Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya



Yüklə 116,06 Kb.
səhifə5/58
tarix01.01.2022
ölçüsü116,06 Kb.
#50721
1   2   3   4   5   6   7   8   9   ...   58
KOMMUNİKASİYA (1)
Dnestryanı münaqişə, M-vzu-95 (1)
6. Yunan natiqlik məktəbi

Ümumiyyətlə, yunan natiqlik məktəbinin bir çox nümayəndələrindən Antifont, Andokit, Lisi, İsey, İsokrat, Demosfen, Hiperid, Likurq, Esxin, Dinarx və başqalarının əsərləri böyük maraq doğurur. Yunan natiqlik məktəbinin nümayəndələri haqqında dolğun məlumat verən dilşünas Kamil Əliyev onların həyat və yaradıcılığını geniş işıqlandırmağa nail olmuşdur. Adları qeyd olunan nümayəndələrlə yanaşı Aristotelin natiqlik sənətinin nəzəri əsaslarını elmi surətdə əlaqələndirən məşhur «Ritorika» əsəri böyük maraq doğurur.

Tisi və Koraksı «Ritorika» nın ilk müəllifləri olmuşlar. Afinaya isə «Ritorika» nı Koraksıdan dərs almış Qorki gətirmişdir. Daha sonralar «Ritorika» yazmaq, onu dərslik kimi istifadə etmək geniş vüsət almışdır. İstər Yunanıstanda, istərsə də Romada yazılan «Ritorika» lar içərisində Aristotelin, Siseronun, Kvintillianın əsərləri daha çox şöhrət qazanmışdır.

Hələ müəllimi Platon sağ olarkən natiqlik sənətindən dərs deyən Aristotel şagirdlərə mühazirənin mətnlərini köçürməyi tövsiyə edirdi. Platon öləndən sonra Aristotel Afinanı tərk edir. Bir müddət Filippin oğlu Aleksandra dərs deyir. Müəlliminin mühazirələrilə yanaşı, öz nəzəri biliyini də mühazirəyə əlavə edir. Az vaxtda Aristotel yenidən Afinaya qayıdır və oxuduğu mühazirələrin mətnlərini bir yerə toplayıb onları təkmilləşdirir. Natiqlik sənətinə yeni bir «Ritorika» qədəm qoyur. Aristotelin yazdığı «Ritorika» digərlərindən onunla fərqlənirdi ki, bu əsərdə ilk dəfə olaraq dil, üslub, nitq haqqında yeni və orijinal fikirlər söylənilirdi. Burada



  • nitqin tərtibi,

  • natiq üçün lazım olan şəxsi keyfiyyətlər,

  • nitq texnikası, tətbiq olunan vasitələr və s. kitabın əsas məziyyətlərindən biri idi.

Kitab üç hissədən ibarətdir. Birinci hissə dildən, ikinci hissə üslubdan, üçüncü hissə nitqdən bəhs edir. Burada üsluba daha çox fikir verən müəllif üslubu nitqin predmetinə uyğun qurmağı tövsiyə edirdi. Üslubun isə əsas xüsusiyyəti onun aydın olması ilə bağlıdır.

Müəllif aydınlığı, təbii və səlis danışmağı, inandırmanı nitq üçün əsas amil hesab edirdi. Aristotel natiqlik sənətinin beş əsas prinsipini xüsusi olaraq qeyd edirdi:



  • Materialın toplanması və hazırlanması;

  • Plan tutulması, materialın məzmun və formaya uyğun tərtib edilməsi. Sübut və faktlardan düzgün istifadə olunması;

  • Materialın yadda saxlanması və ardıcıllığın gözlənilməsi;

  • Nitqdə şifahi şərhin, üslubi çalarlığın gözlənilməsi;

  • Nitqdə intonasiyadan, orfoepiyadan, səs tembrindən düzgün istifadə olunması.

Tarixin amansızlığına düçar olan Yunanıstan öz siyasi azadlığını itirməklə bərabər, natiqlik sənətini də yavaş-yavaş itirməyə başlayır. Beləliklə, Avropanın başqa bir ölkəsi estafeti ələ alıb, natiqlik sənətini uğurla davam etdirir. Qədim və ulu dünyanın başqa bir ölkəsi, Roma bu ağırlığı öz çiyinləri üzərinə alır.

Yüklə 116,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə