 
efirdəki  bu  radiodanıĢıqları  Azərbaycan  Respublikasının  Milli  Təhlükəsizlik 
Nazirliyi tərəfindən lentə alınmıĢdır. 
Ermənilər  əsir  və  girov  götürdükləri  Azərbaycan  vətəndaĢlarına  olmazın 
əzab və iĢgəncələr verməklə yanaĢı, onları qətlə yetirməkdən də çəkinməmiĢlər. 16 
fevral 1994-cü ildə Ermənistanın Xarici ĠĢlər Nazirliyi guya qaçmağa cəhd edərkən 
atıĢma  zamanı  8  azərbaycanlı  hərbi  əsirin  öldürüldüyünü  bəyan  etmiĢdir.  Bakıda 
meyitlər  üzərində  keçirilən  məhkəmə  tibbi  ekspertizası  zamanı  isə  Beynəlxalq 
Hüquq  və  Sosial  Təbabət  Akademiyası  Rəyasət  Heyətinin  və  Böyük  Britaniyanın 
“Həkimlər  insan  hüquqları  uğrunda”  təĢkilatının  üzvü,  professor  Derrik  Paunder 
azərbaycanlı  hərbi  əsirlərin  eyni  silahdan  (tapança)  gicgah  nahiyəsinə  yaxın 
məsafədən  açılan  atəĢ  nəticəsində  qətlə  yetirildiyini  bildirmiĢ,  əsirlərin  guya 
“qaçmağa cəhd edərkən öldürülməsi” fikrini rədd etmiĢdir. 
Dövlət  Komissiyasında  ermənilər  tərəfindən  törədilmiĢ  bu  cür  vəhĢilikləri 
təsdiq  edən  yüzlərlə  fakt  toplanmıĢdır.  Dövlət  Komissiyası  fəaliyyətdə  olduğu 
müddətdə qarĢısına qoyulmuĢ vəzifənin yerinə yetirilməsi üçün bütün vasitələrdən 
istifadə  etməyə  çalıĢmıĢdır.  Əsir  və  girov  götürülmüĢ,  itkin  düĢmüĢ 
vətəndaĢlarımızla  bağlı  faktların  beynəlxalq  ictimaiyyətə  çatdırılması  üçün 
komissiya tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir. 
2006-cı  il  aprel  ayının  3-də  əsir  və  itkin  düĢmüĢ,  girov  götürülmüĢ 
vətəndaĢlarla  əlaqədar  Dövlət  Komissiyasının  sədri  Eldar  Mahmudov  Beynəlxalq 
Qırmızı  Xaç  Komitəsinin  prezidenti  Yakob  Kellenberqeri,  qurumun  Avropa  üzrə 

110 
 
əməliyyat  bölməsinin  rəhbəri  xanım  Ġzabel  Barranı  və  Azərbaycandakı 
nümayəndəliyinin  rəhbəri  xanım  Merri  Verntsi,  habelə  digər  məsul  Ģəxsləri  qəbul 
etmiĢdir. 
GörüĢlərdə  Dövlət  Komissiyasının  fəaliyyəti,  əsir  və  girov  götürülmüĢ 
Ģəxslərin azad olunması, itkinlərin axtarıĢı istiqamətində görülən iĢlər, Beynəlxalq 
Qırmızı Xaç Komitəsi ilə əməkdaĢlığın daha da geniĢləndirilməsi, hər iki qurumda 
olan  siyahılar  üzrə  fərqin  aradan  qaldırılması  istiqamətində  ilkin  nəticələr  əsas 
müzakirə  predmeti  olmuĢdur.  Həmçinin  BQXK  tərəfindən  təqdim  olunmuĢ 
“Dağlıq  Qarabağ  münaqiĢəsi  ilə  bağlı  itkin  düĢmüĢ  Ģəxslərin  axtarıĢının  təĢkil 
edilməsi  haqqında”  memorandum  layihəsi  müzakirə  olunmuĢ,  gələcək  fəaliyyət 
istiqamətləri  müəyyənləĢdirilmiĢdir.  Beynəlxalq  Qırmızı  Xaç  Komitəsinin 
prezidenti  Yakob  Kellenberqer  Dövlət  Komissiyasının  daha  səmərəli  fəaliyyət 
göstərdiyini, bu sahədə görülən iĢlərin təqdirəlayiq olduğunu bildirmiĢdir. 
Komissiya  sədri  Eldar  Mahmudovun  ötən  ilin  yekunları  ilə  əlaqədar 
iclasdakı  bir  fikrini  xatırlatmaq  yerinə  düĢərdi:  “Ölkə  rəhbərliyinin  narahatlığı  və 
qətiyyətli mövqe tələbi heç də təsadüfi deyil. Ermənistan öz ambisiyalarını həyata 
keçirmək  üçün  geniĢ  miqyaslı,  ardıcıl  və  düĢünülmüĢ  siyasət  aparır.  Dövlət 
strukturları,  qeyri-hökumət  təĢkilatları  və  diaspora  bir  mövqedən  çıxıĢ  edirlər. 
Ermənistanın  əsrlər  boyu  soyqırım,  təcavüzə  məruz  qalması  barədə  beynəlxalq 
ictimaiyyətdə  yanlıĢ  rəy  yaradılmasına  səylər  göstərilir  və  bunun  üçün  bütün 
vasitələrdən istifadə olunur. Bir yandan Dağlıq Qarabağ problemi qabardılır, digər 
tərəfdən Naxçıvana və ġərqi Türkiyəyə qarĢı ərazi iddiaları irəli sürülür, həmçinin 
guya  hazırda  Azərbaycan  Respublikasına  məxsus  torpaqlarda  “qədim  erməni” 
mədəni və dini abidələrinin dağıdılması barədə hay-küy qaldırılır. Beynəlxalq aləm 
bir  növ  dilemma  qarĢısında  qoyulur.  Bu  gün  biz  növbəti  dəfə  tarixi  sınaq 
qarĢısındayıq  və  bu  sınaqdan  uğurla  çıxmalıyıq.  Bizim  müdrik,  qətiyyətli  dövlət 
baĢçımız və vətənpərvər xalqımız var. Bütün qüvvələr, imkan və vasitələr səfərbər 
olunmalı, bir məqsəd ətrafında birləĢməlidir!” 
Bu  müddət  ərzində  itkinlərin  taleyinin  müəyyən  olunması,  əsir  və  girov 
götürülmüĢ  Ģəxslərin  azad  edilməsi  istiqamətində  beynəlxalq  təĢkilatlarla  iĢin 
düzgün  qurulması  üçün  səylər  artırılmıĢ,  onlarla  mütəmadi  əlaqələr  saxlanılmıĢ, 
görüĢlər  keçirilmiĢ,  müzakirələr  aparılmıĢdır.  2006-cı  il  ərzində  Beynəlxalq 
Qırmızı Xaç Komitəsi ilə 30-dan artıq görüĢ keçirilmiĢ, “Ante mortem” proqramı 
(bu  məqsədlə  toplanılması  nəzərdə  tutulan  məlumatlar  meyitlərin  eksqumasiyası 
zamanı  DNT  analizləri  ilə  tutuĢdurmağa  və  nəticələrin  əldə  olunmasına  imkan 
verəcək. Məlumatlar itkin düĢmüĢ Ģəxsin itkin düĢməmiĢdən əvvəlki dövrünü əhatə 

111 
 
edir, eyni zamanda, onun yaxın qohumlarına aid olur) çərçivəsində görüləcək iĢlər 
barədə  fikir  mübadiləsi  aparılmıĢ,  itkinlərin  hər  iki  qurumda  olan  siyahıları 
arasındakı  fərqin  aradan  qaldırılması,  əməkdaĢlığın  daha  da  səmərəli  qurulması 
üçün təkliflər müzakirə olunmuĢdur. Həmçinin görülmüĢ iĢlər nəzərdən keçirilmiĢ, 
əsir düĢmüĢ 5 erməni  və  2 azərbaycanlının azad olunması istiqamətində  tədbirlər 
görülmüĢdür (ümumiyyətlə, təkcə son iki il ərzində 9 azərbaycanlı, 13 erməni azad 
olunmuĢdur). 
2006-cı  il  ərzində  Əsir  və  girovların  azad  edilməsi,  itkinlərin  axtarıĢı  üzrə 
Beynəlxalq  ĠĢçi  qrupunun  həmsədrləri  Bernhard  Klazen  (Almaniya),  Svetlana 
QannuĢkina  (Rusiya)  və  Paata  ZakaraeĢvili  (Gürcüstan)  Azərbaycan  və 
Ermənistana səfər etmiĢ, onlar komissiyada qəbul edilmiĢlər. 
Ötən il həmçinin Ġnsan Hüquqları üzrə Avropa Məhkəməsində Azərbaycan 
Respublikasının  maraqlarını  müdafiə  edən  vəkillər  -  Qabriel  Lanski,  Malkolm 
Shou  və  Lan  Brounli  ilə  Dövlət  Komissiyasında  görüĢ  keçirilmiĢ,  onlara 
Ermənistanın  təcavüzü  zamanı  törədilmiĢ  cinayətlər  barədə  ətraflı  məlumatlar, 
itkin  düĢmüĢ  Ģəxs  kimi  qeydiyyata  alınmıĢ,  həmçinin  əsir  və  girov  götürülməsi 
barədə faktlar olan Ģəxslər barədə materiallar təqdim edilmiĢdir. 
ġahin  Sayılovun  məlumatına  görə,  Xocalı  soyqırımının  ildönümü  ilə 
əlaqədar  Dünya  Azərbaycanlıları  Konqresi  ilə  birlikdə  tədbirlər  hazırlanmıĢdır. 
Fevral  ayının  20-də  Bakı  Ģəhərində  ġəhidlər  xiyabanında  baĢlayan  tədbir 
Türkiyənin Ġstanbul Ģəhərindəki “Taksim  meydanı”nda  mitinqlə davam etdirilmiĢ, 
Belçikanın  Brüssel  Ģəhərində  konfrans,  Parlamentin  inzibati  binasının  və 
Hollandiyanın  Haaqa  Ģəhərində  Beynəlxalq  Ədalət  Məhkəməsinin  qarĢısında 
mitinqlərin  keçirilməsi  ilə  yekunlaĢmıĢdır.  Silsilə  tədbirlərin  yüksək  səviyyədə 
təĢkili  üçün  Dövlət  Komissiyasının  iĢçi  qrupu  tərəfindən  Xocalı  faciəsini  əks 
etdirən  plakatlar,  transparantlar,  müxtəlif  ölçülü  bayraqlar,  fotoĢəkillər,  broĢür  və 
kitablar, kompakt disklər hazırlanaraq yayılmıĢdır. 
“31  Mart  azərbaycanlıların  soyqırımı  günü”  ilə  bağlı  Türkiyədə  təĢkil 
olunmuĢ  tədbirlərdə,  Ġstanbulun  “Fateh”  meydanında  keçirilmiĢ  mitinqdə, 
“Ermənilərin  türklərə  qarĢı  soyqırımı  və  Türkiyə-Azərbaycan  münasibətlərinin 
gələcəyi  simpoziumu”nda  Dövlət  Komissiyasının  materialları  əsasında  ermənilər 
tərəfindən azərbaycanlılara qarĢı törədilmiĢ soyqırım, terror və iĢğal siyasəti barədə 
çıxıĢ edilmiĢ, əsir və girov götürülmüĢ insanların ermənilər tərəfindən gizlədilməsi, 
komissiyanın bu sahədə gördüyü iĢlər haqqında məlumat verilmiĢdir. 
24 aprel  “erməni soyqırımı”nın ildönümü ilə  bağlı qabaqlayıcı tədbir kimi 
“Nyu-York  Azərbaycanlıları  Assosiasiyası”nın  bu  Ģəhərdə  yaĢayan  türklərin  və 

112 
 
azərbaycanlıların  birgə  iĢtirakı  ilə  22  aprel  2006-cı  il  tarixdə  təĢkil  etdiyi  tədbirə 
Dövlət  Komissiyası  tərəfindən  hərtərəfli  köməklik  göstərilmiĢ,  Xaricdə  YaĢayan 
Azərbaycanlılarla  ĠĢ  üzrə  Dövlət  Komitəsinin  xətti  ilə  Türkiyədə  keçirilmiĢ 
“Dünya  azərbaycanlıları  ziyalılarının  forumu”nda  Ermənistanın  Azərbaycana 
təcavüzü  nəticəsində  törədilmiĢ  cinayət  faktları  ilə  bağlı  məruzə  edilmiĢ,  Milli 
Təhlükəsizlik Nazirliyi və Dövlət Komissiyasının materialları əsasında hazırlanmıĢ 
“Erməni terroru” adlı film nümayiĢ etdirilmiĢdir. 
Ötən  ilin  noyabr-dekabr  aylarında  Dünya  Azərbaycanlıları  Konqresi 
tərəfindən  Türkiyənin  Ġstanbul  Ģəhərində  təĢkil  edilmiĢ  “Xocalı  soyqırımı”  adlı 
elmi konfransda, Avrasiya Strateji AraĢdırmalar və Türk Dünyası Ġnsan Hüquqları 
mərkəzləri  tərəfindən  Türkiyənin  Ankara  Ģəhərində  təĢkil  olunmuĢ  “Erməni 
terroru” adlı tədbirdə komissiyanın iĢçi qrupunun əməkdaĢları təmsil olunmuĢlar. 
Hollandiyada  və  Fransada  Azərbaycan  və  türk  diaspor  təĢkilatları  ilə 
əlaqələrin  yaradılması,  Ermənistanın  Azərbaycana  təcavüzü  zamanı  törədilmiĢ 
cinayət  faktları  ilə  onların  yaxından  tanıĢ  edilməsi,  həmçinin  Dövlət  Komissiyası 
tərəfindən  hazırlanmıĢ  təbliğat  materiallarının  yayılması  məqsədi  ilə  müxtəlif 
səviyyələrdə 
görüĢlər  keçirilmiĢdir.  Komissiyanın  əməkdaĢları  “dəyirmi 
masa”larda,  konfranslarda  iĢtirak  edərək  məruzə  və  çıxıĢlar  etmiĢlər.  Səfərlər 
zamanı  həmçinin  əsir,  girov  və  itkin  problemi  ilə  məĢğul  olan  tanınmıĢ 
jurnalistlərlə  görüĢlər  keçirilərək  onlara  ətraflı  məlumatlar  və  vəsaitlər  təqdim 
olunmuĢ, gələcəkdə filmlərin hazırlanması üçün əməkdaĢlıq edilməsinin zəruriliyi 
vurğulanmıĢdır. 
2006-cı  ilin  sentyabr  ayında  Belçikanın  beynəlxalq  humanitar  hüquq  üzrə 
idarələrarası  komissiyasının  Beynəlxalq  Qırmızı  Xaç  Komitəsi  ilə  birlikdə  itkin 
düĢmüĢ  Ģəxslərin  talelərinin  aydınlaĢdırılmasının  mexanizmləri  və  hüquqi 
tədbirlərlə  bağlı  Brüssel  Ģəhərində  keçirilmiĢ  Avropa  simpoziumunda  Dövlət 
Komissiyasının  yaradılması  tarixi,  keçdiyi  yol,  osir,  itkin  düĢmüĢ  və  girov 
götürülmüĢ  Ģəxslər,  onlarla  bağlı  statistika,  axtarıĢ  tədbirləri,  siyahılarla  iĢ, 
həmçinin  erməni  əsirliyində  azərbaycanlılara  qarĢı  qeyri-insani  münasibət, 
beynəlxalq  humanitar  hüquq  normalarının  ziddinə  olaraq  onların  bir-birinə  qarĢı 
cinayət  törətməyə,  Azərbaycanın  tarixi-mədəni  abidələrini  dağıtmağa,  vandalizm 
aktlarında iĢtiraka məcbur edilmələri barədə geniĢ məlumatlar vermiĢlər.  
Beynəlxalq  Qırmızı  Xaç  Komitəsinin  vasitəçiliyi  ilə  Azərbaycanın  və 
Ermənistanın  Dövlət  Komissiyaları  iĢçi  qrupu  rəhbərlərinin  görüĢü  keçirilmiĢdir. 
Ġtkinlərin  axtarıĢı  iĢinin  fəallaĢdırılması,  bu  sahədə  informasiya  mübadiləsi  və 
qarĢıya  çıxan  çətinliklərin  aradan  qaldırılması,  siyahılar  üzrə  iĢin  təĢkili  və 

113 
 
təkmilləĢdirilməsi,  eyni  vaxtda  hər  iki  ölkə  ərazisində  monitorinqin  keçirilməsi, 
əsirlikdə  saxlanılanlar  barədə  məlumatların  gecikdirilmədən  verilməsi,  zərurət 
yarandığı  tədbirdə  üçüncü  ölkə  ərazisində  birbaĢa  görüĢlərin  təĢkili  və  azad 
olunmuĢ  Ģəxslərə  aid siyahılar üzərində  dəqiqləĢdirmə  iĢinin aparılması  müzakirə 
mövzusu olmuĢdur. 
Ümumiyyətlə,  erməni  terroru,  əsir-girov  problemləri,  Xocalı  soyqırımı  ilə 
bağlı respublikada və xarici ölkələrdə keçirilmiĢ 20-dən çox “dəyirmi masa”da və 
toplantıda  Dövlət  Komissiyasının  üzvləri  də  iĢtirak  etmiĢ,  onların  vasitəsi  ilə 
müxtəlif materiallar yayılmıĢdır. 
2006-cı  ildə  itkin  düĢmüĢ  Ģəxslərin  axtarıĢı  ilə  bağlı  iĢlər  daha  çox 
canlanmıĢdır.  Onların  axtarıĢı  istiqamətində  aparılmıĢ  araĢdırmalar  nəticəsində  il 
ərzində  Dövlət  Komissiyasında  itkin  kimi  qeydiyyatdan  keçən  122  nəfərin  taleyi 
müəyyən  olunmuĢ,  adları  siyahıdan  çıxarılmıĢdır.  Onlardan  37  nəfərin  sağ,  25 
nəfərin  döyüĢlərin  gediĢində  həlak  olduğu,  yaxınları  tərəfindən  tanınaraq  dəfn 
edildiyi,  60  nəfərin  adının  siyahıdan  təkrar  keçdiyi  müəyyənləĢdirilmiĢdir.  7 
nəfərin  itkin  düĢdüyü  aĢkar  edilmiĢ,  adı  müvafiq  siyahıya  salınmıĢdır.  Hazırda  (1 
mart  2007-ci  il  tarixə  olan  statistika)  Dövlət  Komissiyasının  qeydiyyatında  4499 
nəfər itkin düĢmüĢ Ģəxs vardır. 
Dövlət  Komissiyasında  olan  məlumatların  dəqiqləĢdirilməsi  və  itkin 
düĢmüĢ  Ģəxslərin  axtarıĢı  ilə  əlaqədar  müxtəlif  dövlət  orqanlarına  və  beynəlxalq 
təĢkilatlara  702  nəfər  barədə  sorğular  göndərilmiĢ,  əlavə  məlumatlar  toplanmıĢ, 
təhlil  edilərək  sistemləĢdirilmiĢdir.  Dövlət  Komissiyasının  itkinlər  siyahısında 
adları  keçən,  lakin  qohumları  tərəfindən  müraciət  olunmadığından  Beynəlxalq 
Qırmızı Xaç Komitəsində itkin kimi qeydiyyata alınmamıĢ Ģəxslərin siyahısı üzrə 
təhlil iĢi davam etdirilmiĢ, həmin Ģəxslərlə bağlı Dövlət Komissiyasına daxil olmuĢ 
müraciətlər  təkrar  araĢdırılmıĢdır.  286  nəfərlə  bağlı  məlumatlar  (yaxın 
qohumlarının  ünvanı,  əlaqə  telefonları,  itkin  düĢməsi  barədə  informasiyanın 
mənbəyi)  BQXK-ya  təqdim  olunmuĢdur.  Həmçinin  yaxın  qohumlarının 
ünvanlannın  təkrar  dəqiqləĢdirilməsi  məqsodi  ilə  BQXK-dan  181  nəfər  itkin 
düĢmüĢ Ģəxsə aid daxil olmuĢ siyahı dəqiqləĢdirilib onlara göndərilmiĢdir. 
Dövlət  Komissiyasında  itkin  düĢmüĢ  50-dən  artıq  vətəndaĢın  valideynləri 
tərəfindən  Azərbaycan  Respublikası  Prezidentinə,  Heydər  Əliyev  Fondunun 
prezidenti  Mehriban  xanım  Əliyevaya,  Dövlət  Komissiyasının  sədrinə  və  digər 
dövlət  orqanlarına  ünvanlanmıĢ  ərizələrə  baxılmıĢ,  qaldırılmıĢ  məsələlər 
araĢdırılmıĢ,  görülmüĢ  iĢlərlə  əlaqədar  aidiyyəti  orqanlara  və  vətəndaĢlara 
məlumatlar verilmiĢdir. Həmçinin Dövlət Komissiyasına müraciət etmiĢ 289 nəfər 

114 
 
itkinin  qohumları  iĢçi  qrupunda  qəbul  olunmuĢ,  onlara  yaxınlarının  axtarıĢı  ilə 
əlaqədar  görülmüĢ  iĢlər  barədə  ətraflı  məlumatlar  verilmiĢ,  itkin  düĢmə  Ģəraitləri 
barədə 
əlavə  məlumatlar  alınaraq  sənədləĢdirilmiĢ,  anket  vərəqələri 
doldurulmuĢdur.  Ümumiyyətlə,  vətəndaĢların  qəbuluna  və  onların  yazılı 
müraciətlərinə həssaslıqla yanaĢılır, bu məsələ komissiya sədrinin gündəlik diqqət 
mərkəzindədir. 
Ümumən  1988-2007-ci  illər  ərzində  1390  Azərbaycan  vətəndaĢı  erməni 
əsir-girovluğundan  azad  edilmiĢdir.  Onlardan  167  nəfəri  uĢaq,  342  nəfəri  qadın, 
288  nəfəri  isə  qocalar  olmuĢdur.  Qeyd  olunan  1390  nəfərdən  yalnız  24  nəfəri 
törətdikləri  konkret  cinayət  əməllərinə  görə  məsuliyyətə  cəlb  edilmiĢdir.  Əsir  və 
girovluq  dövründə  Ermənistanın  xüsusi  xidmət  orqanları  tərəfindən  məcburiyyət 
qarĢısında məxfi əməkdaĢlığa cəlb edilmiĢ 100-dən çox Ģəxs isə qayıtdıqdan sonra 
bu faktı etiraf etdiyi üçün cinayət məsuliyyətinə cəlb olunmamıĢdır. 
Göründüyü  kimi,  erməni  təcavüzünün  ölkəmizə  vurduğu  yaraların  aradan 
qaldırılması  üçün  düĢünülmüĢ,  sistemli  və  məqsədyönlü  fəaliyyət  göstərilməsi 
zəruridir. Bu fəaliyyət bütün sahələri əhatə etməli, hər bir Azərbaycan vətəndaĢının 
vətənpərvərlik  borcu  olmalıdır.  Möhtərəm  prezidentimiz  Ġlham  Əliyev  demiĢdir: 
“Azərbaycanın  haqq  iĢi,  Azərbaycanın  siyasəti  və  görülmüĢ  bütün  iĢlər,  atılmıĢ 
addımlar,  bizim  bu  məsələyə  yanaĢmamız  Ermənistan  Azərbaycan,  Dağlıq 
Qarabağ  münaqiĢəsinin  ədalətli  Ģəkildə  həllinə  gətirib  çıxaracaqdır...  Milli 
təhlükəsizlik  orqanlarının  bu  istiqamətdə  gördüyü  və  görəcəyi  iĢlər  böyük 
əhəmiyyət kəsb edir”. 

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə