Din Allah tərəfindən insanları dünya və axirət səadətinə qovuşduran ilahi inanc sistemidir. Din dedikdə mənbəyi yaradana dayanan inanc sistemi nəzərdə tutulur.
Giriş
Din nədir?
Alimlərimiz “din”ə bu şəkildə tərif vermişlər: “Din – insanları öz iradə və ixtiyarları ilə xeyrə sövq edən ilahi qanunlar məcmuəsidir”. Bu ilahi qanunlar məcmuəsi Allah tərəfindən göndərilən fövqəladə fitrətə sahib insanlar, yəni peyğəmbərlər tərəfindən təbliğ və təmsil edilmişdir.