Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ Bölmə 1 – Terapiya 1 Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Hipertonik krizin başlıca əlamətləri hansılardır?



Yüklə 1,42 Mb.
səhifə3/23
tarix10.12.2016
ölçüsü1,42 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   23

93) Hipertonik krizin başlıca əlamətləri hansılardır?
A) Baş ağrısı, qusma, arterial təzyiqin qalxması

B) Arterial təzyiqin enməsi, baş ağrısı

C) Ürəkbulanma, qusma, qarında ağrılar

D) Ürəkbulanma, döş sümüyü arxasında ağrı

E) Arterial təzyiqin enməsi, qusma

Hipertonik kriz hipertoniya xəstəliyi zamanı arterial təzyiqin kəskin qalxmasıdır. Yüksək arterial təzyiq baş ağrısına, qusmaya səbəb olur.


Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 303
94) Hansı növ qanaxmalarda köpüklü qan müşahidə edilir?
A) Düz bağırsaq qanaxması

B) Burun qanaxması

C) Uşaqlıq qanaxması

D) Ağciyər qanaxması

E) Mədə qanaxması

Ağciyər qanaxması zamanı al-qırmızı köpüklü qan müşahidə edilir. Qanın tərkibindəki hava onun köpüklü olmasına səbəb olur.


Ədəbiyyat: Е.И.Цазов. «Неотлож состояние экстренная помощъ». Москва «Медицина» 1990. Стр. 209
95) Xəstəlik tarixçəsində olan temperatur vərəqində aşağıda göstərilənlərdən hansıları qeyd olunmalıdır?
A) Nəbz və tənəffüsün sayı

B) Hamısı

C) Arterial təzyiq

D) Diurezin miqdarı

E) Xəstənin hərarətinin dəyişməsi

Xəstəlik tarixçəsi tibb bacısının postunda saxlanılır, onu xəstəyə vermək olmaz. Tibb bacısı xəstənin hərarətinin dəyişməsini, nəbz və tənəffüsün sayını, arterial təzyiqi, diurezin miqdarını qrafik şəkildə xəstəlik tarixçəsində olan temperatur vərəqində qeyd edir.


Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh. 52 . “ Təhsil ” Bakı 1998.
96) Rektal süni qidalanma nə vaxt əks-göstəriş sayılır?
A) Massiv yanıqlar zamanı

B) Mədədə aparılan operasiyadan sonra

C) Anusda çatlar olduqda

D) Qida borusunun tam keçməməzliyində

E) Orqanizm çox su itirdikdə

Orqanizmin mayeyə və xörək duzuna olan tələbatını ödəmək üçün qida maddələrinin düz bağırsaqdan yeridilməsi rektal süni qidalanma adlanır. Düzbağırsağın sfinkterini qıcıqlandırmamaq və anusda çatlar əmələ gəlməməsi üçün rektal qidalanmanı tez-tez aparmaq tövsiyə edilmir. Anusda çatlar olduqda isə qanaxma təhlükəsi olduğuna görə rektal qidalanma aparmaq əks-göstərişdir.


Ədəbiyyat : N.R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.130 “ Çıraq ” 2008.
97) Xəstənin dərmana həsaslığını yoxlamaq üçün iynə hansı nahiyəyə vurulur?
A) Dəri içinə

B) Vena daxilinə

C) Əzələ daxilinə

D) Göstərilən bütün nahiyələrə vurmaq olar

E) Dəri altına

İnyeksiya zamanı orqanizmin dərmana,əsasən də antibiotiklərə reaksiyasını yoxlamaq üçün 0,01 ml dərman 15mm uzunluqlu iynə ilə dəri içinə yeridilir.

Əgər xəstənin orqanizmi dərmana reaksiya verərsə həmin yer qızarır, şişir, hərarəti digər nahiyələrdən yüksək olur.Bu yerli reaksiya olduğundan ağır allergik fəsada səbəb olmur.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.48 “ Çıraq”2008.
98) Dərialtı inyeksiyadan sonra inyeksiya yeri bərkidikdə aşağıda sadalanan tədbirlərdən hansı əks- göstəriş sayılır?
A) Bərkiyən nahiyəyə isitqac qoymaq

B) Bərkiyən nahiyəyə 40 %-li spirtlə isidici kompres qoymaq

C) Bərkiyən nahiyəyə buz qovuğu qoymaq

D) Bərkiyən nahiyəyə yod sürtmək

E) Bərkiyən nahiyəyə isti kompres qoymaq

İnyeksiyadan sonra həmin nahiyənin bərkiməsi və qızarması yeridilən dərmanın pis sorulması nəticəsində olur, isti proseduraların təsirindən orada olan qan damarları genişlənir və dərmanın tez sorulmasına kömək edir. Bu zaman buz qovuğunun tətbiqi damarların daralmasına və dərmanın daha da çətin sorulmasına səbəb olar, ona görə bu zaman buz qovuğu işlətmək əks-göstəriş sayılır.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 48 “ Çıraq ”2008.
99) Qıcolma sindromu zamanı hansı dərman preparatının istifadəsi daha məqsədəuyğundur?
A) Vikasol

B) Kordiamin

C) Seduksen, relanium

D) Kamfora

E) Kalium-yodid

Seduksen və relanium trankvilizatorlar qrupuna aid preparatlardır. Bu preparatlar sakitləşdirici, yuxugətirici təsiri ilə yanaşı eyni zamanda mərkəzi sinir sisteminə birbaşa təsir etməklə əzələ relaksasiyasına da səbəb olur.


Ədəbiyyat: М.Д.Машковский. «Лекарственные средства». Част I. Москва «Медицина» 1986. Стр. 69-70
100) Kardiogen şokun əlamətləri hansılardır?
A) Arterial təzyiqin kəskin qalxması, qusma

B) Arterial təzyiqin kəskin enməsi, sianoz

C) Arterial təzyiqin kəskin qalxması, qızarma

D) Qıcolma, dilin qatlanması

E) Qıcolma, huşun itməsi

Kardiogen şok miokard infarktının ağır fəsadlarından biridir. Ürəyin dəqiqəlik həcmi azaldığından arterial təzyiq enir. Orqan və toxumalarda qan dövranının kifayət qədər olmaması sianoza səbəb olur

Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 313
101) Pedikulyozlu xəstənin müayinəsindən sonra otağın dezinfeksiyası üçün istifadə olunan məhlul hansıdır?
A) 3%-li xloramin məhlulu

B) 0,02%-li furasillin məhlulu

C) 8%-li lizol məhlulu

D) 3%-li xlor əhəngi

E) 6%-li hidrogen-peroksid məhlulu

Pedikulyozlu xəstənin müayinəsindən sonra otaq 8 %-li izol məhlulu ilə dezinfeksiya olunur. Bundan başqa müayinədə iştirak edən tibbi personalın üst geyimləri də dezinfeksiya olunmalıdır

Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 27
102) Xəstənin qəbul otağından şöbəyə nəql olunma üsulunu kim təyin edir?
A) Qəbul şöbəsinin böyük tibb bacısı

B) Baş həkim

C) Qəbul şöbəsinin tibb bacısı

D) Qəbul şöbəsinin həkimi

E) Kiçik tibb bacısı

Xəstənin qəbul otağından şəbəyə nəql olunmasının 4 üsulu vardır: sərbəst, əlil arabası ilə, xərəkdə və sanitarların köməyi ilə. Xəstənin şöbəyə hansı üsulla nəql olunmasına qəbul şöbəsinin həkimi qərar verir

Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh.29
103) Trankvilizatorlarla zəhərlənmələr zamanı təxirəsalınmaz yardım nədən başlanmalıdır?
A) Mədənin yuyulmasından

B) Sifon imaləsindən

C) Ağrıkəsicilərin verilməsindən

D) Qan köçürmədən

E) Sakitləşdirici preparatların verilməsindən

Bir çox zəhərlənmələrdə olduğu kimi zəhərlənməyə səbəb olan maddənin sorulmaya davam etməsini dayandırmaq üçün ilk növbədə mədə yuyulmalıdır.


Ədəbiyyat: Е.И.Чазов. «Неотложные состояния и экстренная медицинская помощ». Москва «Медицина» Стр 530
104) “Xəncər” ağrısı simptomu hansı xəstəlik üçün xarakterikdir?
A) Böyrəkdaşı xəstəliyi

B) Pankreatit

C) Xolesistit

D) Xoralı kolit

E) Mədə və 12 barmaq bağırsaq xorası

Mədə və 12 barmaq bağırsaq xorası xəstəliyinin ən çox rast gəlinən fəsadlarından biri xoranın deşilməsidir (perforasiya). Bu zaman əsas simptomlardan biri kəskin “xəncər” ağrısı adlanan ağrıdır.


Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 350-351
105) Sidik qəbulediciləri ,ifrazat qablarını boşaltdıqdan sonra onları hansı məhlulda və neçə müddət saxlamaq lazımdır?
A) 15 dəq 1%-li xloramin məhlulunda

B) 1%-li xloramin məhlulu ilə 2 dəfə silinir.

C) 60 dəq 3%-li xloramin məhlulunda

D) 120 dəq 1%-li xloramin məhlulunda

E) 30 dəq 3%-li xloramin məhlulunda

Xəsətnin altına qoyulan ifrazat qabları əvvəlcə boşaldılır, sonra qaynar su ilə yaxalanır və dezinfeksiya üçün 15 dəq 1%-li xlormin məhlulunda saxlanılır.


Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.215 “Azərnəşr” Bakı 1984
106) Ağır xəstələrin dərisini silmək üçün hansı məhluldan istifadə olunur?
A) 0,05%-li kalium-permanqanat məhlulu

B) 10%-li kalium-permanqanat məhlulu

C) Furasillin məhlulu

D) 10%-li naşatır spirti

E) 10%-li kamfora spirti

10%-li kamfora spirti yataq yaralarının profilaktikası üçün istifadə olunur.Yataq yaraları yataqla daha sıx təmasda olan büzdüm, kürək, daban və dirsək nahiyyələrində yerli qan dövranı pozulduğuna görə yaranır. 10%-li kamfora spirti yerli qan dövranını yaxşılaşdırıcı və dezinfeksiya edici təsirə malikdir.


Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 32-33
107) “Kəmərvari” ağrı hansı xəstəlik zamanı rast gəlinir?
A) Xolesistit

B) Mədə və 12 barmaq bağırsaq xorası

C) Kəskin qastrit

D) Pankreatit

E) Xoralı kolit

Mədəaltı vəzin (pankreasın) iltihabı zamanı anatomik yerləşməsindən asılı olaraq ağrı epiqastral nahiyədən sola qabırğa kənarı ilə onurğaya qədər yayılır. Bu ağrı simptomu “kəmərvari” ağrı adlanır.


Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 389
108) Qızdırmanın üçüncü dövründə tətbiq edilməsi vacibdir:
A) Sərin vitaminli içkilərin qəbulu

B) İsitqac

C) Buz qovuğu

D) Çoxlu miqdarda tünd şirin çay və ya kofe qəbulu

E) Yaş bürümə

Temperatur yüksək olduqda orqanizm çoxlu maye itirdiyindən xəstə çoxlu miqdarda maye qəbul etməlidir. Qızdırmanın üçüncü dövründə temperatur endiyinə görə xəstədə arterial təzyiqin enməsi müşahidə edilir.Tünd şirin çayın və kofenin istifadəsi tərkibində kofeinin olmasına görə məqsədəuyğundur.


Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 47
109) Qızdırmanın inkişafında neçə dövr ayırd edilir?
A) 3

B) 5


C) 2

D) 1


E) 4

Qızdırmanın inkişafında 3 dövr ayırd edilir. I dövr-qızdırmanın qalxan dövrü, II dövr-qızdırmanın maksimal yüksəliş dövrü, III dövr-qızdırmanın enmə dövrü. Hər dövrün öz klinik mənzərəsi vardır və xəstələrə qulluq, hər dövrdə öz xüsusiyyətləri ilə xarakterizə edilir.


Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 123. “Maarif” 1974
110) Hansı maddə dəri içinə yeridilir?
A) No-spa

B) Tuberkulin

C) Kordiamin

D) Ampisillin

E) Klofellin

Dəri daxili inyeksiyalardan diaqnostika, yerli keyitmə, sınaq və peyvənd məqsədi ilə istifadə olunur. Tuberkulinlə peyvənd aparılır. Ona görə də tuberculin dəri daxili inyeksiya edilir.


Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. “Azərnəşr” Bakı 1984. Səh.56-57.
111) Dəri altı inyeksiya hansı bucaq altında aparılır?
A) 90

B) 60


C) 45

D) 70


E) 50

Dəri altı inyeksiya 45 dərəcəli bucaq altında aparılır,çünki bu bucaq altında yeridilən iynə bilavasitə dəri altı nahiyyəyə düşür.


Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.57 “Azərnəşr” Bakı 1984
112) Vena daxili inyeksiyadan əvvəl turnanın düzgün qoyulmasının göstəricisi nədir?
A) Turnadan aşağı hissədə dərinin göyərməsi

B) Turna qoyulan nahiyədə qansızmaların olması

C) Turnadan aşağı hissədə dəri örtüyünün avazıması

D) Turnadan aşağı hissədə dərinin qızarması

E) Mil arteriyasında nəbzin olmaması

Vena daxili inyeksiyadan əvvəl turna düzgün qoyulmalıdır. Yalnız səthi venalar sıxılmalı, arteriyada qan axını pozulmamalı, nəbz hiss olunmalıdır. Turna düzgün qoyulduqda turnadan aşağı hissədə qanın venoz axını ləngidiyinə görə dəri göyərir.


Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 86
113) Meteorizm zamanı qaz çıxarıcı borunun yeridilmə dərinliyi nə qədər olmalıdır (sm-lə)?
A) 50

B) 2-4


C) 10-12

D) 20-30


E) 10-15

Meteorizm zamanı əgər digər tədbirlər effekt vermirsə qaz çıxarıcı borudan istifadə olunur. Bu rezin boru olub, 50-sm uzunluğunda və diametri 1 sm-dir. Bir ucu vazelin sürtüldükdən sonra 20-30 dərinlikdə düz bağırsağa yeridilir.


Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 114
114) Yağ imaləsini aparmaq üçün bitki yağının miqdarı (ml-lə)?
A) 50

B) 100


C) 1000

D) 10


E) 500

Yağ imaləsini qəbizlik zamanı qoyurlar. Bunun üçün bitki yağları: günəbaxan, zeytun, vazilin yağları istifadə olunur. Bir imalə üçün 37-38 dərəcəyə qədər qızdırılmış 100 ml yağ götürülür.


Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.50 “Azərnəşr” Bakı 1984
115) Göstərilən inyeksiyalardan hansını tibb bacısı aparmamalıdır?
A) Əzələ daxilinə

B) Dəri altına

C) Vena daxilinə

D) Arteriya daxilinə

E) Dəri içinə

Bir sıra inyeksiyaları mürəkkəb olduğuna görə həkim aparır. Məsələn: arteriya daxilinə , ürək daxilinə, limfa damarlarına, onurğa kanalına və s. Lakin tibb bacısı bu əməliyyatlarda iştirak edir ,lazımi alətləri hazırlayır , ona görə də tibb bacısı bu sahədə minimum biliyə malik olmalıdır.


Ədəbiyyat : C.N. Hacıyev ; R.Y. Əliyev . Xəstələrə qulluq. Səh. 137. “ Təhsil ” Bakı 1998.
116) Xəstəyə O2 (oksigen) verilməsi üçün ən çox hansı üsuldan istifadə olunur?
A) Duodenal zond

B) Mədə zondu

C) Burun kateteri

D) O2 (oksigen) yastığının qıfı

E) Burun kanyulası

Burun xarici tənəffüs orqanı olduğundan oksigen verilməsi xəstəyə burun kateteri vasitəsilə yerinə yetirilir. Bu proses xəstədə sərbəst tənəffüs aktı zamanı mümkündür. Əks hallarda (uzunsov beyin zədələnmələri, Kvinke ödemi (qırtlaq əzələlərinin spazmı), endotraxeal anesteziya və s.) həkim tərəfindən köməkçi tənəffüs tətbiq olunur. Bu üsul xəstədə narahatlıq yaratmır.

Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 223. “Maarif” 1974.
117) Xəstənin hərarəti yüksək olduqda( qızdırmanın II dövründə )tibb işçisi ona aşağıda sadalanan yardımlardan hansını göstərməlidir?
A) Xəstənin ayaqlarına isitqac qoymalıdır

B) Ayaqlarına isti vanna etməlidir

C) Xəstənin alnına soyuq kompres qoyub, içməyə maye verməlidir

D) Xəstəyə isti çay verməlidir

E) Xəstənin üstünü yorğanla örtməlidir

Xəstənin hərarəti çox yüksək olduqda ağzı quruyur, dodaqları çatlayır, halsız olur Ona görə verilən maye xəstəyə müsbət təsir göstərir,soyuq kompres isə genəlmiş damarlara büzücü təsir göstərərək istilik verməni azaldır.


Ədəbiyyat : C.N. Hacıyev ;.R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 105. “ Təhsil ” Bakı 1998.
118) Ağciyərlərin süni ventilyasiyasını apararkən əsas maneə nədir?
A) Tənəffüs əzələlərinin rigidliyi

B) Süni tənəffüs aparatının işləməməsi

C) Xəstənin oyanıqlığı

D) Dilin qatlanması

E) Xəstənin ağzının qıc olması

Dil qatlandıqda traxeyanın girəcəyini (sas yarığını) bağlayır və havanın ağciyərlərə keçməsinə mane olur. Odur ki, xəstənin alt çənəsini yuxarı önə dartırlar.


Ədəbiyyat: C.А.Мухина ,Общий уход за больными.Москва ,Медицина, 1989 .Стр.248
119) Aşağıda göstərilən temperaturlardan hansı subfebril temperaturdur?
A) 36-36,5

B) 39-40


C) 38-39

D) 40-41


E) 37-38

Yüksəlmə dərəcəsinə görə temperaturun bu növləri var: subfebril temperatur – 37 -38 dərəcə; febril temperatur – 38-39 dərəcə; yüksək qızdırma- 39-41 dərəcə; çox yüksək qızdırma – 41 dərəcədən yüksək.


Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 103 . “ Təhsil ” Bakı 1998.
120) Venepunksiya apararkən tibb işçisi aşağıda göstərilənlərdən nəyi düz etmir?
A) Xəstənin dirsəyi altına kiçik yastıq qoyur

B) Bazunun ortasından turnanı elə bağlayır ki, mil arteriyasında pulsasiya kəsilsin

C) İnyeksiya nahiyəsini 2 dəfə spirtli tamponla silir

D) Iynə venaya düşən kimi turnanı açır

E) Xəstəyə əlini açıb-yummağı təklif edir

Venepunksiya apararkən turnanın qoyulmasının başlıca şərti turnanın arterial axına mane olmamasıdır.Tibb bacısı bazunun ortasından turnanı elə bağlamalıdır ki, ancaq venalar sıxılsın, arteriyalar isə sıxılmasın. Arteriyalarda qan axınına mil arteriyasındakı nəbzə görə nəzarət edirlər, nəbz zəifdirsə və ya heç hiss olunmursa deməli turna çox sıxılmışdır

Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 25 “ Çıraq” 2008.
121) Aşağıdakı hansı dərman forması orqanizmə enteral yolla qəbul edilmir?
A) Draje

B) Tablet

C) Mikstura

D) Məlhəm

E) Kapsul

Dərmanların mədə-bağırsaq traktından orqanizmə yeridilməsi enteral yolla yeridilmə adlanır. Dərmanlar enteral olaraq üç yolla yeridilir: dilin altına qoymaqla, ağızdan(peros) və düz bağırsaqdan yeritməklə. Məlhəmlər isə dərmanların xaricə tətbiqinə aiddir.


Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh. 135. “ Təhsil ” Bakı 1998.
122) Stasionarda A və B siyahısına daxil olan, xüsusi seyflərdə saxlanılan dərmanlar hansılardır?
A) Narkotik analgetiklər, trankvilizatorlar

B) Vaksinlər

C) Zərdablar

D) Antibiotiklər

E) Hipotenziv dərmanlar

Stasionarda A (narkotik analgetik preparatlar) və B (yuxu dərmanları, kodein və s.) siyahısına daxil olan dərmanlar xüsusi seyflərdə saxlanılır. Seyfin qapısının daxili tərəfində saxlanılan dərmanların siyahısı asılır və bu dərmanların maksimal birdəfəlik və sutkalıq dozaları göstərilir. Şöbədə narkotik dərmanlar 5 günlük, digər güclü təsirli dərmanlar isə 10 günlük tələbatı ödəyəcək miqdarda saxlanılır.


Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq .Səh. 127. “ Təhsil ” Bakı 1998.
123) Kolloid məhlullara hansılar aiddir?
A) 5%-li qlükoza məhlulu

B) Poliqlükin, jelatinol

C) 0,9%-li Natrium-xlorid məhlulu

D) 20%-li qlükoza məhlulu

E) Asesol

Kolloid məhlullar qan və onun komponentlərində olmayan bir sıra farmakoloji xassələrə malikdirlər. Bu məhlullar enmiş kolloid-osmotik təzyiqi və dövr edən qanın həcmini korreksiya edir. Eyni zamanda poliqlükin molekulyar kütləsinə görə albuminə yaxındır.


Ədəbiyyat: О.А.Долина. «Анестезиология и реанимация». ГЭОТАР-Медиа,Москва.2007. Стр 86
124) Hansı üsul dərmanların xaricə tətbiq edilməsinə aid deyil?

1. Kompress

2. Toz şəklində səpmək

3. Damcı şəklində damızdırmaq

4. Dilin altına qoymaq

5. Sürtmək

6. Dəri içinə yeritmək
A) 2,4

B) 1,4


C) 2,6

D) 3,5


E) 4,6

Dərmanların xarici tətbiqi dedikdə həmin maddələrin, selikli qişalar və yara səthində işlədilməsi nəzərdə tutulur. Dərmanın dilaltı qəbulu və dəriiçinə yeridilməsi dərmanların daxilə tətbiq üsuluna aiddir.


Ədəbiyyat : C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 131 . “ Təhsil ” Bakı 1998.
125) Hansı halda tibb işçisi xəstəyə qızdırıcı kompress qoymalıdır?
A) Yüksək qızdırma olduqda

B) Yerli irinli proseslər olduqda

C) Dərinin tamlığı pozulduqda

D) İnyeksiyadan sonra infiltrat olduqda

E) Dəridə allergik səpgilər olduqda

İsidici kompresin təsiri nəticəsində onun qoyulduğu nahiyədəki səthi və dərin qan damarları uzun müddət genişlənməyə məruz qalaraq, həmin nahiyəyə qan axınını artırır, venoz stazı aradan qaldırır və nəticədə ağrı və şişkinlik aradan qalxır, ona görə inyeksiyadan sonrakı infiltratlar zamanı isidici kompresin qoyuluşu göstəriş, sadalanan digər hallarda isə əks- göstəriş sayılır.


Ədəbiyyat : C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 118 . “ Təhsil ” Bakı 1998.
126) Xəstəyə xardal yaxması qoyarkən tibb işçisi aşağıda göstərilənlərdən hansını düz etmir?
A) Xardal kağızının üstünü dəsmalla örtüb, xəstəni yorğana bürüyür

B) Xardal kağızını 5-15 dəqiqə xəstənin bədənində saxlayır

C) Xardal kağızını götürdükdən sonra dərini ilıq suda isladılmış dəsmalla silir

D) Xardal qoyulacaq nahiyənin üstünü açır

E) Tibb bacısı xardal kağızını soyuq suda isladıb, xəstənin bədəninə qoyur

Xardalın müalicəvi təsiri onun tərkibində olan efir-xardal yağı ilə izah olunur. Bu yağ ancaq 40-45 dərəcə temperaturlu suda xardaldan ayrılaraq dərini qıcıqlandırır və damarları genişləndirir, nəticədə həmin nahiyəyə qan axını güclənir, orada qan və limfa dövranı yaxşılaşır, yerli toxumaların müqaviməti güclənir. Lakin xardalı soyuq suda islatdıqda xardal efiri ayrılmır və xardalla müalicə heç bir effekt vermir.


Ədəbiyyat : C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 115 . “ Təhsil ” Bakı 1998.
127) Hansı hallarda parenteral qidalanma mütləq göstəriş deyil?
A) Ağır irinli-septik proseslər zamanı

B) Bəzi infeksion xəstəliklərdə

C) Ürəyin işemik xəstəliklərində

D) Ağız boşluğunda, udlaqda patoloji proses olduqda

E) İri həcmli əməliyyatlardan sonra (qida borusunda, qarın boşluğunda və s.)
Parenteral qidalanma-əvəzedici terapiyanın xüsusi növüdür. Ürəyin işemik xəstəlikləri zamanı mübadilə proseslərinin normal səviyyəsi və bunun üçün lazım olan maddələri xəstə enteral yolla da ala bilir. Bu baxımdan parenteral qidalanma ÜİX zamanı mütləq göstəriş sayılmır.

Ədəbiyyat: О.А.Долина. «Анестезиология и реанимация».ГЭОТАР –Медиа, Москва.2007. Стр 86-90


128) Aşağıda göstərilən vəziyyətlərdən hansında tibb işçisi xəstəyə buz qovuğu tətbiq edə bilməz?
A) Əzilmələr zamanı ilk 3 gündə

B) Böyrək sancılarında

C) Yüksək qızdırma olduqda

D) Daxili qanaxmalar olduqda

E) Kəskin appendisit zamanı

Buz qovuğunun təsiri nəticəsində dəridə və daha dərində yerləşmiş üzvlərin damarlarında sıxılma baş verir, nəticədə həmin nahiyələrə qan axını azalır.

Güclü böyrək sancıları əsasən böyrək daşı xəstəliyi zamanı yaranır, əgər bu zaman xəstəyə buz qovuğu tətbiq edilərsə soyuğun təsirindən spazm yaranır və daşın böyrəklərdən sidik axarlarına, oradan da sidik kisəsinə keçməsi çətinləşır, nəticədə xəstənin sancıları daha da güclənir.
Ədəbiyyat : C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 122. “ Təhsil ” Bakı 1998.
129) Iri arteriyalarda nəbzin itməsi nə adlanır?
A) Apnoe

B) Aritmiya

C) Asistoliya

D) Koma


E) Atelektaz

Iri arteriyalarda nəbzin itməsi ürək əzələsinin yığılmasının, yəni sistolanın dayanması deməkdir. A-latınca inkar bildirən söz önlüyüdür. Asistoliya – sistolanın dayanması deməkdir (olmaması).


Ədəbiyyat: С.А.Мухина. «Общий уход за болъными». Москва «Медицина» 1983. Стр 243-250
130) Klinik ölümə şübhə olduqda reanimasion tədbirlər nə zaman başlanmalıdır?
A) Dərhal, yerindən asılı olmayaraq

B) Yaxınlıqda yerləşən tibb müəssisəsində

C) Xəstəxananın qəbul şöbəsində

D) Təcili yardım maşınında

E) Reanimasiya şöbəsində

Klinik ölümün diaqnostikası məlum olduğu andan dərhal reanimasion tədbirlərə başlanılmalıdır. Bu, beynin hipoksiyasının və onun hüceyrələrinin məhvinin proqressivləşməsinə mane olur.


Ədəbiyyat: С.А.Мухина. «Общий уход за болъными». Москва «Медицина» 1983. Стр 243-250
131) Bədən temperaturu 1 dərəcə artanda ürək döyüntüsü necə dəyişir?
A) 20 vurğu artır

B) 10 vurğu artır

C) 10 vurğu azalır

D) 20 vurğu azalır

E) Dəyişmir

Bədən temperaturu 1 dərəcə qalxanda ürək döyüntüsü 10 vurğu artır . Qızdırma zamanı ürək yığılmalarının artması və bədənin temperaturunun qalxması ilə yanaşı tənəffüs də tezləşir.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ” Səh. 29 “ Çıraq ” 2008.
132) Spastik qəbizlik zamanı xəstəyə hansı imalə edilir?
A) Qidalandırıcı

B) Sifon


C) Yağlı

D) Hipertonik

E) Adi təmizləyci

İmalə üçün istifadə olunan yağlar qızdırılır və axşamdan düz bağırsağa yeridilir.Qızdırılmış yağ məhlulu həm spazmı aradan qaldırır, eyni zamanda bərkimiş nəcisin yumşalıb xaric olmasını təmin edir.


Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.50 “Azərnəşr” Bakı 1984
133) Spirometriyadan hansı məqsədlə istifadə olunur?
A) Ağciyərlərin tənəffüs həcminin ölçülməsi

B) Bədən kütləsinin ölçülməsi

C) Boyun ölçülməsi

D) Əzələ gücünün ölçülməsi

E) Döş çevrəsinin ölçülməsi

İnsanın fiziki inkişafının: boyunun, bədən kütləsinin, döş çevrəsinin, əzələ gücünün, tənəffüs funksiyasının təyin edilməsi ümumilikdə antropometriya adlanır. Spirometriya ağ ciyərlərin tənəffüs həcminin ölçülməsinə deyilir. Spirometriya vasitəsilə ağ ciyərlərin həyat tutumunu təyin edirlər. Spirometriyanı sağlam adamları, xüsusən idmançıları müayinə edəndə, sanatoriyalarda, ağciyər və ürək xəstəlikləri zamanı tətbiq edirlər.Norma kişilərdə 3500-4500 sm3, qadınlarda 2500-3500 sm3–dir. Spirometriyanı, ümumilikdə antropometriyanı tibb bacısı aparır.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ” Səh. 8 “ Çıraq ” 2008
Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə