ƏŞİR BƏŞİROĞLU
C Ə S U R
Q A R D A Ş L A R
Bakı “Təknur” 2013
C
əsur qardaşlar
2
Bu kitabı yazarkən mənə dəyərli məlumatlar topladığına görə oğlum
Şamilə dərin minnətdarlığımı bildirirəm.
Redaktor:
B
əhram Salman oğlu Avilov, fəlsəfə doktoru
Korrektor:
Z
ərifə İsmayıl qızı Rzayeva,
filologiya elml
əri namizədi, dosent
Əşir Bəşiroğlu
C
əsur qardaşlar
Bakı: “Təknur” nəşriyyatı, 2013, səh
Şair-publisist Əşir Bəşiroğlu iri həcmli 12 kitab yazıb oxuculara təqdim
edi
lmişdir. “Cəsur qardaşlar” adlanan bu kitab şairin oxucularla 13-cü
görüşüdür. Kitabda vətənə sevgi və elə məhbbət hissi aşılanır. Eyni zamanda
milli düşmənimiz olan ermənilərə nifrət hissi tövsiyyə olunur.
Əşir Bəşiroğlu 2013
Əşir Bəşiroğlu
3
TARİXİN QAN YADDAŞI
Unutmamalıyıq ki, 1988-1994-cü illərdə Azərbaycanın bu torpaqları
ermənilər tərəfindən işğal edilmişdir.
1.
Dağlıq Qarabağ (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə,
Hadrut), işğal tarixi – 1988-1994-cü illər. Sahəsi: 4400 kv.km
2.
Şərur rayonunun Kərki və Cünnüt kəndləri (17 fevral 1990). Sahəsi: 19
kv.km
3.
Laçın (17 may 1992). Sahəsi: 1835 kv.km
4.
K
əlbəcər (3-4 aprel 1993). Sahəsi: 1936 kv.km
5.
Ağdam (23 iyul 1993). Sahəsi: 1094 kv.km
6.
C
əbrayıl (18 avqust 1993). Sahəsi: 1059 kv.km
7.
Füzuli (23 avqust 1993). Sah
əsi: 1386 kv.km
8.
Qubadlı (31 avqust 1993). Sahəsi: 802 kv.km
9.
Z
əngilan (30 oktyabr 1993). Sahəsi: 707 kv.km
Bu torpaqların azad edilməsi bizim müqəddəs borcumuzdur. Mən əminəm ki,
bizim qəhrəman milli ordumuz tezliklə bu torpaqları düşmən tapdağından azad
edəcəkdir. Siz də əmin olun, mənim istəkli həmvətənlərim! Amin...
C
əsur qardaşlar
4
MÜƏLLİF HAQQINDA
Şair-publisist Əşir Bəşiroğlu (Fətəliyev Əşir
Bəşir oğlu) 3 noyabr 1935-ci ildə Qubadlı
rayonunun Aşağı Mollu kəndində kolxozçu
ailəsində anadan olub. 1953-cü ildə Qubadlı rayon
Xanlıq kənd orta məktəbini bitirib. 1954-1957-ci
illərdə hərbi xidmətdə olub. 1958-1969-cu illərdə
Sumqayıt şəhərindəki Alüminium zavodunda fəhlə,
növbə rəisi və sex partiya komitəsinin katibi
işləmişdir. Dəfələrlə Sumqayıt şəhər Sovetinin
deputatı və konfrans nümayəndəsi seçilmişdir.
İşdən
ayrılmadan
təhsilini
davam
etdirmişdir. O, əvvəlcə Bakı Statistika Texnikomunu, sonra isə V.İ.Lenin adına
APİ-ni bitirmişdir. Elə həmin illərdə də Qubadlı rayonunun Aşağı Mollu kənd orta
məktbində müəllim işləmişdir. İndi o məktəb Sumqayıt şəhrində yerləşir.
3 noyabr 1970-
ci ildə Aşağı Mollu kəndindəki Qaçaq Nəbi adına kolxozun
İdarə heyyətinə sədr seçilmişdir. İşlədiyi müddətdə kolxoz keçici qırmızı bayraq, o
özü isə fəxri fərman və döş nişanı ilə təltif olunmuşdur. 25 dekabr 1975-ci ildə
səhhəti ilə əlaqədar olaraq işdən çıxmışdır. O, yenə də Aşağı Mollu kənd
məktəbində müəllimlik etmişdir.
Əşir Bəşiroğlu “Qızıl qələm”, “Xalqın nüfuzlu ziyalısı”, “Azərbaycan
bayrağı”, “H.Z.Tağıyev”, “H.B.Zərdabi” və “Şərəf” media mükafatları fəxri
dip
lomları ilə təltif olunmuşdur.
Azərbaycan KİVİHİ-nin və Azərbaycan yazıçılar birliyinin üzvüdür.
Şairin iri həcmli 12 kitabı nəşr olunub oxuculara təqdim edilmişdir. Onun
əvvəlki kitabları oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Ümüdvarıq ki, “Cəsur
qardaşlar” adlanan bu 13-cü kitab da oxucular tərəfindən rəğbətlə qarşılanacaqdır.
Əşir Bəşiroğlu
5
ÖN SÖZ
1988-ci ilin fevral
ında böyük münaqişə başlandı – sonralar o, ölkənin kütləvi
informasiya vasitələrində “Dağlıq Qarabağ vilayətində və onun ətrafında
hadisələr” adlandırıldı.
Elə bir dövr idi ki, hələ yenidənqurma prosesləri çoxminli insan kütlələrini
şəhər və qəsəbələrin küçə və meydanlarına çıxarmamışdı. SSRİ xalq deputatlarının
bütün ölkəni iki həftəliyə işdən ayıran, uşaqdan tutmuş böyüyədək hamını televizor
ekranlarına cəlb edən birinci qurultayı keçirilməmişdi, alkoqolizm əleyhinə
qanunveriliyin qüvvəyə minməsinin iqtisadi təsiri özünü göstərməmişdi, ölkənin
müxtəlif güşələrində zəhmətkeşlərin çıxışlarının güclü dalğasını qaldıran,
iqtisaiyyatı durğunluq vəziyyətindən çıxarıb böhran burulğanına atan şaxtaçı
tətilləri başlanmamışdı.
DQMV-
ə dair 1988-ci il martın 23-də qəbul edilmiş ilk sənədlərdən birində
deyilirdi ki, “...SSRİ Ali Sovetinin Rəyasət heyəti SSRİ Konstitusuyasının 81-ci
maddəsini rəhbər tutaraq qərara alır...” Sonra maddələr gəlirdi...
O zaman çoxları fikir vermədi ki, Rəyasət heyətinin qərarı ümumən
Konstitusiyanın məhz 81-ci maddəsi ilə əlaqədar qəbul edilmişdir. Bəs həmin
maddədə nədən danışılır? “Müttəfiq respublikaların süveren hüquqları SSR İttifaqı
tərəfindən qorunur”.
Məlumdur ki, Azərbaycan heç vaxt və heç kəsə ərazi iddiasında olmamışdır.
Əksinə, Ermənistan DQMV ərazisinə malik olmaq iddiasını irəli sürmüşdür. Lakin
ölkənin ali hakimiyyəti Azərbaycanın hüquqlarının mühafizəsinin tamamilə dəqiq
qanunvericilik əsasını göstərsə də bu cür mühafizəni təmin etmədi.
1988-
ci il martın 24-də “1988-1995-ci illərdə Azərbaycan SSR Dağlıq
Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri
haqqında” Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin qərarı qəbul olundu.
Qərarda deyilirdi: “Beşilliyin yalnız son üç ili ərzində vilayətdə sənaye
istehsalının həcmi üç dəfədən çox, kənd təsərrüfatı məhsulları istehsalı 1,5 dəfə
çoxalmışdır. Respublika və Ümumittifaq əmək bölgüsündə vilayətin iştirakı xeyli
artmışdır, inteqrasiya prosesləri güclü inkişaf edir. Əhalinin yaşayış sahələri,
xəstəxanalar, kitabxanalar, klublar ilə təminatı yaxşılaşmışdır”.
C
əsur qardaşlar
6
Sonra bir sıra nöqsanlar göstərilirdi, onların tezliklə aradan qaldırılması üçün
vilayətin iqtisadiyyatına iri investisiyalar yönəldilməsi, digər sosial və iqtisadi
tədbirlər görülməsi tələb olunurdu. Təəssüf ki, iki ildən çox vaxt keçməsinə
baxmayaraq, qərarın yerinə yetirilməsinə hələ başlanmamışdır. Əslində DQMV-
nin erməni əhalisinin və qonşu Ermənistanın buna hər cür mane olduqları bir
vaxtda qərarın yerinə yetirilməsinə başlamaq mümkün idimi?
Göstərilən qərarın üçüncü maddəsini xüsusi qeyd etmək lazımdır. Orada
deyilirdi: “SSRİ Mədəniyyət Nazirliyi və Azərbaycan SSR Nazirlər Soveti
Azərbaycan SSR-də yaşayan erməni əhalisinin arzusunu nəzərə alaraq Bakı
şəhərində Erməni dram teatrının yaradılması məsələsini nəzərdən keçirsin”.
Görünür, kimlərəsə elə gəlirdi ki, ərazi iddialarına bu yolla son qoymaq
mümkündür. Hadisələrin gedişi isə ona gətirib çıxardı ki, 1989-cu ilin dekabrında
Bakıda erməni kilsəsi yandırıldı. Yerevanda müsəlman məscidi bundan çox qabaq
yandırılmışdı.
Lap əvvəldən təqsirkarları axtarırdılar. Onların sırasında respublikaların
keçmiş rəhbərlərinin, yenidənqurma əleyhdarlarının və korrupsiyaya qurşanmış
ünsürlərin adları çəkilirdi. Lakin iki qonşu respublikada rəhbərliyin bir neçə dəfə
dəyişməsinə baxmayaraq, yenidənqurmanın əleyhdarları açıq-aydın azlıq təşkil
edir, onların səsləri heç eşidilmir... İstər Azərbaycan, istərsə də Ermənistan
tərəfdən korrupsiyaya qurşanmış ünsürlərə gəlincə, regionumuzun hüdudlarından
kənarda bazara gedən hər kəs öz gözləri ilə görüb yəqin edər ki, onlar nəinki dinc
yanaşı yaşayır, həm də sıx əməkdaşlıq edirlər.
Deməli təqsirkar kimsə başqasıdır, tarix məhz kimin təqsirkar olduğunu
göstərəcək. Hələlik isə “erməni xalqının milli ləyaqəti” uğrunda mübarizəni
özlərinə peşə eləmiş adamlarda baş verən bir sıra qəribə dəyişikliklərə oxucunu
cəlb etməyi vacib bilirik.
Az məhşur olan adi publisisti görkəmli yazıçı adlandırdılar. Stepanakertin və
Yerevanın qəbristanlarına əl verən qiymətlərlə baş daşları göndərən kiçik əyalət
zavodunun direktoru, cəfakeş insan şöhrəti qazandı. Üzümçülük və şərabçılıq
komitəsinin sevimli işindən məlum qərarla ayrılmış keçmiş sədri vilayətdə partiya
lideri oldu və hadisələrin gedişinə özünə layiq töhfəsini verib Moskvaya getdi.
Moskvanın elmi tədqiqat institutlarından birinin heç kəs tərəfindən tanınmayan
Əşir Bəşiroğlu
7
əməkdaşı geniş auditoriyaya ömründə məşğul olmadığı sahənin mütəxəssisi –
millətlərarası məsələlər üzrə mütəxəssis kimi təqdim edildi... Onlar – yalnız
onlarmı? – deputat olub zəkalara hakim kəsilirdilər!...
Münaqişə dəhşətli və faciəli tərzdə genişlənirdi, vəziyyət getdikcə
ağırlaşırdı. Amma bu adamların nitqlərində heç nə dəyişmirdi. Kostyumları isə
dəyişirdi, xüsusilə qadınların paltarı daha bahalı olurdu...
Aylar, illər keçdi – ölkənin bir regionunda söndürülməyən millətlərarası
münaqişə yanğını başqa regionlara yayıldı. Bir çox diyarlarda qan axıdılır. Bəs
ölkəmizin nə qədər güşəsində millətlərarası münaqişələr közərir və münaqişələrin
necə cərəyan edəcəyinə kim təminat verə bilər?...
Mərkəzdə qərarlar qəbul etmək səlahiyyətinə malik olan adamlar, görünür,
bu cür münaqişələrin tarixi köklərini, üstəlik, özlərinin çıxışlarının nəticələrini
aydın təsəvvür eləmirdilər.
Azərbaycan KP MK-nın birinci katibi, Azərbaycan SSR-in prezidenti Ayaz
Niyazi oğlu Mütəllibov Sov.İKP XXVIII qurultayında çıxış edərkən demişdir:
“Açıq deyək: mərkəzin funksionerləri məsələnin tarixini bilmədən, vəziyyətə bələd
olmadan, özlərini zəhmətə salıb münaqişənin səbəblərini obyektiv təhlil etmədən
əslində Azərbaycanı düşünülməmiş qərarların sınaqdan çıxarıldığı meydana
çevirdilər. Bəs nəticəsi? Nəticəsi odur ki, qarşıdurma davam edir, insanlar həlak
olurlar. İş o yerə çatıb ki, ölkənin ərazisində iki respublika arasında sərhəd zonası
yaradılıb. Ermənistanda respublikanın qeyri-formal hakimiyyət orqanlarının
başçılıq etdikləri 140 min nəfərlik milli ordu təşkil olunub”.
Yenilik nədir? Çoxdan unudulmuş köhnəlik. Çoxlarının yadındadırmı ki,
“Qarabağ məsələsi” adlandırılan məsələ erməni məsələsinin yalnız bir hissəsidir.
Erməni məsələsi isə Şərq məsələsinin bir hissəsidir. XIX əsrin axırlarında – XX
əsrin əvvələrində bu məsələlərə əsərlər həsr olunub. Təəssüf ki, çoxu unudulub.
Tarixçi V.Qurko-Kryajinin 1926-
cı ildə nəşr edilmiş Böyük Sovet
Ensiklopediyasında dərc olunan məqaləsi bu əsərlər sırasına aiddir. Müəllif o qədər
dəqiq və parlaq şəkildə yazmışdır ki, Stalin tarixşunaslığı onun adının
unudulmasına çalışırdı. Lakin, görünür, ensiklopediyanın redaksiya heyəti – baş
redaktoru O.Y.Şmidt, akademiklərdən N.İ.Buxarin, Q.M.Kpjijanovski və başqaları
həmin işə V.Qurko-Kryajini nahaq yerə cəlb etməmişdilər.
C
əsur qardaşlar
8
Amma tarixçi də aldanmışdı – o, ümidvar olduğunu bildirirdi: “...erməni
mühacirləri arasında ən vicdanlıları özlərinin əvvəlki istiqamətini dəyişir və
keç
mişdən əl çəkərək, təqsirlərini boyunlarına alıb Vətənə qayıdırlar. Sovet
çevrilişindən sonra Daşnaksütyün, şübhəsiz, tam ölümə məhkumdur...”
Biz oxucuların diqqətini həmin məqalənin bəzi məqamlarına cəlb etməyi
lazım bilirik.
Bildiyimiz kimi ermənilər ən çox ruslara bel bağlayırdılar. 1877-ci il
müharibəsinədək Türkiyədə ermənilər böyük səlahiyyətə malik idilər. Onlar
mühü
m dövlət vəzifələri tutmuşdular. Lakin 1877-ci ildə Rusiya ilə Türkiyə
arasında sülh müqaviləsi bağlanarkən Türkiyə ermənilərinin başda patriarx Nerses
olmaqla Rusiya hökümətinə müraciət etməsi və ondan kömək istəməsi Türk
dövlətini ermənilərə qarşı çevirdi. Rusların ermənilərə kömək məqsədilə dağlıq
ərazilərə qədəm qoymaq cəhdi İngiltərə tərəfindən dəf edildi.
Berlin konqresinin qərarları ermənilərə böyük dövlət yaratmaq ümüdü
verirdi. Bu xam xəyal ermənilərə “dənizdən dənizədək” (Qara dənizdən Aralıq
dənizinədək) böyük dövlət yaratmaq istəyi İngilislər tərəfindən qızışdırılırdı.
Ermənilərin bu istəyi puça çıxdı, Rusiyadan onların özləri imtina etmişdi,
ingilislərə isə o lazım idi ki, ruslar özlərinin yaxın şərq siyasətində ermənilərdən
istifadə edə bilməsin. İngiltərə Türkiyəni Rusiyadan qorumaq üçün Kipr adasını
aldı. Beləliklə o, erməniləri Türkiyənin ixtiyarına buraxdı.
Türkiyə dövləti isə ermənilərin xəyanətinə cavab olaraq onları
cəzalandırmağa başladı. Ermənilər Türklərə qazdıqları quyuya özləri düşdü.
İllər əsrlər bir-birini əvəz edir, siyasətlər dəyişir, yeni dövlətlər yaranır,
köhnələr dağılır, lakin ötən illər keçmişdə qalan zamanlar, süqut edən dövlətlər,
dünyadan köçən sərkərdələr yenidən yad edilir, yer üzündə onların izləri, həyat və
fəaliyyətləri araşdırılır, qiymətləndirilir, çünki gələcək bütün böyüklüyü və
gözlənilməzliyi ilə keçmişinin sarsılmaz özülü üzərində dayanır.
Bu baxımdan “Cəsur qardaşlar” kitabı araşdırmalar nəticəsi olaraq, çoxlu
sayda tarixi mənbələr əsasında ərsəyə gəlmiş, Azərbaycanın qədim toraqlarından
olan Sultan bəyin və qardaşı – Qarabağın general-qubernatoru, Azərbaycan Xalq
Cumhuriyyətinin ilk Müdafiə Naziri Xosrov bəyin qəhrəmanlığına həsr olunur.
Əşir Bəşiroğlu
9
Kitabda Azərbaycanın ən qəddar düşmənlərindən biri olan, ermənilərin isə
inam bəslədikləri Andranik üzərindəki qələbə, Sultan bəylə, Xosrov bəyin 1919-cu
il 21-
30 martında Əsgəran döyüşündə daşnak generalı Dronu məğlub etməsi,
Laçına basqının qarşısının alınması, hərb tariximizin çox şərəfli səhifələrindən biri
hesab olunur.
Eyni zamanda Azərbaycan Xalq Cumhuriyyəti zamanı bölgədəki ictimai-
siyasi
vəziyyət araşdırılmış, 1920-ci ildən sonra Zəngəzurun Sovet Ermənistanına
qeydsiz-
şərtsiz verilməsi səbəbləri təhlil edilmişdir.
Kitabın ən uğurlu cəhətlərindən biri də odur ki, Sultan bəy, Xosrov bəy və
ataları müdrik el ağsaqqalı Paşa bəyin həyatı, şəxsiyyəti, erməni işğalçı
qul
durlarına qarşı mübarizəsi barədə oxucuda əyani təsəvvür yaradılmışdır. Bütün
bu göstərilən cəhətləri əldə rəhbər tutaraq deyə bilərəm ki, kitab geniş oxucu
kütləsinin marağına səbəb olacaq və onlar tərəfindən sevilə-sevilə oxunacaqdır.
I
F Ə S İ L
MÜHARİBƏ İLLƏRİNDƏ
Müharibənin qanlı-qadalı günlərində camaatın güzaranı çox ağır keçirdi.
Mənim uşaqlıq illərim həmin dövrə düşüb. Müharibə təzə başlayanda atam
rəhmətə getdi. Biz iki qardaş bir bacı idik. Yazıq anam olmazın zülmünü çəkirdi.
Kolxozda işləyirdi. O vaxt ayrı dolanışıq yeri yox idi. Yazıq anam səhər-səhər yazı
düzünə taxıl biçininə gedirdi. Günorta istidə evə gələr, azdan-çoxdan çörək yeyib
çəltik alağı etməyə gedərdi. O vaxt mənim 6 yaşım var idi. Mən də anamla birlikdə
alağa gedərdim. Həmin o qanlı-qadalı illərdə kəntdə taun xəstəliyi yayılmışdı. O
vaxt mənim 6 yaşım, qardaşım Əşrəfin 5 yaşı, bacım Diləfruzun isə 7 yaşı var idi.
Anam işə gedəndə bacım həm bizə baxar, həm də ev işlərini görərdi. Mən də atla,
eşşəklə yazı düzündən taxıl dərzi daşıyırdım. Günorta çəltik alağı eləməyə gedəndə
biz üçümüz də anamızla gedərdik. Mən və bacım Diləfruz anama azdan-çoxdan
kömək edərdik. Qardaşımız Əşrəf də yanımızda oynayardı. Taun insanları bir-bir
dənləyirdi. Elə gün olurdu ki, kəntdə 2-3 nəfər taundan ölürdü. Taun xəstəliyi
bizim ailədən də yan keçmədi. Qardaşım Əşrəf o xəstəliyə tutuldu. Anamın bütün
səylərinə, həkimlərin göstərdikləri yardıma baxmayaraq balaca Əşrəfi taun
C
əsur qardaşlar
10
xəstəliyindən xilas etmək mümkün olmadı. O, uşaq yaşında dünyasını dəyişdi.
Oğlunun vaxtsız ölümündən şam kimi əriyən, günü-gündən zəifləyən anamın əli
yeganə gəlir mənbəyi olan kolxoz işindən də soyumuş, qəm dəryasına batmışdır.
Bu azmış kimi bacım Diləfruz da taun xəstəliyinə tutuldu. Yazıq anam öz dərdini
unudub qızının qeydinə qaldı. Həkim, dərman, anamın bütün cəhdlərinə
baxmayaraq bacım Diləfruz da dünyasını dəyişdi. Anam bir müddət yas
saxladıqdan sonra naəlac qalıb kolxoz işinə getdi. Onun yeganə ümidi, pənahı mən
idim. O, mənim qeydimə qalırdı, yeganə balasını itirməkdən qorxurdu. Anam
mənim oxumağıma xüsusi diqqət yetirirdi. Mən də dərslərimdən 4-5 qiymət
alırdım. Orta məktəbi qurtardıqdan sonra əsgəri xidmətə getdim. Üç il əsgərlik
etdikdən sonra doğma kəndimiz olan Molluya qayıtdım, mənim fikrim kəntdə
qalıb işləyib anama kömək etmək idi. Ancaq anam təkidlə tələb etdi ki, instituta
gir, ali təhsil al. Mənim canım hələ suludur. İşləyib səni saxlayacam. Anamın
təkidi ilə mən Bakıya gəlib V.İ.Lenin adına APİ-yə qəbul oldum. Gündüz
Sumqayıt Alüminium zavodunda işləyir, axşam isə institutda oxuyurdum. Nəhayət
institutu qurtardım, ailə qurdum. Sonra bir-birinin ardınca gələn müsübətlər sinəmə
ağır dağ çəkdi. Anamın ölümü, oğlümün faciəli şəkildə öldürülməsi, həyat
yoldaşımın ölümü sinəmə çalın-çarpaz dağ çəkdi. Doğulub boya-başa çatdığım,
suyu ilə çörəyi ilə ətə qana gəldiyim doğma vətənimin düşmən tərəfindən alınması
isə yuxarıda saydığım dərdlərdən qat-qat ağır oldu. İndi mən bütün dərdlərimi
unudub ancaq vətən dərdi ilə yaşayıram. Mənim yeganə arzum vətənimin
alınmasıdır. Əgər mən doğma vətənimdə torpağa tapşırılsam özümü xoşbəxt
sayaram. Qəbir evində rahat yataram.
BALTALA
Budapeşt
şəhərində
kursda
olarkən
bayrağımızı təhqir etmiş erməni zabitini
öldürən ordumuzun baş leytenantı Ramil
Səfərova ithaf edirəm.
Vur düşməni zoruna qurban olum,
İgidə şərəfdi vətənçün ölüm.
Xalqım düşübdü erməni toruna,
Mən bələdəm onların kök-soyuna,
Əşir Bəşiroğlu
11
Vur! Baltala! Qurban olum zoruna!
Biz ağladıq, sızladıq, daha bəsdi,
Anaların göz yaşları əbəsdi.
Doğma vətənimi alıbdı yağı,
Baltayla sağalar vətənin dağı,
Vur! Baltala! Qurban olum zoruna!
Vətəndə tapdanıb namus, arımız,
Çapılıb, talanıb, dövlət, varımız.
Ucqar bir ölkədə, uzaq diyarda,
Qisasım qalmasın qansız dığada,
Vur! Baltala! Qurban olum zoruna!
Biz sülh istəyirik, qudurur yağı,
Sinəmə çəkirlər dağ üstdən dağı.
Xocalı dərdini çəkən oğullar,
Düşməni doğrayar, çapar, baltalar.
Vur! Baltala! Qurban olum zoruna!
Kim igid oğlunu qınaya bilər?
Əsəblərin basıb sınaya bilər?
Əşir sevir Ramil kimi nərləri,
Düşməni doğrayıb, tökən ərləri.
Vur! Baltala! Qurban olum zoruna!
ERMƏNİ VƏHŞİLİYİ
2005-
ci ilin iyul ayının ortaları idi. Mənim Rusiyada vəhşicəsinə qətlə
yetirilmiş oğlum Qabil haqda kitabım təzə çapdan çıxmışdı. Mən yazı masamın
axrasında əyləşib yeni kitabım üzərində işləyirdim. Qapı döyüldü. Yoldaşım
qapıya gedib tez mənim yanıma gəldi dedi: - Bir cavan oğlandı, səni görmək
istəyir. Dedim: - De, gəlsin. Bir azdan sonra uca boylu, qarayanız bir oğlan içəri
C
əsur qardaşlar
12
daxil olub özünü təqdim etdi. “Mən rəssamam, adım da Aqildi” Dedim: - Buyurun,
sizi eşidirəm. O, bir qədər tərəddüd etdikdən sonra: - Əşir müəllim, mən sizin
oğlunuz haqda yazdığınız kitabı oxumuşam. Əgər siz razı olarsızsa oğlunuzun
portretini çəkərəm. Yazılarınızdan aldığım təəssüratlarım əsasında oğlunuzun sifət
cizgilərini vermişəm.
Mən onun sözlərindən tutuldum. Ancaq o əlindəki sumkanı açıb oradan
bükülü bir kağız çıxarıb mənə uzatdı. “Baxın, mən sizin kitabınızı oxuya-oxuya,
görməzə-bilməzə oğlunuzun sifət cizgilərini çəkmişəm.
Mən yenicə işlənmiş portret cizgilərinə baxıram. Oğlumun şəkilini isə
əlimdə saxlamışam. O cizgilərdə necə də oxşarlıq var. O cizgilər həm də mənim
sifət cizgilərimə oxşayırdı. Mən oğlumun özümə oxşamasını indiyə qədər belə hiss
etməmişdim.
Mən oğlum Qabilin rəsmini rəssam Aqilə verdim. Yağlı boya ilə oğlumun
portretini yaratmasını xahiş etdim. O, mənə razılıq edərək getdi. Axı bu onun öz
arzusu idi. Təxminən bir aydan sonra həmin cavan oğlan rəssam Aqil axşamüstü
bizə gəldi. Biz, yəni mən və həyat yoldaşım Sərmayə xanım rəssam Aqili
mehribanlıqla qarşıladıq. O, yağlı boya ilə işlənmiş, böyüdülüb çərçivəyə salınmış
oğlum Qabilin portretini salafandan çıxarıb stolun üstünə qoydu. Aman Allah elə
bil oğlum canlı idi. Sanki bu saat dil açıb danışacaq idi. Yoldaşım Sərmayə xanım
portreti görən kimi qollarını açıb onu qucaqladı. “Can bala bizi atıb hara
getmişdin? Sənə anan qurban nə yaxşı ki, gəldin”. Yoldaşım tamamilə özünü
itirmişdi. Sanki canlı adam ilə danışırdı. O, özünə gələndə, qarşısındakının
oğlumuz Qabil yox onun portreti olduğunu anlayanda qəşş edib yerə yıxıldı, onun
ürəyi getdi. Biz onun ürəyinə yaş dəsmal qoyub onu ayıltdıq. Sonra ona dərman
içirtdik,
bir qədər özünə gəldi. Sonra mən onu yataq otağına aparıb çarpayıya
uzadıb, rəssam oğlan Aqilin yanına qayıtdım. Mən minnətdarlıqla rəssama baxdım.
Mənə elə gəldi ki, oğlum ölməyib, o, mənim yanımda əyləşib, mənimlə
həmsöhbətdir. Oğlum öləndən bəri mən bu qədər sevinməmişdim. Rəssam mərd,
cəsur və qorxmaz bir oğul surəti yaratmışdır. Həmin sənət əsərini mən evimdə iş
otağımın divarına vurdum. O portret indi də ordadır. Oturub işləyəndə onunla
üzbəüz oluram, bu mənə xüsusi ilham verir. Oğlumun dərdinə dözə bilməyən,
gecə-gündüz qan-yaş tökən həyat yoldaşım Sərmayə xanım dərdə dözə bilməyib
Əşir Bəşiroğlu
13
dünyasını dəyişdi. Biz onu oğlu ilə qoşa dəfn etdik. Onun öz vəsiyyətinə görə baş
daşına həkk olunan şəkildə Qabil anasının arxasında dayanıb əllərini onun çiyninə
qoymuşdur.
Yəqin oxucular məni daş ürəkli və biganə adam sayırlar. Bu belə deyil
mənim istəkli oxucularım. Mən çox həssas adamam. Oğlumun ölümündən sonra
ürək xəstəliyi tapmışam. Ancaq məni yaşadan yazılarımdı. Gecə-gündüz yazıb
pozuram. Cəmiyyətimizdə olan neqativ halları qələmə alıram. Tüfeyliləri,
yaramazları, satqınları, xainləri satira atəşinə tuturam. Bax budur məni yaşadan!
Mənə elə gəlir ki, oxucularıma oğlum haqqında qısa məlumat versəm yerinə
düşər. Azərbaycan xalqının böyük oğlu, xalq yazıçısı Süleyman Rəhimov qeyd
edir ki, “xoşbəxt o insandır ki, övlad dağı görməyib” Allah heç kəsə övlad dağı
göstərməsin. Ən ağır dağ oğul cənazəsinin ata çiynində getməsidir ki, o da mənə
qismət olub. Əlbəttə Allah bilən yaxşıdır.
Mənim dörd oğlum var. Onların ən kiçiyi Qabildir. Oğlanlarım Rusiyanın
İrkutski vilayətinin İrkutski şəhərində ali təhsil almışlar. Orada da işləyirdilər.
Qabil
Tibb universitetinin Stomatologiya fakultəsini bitirmişdi. Elə həmin şəhərdə
də diş həkimi işləyirdi. Çox incə əl qabiliyyəti var idi. O, orta məktəbi medalla
bitirmişdi. Çox savadlı oğlan idi. Onun qardaşları isə kommersiya ilə məşğul
olurdu. Qabib boş vaxtlarında qardaşlarına kömək edirdi. Onlar pulu evə
gətirirdilər, təkrar malı nəğd pul ilə alırdılar. Müəyyən səbəbə görə bir aya qədər
pul yığılıb şirkətdə qalmışdı. Qabil dostu ilə o pulu evə gətirəndə onların
xəzinədarı rus qızı gəzdiyi erməni oğlana onun maşın nömrəsini və ev ünvanını
verir. Qabilin qardaşlarının da qaz ilə işləyən tapancası var idi. O onlara dövlət
tərəfindən sənədlə verilmişdir. Üzbəüz savaşda atırsan dörd saat huşu başından
çıxır, ancaq ölmür. Dörd saatdan sonra huşu başına gəlir. Qardaşları bu silahı da
Qabilə verirlər ki, hər ehtimala qarşı lazım olar. Qabil dostu Aydın ilə həyətə
çatanda onları qaraba-qara izləyən erməni Aşot və Sergey də həyətə çatır.
(məhkəmədə onların adı məlum oldu) Qabilgil özlərinə arxayın olaraq silahı
götü
rmürlər. Silah elə oturacağın üstündə qalır. Pulu götürüb çıxarkən bir nəfər
əlində silah onlardan pulu tələb edir. Təbiiki onlar pulu vermək istəmirlər. Həmin
erməni Aşot Qabili ürəyindən vurur, ona 3 güllə vurmuşdu. Onun dostunu isə
C
əsur qardaşlar
14
hardan gəldi vurur və pulu götürüb aradan çıxırlar. Oğlum Qabil yerindəcə keçinir,
dostu Aydın isə uzun müalicədən sonra ölmədi, yaşadı.
Hörmətli oxucularım yəqin ki, sizi yordum. Tarix boyu bizə düşmən kəsilən,
milli düşmənimiz olan ermənilər harda olmalarından asılı olmayaraq bizə pislik
edirlər, öz məkirli niyyətlərindən, düşmənçiliklərindən əl çəkmirlər. İndi mənim
Qabilimin bir cüt ay parçası kimi qız balası qalıb. Onlar əmilərinin sayəsində yaxşı
yaşasalar da atalarının yeri görünür. Oğlumun qətlə yetirilmə tarixi 11 mart 2002-
ci ilə təsadüf edir. Oğlumu məzara sallayanda onun anası, bacısı, qardaşları, bəxti
qara zövcəsi göz yaşlarından məhv olurdular. Bircə mənim gözümdən yaş
çıxmırdı. Bütün varlığım isə daşa dönmüşdü. Qoy o böyük yaradana xoş gəlsin,
bəlkə onlar göz yaşları ilə dərddən-qəmdən azad olurdular, mən isə əksinə.
Əlbəttə müqəssirlər qanun qarşısında layiqli cəzalarını aldılar. Ancaq
gəlinim həyat yoldaşını, nəvələrim isə atalarını itirdilər. Allah sənə rəhmət eləsin
oğul yerin görünür.
Dostları ilə paylaş: |