Erməni xəyanəti


BEYNƏLXALQ HÜQUQ NORMALARI XOCALIDA SOYQIRIMININ



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə7/11
tarix07.09.2017
ölçüsü1,45 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

 
BEYNƏLXALQ HÜQUQ NORMALARI XOCALIDA SOYQIRIMININ 
HƏYATA KEÇĠRĠLDĠYĠNĠ BĠRMƏNALI TƏSDĠQLƏYĠR 
 
KeçmiĢini  unudanların,  onu 
yenidən  yaĢamaq  məcburiyyətində 
qalması  tarixin  ibrət  dərsidir. 
Azərbaycanın  çağdaĢ  tarixində  də 
unudulması  mümkün  olmayan, 
bütövlükdə xalqın qəlbində dərin iz 
salaraq onu daim mübarizə və qisas 
ruhunda 
kökləyən 
elə 
faciəli 
hadisələr  var  ki,  heç  zaman  milli 
yaddaĢdan silinməyəcəkdir. Erməni 
faĢizminin 
xislətini, 
gerçək 
mahiyyətini  çılpaqlığı  ilə  açan 
Xocalı  soyqırımı  da  məhz  unudulması  mümkün  olmayan  belə  dəhĢətli 
hadisələrdəndir.  16  il  öncə  -  1992-ci  il  fevralın  25-dən  26-na  keçən  gecə  belə 
amansız  cinayətə  rəvac  vermiĢ  ermənilər  dünyanın  ən  əzazil,  qəddar  və  qaniçən 
milləti olduqlarını, terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiq etmiĢlər. 
Tarixi  faktlar  təsdiqləyir  ki,  “Dənizdən-dənizə  Ermənistan”  xülyası  ilə 
yaĢayan  ermənilər  müəyyən  xarici  havadarlarının  köməyilə  müxtəlif  dönəmlərdə 
azərbaycanlılara  və  türklərə  qarĢı  amansız  terror  və  soyqırımı  siyasəti  həyata 

70 
 
kcçirmiĢ, etnik təmizləmə  siyasəti aparmıĢlar. Bir sıra  dövlətlərin hakim dairələri 
tərəfindən  himayə  olunan  bu  mənfur  siyasət  çar  Rusiyası  və  Sovet  hakimiyyəti 
dövründə  də  ardıcıl  Ģəkildə  davam  etdirilmiĢ,  SSRĠ-nin  süqutu  prosesi 
azərbaycanlıların  doğma  torpaqlarından  qovulması,  qaçqın  və  məcburi  köçkünə 
çevrilməsi,  kütləvi  qırğınlarla  müĢayiət  olunmuĢdur.  Təcavüzkar  erməni 
millətçilərinin  və  sərsəm  “Böyük  Ermənistan”  ideoloqlarının  etnik  təmizləmə  və 
soyqırımı siyasətinin nəticələrini bütövlükdə milyondan çox azərbaycanlı müxtəlif 
vaxtlarda öz üzərində hiss etmiĢdir. 
Xocalıda  törədilmiĢ amansız  qətliam isə  nəinki türk  dünyasına,  bütövlükdə 
bəĢəriyyətin  mütərəqqi  dəyərlərinə,  insanlığa  və  beynəlxalq  hüquq  normalarına 
qarĢı yönəlmiĢ genosid aktı idi. Həmin gün azğınlaĢmıĢ erməni quldur birləĢmələri 
mənfur  imperiyanın  366-cı  motoatıcı  alayının  bilavasitə  iĢtirakı  ilə  mühasirəyə 
aldıqları  Xocalı  Ģəhərinə  qarĢı  əvvəlcədən  hazırladıqları  məkrli  planı  iĢə  saldılar: 
613 nəfər dinc azərbaycanlını, o cümlədən 63 uĢağı, 106 qadını, 70 qocanı bir neçə 
saatın içində  milli zəmində  amansızlıqla qətlə  yetirən, 487 nəfəri ağır  xəsarətlərə 
məruz qoyan, 1275 nəfəri isə girov götürən ermənilər qaniçənlikdə vaxtilə dünyanı 
lərzəyə  salmıĢ  faĢizmi  də  geridə  qoyduqlarını  nümayiĢ  etdirdilər.  Beynəlxalq 
humanitar hüquq normalarını, insan hüquqları üzrə ən müxtəlif konvensiyaları ayaq 
altına atan erməni hərbi birləĢmələri insanları qətlə yetirmək məqsədilə ən qəddar 
üsullara  əl  atdılar.  ġahidlərin  təsdiqlədiyinə  görə  həmin  gecə  onlarla  qadın,  2 
yaĢından 15 yaĢınadək olan uĢaqlar, ahıl qocalar güllələnmiĢ, insanların baĢlarının 
dərisi  soyulmuĢ,  müxtəlif  əzaları  kəsilmiĢ,  gözləri  çıxarılmıĢ,  hamilə  qadınların 
qarınları yarılmıĢ, adamlar diri-diri torpağa basdırılmıĢ və ya yandırılmıĢdır. Güllə 
yarasından  ölməyənlərin  baĢlarına  sonradan  güllə  vurulmuĢ,  meyitlər  zorakılığa 
məruz qalmıĢdır. 
Xocalıda  mülki  əhalinin  planlı  Ģəkildə  qətlə  yetirilməsini  sübut  edən 
çoxsaylı faktlardan biri də  məhz budur ki, həmin gün əhalinin zorakılıqdan qaçıb 
qurtarmaq istəyən hissələri ərazidən çıxıĢ yollarında əvvəlcədən xüsusi hazırlanmıĢ 
pusqularda  güllələnmiĢlər.  Xocalıdan  çıxan  əhalinin  Naxçıvanik  kəndi  ərazisində 
pulemyot,  avtomat  və  baĢqa  silahlardan  gülləbaran  edilməsi  faktı  bunu  bir  daha 
təsdiqləyir. Bütün bunlar ermənilərin 16 il öncə Xocalı Ģəhərində törətdikləri qeyri-
insani  hərəkətlərinin  kökündə  məhz  genosid  (soyqırımı)  niyyətinin  dayandığını 
aĢkar surətdə  üz  çıxarır. Genosid cinayəti  üçün  xüsusi niyyətin olması zəruri Ģərt 
sayılır və bu dəhĢətli akt hökmən milli, etnik, irqi, dini qruplara qarĢı yönəlməlidir. 
Bu hüquqi müstəvidən yanaĢdıqda aydın görünür ki, erməni silahlı birləĢmələrinin 
çirkin  niyyəti  Xocalı  Ģəhərindəki  azərbaycanlıları  məhz  milli-dini  zəmində  son 
nəfərədək  qətlə  yetirmək  olmuĢdur.  Ermənilər  beynəlxalq  humanitar  hüquqda 
yolverilməz  sayılan  soyqırımı  cinayətinə  Ģüurulu,  məqsədli  Ģəkildə,  bilərəkdən  əl 
atmıĢ, misli görünməmiĢ qətliam törətmiĢlər. 
Beynəlxalq hüquq normaları Xocalı faciəsinin soyqırım cinayəti kimi tövsifi 
üçün  kifayət  qədər  ciddi  əsaslar  verir.  Ümumiyyətlə,  ilk  dəfə  Nürnberq  Hərbi 

71 
 
Tribunalının 
nizamnaməsində 
beynəlxalq 
cinayətlərin 
nədən 
ibarət olduğu  göstərilmiĢdir.  Orada 
soyqırımı cinayəti insanlıq əleyhinə 
olan  cinayətlər  kateqoriyasına  aid 
edilmiĢdir. 
BMT-nin 
“Soyqırımı 
cinayətinin  qarĢısının  alınması  və 
onun  cəzalandırılması  haqqında” 
1948-ci  il  tarixli  Konvensiyasında 
isə soyqırımı cinayətinin mahiyyəti 
tam 
olaraq 
əksini  tapmıĢdır. 
Beynəlxalq  hüquqa  görə,  soyqırımı  sülh  və  bəĢəriyyət  əleyhinə  yönələn  əməl 
olmaqla ən ağır beynəlxalq cinayət sayılır. Soyqırımı hər hansı milli, irqi, etnik və 
dini  əlamətlərinə  görə  fərqlənən  xüsusi  bir  qrupun  tamamilə  və  ya  qismən  məhv 
edilməsinə  yönəlmiĢ  bu  cinayət  hərəkətlərinə  deyilir:  birincisi,  həmin  qrupun 
üzvlərinin öldürülməsi; ikincisi, onların Ģikəst edilməsi, bədən xəsarəti, yaxud əqli 
pozğunluq yetirilməsi; üçüncüsü, hər hansı qrupa onun qəsdən tam, yaxud qismən 
fiziki  məhvini  nəzərdə  tutan  həyat  Ģəraitinin  yaradılması;  dördüncüsü,  həmin 
qrupda  doğumun  qarĢısını  almağa  yönəlmiĢ  tədbirlərin  həyata  keçirilməsi; 
beĢincisi,  azyaĢlı  uĢaqların  bir  insan  qrupundan  alınıb  baĢqasına  verilməsi. 
Bunlardan  hansısa  bir  hadisənin  soyqırımı  kimi  qiymətləndirilməsi  üçün  kifayət 
edir.  Bu  meyarlar  baxımından,  Xocalı  faciəsi  soyqırımı  cinayəti  kimi 
qiymətləndirilməlidir. 
Soyqırımı - beynəlxalq hüququn qəbul edilmiĢ ümumi prinsip və  normalarının, 
habelə insan hüquq və azadlıqlarının kobud surətdə pozulmasıdır. Soyqırımın əsas 
ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu cinayətin törədilməsi nəticəsində ayrıca 
mədəniyyəti, adəti ənənələri, bir sözlə, yaĢam tərzi olan milli, etnik, irqi və ya dini 
qrup tamamilə və ya qismən öz mövcudluğunu itirə bilər. Bu isə insanlar birliyinin 
müxtəlifliyinin 
itirilməsinə 
beynəlxalq 
nizamlama  qanunauyğunluqlarının 
əsaslarının sarsılmasına gətirib çıxara bilər. BMT BaĢ Məclisinin 10 dekabr 1948-
ci  il  qəbul  etdiyi  ümumdünya  insan  hüquqları  bəyannaməsində  qeyd  olunmuĢdur. 
Hər  bir  insanın  yaĢamaq  azadlıq  və  Ģəxsi  toxunulmazlıq  hüququ  vardır.  Heç  kəs 
insan ləyaqətini alçaldan alçaq, qeyri-insani cəza və iĢgəncələrə məruz qala bilməz. 
Hər  bir  insan  onun  harada  olmasından  asılı  olmayaraq  hüquq  subyekti  hesab 
olunur. Ġnsanlar qanun qarĢısında bərabərdir və qanunlarla eyni dərəcədə müdafiə 
olunurlar. 
XX  əsrin  ən  dəhĢətli  hadisələrindən  olan  Xocalı  soyqırımının  məhz 
azərbaycanlı  milli  qrupuna  qarĢı  yönəldiyi  inkarolunmaz  faktdır  və  bu  da 
ermənilərin  qeyri-insani  davranıĢlarını  genosid  (soyqırımı)  üçün  ciddi  hüquqi 
əsaslar verir. BMT BaĢ Məclisinin 9 dekabr 1948-ci ilə qəbul edilmiĢ və 1961-ci 

72 
 
ildə  qüvvəyə  minmiĢ  “Genosid  cinayətinin  qarĢısının  alınması  və  təqsirkarların 
cəzalandırılması  haqqında”  Konvensiyaya  asanlıqla  yönəlmiĢ  bu  qeyri-humanist 
aktın hüquqi əsasları təsbit olunmuĢdur. 
Ermənistanın  müharibə  zamanı  davranıĢ  normalarını  müəyyənləĢdirən 
beynəlxalq  hüquq  prinsiplərinə  məhəl  qoymaması  ilə  bağlı  faktlar  yalnız  bununla 
məhdudlaĢmır. Beynəlxalq humanitar hüququn tələblərinə  əsasən  müharibə  yalnız 
silahlı  münaqiĢədə  oan  tərəflərin  silahlı  qüvvələri  arasında  aparılmalıdır.  Mülki 
əhali döyüĢlərdə  iĢtirak etməməli  və  onlarla  hörmətlə  davranılmalıdır. “Müharibə 
zamanı  mülki  Ģəxslərin  müdafiəsinə  dair”  IV  Cenevrə  Konvensiyasının  3-cü 
maddəsinə  əsasən,  mülki  əhalinin  həyatına  və  təhlükəsizliyinə  qəsd,  o  cümlədən 
onların  hər cür öldürülməsi, Ģikəst edilməsi,  onlarla  qəddar davranıĢ, onlara  əzab 
və iĢgəncə verilməsi, insan ləyaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlər qadağan 
edilir.  Konvensiyanın  33-cü  maddəsində  isə  qeyd  olunur  ki,  heç  bir  mülki  Ģəxs 
törətmədiyi  hüquq  pozuntusuna  görə  cəzalandırıla  bilməz.  Mülki  əhaliyə  qarĢı 
kollektiv cəza tədbirlərinin  görülməsi,  mülki  əhalini qorxuya salmaq, onlara qarĢı 
terror hərəkətləri, onların repressiyaya  məruz qoyulması birmənalı qadağan edilir. 
Həmin Konvensiyanın 34-cü maddəsinə görə mülki əhalinin girov götürülməsi də 
qadağandır. Lakin təkcə Xocalıda 1000-dən artıq insanı girov götürən ermənilər bu 
prinsipə  də  aĢkar  sayğısızlıq  nümayiĢ  etdirmiĢlər.  Ermənistan  silahlı  qüvvələri  bu 
hüquq normalarına məhəl qoymamıĢ, Xocalıda dinc əhalinin məhvi üçün ən qəddar 
üsullara əl atmıĢlar. 
Ulu öndərimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi 
ilə  hakimiyyətə  qayıdıĢından  sonra  bir  çox  milli  faciələrimiz  kimi  Xocalı 
soyqırımına  da  siyasi-hüquqi  qiymətin  verilməsi  mümkün  olmuĢdur.  1996-cı  il 
fevralın 24-do xocalılarla görüĢən ulu öndərimiz Heydər Əliyev Xocalı faciəsinin 
xalqımızın qəhrəmanlıq tarixində xüsusi yeri olduğunu vurğulamıĢdır: 
“Bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə 
sədaqətinin nümunəsidir, ikinci tərəfdən də Ermənistanın millətçi, vəhĢi qüvvələri 
tərəfindən  Azərbaycana  qarĢı  edilən  soyqırımıdır,  vəhĢiliyin  görünməmiĢ  bir 
təzahürüdür.  Əgər  Xocalı  faciəsi  bir  tərəfdən  erməni  iĢğalçılarının  vəhĢililiyinin 
nəticəsi  olubsa,  ikinci  tərəfdən  bizim  dövlət  orqanlarının,  o  vaxt  respublikaya 
rəhbərlik edən səlahiyyətli  Ģəxslərin cinayətkarlığı, hətta deyərdim, xəyanətkarlığı 
nəticəsində  olubdur.  Ona  görə  də  biz  bu  soyqırımını  pisləməliyik,  ermənilərin  bu 
vəhĢiliyini  dünyaya  göstərməliyik,  onları  bir  vəhĢi  kimi  ifĢa  etməklə  yanaĢı,  eyni 
zamanda, özümüzə etdiyimiz cinayəti, xəyanəti də aĢkar etməliyik”. 
Ümummilli liderimizin təĢəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də 
“Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etmiĢ, sənəddə hadisənin baĢ 
vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanmıĢdır. 
Eyni  zamanda,  Xocalı  faciəsi  ilə  bağlı  həqiqətlərin  dünya  ictimaiyyətinə 
çatdırılması,  erməni  qəsbkarlarının  beynəlxalq  müstəvidə  ifĢası  mühüm  vəzifələr 
kimi  önə  çəkilmiĢdir.  Ümummilli  liderimizin  “Xocalı  soyqırımı  qurbanlarının 

73 
 
xatirəsinə  sükut  dəqiqəsi  elan  edilməsi  haqqında”  25  fevral  1997-ci  il  tarixli 
sərəncamı ilə hər il  fevral ayının 26-sı saat 17:00-da  Azərbaycan Respublikasının 
ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir. 
Son  15  ildə  Xocalı  həqiqətlərinin  dünyaya  tanıdılması,  Ermənistanın  sovet 
hərbi  dairələrinin  dəstəyi  ilə  həyata  keçirdiyi  insanlıq  əleyhinə  cinayətin 
beynəlxalq miqyasda ifĢası istiqamətində xeyli iĢ görülmüĢ, xarici dillərdə kitablar, 
sənədlər dərc olunmuĢ, Xocalı genosidi müxtəlif təĢkilatlarda gündəmə gətirilmiĢ, 
bununla bağlı bir çox internet saytları yaradılmıĢdır. BəĢəriyyətə qarĢı ən dəhĢətli 
cinayətlərdən  olan  Xocalı  soyqırımı  barədə  həqiqətlərin  dünya  ictimaiyyətinə 
çatdırılması  baxımından  son  4  ildə  Azərbaycan  prezidenti  cənab  Ġlham  Əliyevin 
rəhbərliyi altında həyata keçirilən ardıcıl tədbirləri də xüsusi vurğulamaq lazımdır. 
“VətəndaĢlarımız,  soydaĢlarımız  unutmamalıdır  ki,  erməni  millətçilərinin 
antiazərbaycan  təbliğatı  getdikcə  geniĢlənir,  mənfur  formalarda  davam  etdirilir. 
Ermənilər  ərazi  iddialarını  əsaslandırmaq  üçün  yeni-yeni  əsassız  tezislər  uydurur, 
məkrli  siyasət  aparırlar.  Buna  görə  də  biz  belə  iedoloji  təxribatlara  qarĢı  ayıq 
olmalı,  onları  vaxtında  ifĢa  etməliyik”  -  deyən  cənab  Ġlham  Əliyev  Ermənistanın 
təcavüzü  nəticəsində  xalqımızın  üzləĢdiyi  faciələri  real  faktlarla  dünya 
ictimaiyyətinə  çatdırılmasını  Xarici  ĠĢlər  Nazirliyinin,  xaricdəki  diplomatik 
korpuslarımızın  və  diasporumuzun  qarĢısında  mühüm  vəzifələr  kimi 
müəyyənləĢdirmiĢdir. 
Beynəlxalq  cinayət  ayrı-ayrı  dövlətlərin  hüquq  və  qanun  mənafelərini, 
beynəlxalq səviyyədə tanınmıĢ insan hüquqlarının kobud və kütləvi Ģəkildə pozan, 
hüquqi  tərkibi  beynəlxalq  hüquq  normalarında  müəyyən  olunmuĢ,  beynəlxalq 
hüquqa zidd olan əməllərə deyilir. Beynəlxalq hüquq elmində “beynəlxalq cinayət” 
və  “beynəlxalq  xarakterli  cinayət”  kateqoriyaları  fərqləndirilir.  Soyqırım  cinayəti 
beynəlxalq cinayət kateqoriyasına aiddir. Həmin cinayətlərin  əsas tərkibləri ikinci 
dünya müharibəsindən sonra yaradılmıĢ Beynəlxalq Hərbi tribunalların (Nürnberq 
və Tokio) nizamnaməsində ifadə olunmuĢdur. 
 
Xocalı soyqırımının beynəlxalq cinayət kimi hüquqi əsasları 
 
Xocalı  soyqırımının  beynəlxalq  cinayət  kimi  tövsifi  üçün  hüquqi  əsaslar 
aĢağıdakılar hesab olunmalıdır: 
1.
 
 BMT  BaĢ  Məclisinin  9  dekabr  1948-ci  il  tarixli  260  (III)  saylı  qətnaməsi  ilə 
qəbul  edilmiĢ  Soyqırım  cinayətinin  qarĢısının  alınması  və  cəzalandırılması 
haqqında Konvensiya (Konvensiya 1951-ci ildə qüvvəyə minmiĢdir); 
2.
 
  Nürnberq Hərbi Tribunallarının Nizamnaməsi (Nizamnamədə birbaĢa soyqırım 
cinayəti  göstərilməsi  də,  həmin  cinayəti  təĢkil  edən  əməllər  insanlıq  əleyhinə 
cinayətlər və müharibə cinayətləri kimi nəzərdə tutulmuĢdur); 
3.
 
 Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsi (maddə. 74); 
4.
 
 Ruanda Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsi (maddə. 1); 

74 
 
5.
 
 Beynəlxalq Cinayət Məhkəməsinin Statusu (maddə. 6); 
6.
 
 Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (maddə.103); 
7.
 
 Azərbaycan 
Respublikası  Prezidentinin  “Azərbaycanlılarının  soyqırımı 
haqqında” 26 mart 1998-ci il tarixli fərmanı. 
 
Xocalı soyqırımının beynəlxalq hüquqi nəticələri 
 
Beynəlxalq 
hüquq  soyqırım  cinayəti  ilə  əlaqədar  aĢağıdakıları 
müəyyənləĢdirmiĢdir; 
1.
 
 Soyqırım  cinayəti  törətmiĢ  Ģəxslərin  cinayət  mühakiməsi  və  cəzalandırılması 
labüddür. 
2.
 
 Soyqırım  cinayətinin  təkcə  icraçıları  deyil,  soyqırım  törətməyə  sui-qəsd, 
soyqırıma birbaĢa və açıq təhrikçilik, soyqırıma cəhd və soyqırımda iĢtirak etmək 
də  cinayət  məsuliyyəti  doğurur.  Soyqırım  cinayəti  törətmiĢ  Ģəxslərə  universal 
yurisdiksiya prinsipi tətbiq olunmalıdır. 
3.
 
 Soyqırım  cinayətini  törətməkdə  əmrin  icrası  istinad  edilən  Ģəxsi  cinayət 
məsuliyyətindən azad etmir. 
4.
 
 Soyqırım cinayətinin törədilməsinin qarĢısının alınması üçün tədbir görməməyə 
görə rəhbər Ģəxs məsuliyyət daĢıyır. 
5.
 
 Soyqırım  cinayətlərinə  cinayət  məsuliyyətinə  cəlb  etmə  müddətləri  tətbiq 
edilmir. 
6.
 
 Soyqırım cinayətinə görə qanunun retroaktiv tətbiqinə yol verilir. 
7.
 
 Soyqırım  cinayətini  törətmiĢ  Ģəxslər  cinayət  məsuliyyətinə  cəlb  olunmaq  üçün 
tələb edən dövlətə verilməlidir. 
Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ  münaqiĢəsi zamanı törədilmiĢ bir 
sıra  cinayətlər  onların  törədildiyi  dövrdə  Azərbaycan  Respublikası  Cinayət 
Məcəlləsində  beynəlxalq  cinayət  kimi  ifadəsini  tapmıĢdı.  Lakin  bu,  heç  də  həmin 
cinayəti törədən Ģəxslərin cinayət məsuliyyətini istisna etmir. Çünki yuxarıda qeyd 
olunan  beynəlxalq  cinayətlərə  görə  məsuliyyətin  zəruriliyi  barədə  müddəa  artıq 
Beynəlxalq  Birlik  tərəfindən  qəbul  edilmiĢ  və  beynəlxalq  hüququn  adət  norması 
kimi  fəaliyyət  göstərir.  Ona  görə  də  azərbaycanlılara  münasibətdə  törədilmiĢ 
vəhĢiliklər beynəlxalq aləm tərəfindən qəbul olunmuĢ hüquq prinsiplərinə müvafiq 
olaraq beynəlxalq cinayət  kimi tanınmıĢ və həmin cinayət  əməllərinə  görə heç nə 
həmin cinayəti törətmiĢ Ģəxsləri cinayət məsuliyyətindən azad edə bilməz. 
Məhz  elə  buna  görə  də,  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ 
münaqiĢəsi  zamanı  beynəlxalq  cinayət  törətmiĢ  Ģəxslərin  tələb  olunması  və 
mühakimə  edilməsi  üçün  hüquqi  baza  mövcuddur.  Həmin  hüquqi  əsaslara 
söykənərək  soyqırım  cinayəti,  müharibə  cinayətləri  və  insanlıq  əleyhinə  cinayət 
törətmiĢ  Ģəxslərin  axtarılıb  tapılması,  tələb  olunması  və  mühakimə  edilməsi 
istiqamətində iĢ aparılmalıdır. 

75 
 
Ġkinci  Dünya  müharibəsi  zamanı  törədilmiĢ  Xatın  faciəsi,  Xoloost  qırğını, 
Xirosima  və  Naqasaki  fəlakətlərini,  eləcə  də  bir  sıra  digər  dəhĢətli  hadisələri 
Xocalı faciəsi ilə müqayisə etmək üçün, əvvəlcə bu hadisənin Ģahidi olmuĢ Fransız 
jurnalisti Can iv Juistin yazdıqlarına diqqəti cəlb etmək istəyirəm: 
“Mən  qəddarlıq  haqqında  çox  eĢitmiĢəm.  Ancaq  ermənilər  5-6  yaĢlı 
uĢaqları, mülki əhalini öldürməklə onları ötüb keçiblər. 
Leonid  Kravets  -  hərbi  təyyarəçi,  mayor:  “Fevralın  26-da  mən 
Stepanakertdən  yaralıları çıxarıb Əsgəran darvazasından geri qayıdırdım.  AĢağıda 
gözümə  nəsə  tünd  ləkələr  dəydi.  Birdən  bortmexanik  qıĢqırdı:  “Baxın,  orada 
qadınlar,  uĢaqlar  gör  nə  günə  düĢüblər”.  Gözəyarı  saydıq.  YoxuĢa  səpələĢmiĢ  iki 
yüzə yaxın meyitin arasında əlisilahlılar gəziĢirdilər. 
Təcili  ora  uçduq  və  meyitləri  götürməyə  cəhd  etdik.  Hər  yana  səpələnmiĢ 
qadın,  qoca,  uĢaq  meyitləri  adamı  sarsıdırdı.  Yerli  milis  kapitanı  da  bizimlə  idi. 
Meyitlərin arasında baĢı yarılmıĢ dörd yaĢlı oğlunu görəndə dəli oldu... Bizi atəĢə 
tutmamıĢdan imkan tapıb bir neçə meyiti götürə bildik”. 
Daud Xeyriyan  - Xocalı faciəsinin Ģahidi olan erməni  yazır: “Martın 2-də 
erməni  “Qaflan”  qrupu  100-dən  artıq  azərbaycanlı  meyitini  yığaraq  Xocalının 
təxminən bir kilometr qərbində yandırdı. Sonuncu maĢında alnından və əllərindən 
yaralanmıĢ  təqribən  on  yaĢlı  qız  gördüm;  aclığa,  soyuğa,  aldığı  yaralara 
baxmayaraq  sir-sifəti  gömgöy  göyərmiĢ  bu  qız  uĢağı  hələ  sağ  idi.  Güclə  nəfəs 
alırdı. Tiqranyan adlı bir əsgər hərəkətəsiz qalan bu qızı götürüb meyitlərin üstünə 
tulladı, sonra onlara od vurdular”. 
V.Belix  –  “Ġzvestiya”  qəzetinin  müxbiri:  “VaxtaĢırı  Ağdama  diri 
girovlarla  dəyiĢdirilmiĢ  azərbaycanlıların  meyitləri  gətirilir.  Belə  Ģeyi  dəhĢətli 
yuxuda  da  görmək  mümkün  deyil,  deĢilmiĢ  gözlər,  kəsilmiĢ  baĢlar,  qulaqlar, 
doğram-doğram  olmuĢ  bədənlər  kəndirlə  bir-birinə  sarınaraq  zirehli  maĢının 
arxasında sürüklənmiĢ çıl-çılpaq meyitlər, vəhĢiliyin həddi-hüdudu yoxdur”. 
Validimir  Savelyev  -  02270  saylı  hərbi  hissədə  əks  kəĢfiyyatın  rəisi: 
Onun  “məxfi-arayıĢ”ında  deyilir  ki,  azərbaycanlı  meyitləri  qalaqlanan  çalaların 
ətrafında  axĢamlar  itlərin  və  çaqqalların  səs-küyündən,  dartıĢmalarından  qulaq 
tutulur, adam vahimələnirdi. 
Karabelnikov  Ġ  -  rus  zabiti:  “Birinci  batalyonun  qərargah  rəisi,  mayor 
Abram  Çitçiyan  13  nəfərlik  Babayevlər  ailəsini  güllədən  keçirib.  Buna  görə  ona 
Fransa  erməni  diasporu  tərəfindən  150  min  dollar  pul  və  ən  böyük  təltif  sayılan 
“Kilsə mükafatı” verilib”. 
Xocalı  soyqırımı  zamanı  yol  verilmiĢ  zorakılıq  əməllərinin  qabaqcadan 
düĢünülmüĢ qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv 
edilməsi  niyyəti  ilə  törədilməsi  beynəlxalq  və  dövlətdaxili  hüquqa  əsasən  məhz 
genosid  olduğunu  sübut  edir.  Erməni  qəsbkarlarının  vəhĢilik  və  vandalizm  aktı 
tərəqqipərvər bəĢəriyyətin genosid kimi tanıdığı Xatın və Sonqmi faciələri ilə eyni 

76 
 
səviyyədə  qiymətləndirməli,  insanlığa  qarĢı  törədilən  bu  cinayət  öz  layiqli 
qiymətini almalıdır. 
ABġ  Konqresində  Ġndiana  ġtatının  təmsilçisi,  Beynəlxalq  Münasibətlər 
Komitəsinin  üzvü,  konqresmen  Dən  Bartonun  Nümayəndələr  Palatasında  çıxıĢ 
edərək,  Konqresi  Xocalı  soyqırımını  tanımağa  çağırması  artıq  Amerika 
ictimaiyyətinin  də  erməni  vəhĢiliklərindən  xəbərdar  olması  və  insan  hüquqlarının 
kobudcasına  pozulması  ilə  müĢayiət  olunan  qəddarlığa  son  qoyulması  istəyindən 
xəbər verir. 
Konqresmen  Xocalı  Ģəhərində  ermənilər  tərəfindən  insanlığa  xas  olmayan 
qəddarlıqla  qadın,  uĢaq  və  yaĢlıların  qətlə  yetirilməsi,  cəsədlərin  belə  təhqir 
olunması  faktlarını  həmkarlarının  diqqətinə  çatdırmıĢ,  daha  sonra  ABġ 
Konqresinin  Xocalı  soyqırımını  tanımaqla  beynəlxalq  ictimaiyyətin  uzun  illərdən 
bəri bu məsələ ilə bağlı sükut buzunu qıracağına əmin olduğunu qeyd etmiĢdir. 
Təəssüf  ki,  insan  hüquqlarının  kütləvi  və  kobud  Ģəkildə  pozulması  ilə 
nəticələnmiĢ  Xocalı  soyqırımına  hələ  də  beynəlxalq  miqyasda  hüquqi  qiymət 
verilməmiĢ,  terrorçu,  iĢğalçı  əməllərə  qarĢı  qəti  tədbirlər  görülməmiĢdir. 
ÜmumbəĢəri  dəyərlərlə,  beynəlxalq  hüquqi  normalara  əsasən  düĢünmək  və  qərar 
qəbul etməyin zamanı çatmıĢdır. 
Bir daha böyük ümidlərlə dünya birliyinə, mötəbər beynəlxalq qurumlara və 
dünya xalqlarına müraciət edərək Azərbaycana qarĢı aparılan uzunmüddətli erməni 
təcavüzünə,  terror  siyasətinə,  kütləvi  Ģəkildə  insan  hüquqlarının  pozulmasına  son 
qoyulacağına,  bu  ağrılı  münaqiĢənin  sülh  və  danıĢıqlar  yolu  ilə  aradan 
qaldırılmasına  dəstək  veriləcəyinə,  zəbt  olunmuĢ  torpaqların  qaytarılacağına, 
qaçqına  və  məcburi  köçkünə  çevrilmiĢ  yüz  minlərlə  soydaĢımızın  öz  yurdlarına 
dönəcəyinə, onların konstitusion hüquqlarının bərpa ediləcəyinə inanırıq. 
Ümid  edirik  ki,  nüfuzlu  beynəlxalq  təĢkilatlar  Azərbaycanın  haqq 
mövqeyini  dəstəkləyəcək,  ölkəmizə  qarĢı  təcavüzü,  Xocalı  soyqırımını  törədən 
erməni  terrorçuları  və  onların  havadarları  cinayət  məsuliyyətinə  cəlb  ediləcək, 
iĢğalçı  Ermənistan  dövlətinə  qarĢı  səlahiyyətli  beynəlxalq  qurumlar  tərəfindən 
sanksiyalar tətbiq olunacaqdır. 
BMT-nin və Avropa ġurasının üzvü olan Azərbaycan yeni minilliyə qədəm 
qoymuĢ,  vətəndaĢ  cəmiyyətinin,  vətəndaĢ  hüquqlarının  dolğun  təminatına 
yönəlmiĢ,  demokratik  inkiĢaf  yolunu  seçmiĢ,  beynəlxalq  konvensiyalara  və 
qanunlara riayət edən nüfuzlu qurumlara hörmətlə yanaĢan hüquqi, sivil dövlətdir. 
Həmin  qurumlar  tərəfindən  isə  ölkələrlə  münasibətdə  ayrı-seçkiliyə,  ikili 
standartlara yol verilməməlidir. 
Ermənilər  azərbaycanlılara  qarĢı  Azərbaycan  ərazisində  zaman-zaman 
dəhĢətli  soyqırımlar,  qətllər  törədiblər.  Lakin  onlar  tarixi  saxtalaĢdıraraq  bunu 
erməni soyqırımı kimi dünya ictimaiyyətinə təqdim etməyə çalıĢırlar. Bu dəhĢətləri 
həyata keçirən ermənilər nəinki özlərinin törətdikləri qanlı cinayətləri uzun müddət 

77 
 
ört-basdır  edə  biliblər.  Tamamilə  əks  mövqedən  çıxıĢ  edərək  guya  özlərinin 
soyqırıma  məruz  qaldıqlarını  iddia  edirlər,  hətta  bəzi  hallarda  bir  sıra  ölkələrdə 
müxtəlif  səbəblər  üzündən  tarixi  saxtalaĢdırmağa,  əsl  həqiqəti  gizlətməyə  nail  ola 
biliblər.  AĢkar  edilmiĢ  Quba  məzarlığı  ilə  bağlı  erməni  qəddarlığını  sübut  edən 
faktları  bütün  dünya  ölkələrinin  parlamentlərinə,  xüsusilə  erməni  təbliğatına 
uyaraq  erməni  soyqırımı  barədə  qərarlar  qəbul  etmiĢ  dövlətlərə  göndərmək 
lazımdır.  Bunun  əsasında  biz  bütün  dünyaya  erməni  soyqırımının  uydurma 
olduğunu  sübut  etməliyik.  Erməni  xəyanətinə,  saxtakarlığına,  yalanına  qarĢı 
mübarizəni gücləndirməliyik. Bu iĢ ardıcıl, sistemli aparılmalı, bir mərkəzdən idarə 
olunmalıdır. 
Artıq  bu  gün  dünya  əsl  genosid  olan  Xocalı  soyqırımı  ilə  bağlı  bütün 
həqiqətləri  təfərrüatı  ilə  bilməlidir.  Heç  nə  unudulmur,  heç  nə  yaddan  çıxmır. 
Ġnsanlığa qarĢı yönəlmiĢ heç bir cinayət cəzasız qalmamalıdır. Günahsız insanları 
yaĢamaq  hüququndan  məhrum  edən  əliqanlı  canilər  cavabdehlik  daĢımalı,  öz 
bədxah,  çirkin  əməlləri  üçün  vicdanları,  tərəqqipərvər  bəĢəriyyət,  ədalət 
mühakiməsi, tarix məhkəməsi qarĢısında cavab verməlidirlər. 

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə