Əruz vəzni və bəhrləri



Yüklə 16,8 Kb.
səhifə1/3
tarix24.10.2023
ölçüsü16,8 Kb.
#160814
növüYazı
  1   2   3

Əruz vəzni və bəhrləri
Əruz -uzun və qısa hecaların müəyyən kombinasiyalarda gözəl oxunuş ritmi yaradan ardıcıllığının (əsasən dövri) bütün misralarda (beytlərdə) dəqiqliklə gözlənilməsi ilə müəyyən olunan şeir vəzni.
Əruz Azərbaycan poeziyasının ən aparıcı vəznlərindəndir. Klassiklərimizin əsərləri başdan-başa bu vəzndə yazıldığı üçün çox zaman əruza klassik vəzn də deyirlər.Əruz ərəb sözü olub, lüğəvi mənası geniş yol, bulud, dirək və s. anlamına gəlir. Şeirdə əruz misranın ölçüsü, vəzni deməkdir. Elə təsəvvür edin ki, əruz, onun müxtəlif bəhrləri və təfilələri misraların boy-buxununa uyğun gələn ülgüdür. Hər hansı məna yüklü misralara "paltar tikərkən" məhz uyğun gələn ülgüdən istifadə etmək lazımdır. Təfilələr söz qəlibidir. Müxtəlif bəhrlərin ayrı-ayrı şəkildə təkrarlanan qəlibinə uyğun olaraq söz seçmək xüsusi ahəngdarlıq, ritm əmələ gətirir.Bəzən bəstəkar hər hansı bir musiqi ərini yazır, sonra şairdən xahiş edir ki, onun ritminə uyğun şəkildə mətn yazsın. Musiqidə söz ülgüsü "balvanka" adlanır. Şair ona verilən balvankaların-söz ülgüsünün ritminə uyğun şəkildə mətn yazır. Balvankaya uyğun gəlməyən mətn musiqi üçün yaramır.
Əruz vəzninin yaradıcısı Xəlil ibn Əhməd ilk dəfə ritmik ərəb sözlərindən istifadə etməklə müxtəlif təfilələr - söz qəlibləri yaratmışdır.
Azərbaycan ədəbiyyatşünaslığında əruzu elmi şəkildə araşdıran, onun Azərbaycan şerinə, dilimizin qayda-qanunlarına uyğunlaşması prosesini klassiklərimizin əsərlərinə istinadən öyrənən xdƏkrəm Cəfər əruz təfilələrinin Azərbaycan variantını yaratmışdır. Əkrəm müəllim faktlarla sübut edir ki, əsas məsələ təfilədəki sözün lüğəvi mənasında yox, onun ölçüsündə, ritmindədir. Əkrəm Cəfər "MəfA'ilün" əvəzinə "qələmdildil", "Fə'ilAtün" əvəzinə "nüvədıldil", "Fə'ilün" əvəzinə "dilpərdə", "fA'ilAtün" əvəzinə "dilqələmdil", "məfA'İlü əvəzinə "qələmpərdə" və s. işlədir. Bu təfilələrə görkəmli ədəbiyyatşünasımızın şərəfinə "Əkrəmi" (dil, pərdə, nüvə, qələm) adı verilmişdir.
Əruzun bəhrləri çoxdur. Azərbaycan poeziyasında isə əruzun ən çox işlənən bəhrləri bunlardır: həzəc bəhri, rəməl bəhri, rəcəz bəhri, mütəqarib bəhri, müzare bəhri, müctəs bəhri, xəfif bəhri, münsərih bəhri, səri bəhri, mütədarik bəhri, kamil bəhri.

Yüklə 16,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin