Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ Bölmə 1 – Terapiya 1 Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Xəstənin mədəsinin yuyulması üçün zondun hansı məsafəyə yeridilməsi hansı formulaya əsasən təyin olunur (sm-lə)?



Yüklə 1,42 Mb.
səhifə5/23
tarix10.12.2016
ölçüsü1,42 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   23

173) Xəstənin mədəsinin yuyulması üçün zondun hansı məsafəyə yeridilməsi hansı formulaya əsasən təyin olunur (sm-lə)?
A) Uzunluq - 80

B) Uzunluq – uzunluğun 2/1

C) Uzunluq - 100

D) Uzunluq - uzunluğun 3/1

E) Uzunluq - 50

Zondun mədəyə yeridilməsi üçün aşağıdakı formuladan istifadə olunur. Uzunluq – 100. Məsələn, boyu 176 sm olan xəstənin mədəsini yumaq üçün zond 76 sm məsafəyə yeridilməlidir. 176-100=76


Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.70 “Azərnəşr” Bakı 1984 В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 106
174) Xroniki böyrək çatışmazlığı zamanı qidada hansı maddələri məhdudlaşdırmaq lazımdır?
A) Vitaminləri

B) Yağları

C) Karbohidratları

D) Duzları

E) Zülalları

Xroniki böyrək çatışmazlığı zamanı qanda zülalların parçalanma məhsulları olan sidik cövhəri, sidik turşusu, kreatinin toplanır. Ona görə də xəstənin qidasında zülallar məhdudlaşdırılmalıdır.


Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.178-179. “Azərnəşr” Bakı 1984
175) Xəstənin qidalanması zamanı göstərilən üsullardan hansı süni qidalanmaya aid deyil?
A) Qida maddələrini düz bağırsaqdan yeritmək

B) Xəstənin qaşıqla yedizdirilməsi

C) Fistula vasitəsilə yedizdirilmə

D) Parenteral yolla qidalanma

E) Qidanın zondla yeridilməsi

Zond, fistula, imalə ilə və ya parenteral yolla (venaya və dərialtına) orqanizmə qida maddələri yeritmək süni qidalanma adlanır. Xəstəni süni qidalandırmaq üçün göstərişlər: qida borusunun daralması, udma aktının çətinləşməsi, qida borusunda və mədədə aparılan əməliyyatlardan sonra, komatoz vəziyyət, yeməkdən imtina edən psixozlar və s. Xəstənin qaşıqla yedizdirilməsi isə normal qidalanma üsulu olub, ya tibb bacısı tərəfindən, yaxud da xəstə tərəfindən həyata keçirilir.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.129 “ Çıraq ” 2008.
176) Ocaqlı pnevmoniya zamanı hansı müayinələrin aparılması daha məqsədəuyğundur?
A) Qanın və sidiyin ümumi müayinəsi

B) Döş qəfəsinin R-qrafiyası, bəlğəmin müayinəsi, qanın ümumi müayinəsi

C) Bronxoskopiya

D) EKQ


E) Qanın ümumi və biokimyəvi müayinəsi

Ocaqlı pnevmoniya bilavasitə ağciyər toxumasının xəstəliyidir və bu zaman selikli-irinli və ya irinli bəlğəm ifrazı müşahidə edilir. Ağciyərlərin topoqrafik anatomiyasını nəzərə alaraq döş qəfəsinin R-qrafiyası, eyni zamanda bəlğəmin müayinəsi bu xəstəlik zamanı daha məqsədəuyğun sayılır.


Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни».Москва«Медицина»1983.Стр 221-223
177) Miokard infarktı olan xəstəyə tibb işçisi nəyi qadağan edə bilər?
A) Suda bişmiş əti

B) Buxarda bişmiş kotleti

C) Qaz əmələ gətirən qidaları (lobya, kartof, qara çörək və s.)

D) Meyvə şirələrini

E) Suda bişmiş balığı

Qaz əmələ gətirən yeməklər qarının köpməsinə səbəb olur, nəticədə diafraqma qalxır, ürəyin işi çətinləşir, tac damarlarda qan dövranı pisləşır, ona görə miokard infarktı keçirmiş xəstələrə qaz əmələ gətirən qidalar yemək qadağan edilir.


Ədəbiyyat : N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.141 “Çıraq ” 2008.
178) Ocaqlı pnevmoniya xəstəliyinin mümkün fəsadı hansıdır?
A) Eksudativ plevrit

B) Xroniki bronxit

C) Bronxial astma

D) Absesləşmə

E) Quru plevrit

Ocaqlı pnevmoniya zamanı vaxtında düzgün müalicə aparmadıqda, aparılan müalicə effektsiz olduqda iltihab ocağı çox çətinliklə sorulur və ya sorulmur. Bu da çox zaman həmin iltihab ocağının absesləşməsinə gətirib çıxarır.


Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983.Стр 221-223
179) Əzələ daxilinə inyeksiya zamanı ən çox nə qədər məhlul yeritmək olar?
A) 10 ml

B) 2 ml


C) 20 ml

D) 5 ml


E) 3 ml

Əzələlər daha geniş qan və limfa damarları şəbəkəsinə malikdir ki, bu da dərmanların tez və tam sorulmasına şərait yaradır, bununla belə əzələ daxilinə 10 ml-dən çox məhlul yeritdikdə dərmanın sorulması ləngiyir, bu da infiltrat, absess, fleqmona kimi inyeksiya ağırlaşmalarına səbəb olur.


Ədəbiyyat : C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq .Səh.152 . “ Təhsil ” Bakı 1998.
180) Sadalananlardan hansı inyeksiyanın ağırlaşması deyil?
A) Dəridə damar ulduzcuqlarının olması

B) Fleqmona

C) Hematoma

D) İnfiltrat

E) Abses

Dəridə damar ulduzcuqlarının olması inyeksiya ağırlaşması deyil, qara ciyər sirrozu olan xəstələrdə dərinin üzərində kapilyarların genişlənib, ulduz şəklində görünməsidir. Digər variantlarda sadalananlar inyeksiya ağırlaşmaları olub, inyeksiya zamanı qaydalara düzgün riayət olunmaması nəticəsində baş verir.

.
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh. 160. “ Təhsil ” Bakı 1998.
181) Xəstəni nəcisdə gizli qana görə müayinəyə hazırlayarkən qidadan hansı ərzaq çıxarılmalıdır?
A) Ət

B) Çörək


C) Südlü sıyıq

D) Süd


E) Yağ

Nəcisdə gizli qanı aşkar etmək üçün xəstə üç gün əvvəldən hazırlanır. Belə ki, xəstələr bu üç gün ərzində ət, balıq və onlardan hazırlanan qida qəbul etməməlidirlər. Əks halda müayinənin nəticəsi düzgün olmaya bilər.


Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.78 “Azərnəşr” Bakı 1984
182) Daxili qanaxmalar zamanı xəstələri nəql edərkən onlara hansı vəziyyət verilməlidir?
A) Xəstəni xərəyə baş hissəsi aşağı salınmış vəziyyətdə uzandırırlar

B) Xəstəyə xərəkdə yarımoturaq vəziyyət verilməlidir

C) Xəstə xərəkdə arxası üstə, ayaqları dizdən bükülmüş vəziyyətdə uzanmalıdır

D) Xəstə xərəkdə arxası üstə, başı yana çevrilmiş vəziyyətdə uzanmalıdır

E) Xəstə xərəkdə bir böyrü üstdə uzanmalıdır

Xəstələrin nəql olunma formaları xəstəliklərin xarakterindən asılıdır və bu nəqlolunma qaydalarını tibb bacısı dəqiq bilməlidir. Daxili qanaxmalar zamanı xəstə arxası üstə, ayaqları dizdən bükülmüş vəziyyətdə uzanmalı, dizaltı nahiyələrə isə yastıq qoyulmalıdır.


Ədəbiyyat : C.N.Hacıyev ; R.Y. Əliyev . Xəstələrə qulluq . Səh. 45 . “ Təhsil ” Bakı 1998.
183) Qida zəhərlənmələri zamanı göstərilən təxirəsalınmaz yardım nə ilə başlanılır?
A) Dəri altına və ya venaya məhlul yeritməklə

B) Dəri altına atropin vurmaqla

C) Ürək-damar preparatları vurmaqla

D) Mədənin yuyulması ilə

E) İmalə ilə

Qida zəhərlənmələri zamanı təxirəsalınmaz yardım mədənin yuyulmasından başlanır.Prosedur mədədən təmiz su gələnə qədər davam edir. Zond salmaq mümkün olmadıqda xəstəyə su içirdilir və əsnəyi qıcıqlandırmaqla qusma əmələ gətirilir. Sonrakı yardımlar isə imalə,ağrılar olduqda atropin vurmaq, susuzlaşma olduqda maye köçürtmək, kollaps olduqda ürək-damar preparatları vurmaq və s. ibarətdir.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”.Səh.514 “Çıraq ” 2008.
184) Elektrotravma zamanı aşağıda göstərilən yardımlardan hansı qəti qadağandır?
A) Xəstəni dərhal cərəyan mənbəyindən ayırmaq

B) Xəstəni ən yaxın xəstəxanaya aparmaq

C) Dərialtına kofein, kordiamin, kamfora vurmaq (damar çatışmazlığı olarsa)

D) Elektrik vurma nəticəsində əmələ gələn yanıq nahiyəsinə aseptik sarğı qoymaq

E) Elektrik vurmuş şəxsi torpağa basdırmaq

Elektrik vurma zamanı əksər zərəçəkmişlərdə kəskin damar çatışmazlığı və tənəffüs pozğunluğu olur, ona görə zərərçəkmişin bu zaman torpağa basdırılması onun vəziyyətini daha da ağırlaşdırar. Digər bəndlərdə göstərilən yardımlar isə xəstənin vəziyyətini yaxşılaşmasına kömək edər.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.521 “Çıraq ” 2008.
185) Poliuriya nədir?
A) Tez-tez az miqdarda sidik ifrazının olması

B) Gün ərzində ifraz olunan sidiyin miqdarının artması

C) Gün ərzində ifraz olunan sidiyin miqdarının azalması

D) Sidik kisəsinin boşalmasının mümkün olmaması

E) Sidik ifrazının olmaması

Gün ərzində normada insan 1,5 litrə qədər sidik ifraz edir. Poliuriya- bir gün ərzində ifraz olunan sidiyin miqdarının atrmasıdır. Bu ən çox şəkərli diabet xəstələrində müşahidə olunur.Poli-lat.çox,uro-sidik.


Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.90 “Azərnəşr” Bakı 1984 В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 122
186) Sadalananlardan hansı ağciyərlərin irinli xəstəliklərinə aiddir?
A) Bronxial astma

B) Krupoz pnevmoniya

C) Kəskin bronxit

D) Ağciyər absesi və qanqrenası

E) Ağciyərlərin emfizeması

Ağciyər absesi ağciyər toxumasının irinləməsi ilə müşaiyət olunan xəstəliyidir. Bu proses sağlam toxuma ilə məhdudlaşaraq bir və ya bir neçə irinli boşluq əmələ gətirir. Boşluqlar adətən bronxlara açılaraq, irinin bronx vasitəsilə xaricə ifraz olunmasına imkan yaradır. Ağciyər qanqrenası isə ağciyər toxumasının irinli parçalanması deməkdir.


Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983.Стр 226-231
187) Bu xəstəliklərdən hansının kəskin forması mövcud deyil?
A) Bronxit

B) Qastrit

C) Pielonefrit

D) Pnevmoniya

E) Bronxial astma

Bronxial astma xəstəliyinin əsasında bronxların reaktivliyinin dəyişməsi durur. Bu dəyişiklik immunoloji və qeyri- immunoloji mexanizmlərlə əlaqədardır. Xəstəliyin inkişafında əsas yeri müxtəlif allergenlər tutur. Bronxial astma xəstəliyinə allerqoz kimi də baxmaq olar. Bu səbəbdən bronxial astma xroniki residiv verən xəstəlik sayılır.


Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 215
188) Bu xəstəliklərdən hansı yalnız xroniki formada olur?
A) Hipertoniya xəstəliyi

B) Pielonefrit

C) Qastrit

D) Pnevmoniya

E) Bronxit

Hipertoniya xəstəliyi sinir gərginliyi ilə əlaqədar olaraq damar tonusunun artması və nəticədə arterial təzyiqin yüksəlməsi ilə müşaiyət olunan xəstəlikdir.


Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 302
189) Aşağıdakı müayinələrdən hansı bronxit xəstəliyi zamanı lazım olan məlumatı vermir?
A) Ağciyərlərin auskultasiyası

B) Döş qəfəsinin R-skopiyası

C) Bronxoskopiya

D) Qastroskopiya

E) Döş qəfəsinin R-qrafiyası

Qastroskopiya mədənin endoskopik müayinəsi olduğundan bronxit xəstəliyi zamanı heç bir lazımi məlumat vermir. Qalan variantlardakı müayinə metodları isə bronxit xəstəliyinin diaqnostikası zamanı istifadə olunur.


Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 174
190) Aşağıdakı dərmanlardan hansıları tənəffüs sistemi xəstəliklərində məqsədəuyğun deyil?
A) Bəlğəmgətiricilər

B) Antibiotiklər

C) İltihabəleyhi preparatlar

D) Vitaminlər

E) Mədə fermentləri

Tənəffüs sistemi orqanlarının xəstəlikləri zamanı mədə fermentlərinin təyin olunması məntiqə uyğun deyil.


Ədəbiyyat:В.М.Боголюбов, ,,Внутренние болезни,,.Москва ,,Медицина,,1983.Стр.225
191) Hipoqlikemik koma zamanı həkim gələnə qədər tibb işçisinin göstərdiyi yardımlardan hansı xəstənin vəziyyətini daha da ağırlaşdırar?
A) Dərialtına insulin vurmaq

B) Venaya 20-40 ml 40 %-li qlükoza məhlulu yeritmək

C) Xəstəyə bir neçə parça qənd vermək

D) Xəstəyə şirin çay vermək

E) Xəstəyə bir qaşıq bal vermək

Xəstənin hipoqlikemik komaya düşməsinə səbəb qanda şəkərin səviyyəsinin aşağı düşməsidir, bu da əsasən şəkərli diabeti olan xəstə insulin vurduqdan sonra yemək yemədikdə baş verir. Ona görə belə xəstəyə ilk yardım göstərərkən ilk növbədə qanda şəkərin səviyyəsini artırmaq lazımdır, bunun üçün xəstəyə şirniyyat verilir, venasına qlükoza məhlulu yeridilir. Bu halda insulin vurmaq isə xəstənin vəziyyətinin daha da ağırlaşdıra bilər.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.511 “Çıraq ”2008.
192) Nəbz kəsiri nədir?
A) Periferik nəbzin sayı ilə ürək yığılmalarının sayı arasındakı fərq

B) Nəbzin sayının normadan çox olması

C) Sağ və sol qolda nəbzin sayının müxtəlif olması

D) Nəbzin sayının normadan az olması

E) Nəbzin ritminin pozulması

Bəzən ürək xəstəlikləri zamanı sol mədəcik o qədər zəif yığılır ki, nəbz dalğaları periferiyaya gedib çıxmır, bu zaman ürək yığılmalarının sayı ilə nəbz vurğusunun sayı arasında fərq olur, buna nəbz kəsiri deyilir.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.65 “Çıraq ” 2008.
193) Bakterioloji müayinə üçün sidik toplayarkən tbb işçisi nəyi düzgün etmir?
A) Sidiyi kateterlə götürür.

B) Sidiyin ilk porsiyasını tullayıb, ikinci porsiyadan toplayır.

C) Sidiyi götürən kimi dərhal analizə göndərir.

D) Sidik götürməzdən əvvəl uretranı şırınqalıyır.

E) Sidiyi ilk porsiyası ilə birgə qaba toplayır.

Tibb bacısı bakterioloji analiz üçün sidiyi kateterlə götürür, bunun üçün xəstənin xarici cinsiyyət üzvlərini yuyur, uretranın ön hissəsini şırınqalayır, hətta bunları etdikdən sonra belə, sidiyin ilk porsiyasını tullayır, qalan porsiyalarını isə steril qaba yığıb, mümkün qədər tez analizə göndərir.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”.Səh.78 “ Çıraq ” 2008.
194) Disfagiya nədir?
A) Qidanın mədədən 12 barmaq bağırsağa keçməsinin ləngiməsi

B) Yoğun bağısaqların distal hissəsinin boşalması

C) Udma aktının pozulması

D) Mədə möhtəviyyatının ağızdan xaric olması

E) Mədə möhtəviyyatının qida borusuna keçməsi

Disfagiya udma aktının pozulması olub, qida topasının qida borusu ilə irəliləməsinə mane olan üzvi və ya funksional pozğunluq nəticəsində yaranır. Bu zaman xəstələr əvvəlcə bərk qidanı, sonralar isə hətta duru qidanı da uda bilmirlər.Dis-lat.pozulma.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.35 “Çıraq” 2008.
195) Anuriya nədir?
A) Sidik ifrazının ağrılı olması

B) Gün ərzində sidik ifrazının artması

C) Tez-tez az miqdarda sidik ifrazının olması

D) Sidik ifrazının olmaması

E) Gün ərzində sidik ifrazının azalması

Anuriya sidik ifrazının tam kəsilməsidir. Ən çox XBÇ (xroniki böyrək çatışmazlığı)-da şişlərdə, daş xəstəliklərində rast gəlinir.


Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 122
196) Işuriya nədir?
A) Sidik ifrazının tam olmaması

B) Tez-tez az miqdarda sidik ifrazının olması

C) Gün ərzində sidik ifrazının azalması

D) Sidik kisəsinin boşalmasının mümkün olmaması

E) Gün ərzində sidik ifrazının artması

İşuriya-sidik kisəsinin boşalmasının mümkün olmamasıdır. Bu vəziyyət ən çox sidik çıxarıcı kanalda mexaniki maneə olduqda (daş, şiş, çapıq və s.) baş verir.


Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 123
197) Sonuncu qida qəbulu mədə zondlanmasından nə qədər əvvəl olmalıdır?
A) Müayinədən əvvəlki gün səhər

B) Müayinədən əvvəlki gün günorta

C) Müayinədən iki saat əvvəl

D) Müayinədən əvvəlki gün axşam

E) Müayinə olunan gün səhər

Mədə zondlanması zamanı mədə tam boş olmalıdır. Ona görə də müayinədən əvvəlki axşam sonuncu qida qəbul olunmalıdır.


Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 106
198) Döş sümüyü arxasında deşici, yandırıcı ağrıların olması zamanı tibb bacısının taktikası?
A) Mədəsini yumaq

B) Analgetiklərdən istifadə etmək

C) Xəstənin hərəkətsizliyini təmin etmək

D) Narkotiklərdən istifadə etmək

E) Ayaqlarını isti vanna etmək

Döş sümüyü arxasında deşici, yandırıcı ağrılar olduqda tibb bacısı həkiməqədərki yardımı göstərməlidir. Burada tibb bacısının taktikası xəstənin hərəkətsizliyini təmin etməkdir (İnfarkta şübhə olduğuna görə).


Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.158 “Azərnəşr” Bakı 1984
199) Stenokardiya tutması zamanı təxirəsalınmaz yardım?
A) Dil altına nitroqliserin

B) Dəri altına morfin

C) Əzələ daxilinə baralgin

D) Vena daxilinə dimedrol

E) Vena daxilinə prednizolon

Stenokardiya tutması tac damarların spazmı nəticəsində baş verir (ürəyə gələn qanın miqdarı azalır) və döş sümüyü arxasında müxtəlif xarakterli ağrılarla müşaiyət olunur.Nitroqliserin damar divarlarını genişləndirdiyi ücün eyni zamanda ağrının da aradan götürülməsinə səbəb olur.


Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.158 “Azərnəşr” Bakı 1984
200) Xolesistoqrafiya hansı orqanın rentgenoloji müayinə metodudur?
A) Ağ ciyərlərin

B) Mədənin

C) Öd kisəsinin

D) Süd vəzisinin

E) Qara ciyərin

Xolesistoqrafiya öddaşı xəstəliyində və xroniki xolesistitlərdə öd kisəsinin rentgenoloji tədqiqidir.Xole-latinca öd,sistum-kisə,qrafika-şəkil deməkdir.


Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.501 “ Çıraq “ 2008
201) Uroqrafiya hansı orqanın rentgenoloji müayinə metodudur?
A) Sidik sisteminin

B) Süd vəzisinin

C) Öd kisəsinin

D) Ağ ciyərlərin

E) Qara ciyərin

Uroqrafiya sidik siseminin rentgenoloji tədqiqidir. Bu zaman kontrast maddə mexaniki üsulla-uretra vasitəsilə retroqrad üsulla sidik kisəsinə və ya xüsusi sidik axarı kateteri vasitəsilə böyrək ləyənciyinə daxil edilir. Uro-lat.sidik,qrafika-şəkil.


Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.499 “Çıraq “ 2008
202) Qəbul şöbəsində sanitar işləmə zamanı xəstə qəflətən huşunu itirdikdə tibb bacısının taktikası nədən ibarətdir.
A) Arterial təzyiqi ölçür

B) Tənəffüsü sayır

C) Xəstəni uzandırıb, naşatır spirti ilə isladılmış pambığı iylədir və həkimi çağırır

D) Ürək-ağciyər reanimasiyası tədbirlərinə başlayır

E) Kordiamin inyeksiyası edir, həkimi çağırır

Xəstəni vəziyyətdən tez çıxartmaq üçün onu uzandırmaq, ayaqlarını qaldırmaq, onu sıxan paltardan azad etmək və ona təmiz hava gəlməsini təmin etmək lazımdır, bütün bu tədbirlər kömək etmədikdə ona naşatır spirtində isladılmış pambıq iylədilir, ayaqlarına isitqac qoyulur və həkim çağırılır.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 513 “Çıraq “ 2008.
203) Hipertonik kriz zamanı göstərilən qulluq elementləri hansılardır?
A) Nəmləndirilmiş oksigenin verilməsi

B) Qanın müayinə edilməsi

C) Termometriya

D) Qusma zamanı yardım

E) Su balansının təyini

Hipertonik kriz zamanı xəstədə güclü başgicəllənmə , ürəkbulanma və qusma olur. Ürəkbulanmanı azaltmaq ücün xəstəyə tərkibində atropin olan dərmanlar- belladonna, belloid, belaspon verilir, qusma olduqdqa xəstən uzanıqlı vəziyyətdədirsə başını yana döndərilir, qusub qurtardıqdan sonra ağzını yaxalayırlar.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.507. “Çıraq “ 2008
204) Ürəyin işemik xəstəliyi zamanı xəstənin qidasında hansı məhsullar məhdudlaşdırılır?
A) Xörək duzu

B) Bitki mənşəli yağlar

C) Şəkər

D) Meyvə


E) Ədviyyatlar

Xörək duzu orqanizmə çoxlu su qəbul edilməsini tələb edir, bu da dövr edən mayenin miqdarını artırır və nəticədə ürəyin işi və ürəyə düşən yük artır, bu baxımdan belə xəstələrə xörək duzunun muqdarı məhdudlaşdırılır.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.141 “Çıraq “ 2008.
205) Arterial hipertoniya xəstəliyi zamanı hansı pəhriz məsləhət görülür?
A) Maye və zülalların istifadəsinin artırılması

B) Yağların və zülalların artırılması

C) Yağların və karbohidratların məhdudlaşdırılması

D) Maye və yağların məhdudlaşdırılması

E) Maye və duzların məhdudlaşdırılması

Hipertoniya xəstəliyi zamanı xəstənin qidasında xörək duzunun və əgər xəstədə ürək çatışmazlığı varsa içilən mayenin miqdarını azaltmaq lazımdır, çünki duzlar çoxlu maye qəbul edilməsini tələb edir, bu da dövr edən mayenin miqdarını artırır, nəticədə təzyiq daha da yüksəlir.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb basının məlumat kitabı”. Səh. 138. “ Çıraq “ 2008.
206) Nitroqliserinin effektiv təsiri qəbul edildikdən neçə dəqiqə sonra başlayır?
A) 30-40

B) 40-50


C) 10-15

D) 3-5


E) 20-25

Stenokardiya zamanı ağrı tutmasını aradan qaldırmaq üçün xəstəyə dil altına həb şəklində və ya 2-3 damcı 1%-li nitroqliserin verilməlidir. Bu preparat 3-5 dəqiqə ərzində ağrını kəsir.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” .Səh. 506 “ Çıraq “ 2008.
207) Ağciyər qanaxması zamanı tibb işçisinin taktikası nədən ibarətdir?
A) Xardal və banka qoymaq

B) Tam sakitliyi təmin etmək, həkimi çağırmaq

C) Qanəvəzedicilər vurmaq

D) Oksigenoterapiya aparmaq

E) Ayaqları vanna etmək

Ağciyər qanaxması zamanı qan çox vaxt ağciyərin aşağı şöbələrinə axıb dolur və aspirasion pnevmoniyaya səbəb olur. Buna görə də qanaxma zamanı xəstəyə ilk yardım onun sakitləşdirilməsindən ibarətdir, həyəcanlanma və fiziki gərginlik qanaxmanı gücləndirə bilər.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 511 “ Çıraq” 2008.
208) Bronxial astma tutması zamanı xəstə hansı məcburi vəziyyəti alır?
A) Əllərini dayaq verərək oturur

B) Ayaqlarını qaldırmaqla horizontal

C) Başı aşağı əyilmiş şəkildə oturmuş

D) Horizontal

E) Yan tərəfi üstə

Bronxial astma tutması zamanı xəstə müəyyən sabit vəziyyət almağa - qollarını pəncərə altlığına və ya çarpayıya, stul arxasına dirəyərək məcburi vəziyyətdə oturmağa və ya ayaqüstə qalmağa məcbur olur.Bu zaman nisbətən tənəffüs asanlaşır.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 504 “ Çıraq “ 2008.
209) Bəlğəmi ümumi analizə görə yığmaq üçün xəstə nə ilə təmin olunmalıdır?
A) Plastmas qab ilə

B) Quru banka ilə

C) İçində su olan banka ilə

D) Steril sınaq borusu ilə

E) Quru sınaq borusu ilə

Analiz etmək üçün bəlğəmi təmiz quru bankaya yığırlar. Bankanın üzərinə xəstənin adı, soyadı və atasının adı, analizin məqsədi, palata və şöbənin adı yazılmış kağız yapışdırılır.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı “ .Səh.15 “ Çıraq “ 2008.
210) Xəstəni mədə zondlanmasına hazırlayarkən təmizləyici imalə nə zaman aparılır?
A) Müayinə olunan gün səhər

B) Müayinədən əvvəlki axşam

C) Axşam və səhər

D) Müayinədən 5 dəqiqə əvvəl

E) Aparılmır

Xəstəni mədə zondlanmasına hazırlayarkən təmizləyici imalə aparılmasının heç bir əhəmiyyəti yoxdur. Təmizləyici imalə əsasən bağırsaq keçməməzliyi, qarın boşluğunda aparılacaq əməliyyatlardan qabaq və s. zamanı aparılır.


Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh.203.“Təhsil” Bakı 1998
211) Xəstənin mədə zondlanmasına hazırlanması necə həyata keçirilir?
A) Axşam-təmizləyici imalə

B) Səhər və axşam sifon imaləsi

C) Axşam-yüngül şam yeməyi, səhər-acqarına

D) Səhər- sifon imaləsi

E) Səhər və axşam təmizləyici imalə

Mədə zondlanmasından bir gün əvvəl xəstə axşam saat 6-dan gec olmayaraq yüngül şam etməli, müayinə aparılan gün isə heç bir qida, maye, dərman qəbul etməməli və siqaret çəkməməlidir.


Ədəbiyyat : C.N.Hacıyev; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 194.“Təhsil” Bakı 1998.
212) Xəstənin qida borusu, mədə və 12 barmaq bağırsağın endoskopik müayinəsinə hazırlanması necə həyata keçirilir?
A) Axşam-təmizləyici imalə

B) Səhər və axşam təmizləyici imalə

C) Səhər və axşam sifon imaləsi

D) Səhər- sifon imaləsi

E) Axşam-yüngül şam yeməyi, səhər-acqarına

Endoskopik müyinə əsasən səhər, acqarına aparılır, çünki mədədə qida olduqda xəstədə qusmaya meyl olur, bu da diaqnostikanın aparılmasını çətinləşdirir.


Ədəbiyyat: C.N.hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 212 “ Təhsil “Bakı” 1998
Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə