Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ Bölmə 1 – Terapiya 1 Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) İsti kompresi neçə dəqiqədən bir dəyişirlər?



Yüklə 1,42 Mb.
səhifə7/23
tarix10.12.2016
ölçüsü1,42 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   23

256) İsti kompresi neçə dəqiqədən bir dəyişirlər?
A) 30

B) 60


C) 50

D) 10 -15

E) 2-3

İsti kompresləri qoymaq üçün qalın parçanı isti suda isladıb sıxır və bədənə qoyurlar, üstündən müşəmbə və qalın yun parça qoyulur. Bu prosedura iltihab ocaqlarının tez sorulmasına kömək edir və ağrını kəsir. İsti kompres hər 10-15 dəqəqədən bir, soyuduqca dəyişilir.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 56. “Çıraq “ 2008
257) Gün ərzində bədən temperaturu hansı həddə dəyişir (C0)?
A) 0,3-0,8

B) 1,5-2,0

C) 1,0-1,5

D) 0,1-0,3

E) 0,8-1,0

Sağlam adamda bədənin temperaturu sabit olub səhər və axşam temperaturları arasındakı fərq az olur. Səhərlər temperatur 0,3- 0,8 dərəcə aşağı, axşam isə bir o qədər yuxarı olur, temperaturlar arasındakı bu fərq istiliyin əmələ gəlməsi və verilməsindən asılı olub , normada bu həddi aşmamalıdır.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 82. “Çıraq “ 2008
258) Febril bədən temperaturu hansı həddə dəyişir (C0)?
A) 36,5-37,5

B) 38,1-39,0

C) 36,0-37,0

D) 37,1-38,0

E) 39,0-41,0

Yüksəlmə dərəcəsinə görə zəif qızdırma, yəni febril temperatur 38,1- 39,0 həddində dəyişilir.Bu həddən yuxarı qızdırma piretik,aşağı isə subfebril qızdırma adlanır.


Ədəbiyyat: C.N Hacıyev; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 103. “ Təhsil” Bakı 1998
259) Dərman maddələrinin hansı üsulla yeridilməsi enteral qəbul adlanır?
A) Dərialtı

B) Əzələdaxili

C) Venadaxili

D) Peroral (ağızdan)

E) İntraspinal (onurğa kanalına)

Dərmanlar enteral olraq 3 yolla yeridilir : dilin altına qoymaqla , ağızdan mədə-bağırsağa ötürülməklə, yəni peroral və düz bağırsaqdan yeritməklə.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998
260) Bir xörək qaşığının tutumu nə qədərdir (ml-lə)?
A) 30

B) 5


C) 15

D) 10


E) 20

Dəmləmələr, miksturalar və sulu məhlullar bölgülü menzurkalarla və ya qaşıqla verilir. Xörək qaşığının tutumu 15 ml – dir.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998
261) Bir desert qaşığının tutumu nə qədərdir (ml-lə)?
A) 5

B) 15


C) 10

D) 20


E) 30

Dəmləmələr, miksturalar və sulu məhlullar bölgülü menzurkalarla və ya qaşıqla verilir. Desert qaşığının tutumu 10 ml – dir.


Ədəbiyyat : C.N Hacıyev; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998
262) Bir çay qaşığının tutumu nə qədərdir (ml-lə)?
A) 30

B) 10


C) 20

D) 5


E) 15

Dəmləmələr, miksturalar və sulu məhlullar bölgülü menzurkalarla və ya qaşıqla verilir. Bir çay qaşığının tutumu 5 ml – dir.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998
263) Həzmi asanlaşdıran ferment preparatlarını nə vaxt qəbul etmək lazımdır?
A) Yeməkdən əvvəl

B) Yeməkdən 2 saat sonra

C) Yeməkdən 1 saat sonra

D) Yemək vaxtı

E) Yemək arasında

Həzmi yaxşılaşdıran dərmanları, məsələn panzinorm, festal, mədə şirəsi yemək zamanı qəbul edilməlidir.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 135. “ Təhsil “ Bakı 1998
264) Yuxugətirici dərman maddələrini yatmazdan neçə dəqiqə əvvəl qəbul etmək lazımdır?
A) 50

B) 40


C) 30

D) 15


E) 60

Yuxugətici dərmanlar yatmazdan 30 dəqiqə əvvəl, yaxşı olar ki, südlə qəbul edilsin, çünki süd özü də yuxugətirici təsirə malik olub, dərmanın effektini daha da artırır.


Ədəbiyyat: C.N Hacıyev; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998
265) Sidikdə zülalın olması necə adlanır?
A) Proteinuriya

B) Disproteinemiya

C) Piuriya

D) Hipoproteinemiya

E) Bakteriemiya

Sidikdə zülalın olması proteinuriya adlanır. “Protein”- zülal , “ uriya “ isə sidik deməkdir. Normada bir sutka ərzində insan 50 mq zülal ifraz edir.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 224. “ Təhsil” Bakı 1998
266) Böyrək sancısı zamanı bağırsağın peristaltikası necə dəyişir?
A) Olmur

B) Dəyişmir

C) Artır

D) Kəskin artır

E) Azalır

Böyrək sancısı adətən böyrək daşı xəstəliyi, sidik axarlarının daşı, irinli xəstəliklər, sidikdə olan duzlar, axarların kəskin iltihabı, ödemi zamanı rast gəlinir. Böyrək sancısı zamanı bağırsaqlarda da ağrıdan spazm olur və nəticədə peristaltika zəifləyir.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 220. “ Təhsil” Bakı 1998
267) Sidik kanalının strikturası dedikdə nə nəzərdə tutulur?
A) Qısalması

B) Daralması

C) Tutulması

D) Deşilməsi

E) Genişlənməsi

Sidik kanalının strikturası sidik kanalının daralmasıdır, bu zaman sidik ifrazı ləngiyir. Bu zaman xəstə sidiyə getmək üçün xeyli gücənir, lakin buna baxmayaraq, sidik nazik şırınqa ilə, yaxud damcı-damcı xaric olur.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 222. “ Təhsil” Bakı 1998
268) Sistit hansı orqanın iltihabıdır?
A) Sidik kisəsinin

B) Böyrəklərin

C) Sidik kanalının

D) Böyrək ləyəninin

E) Sidik axarlarının

Sistit sidik kisəsinin iltihabı deməkdir. “ Sistis” latınca sidik kisəsi, “ it” isə iltihabı bildirən şəkilçidir.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 232. “ Təhsil” Bakı 1998
269) Ürək yığılmalarının sayı dəqiqədə 110 vurğudur - bu nədir?
A) Taxikardiya

B) Ekstrasistoliya

C) Bradikardiya

D) Səyrici aritmiya

E) Norma

Ürək yığılmalarını sayı normada 1 dəqiqədə 60-90 vurğudur. Bundan çox olarsa bu taxikardiya adlanır.


Ədəbiyyat: C.N Hacıyev; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 180. “ Təhsil” Bakı 1998
270) Arterial təzyiq 180-110 mm civə st-dur - bu nədir?
A) Kollaps

B) Hipotenziya

C) Norma

D) Şok


E) Hipertenziya

İnsanın normal qan təzyiqi 100\60 – 139\89 mm.civə sütununa bərəbərdir . Arterial təzyiq bu göstəricidən artıq olarsa hipertenziya sayılır.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 183. “ Təhsil” Bakı 1998
271) Ürək yığılmalarının sayı dəqiqədə 54 vurğudur – bu nədir?
A) Ekstrasistoliya

B) Bradikardiya

C) Səyrici aritmiya

D) Taxikardiya

E) Norma

Ürək yığılmalarını sayı normada 1 dəqiqədə 60-90 vurğudur. Bundan az olarsa bu bradikardiya adlanır.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 183. “ Təhsil” Bakı 1998
272) Xronik qastritin kəskinləşməsi zamanı rasiondan hansı qidalar çıxarılır?
A) Yağlı, qızardılmış

B) Meyvələr

C) Südlü məhsullar

D) Sıyıqlar

E) Tərəvəzlər

Xroniki qastritin kəskinləşməsi zamanı mədənin selikli qişasını qıcıqlandıran və mədə şırəsini artıran qidalar məhdudlaşdırılır, xörəklər suda və ya buxarda hazırlanır. Yağlı , qızardılmış, çox isti və çox soyuq qidalar verilmir.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 78. “ Təhsil” Bakı 1998
273) Hansı bağırsağın qanaxması zamanı nəcisin rəngi qara olur?
A) Siqmayabənzər

B) Köndələn çənbər

C) Enən çənbər

D) Onikibarmaq bağırsağın

E) Düz

Oniki barmaq bağırsağın xorası zamanı qanaxma nəticəsində nəcisin rəngi qara olur . Qan bağırsağın aşağı şöbələrinə gələnədək fermentlərinin təsirindən parçalanır və tündləşir.Bağırsağın yuxarıda sadalanan digər şöbələrindən qanaxma olduqda isə qan öz rəngini dəyişmir



Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 148. “Çıraq “ 2008
274) Nəcisdə gizli qanın müayinəsinə xəstəni hazırlayarkən hansı preparatların qəbulu dayandırılmalıdır?
A) Natrium

B) Kalium

C) Dəmir

D) Kalsium

E) Maqnezium

Nəcisdə gizli qanın müayinəsinə xəstəni hazırlayarkən nəcisin rəngini dəyişən preparatların qəbulu dayandırılır. Məs. dəmir preparatları , barium və s. ,əks halda bu analizin göstəricisini dəyişə bilər.


Ədəbiyyat : В.М.Боголюбов. Внутренние болезни. Стр.195 .Москва. «Медицина « 1983.
275) Sutkalıq diurezin 350 ml-ə qədər azalması necə adlanır?
A) Anuriya

B) Nollakiuriya

C) Oliquriya

D) Nikturiya

E) Poliuriya

Sidiyin kəmiyyət pozğunluqları 4 yerə bölünür : poliuriya, oliquriya, opsouriya, anuriya. Poliuriya sutkalıq sidiyin miqdarının 2000 ml-dən çox olmasına deyilir.

Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 223. “ Təhsil “ Bakı 1998
276) Gecə diurezinin gündüz diurezindən çox olması necə adlanır?
A) Anuriya

B) Poliuriya

C) Oliquriya

D) Pollakiuriya

E) Nikturiya

Nikturiya sidiyin miqdar pozğunluqlarına aiddir. Nikturiya sutkalıq sidiyin miqdarının yarısının və ya daha çox hissəsinin gecələr ifraz olunmasına deyilir.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 224. “ Təhsil” Bakı 1998
277) Sutkalıq diurezin 2000 ml-dən çox olması necə adlanır?
A) Anuriya

B) Oliquriya

C) Nikturiya

D) Pollakiuriya

E) Poliuriya

Sidiyin kəmiyyət pozğunluqları 4 yerə bölünür : poliuriya, oliquriya, opsouriya, anuriya. Poliuriya sutkalıq sidiyin miqdarının 2000 ml-dən çox olmasına deyilir.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 223. “ Təhsil “ Bakı 1998
278) Dəriiçi inyeksiyanı aparmaq üçün iynə hansı dərinlikdə yeridilir?
A) İynənin ucu- kəsik hissəsi

B) İynənin 2/3 hissəsi

C) İynənin 1/3 hissəsi

D) Damarın yerləşməsindən asılıdır

E) İynənin bütün uzunluğu

Dəriiçi inyeksiya aparmaq üçün diametri 0,4 mm, uzunluğu isə 15 mm olan 1 ml-lik şpris götürülür, iynənin kəsiyi 40-45 dərəcə olur. İnyeksiya zamanı yalnız iynənin ucu- kəsik hissəsi dəriiçinə yeridilir.Əks halda iynə dəri altına düşür.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 150. “ Təhsil “ Bakı 1998
279) Steril yağlı məhlulu bədənə yeritmək üçün necə dərəcəyə qədər qızdırmaq lazımdır?
A) 25

B) 38


C) 34

D) 28


E) 40

Steril yağlı məhlulu bədənə yeritmək üçün onu 38 dərəcəyədək, yəni bədən temperaturuna uyğun olmalıdır,çünki isidilmiş məhlul yaxşı sorulur, infiltrat, abses əmələ gəlmə riski azalır.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 152. “ Təhsil “ Bakı 1998
280) Dəriiçi inyeksiyanı aparmaq üçün hansı uzunluqda iynədən istifadə olunur (mm-lə)?
A) 30

B) 20


C) 15

D) 10


E) 25

Dəriiçi inyeksiya aparmaq üçün diametri 0,4 mm, uzunluğu isə 15 mm olan 1 ml-lik şpris götürülür, iynənin kəsiyi 40-45 dərəcə olur. İnyeksiya zamanı yalnız iynənin ucu- kəsik hissəsi dəriiçinə yeridilir.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 150. “ Təhsil “ Bakı 1998
281) Dərialtına nə qədər yağlı məhlul yeritmək olar (ml-lə)?
A) 3

B) 5


C) 2

D) 6


E) 4

Yağlı məhlullar adətən dəri altına yeridilir. Məs. kamfora, retabolil, E vitamini və s., lakin dərialtına yeridilən yağlı məhlulun miqdarı 2 ml – dən çox olmamalıdır.Əks halda məhlulun sorulması cətinləşir.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 151. “ Təhsil “ Bakı 1998
282) Dərman maddələrinin yeridilməsi zamanı baş verən allergik reaksiyanın ən ağır forması hansıdır?
A) Kvinke ödemi

B) Qızartı

C) Məxmərək

D) Ekzema

E) Anafilaktik şok

Dərman maddələrinin yeridilməsi zamanı baş verən allergik reaksiyanın ən ağır forması anafilaktik şokdur. Anafilaktik şokun əlamətləri: dəri qızarır, qaşınır, öskürək tutmaları, təngnəfəslik,qusma, arterial təzyiqin enməsi, taxikardiya, aritmiya, huşun itməsi.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 162. “ Təhsil” Bakı 1998
283) Parenteral yeritmək üçün dərman maddələrinin hansı formasından istifadə olunur?
A) Poroşoklardan

B) Drajelərdən

C) Steril məhlullardan

D) Həblərdən

E) Kapsulalardan

Parenteral ,yəni həzm traktından kənar yolla dərmanlar orqanizmə inyeksiya vasitəsilə ,steril məhlul şəklində yeridilir.Əks halda orqanizmin infeksiyaya yoluxma təhlükəsi yarana bilər.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 137. “ Təhsil” Bakı 1998
284) İnsulin yeridildikdən sonra tibb bacısı xəstəyə hansı qulluğu göstərir?
A) İnyeksiya yerinə isitqac qoyur

B) Arterial təzyiqi ölçür

C) 30 dəqiqədən sonra yedizdirir

D) Uzandırır

E) Tənəffüsü və nəbzi sayır

İnsulin yeridildikdən 30 dəqiqə sonra tibb bacısı xəstəni yedizdirməlidir , əks halda xəstə hipoqlikemik komaya düşə bilər.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 158. “Çıraq” 2008
285) İnsulin artıq dozada yeridildikdə hansı ağırlaşma baş verə bilər?
A) Kvinke ödemi

B) Ortostatik kollaps

C) Ketoasidotik koma

D) Hipoqlikemik koma

E) Arterial təzyiqin artması

İnsulin artıq dozada yeridildikdə xəstədə hipoqlikemik koma baş verir, qanda şəkərin səviyyəsi düşür. Bu zaman xəstədə kəskin aclıq hissi , baş ağrısı, əsəbilik olur.Belə xəstəyə dərhal içməyə şirin çay verilir, vena daxilinə 20- 40 ml 40 %-lı qlükoza məhlulu vurulur.


Ədəbiyyat : В.М.Боголюбов. Внутренние болезни. Стр.437. Москва. «Медицина « 1983.
286) Quru plevrit zamanı xəstə hansı məcburi vəziyyəti alır?
A) Xəstə sağlam tərəfə uzanır

B) Xəstə arxası üstə uzanır

C) Xəstə ağrıyan tərəfi üstə uzanır

D) Xəstə yarımoturaq vəziyyətdə uzanır

E) Xəstə əllərini çarpayının kənarına dirəyərək önə əyilir

Iltihaba uğramış tərəfdə plevra vərəqində fibrinoz yığıntılar olur. Bu zaman vərəqlər bir-birinə sürtünür (nəfəs alma, öskürək zamanı). Ona görə də,xəstə ağrıyan tərəfi üstə uzanaraq həmin tərəfdə döş qəfəsinin hərəkətini məhdudlaşdırmağa çalışır.


Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 248
287) Hansı preparatlar kəskin pielonefrit xəstəliyi zamanı istifadə olunmur?
A) Sulfanilamid qrupu

B) Antibiotiklər

C) Ürək qlikozidləri

D) Analgetiklər və spazmolitiklər

E) Nitrofuran sırası

Kəskin pielonefrit-törədicisi bakterial mikrofloraya məxsus olan iltihabı prosesdir. Bu cür xəstəliyin müalicəsində ümumi qəbul olunmuş qayda üzrə ilk növbədə antibiotiklər, sulfanilamidlər, nitrofuran sırasına məxsus preparatlardan istifadə olunur. Ağrı zamanı spazmolitiklərdən istifadə olunur. Ürək qlikozidlərinin bu kimi iltihabi proseslərdə istifadəsi məntiqə uyğun deyil.


Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 406.
288) Yüksək kalorili və güclü qidalanma hansı xəstəlik zamanı təyin edilir?
A) Kəskin qastrit

B) Hepatit B

C) Kəskin pielonefrit

D) Ağciyər vərəmi

E) Ürəyin işemik xəstəliyi

Vərəm xəstəliyi zamanı qida rasionunda zülalların ,mineral maddələrin və vitaminlərin miqdarı artırılır, xəstə gündə 5 dəfə qidalanır, xəstəyə 11 № li pəhriz təyin edilir.Bu, xəstənin müdafiə qüvvələrini artırmaqla yanaşı eyni zamanda vərəməleyhi müalicənin effektini də artırır.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 88. “ Təhsil” Bakı 1998
289) Sıfır pəhriz nə zaman təyin olunur?
A) Mədə və 12 barmaq bağırsaq əməliyyatlarından sonrakı ilk günlərdə

B) Piylənmə zamanı

C) Podaqra zamanı

D) Şəkərli diabetdə

E) Hepatit zamanı

Sıfır pəhrizi stolları həzm traktı üzvlərində cərrahi əməliyyat keçirmiş xəstələrə tətbiq edilir. Pəhrizin məqsədi bağırsağın köpməsini azaltmaq ,həzm orqanlarının üzərinə düşən yükü azaltmaq , adi qidalanmaya əks-göstəriş olduğu hallarda xəstənin qidalanmasını təmin etməkdir.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 90. “ Təhsil” Bakı 1998
290) Süni qidalanma üçün lazım olan qulluq aləti hansıdır?
A) Qaşıq

B) Ucluqlu qab

C) Qazçıxarıcı boru

D) Nazik zond

E) Kateter

Sərbəst qida qəbul edə bilməyən,yaxud qida qəbulundan qəti imtina edən xəstələri süni yolla qidalandırırlar. Bunun üçün ən cox istifadə olunan qidalanma üsulu burun boşluğundan salınmış nazik zondun köməyi ilə qidalanmadır


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 74. “ Təhsil” Bakı 1998
291) Isidici kompress üçün neçə qatlı tənzif salfetlərdən istifadə edilir?
A) 3

B) 1


C) 2

D) 5


E) 8

İsidici kompreslər təmiz ,zədələnməsi olmayan dəriyə qoyulur .İsidici kompresi hazırlamaq üçün 8 qat bükülmüş tənzifdən, kompres kağızından, pambıq və bintdən istifadə edilir.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 118. “ Təhsil “ Bakı 1998
292) İsitqaca göstəriş hansıdır?
A) Travma

B) Qanaxma

C) Soyuqlama

D) Kəskin appendisit

E) İnsult

İsitqacların istifadəsi quru istinin təsirindən əzələlərin yumşalması ,yerli qan dövranının həcminin artması, sorucu və ağrı kəsici effektə əsaslanır. Bu baxımdan soyuqlama zamanı isitqac göstəriş sayılır.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 121. “ Təhsil” Bakı 1998
293) Isidici kompres hansı halda əks-göstərişdir:
A) Əzilmənin ilk saatlarında

B) Otit


C) Böyrək sancısında

D) İnfiltrat

E) Tonzillit

İsidici kompresin təsiri nəticəsində isə onun qoyulduğu nahiyədəki səthi və dərin qan damarları uzun müddət genişlənməyə məruz qalaraq, həmin nahiyəyə qan axınını artırır. Belə kompreslər mastit, plevrit, artrit , əzilmədən 3 gün sonra tətbiq edilir.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 118. “ Təhsil” Bakı 1998
294) Hansı preparatların tənəffüs sistemi xəstəliklərində istifadəsi məqsədəuyğun deyil?
A) Antibiotiklər

B) Vitaminlər

C) İltihabəleyhinə preparatlar

D) Bəlğəmgətiricilər

E) Mədə fermentləri

Tənəffüs sistemi orqanlarının xəstəlikləri zamanı mədə fermentlərinin təyin olunması məntiqə uyğun deyil.


Ədəbiyyat:В.М.Боголюбов, ,Внутренние болезни,.Москва ,Медицина,,1983.Стр.225-230
295) Mədə yuyulması üçün istifadə olunan qıfın tutumu nə qədər olmalıdır (ml-lə)?
A) 1000

B) 500


C) 100

D) 50


E) 200

Mədənin tutumu ( yetkin şəxslərdə ) 1 l olduğundan mədə yuyulması üçün istifadə olunan qıf da eyni həcmdə götürülür.


Ədəbiyyat: С.А.Мухина. «Общий уход за болъными». Москва «Медицина» 1989. Стр 204
296) Qanburaxma zamanı turna nə zaman açılır?
A) İynə venadan çıxarıldıqdan sonra

B) İstənilən vaxt

C) Lazımi miqdarda qan götürüb iynə çıxarıldıqdan sonra

D) Lazımi miqdarda qan götürüldükdən sonra, lakin iynə venadan çıxarılmazdan əvvəl

E) İynə venaya yeridildikdən sonra

Qanburaxma zamanı venepunksiyadan istifadə edirlər. Bu əməliyyat zamanı turna qan alınıb qurtardıqdan sonra açılır.İynə sonra çıxarılaraq dərhal yerinə tampon qoyulur və sıxılır.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 156 “ Təhsil” Bakı 1998
297) Ağciyərlərin kütləvi müayinə metodu hansıdır?
A) Xolesistoqrafiya

B) Uroqrafiya

C) Flüoroqrafiya

D) Bronxoqrafiya

E) Rentgenoqrafiya

Flüoroqrafiya ağciyərlərin kütləvi müayinə metodu sayılıb, gün ərzində bu metodla 300-ə qədər adamı müayinədən keçirmək mümkün olur.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 501 “Təhsil” Bakı 1998
298) Sekretor çatışmazlıqla gedən xroniki qastrit zamanı sadalananlardan hansı xarakterikdir?
A) Qıcqırma

B) Nəcisdə gizli qanın olması

C) Qəbizlik

D) Meteorizm

E) Lax yumurta iyi verən gəyirmə

Sekretor çatışmazlıqla gedən xroniki qastrit zamanı mədə sekresiyası azalır , qəbul edilmiş qida yaxşı həzm olunmur , mədədə həzm prosesinin pozulması nəticəsində dolma ,dartılma hissi olur. Həzm prosesinin pozulması nəticəsində qida uzun müddət mədədə qalır ,bu da gəyirmə zamanı lax yumurta iyi gəlməsinə səbəb olur.


Ədəbiyyat:Daxili xəstəliklər.F.İ.Komarov ;V.Q.Kukes;A.S.Smetnyovun redaktəsi ilə.Səh. 312. Bakı.“Təbib“1998.
299) Hiperasid qastritdə hansı dərman preparatları təyin edilir?
A) Allaxol

B) Almagel

C) Baralgin

D) No-Şpa

E) Levomisetin

Hiperasid qastrit zamanı mədənin sekretor funksiyası artdığına görə antasid preparatlar : 1-2 doza qaşığı almagel və ya gündə 3-4 dəfə 1qr- dan vikalin təyin edilir


Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov;V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 316.Bakı “Təbib “1998.
300) Hipoasid qastrit zamanı remissiya dövründə əvəzedici terapiya nədən ibarətdir?
A) Almagel

B) Spazmolitin

C) Vikalin

D) Atropin

E) Abomin

Hipoasid qastrit zamanı həzmi yaxşılaşdırmaq məqsədilə xəstəyə əvəzedici terapiya: abomin, betasid və mədə şirəsi təyin edilir.


Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov;V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 316. Bakı. “ Təbib “ 1998.
301) Hansı xəstəlikdə mövsümi kəskinləşmə olur?
A) Xroniki kolit

B) Qaraciyər sirrozu

C) Öd daşı xəstəliyi

D) Mədə xərçəngi

E) Xora xəstəliyi

Mədə və 12 barmaq bağırsağın xora xəstəliyi kəskinləşmə və remissiyalarla gedir. Kəskinləşmə əsasən yaz və payız fəsillərində müşahidə olunur. Ona görə də xorası olan xəstələr diaqnoz müəyyən edilən andan və profilaktik müalicə aparılan dövrdə aktiv residiv əleyhinə terapiya aparmaq məqsədilə dispanser müşahidə altında olmalıdırlar. Aktiv residiv əleyhinə terapiya fəsli kəskinləşmədən 1 ay əvvəl aparılır


Ədəbiyyat : Daxili xəstəliklər.F.İ.Komarov;V.Q.Kukes;A.S.Smetnyovun redaktəsi ilə. Səh. 317. Bakı.“Təbib “1998.
302) Hansı bağırsaqdan qanaxma zamanı qətranabənzər nəcis müşahidə edilir?
A) Düz bağırsaq

B) Yoğun bağırsaq

C) Siqmavari bağırsaq

D) 12 barmaq bağırsaq

E) Nazik bağırsaq

12 barmaq bağırsaqdan xora nəticəsində qanaxma olduqda bağırsaq şirəsinin təsirindən hemoqlobin parçalanır ki, bu da nəcisin qətranabənzər şəkildə olmasına səbəb olur.Digər bağırsaqlardan qanaxma olduqda qan parçalanmaya məruz qalmadığına görə rəngini dəyişmir.


Ədəbiyyat:Daxili xəstəliklər:F.İ.Komarov ; V.Q.Kukes ;A.S.Smetnyovun redaktəsi ilə.Səh325. Bakı. “Təbib“1998.
303) Hansı xroniki qastrit mədə xərçənginə gətirib çıxarır?

1. Anasid

2. Hiperasid

3. Normoasid

4. Hipoasid
A) 1,2

B) 3,4


C) 2,3

D) 1,4


E) 1,3

Anasid və hipoasid qastritin rigid formasında əsasən mədə çıxacağı zədələnir. Hipertrofik dəyişikliklər, ödemin inkişafı və əzələlərin spastik yığılması nəticəsində mədə çıxacağı deformasiyalaşır , qalın ,rigid divarlı ,ensiz boruya çevrilir. Bu zaman selikli qişada kəskin degenerativ dəyişikliklər əmələ gəlir ki,bu da bəd xassəli yeni törəmənin inkişafına meyl yaradır


Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 315. Bakı. “Təbib “ 1998.
304) Proqressiv arıqlama ən çox hansı xəstəlikdə müşahidə olunur?
A) Xroniki xolesistit

B) Hepatit B

C) Mədə xərçəngi

D) Xroniki hiperasid qastrit

E) 12 barmaq bağırsaq xorası

Mədə xərçənginin aydın klinik təzahürlər dövründə xəstənin əsas şikayətlərindən biri də proqressiv arıqlamadır. Mədə xərçəngi zamanı iştaha kəskin azalır, xəstədə ətli yeməklərə qarşı ikrah hissi , mədə çıxacağının stenozlaşması nəticəsində isə azacıq qidalanmadan sonra doyma hissi olur ki , bunlar da xəstənini kəskin arıqlamasına səbəb olur.


Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 338. Bakı. “Təbib “1998.
Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə