Eşli Vens İlon Mask: Tesla, Space X və gələcəyə doğru yol



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə1/5
tarix26.07.2017
ölçüsü1,29 Mb.
  1   2   3   4   5

 


 
Eşli Vens 
İlon Mask: Tesla,  Space X və gələcəyə doğru yol 
Mətnin  tərcümə  hüququ  Bakı  İdarəetmə  və  Texnologiya  kollecinə  
məxsusdur.  
                                                             Rus dilindən tərcümə edənlər: 
 
1.
 
Nəsibova Rüxsarə Mirpaşa qızı 
2.
 
Nəcəfova Nüşabə Sabir qızı 
3.
 
İbrahimova Mehparə Cəfər qızı 
4.
 
Bayramova Elnarə Əlisa qızı 
5.
 
Səfərova Arzu Səhhət qızı 
6.
 
Məmmədova Təranə Oruc qızı 
                                 Redaktor: Hüseynova Kəmalə Əziz qızı 
                
 
Annotasiya 
 
“İlon  Mask:  Tesla,    Space  X  və  gələcəyə  doğru  yol”  kitabında  müəllif 
texnologiya  üzrə  jurnalist  Eşli  Vens  ilk  dəfə  olaraq  silikon  vadisinin  ən  cəsur  iş 
adamının həyata azad və dolğun baxışlarını  və nailiyyətlərini təqdim edir.  
Kitab  Maskın  özündən,    ailə  üzvlərindən  və  dostlarından  alınan  eksklyuziv 
müsahibələr    əsasında  yazılıb  və  Maskın  qalmaqallı  həyatını,    Cənubi  Afrikada 
keçən  uşaqlığından  başlayaraq,    qlobal  biznesin  yüksəkliklərində  olduğu  indiki 
dövrədək  əhatə  edir.    Kitab  liderlik  arzusunda  olanları,    yeni  texnologiyaların 
inkişafını  izləyənləri  və    səviyyəli  bioqrafik  ədəbiyyattı  sevənləri  maraqlandıra 
bilər.  


 
Mündəricat  
 
Oxuyucuya ..................................................................................................................................................... 5 
1.  İlonun dünyası .......................................................................................................................................... 7 
2. Afrika ....................................................................................................................................................... 26 
3. Kanada ..................................................................................................................................................... 44 
4. İlonun ilk startapı ..................................................................................................................................... 53 
5. Pay Palın xaç atası ................................................................................................................................... 68 
6. Kosmosda  siçanlar .................................................................................................................................. 97 
 
 
 
 


 
Eşli Vlens 
İlon Mask: Tesla,  SpaceX  
və ya gələcəyə doğru yol 
 
© 2015 by Ashlee  VANCE 
© Azərbaycan dilinə tərcümə,  Bakı İdarəetmə Və Texnologiya Kolleci,  2017 
 
*** 
 
Anama və atama təşəkkürlə 


 
Oxuyucuya 
 
   
İlon  Mask  kimdir?  Öz  tərəfdarlarını  mübtəla  etmək  üçün  tüfeyliləşdirən 
saxtakar  məsih  mi?  Fundamental  fizika  təhsili  olan  istedadlı  mühəndis  və 
proqramçı  mı?  Kimlərinsə   milyardlarını itirdikləri yerdə qazanc  əldə edən xəyal 
alverçisi  mi?  Ulduzu  alışıb  parlayan  və  tez  də  sönən  nuvoriş-vizioner  mi? 
Əhəmiyyəli işlər görən bəşəriyyət xilaskarı mı? 
   Sözün düzünü desəm,  bilmirəm.  
   Artıq  bir  ildən  çoxdur  ki,    mənim  maşınım  Teslanın  S-Modelidi.    Hər  ay 
onun  yeni  opsiya  və  imkanları  meydana  çıxdıqca,  növbəti  proqram  təminatı 
yeniləşdikdən  sonra,    mən  öyrənirəm  ki,    sən  demə,    mənim  elektromobilim 
smartfonumda  görüş  cədvəlləri  ilə  yol  hərəkətini  sinxonlaşdırmağı,  yeraltı 
dayanacağa  yaxınlaşarkən  ,  klirensi  avtomatik  yüksəltməyi  bacarır  və  s.  
Avtomobil  istehsalında  heç  bir  təcrübəsi  olmayan  adam  mükəmməl  avtomobili 
necə yarada bilər? Gərək ki,  bu insan,  hələ gəncliyində planetin gələcəyini təbii 
yanacaqsız  görə bilən,  bir az  da sərsəm idealist- mühəndis olmalı bəlkə? 
    Mənim  bəxtim  dostlarım  və  tanışlarım  arasında  gələcəyə  diqqət  kəsilən,  
özünün  və  müəssisələrinin  işlərini  on  il  əvvələ  planlaşdıran  və  reallaşdıracaq 
qabiliyyəti olan insanlar sarıdan  gətirmişdi .  Belə insanlar olduqca azdı ,  onların 
hər  biri  öz  ətrafında  həmin  o  “reallığın  təhrif  edilməsinə”  səbəb  olur,  onun  da 
sayəsində  ,  ətrafdakılar  dünyanı  onların  gözü  ilə  görməyi  öyrənir,    onun 
terminologiyasından  istifadə  edir  və    məqsədlərin  həyata  keçməsinə  böyük  əmək 
və yatırım qoyurlar .  Düşünmürəm ki,  gələcəklə yaşamağı kiməsə öyrətmək olar,  
lakin  SKOLKOVO  tələbələrinin  belə  insanlarla  hər  görüşünün  nəticəsiz 
qalmadığının  şahidiyəm.    Öz  şəxsi  təcrübəmə  əsaslanaraq  isə  deyə  bilərəm  ki,   
kim  ki,    gələcəyini  planlayan  insanlarla  ünsiyyətdə  olur,    onların  daim 
dəyişəcəkləri labüddür.  
   Bu  kitabı  oxumaq    nəyə  görə  belə  vacibdir.      Kitabın  oxunuşuna  bir  neçə 
gününüzü  həsr  etsəniz,    siz,    İlon  Maskı,    onun  həyatını  və  kompaniyalarının 


 
həyatını  öyrənəcək,    və  beləliklə  də,    özünüzdə,      əhatənizdə  ,    plan  və 
prioritetlərinizdə  nəyisə  dəyişmək  istəyəcəksiniz.    Mən  inanıram  ki,    Maskın 
nümunəsi bizim sahibkarları ruhlandıracaq,  göstərəcək ki,  qələbə məğlubiyyətsiz,  
yüksəliş  və  enmə  olmadan,    uğurlu  startlar  isə,  böyük  çətinliklər  bahasına  əmələ 
gəlmədən olmur.  
      Ümid  edirəm  ki,    bir  gün  Rusiyalı  İlon  Maskın  həyatı  haqqında  kitab 
dünya bestselleri olacaq.  
 
                  Aleksey Komissarov,  
                  Moskva SKOLKOVO idarəetmə məktəbi  
                  sahibkarlığın liderliyi kafedrasının rəhbəri.  


 
1.  İlonun dünyası 
 
 - Mən dəliyə oxşayıram? 
Silikon  vadisindəki  bahalı  balıq  restoranında  uzun  çəkən  şam  yeməyimizin 
sonuna  yaxın  İlon  Mask  belə  bir  sual  verdi.    Mən  restorana  birinci  gəldim  və  
Maskın onsuz da ləngiyəcəyini düşünərək,  cin-tonik sifariş verib 
masanın arxasında özümə yer elədim.  Mask təxminən 15 dəqiqə tez gəldi:dəri 
ayaqqabı,  dəbdə olan cins şalvar və dama-dama köynəkdə.  Onun boyu təxminən 
altı  fut  və  bir  düymdü
1
  (1,  85  metrə  yaxın),  ancaq  onu  tanıyanlardan  soruşsanız,  
hər kəs deyəcək ki,  o cox hündür və iri görünür.  O,  enli kürəkli və cüssəlidi.  Bu 
cür bədən quruluşu ilə o,  yəgin ki,  gözəgəlimli kişi olduğunu öyünərək nümayiş 
etdirəcək, deyə düşünürdüm,  Ancaq,  əksinə,  biraz utancaq olduğuna görə, Maska 
yeni şəraitə alışmaq və özünü bir az rahatlatmaq üçün,  ona bir qədər vaxt lazım 
gəldi.  
   Mask müəyyən  məsələ ətrafında razılığa gəlmək üçün məni şam  yeməyinə 
dəvət  etdi.    İl  yarım  əvvəl  mən  ona  deyəndə  ki,    onun  haqqında  kitab  yazmaq 
istəyirəm,    o,    bunun  onun  planlarına  daxil  olmadığını  bildirmişdi.    Onun  etirazı 
mənim  həm  heysiyyətimə  toxundu,    həm  də  coşdurdu,    axı  mən  təslim  olmağı 
sevmirəm.    Maskın  iştirakı  olmadan  barəsində  kitab  yazmaq  mənimçün  problem 
deyildi.  Onun Tesla Motors və Space X kompaniyalarında çoxları vardı ki,  onun 
haqqında mənə məlumat versin.  Həm də,  Maskın bəzi dostlarını  da,  mən , artıq 
tanıyırdım.    Aylar  ötürdü  və  mən  iki  yüzə  qədər  adamı  sorğulayaraq,    xeyli 
müsahibə götürmüşdüm ki,  elə bu vaxt Maskdan mənə xəbər gəldi .  O,   mənim 
evimə  zəng  vurdu  və  dedi  ki,    hadisələr  iki  cür  inkişaf  edə  bilər:  ya  bu  layihəm 
mənim həyatımı çətinləşdirəcək,  ya  da ki , mənə kömək edəcək.  Əgər mən kitabı 
nəşrə  göndərənə  qədər  ona  oxumağa  imkan  versəm  və  o  istədiyi  qeydlərini  əlavə 
etsə,    mənimlə  əməkdaşlıq  etməyə  razıdır.    Mask  mənim  işimə  müdaxilə 
                                                           
1
 İMDbPro göstəricilərinə görə - beş fut və 11 düym,  yəni 1. 8 m-dən yuxarı.  
 


 
etməyəcəyini və , sadəcə,  mətnin dəqiq olmayan,  yaxud mahiyyət etibarilə , səhv 
olan  yerlərini  dəyişəcəyinə    məni  əmin  etmək  istəyirdi.    Mən  onun  bu  istəyinin 
hardan  gəldiyini  anlayırdım.    Mask  öz  həyat  sərgüzəştlərini  şəxsi  nəzarəti  altında 
saxlamaq  istəyirdi.    O,    daxilən  alim  idi  ,    faktların  dəyişdirilməsi  onu  özündən 
çıxara bilərdi.  Artıq çapdan çıxmış kitabda buraxılan səhflər onun qəlbini illərlə 
gəmirəcəkdi.    Mən Maskın  bu  fikriyləylə  razılaşırdım,      lakin  peşəkarlığım,  şəxsi 
təcrübəmdən  çıxış  edərək,    çapdan  qabaq      ona  kitabı  oxumasına  imkan  verə 
bilməzdim.  Maskın öz həqiqətləri var,  lakin onlar  
 doğru  olmaya  bilər.    Bir  də  ki,    ən  sadə  suallara  müfəssəl  cavab  verə 
bilməyən  Maskın  45  səhifəlik  qeyd  və  yazıların  yaranması  fikri  mənə,      elə  də,  
qeyri-adi  gəlmədi.    Bununla  belə,    biz  birlikdə  şam  yeməyində  söhbət  etməyi  və 
bütün bunları müzakirə etməyə qərar verdik.   
Söhbətimiz piarçıların müzakirəsi ilə başladı.  Maskın bu şöbənin əməkdaşları 
ilə  münasibəti  alınmırdı:  bax  elə  indi  də  Teslaya  ictimaiyyətlə  əlaqələr  üzrə  yeni 
şöbə rəhbəri lazımdı.  “Dünyanın ən yaxşı piarçısı kimdir?”- bu sualı ancaq Mask 
verə  bilərdi.    Sonra  söhbət  ümumi  tanışlardan  olan  Hovard  Hyüz  və  Tesla 
avtomobil zavodundan getdi.  Ofisiant sifariş götürmək üçün bizə yanaşanda Mask 
diyetasına uyğun qida istədi və üzərində mürəkkəb balığının sousu olan qızardılmış 
omar sifariş verdi.  Danışıqlar hələ başlamamışdı,  Mask isə artıq danışırdı.  O,  bu 
axşam onun içini göynədənlərlə ürəyini açdı.  “Google kompaniyasının təsisçisi və 
icraçı  direktoru  Larri  Peyc  bəşəriyyəti  məhv  etməyə  qadir  robotlar  parkı  yarada 
bilər.  “Mən,  bundan həqiqətən,  qorxuram”-deyir Mask.   Mask Peyclə yaxın dost 
olduğunu  və  Peycin,    heç  də  “Doktor  Şər”  olmadığını,    xeyirxah  insan kimi  onu 
tanıdığını belə, nəzərə almırdı.  Problem də , elə yerində də,  qalırdı.  ”Peyc təbiəti 
etibarilə yaxşı insandı,  onun heç ağlına da gəlmir ki,  maşınlar idarəetmədən çıxa 
bilər.  Mən o qədər də nikbin insan deyiləm”- deyir Mask.  – “Axı o,  təsadüfən,  
təhlükəli bir şey  də yarada bilər. ”  
Elə ki,  yeməyi gətirdilər,  Mask dərhal onun axırına çıxdı.  Daha doğrusu o,  
demək  olar  ki,    yemədi,    qabda  nə  var  idi  sə,    hamısını  bir  neçə  həmləyə  uddu.  
Onu bir az da rahatlamış vəziyyətdə saxlamaq üçün,  mən  boşqabımdan bir neçə 


 
iri  tikə  steyk  verdim.    Mənim  planım  baş  tutdu,    lakin  bu  uğurum  dəqiqə  yarım 
çəkdi.   Bir –iki dişləklə  ət boşqabdan yox oldu.  
  Maskı  süni  intellektlə  bağlı  qorxulu  ssenarilərdən  yayındırmaq  üçün  bir 
qədər  vaxt  lazım  oldu.    Elə  ki,      biz  kitab  məsələsinə  keçdik,    mənim  onun 
haqqında kitab yazmaq istəyimi anlamağa cəhd göstərərək,  Mask işin mənbəyini 
və mənim məramımı araşdırmağa başladı.  Vəziyyəti yoluna qoyaraq, mən söhbəti 
öz  əlimə  aldım.    Yığılmış  adrenalinim  içkiyə  qarışaraq    məni  daha  da 
cəsarətləndirdi.  Söhbət əsnasında  nədən məni öz şəxsi həyatına daxil etməli,  eyni 
zamanda  da,    mənə  nəzarət  etməməli  olduğunu  ona  izah  etdim.    Mən,    qeyd  və 
istinadlara  daxili  məhdudiyyətlərdən,    Maskın  hər  şeyə  nəzarətdə  saxlamaq 
prinsipinin  mənim  jurnalist  vicdanımın  qeyri-ixtiyarı  şübhə  altına  almış  olması 
haqda  danışırdım.    (Mən  tam  bir  saat  çənə  döyə  bilərdim).    İki  saatdan  sonra,  
Mask mənim sözümü kəsir, və “hə, yaxşı” -deyir.  Mask “yox” cavabını alan və öz 
niyyətindən dönməyən insanlara xüsusi hörmətlə yanaşırdı. Onlarla jurnalist kitab 
yazmaq  istəyiylə  ona  müraciət  etmişdi,  lakin,    görünür  mənim,    onun  etirazına 
baxmayaraq,   inadkarlığım,   xoşuna gəlmişdi.  
Şam  yeməyi  xoş  söhbət  və  Maskın  zülalsız  diyetasının  pozulması  ilə  başa 
çatdı.    Ofisiant  sarı  şəkər  pambığından  ibarət  iri  desertlə  peyda  oldu  və  Mask 
desertdən  böyük  parçalar  qopara-qopara  yeməyə  başladı.    İşlər  artıq  yoluna 
düşürdü.  Mask kompaniyalarının rəhbərlərinə,  dostlarına və ailəsinə yaxınlaşmaq 
üçün mənə imkan verdi.  O zamanından asılı olmayaraq , ayda bir dəfə məni şam 
yeməyinə  dəvət  edəcəyini  də  dedi.    İlk  dəfə  idi  ki,    Mask  bir  jurnalistə  öz 
dünyasının gizli tərəflərini göstərməyi qərar verirdi.  Yeməyə başlayandan iki saat 
yarım sonra,  Mask əllərini masanın üstünə qoydu,  ayağa qalxmaq üçün hərəkət 
elədi,    gözlərimiz  qarşılaşanda  qəribə  bir  sualı  verdi:  “Mən  dəliyə  bənzəyirəm?” 
Həmin  anın  qəribəliyindən  mənim  nitqim  tutuldu:  həyəcanla  onun  nəyi  nəzərdə 
tutduğunu  və  mənim  necə  cavab  verəcəyimi  düşünürdüm.    Maskla  uzun  müddət 
birlikdə xeyli vaxt keçirdikdən sonra anladım ki  ,  o,  hər şeydən əvvəl,  bu sualı 
mənə  yox,    özünə  ünvanlamışdı.    Mənim  cavabımın  heç  bir  əhəmiyyəti 
olmayacaqdı.    Mask  tələsmədən,  etibar  edə  biləcəyimə  işarə  olaraq    gözlərimə 

10 
 
baxdi və yüksək səslə mənə o sualı verdi.   Bir qədər sonra,  biz bir-birimizin əlini 
sıxdıq və Mask Tesla S-Modelinin qırmızı sedanına minib getdi.  
  İlon  Maskın  dünyası  ilə  tanışlıq  Xotornda  (Kaliforniya)  Space  X 
kompaniyasının  Los-Anjeles  beynəlxalq  aeroportundan  bir  neçə  mil  kənarda 
yerləşən  baş  ofisindən  başlamalı  idi.    Müştərilər  Marsın  iki  nəhəng  surətini,  
Maskın iş yerinin yaxınlığındakı divarda görə bilərlər.  Sol tərəfdəki şəkildə Mars 
bu  gün  olduğu  kimi  –  soyuq  və  səhralıq  qırmızı  planet  kimi  göstərilmişdi.    Sağ 
tərəfdəki  plakatda  isə,    Mars  yaşıllıqlar  içində  itib-batan  və  okeanlarla  əhatə 
olunmuşdu.  Planet “qızdırılmış” və insanların yaşaması üçün uyqunlaşdırılmışdı. 
Mask  həqiqətən  bunu  etmək  niyyətindəydi.    Kosmosun  kəşfi  və  yaşam  üçün 
tədqiqi onun həyatının əsas məqsədi idi.  “Mən ,  bəşəriyyətin parlaq gələcəyi var”- 
fikri ilə ölmək istərdim”, - deyir o .  Əgər biz itkisiz enerji problemini həll edə və 
özünümühafizə  edə  bilən  sivilizasiya  ilə  multiplanetar  vəziyyət  yarada  bilsək  – 
bununla da bəşəriyyətin məhvi ilə bağlı ən pis ssenarini aradan qaldıra bilərik,  və , 
bir qədər pauza verib,  davam edir : düşünürəm ki,   o zaman çox yaxşı olar. ” 
  Bəzən  Mask  yöndəmsiz  və  gülməli  görünür.    Məsələn,    indi  Maskın 
assistenti  ona  peçenye  və  yağlı  dondurma  verdi.    Mask  bəşəriyyətin  xilasını  
həvəslə və səmimi müzakirə etdiyi zaman,  çənəsinə qeyri-ixtiyari dondurma axır.   
  Maskın cəsarətlə mümkünsüzü müzakirə etmək ədası onu Silikon vadisinin 
“allahına”  çevirmişdi:  Peyc  kimi,    həmkarları  onun  barəsində  dərin  hörmət  və 
sevgiylə  danışırlar,    hələ  işə  təzə  başlayan  sahibkarlar  isə,    “İlon  kimi  olmağ” 
niyyətindədilər,    zamanında,      bax  beləcə  riqqətlə  Stiv  Cobsu  yamsıladıqlarıtək.  
Silikon vadisi, ayrı bir aləmdir,  onun hüdudlarında Mask ziddiyyətli və birmənalı 
fiqur  kimi  qiymətləndirilirdi.    Bütün  bu  elektromobillər,    günəş  batareyaları  və 
raketlər yanlış ümidlər doğurur və nəticədə,  Mask yalançı ümidlər alverçisi təsiri 
bağışlayır.    Stiv  Cobs  bir    kənarda  əsəbi  tərzdə  siqaret  çəkdiyi  halda,    Mask 
insanlardakı  qorxu  və  inamsızlıq  hesabına  varidat  toplayan  Barnumun

elmi- 
                                                           
2
  Fineas  Barnum  (1810-1891)  –XlX  əsr  amerika  şou-biznesində  öz  kələkləri  ilə    məşhurluq  qazanmış,    adını  daşıyan  sirki 
yaratmış çox iri fiqurdur.  
 

11 
 
fantastik variantı təsiri bağişlayır.  “Teslanın avtomobilini alın! Planeti yaman günə 
qoymayın!” 
Bir vaxtlar mən özüm də bu düşərgəyə aid idim.  Mask özünün arzuları və xoş 
niyyətləri  ilə    məni  də  heyrətləndirirdi  –  Silikon  vadisinin  texnoloji  utopistlər 
klubunun  tipik  üzvüydüm.    Ayn  Rend

yaradıcılığının  pərəstişkarlarından  və 
mühəndis – absolyutizm nümayəndələri olan bu adamlar özlərinin yüksək məntiqli 
dünyalarına  Həqiqət  və  Hökmranlıq  baxımından  yanaşırlar.    Əgər  biz  onların 
ayaqları  altında  dolaşmasaq,    yollarından  çıxsaq,    onlar  bizim  bütün 
problemlərimizi dərhal həll edərlər.  Çox tez bir zamanda biz öz beynimizdəkiləri 
kompüterə  yükləyə  biləcəyik.    Və  bununla  da  iş  bitəcək  ,  biz  də  rahat  nəfəs 
alacayıq,    gerisini  qoy  kompüterin    alqoritmləri  həll  etsin.    Onların  ambisiyaları 
bəzən  ilhamlandırır,    işə  faydalı  olur.    Lakin  texnoutopistlər,    texnika  və 
texnologiyanın  hüdudsuz  imkanları  haqda  etdikləri  boş  söhbətlər,    lüzumsuz 
məsələlər  ətrafında  yersiz  danışıqlarla  insanı  yorurlar.    ”  İnsanlar  -zay  məhsuldu,  
bəşəriyyət isə Kainat üçün bezdirici yükdür.  Onunla müvafiq tərzdə rəftar etmək 
lazımdır”- bu da onların şüarı.  Maskın Silikon vadisindəki tədbirlərdəki təmtəraqlı 
çıxışları çox vaxt mənə texnoutopistlər üçün dərslik bölmələrini xatırladırdı.  Məni 
əsəbiləşdirirdi.  Onun icad etdiyi “dünyanı xilas kompaniyası” ağıllı görünmədiyi 
qədər də,  məni əsəbləşdirirdi.  
  Bununla belə 2012-ci ilin əvvəlində mənim kimi arsızlar Maskın,  həqiqətən,  
məqsədinə  nail  olurduğunu  etiraf  etməli  idilər.    Bir  vaxtlar  onun  gülüş  hədəfinə 
çevrilən  kompaniyaları  görünməmiş  işləri  reallaşdıraraq,    müvəffəqiyyət 
qazanırdılar.    Space-X  orbital  yük  gəmisi  Beynəlxalq  kosmik  stansiyaya 
göndərilərək,  sağ-salamat geri qayıtdı.  Tesla Motors elə gözəl,  tamamilə elektrik 
enerjiylə  işləyən  S-Modelinin  sedanını  icad  etdi  ki,    avtomobil  sənayesi 
nümayəndələrinin heyranlıqdan nəfəsləri kəsildi,  Detroyt isə rüsvay oldu.  Bu iki 
uğur Maskı biznes nəhəngləri arasında əlçatmaz yüksəkliyə qaldırdı.  İki müxtəlif 
sahədə  bu  cür  nailiyyətə  eyni  ildə  hərdən  Apple-ın  yeni  məhsulunu  təqdim  edən 
                                                           
3
 (1905-1982)-Amerikan yazıçısı və filosofu,  obyektivizm fəlsəfi cərəyanının yaradıcısı.  “Источник”və “Атлант расправил 
плечи”romanlarında Rend özünün yaradıcılıq qabiliyyəti və istedadı hesabına yaşayan yaradan-insan idealını üzə çıxartdı.  
Rendin fəlsəfəsi kollektivizmə qarşı durur. 
 

12 
 
Stiv Cobs və Rixar kinostudiyanın yeni blokbasteri iddialı ola bilərdi.  Lakin Mask 
bununla da kifayət lənmir.  O,  hələ də direktorlar şurasının üzvü və Solar City-nin 
ən iri aksioneridi: bu hazırda birjaya çıxmağa hazırlaşan günəş enerjisi sahəsində 
işləyən,  sürətlə inkişaf edən kampaniyadı.  Mask son onillikdə raket və avtomobil 
istehsalına  və  eləcə  də  energetika  sahələrinə  əlüstü  böyük  sərmayə  yatırmış 
insandı.  
2012-ci  ildə  mən  qərara  gəldim  ki,    bu  əlçatmaz  Maskın  kim  olduğunu 
aydınlaşdırıb  ,  onun  haqqında  “Bloomberg  Businessweek”-də  material  yazım.  
Həmin  vaxt  Maskla  əlaqələrim  onun  köməkçisi  Meri  Bet  Braun  vasitəsilə  idi.  
Onun  məni  dəvət  etdiyi  məkanı  mən,    sonradan,    “Maskın  Məmləkəti” 
adlandırmağa başladım.    
 
Bu  Məmləkətə  ilk  dəfə  gələn  hər  kəs  əvvəl  özünü  itirir.    Sizə  deyirlər    ki  , 
avtomobilinizi  Space  X-in  baş  ofisinin  yerləşdiyi  Xotorn  şəhərinin  Roket-roud 
səmtində  1№  -li  evin  yanında  dayanacağa  qoyun  və    siz,    ilahi,    yəni  Xotornda 
yaxşı nəsə ola bilər yəni,  deyə düşünürsüz Bura,  Los-Anjelesin,  görünür,  hələ 
darıxdırıcı  beton  korobkalar  arxitekturası  zamanı  tikilmiş,    nüfuzlu  sənaye 
kompleksləri ətrafında yerləşən köhnə evləri,  dükanları,  kasıblamış qəlyanaltıları 
olan  qəmgin  rayonudur.    Yəni  Maskın  kompaniyası  burda  yerləşir?  Birazdan  hər 
şeyi anlamağa başlayırsan:  sahəsi 550 min kvadrat fut olan (51min  m2-ə  yaxın) 
mistik ağ bina görünür.  Bu,  Space X-in baş binasıdır.  Və , artıq,  siz Space X-in 
öz  qapısından  girərkən,    bu  insanın  gördüyü  işin  böyüklüyünü  müşahidə  edirsiz.  
Mask,  həqiqətən,  Los- Anjelesin mərkəzində kosmik raketlər istehsal edən zavod 
tikib.  Və bu zavod sıfırdan bir dəfəyə  bir raket deyil, bir neçə raket düzəldir.  Bu,  
birgə  istifadə  üçün  nəhəng  iş  sahəsidir.    Arxa  tərəfdən  metal  seksiyaların  iki 
yaruslu  qaynaq  aparatlarına  daxil  olan  ağır  platformalar,  digər  tərəfdə  isə  ,  ağ 
xalatlı texniklər radioqəbuledicilər və müxtəlif elektron aparatlar yığırlar  .  Digər 
işçilər xüsusi germetik şüşə kameralarda işləyirlər.  Onlar burada raketlərin kosmik 
stansiyalara  çatdıracaq  kapsullar  istehsal  edirlər.    Bədənlərində  döymələri  olan 

13 
 
oğlanlar başlarında bandana Van Haleni
4
  dinləyir və raket mühərriklərinin ətrafına 
kabel çəkirlər.  
Yük  maşınlarına  yüklənməsini  gözləyən  hazır  raket  korpusları  da,    elə,  
oradadır.    Binanın  başqa  bir  hissəsində  isə  raketlər  ağ  boya  ilə  rənglənəcəklərini  
gözləyir.    Bütöv  zavodu  bir  baxışla  nəzərdən  keçirmək  mümkün  deyil.    Qəribə 
formalı  müxtəlif  maşınlar arasında  daim  yüzlərlə  adam  hərəkətdədir.   Bu,   Mask 
Məmləkətinin təkcə 1№-li korpusudur.  Space-X kompaniyasının əvvəllər Boeing -
747  təyyarələri  üçün  füzelyaj  istehsal  edən  Boeing  zavodunun  bir  hissəsini  təşkil 
edən cəmi bir neçə binası var idi.  Bu binalardan birinin əyri dam örtüyü  təyyarə 
anqarını  xatırladır.    O,  Tesla  üçün  tədqiqat  laboratoriyası  və  dizayn-studiya  kimi 
xidmət  göstərir.    Sedan  S-Modeli    və  krossover  modellərinin  xarici  görünüşü 
burada işlənib hazırlanıb.  Biraz kənarda yerləşən dayanacaqda isə, Tesla özünün 
enerji  doldurma  stansiyasını  qurub  ki,    Los-Anjeles  sürücüləri  burada 
avtomobillərini  pulsuz  enerjiylə  təmin  etsinlər.    Mask  panorama  hovuzunun 
ortasında Teslanın qırmızı-ağ loqotipli obeliskini qoyduğu üçün, onları tapmaq çox 
asandı.    Maskla  dizayn-studiyada  baş  tutan  məhz  ilk  müsahibəm  zamanı,    mən 
onun  necə  danışdığını  və  işlədiyini  anlamağa  başladım.    O,    özünə  güvəni  olan 
adamdı,  lakin bunu hər zaman göstərmir.  İlk görüşdə o,  utancaq və yöndəmsiz 
gorünə bilər.  Onun  tədricən itən Cənub afrika şivəsi və hətta,  şarmı belə,  Maska 
nitqindəki  dolaşıqlığı  və  əsəbiliyi  gizlətmək    üçün  kifayət  etmirdi.    Bir  çox 
mühəndis və fizika aliminə məxsus tərzdə söhbət zamanı dəqiq ifadələr axtarışında 
o  susur  və  tez-tez  də  hər  hansı  bir  elmi,    yaxud  texniki  problemi  səsləndirsə  də,  
aydınlaşdırmadan  aradan çıxır.  O,  sizin də onu başa düşəcəyinizə inanır.  Əgər 
siz bir şey anlamırsınızsa ,  bu,  sizin probleminizdir.  Mask tez-tez zarafat edir və 
həqiqətən  də  füsunkar  ola  bilir.    Lakin  onun  hər  söhbətində  bir  məqsəd  və  məna 
var.    O,    boş  yerə  çərənləmir  (onun  qəlbinin  və  şəxsiyyətinin  mənim  üçün  gizli 
olan,  daha coşqun cəhətlərini açıb göstərməsi üçün mən Maskla təxminən 30 saata 
yaxın  söhbət  etdim).  Yüksək  rütbəli  rəhbərlərin  əksəriyyətindən  fərqli  olaraq,  
Mask cangqdənsiz təkbaşına gəzir.  O,  restoranlarda asılıb qalanlardan deyil.  Öz 
                                                           
4
 Van Halen – Amerika rok-qrupudur,  1975-ci ildə yaranıb,   Kaliforniya xevimetal ansamblı.  
 

14 
 
işini  özü  idarə  edir.    Biz  onunla  təcrübə  nümunələrini  yoxlayaraq  dizayn-
studiyanın  birinci  mərtəbəsinə  baxarkən    söhbət  etdik.    O,    dayanan  kimi  işçilər 
dərhal  sual  və  təkliflərlə  ona  yanaşırdılar.    O,  diqqətlə  dinləyir,  götür-qoy  edir,  
əgər  razı  qalırdısa,    başını  tərpədirdi.    Adamlar  uzaqlaşır,    Mask  növbəti 
informasiya axınına tərəf irəliləyirdi.  Bir ara Tesla kompaniyasının rəhbəri Frans 
fon  Holxauzen  S-  Modeli  üçün  yeni  təkər  diskləri  və  şinləri,    eyni  zamanda,    X-
Modelində  oturacaqların  yerləşmə  sxemi  haqda  Maskın  fikrini  bilmək  istədi.  
Onlar  söhbət  etdilər  və  yüksək  keyfiyyətli  qrafik  kompyuterlə  Mask  üçün 
prezentasiya hazırladıqları yardımçı otağa keçdilər.  Onlar üç ölçülü renderinqin

 
yeni  texnologiyasını  nümayiş  etdirmək  istəyirdilər.    Bu  texnologiya  Teslanın 
virtual  S-modelinə  son  bəzəyin  vurulması  və  küçə  fontanlarının  kölgə  və  işığının 
avtomobil korpusunda necə əks olunduğunu təfərrüatı ilə izləmək imkanı verəcək.  
Tesla  kompaniyasının  mühəndislərinin,    həqiqətən,    yeni  kompyuter  sistemlərinə 
ehtiyacları var idi və onlar Maskın hərəkətə gəlməyini gözləyirdilər.  Onlar drel və 
nəhəng  sənaye  ventilyatorlarının  səs-küyünün  danışıqlara  maneçilik  törətdiyi  bir 
vaxtda,  Maskı ideyalarının vacibliyinə inandırmaq istəyirdilər. 
 
Mask özünün dəri 
ayaqqabı,    dizayner  cins  şalvarı    və  qara  futbolkasında  (  mahiyyət  etibarı  ilə  bu 
onun  gündəlik  geyimi  idi)  3D  gözlüyünü  taxmağa  tələsmirdi.    O,    bu  haqda 
düşünəcəyini  bildirdi,      sonra  dizayn-studiyanın  içərisində  yerləşən  səs-küylü 
emalatxanaya  tərəf  yönəldi.    Tesla  mühəndisləri  burada  yanacaqdoldurma 
stansiyalarının  yanında  30  futluq  (doqquz  metrlik)  dekorativ  qullələr  üçün 
müvəqqəti qurğular düzəldirdilər.  “Görünür bu,  5 balliq qasırğaya tab gətirəcək- 
deyir Mask,  gəlin onu biraz boş edək. ” Nəhayət,  Maskla onun maşınına - qara S-
Model-ə oturub,  Space X-ın əsas binasına dönürük.  “Düşünürəm ki,  insanlar bu 
gün  hər  cür  İnternet,    maliyyə  və  hüquqa  daha  çox  maraqlıdır,    -  deyir    Mask  – 
Bizdə innovasiyanın azlığının səbəblərindən biri də elə budur”.  Maskın Məmləkəti 
mənim üçün bir etiraf oldu.  Mən Silikon vadisinə 2000-ci ildə gəlmişdim və çox 
pis adla tanınan San-Fransisko rayonunda olmuşdum.  Bura şəhərin yerli əhalisinin 
                                                           
5
 Üz hissəsinin boyanması və üçölçülü (həcmi) təsir almaq üçün işıq mənbəyindən istifadə etməklə qrafik təsvirlərin 
dəyişdirilməsi.  
 

15 
 
uzaq  durduğu  hissəsidir.    Siz burada  heç  nə  olmamış  kimi  şalvarını  çıxararaq  və 
nəqliyyat  vasitələrinin  arasında  bayıra  çıxan  birisini  görərsiz,    yaxud  avtobus 
dayanacağında  kəlləsini  divara  vuran  psixopatla  üz-üzə  də  gələ  bilərsiniz.    Yerli 
striptiz-klublarla  yanaşı  olan  qəlyanaltılarda  hər  şeylə  maraqlanan  biznesmenlərə 
ilişən  transvestitlər,    kürsülərdə  oturaraq  yatan  və  altlarını  batıran  əyyaşlar  görə 
bilərsiz  –  bütün  bunlar  bazar  günlərinin  adi  mənzərəsinin  bir  hissəsidi  .  .    San-
Fransisko  insan  tamahkarlığı  ilə  məşhurdur.    Bu  şəhər  qızılaxtaranların  hesabına 
şəhər oldu,  hətta ən kəskin zəlzələ belə onun qazanc əldə etmək ehtirasını azalda 
bilmədi.    “Yaşıllar”  və  “Solçuların”  sizi  axmaq  yerinə  qoymalarına  imkan 
verməyin.    İqtisadiyyatın  bir  birini  əvəz  edən  yüksəlişi  və  enişi  –  bax,    bu  yerin 
ritmi,  harmoniyası ,  melodiyası da , elə budur.  
2000-ci  il  San-Fransisko  üçün    istehlakdan  acgözlüklə  istifadə  edən  ən  səs-
küylü  dövrü  olub;.    Bu  elə  bir  gözəl  dövr  idi  ki,    ətrafda  hər  kəs  tezliklə 
zənginləşmək fantaziyasına varır və internet dəlisi olurdu.  Ümumən  məşhur olan 
bu  sərsəm  ideyaların  enerjisi,    demək  olar  ki,    cismən  də  duyulurdu:  şəhər 
uğuldayır və titrəyirdi.  O dövrdə mən israfçılıqdan boğulan adamların yüksəlişini 
və enməsini izləyə-izləyə San-Fransiskonun ən əxlaqsız  hissəsində yaşayırdım.  O 
dövrün  biznes  sərsəmliyi  haqqında  əhvalatlar  yaxşı  bilirdim.    Səs-küy  doğuracaq 
kompaniya yaratmaq üçün sizə,  heç də,  istehsal qurmaq lazım gəlməyəcək.  Hər 
hansı bir internet-ideya kəşf edərək , onu bütün dünyaya elan etmək kifayət idi ki,  
həvəsində  olan  investorlar  sizin  xəyali  exsperimentinizi  maliyyələşdirsinlər.    Və 
bunu qısa zamanda etmək lazım idi ki,  onun mahiyyətinə varılmasın.  
Vadinin sakinləri “tam gücünlə işlə tam gücünlə istirahət et”
6
- kimi təmtəraqlı 
şüarı  tam  mənası  ilə  qəbul  etdilər.    20-dən  60  yaşadək  hər  kəs  gecə  yarısınadək 
işləməyə başladı.  İş yeri müvəqqəti yaşayış yerinə çevrildiyindən,  şəxsi gigiyena 
da yaddan çıxmışdı.  Qəribə burasıdır ki,  HEÇ BİR ŞEY İSTEHSAL ETMƏDƏN 
həddən artıq çox işləmək lazım idi.  Lakin istirahət vaxtı gələndə,  çoxları pis yola 
düşürdü.  O dövrün kompaniyaları və kütləvi informasiya vasitələri bir-birinə heç 
olmasa nədəsə üstün gəlmək cəhdində  birləşərək-sanki bəhsə girmişdilər.  “Geridə 
                                                           
6
 Work hard, play hard (ing.) 

16 
 
qalmış” damğasını almamaq  üçün  çoxdan  bəri  tanınan  firmalar  müntəzəm  olaraq 
konsert meydanlarını icarəyə götürərək,  rəqqasələr,  akrobatlar,  pulsuz barlar və 
“Barenaked Ladies” rok-qrupunu sifariş edirdilər.  Cavan mühəndislər fahişələrlə 
ayaq  yollarında  kokain  iyləyirdilər.      Burada  insanlıq  dəyərlərindən  uzaq  olan 
yalnız  zəhmətsiz  gəlir  əldə  etmək  və  mənfəət  güdmək  idi.  Əgər  yaxşı  vaxtlarda 
hadisələrin  müfəssəl  xronikası  aparılırsa,    adətən  ondan  sonra  gələn  hər  pis  şeyə,  
etina  edilmirdi.    Düşünülməmiş  davranış  və  təsəvvür  edilə  bilməyəcək  bolluq 
haqqında düşüncələr, onlara nizamsızlıq yaratmaq və xaosu seyr etməkdən xoşdur. 
Ədalət naminə qeyd etmək lazımdır ki,  tez varlanmaq barədə(sonu fəlakətlə bitən) 
internet-fantaziyaları  San-Fransisko  və  Silikon  vadisini  dərin  depressiyaya  saldı.  
Əyləncələr  bitmək  üzrəydi.    Səhər  məhəbbətini  təklif  etmək  üçün  (“Şirinim,  
mənimlə gedək.  Bu kofedən yaxşıdır”) fahişələr,  artıq səhər saat altıda küçələrdə 
görünmürdülər.    Ticarət  yarmakalarında  “Barenaket  Ladies”-i  Nil  Daymond 
mahnılarının ifaçıları kasıbfəndi futbolkalarda və boğazlarında qəhər  əvəzlədilər.  
Yüksək  texnoloqiyalar  nümayəndələri  bütün  bunlarla  nə  edəcəkləri  barədə  cüzi 
təsəvvürə,    belə,    malik  deyildilər.    Partlamaqda  olan  köpüyə  bənzəyən  vençur 
kompaniyaları  sonacan  müflisləşmək  istəmədiklərindən,    yeni  müəssisələri 
maliyyələşdirməyi  dayandırdılar.    Hər  şey    Silikon  vadisinin  sakinlərində  kütləvi 
şəkildə  ayılma  prosesinin  başlamasından  xəbər  verirdi.    Əlbəttə,    melodrama 
ruhunda  olsa  da,    əslində  bu,    həqiqətə  uyğun  idi.    Milyonlarla  ağıllı  insanı 
birləşdirən  məşhurluqun  lovğalığını  yenicə  yaşayan    bir  toplum  birdən  birə  yox 
oldu. Və tam əks bir davranış dəb halını aldı: hər kəs ehtiyat etməyə,  riskdən uzaq 
olmağa  çalışdı.  Bu  dəyişikliyi  o  dövrdə  yaranan  kompaniyaların  və  ideyaların 
nümunəsində  də  izləmək  olar.    Google  hardasa  2002-ci  ildə  yarandı  və  uğur 
qazandı,    lakin  bu  heç  də  tipik  deyildi.    Google-un  üzə  çıxması  və  2007-ci  ildə 
Apple  iPhone-nun  buraxılışı  arasındakı  dövrdə  coxlu  sayda    nəzərə  çarpmayan 
kompaniyalar  peyda  oldu.    Hətta  Facebook  və  Twiter-in  uğurlu  başlanğıclar  əsl 
mal  istehsal  edən  və  onun  yaranma  prosesində  on  minlərlə  işçisi  olan  Hewlett-
Packard,    İntel,    və  Microsystems  kimi  məşhur  sələflərindən  köklü  surətdə 
fərqlənirdi.  Növbəti illərdə sahibkarların hədəfləri dəyişikliyə uğradı: yeni sənaye 

17 
 
sahələri yaratmaq və  yeni möhtəşəm ideyalar irəli sürmək əvəzinə,  kompaniyalar,  
istehlak  əyləncələri  və  reklamların  istismarı  hesabına  asan  pullar  qazanmasına 
üstünlük  verdilər.    Qabaqlar  Facebook  mühəndisi  olan  Ceff  Hammerbaher  mənə 
belə  dedi:”Mənim  nəslimin  ağıllı  nümayəndələri  kompüterin  siçanıyla  reklam 
elanlarını  seçməklə  məşğuldurlar.  -  Dəhşət.  .  .  ”  Silikon  vadisi  Hollivudu 
xatırladırdı.    Və  beləcə  onun  xidmət  göstərdiyi    istehlakçılar  virtual  həyatın 
aludəçisi  oldu.  İnnovasiya  sistemindəki  bu  sakitliyin  daha  ciddi  problem  yarada 
biləcəyi  haqda  öz  fikrini  bildirənlərdən  biri  Kaliforniya  ştatında  Çayna-leykdə 
yerləşən  dəniz  aviasiyasının  hərbi  təyinatlı  Pentaqon  Elmi-Tədqiqat  Mərkəzində 
işləyən fizik Conatan Hübner oldu.  Hübner “Leave it to Beaver” (“Bunu Biverə 
həvalə  edin”)  serialından  ölüm  tacirinin  bir  nümunəsidir.    Orta  yaşlı,    cansız  və 
keçəlləşməkdə olan Hübner adətən xaki rəngli çirkli şalvar,  elə o cür də pencək və 
şabalıdı  zolaqlı  köynək  geyinir.    O,    enerji  və  proqram  təminatına  aid  ən 
mükəmməl texnologiyalardan istifadə edərək,  hər zaman silahlanma sisteminə aid 
materiallar  işləyib  hazırlayıb.    Dotkomun  iflasından  sonra  masasının  üstünə 
qoyulan  innovasiya  təkliflərinə  son  dərəcədə  narahatlıqla  yanaşırdı.    2005-ci  ildə 
Hübner “Bütün dünyada innovasiyaları azaldan  mövcud  ənənə” məqaləsini yazdı.  
Bu  məqalə,    Silikon  vadisini  mühakimə  edəcək  qədər  olmasa  da  da,    ən  azından 
xəbərdarlıq  xarakteri  daşıyırdı.    İnnovasiyalarla  işlərin  vəziyyətini  təsvir  etmək 
üçün  ,  Hübner,    texniki  tərəqqini  ağacla  müqayisə  edir.    İnsan  oğlunun  gövdəyə 
dırmaşaraq,  həqiqətən  bir çox vacib kəşfləri- təkər,  elektrik,  təyyarə,  telefon,  
tranzistoru gündəlik həyata tətbiq etməklə ağacın budaqlarını canlandırıb.  İndi biz 
hardasa  ağacın  lap  zirvəsində  yer  almışıq  və  bizə  qədər  görülmüş  işləri  başa 
çatdırırıq.  Bu nöqteyi-nəzərdən,  Hübner göstərir ki,  iri kəşflərin yaranma sürəti 
azalıb.  O,  həmçinin əhali başına düşən texniki innovasiyaların sayının azaldığını 
statistika da  göstərir.  Hübner  mənə  :  ”Düşünürəm  ki,    bizim  gələcəkdə  100  ixtira 
edəcəyimiz  ehtimalı  da  get-gedə  azalır.    İnnovasiyalar  məhdud  ehtiyatdı.  ”-deyir. 
Hübner “mənim fikrimi anlamaq üçün insanlara beş il vaxt lazımdır” demişdi,  və 
bu proqnoz da reallaşdı.  2010-cu ilə qədər PayPal-ın banisi və Facebook-un xarici 
investoru  yüksək  texnologiyalar  industriyasının  enişə doğru  getdiyi  ideyasını  irəli 

18 
 
sürmüşdü . ”Biz uçan avtomobillər arzusunda idik,  bunun əvəzində isə,  140 rəmz 
əldə etdik” ifadəsi sonradan onun Founders Fund vençur kompaniyasının sloqanına 
çevrildi.  “Gələcəyimizlə  nələr  baş  verir”  adlı  essedə  Til  və  onun  tərəfdaşları 
Twitter və  onun ifadəyə yönəldilmiş 140 rəmzi  yalançı tərəqqi  olduğunu təsdiq 
edirlər.  Til deyir ki,  elmi fantastika daha  gələcəyi tərənnüm etmir və antiutopik 
oldu,  ona görə ki,  insanlarda texnologiyaların dünyanı yaxşılığa doğru dəyişmək 
qabiliyyətinə  inam  azalıb.  Mən  Maskın  Məmləkətinə  gələnədək  bu  fikirlərin 
çoxuyla razı idim.   O görmək istədiyi işlərdən utanmırdı, onun kompaniyalarının 
işçilərindən  başqa,    az  adam  vardı  ki,    onun  zavodlarını,    elmi-tədqiqat 
mərkəzlərini,  maşın sexlərini görmüş və niyyətinin gücünü anlamış olsun.  Mask 
bir  çox  məqamı  Silikon  vadisindən  mənimsəmişdi-  irəli  iri  addımlarla  hərəkət,  
bürokratik  iyerarxiyadan  qurtuluş-  və  bunların  hamısını  fantastik  aparatların 
təkmilləşməsinə  və  nəzərdən  qaçmış  məqamların  inkişafına  tətbiq  etmişdi.  Mask 
ümumi “xəstəlikdən” də yan keçə bilmədi.  1995-ci ildə o,  kolleci təzəcə bitirən və 
Yelp  kataloqunu  Goodle  Map  kataloquna  uyğunlaşdıraraq  Zip-2  kompaniyasının 
əsasını qoymaqla,  dotkom casibəsinin mərkəzinə düşdü.  Birinci müəssisə sürət və 
böyük uğurla nəticələndi.  1999-cu ildə Compaq  Zip 2-ni 307 mln.  dollara aldı.  
Mask sazişdən 22 mln.  dollar əldə etdi və demək olar ki,  hamısını özünün növbəti 
müəssisəsinə,  sonralar Pay Pal kimi formalaşan startapa qoydu.  Pay Pal-ın çox iri 
aksiya  sahibi  olan  Mask,    2002-ci  ildə  eBay-ın  kompaniyanı  1,  5  mld.    dollara 
aldığında fantastik dərəcədə varlandı.  Lakin öz yaşıdlarından fərqli olaraq, Mask,  
qəm-qüssə 
və 
depressiyaya 
qapılmadı,    Silikon  vadisinin  ətrafında 
veyllənməkdənsə,    Los-Anjelesə  yerləşdi.    O  dövrün  “dərindən  nəfəs  alaraq,  
növbəti uğurun zamanını gözlə”  məişət müdrikliyini qəbul etməyən   Mask ,  100 
mln.  dollar Space X-ə,  70 mln.  dollar Tesla-ya və 30 mln.  dollar Solar City-yə 
yatıraraq,  bu müdrikliyə qarşı getdi.  Görünür,  var-dövləti bir anda  itirmək üçün 
bundan  sürətli  yol  seçmək  mümkün  deyildi.    O  öz  simasında  çox  riskli  vençur 
fondu  oldu  və  iki  ən  zəngin  yerdə  -  Los-Anjeles  və  Silikon  vadisində  çox  bahalı 
fiziki məhsul istehsal etməyə başlayaraq böyük riskə qetdi. Maskın kompaniyaları 
işlərini  sıfırdan  başlayaraq  aerokosmik  sahədə,    maşınqayırma  və  günəş 

19 
 
energetikasında zamanında qəbul olunan məqamları dərk etməyə çalışıblar.  Space-
X  Maska  ABŞ-ın  hərbi-sənaye  kompleksinin  nəhəngləri,    eləcə  də  Lockheed 
Martin və Boeingl-ə mübarizəyə girməyə imkan verir.  Həmçinin bütün ölkələrlə , 
əsasən  də,    Rusiya  və  Çinlə.    Space-X  öz  sahəsi  üzrə  istehsal  xərcləri  az  olan 
tədarükçü adını qazanmışdı.  Lakin özlüyündə bu hələ müvəffəqiyyət üçün kifayət 
deyildi.    Kosmik  biznesdə  siyasət  oyunlarına  qoşulmaq,    lazımlı  adamlara 
yaltaqlanmaq və himayəçiliklə məşğul olmaq lazımdı,  bu da kapitalizmin  əsasını 
parçalamağa  gətirib  çıxarır.    Stiv  Cobs  iPod  və  iTunes-i  satışa  çıxarmaq  üçün 
səsyazma  industriyasına  zidd  gedərkən  belə  faklarla    üzləşmişdi.    Lakin  musiqi 
industriyasının  şıltaqları  ludditlər  ,    işləri  silah  və  vahid  dövlətlər  yaratmaq  olan 
Maskın düşmənləri ilə müqayisədə,  heç nə idi.  onların Space-X isə dəfələrlə yükü 
kosmosa  çatdira  və  Yerə  qayıda  biləcək  raketlərin  sınağını  aparır.    Əgər 
kompaniya bu texnologiyanı təkmilləşdirsə,  rəqiblərinə sarsıdıcı zərbə vura bilər 
və  həqiqətən,    raket  industriyasının  bəzi    nümayəndələrini  bu  biznesdə  geridə 
qoyacaq ,  Amerikanı isə,  insan və yüklərin kosmosa və geri  uçabiləcək raketlərə 
görə,  dünya lideri edə bilər.  Mask hesab edir ki,  bu bir  təhlükədir,  və ona çox 
sayda barışmaz düşmən qazandıracaq.  “Mənim üçün ağlamayanların siyahısı artır,  
-  Mask  qeyd  edir  –  Mənim  ailəm  rusların  məni  fiziki  cəhətdən  aradan 
götürəcəklərindən  ehtiyat  edir”.  Tesla  Motors  vasitəsiylə  Mask  avtomobillərin 
istehsalı  və  satışını  dəyişdirmək  və  yanacağın  distribusiyasını  ümumdünya 
şəbəkəsinə  qoşmaq  niyyətindədi.    Maskın  öz  jarqonunda  “şərti  optimal 
kompromis”  adlandırdığı  gibridlərin  əvəzinə  insanlara  vacib
 
olan  bütövlüklə 
elektrik  enerjisiylə  işləyən  Teslanın  avtomobillərini  (elektromobillər)  yaratmaq 
fikrindədir  və  bununla  da  gələcəkdə  texnologiyaların  sərhədini  açmaq  mümkün 
olacaq.  Tesla bu avtomobilləri dilerlər vasitəsi ilə deyil,   İnternetdə və elit ticarət 
mərkəzlərində- Apple mağazalarına  bənzər qalereyalarda satır.  Elektromobillərin 
mühərrikləri  yağın  dəyişdirilməsini  və  adi  avtomobillər  kimi  digər  prosedurları 
tələb etmədiyinə görə, Tesla həmçinin,  öz avtomobillərinin servisindən də böyük 
pullar  gözləmir.    Tesla  kompaniyasının  qəbul  etdiyi  avtomobillərin  satış  modeli 
müştərilərlə alver etməyə və texniki xidmətə görə böyük gəlir götürməyə alışmış 

20 
 
avtodilerlərə  birbaşa  meydan  oxuyur.    Teslanın  enerji
 
doldurma  stansiyaları 
hazırda  ABŞ-ın,    Avropanın,    Asiyanın  bir  çox  əsas  magistrallarında  yerləşir  və 
maşına  əlavə  olaraq 20 dəqiqə  ərzində enerji  yükləyərək  yüzlərlə  mil  məsafə  qət 
etmək imkanı verir.  Bu,  necə deyərlər,  superdoldurma stansiyaları günəş enerjisi 
ilə  işləyir  və  Teslanın  sahibkarları  üçün  heç  bir  sərfiyyat  tələb  etmirdi.    Amerika 
infrastrukturunun böyük hissəsinin çökdüyü dövrdə, 
 
Mask,  ölkəni bütün dünyanın 
birincisinə  çevirərək  futurist  üslubda  fasiləsiz  işləyən  nəqliyyat  sistemi  yaradır.  
Maskın qavrama qabiliyyəti və son vaxtlar  onun etdikləri,  göründüyü kimi,  Henri 
Ford və Con D.  Rokfellerdən irsən aldığımız  ən yaxşı nümunələrin kompleksidi. 
Solar  Citiyə  gəldikdə  isə,    Mask  istehlakçı  və  müəssisələr  üçün  günəş 
batareyalarının  çox  məşhur  bir  tədarükçü  kompaniyasına  pul  yatırmışdı.    Solar 
Citinin  ilk konsepsiyası  Maska  məxsusdu,    məhz  buna  görə də  o,    da  direktorlar 
şurasının sədri oldu; biznesi isə onun əmisi oğlanları Lindon və Piter Piv qardaşları  
idarə  edirlər.    Solar  City-yə  onlarla  energetika  kompaniyasını  geridə  qoyub  ,  
onların yerinə keçmək müyəssər oldu.  Alternativ enerji ilə əlaqəli  kompaniyaların 
sürətlə  müflisləşdiyi  bir  zamanda,    Mask  dünyada  “təmiz”  enerji  mənbəyinə 
əsaslanan iki ən uğurlu kompaniya yaratdı.  Müxtəlif sahələrdə on minlərlə işçi və 
mütəxəssisi  əhatə  edən  zavodlardan  ibarət,    xalis  dəyəri  11,  7  mlrd.    dollar  olan 
biznes-imperiyası  Maskı  dünyanın  ən  varlı  adamlarından  birinə  çevirdi
7
.  Maskın 
Məmləkətiylə  tanışlığım  onun  belə  ağlasığmaz  yükü  necə  təkbaşına  daşıdığını 
anlamağıma  imkan  verdi.    “İnsanı  Marsa  göndərmək”  ifadəsi  kiməsə  ağılsızlıq 
kimi  görünərkən,    Maskın  kampaniyaları üçün  məqsəd və  əsas  ilham  mənbəyinin 
devizi oldu.  Hər üç kampaniyanın əməkdaşları günlərini mümkünsüz bir işə həsr 
etdiklərini yaxşı anlayır və etiraf edirlər.  Mask qeyri-real məqsədlər təyin edəndə,  
işçilərdən  işdə  can  yandırmağı  tələb  edərək  onları  danlayanda,    bu,    müəyyən 
dərəcədə,    qoyulmuş  məqsədə  doğru  bir  addım  olaraq  qəbul  edilir.    Bəzi  iş 
yoldaşları  onu  elə  buna  görə  də  sevirlər.    Digərlərinin  onu  görən  gözü  yoxdur,  
lakin  onlar  təəccüblü  də  olsa  onun  məqsədyönlülüyünə  və  missiyasına  hörmət 
əlaməti  olaraqq  loyal  qalırlar.    Silikon  vadisində  sahibkarların  çoxunun    edə 
                                                           
7
 2015-ci ilin mart ayına olan məlumata görə.  

21 
 
bilmədiyini,    Mask  özünə  məxsus  məqsəd  və  fəaliyyətə  əsaslanan  müvafiq 
dünyagörüşüylə  edir.    Mask özünün  əzmi,    daimi  cəhdləri,   sonsuz axtarışları ilə 
dahiyanədir. direktor kimi ,  kampaniyanın gəliri az narahat edir,  Mask daha çox 
ordusunu böyük qələbəyə aparan generaldır.  Mark Tsukerberq internetdə əyləncə 
olsun  deyə  uşaqlıq  fotoşəkillərinizi    bölüşməyi  təklif  etdiyi  zaman,    Mask 
insanlığın  nəslini  könüllü,    yaxud  təsadüfi  məhvdən  xilas  etmənin  yollarını 
araşdırır. Maskın niyyətlərinin həyata keçməsinə həsr etdiyi həyatı əcaib və bəzən 
də ağilsız görünür.  Onun tipik iş həftəsi Bel Eyrdəki malikanəsində başlanır.  O,  
bazar ertəsi Space X-də işləyir.  Çərrşənbə axşamı iş gününü Space X-də başlayır,  
sonra  öz  təyyarəsinə  minib,    Silikon  vadisinə  uçur.    İki  günü  o,    Teslanın  Pal 
Altodakı ofisləri və Frimontedəki zavodunda keçirir.  Şimali Kaliforniyada Maskın 
evi olmadığına görə də o,  yaraşıqlı Rosewood otelində ya ,  da,  dostlarının evində 
qalır.  Dostlarının evində gecələcəyini  təşkil etmək üçün onun köməkçisi elektron 
poçt vasitəsilə belə bir sual olan məktub göndərir:” İnsan qalacaq yeriniz varmı?” 
Əgər dostu müsbət cavab verirsə,  Mask gecə yarısı onun qapısının zəngini çalır.  
Çox  vaxt  ona  qonaq  otaqı  ayırılır,    amma  bəzən  dincəlmək  məqsədiylə  hansısa 
videooyunlar  oynayaraq  uduzan  Mask,    kiçik  bir  divanda  yuxuya  gedir.    Cümə 
axşamı isə yol yenidən Los-Anjelesə və Space X-ədi. Mask keçmiş arvadı Castin 
ilə birlikdə , beş kiçik oğluna- əkizlərə və üçəmlərinə özü hamilik edir və həftədə 
dörd dəfə onları görməyə gedir. Vəziyyəti nəzarətdə saxlamaq məqsədiylə ,  Mask 
hər il həftə ərzində uçuşa  nə qədər vaxt sərf etdiyini hesablayır.  Belə qrafiklə necə 
yaşamaq olar sualına cavab verərək ,  Mask deyir:” Mənim uşaqlığım ağır keçib; 
görünür bu üzdən tab gətirə billirəm ”. Maskın Məmləkətinə səfərlərimin birində ,  
o  söhbətimizi  maksimum  dərəcədə  qısaltmalı  oldu,    çünki  ,    təbiət  qoynuna- 
Oreqon ştatındakı Milli parkda Kreyter gölünü seyrə çıxmağı planlaşdırmışdı.  Bu,  
cümə  günü,    axşam  saat  səkkiz  radələrindəydi;  tez  bir  zamanda  Mask  oğlanlarını 
və  onların  dayəsini  özünün  şəxsi  təyyarəsinə  mindirməli,    sonra  isə  onun  özünü  
çadır  şəhərciyinə  dostlarının  yanına  çatdıracaq  təyyarəçiləri  qarşılamalı  idi.  
Dostları ona əşyaları boşaltmağa və yerləşməyə kömək edəcəklər.  Artıq qaranlıq 
çökür.    İstirahət  günü  üçün    isə  bir  neçə  yürüş  planlaşdırılıb.    Və  beləcə  də,  

22 
 
istirahət  başa  çatacaq.    İstirahət  gününün  ikinci  yarısında  Mask  oğlanlarla  geri,  
Los-Anjelesə  qayıdacaq.    Elə,    həmin  axşam  da,    özü  Nyu-Yorka  yola  düşəcək.  
Gecə yuxusu.  Bazar ertəsi səhər onun müsahibəsi var.  Görüşlər.  Elektron poctun 
yoxlanılması.  Yuxu.  Çərşənbə axşamının səhəri isə,  geri,  Los-Anjelesə dönüş.  
Space  X-dəki  işlər  .    Çərşənbə  axşamı  gündüz  yenidən  San-Xoseyə  uçuş,    Tesla 
Motors  zavodundakı  işlər.    Axşam  Vaşinqtona,    Kolumbiya  dairəsinə  uçuş,  
prezident  Obama  ilə  görüş.    Çərşənbə  gününün  axşamı  isə,    geri  Los-Anjelesə.  
Space X-də bir neçə iş gününü.  Həftə sonunda Google kompaniyasının direktorlar 
şurasının  sədri  Erik  Şmidt  tərəfindən  Yelloustounda  təşkil  olunan    konfransda 
iştirak  etməliydi.    Həmin  vaxt  Mask  ikinci  arvadından,    aktrisa  Talula  Raylidən 
ayrılmışdı  və  bu  gərgin  qrafikdə  şəxsi  həyatına  da  yer  ayırmağa  çalışırdı.  
“Düşünürəm  ki,    uşaqlarıma  və  işimə,    kifayət  qədər,    vaxt  ayırıram,  -  deyirdi 
Mask-  Amma  bir  problemim  var.    Sevgilim  yoxdu.    Bax  ,  bunun  üçün  də  vaxt  
lazımdır,    hətta  bəlkə,    5-10  saat.    Səncə  qadına  həftə  ərzində  nə  qədər  vaxt 
kifayətdi  ?  Bəlkə,    10  saat?  Ümumiyyətlə  minimum  nə  qədər?    Mən  bilmirəm”. 
Mask istirahət üçün çox az hallarda vaxt tapır,  lakin onun əyləncələri də,  həyatı 
kimi,  dramatik və qeyri standartdı.  Özünün otuz illik yübileyini qeyd etmək üçün,  
Mask  İngiltərədə  20  nəfərlik  qəsr  icarəyə  götürdü.    Gecə  saat  ikidən  səhər  saat 
altıyadək  hamı  gizlənpaç  oynadı.    Növbəti  gecəni  Parisdə  keçirdilər.    Mask,  
doğma  qardaşı  və  əmisi  oğlanlarıyla  birlikdə  gecəyarısı  oyanıb  ,  səhər  saat 
altıyadək  şəhərdə  velosiped  sürməyi  qərara  aldılar.    Sonra  onlar  bütün  günü 
yatdılar,  gecə isə Şərq ekspessinə mindilər və yenə də bütün gecəni oyaq  qaldılar.  
Qatarda  məşhur  Lucent  Dossier  Experience  avanqard  qrupunun  təqdimatı  oldu-
akrobatik  tryuklar  və  xiromantiya  (əlfalı).    Ertəsi  gün  qatar  Venessiyaya  çatanda 
Mask  dostları  ilə  şam  yeməyindən  sonra  səhər  saat  doqquzadək  istirahətlərini 
otelin  Böyük  kanala  mənzərəsi  olan  daxili  həyətində  keçirdilər.  Mask  müxtəlif 
kostyumlar  nümayiş  etdirilən  gecə  əyləncələri  sevir;  belə  gecələrin  birində  o 
cəngavər  geyimində çətirlərin  üstündə  Dart  Veyderin kostyumunda olan  cırtdanla 
döyüşürdü.  Sonuncu  ad  günlərindən  birinə,    Mask  Nyu-Yorkda  qəsrə  bənzər  bir 

23 
 
yerə  ,  Tarritauna  50  nəfər  dəvət  etmişdi.  Bu  dəfə  isə  stimpank
8
 
 
stilində  yapon 
mövzusu oynanılırdı. - Elmi-fantastika həvəskarlarının düşündükləri  təsəvvürlərin 
təcəssümüydü  sanki.  Korset,    dəri  və  maşınlara  sitayişdən  ibarət  gurultulu  bir 
qarışıq  əmələ  gəldi.    Mask  samuray  geyimindəydi.  Bayram  tədbirlərinə  Hibert 
Sallivanın  “Mikado”  viktorian  komik  operasının  quruluşu  daxil  edilir;  operada 
hadisələr  Yaponiyada,  şəhərin  lap  mərkəzində,   kiçik  bir    teatrda baş verir.  “Mən 
amerikalıların nəsə anladıqlarından əmin deyiləm, ”- deyir Rayli (“Qadına həftədə 
10  saat  ayırmaq”  planı  pozulandan  sonra,    Mask  onunla  münasibətini  bərpa 
etmişdi).  Ancaq pyesin davamında baş verənlər,  amerikalılarla bərabər,  hamının 
xoşuna gəldi.  Qəsrə qayıdan Mask,  gözlərini dəsmalla bağladı,  divara söykənərək 
hər əlinə bir şar götürür ,  birini də ayaqlarının arasında salır.  Sonra isə,  bıçaq atan 
işinə başlayır. “Mən onu əvvəl görmüşdüm və onun bu gün istirahətdə olacağından 
ehtiyat  edirdim-  Mask  belə başlayır.    Bir də  qorxurdum  ki,    birdən  bıçaq  atan iki 
şara  eyni  vaxtda  düşə  bilməz”.    Mat  qalmış  tamaşaçılar  bışağın  Maska 
dəyəcəyindən  qorxurdu  .    Maskın  ən  yaxşı  dostu  Bill  Li:  “Bu  inandırıcı  deyildi.  
Ancaq  İlon  hər  şeyə  fəlsəfi  yanaşır”-  dedi.    Bayrama  dünyanın    yekəpər  sumo 
güləşçilərindən biri həmvətənləri ilə birlikdə gəlmişdi.  Rinq təşkil edildi və Mask 
çempionla  yarışa  çıxdı.    Onun  350  fut  (160  kq)  çəkisi  vardı  -deyir  Mask:  “Mən 
adrenalinim  təpədə  rinqə  çıxdım  və  güləşçini  yerdən  qaldırmaq  istədim.    O,    ilk 
raundda  mənə  qələbə  qazandırdı,    sonrakı  döyüşdə  isə,      mənim  başıma  elə  oyun 
gətirdi  ki,    indiyədək  kürəyim  ağrıyır”.  Rayli  Mask  üçün  bu  şənliklərin 
planlaşdırılmasını  incəsənətə  çevirdi.    Onlar  Maskla  hələ  2008-ci  ildə,    Maskın 
kompaniyalarının  bir-birinin  ardınca  uğursuzluqa  düçar  olduğu  vaxtda  tanış 
olmuşdular.  O,  Maskın bütün sərvətini necə itirdiyini və mətbuatın gülüş hədəfinə 
çevrildiyinin şahidi idi.  Rayli bilirdi ki,  bu illərin yaraları indiyədək göynəyir və 
Maskın  ağır  xasiyyətinin  səbəbi  də,    həyatında  baş  verən  digər  emosional 
sarsıntılarla birlikdə körpə oğlunun faciəli ölümü və Cənubi Amerikada keçirdiyi 
yeniyetməlik dövrünün çətinlikləri ilə bağlıdı.  Mən onu rahatlatmaq üçün,  hər cür 
şən  əyləncələr  düşünürəm,    -  deyir  Rayli.    “Biz  ona  uşaqlıqda  görmədiklərini 
                                                           
8
 Stimpank-elmi fantastikanın bir qoludu. Adətən bəşəriyyətin alternative inkişafını nəzərdə tutur.  

24 
 
yaşatmağa  çalışırıq”.  Raylinin  bu  cəhdləri  həmişə  arzuolunan  nəticəni  vermir.  
Sumo güləşçisi ilə baş verən hadisədən dərhal sonra,  Mask,  Palo Alto-da Teslanın 
baş  ofisinə  işə  getdi.    Şənbə  günü  idi,    avtomobil  dayanacağı  isə,    dolu  idi.  
Teslanın  ofislərində  yüzlərlə  gənc  işləyirdi  –  bəziləri  avtomobil  hissələrinin 
kompyuter  layihələşdirilməsi  ilə  məşğul  olur,    digərləri  elektron  avadanlıqlarla 
eksperiment  aparırdı.    Maskın  bir  dəqiqədən  bir  dəhlizin  hər  yerindən  şaqraq 
gülüşü eşidilirdi.  Mask  onu gözlədiyim otağa işgüzar görüş üçün gələndə,  mən ,  
şənbə günündə də insnların işləməsinin məni necə mütəəssir etdiyini dedim.  Mask 
vəziyyəti  başqa  cür  görürdü:  O  öz  növbəsində    şikayət  etdi  ki,    istirahət  günləri 
gecəyarıyadək  işləməyə  qalanların  sayı  get-gedə  azalır.    “Rahatlaşmışıq  biz,  
boşalmışıq,    -  Mask  dedi.    –  Mən  bunu  onlarn  elektron  ünvanlarına  da  yazmaq 
istəyirdim.    Daha    sərt  olmaq  lazımdır”.  Arzularla  yaşayan  və  onları  reallaşdıran  
insanlar  elə  belə  də  olur.    İşçilərini    töhmətləndirən  Hovard  Hyüz  və  Stiv  Cobsu  
təsəvvür  etmək  də  çətin  deyil.    Yeniliyin  yaradılması  –  xüsusən  də,    əgər  söhbət 
möhtəşəm  işlərdən  gedirsə  ,    asan  məsələ  deyil.    Mask  kompaniyalarının 
yaradılmasına  verdiyi  iyirmi  ildə,    və  bu  müddətdə  çox  adamla  üzləşməsi,    ona 
pərəstiş  edən  və  ya  ona  heç  dözə  bilməyənlərlə  nəticələndi.    Kitabımı  işləyərkən 
zaman-zaman,    mən,    bu  adamlarla  ünsiyyətdə  olurdum;  onlar  mənə  Mask  və 
müəssisələrin  necə  işlədiyi  haqda  az  məlumat  vermədilər.  Mənim  Maskla  şam 
yeməklərim və vaxtaşırı Maskın Məmləkətinə baş çəkməyim,  bu insanı hər tərəfli 
tanımağıma kömək etdi.  Onun elədikləri , Hyüz və Cobsun ona qədər elədiklərini 
geridə  qoyurdu.    Mask  Amerikanın  gözündən  düşmüş  aerokosmik  və  avtomobil 
istehsalı  kimi  sahələrini  öz  üzərinə  götürərək,    onları  qeyri-adi  yeni  və  fantastik 
sahələrə  çevirdi.      Bu  islahatın  əsasında  Maskın,    proqram  təminatı  istehsalçısı 
kimi,    təcrübəsi  və  onun  bütün  bunları  praktikada  tətbiq  etmək  qabiliyyəti  durur.  
O,    atomları  və  bitləri  elə  birləşdirdi  ki,    bu,    əvvəllər  heç  kəsin  ağlına  belə 
gəlməmişdi  və  nəticələr  də,    təsir  edici  oldu.    Doğrusu,    ona  hələ  iPhone-nun 
istehlakçı  uğuru  və  ya  Facebook-un    milyardlarla  insanın  diqqətini  cəlb  etmək 
qabiliyyətinin də bütün bunlara əlavə olunması gərək.  Hazırda o,  hələ də,  zəngin  
adamlar  üçün  oyuncaqlar  düzəltməklə  məşquldu  və  onun  çoxvədlər  verən 

25 
 
imperiyası  bir  gün  partlayan  raket  kimi  ,  istiqamətini  dəyişə,    yaxud  da  maliyyə 
böhranıyla  üzləşə  bilər,    bu  da,    öz  növbəsində,  Teslanın  avtomobil  bazarından 
kütləvi şəkildə atılmasına səbəb ola bilər.  “Digər tərəfdən,  Maskın kompaniyaları 
bu  gün,    artıq  ,    onun  bədxahlarının  mümkün  hesab  etdiyindən  daha  çox  iş 
görmüşdülər,  bu  da,    onun  vədlərinə  şübhə  ilə  baxanlara,  belə,  nikbinlik  bəxş 
etməlidir. ” Mənə görə,  birjalara çıxışa və istehsalın yüksəldilməsinə güc vermək 
əvəzinə,    Silikon  vadisi  öz  fəaliyyətini  yenidən  qurmağa  və  qüvvəsini  zamanla 
ayaqlaşmağa  yönəldə  bilsəydi  kaş,    bax,    İlonun  fəaliyyəti  bunun  parlaq 
nümunəsidir,  - proqram təminatı üzrə məşhur ekspert və ixtiraçı Edvard Yanq belə 
deyir.    –  Bunlar  lazımlıdır,    lakin  çox  azdı.    Biz  uzun  müddətli  işlərin  müxtəlif 
modellərini axtarmalı və texnologiyaları onlara inteqrasiya etdirməliyik. ” Yanqın 
dediyi  bu  inteqrasiya:  proqram  təminatı,    elektronika,    yeni  materialların  və 
hesablama  avadanlıqlarının  ahəngdar  birliyidir  ki,    bu  da,    göründüyü  kimi,  
Maskın  insanları  təəccübləndirəcək  maşınlar  dövrünə  yol  açan  və  elmi-fantastik 
arzularını  gerçəkləşdirmə    qabiliyyəti  kimi,    güclü  cəhətini  nümayiş  etdirir.    Bu 
mənada  Mask  Hovard  Hyüzdən  daha  çox  Tomas  Edisona  bənzəyir.    O,    ixtiraçı,  
məşhur  biznesmen  və  böyük  ideyaları böyük  məhsullara  çevirə  bilən sənayeçidir.  
Minlərlə insan onun amerikada,  qeyri-mümkün hesab edilən ,  zavodlarında metal 
məmulatlarının  istehsalı  ilə  məşquldur.    Cənubi  Afrikada  doğulan  Mask,    bu  gün 
Amerikanın  ən  yenilikçi  sənayeçisi  və  qeyri-adi  mütəfəkkiridir;  Silikon  vadisini 
yeni,  daha perspektivli yola çıxaracaq insandır.  Maskın sayəsində 10 ildən sonra 
amerikalılar  minlərlə  günəş  enerjisi  doldurma  stansiyalarıyla  təchiz  olunmuş 
müasir  yollar,    elə  bu  yollarla  şütüyən  elektromobillərlə  dünyada  məşhur  ola 
bilərlər.    O  zamana  qədər  isə,    Space  X  hər  gün  insanları  və  yükləri  raketlərlə 
müxtəlif  yaşayış  nöqtələrinə  çatdıraraq,    Marsa  uçuşa  hazırlaşacaq.    Əgər  işləri 
sonadək  aparmaq  üçün  Maskın  kifayət  qədər  vaxtı  olarsa,    bu  uğur  inanılmaz 
olduğu qədər də,  labüddür.  Onun keçmiş xanımı Castinin ifadə etdiyi kimi: “O,  
hər istədiyinə nail olur və heç kəs ona mane olmaq gücündə deyil.  Bu dünya İlona 
məxsusdur,  biz insanlar isə,  sadəcə,   bu dünyanın sakinləriyik”. 

26 
 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə