Fənni üzrə TƏDRİs proqrami bakı-2018 proqram baki döVLƏt universitetiNİn pedaqogika kafedrasinda hazirlanmişdir



Yüklə 88,5 Kb.
səhifə1/2
tarix02.01.2022
ölçüsü88,5 Kb.
#36742
  1   2
Korreksion pedaqogika-proqram


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNIVERSİTETİ



5805.01 – KORREKSİYA PEDAQOGİKASI
Korreksion pedaqogika”

fənni üzrə
TƏDRİS PROQRAMI

Bakı-2018

PROQRAM BAKI DÖVLƏT UNİVERSİTETİNİN PEDAQOGİKA KAFEDRASINDA HAZIRLANMIŞDIR.

TƏRTİB EDƏNLƏR: prof. L.N.Qasımova, dos. M.Ş.Məlikov

dos. E.Ə.Mollayeva

ELMİ REDAKTORU: prof. Hikmət Əlizadə

Pedaqoji elmlər doktoru
RƏYÇİLƏR: prof. M.İsmixanov, dos. N.İmamverdiyeva

dos. M.Quliyeva

BAKI – 2018

İzahat vərəqi
“Korreksion pedaqogika” fənninin məqsədi – tələbələrdə mütəxəssisin peşə keyfiyyətləri formalaşdırmaq, onlara xüsusi pedaqogikanın ayrı-ayrı sahələri haqqında müəyyən biliklər aşılamaq, müəyyən psixofizioloji qüsurların nizamlanması istiqamətində praktik bacarıqlar yaratmaqdır.

Korreksion pedaqogika kursu ilə tanışlıq tələbələri müasir korreksion pedaqogikanın nailiyyətləri ilə tanış edir, müəyyən psixo-fizioloji qüsurları olan şəxslərə müəyyən şəraitlərdə pedaqoji və psixoloji köməklik göstərir. Korreksion pedaqogika fənni “Klinik psixologiya”, “Xüsusi pedaqogika və psixologiya”, “Fiziologiya” və s. kimi fənlərin məzmunu ilə bağlıdır. Pedaqoji-psixoloji .köməyin texnologiyalarının və istiqamətlərinin öyrənilməsi pedaqoq və psixoloqların akademik hazırlığının ayrılmaz hissəsidir.

Fənnaşagıda sadalanan vəzifələri yerinə yetirir:korreksionpedaqogikanın bir inteqrativ elm kimi yaranması tarixi;defektologiyanın əsas nəzəri hissələrlə və anlayışları tanış etmək;dezontoqenez inkişaf zamanı ortaya çıxan qüsurlar haqqında məlumat vermək;uşaqlara (anormal) köməyin forma və növləri və xüsusi təhsilin innovasiyaları ilə tanış etmək;xüsusi və inklüziv təhsil müəssisələrinin təhsil prosesinin proqram metodik təmini;qüsurlu uşaqlarla tərbiyə alan ailələrin xüsusiyyətləri və onların izlənməsi formaları haqqında biliklər vermək.Fənn II kursda IV semestrdə öyrənilir.

“Korreksion pedaqogika” kursu tələbələrin pedaqoji təcrübəyə nəzəri cəhətdən hazırlığını təmin edir, onlarda bu peşəyə dair pedaqoji bacarıq və vərdişlər formalaşdırır.

"“ Korreksion pedaqogika” " fənnini dinləyən tələbələr bilməlidirlər:

~ Defektologiyanın ümumi məsələlərini;

~ Əqli gerilikli uşaqların inkişaf və tərbiyəsini;

~ Pilli uşaqların tərbiyəsinin mahiyyətini və tərkib hissələrini;

~ Ayrı-ayrı yaş dövrləri üzrə eşitmə engəli olan uşaqlarla effektiv ünsiyyətin qurulması yollarını;

~ Görmə əngəli olan uşaqların formalaşması problemlərini;

~ USİ –i olan uşaqların təlim fəaliyyətinin psixoloji-pedaqoji mahiyyəti;

~ Mürəkkəb qüsurları olan uşaqlarla təlimin təşkili formalarını;

~ Uşaqların məktəb təliminə hazırlığının məzmun və metodlarını;

~ Erkən uşaq autizmi olan uşaqların uşaqların tərbiyəsində valideynlərin dəstəklənməsi üçün strategiyalar və ünsiyyətin qurulmasını;


Bacarmalıdırlar:

~ Anomal uşaqların yaş xüsusiyyətini nəzərə almağı;

~ Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil müəssisələrində uşaq həyatını proqram tələblərinə uyğun həyata keçirməyi;

~ Çatışmazlıqları olan uşaqların təlim tərbiyəsinin müxtəlif istiqamətlə problemlərini həll edə bilməyi;

~ Təlim tərbiyə işinin normal təşkili üçün zəruri şəraiti yaratmağı;

~ Əngəlli uşaqlarla məntiqi oyunları təşkil etməyi;

~ Anamaliyalı uşaqların təlim-tərbiyəsində valideynlərlə davranmağı.


Yüklə 88,5 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin