Tədqiqat işində etil spirtinin sirkə turşusuna katalitik oksidləşdirici çevrilməsi prosesinin riyazi modeli tərtib olunub. Prosesdə AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun “Seolit katalizi” laboratoriyasında yaradılmış yüksək effektivliyə malik olan ion mübadiləsi ilə modifikasiya olunmuş klinoptilolit katalizatorundan istifadə olunub. Prosesin kinetik tənliklər əsasında reaktorun optimal tipi seçilib və nəzəri optimallaşdırma aparılıb. Yaradılmış riyazi model kinetik tənliklərdən əlavə istilik balans və təzyiq itkisinin tənliklərini daxil edirdi. Tədqiqat işinin son mərhələsində riyazi modelinin adekvatlığı yoxlanılıb və müəyyən olunub ki, tərtib olunmuş riyazi model baxılan prosesi kifayət qədər yaxşı təsvir edir.