Erməni xəyanəti



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə6/11
tarix07.09.2017
ölçüsü1,45 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

 

62 
 
ġAMAXININ QƏTLĠAMI 
 
Jurnalist  Famil  Abbasovun  qeydləri.  Hər  əsrdə  ġamaxının  qismətinə  bir 
dəhĢətli,  dağıdıcı  zəlzələ  düĢüb.  ġamaxı,  ətraf  kəndlər  viranəyə  çevrilib,  yerlə 
yeksan  olub.  Hətta  bu  müsibətlər  eldə  məsələ  dönüb  –  “ġamaxı  batan  kimi...” 
Ancaq  ġamaxı  həmiĢə  fələyin  gərdiĢinə  mərdanəliklə  sinə  gərib,  xarabalıqlar 
arasından yenidən düzəlib, əvvəlkindən də qəddi-qamətli olub, qüruru, əzəməti ilə 
qibtə  doğurub.  1670-ci  ildə  ġamaxıya  gəlmiĢ  Hollandiya  səyyahı  Yan  Streys 
heyrətlə  yazırdı:  “Məni  ən  çox  təəccübləndirən  budur  ki,  Ģəhər  əsasına  qədər 
dağılmasından və adamsız qalmasından heç üç il də keçmədiyi halda yenidən bərpa 
olunmuĢdur... 1667-ci il zəlzələsi kimi güclü zəlzələ hələ heç kimin yadına gəlmir. 
Əvvəlcə çox güclü olan bu zəlzələ düz üç ay davam etmiĢdir. HesablamıĢlar ki, bu 
dəhĢətli  dağıntı  zamanı  qadınlar,  uĢaqlar,  nökərlər  nəzərə  alınmazsa,  Ģübhəsiz  80 
min nəfərdən çox silah oynatmağa qadir kiĢi həlak olmuĢdur”. 
Bəli,  bu  ġamaxıdı.  Tarixlər  boyu  mərhumiyyətlər  görən,  ancaq  həmiĢə 
baĢını  dik  tutan,  qürurunu  pozmayan,  təbiətin  qəzəbinə  tuĢ  gələndə  belə  ilk 
növbədə əli silah tutan, qeyrətinin, Ģərəfinin  müdafiəçisi olan oğullarının  hesabını 
aparan ġamaxı... 1918-ci ilin martı isə özgə bir müsibət idi. ġamaxılılar ocaqlarının 
baĢında  isti  yer  verdikləri  ermənilərin  fitnə-fəsadı,  məkri  qarĢısında  naəlac 
qalmıĢdılar.  1902-ci  ilin  dəhĢətli  zəlzələsinin  dağıntılarından,  ölüm-itimindən 
özünə  gəlməyə  macal  tapmamıĢ  yeni  bir  müsibətə  düçar  olmuĢdular.  O  müdhiĢ 
günlərdə ġamaxı  məĢhər ayağındaydı. Tarixin bütün  sınaqlarından  mərdanə çıxan 
bu  qədim  diyar  namərd  körpüsündəydi.  Az  sonra  S.ġaumyan  V.Ġ.Leninə  müjdə 
teleqramı  vuracaq  ki,  “1918-ci  ilin  yazında  Bakı  proletariatının  yardımı  və 
zəhmətkeĢlərin  fəal  iĢtirakı  ilə  ġamaxı  sovet  Ģəhərinə  çevrildi”.  Bəs  həqiqətdə 
ġamaxıda  nə  baĢ  vermiĢdi?  Suala  cavab  tapmaq  üçün  Mərkəzi  Dövlət  Arxivində 
saxlanılan sənədlərə müraciət edəcəyik. Ġttihamçı arxiv materialları olacaq... 
1918-ci  ilin  yazında  bolĢeviklər  Bakını  az  qala  baĢdan-baĢa  hərbi 
kazarmaya  çevirmiĢdilər.  Milliyyətcə  erməni  olan  T.N.Korqanovun  sədrlik  etdiyi 
Qafqaz  Hərbi  Ġnqilab  Komitəsi  Bakıda  yerləĢirdi.  Qırmızı  qvardiya  və  Xəzər 
donanması Bakı Sovetinə tabe idi. Cəbhədən qayıdan 8 min erməni əsgərini burada 
saxlatdıran S.ġaumyan 20 minlik bir orduya malik idi. Bu ordu artıq qısa müddətdə 
Azərbaycan  paytaxtında  kütləvi  qırğınlar,  talanlar  törətməkdə  ad  çıxarmıĢdı,  13 
mindən  çox  günahsız  azərbaycanlını  qətlə  yetirmiĢdi.  Ancaq  ġaumyanla  Bakı 
qarnizonunun  rəisi  Bağdasar  Avakyanın  məqsədi  bütünlükdə  Azərbaycanı  qan 
gölündə  boğmaq  idi  və  onlar  Amazaspın  komandanlığı  altında  bir  erməni  qoĢun 
birləĢməsinin Quba, Lalayevin komandanlığı altında digər bir erməni birləĢməsinin 
ġamaxı istiqamətinə göndərilməsi barədə əmr verdilər... 
Xarici iĢlər naziri M.Hacınskinin Azərbaycan hökumətinə 15 iyul 1918-ci 
il tarixli məruzəsindən: 

63 
 
-
 
Dörd  aydır  ki,  Azərbaycanın  müxtəlif  əraziləri  bolĢevik  adı  altında 
erməni  bandaları  tərəfindən  talan  edilir,  dinc  müsəlman  əhalinin  həyatı 
görünməmiĢ vəhĢiliklərə məruz qalır. Avropanın ictimai fikri isə həmin bandaların 
təĢkilatçılarının  yaydıqları  yanlıĢ  məlumatlar  sayəsində  tamamilə  səhv  mövqeyə 
yönəldilir.  Odur  ki,  xüsusi  istintaq  komissiyasının  yaradılması  vacibdir. 
Həmin komissiya aĢağıdakı vəzifələri yerinə yetirməlidir: 
-
 
Bütün zorakılıq hallarının dəqiq qeydiyatı; 
-
 
Həmin zorakılıqların haĢ vermə Ģəraiti; 
Günahkarların və dəymiĢ ziyanın həcminin müəyyənləĢdirilməsi. 
Komissiya  fövqəladə  xarakter  daĢımalıdır  və  onun  iĢi  Avropa  dillərində 
(rus, fransız, alman və əlbəttə ki, türk dillərində) yayılmalıdır. 
TanıĢ  ssenaridir.  Ermənilər  qırğın  törədirlər.  Ancaq  elə  təbliğat  aparırlar 
ki, dünya ictimaiyyəti onu təqsirli bilmir, əksinə, məzlum, yazıq, əzabkeĢ xalq kimi 
tanıyır. Bu, ermənilərin təxminən 200 illik bir tarixə malik fəaliyyət proqramıdır və 
həmin proqram bu gün də iĢləyir. 
Xarici iĢlər nazirinin məruzəsində xahiĢ edilirdi ki, həmin komissiya təcili 
təĢkil  edilməlidir.  Çünki  isti  izlərlə  çox  Ģeyi  aydınlaĢdırmaq,  istintaq  aparmaq, 
fotoçəkiliĢlər  etmək,  digər  inkaredilməz  sübutlar  tapmaq  mümkündür.  Vaxt  ötsə, 
bu imkan əldən çıxa bilər. Cavab tez verildi. F.Xoyski 31 avqust 1918-ci il tarixdə 
Fövqəladə Ġstintaq Komissiyası yaradılması barədə sərəncam imzaladı. 7 nəfərdən 
ibarət komissiyada 3 nəfər rus hüquqĢünası təmsil olunurdu. Həmin komissiya qısa 
vaxtda çox iĢ gördü. Bir neçə aydan sonra ilkin nəticələr hazır idi. 
Mühüm  iĢlər  üzrə  məhkəmə  müstəntiqi  Komarovskinin  müttəfiq 
qoĢunların komandanına məruzəsindən: 
-  Bakı  Ģəhərində  Ģahidlərin  dindirilməsi  göstərdi  ki,  Lalayev  bu  il  martın 
19-da erməni əsgərlərinin Nikolayevski (indiki Ġstiqlal) küçəsindəki hücumlarında 
fəal iĢtirak edib. Onun baĢçılığı ilə erməni əsgərləri evlərə soxularaq dinc, silahsız 
müsəlmanları  qətlə  yetirmiĢlər.  ġahidlərin  ifadələrinə  görə  Azərbaycan  -  türk 
qoĢunlarının Bakıya gəliĢindən sonra öz dəstəsi ilə birlikdə Petrovsk (Mahacqala) 
Ģəhərinə qaçan Stepan Lalayev sistemli Ģəkildə fars təbəəsi olan müsəlmanları qətlə 
yetirmiĢdir. 
850  nəfərə  yaxın  müsəlman  “Poseydon”  gəmisində  Petrovska  golmiĢdi. 
“Kornilov”  gəmisindəki  yanğına  görə  onlar  3  gün  reydə  dayanmağa  məcbur 
olmuĢlar.  Dördüncü  gün  qocalar,  qadm  və  uĢaqlar  “Evelina”  gəmisində  Bakıya 
göndərilib.  Təxminən  18-45  yaĢında  olan  750  müsəlman  Pctrovska  düĢürdülüb. 
Yazıq müsəlmanlar əsasən məscidlərdə, imkanı olan az bir qismi isə mehmanxana 
və  Ģəxsi  evlərdə  yerləĢdirilib.  Stepan  Lalayevin,  Ruben  Ağamalyantsın  və 
baĢqalarının baĢçılığı altında  erməni  əsgərləri gündə  bir neçə  dəfə  onların  yanına 
gələrək hər dəfə də 10-15 adamı ya həbsxanaya götürüblər, ya da Ģəhər kənarındakı 
bağa  apararaq  dəhĢətli  iĢgəncələrlə  öldürüblər.  Onlar  8-10  nəfəri  bir-birinə 
bağlayaraq mərcləĢirmiĢlər ki, kimin tüfəngi bir dəfəyə daha çox müsəlman öldürə 

64 
 
bilər.  Ya  da  müsəlmanları  zəncirvari  əl-ələ  bağlayıb  kənardakından  baĢlayaraq 
baĢdan, qarından və sinədən endirilən zərbələrlə bir-birinin ardınca öldürürmüĢlər. 
Bəzilərini isə iki-iki üz-üzə bağlayaraq baĢlarını bir qılınc zərbəsi ilə kəsməyə cəhd 
etmiĢlər.  Türk  qoĢunları  Petrovska  gələndən  sonra  axırıncı  üsulla  öldürülən,  bir-
birinə bağlı çoxlu belə cəsədlər aĢkar etmiĢlər. ġahidlərin ifadəsinə görə öldürülən 
müsəlmanların  cəsədləri  tanınmaz  hala  salınıbmıĢ.  Ancaq  türk  qoĢunlarının  gəliĢi 
nəticəsində sağ qalmıĢ müsəlmanların dediklərindən məlum olur ki, həbsxanada da 
çoxlu  vəhĢicəsinə  tanınmaz  hala  salınmıĢ  müsəlman  cəsədləri  aĢkar  edilmiĢdir. 
Məlum  olmuĢdur  ki,  həbsxanaya  aparılan  müsəlmanlar  da  kütləvi  halda  qətlə 
yetiriliblər. 
ġamaxıda  daha  dəhĢətli  hadisələr  baĢ  verib.  Samson  Aspirov  və 
Saatrazbəyovla  birlikdə  erməni  əsgərlərindən  ibarət  böyük  bir  hərbi  birləĢmənin 
baĢında  ġamaxıya  gələn  Lalayev  müsəlman  qocaların,  qadınların  və  uĢaqların 
gizləndikləri bütün məscidləri mühasirəyə almağı və yandırmağı əmr edib. Küçəyə 
qaçmağa cəhd göstərənlər güllələnib. Məscidlərdə gizlənənlərin hamısı alov içində 
dəhĢətli Ģəkildə öldürülüblər. Beləliklə, ġamaxı Ģəhərinin bütün  müsəlman hissəsi 
məhv edilib... 
-  Fövqəladə  Ġstintaq  Komissiyasının  sədri  Ələkbər  bəy  Xasməmmədovun 
Ədliyyə Nazirinə 22 noyabr 1918-ci il tarixli məruzəsindən: 
Fövqəladə Ġstintaq Komissiyası aĢağıdakıları müəyyən etmiĢdir: ġamaxıda 
müsəlmanlar  ermənilər  və  molokanlarla  keçmiĢ  zamanlardan  sülh  Ģəraitində 
yaĢamıĢ, onlara heç bir ziyan vurmamıĢ, onları incitməmiĢ və qonĢuluq əlaqələrini 
saxlamağa çalıĢmıĢlar. Fevral çevriliĢindən sonra isə ermənilər yerli əsgər və fəhlə 
deputatları  soveti  ilə  əlaqəyə  girmiĢlər.  Ermənilər  sovet  nümayəndələrinin 
müsəlmanlara  qarĢı  üçüncü  Ģəxslər  vasitəsilə  qaldırdıqları  hər  cür  fitnəkar 
çıxıĢlarını müdafiə etmiĢlər. Yerli komanda oradan getdikdə onlar gizli olaraq silah 
anbarlarını ələ keçirərək erməni və  malokanlardan ibarət qarnizon təĢkil etmiĢlər, 
öz  kəndlərinə  müxtəlif  yollarla  silah  gətirib  güclü  surətdə  silahlanmıĢlar.  Silahı 
cəbhədən  qayıdan  əsgərlər  də  gətirirmiĢlər.  Bütün  bunlar  müsəlmanları  bərk 
həyəcanlandırmıĢdır.   Onlar  aydın  görürdülər  ki,  ermənilər hücuma hazırlaĢırlar. 
ġamaxı  Ģəhərindən  altı  verst  aralıdakı  Mədrəsə  kəndində  Zaqafqaziyanın  digər 
qəzalarından da erməni əsgərləri yığıĢırdı. Martın birinci yarısında məlumat alındı 
ki,  Bakıdan  ġamaxıya  böyük  miqdarda  hərbi  sursatla,  top  və  pulemyotlarla 
silahlanmıĢ 2000-dən çox erməni qoĢun dəstəsi gəlir. ġamaxıdan dəstənin qabağına 
ictimai  xadimlərdən  ibarət  nümayəndə  heyəti  göndərilir.  Nümayəndə  heyətinin 
dəstə  ilə
 
görüĢü  molokan  kəndi  Qozlu  çayda  (hilmilli)  olmuĢdur.  Dəstə  silahı 
ġamaxı  qarnizonuna  verməkdən  imtina  etmiĢ  və  bildirmiĢdir  ki,  onların  məqsədi 
ġamaxı  qəzasını  quldur  dəstələrindən  təmizləmək,  qəzada  anarxiyaya  son  qoyub 
norma:  həyatı  bərpa  etməkdir.  Dəstə  ġamaxının  yanından  keçib  mədrəsə  kəndinə 
gedəcəyinə söz vermiĢdir. 

65 
 
Elə  həmin  gün  erməni  yepiskopunun  təĢəbbüsü  ilə  ġamaxının  bütün 
xalqlarının və ruhanilərinin nümayəndələri yığıĢaraq and içirlər ki, sülh Ģəraitində 
yaĢayıb qayda-qanunu pozmayacaqlar. ġamaxıda olan kəndli müsəlman könüllülər 
evlərinə  dağılıĢmıĢlar.  Martın  18-də  sübh  çağı  ġamaxı  ətrafından  top  atəĢləri 
eĢidilməyə  baĢlayır.  Aydın  olur  ki,  gecə  ikən  Ģəhər  cənubdan  ermənilər,  Ģimal-
Ģərqdən isə molokanlar tərəfindən mühasirəyə alınmıĢdır və indi Ģəhərin müsəlman 
hissəsini  bombalayırlar.  Müsəlmanlar  əvvəlcə  müdafiə  olunmaq  istəyirlər,  lakin 
topların  qarĢısında  dayana  biləcək  vəziyyətdə  olmadıqlarından  geri  çəkilirlər. 
Ermənilər Ģəhərə atəĢi davam etdirir və hücum edirlər. AxĢama yaxın onlar Ģəhərin 
ən varlı hissəsi olan “Piran-ġirvan”a daxil olurlar. Evlər yandırılır, yanan evlərdən 
qaçan  kiĢilər,  qadınlar,  uĢaqlar  və  ümumiyyətlə,  küçələrdə  görünənlərin  hamısı 
güllələnir. 
ġəhərdə  qırğın  və  talanlar  Gəncədən  müsəlman  dəstəsi  köməyə  gələnə 
qədər  davam  etdi.  Martın  28  -  də  “Xan  dəstəsi”  ġamaxıya  daxil  oldu.  Ermənilər 
Qozlu  çaya  çəkildilər.  Gəncədən  köməyə  gələn  dəstənin  baĢçısı  Ġsmayıl  xan 
Ziyadxanov Qozlu çaydan molokanları dəvət edərək erməniləri təhvil vermələrini, 
ya da onları kənddən çıxarmalarını tələb etdi. Molokanlar iki gün vaxt istədilər. Ġki 
gün  ərzində  Bakıdan  əlavə  kömək  gələndən  sonra  molokanlar  verdikləri  sözdən 
imtina  etdilər.  Ġsmayıl  xan  geri  çəkilməli  oldu.  Geri  çəkilərkən  əhalini  xəbərdar 
etdi ki, ermənilər yenidən qayıdacaqlar, Ģəhərdən çıxsınlar. Camaatın xeyli hissəsi 
onunla  birlikdə  ġamaxını  tərk  etdi.  Ancaq  Göyçaydan  gələn  axund  yerdə  qalan 
camaatı  sakitləĢdirdi  ki,  ermənilərlə  münasibət  yaradacaq. ġəhəri tərk etməyənlər 
əsasən  imkansız,  kasıb  təbəqə  və  bir  də  qocalar  idi.  6  gündən  sonra  ġamaxı 
tamamilə erməni vəhĢiliyinin və qəddarlığının qurbanı oldu. 
Ġsmayıl xan Ziyadxanov kim idi? Tarix kitablarında ġirvan mülkədarı, əks-
inqilabçı  kimi  təqdim  olunan  bu  adamın  adı  Fövqəladə  Ġstintaq  Komissiyasının 
sənədlərində bir  neçə dəfə  xatırlanır.  Ancaq həmin  xatırlamalarda bu adama qarĢı 
qəribə bir məhəbbət hakimdir. Dar gündə kiçik bir dəstə ilə Ģamaxılı qardaĢlarının 
harayına yetiĢən bu igid azərbaycanlı haqqında daha nə bilirik? Əfsuslar ki, heç nə. 
Arxiv  sənədlərində  göstərilir  ki,  “Xan  dəstəsi”  gedəndən  sonra  ġamaxının 
əsl müsibəti baĢlandı. 
ġamaxı  ermənilər  tərəfindən  ikinci  dəfə  zəbt  olundu.  Müəyyən  edilmiĢdir 
ki, müsəlman dəstəsi ilə getməyib Ģəhərdə qalan bütün kiĢilər, qadınlar və uĢaqlar 
məhv  edilib.  Hamı  tərəfindən  hörmət  edilən  məĢhur  axund      Cəfərqulu  da 
vəhĢicəsinə  öldürülmüĢdür.  Onlar  onun    saqqalını  yolmuĢ,  diĢlərini  sındırmıĢ, 
gözlərini  çıxarmıĢ,  qulaqlarını  və  burnunu  kəsmiĢdilər.  Ermənilər  onun  evində  və 
həyətində  xilas  olmaq  istəyən  çoxlu  qadın  və  uĢaqları  da  öldürmüĢlər.  Onun 
tamamilə  yandırılmıĢ  evinin  həyətində  çoxlu  xırda  insan  sümükləri  də  aĢkar 
edilmiĢdir.  Meyitlərin  qalmıĢ  iri  sümükləri  isə  türklər  erməniləri  ġamaxıdan 
qovandan  sonra  toplayıb  basdırmıĢlar.  Bundan  baĢqa,  yandırılmıĢ  evlərin  və 
moscidlərin  həyətlərində  meyitlərin  yanmıĢ  sümükləri  toplanıb.  Məscidlərin 

66 
 
həyətlərində  Ģəhərin  hər  yerindən  yığılmıĢ  sümüklərin  torpağa  basdırıldığı  böyük 
miqdarda  təzə  qəbirlər  vardır.  ġəhərin  bütün  müsəlman  hissəsi  yandırılmıĢdır: 
yanğın  hər  Ģeyi  məhv  etmiĢdir.  Müsəlman  hissəsində  bir  dənə  də  olsun  ev 
qalmamıĢdır. ġəhərin bütün müsəlman hissəsi xarabalığı, böyük küllüyü xatırladır. 
Məscidlər və müqəddəs yerlərə də aman verilməmiĢdir: on üç məhəllə məscidi və 
böyük  “Cümə  məscidi”  yandırılmıĢdır.  Bu,  müsəlmanlar  üçün  təkcə  ibadət  yeri 
kimi  deyil,  həm  də  səkkiz  yüz  il  bundan  əvvəl  tikilmiĢ  qədim  arxitektura  abidəsi 
kimi  qiymətli  idi.  ġamaxı  qəzasının  yetmiĢ  iki  müsəlman  kəndinin  də  taleyi  belə 
olmuĢdur. 
Həmin dəhĢətli  günlər onilliklərin arxasında qalıb. Onilliklər bu gün-sabah 
bir  əsr  olacaq.  Ancaq  indinin  özündə  Fövqəladə  Ġstintaq  Komissiyasının 
məlumatlarını, Ģahid dindirmələrini oxuyanda damarda qan donur. 
Azərbaycan  hökuməti  yanında  Fövqəladə  İstintaq  Komissiyasının 
dindirilmə protokollarından: 
-  Adım  Sıracəddin,  familiyam  Əfəndiyevdir.  ġamaxı  Ģəhərinin  sakiniyəm. 
48  yaĢım  var.  20  ildir  ki,  Bakı  Ģəhərində  ticarətlə  məĢğulam.    Məlumdur  ki,  
ermənilərlə    müsəlmanlar  arasında  ziddiyyət    çoxdan    mövcuddur.    Xüsusilə  
ermənilərin  məkrli  niyyəti  1905-1906-cı  illərdə  bütün  kəskinliyi  ilə  aĢkar  olundu 
və  o    vaxtdan    onlar  yeni  həmlələr  üçün  məqam  gözləyirdilər.  Rusiyadakı  dövlət 
çevriliĢi,  bolĢevik  hərəkatı,  yaranmıĢ  anarxiya  Ģəraiti  onlara  bu  imkanı  verdi. 
DaĢnaklar  Bakı  bolĢeviklərini  inandırdılar  ki,  müsəlmanlar  köhnə  rejimin 
tərəfdarıdırlar.  Onlar  nəinki  Zaqafqaziyada  bolĢevik  ideyalarının,    ümumiyyətlə, 
inqilabın düĢmənləridirlər. Onlar  istədiklərinə  nail  oldular. Ermənilərin, eləcə də 
onların  əsas  nümayəndəsi  olan  ġaumyanın  məqsədi,    ümumiyyətlə,  
Zaqafqaziyanın    müsəlman    əhalisini  soyqırıma  məruz  qoymaq  idi.    Onlar  bu  
arzularına  nail    ola  bilmədilər.  Bu  məkrli  niyyətlərini  türklər  gələnə  qədər  ancaq 
Bakı quberniyasında həyata keçirə bildilər. 
ġaumyanın  cinayətkar  fəaliyyətində  köməkçiləri,  tərəfdarları  çox  idi. 
Onların  ən  fəalları  Atabəyov,  Lalayev,  ġamaxı  poçt-teleqraf  kontorunun  rəisi 
Gülbəndov və bərbər Ovanes idi. Hansı vasitələrləsə Bakı Ģəhərində icrakom sədri 
olmuĢ  Atabəyov  ġaumyanın  əsas  köməkçisi  idi.  Atabəyovun  da  öz  növbəsində 
ġamaxıda  köməkçiləri  çox  idi.  Onlar  qısa  müddətdə  ġamaxının  bütün  erməni 
kəndlərini  silahlandırmıĢdılar.  Gün  olmurdu  ki,  erməni  kəndləri  Bakıdan  bir  neçə 
furqon  silah  almasınlar.  Təxminən  fevralın  əvvəllərində  Mədrəsə  kəndində 
çoxsaylı erməni hərbi hissələrinin yerləĢdiyi xəbərini eĢidib bir neçə həmyerlimlə 
ġamaxıya  gəldik.  ġəhər  sübhdən  top  atəĢinə  tutuldu.  AxĢamüstü  artıq  ermənilər 
Ģəhərdə  idilər.  Qırğın,  talan  Ġsmayıl  xan  Ziyadxanovun  dəstəsi  ġamaxını  azad 
edənədək  davam  etdi.  Ġsmayıl  xan  geri  çəkilərkən  əhalini  xəbərdar  etdi  ki, 
ermənilər  yenidən  qayıdacaqlar,  Ģəhəri  tərk  etsinlər.  6  gün  sonra  isə  ġamaxı 
həqiqətən  erməni  vəhĢiliyinin  və  qəddarlığının  qurbanı  oldu.  Həmin  vəhĢiliklərin 
təsviri  çətindir.  Ermənilər  sanki  insanı  vəhĢi  heyvandan  fərqləndirən  bütün 

67 
 
keyfiyyətləri  itirmiĢdilər.  Küçələrdə  müsəlman  kiĢilərin,  qadınların,  uĢaqların 
eybəcər hala salınmıĢ meyitləri qalaqlanmıĢdı. Bir dəhĢətli mənzərəni isə heç vaxt 
unuda  bilməyəcəyəm.  Küçələrdən  birində  iki  yerə  bölünmüĢ  3-4  yaĢlı  uĢağın 
cəsədi yan-yana uzadılmıĢ kiĢi və qadın meyitlərinin sinələri üstünə qoyulmuĢdu.  
Mövsüm bəy Sadıqbəyov, Şamaxı sakini: 
-   Küçələrdə 
sürüdülən 
qadın 
və 
uĢaq 
meyitlərini 
öz 
gözlərimlə 
görmüĢəm. 
Ermənilərin 
vəhĢiliklərinin 
sübutu 
tamam  dağıdılmıĢ  ġamaxı  Ģəhəri  və  qəddarlıqla  qətlə  yetirilmiĢ  minlərlə  qadın, 
uĢaq və qoca meyitləri idi. 
İbrahim  Xəlil  Tapdıq  oğlu,  Şamaxı  qəzasının  Müsəlman  Mərəzəsi 
kəndinin starşinası: 
-   Kəndimiz  molokan  Mərəzəsinin  bir  verstliyində  yerləĢir.  Gəncə 
müsəlmanları  geri  çəkildikdən  sonra  müĢahidə  etdik  ki,  molokan  kəndinə  yad 
adamların,  xüsusilə  də  ermənilərin  böyük  axını  var.  Bakıya  getmiĢ  molokanlar 
geriyə hansısa Ģəxslərlə qayıtdılar. Onlar bizim kəndin ağsaqqallarını çağırtdıraraq 
kənd  camaatında  olan  silahların  bolĢevik  hökumətinə  verilməsini  tələb  etdilər. 
Həmçinin bildirdilər ki, tezliklə Bakıdan böyük rəislər gələcək. Ġki günlük möhlət 
alaraq vəziyyəti müzakirə etdik. Bəzilərimiz bu qənaətə gəldik ki, Ģübhəli adamlara 
aldanmayaq  və  qırğından  qorxaraq  “Qəbiristan”  adlı  qıĢlağa  getdik.  Camaatın 
əksəriyyəti   kənddə qalaraq  hadisələrin sonrakı gediĢatını gözləməyi üstün tutdu. 
Ġki  gündən  sonra  kəndin ağsaqqalları yenidən çağırıldılar və  az keçmiĢ ermənilər 
kəndə hücum etdilər. Kənd talan olundu, 300 nəfər qətlə yetirildi. Camaatın qalanı 
türklər gələnə qədər “Qönçə-bulaq” qıĢlağında gizləndilər. 
Arxiv sənədləri hamısı qan qoxuludur 
Sağ qalmıĢ ġamaxı sakinlərinin dedikləri ağılasığmaz dəhĢət idi. Bütün bu 
dəhĢətlər  Ģahid  ifadələrindən  göründüyü  kimi,  əslən  Ģamaxılı  olan  Stepan 
Lalayevin əmri və iĢtirakı ilə həyata keçirilirdi. 
-
 
 Erməni  əsgərləri  8-10  nəfər  müsəlmanı  bir-birinə  spiralvari  bağlayır,  sonra 
tüfənglərinin  süngüsü  ilə  bir  zərbəyə  neçə  adamı  öldürmək  yarıĢı  keçirirlər  (Bu 
həm də Komarovskinin məruzəsinin təsdiqidir.) 
-
 
 Öldürülən  insanların  kəllə  qapaqları  çıxarılır,  əlləri,  qolları,  qulaq-burunları 
kəsilir, meyitlər təhqir edilirdi. 
-
 
 Bakı  Ģəhərində  yaĢayan  Ģamaxılılardan  Hacı    Zamanov,  Hacı  Mir  Ġsmayıl, 
Mir  HəĢimov  və  MəĢədi  Abdul  Hüseyin  Nadirov  Bakıdakı  müttəfiq  qoĢunlarını 
komandanı Tomsona müraciətlərində bildirirdilər ki, Stepan Lalayev öz bandası ilə 
ġamaxıya gələrkən yol boyu bütün kənd və qəsəbələri yerlə yeksan etmiĢdir. Onlar 
dağıtdıqları  kəndlərdə  bütün  kiĢiləri  məhv  etmiĢ,  qadınlara  və  uĢaqlara  olmazın 
əzablarını  vermiĢlər.  Qadınları  və  uĢaqları  ərlərinin,  atalarının  gözləri  qarĢısında 
tikə-tikə doğramıĢlar. 

68 
 
YaĢayıĢ  məntəqələri  starĢinaların  ağsaqqalların  iĢtirakı  ilə  tərtib  etdikləri 
aktlarda  göstərilən  rəqəmlər  ermənilərin  ġamaxıda  əsl  soyqırımı  həyata 
keçirdiklərinin sübutudur. 
-   217 evlik Qubalı kəndində 250 kişi, 150 qadın, 135 uşaq qətlə yetirilib. 
Həmin rəqəmlər başqa aktlarda müvafiq olaraq belədir:  
66 evlik Qaravəlli kəndi: 40 kiĢi, 50 qadın, 30 uĢaq.  
155 evlik Qonaqkənd kəndi: 25 kiĢi, 5 qadın, 4 uĢaq.  
600 evlik QuĢçu kəndi: 192 kiĢi, 115 qadın, 25 uĢaq.  
358 evlik Ərəb-qədim kəndi: 200 kiĢi, 100 qadın, 78 uĢaq. 
165 evlik Cəyirli kəndi: 40 kiĢi, 20 qadın, 15 uĢaq. 
Sündü  kəndində  250  nəfər,  Dilmanda  585  nəfər,  Kalvada  500  nəfər, 
Mücüdə 230 nəfər, Tircanda 360 nəfər amansızlıqla qətlə yetirilmiĢdir. 
Bunlar  Fövqəladə  Ġstintaq  Komissiyasının  isti-isti,  qırğından  bir  neçə  ay 
sonra  apardığı  təhqiqatlarda  açıqlanan  mənzərədir.  Ancaq  təəssüflər  olsun  ki, 
komissiya öz iĢini sona çatdıra bilmədiyi üçün ġamaxı qırğını haqda məlumatlar da 
müxtəlifdir.  Komissiyanın  natamam  tədqiqatına  görə,  təkcə  1918-ci  ilin  mart 
ayında  ġamaxıda 7 mindən çox adanı qətlə  yetirilib. Bunun 1653 nəfəri qadınlar, 
965 nəfəri uĢaqlardır. Ayrı-ayrı tarixi mənbələrdə isə bütövlükdə ġamaxı qəzasında 
40  minə  qədər  dinc  əhalinin  soyqırım  qurbanı  olduğu  barədə  məlumatlar  var. 
Ancaq  ən  dəhĢətlisi  odur  ki,  sovet  dövləti  70  il  ərzində  həmin  qanlı  hadisələri 
inqilabın  düĢmənləri  ilə  mübarizə,  yəni  ermənilərin  təqdim  etdikləri  kimi,  tarixə 
salmağa  cəhd  etdi  və  buna  nail  oldu.  BolĢevik  məhkəməsi  1920-ci  ilin  23 
noyabrında  ġamaxı  qırğınının  bilavasitə  iĢtirakçıları  və  təĢkilatçıları  olan  Stepan 
Lalayevin  və  baĢqalarının  haqqındakı  cinayət  iĢinə  baxdı,  qətl  və  zorakılıqların 
1918-ci ildə, vətəndaĢ müharibəsi Ģəraitində, milli ədavət zəminində baĢ verdiyini, 
2 fevral 1920-ci il tarixli amnistiya qanununu əsas götürüb iĢə xitam verdi, həmin 
qanlı  hadisələri  yaddaĢlardan  silmək  üçün  bütün  mövcud  mexanizmi  hərəkətə 
gətirdi. 
Bu gün insanlar bura ziyarətə gəlirlər, məzarın üstünə tər çiçəklər düzürlər. 
Yoldan  ötənlər  istər-istəməz  avtomobillərinin  sürətini  azaldıb  həmin  döyüĢlərdə 
Ģəhid olmuĢlara Allahdan min rəhmət diləyirlər. 
Bu, on illərdir ki, belədir. Bundan sonra da əsrlər uzunu belə olacaq. Çünki 
həmin  məzar  ġamaxının  bəlkə  də  tarixlər  boyu  yaĢadığı  ən  müdhiĢ  günlərdən 
hüznlü bir xatirədir. Bu tənha məzar o günləri unutmağa imkan verməyib. Sovetlər 
dövründə  “hökumətin  qorxusundan”  qəbrin  ziyarətinə  gizlin-gizlin  gələn  el-oba  o 
dəhĢətləri heç vaxt unutmayacağını nümayiĢ etdirib. 
LaxtalanmıĢ qan yaddaĢımız bir də aradan 70 il ötəndən sonra duruldu. Bu 
müddətdə  ermənini  yenə  ocaq  baĢında  oturtduq,  hər  Ģeyi  unudub,  “qardaĢ  olub 
Hayastan  Azərbaycan”  dedik.  HəmiĢə  inqilabi  hadisələr,  müharibələr  ərəfəsində 
kimlərinsə  qoltuğuna  sığınıb  bizə  arxadan  namərd  zərbəsi  endirən  erməni  isə  öz 
xislətindən  dönmədi.  Xocalı  qırğınını  törətdi,  torpağımızın  20  faizini  iĢğal  etdi, 

69 
 
xarabazara  çevirdi,  bir  milyona  qədər  soydaĢımızı  doğma  yurd  -  yuvasından 
didərgin  saldı.  Biz  ġamaxıda  törədilən  soyqırım  qurbanlarının  xatirəsinə  abidəni 
bütün bu müsibətlərdən sonra ucaltdıq. Ġndi hər il martın 31 - də rayon ictimaiyyəti 
həmin  abidə  ətrafına  toplaĢır,  abidə  tər  çiçəklərə  bələnir,  hamı  günahkarcasına 
susub  hüznə  qərq  olur.  Soyqırım  qurbanlarının  ruhu  keçirmi  günahımızdan? 
Çətin... Axı biz qisası qiyamətə saxlamıĢıq... 
ġamaxı  ilə  Mərəzə  arasında,  Acıdərə  adlanan  ərazidə,  Ģose  yolunun 
kənarında, iki dərənin qovuĢacağındakı kiçik təpənin üstündə tənha bir məzar var. 
Həmin  məzarda  89  il  əvvəl  erməni  vəhĢiliyi  ilə  üzbəüz  qalan  qardaĢlarının 
harayına  yetərkən Ģəhid olmuĢ qəhrəman bir türk zabiti uyuyur. Sovetlərin “türk” 
sözünə yasaq qoyduğu dövrlərdə belə bu məzar ziyarətgah olub. Qəbri keçən əsrin 
30-cu  illərinin  asıb-kəsən  çağlarında  Məlikməmməd  Tağıyev  adlı  bir  el  adamı  öz 
canı bahasına götürüb. Bu səbəbdən də 1937-ci ildə erməni donosu ilə türkçülükdə 
ittiham  edilərək  həbs  olunub,  xalq  düĢməni  kimi  güllələnib.  Sel  -  sudan  uçub 
dağılmaq təhlükəsi qarsısında qalmıĢ qəbri 1954-cü ildə Babaxan Babaxanov adlı 
bir sürücü abadlaĢdırıb. 2000-ci ildə isə Qobustan Rayon Ġcra Hakimiyyəti həmin 
qəbri  yenidən  təmir  etdirib  və  azca  aralıda,  Ģose  yolunun  üstündə  1918-ci  ildə 
döyüĢlərdə həlak olmuĢ türk əsgərlərinin xatirəsinə abidə kompleksi tikdirib. 

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə