Fərdi iş mövzusu : Sait səslərin təsnifi



Yüklə 34,73 Kb.
tarix14.10.2022
ölçüsü34,73 Kb.
#65152
növüYazı
dilçilik


Tarıverdiyeva Aynur 103b
Fərdi iş mövzusu : Sait səslərin təsnifi






Nitq prosesində tələffüz edilən bütün səsləri yazıda işarə etmək, müstəqil səs kimi qəbul etmək
qeyri-mümkündür. Dildə yalnız ictimai məna daşıyan danışıq səslər ( fonemlər ) haqqında ictimai səs kimi danışmaq olar. Danışıq səsləri 2 qrupa bölünür:



  1. Sait səslər (vokalizm -*latın mənşəli sözdür) – tələffüz zamanı ağız boşluğunda heç bir maneəyə rast gəlmirlər.

  2. Samit səslər (konsonantizm -*latın mənşəli sözdür) – tələffüz zamanı ağız boşluğunda müəyyən maneələrlə qarşılaşırlar.

Sait səslərin təsnifi
Sait səslər müxtəlif cəhətlərinə görə təsnif edilir. Bunlar aşağıdakılardır:

  • Dilin üfüqi vəziyyətinə görə. Bu vəziyyətə görə sait səslər 3 qrupa ayrılır:

  1. Dilönü ( incə ) sait səslər – [ə],[i], [e], [ü]

  2. Dilortası sait səs – [e]

  3. Dilarxası ( qalın ) sait səslər – [a], [ı], [o], [u]



  • Dilin şaquli vəziyyətinə görə. Burada dilin və alt çənənin vəziyyəti əsas rol oynayır. Bu vəziyyətə görə sait səslər 2 qrupa ayrılır:

  1. Açıq sait səslər – [ö], [o], [a], [ə]  bunları tələffüz edərkən alt çənə aşağı düşür, dilin ön hissəsi alt dişlərə birləşmiş olur. Həmçinin bunlara geniş saitlər də deyilir.

  2. Qapalı sait səslər – [ı], [i], [u], [ü]  bunları tələffüz edərkən alt çənə aşağı düşmür,dil isə yuxarı qalxır. Bunlara dar saitlər də deyilir. *Məsləhət – qapalı saitləri asan yadda saxlamaq üçün 4 cür yazılan şəkilçiləri bilmək səmərəlidir. (məsələn: çı, çi, çu, çü)

QEYD: Məxrəci tam açıq və ya tam qapalı sait səslərə uyğun gəlmədiyindən [e] yarımaçıq və ya yarımqapalı hesab edilir.

  • Dodaqların vəziyyətinə görə. Dodaqların iştirakına görə sait səslər 2 qrupa ayrılır:

  1. Dodaqlanan sait səslər ( dodaq) – [o], [u], [ö], [ü]  bu sait səslərin formalaşmasında dodaqlar bilavasitə iştirak edir.

  2. Dodaqlanmayan sait səslər –[a],[ə], [ı], [i], [e]  bu sait səslərin formalaşmasında dodaqlar iştirak etmir

  • Məxrəc sabitliyinə görə. Bu zaman danışıq üzvlərinin qurulması çox ani baş verir. Onlar dərhal vəziyyətini dəyişir. Bu səbəbdən də məxrəc (başqa səs) alınır. Dildə məxrəci eyni olan iki səs tapmaq qeyri-mümkün məsələdir. Məxrəc sabitliyinə görə saitlər 2 qrupa ayrılır:

  1. Təkavazlı sait səslər

  2. Cütavazlı sait səslər  Azərbaycan dilində cütavazlı səs (diftonq) yoxdur, lakin bəzi fonetik hadisələr zamanı xalq danışıq dilində diftonqlaşma baş verə bilər. Məsələn: qovurma [qourma], sovurma [sourma] və s.

QEYD – diftonqlar iki sait səsin bir məxrəcdə tələffüz edilməsindən yaranır. Məsələn İngilis dilində Friday – [frdı]; boy [b] və s.

  • Kəmiyyətə görə. Bu bölgüyə görə sait səslər 3 qrupa ayrılır:

  1. Adi sait səslər  Bunlar əsasən dilimizə xas olan saitlərdir

  2. Uzun sait səslər  Dilimizdə bunlara daha çox Ərəb-fars mənşəli alınma sözlərdə təsadüf edilir. Məsələn: Sabir [sa:bir], Arif [a:rif] və s. Hətta səs uzanması bizim dildə sözün mənasını dəyişə də bilir – [dava] (dərman mənasında) – [da:va] (münaqişə mənasında); [nərə] (balıq növü) – [nə:rə] (Koroğlunun nərəsi)

  3. Qısa sait səslər  Bu səslərin yaranmasına isə əsasən sait düşümü səbəb olur. Məsələn: [burun]-[burnun], [alın]-[alnın], [ağız]-[ağzın] və s.

  • Gərginliyə görə. Yuxarı danışıq üzvlərinin gərginliyinə görə sait səslər 2 yerə ayrılır:

  1. Gərgin sait səslər  Azərbaycan dilində gərgin səslərə təsadüf olunmur.

  2. Qeyri-gərgin sait səslər

Yüklə 34,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin