Etilenin alınması və xassələri



Yüklə 27,01 Kb.
tarix02.01.2022
ölçüsü27,01 Kb.
#39756
Sənəd
1. Üzlük-Unec-az, Üzlük-Adra, Azərbaycan dili, 2804A-Mallar-n-eynil-dirilm-si-v-saxtala-d-r-lmas- AZ

Etilenin alınması və xassələri. Laboratoriyada etileni etil spirtinə sulfat turşusunun təsirilə almaq olar.

Işin aparılma qaydası: Quru kolbaya bir hissə etil spirti töküb, üzərinə yavaş – yavaş 6 hissə qatı sulfat turşusu əlavə etməklə qarışıq hazırlanır və temperaturun aşağı düşməsi üçün sakit buraxılır, qarışıqdan 5 – 6 ml götürülür və qazaparan boru ilə təchiz edilmiş sınaq şüşəsinə tökülür. Maili vəziyyətdə ştativə bağlanır və qaz lampası üzərində zəif alovda qızdırılır, reaksiyada sulfat turşusunun monoefiri alınır.

alınan etilsulfat efiri qızdırıldıqda etilenə və sulfat turşusuna parçalanır.



Qazaparan borudan çıxan etilen qazı yandırılarkən parlaq alovla yanır.



Sonra qazaparan borudan çıxan etilen qazı əvvəlcədən hazırlanan KMnO4 məhluluna daxil edilir. Açıq moruğu rəngli məhlul rəngini itirir, yəni oksidləşmə prosesi baş verir. İkiqat rabitəyə oksigen atomu və su birləşərək iki atomlu spirt etilen qlikolu əmələ gətirir.



KMnO4 isə oksigenini itirərək tünd qəhvəyi rəngli MnO2 –yə çevrilir.



Alınan etilen qazı ikinci sınaq şüşəsindəki açıq sarı rəngli brom məhluluna salındıqda isə rəngin itməsi müşahidə edilir ki, bu da bromun ikiqat rabitəyə birləşməsi nəticəsində baş verir.




Yüklə 27,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə