Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ Bölmə 1 – Terapiya 1 Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Hansı sorulan sintetik saplar oftalmologiyada istifadə olunur?



Yüklə 1,42 Mb.
səhifə18/23
tarix10.12.2016
ölçüsü1,42 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   23

778) Hansı sorulan sintetik saplar oftalmologiyada istifadə olunur?
A) Poliqlekapron

B) İpək


C) Ketqut

D) Neylon

E) Dakron

Oftalmologiyada istifadə olunan sorulan sintetik saplara poliqlekapron,polidiaksanon,turş poliqlikol aiddir.Bu saplar sökülmür,toxumada 10-30 günə qədər saxlanılır;40-90 gün müddətinə orqanizmdə fermentativ təsirə məruz qalaraq sorulur.


Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.118
779) Toxumanı kəsən alətlərə nə aiddir?

1. Skalpel

2. Pinset

3. Qayçı

4. Kornsanq

5. Mişar

6. Payer jomu
A) 2,3,6

B) 3,4,5


C) 1,3,5

D) 2,4,6


E) 1,2,4

Toxumanı kəsən alətlərə skalpellər(qarıncıqlı və itiuclu),qayçılar(düz,əyri,iti və küt uclu),bıçaqlar(rezeksion və amputasion),mişarlar,kəlbətin,raspator,çəkic,yoğun iynələr,troakar,frezlər,osteotom aiddir.


Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.119
780) Təsadüfi yaraların cərrahi işlənməsində hidrogen peroksidin neçə faizli məhlulundan istifadə olunur?
A) 30%

B) 6%


C) 10%

D) 3%


E) 33%

Hidrogen peroksid kimyəvi antiseptik maddə olub oksidləşdiricilər qrupuna aiddir. Hidrogen peroksidin 3%-li məhlulundan irinli və çirklənmiş yaraların yuyulmasında,səthi qan axmalarda istifadə olunur.6%,10%,30%,33% məhlullarından dezinfeksiyaedici kimi istifadı olunur.


Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.23
781) Bioloji antiseptikaya nə aiidir?

1. Antibiotiklər

2. Səthi-aktiv maddələr

3. Vaksinlər

4. Immunoqlobulinlər

5. Oksidləşdiricilər

6. Turşular
A) 1,2,6

B) 1,3,4


C) 3,2,5

D) 2,4,5


E) 1,3,6

Hal-hazırkı dövrdə bioloji antiseptikada istifadə olunan maddələrə antibiotiklər,vaksinlər,immunoqlobulinlər,və proteolitik fermentlər aiddir.Antibiotiklər cərrahi infeksiyalarda müalicəvi və profilaktik məqsədlə istifadə olunur.Passiv və aktiv immunizasiya məqsədilə immunoqlobulinlərdən və vaksinlərdən istifadə olunur


Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.24
782) Kimyəvi antiseptikada nədən istifadə olunur?

1. Spirtlər

2. Vaksinlər

3. Səthi aktiv maddələr

4. Antibiotiklər

5. Oksidləşdiricilər

6. Proteolitik fermentlər
A) 1,4,6

B) 3,5,6


C) 2,4,6

D) 1,2,6


E) 1,3,5

Kimyəvi antiseptikada istifadə olunan maddələr kimyəvi dezinfeksiyaedicilər,antiseptiklər və kimyəvi terapevtik maddələr olmaqla üç qrupa bölünürlər.Kimyəvi dezinfeksiya edicilərdən alətlərin,döşəmələrin,divarların,tibbi əşyaların dezinfeksiyasında istifadə olunur.Antiseptiklərdən əllərin işlənməsində ,yaraların yuyulmasında istifadə olunur.Kimyəvi terapevtik maddələr orqanizmində olan bakteriyalara bakteriostatik və bakteriosid təsir göstərir.Spirtlər,səthi aktiv maddələr antiseptikllərə aiddirlər.


Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.22
783) Cərrahi metal alətlərin sterilizasiyasının daha mükəmməl üsulu hansıdır?
A) Yandırmaq

B) Qaynatmaq

C) Formalin buxarı sterilizasiya etmək

D) Quruducu şkafda sterilizasiya etmək

E) Avtoklav

Cərrahi metal alətlərin daha mükəmməl sterilizasiya üsulu qaynar quru hava ilə xüsusi quruducu şkaflarda həyata keçirilir.Sterilizasiya 0,5-1 saat ərzində 180-220 C temperaturda quruducu şkaflarda aparılır.


Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.15
784) Əllərin C-4(pervomur) məhlulunda işlənməsinə nə qədər vaxt lazımdır?
A) 3-4 dəq.

B) 4-5 dəq.

C) 1 dəq.

D) 2-3 dəq.

E) 5 dəq

C-4(pervomur) məhlulunun tərkibi qarışqa turşusu,hidrogen peroksid və suyun qarışığından ibarətdir.Bu qarışıq güclü antiseptik maddə olub dəri üzərində nazik təbəqə əmələ gətirir.2.4%-li məhlulu tökülmüş xüsusi ləyənlərdə əllər 1 dəqiqə müddətində işləndikdən sonra steril dəsmalla qurudulur.


Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.16
785) Əllərin xlorheksidin biqlyukonatın spirtli məhlulu ilə işlənməsinə nə qədər vaxt lazımdır?
A) 1 dəq

B) 5 dəq.

C) 3 dəq.

D) 1-2 dəq.

E) 3-4 dəq.

Əllərin işlənməsində xlorheksidin biqlyukonatın 0.5%-li spirtli məhlulundan istifadə olunur.Əllər sabunla axar ilıq su altında yuyulduqdan sonra steril salfetlə silinir.Sonra xlorheksidin biqlyukonat məhlulunda isladılmış steril salfetlə 3 dəq.ərzində işlənilir.


Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.16
786) Cərrahiyədə ekzogen infeksiya hansı yollarla yayılır?

1. Hava-damcı

2. Limfogen

3. Kontakt

4. İmplantasion

5. Hematogen
A) 1,4,5

B) 3,4,5


C) 1,3,5

D) 2,4,5


E) 1,3,4

Cərrahiyədə ekzogen infeksiya orqanizmə üç əsas yol ilə daxil ola bilər:hava damcı,kontakt və implantasion.Hava damcı infeksiyası toz hissıcikləri və damcı-qabarcıqları ilə yayılır.Kontakt infeksiyaya səbəb cərrahın əlləri,sarğı materialları və ağlar,cərrahi alətlərdir.İnplantasion infeksiyanın mənbəyi tikiş sapları,plastik materiallar və protezlərdir.


Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.19
787) Yaranın yuyulmasında kalium permanqanatın neçə faizli məhlulundan istifadə olunur?
A) 2%

B) 5%


C) 0.02%.

D) 0.1%


E) 1%

Kalium permanqanat antiseptik maddə olub oksidləşdiricilər qrupuna aiddir.Bu preparat xaricə istifadə üçündür.Cərrahi praktikada 0.1%-li məhlulundan irinli yaraların yuyulmasında istifadə olunur.


Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.23
788) Palliativ əməliyyatın aparılmasında məqsəd nədir?
A) Xəstəni sağaltmaq

B) Xəstənin vəziyyətini yüngülləşdirmək

C) Diaqnozu dəqiqləşdirmək

D) Bir neçə orqanda əməliyyat aparmaq

E) Çoxmomentli əməliyatı başa çatdırmaq

Palliativ əməliyyat xəstənin vəziyyətini yüngülləşdirmək məqsədilə həyata keçirilir.Belə əməliyyatlar daha çox onkoloji xəstələrdə aparılır.Palliativ əməliyyat xəstənin ömrünü bir qədər uzadır,həyat fəaliyyətini yaxşılaşdırır.


Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.115
789) Xəstəni periferik venanın kateterizasiyasına hazırladıqda ona hansı vəziyyət verilməlidir?
A) Böyrü üstə

B) Ayaq üstə

C) Qarnı üstə, uzanmış

D) Arxası üstə, uzanmış

E) Oturaq

Xəstəni periferik venanın kateterizasiyasına hazırladıqda ona arxası üstə uzanmış vəziyyət verilir.


Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.203
790) Periferik vena üçün kateterin seçimində tibb işçisi nəyi nəzərə almır?
A) Yeridilən mayenin tərkibini

B) Venanın diametrini

C) Kateterin venada qalma müddətini

D) Xəstənin fizioloji vəziyyətini

E) Yeridilən mayenin sürətini

Periferik vena üçün kateter seçimində tibb işçisi xəstənin fizioloji vəziyyətini nəzərə almamalıdır. Venanın diametrini,yeridilən mayenin sürətini,yeridilən mayenin tərkibini və kateterin venada qalma müddətini ciddi nəzərə almalıdır.


Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.203
791) Periferik venada angiokateter neçə sutkaya qədər qala bilər?
A) 5

B) 8


C) 7

D) 10


E) 3

Periferik venada ağırlaşmaların qarşısını almaq məqsədilə kateterin yeri 48-72 saatdan bir dəyişilməlidir.


Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.205
792) Periferik venaya kateter qoyulduqdan sonra damarda hansı ağırlaşma baş verə bilər?
A) Flebit

B) Limfadenit

C) Anaflaktik şok

D) Limfangit

E) Allergik reaksiyalar

Periferik venadaki kateterə düzgün qulluq olmadıqda,aseptika və antiseptika qaydalarına düzgün riayət etmədikdə,kateterin yeri vaxtında dəyişdirilmədikdə venanın cərrahi infeksiyası-flebit kimi ağırlaşmaya rast gəlinir.


Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.207
793) Periferik venaya kateter qoyulduqdan sonra tromboflebitin profilaktikası üçün nədən istifadə olunur?

1. Traksevazin

2. Levamikol

3. Tripsin

4. Traumel

5. Sintomisin

6. Heparin
A) 2,4,6

B) 4,5,6


C) 1,4,6

D) 3,4,6


E) 1,3,5

Periferik venaya kateter qoyulduqdan sonra tromboflebitin əmələ gəlməsinin qarşısını almaq məqsədilə vena üzərinə punksiya olunan yerdən bir qədər yuxarıda nazik qat tromflebik məlhəmlərdən sürtmək lazımdır(traumel,traksevazin,heparin).


Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.207
794) Periferik venadaki kateterdən dərman maddəsi yeridildikdə orqanizmdə baş verən ümumi ağırlaşma hansıdır?
A) Abses

B) Toxuma nekrozu

C) Allergik reaksiya

D) Tromboflebit

E) Flebit

Periferik venadaki kateterdən infuziyalar zamanı yeridilən dərman madəsinə qarşı baş verən ağırlaşmalardan biri allergik reaksiyalardır.Allergik reaksiyaların ağırlığı müxtəlif olub,yüngül dərəcədən anaflaktik şoka qədər inkişaf edə bilər.Bu zaman arterial təzyiqin kəskin aşağı enməsi,bronxların spazmı,nəbzin tezləşməsi müşahidə olunur.Belə xəstələt narahat olur,tənəffüsün çətinləşməsindən şikayət edirlər.


Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.89
795) Mərkəzi venalara kateterin yeridilməsi nə vaxt həyata keçirilir?
A) Yuxarı ətrafın zədələnmələrində

B) İnfeksiyadan sonra baş verən hematomalarda

C) Xəstə koma vəziyyətində olduqda

D) Aşağı ətrafların qızıl yelində

E) Flebit və tromboflebitlərdə

Koma vəziyyətində olan xəstələri parenteral qidalandırmaq üçün uzun müddət vena daxilinə dərman maddələrinin yeridilməsi lazım gəlir.Bu məqsəd ilə mərkəzi venalara kateterin qoyulması həyata keçirilir.


Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.212
796) Periferik venanın punksiyasında kateterin iynəsi neçə dərəcəli bucaq altında yeridilməlidir?
A) 10-20

B) 15-30


C) 10-40

D) 20-40


E) 5-10

Periferik venanın punksiyasında kateterin iynəsi 15-30 dərəcəli bucaq altında yerdilməlidir.Bu zaman indikator kamerasında qanın görünməsi iynənin venada olduğunu bildirir.


Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.205
797) Periferik venanın punksiyasında iynənin kəsiyi dəri səthinə münasibətdə hansı istiqamətə yönəldilməlidir?
A) Köndələn

B) Sağa


C) Yuxarı

D) Sola


E) Aşağı

Vena punksiya olunan zaman tibb bacısı iynənin kəsiyini dəri səthinə münasibətdə yuxarı istiqamətə yönəltməlidir.


Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.205
798) Periferik venaya kateter yeridilən zaman iynə-stilet daxili konyula ilə minimum hansı məsafəyə yeridilir?
A) 6 ml.

B) 3 ml.


C) 2 ml.

D) 5 ml.


E) 4 ml.

Periferik venaya kateter yeridilən zaman tibb işçisi iynə-stileti daxili kanyola ilə minimum 5 ml. məsafəyə yeritməlidir.


Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.205
799) Periferik venanın kateterizasiyası üçün hansı venanın seçilməsi məqsədə uyğundur?
A) Əvvəlcə kateterizasiya olunmuş vena

B) Orta dirsək venası

C) Aşağı ətraf venası

D) Arteriyaya yaxın vena

E) Ovucun səthi venası

Periferik venanın kateterizasiyası üçün venanın seçilməsində bir sıra qaydalar mövcuddur:əvvəlcə punksiya üçün distal venaların seçilməsi,palpasiyada venanın yumşaq və elastik olması,kateterin işlək əldə qoyulmaması,kateterin uzunluğuna uyğun seçilmiş venalardan istifadə olunması. Orta dirsək venasının anatomik yerləşməsinə görə bu venanın kateterizasiyası daha məqsədə uyğundur.


Ədəbiyyat: И.В.Яромич «Сестринское дело» для учащихся медицинских училищ и колледжей, среднего медицинского персонала. «Высшейшая школа», 2003, стр.284
800) Sidik kisəsinin kateterizasiyası dedikdə nə başa düşülür?
A) Sidik kanalına borunun yeridilməsi

B) Sistostomaya borunun yeridilməsi

C) Boşluğa borunun yeridilməsi

D) Sidik kanalı ilə sidik kisəsinə borunun yeridilməsi

E) Sidik kisəsinə borunun yeridilməsi

Urologiyada geniş yayılmış instrumental proseduralardan biri də sidik kisəsinin kateterizasiyasıdır.Bu zaman kateter sidik kanalı ilə sidik kisəsinə yeridilir.Adətən sidik ləngiməsi zamanı sidik kisəsinin boşaldılması,analiz üçün sidiyin götürülməsi və həkimin təyinatına əsasən kateterdən dərman maddələrinin yeridilməsi məqsədilə aparılır.


Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.436
801) Sistostomalı xəstələrdə sidik kisəsi neçə ml. furasilin məhlulu ilə yuyulur?
A) 100-150

B) 200-300

C) 20-50

D) 500-1000

E) 100-200

Sistostomalı xəstələrdə sidik kisəsinin yuyulması zamanı 500-1000 ml. 1:5000 nisbətində furasilin məhlulu istifadə olunur.


Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.435
802) Kişilərdə kateter sidik kanalına hansı məsafəyə qədər yeridilir?
A) 10 sm.

B) 19-20 sm.(sidik xaric olana qədər)

C) 15 sm.

D) 12 sm.

E) 14 sm.

Kişilərdə sidik kanalının uzunluğu 19-20 sm.-dir.Əgər kateterdən sidik gəlirsə demək kateter sidik kisəsindədir.


Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.437
803) Qadınlarda kateter sidik kanalına hansı məsafəyə qədər yeridilir?
A) 5-6sm.(sidik xaric olana qədər)

B) 2 sm.


C) 4 sm.

D) 8 sm.


E) 3 sm.

Qadınlarda sidik kanalının uzunluğu 5-6 sm.-dir.Əgər kateterdən sidik gəlirsə demək kateter sidik kisəsindədir.


Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.436
804) Qastrostomalı xəstənin qidalandırılması gündə neçə dəfə həyata keçirilir?
A) 4-6

B) 1-3


C) 1-2

D) 3


E) 2-3

Qastrostomalı xəstələrdə qastrostomadan mədəyə yüksək kalorili,tez həzm olunan,həlimşəkilli konsistensiyada qida maddələr yeridilir.Xəstələrin qidalanması 4-6 dəfədən az və ya çox olmamalıdır.


Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.402
805) Autoimmoblizasiya nədir?
A) Zədələnmiş nahiyəyə gips sarğısının qoyulması

B) Zədələnmiş nahiyənin sağlam tərəfə fiksə olunması

C) Zədələnmiş nahiyənin şinaya fiksə olunması

D) Zədələnmiş nahiyənin karton parçasına fiksıə olunması

E) Zədələnmiş nahiyənin taxta parçasına fiksə olunması

Autoimmobilizasiya zədələnmiş nahiyənin sağlam tərəfə fiksə olunmasıdır.Yuxarı ətrafın zədələnməsi zamanı onu gövdəyə bintlə sarımaq və ya ləçəkvari sarğı ilə fiksə etmək lazımdır.Aşağı ətrafın zədələnməsində zədələnmiş ətraf sağlam tərəfə fiksə olunmalıdır.


Ədəbiyyat: İ.V.Yaromiç”Sestrinskoye delo”dlya uçaşixsya meditinskix uçiliş i kolledjey,sredneqo meditinskoqo personala.”Vışşeşaya şkola”,2003 səh.292
806) Borulu drenajlar istifadədən əvvəl nə ilə yuyulmalıdır?
A) 3%-li hidrogen peroksidlə

B) 0.9%-li natrium xloridlə

C) 1%-li yodonatla

D) 1.5%-li xlorheksidin biqlyukonat

E) 70%-li spirtlə

Bütün drenajlar mütləq steril olmalı və bir dəfə istifadə üçün nəzərdə tutulmalıdır.Borulu drenajlar istifadədən əvvəl 0.9%-li natrium xlor məhlulu ilə yuyulmalıdır.


Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.114
807) Yaradan,boşluqlardan möhtəviyyatın xaric edilməsi və dərman maddələri ilə yuyulması necə adlanır?
A) Biopsiya

B) Anesteziya

C) Hemostaz

D) İnfuziya

E) Drenajlanma

Yaradan,boşluqlardan möhtəviyyatın xaric edilməsi və dərman maddələri ilə yuyulması drenajlanma adlanır.Drenajlanma tənzif və borulu drenajların vasitəsilə həyata keçirilir.Drenajlanma üç cür olur:passiv,aktiv və aspirasion-şırınqa yolu ilə.


Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.114
808) Yanıqlar zamanı ilkin tibbi yardıma nə aid deyil?
A) Agrisızlaşdırmaq

B) Termiki amilin dəriyə təsirini dayandırmaq

C) Yanmış sahəni soyutmaq

D) Xəstəni qusdurmaq

E) Aseptik sarğını qoymaq

Yanıqlar zamanı ilkin tibbi yardıma xəstəni ayıltmağa cəhd etmək yox,termiki amilin dəriyə təsirini dayandırmaq,yanmış sahəni soyutmaq,aseptik sarğını qoymaq və ağrısızlaşdırmaq aiddir.


Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.226
809) Yanığı olan xəstələr sarğıya necə hazırlanır?
A) Xəstənin paltarı dəyişdirildikdən sonra

B) Yara təmizləndikdən sonra

C) Arteriyal təzyiq və bədən hərarəti ölçüldükdən sonra

D) Anesteziyadan sonra

E) Antiseptiklərlə ümumi və yerli vannaların qəbulundan sonra

Yanığı olan xəstəni sarğıya hazırlamaq üçün yerli və ya ümumi vannalardan istifadə olunur.Antiseptiklərlə yerli və ümumi vannaların qəbulu sarğı zamanı toxumaların zədələnməsini və ağrı hissiyatını azaldır.


Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.257
810) Drenaja nə aiddir?
A) Trunda

B) Bint yumağı

C) Kürəcik

D) Tənzif-balışcıq

E) Salfet

Drenajlanma drenajların köməyi ilə həyata keçirilir.Drenajlara bunlar aiddir:trundalar,tamponlar;yastı rezin,borulu və qarışıq drenajlar aiddir.Trunda tənzifdən olan drenaja aiddir.


Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.108
811) Aşağı ətrafın tromboflebiti zamanı tibb işçisi iltihab nahiyəsindəki ağrını azaltmaq üçün nə etməlidir?
A) Xəstəyə çarpayıda rahat vəziyyət verməli

B) Bədən hərarətini ölçməli

C) Arterial təzyiqi ölçməli,nəbz sayılmalı

D) Iltihab olan nahiyədə hərəkətsizliyi təmin etməli

E) Xəstənin vəziyyətini müşahidə etməli

Aşağı ətrafın tromboflebiti zamanı tibb bacısı iltihab nahiyəsindəki ağrını azaltmaq üçün iltihab olan nahiyədə hərəkətsizliyi təmin etməli,həkimin təyinatı ilə ağrıkəsicilər yeritməlidir.


Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.162
812) “Kəskin qarın” sindromunda ilkin tibbi yardım zamanı nədən istifadə etmək olmaz?
A) Xəstənin xəstəxanaya çatdırılması

B) Qarın nahiyəsinə buz qovuğunun qoyulması

C) Təxirə salınmaz yardımın çağırılması

D) Ağrıkəsicilərin yeridilməsi

E) Xəstəyə horizontal vəziyyətin verilməsi

“Kəskin qarın” sindromunda ilkin tibbi yardım məqsədilə ağrikəsicilərdən istifadə etmək olmaz.Bu zaman xəstəyə horizontal vəziyyət verməli,qarın nahiyəsinə buz qovuğu qoyaraq təcili sürətdə xəstəxanaya çatdırılmalıdır.


Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.343
813) Əməliyyatdan sonraki ağırlaşmaya nə aid deyil?
A) Tikişlərin aralanması

B) Yaradan qanaxma

C) Ağrı şoku

D) Yara ətrafında qızartı

E) Yaranın çapıqlaşması

Əməliyyatdan sonrakı ağırlaşmaya yaranın çapıqlaşması aid deyil.Yaranın çapıqlaşması yaranın sağalmasını göstərir.Ağrı şoku, yaradan qanaxma,tikişlərin aralanması, yara ətrafındakı qızartının baş verməsi əməliyyatdan sonrakı ağırlaşmaya aiddir.


Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.129
814) Yerli anesteziaydan sonra əməliyyat sahəsində qanaxmanı saxlamaq məqsədilə tibb işçisi nə etməlidir?
A) Xəstənin çarpayıda vəziyyətini dəyişdirmək

B) Xəstəyə yuxugətirici preparat təyin etmək

C) Əməliyyat sahəsinə buz qovuğunu qoymaq

D) Palatanın havasını dəyişdirmək

E) Xəstəni xəstəxana mühitinə uyğunlaşdırmaq

Yerli anesteziaydan sonra əməliyyat sahəsində qanaxmanı və ağrını azaltmaq məqsədilə tibb işçisi əməliyyat sahəsinə buz qovuğunu qoymalıdır.


Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.77
Bölmə 4 GÖZ Qulaq -Burun -Boğaz - xəstəlikləri
815) Aptekdə hazırlanmış göz məlhəminin saxlanma müddəti neçə gündür?
A) 10

B) 7


C) 20

D) 2


E) 15

Tibb işçisi dərman preparatlarının alınması, saxlanılması və istifadə olunmasında cavabdeh şəxsdir.Göz preparatları müəyyən olunmuş qaydaya əsasən saxlanılır.Göz məhlulunun saxlanma müddəti 10 gündür.


Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 219
816) Qulaq seyvanının termiki yanıqlarında ilkin tibbi yardım nədir?
A) Gümüş-nitradda ilsadılmış pambıq qoymaq

B) Bor turşusunda isladılmış pambıq qoymaq

C) Spirtdə isladılmış pambıq qoymaq

D) 3%-li hidrogen-peroksiddə ilsadılmış pambıq qoymaq

E) Yoseptdə ilsadılmış pambıq qoymaq

Qulaq seyvanının termiki yanıqları termiki faktorların(qaynar,maye,par,alov,günəş şüaları)təsiri nəticəsində baş verir.Bu zaman ilkin tibbi yardım məqsədilə 30-60 dəqiqə

müddətinə qulaq seyvanına spirtdə isladılmış pambıq qoymaq lazımdır.
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 165
817) Donmalar zamanı aşağıdakı maddələrdən hansı gözə damızdırılmalıdır?
A) 15-30 %-li dimeksid

B) 5 %-li tanin

C) 20 %-li natrium-sulfasil

D) 2 % -li bor turşusu

E) 0.1 %-li dekzometazon

Zədələnmiş şəxsə ilkin tibbi yardım məqsədilə tez-tez 15-30 %-li dimeksid, novakain, antibiotiklər damızdırılmalıdır.


Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр195
Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə