Fakültə:İnzibati idarə etmə İxtisas: Dövlət və bələdiyyə idarəetməsi Qrup: db191



Yüklə 1,1 Mb.
səhifə3/3
tarix02.01.2022
ölçüsü1,1 Mb.
#42124
1   2   3
Abbasi

Qeyri səmavi dinlər

Milli dinlər aşağidakilardır

1.Konfutsiçilik.

2.Daosizm.

3.Sintoizm

Uzaq Şərq

Cənubi Asiya

1. Hinduizm

2.Caynizm

3. Siqhizm

Yaxın Şərq

Zərdüştilik

Konfutsiçilik

Konfutsiçilik Çin sivilizasiyasının mənəvi-mədəni imicini formalaşdıran iki əsas ənənəvi təlimdən biridir (digəri daosizmdir. –Red.). Uzun əsrlər boyu bu təlim Çin dövlətinin ideoloji əsaslarını təşkil etmişdir

1911-ci ildə monarxiyanın devrilməsinə və Çin Xalq Respublikasının yaranmasına qədər Konfutsiçilik “Səma altının” dövlət ideologiyası və rəsmi dini olmuşdur. Çinlə yanaşı, Koreya, Yaponiya kimi bir sıra ölkələrin dini inanc sisteminə daxil olmuşdur

Mənəvi-mədəni fenomen olaraq Konfutsiçiliyin təbiətinə dair elm adamları arasında iki fikir mövcuddur. Bir sıra tədqiqatçılar Konfutsiçiliyi din statusunda görmürlər, əsasən etik-siyasi doktrina kimi nəzərdən keçirirlər. Ancaq bütün sinoloq-tədqiqatçılar Çin dinini “üç təlim” kimi təqdim edirlər: Konfutsiçilik, Daosizm və Buddizm

Konfutsi Çin mütəfəkkiri və filosofu Kon Fu Dzının latınlaşdırılmış adıdır. O, e.ə. 551-479-cu illərdə yaşamışdır. Filosofun yaşadığı dövr böyük sosial və siyasi sarsıntılar dövrü idi – Çjou xənadanının hökmdarı Xan öz qüdrətini itirmişdi, patriarxal ənənəvi normalar sıradan çıxırdı, ümumiyyətlə, dövlət institutu dağılmaqda idi. Belə bir şəraitdə zadəganların bəzi nümayəndələri əvvəlki nüfüzunu itirərək ənənəvi Çin mətnlərini öyrətməklə, özəl dərslər vasitəsilə dolanmağa çalışırdı. Bu müəllimlərdən biri də Konfutsi olmuşdur

Çin dilində “tzyun tszı” şəklində ifadə olunan bu sözün hərfi mənası “hökmdarın oğlu” deməkdir. “Tzyun tszı” Konfutsinin öz ardıcıllarına mənəvi bələdçi kimi təqdim etdiyi nümunəvi şəxsiyyətdir. Filosof özünü heç vaxt birbaşa “tzyun tszı” adlandırmasa da, bu idealı həyatında gerçəkləşdirməyə çalışmışdır.

“Alicənab ər” təliminin əsasında şəxsin əxlaqi özünüinkişaf ilə ictimai- dövlət fəaliyyətinin əlaqələndirilməsi ideyası durur. Belə bir şəxsin fəaliyyətinin əsas məqsədi qədim imperatorlar Yao və Şunun dövründəki ideal dövləti yaratmaqdır. Konfutsi iddia edirdi ki, yalnız yüksək mənəviyyata sahib, mükəmməl insan hökumət idarəçiliyində iştirak edə bilər.

Konfutsinin ardıcılları öz müəllimlərinin təlimini sistemləşdirərək “alicənab ərin” beş məziyyətini müəyyənləşdirmişlər. “Beş dəyişməzlik” adı verilən konsepsiya bunları əhatə edir: “jen” – insanpərvərlik, “i” - ədalət, “li” – ritual, “çji” – şüurluluq və “sin” - səmimiyyət

Ənənəvi Çin təsəvvürlərinə əsasən, yerdəki həyatla səmavi dünya arasında əhəmiyyətli fərq yoxdur, hətta o, səmavi dünyanın yerdəki inikasıdır. Bu, hökmdarın hakimiyyətinin müqəddəsləşdirilməsinə və bürokratiyanın inzibati vəzifələrinin ruhani funksiyaları ilə birləşməsinə səbəb olmuşdur. Hətta dövlət səviyyəsində ayinlərin düzgünlüyünə və vaxtında yerinə yetirilməsinə nəzarət edən xüsusi bir şöbə - Mərasimlər departamenti var idi. O, imperatorluğun altı ən yüksək idarəetmə orqanlarından biri idi.

Ritual Səma reallığının dünyaya daxil olma aktı sayılırdı. Eyni zamanda, o, insanların yaşayış tərzini səmavi, ilahi qaydalara uyğunlaşdırırdı. Ritualın yoxluğu isə Səma ilə əlaqənin kəsilməsi demək idi. Bu isə insan cəmiyyətinin deqradasiyası, anarxiya sayılırdı

Dövlət mərasimlərinin əsas məqsədi cəmiyyətin rifahını təmin etmək idi. Onun üzvləri daxilən düzgün yetişmədən buna nail olmaq qeyri-mümkün idi. Rituallar tanrı ilə əlaqə yaratmaqla yanaşı, onda iştirak edən hər kəsə münasibətdə harmonikləşdirmə rolunu oynayırdılar. Onlar insan hərəkətlərinə yön verir və cəmiyyətdəki yerlərini göstərirdilər. Təsadüfi deyil ki, Çində rəsmi şəxslər ritualları yerinə yetirməməkdə ittiham olunduqda ağır cəzaya məruz qalırdılar

Ritualların əsas elementi isə müxtəlif şəkillərdə yerinə yetirilən qurban vermə ayinləri idi. Qurban obyekti olaraq yemək və ya digər əşyalar istifadə olunurdu. Qurbanın yandırılması isə onun yeni varlıq səviyyəsinə keçməsini nəzərdə tuturdu. Bir qayda olaraq, bütün mərasimlər musiqi ilə müşayiət olunurdu. Bu məqsədlə məbədlərdə zəruri hallarda orkestr tərəfindən ifa olunan xüsusi musiqi alətləri saxlanılırdı



Ədəbiyyat

1. http://www.meneviyyat.az/din-n%C9%99dir/

2.PDF-materialı

3.http://www.e-derslik.edu.az/books/160/units/unit-1/

page73.xhtml

SON
Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə