Fənn: Maliyyə, pul tədavülü və kredit Mövzu Maliyyənin mahiyyəti. P L a n



Yüklə 1,49 Mb.
səhifə18/22
tarix28.04.2017
ölçüsü1,49 Mb.
#16027
1   ...   14   15   16   17   18   19   20   21   22

KREDİTİN FORMALARI



Kommersiya krediti- satıcılar tərəfindən malların və ğöstərilən xidmətlərin müddətli ödəmələrlə alıcılara əmtəə formasında təqdim etdiyi kreditlərdir.Kreditin bu formasından malların reallaşmasının tezləşdirilməsi məqsədilə istifadə olunur.

Bu kredit forması kommersiya bankı vasitəsilə ödənilən borc öhdəliyi- veksel forması ilə təsdiqlənir.Kommersiya kreditinin xüsusiyyəti ondan ibarətdir ki, burada borc kapitalı sənaye kapitalı ilə qovuşur. Onu da qeyd etmək lazımdır ki, kommersiya kreditinin faizi malın qiymətinə və vekselin məbləğinə daxil olur.



Bank krediti- kommersiya bankları və diğər kredit təşkilatları tərəfindən pul vəsaitləri formasında hüquqi və fiziki şəxslərə, hımçinin dövlətə və xarici müştərilərə verilən kreditdir. Bank krediti kommersiya kreditinin sərhədlərini həcm, müddət, istiqamət etibarılə üstələyir. Başqa sözlə daha ğeniş sahəni əhatə edir.

Bank krediti və kommersiya kreditinin fərqləndirici və oxşar cəhətləri müvcuddur ki, bunu da aşağıdakı cədvəldən ğörmək olar.



Bank və kommersiya kreditlərinin fərqli cəhətləri


Bank krediti

Kommersiya krediti

1.Faiz dərəcəsi yüksək olur

1.faiz dərəcəsi aşağı olur

2.obyekt-pul kapitalıdır

2.obyekt-dəyərin əmtəə formasıdır

3.həm əmtəə tədavülünə,həm də kapital yığımına xidmət edir.

3.yalnız əmtəə tədavülünə xidmıt göstərir.

4.məhdudiyyətsizdir

4.kredit xətti və hərəkəti ünvanlıdır

Bank krediti məhdudiyyətsizdir dedikdə, kreditləşmənin məbləği və müddətinin məhdudlaşmaması nəzərdə tutulur.Kommersiya kreditində isə kredit xətti və hərəkəti ünvanlı olmaq la əmtəə istehsalçıdan istehlakçıya, ya da sonrakı satışla məşğul olan ticarət şirkətinə ötürülür.

Bank krediti və kommersiya kreditinin ümumi cəhətləri:

- Onların təbiətləri eynidir;

- Resursların əmtəə və pul formasında genişlənməsi banklar vasitəsilə baş verir və bu da kommersiya və bank kreditinin çulğalaşmasına səbəb olur.

İstehlak krediti - uzun müddətli istifadə üçün nəzərdə tutulan əşyaların əldə edilməsi məqsədilə əhaliyə ticarət kompaniyaları, banklar, ixtisaslaşdırılmış qeyri-bank institutları tərəfindən müddətli ödəmə ilə verilən kreditdir. Bu kredit həm pul, həm də əmtəə şəklində verilir. Bu kreditin bankfirma formaları mövcuddur.

Dövlət krediti - kreditin elə bir formasıdır ki, bu zaman borcalan kimi dövlət və ya yerli hakimiyyət orqanları şıxış edir.Kreditin özü isə mərkəzi bank və ya maliyyə kredit institutları tərəfindən reallaşan dövlət qiymətli kağızlarına çevrilir.

Beynəlxalq kredit – dövlətlər və beynəlxalq iqtisadi təşkilatlar arasındakı münasibətləri əhatə edən kredit formasıdır. Bu kreditin həm kommersiya, həm də bank forması mövcuddur.

5. İpoteka və banklararası kredit.
İpoteka krediti – qədimdə borc verən borclunun torpağına, üzərində bu əmlakın, torpağın borc öhdəliyi olduğunu bildirən yazı olan sütun bərkidirdi. Bu sütun ipoteka adlanırdı. İpoteka və daşınmaz əmlakın girovu, demək olar ki, sinonim kimi götürülür və eyni məna kəsb edir. Dəqiq desək “ipoteka” termini daşınmaz əmlakın girovu, “ipoteka krediti” isə bu növ girovun təminatı ilə verilən borcdur.

İpoteka kreditinin atributları dedikdə kredit müqaviləsi, girov müqaviləsi və girovnamə başa düşülür.



Girovnamə - borcalanın daşınmaz əmlakının girov qoyulmasını təsdiqləyən və kreditora və ya girovnamənin digər sahibinə sənəddə göstərilən əmlakı, borcalanın onun borcunu ödəməsinin təminatı olaraq satma hüququnu təsdiqləyən sənəddir. Bu sənəd girov müqaviləsi ilə eyni zamanda natarial qaydada təsdiqlənməlidir. Sənədin bir nüsxəsi ipotekanın ilkin girovsaxlayanına verilir, digər nüsxəsi isə təsdiqlənən yerdə saxlanılır. Bu nüsxə girov saxlayanın öhdəliyinin təminatı kimi girov şəklində ötürülə bilər.

İpoteka kredit müqaviləsi faktiki olaraq uzunmüddətli, tərəflərin qarşılıqlı maraqlarına xidmət edən razılaşdırılmış şərtləri ilə tərtib olunan sənəddir. Kreditor – bank üçün bu verdiyi borcun uzunmüddətli gəlirlə qaytarılmasıdır ki, bu qaytarılma daşınmaz əmlakla təmin olunur. Borcalan – girovqoyan üçün isə bu uzunmüddətli investisiya krediti almanın yeganə yoludur. Bu kreditdən əsasən evin alınması və ya tikilməsi, yaxud da torpaq alınması üçün verilən kreditdir.

İpoteka krediti bazarında dörd subyekt fəaliyyət göstərir. Bunlardan hər biri müəyyən funksiyanı yerinə yetirir:

1. borcalan;

2. kreditor-bank;

3. investor;

4. kommersiya banklarından ipoteka kreditinin alıcısı funksiyasını yerinə yetirən struktur.

Banklararası kredit (BAK) – bankların birində resurs çatışmazlığı digərində isə artıq resurs olan zaman onların bir-birlərinə verdikləri kreditlərdir.

Praktiki olaraq bütün bankların vaxtaşırı sərbəst kredit resursları olur. Bu sərbəst resurslar gəlir gətirsin deyə, banklar onları digər borcalan banklara yerləşdirməyə can atırlar. Resursların bu cür yerləşdirilməsi banklar üçün onların təsərrüfata cəlb olunmasından çox əlverişlidir, daha dəqiq desək təminatlıdır. Bu zaman kredit resurslarını cəlb etmək üçün borc alan bankın müxtəlif səbəbləri vardır:

- Bank likvidliyinin operativ şəkildə tənzimlənməsi;

- Aktiv əməliyyatların artırılması üçün əlavə vəsaitlərə tələbat və s.

Banklararası kredit bazarında yeni açılmış banklar da hələ kifayət qədər müştəri toplaya bilmədiklərindən aktiv kreditor kimi çıxış edə bilirlər.

Kreditin bu formasında resursların bölüşdürülmə şərtləri və müddətləri müxtəlifdir. Beynəlxalq təcrübədə belə kreditlərin 1,3 və 6 aylıq növləri daha çox istifadə olunur. Bu kreditlərin həddi isə bir günlə bir neçə il arasındadır. Banklararası kreditlərin cəlb olunması 2 yolla həyata keçirilir.



1. sərbəst şəkildə, birbaşa danışıqlar yolu ilə;

2. maliyyə vasitəçilərinin köməyi ilə.

Birjadankənar banklararası bazarda kreditlərin verilməsi və bağlanması şərtləri kommersiya banklarının özləri tərəfindən müəyyənləşir. Lakin bu münasibətlərin əsasında kredit münasibətlərinin subyekti kimi borcalan-bankın qiymətləndirməsi durur. Bu zaman ən vacib anlardan biri də borcalan-bankla müxbir münasibətlərinin olması, onun maliyyə və pul bazarlarındakı mövqeyi, maliyyə vəziyyəti, müştəri bazasıdır.

Banklararası kreditlər və ya depozitlər kredit və ya depozit müqavilələri ilə, banklararası kredit bazarındakı əməkdaşlıq isə əsas razılaşma ilə rəsmiləşdirilir.

Banklararası kredit bazarında əməkdaşlıq üçün əsas razılaşma dedikdə qarşılıqlı əlverişli şərtlərlə qısamüddətli banklararası kreditlərin bir-birlərinə təqdim olunmasından söhbət gedir. Məbləğin, kreditin müddətinin müəyyənləşməsi isə müqavilə ilə baş verir. Kredit müqaviləsi aşağıdakıları nəzərə almalıdır:

- müqavilənin predmeti – müəyyən məbləğdə qısamüddətli kreditin təqdim edilməsi;

- kreditləşmənin obyekti (nizamnaməyə uyğun istifadə üçün vəsaitlərin cəlb olunmasında bankın tələbatı);

- müqavilənin müddəti;

- müqavilənin qiyməti;

- kreditin təminatı;

- müqavilənin yerinə yetirilməsində tərəflərin öhdəlik və cavabdehlikləri;

- müqavilənin digər şərtləri.

Banklararası kredit təminatsız da verilə bilər. Lakin buna baxmayaraq, banklararası kredit müqavilələrinin əksəriyyəti müəyyən təminatın təqdim olunması ilə aparılır. BAK müqaviləsində əsasən təminat kimi borcalanın mülkü, kassa və müxbir hesablarında olan vəsaitlər çıxış edə bilər.

Banklararası müqavilələrin çox hissəsi müddətli formada, yerdə qalan hissəsi isə müddətsiz formada bağlanır. İqtisadi qeyri-sabitlik şəraitində bankın gələcək maliyyə vəziyyəti şübhə altında olduğundan banklararası müqavilənin müddətsiz forması BAK-nın minimum müddətini müəyyən edir və müddət bitdikdə bu kredit müddətsiz kredit kimi istənilən vaxt qabaqcadan xəbərdarlıq edilməklə borcalan bankdan geri tələb oluna bilər. Əgər borcalan bank onu qaytarmaq imkanına malik deyilsə o dərhal başqa banklara müddətli depozit üçün müraciət edir.

Müddətsiz müqavilədə faiz dərəcəsi onun bütün fəaliyyət müddətində dəyişməz qalır. Müddətli müqaviləyə əsasən isə faiz dərəcəsinə onun bazarda cari vəziyyətlə bağlı səviyyəsinə görə yenidən baxılır.



Mövzu 14. Dövriyyə vəsaitlərinin qısa müddətli kreditləşdirilməsi.
P l a n
1. Kənd təsərrüfatı istehsalının mövsümiliyi və qısa müddətli kreditin zəruriliyi.

2. Qısa müddətli kreditləşmə obyektlərinin xarakteristikası.

3. Qısa müddətli kreditə təlabatın hesablanması.

4. Kredit müqaviləsi

5.Girov müqaviləsi.
Ədəbiyyat
1.Girov haqqında Azərbaycan Respublikasının Qanunu.(3 iyul 1998-ci il)


1. Kənd təsərrüfatı istehsalının mövsümiliyi və qısa müddətli kreditin zəruriliyi.
K-t istehsalının fərqləndirici xüsusiyyətlərindən biri də istehsal dövrünün uzunluğu və istehsal dövri ilə iş dövrünün üst -üstə düşməməsidir.Bu xüsusiyyət dövriyyə vəsaitlərinin tam dövriyyəsində və təşkilində təbii olaraq özünü göstərir.

Dövriyyə vəsaitlərinə təlabatın artıb –azalması bitkiçilikdə daha kəskin olur. Qış dövründə dövriyyə vəsaitlərinin qoyuluşu azalır, yazda birdən-birə artır, yığım dövründə isə maksimuma çatır. Sonra dövriyyə vəsaiti qoyuluşu gəlir hesabına geri qaytarılır. Heyvandarlıqda da dövriyyə vəsaitlırinə təlabat dəyişir, amma burada bitkiçiliyə nisbətən dəyişiklik azdır. Kökəlmədə olan heyvanlar üzrə dövriyyə vəsaitlərinin qoyulişu daima artır və heyvanlar kökəlmədən ayrılaraq satışa verildikdən sonra şəkilən xərclər qaytarılır.

Göründüyü kimi dövriyyə vəsaitinə tələbatın kəskin dəyişməsinin onların xüsusi və borc mənbələrindən ödənilməsinin fərqləndirilməsini zəruri edir. Dövriyyə vəsaitlərinin qoyuluşunun hamısının xüsusi mənbə hesabına ödənilməsi müsbət hal hesab olunmur. Bunun üçün gərək il boyu xeyli mıbləğdə pul vəsaiti toplansın ki, bu da pul dövriyyəsinin düzgün təşkil olunmaması deməkdir.Yaxşı olar ki, mövsümi məsrəflər kredit hesabına ödənilsin.

Xüsusi dövriyyə vəsaitləri normativ həcmində müəyyən edilir. Xüsusi dövriyyə vəsaitlərindən artıq məsrəflərin qısa müddətli kredit hesabına ödənilməsi daha məqsədə uyğundur.

Mövsümdə əsas istehsal fəaliyyəti üzrə ödəmələr üçün xüsusi resurslar çatışmadıqda kreditdən istifadə olunur. Bu baxımdan k-t müəssisələrində dövriyyə vəsaitlərinin yaradılmasının əsas mənbələrindən biri də kreditdir. Dövriyyə vəsaitlərinin tam dövriyyəsinin hər mərhələsində kredit iştirak edir. Belə ki, materialların alınmasını və malgöndərənlərlə hesablaşmalar üzrə əməliyyatları kredit sürətləndirir. Həmçinin məhsulların satışı mərhələsində də əməliyyatların sürətləndirilməsində və tədavül sferasında artıq vəsait qoyuluşunun qarşısınım alınmasında kredit əsas amildir.

Kreditin iştirak etdiyi əsas sahə tam dövriyyənin istehsal mərhələsidir. Kredit resurslarından istehsalat ehtiyatlarının yaradılmasına, həmçinin istehsalat xərclərinə istifadə olunur. Bu mərhələdə də kredit onların hərəkətini sürətləndirir. Bu baxımdan kredit tam dövriyyənin üç mərhələsinin hamısında iştirak edir.

K-t müəssisələrinə kredit qoyuluşu ilə əlaqədar əsas işlərdən biri də kreditdən səmərəli istifadə olunmasıdır. Kreditin səmərəliliyini müəyyən etmək üçün bir neçə göstəricidən istifadə olunur. Kredit qoyuluşunun tam səmərəliliyini müəyyən etmək üçün ümumi məhsulun, ümumi və xalis gəlirin, mənfəətin kreditin hər manatına nisbətini müəyyən etmək lazımdır.Bundan başqa ümumi məhsulun və gəlirin kreditin hər manatına artımını müəyyən etmək olar. Məhsul istehsalının, satışdan gəlirin və mənfətin artımını, kredit və xüsusi vəsait qoyluşunun artımı ilə müqayisə etməklə, xüsusi və borc resurslarından səmərəli istifadənin artımını müəyyən etmək olar.

Kreditdən istifadənin səmərəliliyini müəyyən etmək üçün onun dövriyyə göstəricisindən istifadə olunur. Bura aiddir:

1. Kredit dövriyyəsinin əmsalı- bunu hesablamaq üçün, il ərzində ödənilən(qaytarılan) ssuda məbləği, orta illik borca bölunür.

2. Kredit dövriyyəsinin davam etməsi- bunu hesablamaq üçün ildəki günlərin miqdarı,kreditin dövriyyə əmsalına bölünür.

Qısa müddətli kredit k-t müəssisəsinə verilərkən qısa müddətli kreditin ümumi prinsiplərinə əməl olunur.
2. Qısa müddətli kreditləşmə obyektlərinin xarekteristikası.

K-t müəssisələrində xüsusi mənbə vəsaiti hesabına ödənilməyən dövriyyə vəsaitləri qısa müddətli kreditləşmənin obyektləridir. K-t məhsullarının istehsalı və satışının mövsümliyi ilə əlaqədar dövriyyə vəsaitinin normadan artıq qalığı kreditləşmə obyektlərinin əsasını təşkil edir.

Ümumi kreditləşmə obyektlərinin tərkibinə aiddir: istehsalat ehtiyatları və hazır məhsullar (o cümlədən cavan və kökəlmədə olan heyvanlar), istehsalata məsrəflər, gələcək dövrə xərclər, hazır məhsulların qalığı, yüklənmiş mallar (ödənilməsi vaxtında daxil olmayan) üzrə tədarük təşkilatları və sair alıcılarla hesablaşmalar. Əmtəə-material qiymətliləri və istehsala məsrəflərin kreditləşdirilən ehtiyatlarının həcmi, xüsusi dövriyyə vəsaitlərinin ümumi normativinin uçotu ilə müəyyən edilir.

Xüsusi mənbə hesabına ödənilməyən təmir xərcləri ümumi kreditləşmə obyektlərinə aiddir.

Ümumi kreditləşdirilən obyektləri nəzərdən keçirək:

1. İstehsalat ehtiyatları və hazır məhsullar. Bu qrupa cavan və kökəlmədə olan heyvanlar da daxildir. Yəni bütün növ mal-qaranın cavan və kökəlmədə olanları, yaşlı quşlar, vəhşi heyvanlar, arı ailələri.

İlin əvvəlinə böyümədə və yemləmədə olan heyvanların bütün plan qoyuluşu xüsusi mənbə qoyuluşu hesabına yaradılır (necə ki, normative maksimum prinsiplə hesablanır). Yemləmə mərhələsində cavan və kökəlmədə olan heyvanlara vəsait qoyuluşu artır. Bu vaxt xüsusi mənbə vəsaiti artımı ödəyə bilmir.

11 N-li hesabda uçota alınan cavan və kökəlmədə olan heyvanların qalığının xüsusi dövriyyə vəsaiti hesabına və kreditor borcu hesabına ödənilməyən hissəsi üçün kreditdən istifadə olunur. Kreditləşməyə heyvanlar doğulan gündən əsas sürüyə keçirilənə və ya satılana qədər qəbul olunur. Kreditə tələbat hesablanarkən mal-qaranın dəyəri balans qiymətilə, keçən il doğulanlar faktiki maya dəyəri ilə, cari ildə doğulanlar doğumun plan qiyməti üzrə, cari ildə diri çəki artımı – çəki artımının plan maya dəyəri üzrə, alınan mal-qara – satın alınma qiyməti üzrə qiymətləndirilir.

Bu obyektlər üzrə kredit yemləmə müddətində cəlb edilir. Bu maddə üzrə ilin axırına qalıq normativə çatdırılmalı və kreditdən istifadə etməməklə xüsusi vəsait hesabına ödənilməlidir.

Yem üzrə normativ minimum yem ehtiyatı sığortasını əks etdirir. Təcrübədə il ərzində normativdən artıq qalıq yaradılır, bu da kreditləşmə obyektidir. Bu obyekt üzrə kreditləşməyə yemlərin qalıqları qəbul edilir. Kreditləşən qalığın həcmi, ümumi dəyərindən yem üzrə normativi və yem üzrə malgöndərənlərə kreditor borcunu çıxmaqla müəyyən edilir. Bu obyekt üzrə əsasən kredit məblığinin cəlb edilməsi payız -qış dövrlərində olur. Bu isə yemin yığılması və heyvanların qışlaması vaxtı ilə əlaqədardır. Qışlama dövrünün axrında və otlaq dövrünün əvvəlində yem üzrə kreditin məbləği minimuma enir və ya tamamilə ödənilir. Yemlərin tədarükü vaxtı isə yenidən kredit məbləği artır.

Sair istehsalat ehtiyyatları və hazır məhsulların tərkibində toxum və əkmə materialları, ehtiyyat hissələri və təmir üçün materiallar, neft məhsulları, bərk yanacaq, mineral və üzvü gübrələr, təmir və əsas fəaliyyətə lazım olan sair tikinti materialları, az qiymətli əşyalar, emal üçün xammal, satış və emal üçün k-t istehsalı məhsulları da kreditləşdirilir.

Əsas növ istehsalat ehtiyyatları üzrə normativlər minimum həcmdə müəyyən edilir. İl ərzidə təssərüfatda normativdən artıq ehtiyyatlar kredit hesabına ödənilir. Material qiymətlilərinin uyğun qalığının ödənilməsi kreditləşmə obyektidir.

Qalığın kreditləşmə həcmi, əmtəə material qiymətlilərin ümumi dəyərindən(az qiymətli tez xarab olan əşyaların köhnəlmə məbləğini çıxmaqla) normativi, bu material qiymətliləri üzrə kreditor borclarını çıxmaqla müəyyən edilir.

Kreditləşmə obyektlərindən biri də istehsalata məsariflərdir.Mövsümü normativdən artıq bitkiçiik, heyvandalıq və sanaye üzrə istehsalata məsrəflər kreditləşdirməyə qəbul edilir.

Bitkiçilik üzrə məsrəflər ilin əvvəlində xüsusi mənbələr hesabına ödənilir. İşlər yerinə yetirilərkən bu məsrəflər artır və onları ödəmək üçün kredit formasında borc resurslarından istifadə olunur. Cari ilin məhsullarına məsrəflərlə yanaşı cələn ilin məhsullarına da məsrəflər edirlər. Bu da xüsusi dövriyyə vəsaitləri normativi hesabına ödənilməlidir. Ola bilər ki, bu işləri yerinə yetirərkən xüsusi dövriyyə vəsaitləri keçən ilin bitməmiş istehsalatında olsun.(adətən məhsul yığımına qədər). Buna görə normativ vəsaiti azad olana qədər belə məsrəflər normativdən artıq adlanır və kredit hesabına ödənilir.

Bitkiçilik üzrə aşağıdakı məsrəflər kreditləşdirilir: cari ilin məhsulunun səpindən əvvəlki işlərinə, bitkilərin becərilməsinə , açıq və örtülü torpaq tərəvəzləri ilə əlaqədar bilavasitə məsrəflərə, istilikxanaların cari təmirinə, elektrik enerjisi ilə qızdırılmasına və materialların satın alınması üzrə məsrəflərə, məhsuldar çoxillik əkmələrə, tingliklərə və meşə zolaqlarına qulluq üzrə məsrəflərə.

Cələn ilin məhsullarına bilavasitə məsrəflərə aiddir: torpağın işlənməsi və şumlanması, payızlıq bitkilərin səpini və onlara qulluq, üzvü və mineral gübrələrin daşınması, çoxillik otların əkilməsi və onlara qulluq, bitkiçiliyə sərf edilən material qiymətlilərinin dəyəri- toxum, gübrə, kimyəvi maddələr, dərmanlar və s.

Ümumiyyətlə 20 nömrəli “Əsas istehsalat”, 25 nömrəli “Ümumi istehsalat xərcləri” və 26 nömrəli”Ümumi təsərüfat xərcləri”(bitkiçiliyə aid edilən) hesabında uçota alınan məsrəflər kreditləşdirilir(bu sahədə məhsul çıxımını, bitməmiş istehsal üzrə xüsusi dövriyyə vəsaiti normativini və bu sahəyə aid edilən kreditor borclarını çıxmaqla).

K-t müəssisələrində heyvandarlıq üzrə də vəsaitlərdən istifadə də mövsümlə əlaqədar tələbat dəyişir. Heyvandarlıqda qışlama dövründə məhsul çıxımı ilə əlaqədar xərclər artır. Bu isə kreditin obyektidir. Mal-qara, quşlar, vəhşi heyvanlar üzrə birbaşa məsrəflər kreditləşdirilir. Kreditləşdirməyə qəbul edilən məsrəflər 20 nömrəli “Əsas istehsal” hesabının 2-ci “Heyvandarlıq” sub hesabında, həmçinin 25 nömrəli “Ümumi istehsalat xərcləri” və 26 nömrəli “Ümumi təsərrüfat xərcləri”(heyvandarlıq sahəsinə aid olan) hesabında uçota alınır. Bu zaman məhsul çıxımı, bitməmiş istehsalat üzrə xüsusi dövriyyə vəsaitləri normativləri və heyvandarlığa aid olan kreditor borcları məbləğləri qeyd edilən hesablardakı xərclərin cəmindən çıxılır.

K-t müəssisələrində il boyu əsaslı təmir xərclərinə məsrəflər və onların ödənilməsi(amortizasiya və onların ödənilməsi və s.) bərabər bölüşdürülmür. Əsaslı təmirə məsrəflərin təmirə ayrılan amortizasiya ayırmalarından yüksək olan hissəsi kreditləşmə obyektidir.


3. Qısa müddətli kreditə təlabatın hesablanması.
K-t müəssisələri qısa müddətli kreditə illik təlabatı rüblərə bölməklə hesablayır. Hesablama planlaşdırılan ilin biznes-planına əsasən planlaşdırılan xərclərə, mıhsul çıxımına və kreditləşən əmtəə-material qiymətlilərin qalığına görə yerinə yetirilir. Həmçinin xüsusi dövriyyə vəsaitlərinin il ərzində şatışmazlığı üzrə kreditə təlabat da nəzərə alınır.

Qısa müddətli kreditə təlabatın hesablanması zamanı istehsala məsrəflərin və məhsul şıxımının rüblər üzrə bölüşdürülməsi köməkçi hesablamalar əsasında yerinə yetirilir. Kreditə təlabat hesablanarkən məsrəflərə ilin əvvəlinə bitməmiş istehsalın uçotuda əlavə edilir.

Rüblər üzrə bitkiçilikdə məhsul çıxımı, k-t bitkilərinin yığımının təqvim müddətinin uçotu ilə müəyyən edilir. Məhsul çıxımı və məsrəflər artan yekunla qeyd edilir.

Heyvandarlıq üzrə məsrəflər planlaşdırılan malqaranın baş sayına, hər heyvan qrupu üzrə yem günlərinin miqdarına, onların plan maya dəyərinə görə hesablanır. Heyvandarlıq üzrə illik məsrəflərin və məhsul çıxımının rüblər üzrə bölüşdürülməsi, bu məhsulların istehsalını və bölüşdürülməsini əks etdirən xüsusi hesablamalar, hətda cədvəllər əsasında yerinə yetirilir.

İstehsalat ehtiyyatlarının, hazır məhsulların rüblər üzrə bölüşdürülməsi, onların təsərrüfatda hərəkəti planına uyğun olaraq yerinə yetirilir.

Cavan və kökəlmədə olan heyvanların miqdarının hansı rübdə nə qədər olması sürü dövriyyəsinin göstəricilərinə uyğun müəyyən edilir. Cari ildə doğulan bir baş heyvanın plan maya dəyəri balanın plan maya dəyəri və onun həmin dövrdə saxlanması xərcinə görə müəyyən edilir. Keçən il doğulan balaların plan dəyəri isə planlaşdırılan ilin əvvəlinə faktiki maya dəyəri və cari ildə saxlanması üzrə plan məsrəflərinə görə müəyyən edilir.

Yem üzrə tələbat isə yeni məhsula qədər plan maya dəyərinə görə, sənaye istehsalının ehtiyyatları onların gətirilmə xərcləri nəzərə alınmaqla satınalma qiyməti üzrə qiymətləndirilir.

Cari istehsalat məsrəflərinə verilən kreditin qaytarılması həmin ilin axırına qədər məhsul çıxımı və xüsusi dövriyyə vəsaitlərinin artımı hesabına tam təmin edilməlidir.

Bank k-t müəssisəsinin biznes planına əsasən kreditə təlabatı və onun müəyyən olunmuş müddətə qaytarmaq imkanını aydınlaşdırır. Bunun üçün bank, müəssisənin istehsalat maliyyə fəaliyyətini dərindən təhlil edərək, xüsusi vəsaitlərdən düzgün istifadə edilməsini, uzun müddətli maliyyə kəsirlərinin, təsərrüfatsızlığın və zərərin ödənilməsinə kreditin verilməməsinin, ssudanın öz vaxtında geri qaytarılmasının təmin edilməsini müəyyən edir.

Qısa müddətli kreditin ümumi həcmi rüblük kredit planına əsasən müəyyən edilir. K-t müəssisələri üçün qısa müddətli kreditə təlabat, k-t məhsulları istehsalının həcminə əsasən xüsusi dövriyyə vəsaitlərinin ümumi normativi nəzərə alınmaqla müəyyən edilir.


4.Kredit müqaviləsi
Bankla müəssisə, birlik və təşkilatlar arasındakı kredit-hesablaşma münasibətləri kredit müqaviləsi vasitəsilə həyata keçirilir. Bi zaman ümumdövlət marağına, qarşılıqlı öhdəliklərə və xüsusi vəsaitlərdən və kreditlərdən səmərəli istifadəyə görə qarşılıqlı iqtisadi məsuliyyətə riayət edilir. Kredit müqaviləsi bağlanarkən qarşıdakı tərəfin istehsal fəaliyyətini, maliyyə fəaliyyətini, ödəmə qabiliyyətini və s. öyrənir.

Bankla müıssisə arasında kredit müqaviləsi istehsal şəraitindən irəli gələn müddətlərdə bağlanır.

Kredit müqaviləsində aşağıdakı hissələrdən ibarətdir:

1.müqavilənin predmeti;

2.kreditin və faizlərin hesablanması və qaytarılması qaydaları;

3.tərəflərin (borcalanların və borcverənlərin) hüquq və vəzifələri;

4.kreditin təminatı;

5.tərəflərin məsuliyyəri;

6.müqavilənin müddəti;

7.yekun müddəalar;

8.tərəflərin rekvizitləri və imzaları.

Kredit müqqaviləsinin bağlanması üzrə bankın öhdəliyi:



4.1. “Borcverən”:

4.1.1. müqavilədən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədilə tərəflər arasında girov (ipoteka) müqaviləsi bağlandıqdan, həmin müqavilə dövlət qeydiyyatına alındıqdan və ipoteka predmeti baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişini almaq hüququ “Borcverən”ə (fayda götürən) məxsus olmaq şərtilə tam və ya qismən sığorta olunduqdan sonra Əlavə Kredit Müqavilələri ilə nəzərdə tutulmuş qaydada və müddətlərdə krediti “Borcalan”a verir;

4.1.2. “Borcalan” tərəfindən kreditdən məqsədli təyinatına uyğun istifadə edilməsinə nəzarəti həyata keçirir və bunu “Borcalan”dan tələb edir;

4.1.3. öhdəliyin vaxtında və lazımi qaydada icra edilməsinə və ya pozulmasına görə bu müqavilədə nəzərdə tutulmüş dəbbə pulunun (cərimənin, peniyanın ) ödənilməsini və öhdəliyin icrasını “Borcalan”dan tələb edir;

4.1.4. kreditdən istifadəyə görə faizlərin hesablanmasının və tutulmasının düzgünluyünə riayət edir;

4.1.5. kreditin və kredit üzrə hesablanmış faizlərin uçotunu aparır;

4.1.6. “Borcalan”ın tələbi ilə bu müqavilə üzrə öhdəliyin tam və ya qismən icrası barədə ona müvafiq sənəd təqdim edir;

4.1.7. “Borcalan”ın bank hesablarından kredit və ona hesablanmış faiz borcunu, eləcə də, ödənilməsi gecikdirilmiş kredit və kreditdən istifadəyə görə faiz borcunu, həmçinin dəbbə pulunu (cərimənin, peniyanı) akseptsiz qaydada silə bilər;

4.1.8. “Borcalan”ın razılığı olmadan bu müqavilədən irəli gələn tələb hüququnu istənilən vaxt üçüncü şəxslərə güzəşt edə bilər.

4.1.9. Borc alan bu Müqavilənin və ya müvafiq Əlavə Kredit Müqaviləsinin şərtlərini pozduqda, Borc verən tərəfindən tələb edilən sənədləri təqdim etmədikdə, Borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə və bunun nəticəsində kreditin qaytarılması təhlükəyə məruz qala bildikdə, bu Müqavilə ilə nəzərdə tutulan kreditin bütövlüklə və ya qismən Borc alana verilməsindən imtina etmək;

4.1.10. Xüsusi hallarda kredit məbləğini və ona hesablanmış faizləri vaxtından əvvəl tələb etmək və girov qoyulmuş əmlaka ödəniş yönəltmək.

4.2. “Borcalan”:

4.2.1. Kreditdən müvafiq Əlavə Kredit Müqaviləsində göstərilən məqsədli təyinatına uyğun istifadə etmək şərti ilə qəbul edir, kreditdən hər hansı qeyri-qanuni məqsəd, o cümlədən çirkli pulların yuyulması (qeyri-qanuni yolla əldə edilmiş gəlirin leqallaşdırılması) və terrorizmin maliyyələşdirilməsi üçün istifadə etməyəcəyinə təminat verir və buna görə məsuliyyət daşıyır;

4.2.2. krediti və ondan istifadəyə görə faizləri tərəflər arasında yazılı razılaşdırılmış müəyyən olunmuş müddətlərdə “Borcverən”ə qaytarır;

4.2.3. kreditin verildiyi tarixdən 5 (beş) təqvim müddətində kreditin öz təyinatına uyğun istifadə edilməsini təsdiq edən müvafiq sənədi “Borcverən”ə təqdim etməlidir;

4.2.4. özündən asılı olmayan səbəblərə görə kreditdən onun verildiyi tarixdən 3 (üç) təqvim günü müddətində məqsədli təyinatına uyğun istifadə edə bilmədikdə, dərhal bu barədə “Borcverən”i xəbərdar etməli və aldığı krediti ona qaytarmalıdır;

4.2.5. özünün fəaliyyəti, iqtisadi-maliyyə imkanları və bu Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icrasına təsir edə biləcək digər faktlar (dövlət büdcəsinə, digər hüquqi və fiziki şəxslərə olan borclar, kreditorlar qarşısında icra edilməmiş mülki-hüquqi öhdəliklər və sair) haqqında verdiyi məlumatların və təqvim etdiyi sənədlərin düzgünlüyünü təsdiq edir və buna görə məsuliyyət daşıyır.

4.2.6. öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsinə və ya pozulmasına görə müqavilədə nəzərdə tutulmuş dəbbə pulunu ( cəriməni, peniyanı) “Borcverən”ə ödənilməsini təmin edir;

4.2.7. kredit və ona hesablanmış faiz borcunu, eləcə də,ödənilməsi gecikdirikmiş kredit və kreditdən istifadəyə görə faiz borcunu, həmçinin dəbbə pulunu (cəriməni, peniyanı) özünün hesabından akseptsiz qaydada silmək hüququnu “Borcverən”ə verir;

4.2.8. kreditin alınması üçün “Borcverən”ə təqdim etdiyi sənədlərdə hər hansı bir dəyişiklik baş verdikdə həmin dəyişikliyin baş verməsindən sonrakı 3 (üç) iş günü ərzində bu barədə “Borcverən”i yazılı surətdə xəbərdar etməlidir;

4.2.9. bu müqavilə üzrə öhdəliyini tam və ya qismən icra etdikdə bu barədə “Borcverən”dən müvafiq sənədin ona verilməsini tələb edə bilər.

4.2.10.Ipoteka qoyulmuş əmlakı onun tam dəyərində və Kredit müqaviləsinin qüvvədə olduğu bütün müddətə (tam və ya hissə-hissə) öz vəsaiti hesabına məhv olma və zədələnmə riskindən Ipoteka saxlayanın (Borc verən) xeyrinə sığortalamaqla sığorta şəhadətnaməsini və sığorta haqqının ödənilməsini təsdiq edən sənədin surətini Borc verənə təqdim etməlidir.




Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin