Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ Bölmə 1 – Terapiya 1 Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Gözə sarğı nə məqsədlə qoyulur?



Yüklə 1,42 Mb.
səhifə19/23
tarix10.12.2016
ölçüsü1,42 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   23

818) Gözə sarğı nə məqsədlə qoyulur?
A) Əməliyyatdan sonra

B) Xarici təsirlərdən müdafiə

C) Sadalananların hamısı

D) Zədələnmə zamanı təxirəsalınmaz yardım

E) Müalicə müəssisəsinə daşınması

Göz sarğılarından işıqdan, soyuqdan, tozdan, küləkdən qorunmaq üçün; xəstənin müalicə profilaktika müəssisəsinə daşınmasında, zədələnmələr zamanı ilkin tibbi yardım məqsədi ilə, əməliyyatdan sonra və narahat xəstələrə istifadə olunur.


Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 258
819) Konyuktivadan yad cism nə ilə xaric edilir?
A) Rezin baloncuqla

B) Xüsusi steril iynə ilə

C) Nəm pambıq tamponla

D) Konik zondla

E) Əşya şüşəsi ilə

Konyuktivanın səthi zədələnmələrinə kiçik yad cisimlərin(toz hissəcikləri)göz qapağının toxumasına düşməsi aiddir.Toz dənəciyi konyuktivaya toxunduqda kəskin ağrı və güclü yaşaxma müşahidə olunur.Əgər yad cisim aşağı göz qapağının arxasındadırsa o, gözü tez-tez qıpdırmaqla göz yaşı ilə xaric olur.Əgər yad cisim xaric olunmursa onda ilıq suda və ya fizioloji məhlulda isladılmış nəm pambıq tampon və ya bərk nəm kürəciklə xaric edilir.Yad cismin xaric edilməsini küçədə aparmaq lazım gələrsə onda onu təmiz yaylığın ucu ilə həyata keçirtmək mümkündür.


Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 178
820) Gözün dəlib keçən yaralanmalarında xəstəyə hansı vəziyyət verilir?
A) Sağlam tərəfdə yanı üstə

B) Oturaq vəziyyətdə

C) Üzü üstə

D) Zədələnən tərəfdə yanı üstə

E) Arxası üstə

Dəlib keçən yaralanmalarda xəstəni sanitar nəqliyyat vasitəsilə sağlam tərəfdə yanı üstə qospitalizə etmək lazımdır. Belə vəziyyətdə əgər göz daxilində yad cism olarsa adətən o göz dibinə tərəf düşür. Bu da gözdən yad cismin çıxarılması üçün əlverişli yerdir.


Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 189
821) Gözün termomexaniki zədələnmələrində ilkin tibbi yardım nədən ibarətdir?
A) Ağrı kəsici verib,hər iki gözə sargının qoyulması

B) Gözə 15-20 %-li dimeksid məhlulunun damızdırılması

C) Gözə 30 %-li natrium-sulfasil məhlulunun damızdırılması

D) Gözə 1 %-li pilokarpin məhlulunun damızdırılması

E) Gözə 1 %-li tetrasiklin məlhəminin sürtülməsi

Göz almasının termomexaniki zədələnməsi partlayışlar zamanı baş verir.Buna görədə çox vaxt zədələnmələr kontuziya ilə müşahidə edilir.Bu ilkin olaraq gozdə ağrılar, işıqdan qorxma, göz yaşının artması, görmə itiliyinin kəskin zəifləməsi ilə müşahidə olunduğu üçün xəstənin hər iki gözünə sarğı qoyub, daxilə ağrıkəsici həb verərək xəstəxanaya çatdırmaq lazımdır.


Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 193
822) Gözün davamlı yuyulması hansı hallarda həyata keçirilir?
A) Donmalarda

B) Kimyəvi yanıqlarda

C) Konyuktivitlərdə

D) Qlaukomada

E) Göz qapaqlarının kontuziyasında

Gözün uzun müddətli yuyulması kimyəvi yanıqlar zamanı həyata keçirilir. Bu məqsədlə yuyulmaq üçün istifadə olunan məhlula birləşdirilən nazik rezin şlanqdan istifadə olunur.


Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 238
823) Kipriklərin və göz qapağının təmizlənməsində hansı məhluldan istifadə olunur?
A) 3%-li hidrogen peroksid

B) 1%-li salisil turşusu

C) 5%-li kalium permanqanat

D) 0,02%-li furasilin

E) 2%-li natrium hidrokarbonat

Gözün təmizlənməsi kipriklərin və göz qapaqlarının antiseptik məhlullarda (0,02%-li furasilin,0,1%-li kalium permanqanat) isladılmış tənzif və ya pambıq kürəciklə silinməsindən başlayır.Gözün təmizlənməsi qurtardıqdan sonra göz qapağı steril tənzif tamponla qurudulur.


Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 236
824) Görmə itiliyi neçə metr məsafədə yoxlanılır?
A) 5

B) 7


C) 3

D) 4


E) 8

Görmə itiliyi 5 m məsafədə rus oftolmoloqu S.S.Qolovinin hazırladığı xüsusi cədvəlin köməyi ilə müayinə olunur.Cədvəldə 12 sıra hərflər və ya şəkillər təsvir olunmuşdur.Görmə itiliyi əvvəl sağ sonra isə sol gözdə yoxlanılır.Müayinə olunan şəxs cədvəldən 5m məsafədə otuzdurulur.Görmə itiliyini yoxladıqda cədvəlin aşağı sətirlərindən başlayaraq tədricən iri işarələr olan sətrə keçirilirGörmə itiliyi görülən sıraya uyğun götürülür.Əgər yuxarı sıranın ən böyük hərflərinin 5m məsafədə görmək mümkün deyilsə,onda yoxlaılan şəxsin görmə itiliyi 1,0 azdır.


Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 19
825) Göz daxili təzyiqin artması hansı xəstəlikdə müşahidə olunur?
A) Konyuktivit

B) Blefarit

C) Traxoma

D) Qlaukoma

E) Katarakta

Göz daxili təzyiqin daima artması göz qişasında(torlu qişa və görmə siniri diskində)atrofik dəyişikliklərə səbəb olur.Bu da görmə funksiyasının və görmənin tam itməsinə gətirib çıxarır.Qlaukoma xəstəliyi göz daxili təzyiqlə sıx əlaqədar olub, əsasən göz almasında göz nəmliyinin miqdarının dəyişməsi ilə əlaqədardır.


Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 151
826) Göz daxili təzyiqin ölçülməsi necə adlanır?
A) Kampimetriya

B) Qonioskopiya

C) Perimetriya

D) Tonometriya

E) Oftalmoskopiya

Göz daxili təzyiqin ölçülməsi üçün daha dəqiq və geniş yayılmış üsul tonometriyadır. Bu üsul 1984-cü ildə rus alimi A.N.Maklakov tərəfindən işlənib hazırlanmışdır. Müayinə zamanı Maklakovun 5, 7.5, 10, 15 qr-lıq çəkili tonometr dəstindən istifadə olunur.


Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 35-36
827) Gözün turşu ilə yanıqları zamanı hansı maddələrlə gözü yumaq lazımdır?
A) 0,1 %-li sirkə turşusu

B) 2%-li bor turşusu

C) 20%-li natrium-sulpasil

D) 0,25%-li dikain

E) 2%-li natrium-hidrokarbonat

Turşu ilə yanıqlar zamanı turşunun təsirinin neytrallaşdırmaq üçün10-20 dəqiqə müddətində 2 %-li Natrium-hidrokarbonat-qələvi məhlulundan istifadə edərək konyuktival boşluq davamlı yuyulmalıdır.Bu məqsədlə nazik rezin baloncuq istifadə olunur.Yuyulma üçün götürülən məhlulun qabına rezin şlanq birləşdirilərək xəstənin başından bir qədər yuxarıda tutmaqla gözün davamlı yuyulması həyata keçirilir.


Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 192
828) Gözün qələvi ilə yanıqları zamanı hansı maddələrlə gözü yumaq lazımdır?
A) 2%-li bor turşusu

B) 2%-li natrium-hidrokarbonat

C) 4%-li taufon

D) 0,1%-li deksametazon

E) 5%-li tanin

Gözün qələvilərlə yanığı zamanı qələvinin təsirini neytrallaşdırmaq üçün 10-20 dəqiqə müddətində 2 %-li Bor turşusundan istifadə edilərək konyuktival boşluq davamlı yuyulmalıdır.


Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 192
829) Konyuktivitlər zamanı görə sarğı nə məqsədlə qoyulmur?
A) Torlu qişanı zədələyir

B) Skleranı zədələyir

C) Buynuz qişa ilə büllur zədələnir

D) İfrazatın konyuktival boşluqdan evakuasiyasının qarşısı alınır və buynuz qişada iltihab törədir

E) İfrazatın konyuktival boşluqdan evakuasiyasının qarşısını alır və büllurda iltihab törədir

Kəskin konyuktivitlərdə gözə sarğı qoyulmaz.Bunda məqsəd buynuz qişada mikrob florasının inkişafı üçün əlverişli şəraitin yaranmasının qarşısını almaqdır.Əsasən gözə sarğılar müdafiə məqsədi ilə xəstənin müalicə profilaktika müəssisəsinə daşınmasında, travmalar zamanı təxirəsalınmaz yardım məqsədi ilə, əməliyyatdan sonra, narahat xəstələrə qoyulur.


Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 101
830) Konyuktivadan yaxma hansı əşya ilə götürülür?
A) Pambıq tampon

B) Pipetka

C) Konik zond

D) Tənzif kürəcik

E) Şüşə çubuq

Konyuktivadan yaxma pambıq tamponun köməyi ilə götürülür. Bu prosedura göz almasında aparılan əməliyyatdan əvvəl konyuktivanın sterilliyini yoxlamaq üçün həyata keçirilir.Götürülən möhtəviyyat nazik qat şəklində əşya şüşəsinə yayılaraq havada qurudulur.Yaxma və əkmə üçün material laboratoriyaya bakterioloji müayinəyə göndəriş vərəqəsi ilə çatdırılır.


Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 30
831) Konyuktival kisəyə yad cism düşdükdə tibb bacısı gözün yuyulmasından əvvəl nə etməlidir?
A) Konyuktivial kisədə olan bərk hissəcikləri xaric etməli

B) Konyutivial kisəyə damcı damızdırmalı

C) Kiprik kənarını antiseptik maddələrlə işləməli

D) Göz məlhəmlərini yeritməli

E) Konyuktivaaltı sahəyə dərman maddələrini yeritməli

Gözün yuyulmasını həyata keçirtmədən əvvəl tibb bacısı konyuktival kisədə bərk cismin olmamasına əmin olmalıdır. Bunun üçün cuna kürəciklər, pambıq tampondan istifadə edərək konyuktival kisədən bərk cisim xaric olunur.


Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 237
832) Hansı hallarda gözə sarğı qoyulmur?
A) Zədələnmələrdə

B) Blefaritlərdə

C) Donmalarda

D) Konyuktivitlərdə

E) Yanıqlarda

Gözə sarğının qoyulması bir sıra hallarda mənfi təsir göstərir. Belə ki, mikroblar və viruslar tərəfindən törədilən konyuktivitlərdə görə sarğı qoyulmur. Konyuktivitlər zamanı sarğı mikrobların və virusların inkişafı üçün əlverişli şərait yaradır. Sarğı gözün qırpılmasına çətinlik törədir. Bunun nəticəsində göz yaşının konyuktivial boşluqdan xaric olması pozulduğuna görə konyuktivial kisənin ifrazatdan təmizlənməsi çətinləşir.


Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 101
833) Gözün ağlı qişasının iltihabı necə adlanır?
A) Araxinoidit

B) Sklerit

C) Blefarit

D) Keratit

E) Rinit

Ağlı qişa Latınca “sklera” adlanır. İt-şəkilçisi iltihabı bildirbiyinə görə, sklerit ağlı qişanın iltihabına deyilir.


Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 133
834) Gözün qurğuşunla xroniki zədələnməsi zamanı ilkin tibbi yardım nədən ibarətdir?
A) Konyuktivanın yuyulması

B) Ağrıkəsici maddələrin damızdırılması

C) Dezinfeksiyaedici göz məlhəminin sürtülməsi

D) Təcili mədənin yuyulması

E) Aseptik sarğının qoyulması

Gözün qurğuşunla zəhərlənməsi istehsalatda-filiz yataqlarında,kimyəvi zavodlarda işləyən şəxslər arasında baş verir.Qurğuşun politrop təsirə malik istehsalatda rast gəlinən zəhərdir.Gözün kəskin zədələnməsi zamanı görmənin müvəqqəti itməsi və göz əzələlərinin iflicinə səbəb olur.Xroniki zəhərlənmələr zamanı xarici düz əzələlərin pareze və nistaqın baş verir.Görmə itiliyi,işıq duyma bir qədər zəifləyir.Bu zaman ilkin tibbi yardıma təcili olaraq mədənin yuyulması,işlədici dərmanlardan istifadə etmək vacidir.Xəstəyə sonradan süd və yumurta sarısı içizdirilir.Bununla yanaşı sidikqovucu preparatlardan istifadə olunur.


Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 200
835) Gözün selikli qişasının iltihabı necə adlanır?
A) Traxoma

B) Blefarit

C) Konyuktivit

D) Qlaukoma

E) Katarakta

Konyuktivanın iltihabı konyuktivit adlanır.Konyuktiva-nazik selikli qişa olub göz qapağının arxa səthini və göz almasının ön səthini örtür.Normada konyuktiva parıltılı, hamar,açıq-çəhrayı rəngdədir.


Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 97
836) Gözün görmə sahəsinin müayinəsi nə adlanır?
A) Oftalmoskopiya

B) Mikroskopiya

C) Refraktometriya

D) Tonometriya

E) Perimetriya

Görmə sahəsinin müayinəsi perimetriya adlanır.Bu xüsusi cihazın-perimetrin köməyi ilə aparılır.Bu cihazın vaistəsilə xüsusi blanklarda görmə sahəsinin qrafik təsvirini almaq mümkündür.


Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 23
837) Gözə sarğı hansı halda qoyulur?
A) Traxoma

B) Blefarit

C) Keratit

D) Konyuktivit

E) Gözün yaralanması

Gözə sarğı yaralanmalar zamanı müdafiə məqsədi ilə qoyulur.


Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 257
838) Qlaukomanın profilaktik tədbirlərinə nə aiddir?
A) Görmə itiliyinə nəzarət

B) İdmanla məşğul olmaq

C) Gözün yuyulması

D) Şəxsi gigiyenaya qulluq

E) Vaxtaşırı tonometriya

Qlaukomalı xəstələr,həmçinin yaşı 40 yaşdan çox olan şəxslər profilaktik məqsədlə göz daxili təzyiqi yoxlamaq üçün 6 aydan bir həkim-oftalmoloqa müraciət etməlidirlər.


Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 162
839) Görmə itiliyi nəyin köməyi ilə müainə olunur?
A) Perimetr

B) Y.B.Rabkinin cədvəli

C) Tonometr

D) Refraktometr

E) S.S.Qolovinin cədvəli

Görmə itiliyi 5 m məsafədə rus oftolmoloqu S.S.Qolovinin hazırladığı xüsusi cədvəlin

köməyi ilə müayinə olunur.Cədvəldə 12 sıra hərflər və ya şəkillər təsvir olunmuşdur.Görmə itiliyi əvvəl sağ sonra isə sol gözdə yoxlanılır.
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 19
840) Polixromatik cədvəlin köməyi ilə gözün hansı funksiyası müayinə olunur?
A) İşıq duyumu

B) Rəng duyumu

C) Gözün refraksiyası

D) Görmə itiliyi

E) Görmə sahəsi

Gözün rəng duyumunu müayinə etmək üçün Y.B.Rabkinin xüsusi polixromatik cədvəlindən istifadə olunur.Cədvəldə müxtəlif füqurların kombinə olunmuş formasından ibarət şəkil-testlər var.Normal rəng duyumu olan şəxslər müayinə zamanı asanlıqla şəkilləri rənginə görə ayıra bilirlər.Rəng duyumu pozulan şəxslər isə müayinə zamanı rəngin tonlarını ayıra bilmirlər.Şəkillərdə normal rəng duyumu olan insanlardan fərqli olaraq mütəlif fiqurlar görürlər.


Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 22
841) Burunun müayinəsi necə adlanır?
A) Otoskopiya

B) Farinqoskopiya

C) Larinqoskopiya

D) Bronxoskopiya

E) Rinoskopiya

Burun boşluğunu müayinə metodu rinaskopiya adlanır. Ön rinoskopiya burun güzgüsü vasitəsilə, arxa rinoskopiya isə burun-qırtlaq güzgüsü və şpateli ilə aparılır.Rinoskopiya zamanı burunun selikli qişasının rənginə,sekresiyanın miqdarına və xarakterinə,burun balıqqulaqlarının və burunla tənəffüsün vəziyyətinə diqqət yetirilir.


Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 21
842) Burun qanaxması zamanı ilk tibbi yardım hansıdır?
A) Xəstəni uzandırmaq

B) Xəstənin başını arxaya əymək

C) Xəstənin başını önə əymək

D) Burunun ön tamponadasını etmək

E) Hərarəti ölçmək

Burun qanaxmasını dayandırmaq mümkün olmadıqda uzunluğu 70-100 sm olan cuna tamponu hemostatik maddədə isladaraq burunun ön tamponadasını etmək lazımdır. Tamponun maksimum saxlanma müddəti 48 saatdır.


Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 32
843) Burun boşluğundan yaxma nə məqsədlə götürülür?
A) İnfeksiya ilə yoluxma təhlükəsizliyini təmin etmək

B) Burun boşluğundan patoloji möhtəviyyatı götürmək

C) Burun boşluğunun hava keçiriciliyini təmin etmək

D) Terapevtik effekti təmin etmək

E) Bakterioloji tədqiqat üçün material götürmək

Burun boşluğundan yaxmanın götürülməsi bakterioloji tədqiqat üçün material almaq məqsədilə həyata keçirilir.Kəskin iltihabı proseslərə və ya burun difteriyasına şübhə olduqda burun boşluğundan yaxma götürülür.


Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 23
844) Buruna yumşaq sarğının hansı növü qoyulur?
A) Sümbülvarı

B) Sapandvarı

C) Dairəvi

D) Monokulyar

E) Spiralvarı

Buruna qoyulan sarğı sapandvarı sarğıdır. Bu sarğı üzün çıxıntı hissələrinə qoyulur (buruna, çənəyə, ənsəyə) Sapandvarı sarğı parçadan olan yumşaq sarğılara aiddir. Orta hissəsindən başqa hər iki ucu, boy uzunu istiqamətdi kəsilmiş , enli lent şəklində tənzif və ya parçaya desmurgiyada sapand deyilir.


Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 280
845) Arterial hipertenziyalı xəstələrdə burun qanaxmaları zamanı tamponu hansı məhlulda islatmaq olmaz?
A) Aminokapron

B) Atropin

C) Efedrin

D) Fizioloji məhlul

E) Hidrogen-peroksid

Efedrin arterial təzyiqi artırdığına görə arterial hipertenziyalı xəstələrdə burun qanaxmaları zamanı istifadə edilmir.


Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 32
846) Xarici burunun yüngül dərəcəli donması zamanı ilkin tibbi yardım nədir?
A) Buruna isitqac qoyulması

B) Dərman maddələrinin damızdırılması

C) Dərinin qarla sürtülməsi

D) Dərinin spirtdə isladılmış tamponla sürtülməsi

E) Dəriyə məlhəmin sürtülməsi

Xarici burunun donması aşağı temperaturun uzun müddətli təsiri nəticəsində rast gəlinir.Yüngül dərəcəli donmalarda dəri ağarır və hissiyyat itir.Xarici burunun donması zamanı ilkin tibbi yardım qan təchizatının bərpa olunmasından ibarətdir. Bu məqsədlə dəri spitrdə isladılmış tamponla, sonra isə quru olaraq sürtülür.Dəri qızışdırılan zaman göy-qırmızı rəng alır,şişkinlik,ağrı və qaşınma müşahidə edilir.


Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 26
847) Burun qanaxmalarında başa hansı vəziyyət verilir?
A) Kəskin vertikal

B) Arxaya əyilmiş

C) Güclü önə əyilmiş

D) Kəskin horizontal

E) Yüngül önə əyilmiş

Burun qanaxmalarında ilkin tibbi yardıma aşağıdakılar aiddir; xəstəyə başı önə yüngül əyilmiş vəziyyət verilir,buruna soyuq kompres,ənsəyə buz qovuqcuğu qoyulur,burun girəcəyinə hemostatik maddələrdə(hidrogen-peroksid,adrenalin və s.)isladılmış pambıq tampon yeridilir,xəstənin əlinə ləyən verilir.


Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 32
848) Burun boşluğunda yad cism olduqda təhlükəli ağırlaşma nədir?
A) Burunla tənəffüsün çətinləşməsi

B) Kəskin irinli rinit

C) Seroz möhtəviyyatın ifrazı

D) Kəskin irinli otit

E) Yad cismlə aspirasiya

Burun boşluğunda yad cismin olması zamanı təhlükəli ağırlaşma yad cismlə aspisiyadir. Ona görə yad cismin xaric edilməsi mütləq həkim tərəfindən xüsusi qarmaqla və ya Hartmaq tutqacı və ya küt Lanqe qarmağı vasitəsilə həyata keçirilir.


Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 43
849) Badamcıq lakunalarının yuyulmasına göstəriş:
A) Xroniki tonzilit

B) Kəskin tonzilit

C) Paratonzillit

D) Adenoidit

E) Kəskin faringit

Xroniki tonzilit konservativ müalicəsi kompleks şəkildə həyata keçirilir- ümumi və yerli müalicə. Yerli müalicə badamcıq lakunalarının antiseptik maddələrlə (furasilin, üodinal, dioksidin, oktinesept ) yuyulması aiddir. Müalicə üsulu 10-15 proseduradan ibarətdir.Bu məqsədlə dərman maddəsi şprisə yığılır.Xəstəyə prosedura zamanı nəfəsini saxlamaq təklif olunur.Dil ortadan sol əllə şpatel iləfiksə olunur.Sağ əllə şprisi götürərək lakunalar yuyulur.Yuyulma bir neçə dəfə təkrar olunur.


Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 100
850) Haymor(əng) cibinin iltihabı necə adlanır?
A) Etmoidit

B) Sfenoidit

C) Bronxil

D) Frontit

E) Haymorit

Əng cibi həm də haymor cibi adlanır.Haymor sözünün axırına “İt” şəkilçisi əlavə olunduqda iltihabı bildirir.Haymor cibinin iltihabı haymorit adlanır.


Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 56
851) Udlağın müayinəsi necə adlanır?
A) Bronxoskopiya

B) Rinoskopiya

C) Otoskopiya

D) Larinqoskopiya

E) Farinqoskopiya

Udlağın alın reflektoru və qırtlaq gözgüsü ilə müayinəsi farinqoskapiya adlanır.Farinqoskopiya zamanı yumuşaq damarın hərəkətliliyi,ağız boşluğunun və udlağın selikli qişasının rəngi,qövslərin və damaq badamcıqlarının vəziyyəti müayinə olunur.


Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 68
852) Qırtlağın müayinəsi necə adlanır?
A) Larinqoskopiya

B) Farinqoskopiya

C) Bronxoskopiya

D) Rinoskopiya

E) Otoskopiya

Qırtlağın larinqoskop vasitəsi ilə müayinəsi larinqoskopiya adlanır.Larinqoskopiyada səs yarığının genişliyi selikli qişanın rəngi səs büküşlərinin rəngi,qırtlaq boşluğu müayinə olunur.


Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 116
853) Qulağın müayinəsi necə adlanır?
A) Bronxoskopiya

B) Rinoskopiya

C) Larinqoskopiya

D) Otoskopiya

E) Farinqoskopiya

Otoskop vasitəsilə qulağın müayinəsi otoskopiya adlanır. Otoskopiya zamanı xarici qulaq keçəcəyi və təbil pərdəsi müayinə olunur.


Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 159.
854) Xarici qulağa hansı aiddir?
A) Qulaq seyvani

B) Məməyəbənzər çıxıntı

C) Eşitmə boşluğu

D) İlbiz


E) Təbil boşluğu

Xarici qulaq qulaq seyvanından və xarici qulaq keçəcəyindən təşkil olunur. Xarici və orta qulaq arasında təbil pərdəsi yerləşir.


Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 142.
855) Qulağa damızdırılan maye neçə dərəcə temperaturda olmalıdır?
A) 18-20

B) 36-37


C) 25-30

D) 20-25


E) 30-35

Dərman maddəsi damızdırılmadan əvvəl 50-60 dərəcə su hamamında bədən temperaturuna qədər (36-37) qızdırılmalıdır.


Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 305.
856) Xarici qulaq keçəcəyindən yad cism nəyin köməkliyi ilə xaric edilir?
A) Burun zondu

B) Jane şpirisi

C) Kulikov iynəsi

D) Şüşə çubuq

E) Pinset

Jane şprisinə 37 0C-də qızdırılmış maye yığılaraq xarici qulaq keçəcəyi yuyulur və yad cism xaric edilir.


Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 300.
857) Xarici qulağın təmizlənməsi necə həyata keçirilir?

1. Qulaq zondu

2. Konik pinset

3. Jane şpris

4. Qulaq qıfı

5. Elektrosorucu

6. Atravmatik pipetka
A) 2,4,6

B) 1,3,5


C) 3,4,6

D) 2,5,6


E) 1,4,5

Xarici qulağın təmizlənməsinin 3 üsulu var 1)qulaq zondu ilə,2)Jane şprisi ilə,3)elektro-

sorucu ilə.
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 329.


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə