FəNN: Fiziki tərbiyənin tədrisi metodikası -1 I kurs



Yüklə 9,45 Kb.
tarix09.03.2022
ölçüsü9,45 Kb.
#53526
FTTM-1 50 sual


FƏNN: Fiziki tərbiyənin tədrisi metodikası -1

I kurs

2-ci semestr

Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası əsasları

AÇIQ TESTLƏR

1. Fiziki hərəkətləri yerinə yetirmə üsulu necə adlanır?

2. Söz və əyanilik hansı metodlara aiddir?

3. Komanda, göstəriş və izah hansı metoda aiddir?

4. Əzələləri gərginləşdirməklə xarici müqaviməti dəf etmək və ya ona qarşı müqavimət göstərmək qabiliyyəti, hansı fiziki keyfiyyətdir?

5. Hərəkətlərin avtomatik qaydada yerinə yetirilməsi necə adlanır?
6. Əvvəl yaranan vərdişin yeni yaranan vərdişin formalaşması prosesinin çətinləşdirilməsi necə adlanır?
7. İzotermik səy metodu ilə inkişaf etdirilən qüvvə necə adlanır?
8. Dinamik səy metodu ilə hansı qüvvə qabiliyyəti inkişaf etdirilir?
9. Hərəkət fəaliyyətini qısa vaxt ərzində yerinə yetirmək qabiliyyəti necə adlanır?
10. Qüvvənin təzahür olunmasında əsas amil nədir?
11. Hərəkət fəaliyyətinin minimal vaxt ərzində yerinə yetirmək qabiliyyəti necə adlanır?
12. Gözlənilən siqnala əvvəlcədən müəyyən edilmiş cavab hansı hərəkət reaksiyasına aiddir?
13. Hərəkət reaksiyasının tezliyi hansı ölçü vahidi ilə müəyyən edilir?
14. Hərəkət fəaliyyəti zamanı yorulmaya qarşı dayanmaq qabiliyyəti nə adlanır?
15. Sprinter qaçışı hansı qabiliyyəti müəyyən edir?
16. Hərəkətin maksimal amplituda ilə icrası və bu amplitudanın son həddə saxlanılması nə adlanır?
17. Fiziki tərbiyə hansı prosesdir?
18. Canlı, təsviri və şərti göstərmə fiziki tərbiyə təliminin hansı prinsipinə daxildir?

19. Orqanizmin motor funksiyası necə adlanır?
20. Fiziki qabiliyyətlərin inkişafında aparıcı amil nədir?



21. Təlim prosesi neçə mərhələdən ibarətdir?

22. Fiziki tərbiyə təlimində neçə vəzifə yerinə yetirilir?

23. Qüvvənin təzahür edilməsində əzələ işinin neçə rejimdə fəaliyyət göstərir?

24. Fiziki tərbiyə təlimi neçə mərhələdən ibarətdir?

25. Təbiətin sağlamlaşdırıcı qüvvələrinin sayı neçədir?

26. Əzələlərin gərilmə xarakterinə görə qüvvə qabiliyyətinin sayı neçədir?

27. Bədən tərbiyəsinin spesifik funksiyalarının sayı neçədir?

28. Bədən tərbiyəsinin ümummədəni funksiyalarının sayı neçədir?
29. Fiziki tərbiyə vasitələri olan gigiyenik amillərinin sayı necədir?

30. Hərəkət texnikasına yiyələnmək prosesi neçə mərhələdən ibarətdir?

31. İnsanların fiziki tərbiyəsi neçə istiqamətdə həyata keçirilir?

32. Neçə cür texnika olur?

33. Vərdişlər neçə formada köçürülür?

34. Neçə cür hərəkət reaksiyası olur?

35. Gigiyena amillərinə aiddir:

1.Rejim

2.Qidalanma

3.Müayinə

4.Müalicə

5.Şəxsi və ictimai, gigiyena

6.Məşq prosesi
36. Fiziki baxımdan insanın qüvvəsi hansı amillərdən asılıdır?

1.Əzələ kütləsinin həcmindən

2.Əzələ liflərinin morfoloji quruluşundan

3.Əzələ fəaliyyətini tənzimləyən mərkəzi sinir mexanizmlərindən

4.Ağciyərlərin hava tutumundan

5.Nəbz vurğusunun sayından

6.Qan təzyiqinin səviyyəsindən

7.Sinir sisteminin tipindən

37. Azərbaycan fiziki tərbiyə sisteminin prinsiplərinə aiddir:

1.Fiziki tərbiyənin əmək və hərbi təcrübə ilə əlaqəsi prinsipi

2.Şəxsiyyətin hərtərəfli inkişafı prinsipi

3.İdman istiqamətli prinsip

4.Sağlamlaşdırıcı istiqamətli prinsip

5.İxtisasyönümlü prinsip

6.Didaktik istiqamətli prinsip

38. Sağlamlaşdırıcı rekreativ funksiyalarının vəzifələrinin həll edilməsinə təsir göstərən amillərə aiddir:

1.Məşq yükünün tənzimlənməsi

2.Fiziki tərbiyənin planlaşdırılması

3.Fiziki hərəkətlər

4.Təbiətin sağlamlaşdırıcı qüvvələri

5.Gigiyena amilləri

6.Psixoloji hazırlıq

7.Tibbi müayinə
39. Fiziki tərbiyə təliminin metodiki prinsiplərinə aid deyil:

1.Əyanilik prinsipi

2.Sağlamlıq prinsipi

3.Ardıcıllıq prinsipi

4.Humanistlik prinsipi

5.Fəallıq prinsipi

6.Sistemlilik prinsipi

7.Statiklik prinsipi

40. Qüvvə əzələ işinin hansı rejimlərində təzahür edir?

1.Statik rejim

2.Dəfedici rejim

3.Güzəştə gedən rejim

4.Yuxu rejimi

5.Qida rejimi

6.Stabil rejim

7.Gözlənilən rejim

41. Dözümlük növlərinə aiddir:

1.Sürət dözümlüyü

2.Qüvvə dözümlüyü

3.Statik dözümlük

4.Sürət-qüvvə dözümlüyü

5.İradi dözümlük

6.Mənəvi dözümlük

7.Süni dözümlük

42. Fiziki tərbiyə vasitələrinə aiddir:

1.Fiziki hərəkətlər

2.Təbiətin sağlamlaşdırıcı qüvvələri

3.Gigiyena amilləri

4.Həkim-pedaqoji nəzarət

5.Psixoloji test

6.Tempatur

7.Zehni iş

43. Fiziki tərbiyə təliminin söz metodlarına aiddir:

1.Nəql etmək

2.İzah

3.Mühazirə

4.Tanışlıq

5.Məşğələ

6.Məntiq

7.Təmrin

44. İnsanın fiziki inkişafına təsir edən amillərə aiddir?

1.Bioloji

2.Pedaqoji

3.Coğrafi iqlim

4.Sosial

5.Fəlsəfi

6.Texniki

7.İctimai

45. Fiziki tərbiyə təliminin metodlarına aiddir:

1.Tanışlıq metodu

2.Hazırlıq metodu

3.Söz metodu

4.Əyanilik metodu

5.Praktik metodlar

6.Təkmilləşmə metodu

7.Ardıcıllıq metodu

46. Fiziki tərbiyə təliminin quruluş elementlərinə daxildir:

1.Əsas

2.Tanışlıq

3.Hazırlıq

4.Öyrənmə

5.Təkmilləşmə

6.Tamamlayıcı

7.Tərbiyəvi

47. İnsanların fiziki tərbiyəsi hansı istiqamətlərin daxilində həyata keçirilir?

1.Ümumi fiziki hazırlıq

2.Psixofizioloji hazırlıq

3.İntellektual hazırlıq

4.Peşəyönümlü fiziki hazırlıq

5.Kollektiv fiziki hazırlıq

6.Fərdi fiziki hazırlıq

7.İdman hazırlığı

48. Azərbaycan fiziki tərbiyə sisteminin əsaslarına aiddir:

1.Praktik əsasları

2.İdeoloji əsasları

3.Elmi-metodiki əsasları

4.Nəzəri əsasları

5.Proqram-normativ əsasları

6.Əyanilik əsasları

7.Ardıcıllıq əsasları



49. Qüvvə təzahür olunma zamanı əzələlər hansı rejimlərdə işləyirlər?

1.Statik

2.Dinamik

3.Dəfedici

4.Spesifik

5.Güzəştə gedən

6.Ardıcıl

7.Fasiləli

50. Bədən tərbiyəsinin spesifik funksiyalarına aiddir:

1.Fiziki inkişaf funksiyası

2.Fiziki tərbiyə funksiyası

3.İdeoloji funksiya

4.Təhsil funksiyası

5.İdman nailiyyəti funksiyası

6.Vətənpərvərlik funksiyası
Yüklə 9,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə