Fərid Hüseyn 300-dən sonrakı azərbaycanlılar



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə1/9
tarix13.06.2017
ölçüsü1,02 Mb.
  1   2   3   4   5   6   7   8   9

 
 
 
 
Fərid Hüseyn 
 
 
 
300-dən sonrakı 
azərbaycanlılar
 
 
 
(esselər və şeirlər)
 
 
 

www.kitabxana.net – Milli Virtual Kitabxananın təqdimatında
 
 
Fərid Hüseyn     
 
300-dən sonrakı azərbaycanlılar
 
 
 
 
 
 
 

 
 
 

www.kitabxana.net – Milli Virtual Kitabxananın təqdimatında
 
 
Fərid Hüseyn     
 
300-dən sonrakı azərbaycanlılar
 
 
 
 
 
 
 

www.kitabxana.net  
Milli Virtual Kitabxananın təqdimatında
 
 
 
Fərid Hüseyn 
 
300-dən sonrakı azərbaycanlılar 
 
 
(esselər və şeirlər) 
 
 
 
YYSQ - Milli Virtual Kitabxananın 
e-nəşri N 11 (2012) 
 
Virtual Redaktoru  və e-nəşrə hazırlayanı: 
 
Aydın Xan (Əbilov) - yazar-kulturoloq 
 
YYSQ - Milli Virtual Kitabxana 
 
Bakı – 2012 
 
 
 
 

www.kitabxana.net – Milli Virtual Kitabxananın təqdimatında
 
 
Fərid Hüseyn     
 
300-dən sonrakı azərbaycanlılar
 
 
 
 
 
 
 

 
 
“300-dən  sonrakı  azərbaycanlılar”  kitabını  yazmaq  Kamal 
Abdullanın  “300  azərbaycanlı”  esselər  kitabını  oxuyandan  sonra 
ağlıma  gəldi.  Bəzən  insan  elə  kitabla  qarşılaşır  ki,  oxuya-oxuya 
kədərlənir.  Səbəb  bu  qədər  sadədir:  səhifələrin  sona  çatmasını 
istəmirsən.  Belə  kitablardan    biri  də  “300  azərbaycanlı”  idi. 
Ürəyimə  bir  istək  doldu:  bu  kitabın  “ardını”  yazmaq.  Yalnız  bu 
yolla “300-azərbaycanlı” kitabı sona çatmaya bilərdi... 
 Kitabı ancaq esselər kitabı kimi nəzərdə tutmuşdum. Dostlarımın 
və istəkli həmkarlarımın, bəzi müəllimlərimin təkidi və xahişi ilə 
şeirlərimi də əlavə etdim.  
Hazırda  ölkəmizdə  hər  gün  kitablar  çap  olunur,  təqdimatlar 
keçirilir. Bir müddət sonra bütün “ədəbi tüstülər” ədəbi mühitdən 
sovrulub  gedir.  Mən  də  daxil  olmaqla  demək  olar  ki,  bütün 
yazarlar sadəcə öz içimizdə vurnuxuruq. Dünyanın qapıları bizim 
üzümüzə “taybatay bağlıdır”. Bu kitabı çap etdirməyimin səbəbi 
isə  sadəcə  bir  pünhan  istəkdən  irəli  gəlir.  Hamının  hər  şeyə 
biganələşdiyi  bir  dövrdə  kitabı  oxuculara  təqdim  edərkən  Don 
Migel  Unamunonun  fikrini  xatırlamaya  bilmirəm:  “Bu  gün  mən 
növbəti kitabımı insan laqeydliyinin ixtiyarına buraxıram”. 
 Nəysə, kitaba xoş gəlmisiniz... 
 
 
Bu kitabı müəllimlərimə ithaf edirəm... 
 
 
 
 
 
 
 
 
 

www.kitabxana.net – Milli Virtual Kitabxananın təqdimatında
 
 
Fərid Hüseyn     
 
300-dən sonrakı azərbaycanlılar
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 
Esselər 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

www.kitabxana.net – Milli Virtual Kitabxananın təqdimatında
 
 
Fərid Hüseyn     
 
300-dən sonrakı azərbaycanlılar
 
 
 
 
 
 
 

301. QADINLAR VƏ KİŞİLƏR 
 
Kişi doyduğuna görə qadınından, 
qadınsa doymadığına görə kişisindən bezir. 
YILMAZ ERDOĞAN 
 
 

 
Qadın və kişi ayrılarkən uşaq ortada qalsa, kişi düşünəcək: – 
“Anasından  artıq  olmayacaq  ki,  cəhənnəm  olsun!”.  Qadınsa  öz 
ürəyində:  –  “O  əclafdan  ötrü  niyə  balamı  atmalıyam?!”  Və 
qayıdıb 
uşağını 
götürəcək. 
Uşaq 
Şərq 
qadınınının 
“iradəsizliyidir”.  
 
II 
 
Qız  gələcəyini  üzünə  açılan  sabahlarda  yox,  arzuladığı 
analığında görür.  Oğlan o zaman qıza tam sahib olur ki, “səninlə 
evlənəcəm,  uşaqlarımız  olacaq”  deyir.  Qarşıdakı  günləri  analıq 
hissi  kimi  dərk  etmək  bəlkə  də  “sığortalı  gələcək”  vəd  edir. 
Halbuki gələcək – illərdədi, zamandadı. Gələcək analıq hissi kimi 
qavrananda  “idrakı  süqut”a  aparıb  çıxarır.  Gələcək  analıq 
duyğusunun fövqündə olduğuna görə, qızlar analıq hissinə qapılıb 
öz  gələcəklərini  bu  hissə  qurban  verərək  aldanırlar.  Şərq 
qadınının əsas arzusu uşaqdır. Şərq qadınının əri ölübsə, uşaqları 
varsa  o  xoşbəxt  sayılır.  Qadın  ərini  uşaqlara  görə  sevməyib, 
amma uşaqlara görə ərindən imtina edər. 
  
III 
 
 Şərqdə  qadın  alveri  iki  səbəbdən  çoxalır.  1.  Şərq  kişisi 
qapalı çevrədəki qadınların qeydinə qalır, daha “kəndin namusu”, 
“məhəllənin qeyrəti”, “şəhərimizin adı” psixologiyası yekunlaşıb. 

www.kitabxana.net – Milli Virtual Kitabxananın təqdimatında
 
 
Fərid Hüseyn     
 
300-dən sonrakı azərbaycanlılar
 
 
 
 
 
 
 

2. Analıq hissinə aldanan qadınlar fahişə kimi cəmiyyətdə az-çox 
qəbul  olunurlar.  Şərqdə  fahişəliyi  qadınlara  uşağa  görə 
bağışlayırlar.  Qadın  öz  övladına  görə  o  yoldadırsa,  vicdan 
məcburi  olaraq  ikinci  plana  keçirilir.  Çünki  uşaq  birinci 
plandadır.  
 
IV 
 
 Dostoyevskinin  “Ölülər  evində  xatirələr”  əsərində  belə  bir 
yer  var:  “Bir  gecə  məhkumlardan  birini  qapıya  çağırmışdılar. 
Həbsə düşməmişdən əvvəl hal-əhvalı öz yerində bir Sibir kəndlisi 
olan  bu  adam,  altı  ay  əvvəl  əvvəlki  arvadının  təzədən  evləndiyi 
xəbərini  almışdı,  dərd-qəm  içindəydi.  O  gecə  qadın  həbsxanaya 
gəlmiş, görüş  istəyib, ona sədəqə vermişdi. Bir neçə dəqiqə ikisi 
də göz yaşları içində danışmış, sonra bir daha görüşməmək üzrə 
ayrılmışdılar”.  Bəzi  qadınlar  ərlərinin  həbsdən  gəlməyini  ona 
görə gözləyə bilmirlər ki, qadın üçün gələcək üç-beş il deməkdir. 
Qadın gələcəyi o vaxt seçir ki, o indiki zamana əmindir. Qadının 
bugünkü  halı  pisdirsə  o,  gələcəyə  inanmayacaq.  Amma  kişinin 
indisi pis olanda belə gələcəyə inana bilir. Statistikaya görə 6-7 il 
həbs  cəzası  almış  qadının ürəyi,  15-20  il  cəza  çəkən  kişidən  tez 
partlayır. Çünki qadın üçün bu gün gələcəyə təməl olmalıdır. Kişi 
üçünsə  hər  gələcəyin  öz  təməli  var.  “Ölülər  evində  xatirələr” 
əsərində kişilərin ümidi ilə bağlı maraqlı bir məqam: “Məhkumlar 
çox xəyalpərəst insanlardır. İyirmi il həbs edilmiş kişilərin mənə 
son  dərəcə  sakit  şəkildə,  “Vaxtım  qurtarıb  çölə  çıxanda...” 
dediklərini söyləsəm, inanarsınızmı?”  
 

 
 Kişi  sevgisinin  sonuncu  mənzili  yataqdır.  Bu  sevgisi  ya 
yataqdaca  bitir,  ya  da    ülvi  eşq  misalıdırsa  əvvəlki  halına  -  
ilkinliyinə  qayıdır,  kəsəsi,  yatağı  aşa  bilmir.  Bəzən  yaxşı  cinsi 
münasibəti  bəzi  kişilər  qadın  fədakarlığı  kimi  qiymətləndirirlər. 

www.kitabxana.net – Milli Virtual Kitabxananın təqdimatında
 
 
Fərid Hüseyn     
 
300-dən sonrakı azərbaycanlılar
 
 
 
 
 
 
 

Qadının  istəyi  isə  yataqdan  sonra  da  davam  edir.  Kişi  yataqdan 
qalxandan  sonra  süstləşir,  qadınsa  daha  gümrah  olur.  Kişi  5-7 
saniyəlik ləzzətlə “an”ı dəyərləndirir, bu qısa zaman  kəsiyindəki 
“an  ləzzəti”nə  görə  sonra  özünə  nifrət  edir.  Qadındasa  həmin 
proses uzun müddətli olduğundan qadın yataqda anı deyil, zamanı 
dəyərləndirir.  Qadın  yataq  münasibətində  zamanın  içindən 
zamana çıxır, kişi isə bir andan, böyük bir zamana qovuşur. Kişi 
seksi daha fanidir. Ona görə də qadınlar ancaq yataqda kişilərdən 
ağıllı olurlar. 
 
302. ULE, ATANI EŞİDİRSƏN? 
 
Günlərin sinəsi  ağrıların, kədərlərin üzünə saatbasaat açılır. 
Günlərin bu qədər amansız olması onu yox, bizi utandırır... Uzun 
ayaqlarına ayları, illəri, fəsilləri geyinmiş zamansa elə hey axır... 
Zamanın nə mənbəyi var, nə də mənsəbi...  
Həyat  tək  ayağı  üstə  sıldırımın  kanarında  dayanmağa  nə 
qədər  də  çox  bənzəyir.  Sıldırımda  səni  aşağıdan  çağıranın  da 
güdazına  gedə  bilərsən,  arxadan  səsləyənin  də.  Yapışdığından 
yıxılanda,  insanlara  güvənin  itir.  Sonra  çarəsizlikdən  oturduğun 
budağı  da  sevə-sevə  kəsirsən.  Darıxma,  sənə  ad  da  tapılar:  – 
Molla Nəsrəddin... 
İllər  insanı  incidir  və  keçmişə  olan  sevgimi  buza  döndərir. 
Gündəlik  qayğılardan  dolayı  ətrafdakı  adamlara  diqqətim 
günbəgün  azalır.  Məsələn,  hər  dəfə  evimizə  gedəndə  atamı 
görmürəm.  Atasızlığa,  səhər  əl-üzümü  yumaq  qədər  vərdiş 
eləmişəm.  Anamın  həyatımdakı  rolu  artdıqca  məni  daha  çox  o 
düşündürür. Atamı unuda-unuda anamı sevdikcə, elə hiss edirəm 
ki,  elə  bil  bu  adda  birisi  olmayıb.  Hələ  nə  düşündüyümə  fikir 
verin: bəlkə mən də İsa peyğəmbər kimi Allahın oğluyam?! 
Başqasından danışaq. Məsələn, şair Qulu Ağsəsdən... 
Qulu  Ağsəsin  “Hər  yer  sənsən”  şeirlər  kitabındakı 
tərcümeyi-halı  belədir:  “1969-cu  ilin  20  aprel  günü  Ağsəs 
Cəfərqulu oğlunun əcəl elçisi kimi bu dünyaya təşrif buyurdum. 

www.kitabxana.net – Milli Virtual Kitabxananın təqdimatında
 
 
Fərid Hüseyn     
 
300-dən sonrakı azərbaycanlılar
 
 
 
 
 
 
 

Kişi  məni  ixtiyar  yaşında  dünyaya  gətirdiyinə  görə  hakimi-
mütləqin  qəzəbinə  tuş  gəldi  və  qara-qırmızı  vərəqəylə  oyundan 
uzaqlaşdırıldı,  odur  ki,  özümü  yaşamağa  deyil,  boşluğu 
doldurmağa  məhkum  olunmuşlardan  sayıram”...  Qulunun  ağrılı 
sözlərinə  nəzər  salanda,  insan  onun  eynəklərinin  altındakı 
uşaqlıqdan  marka  kimi  topladığı  kədərin  mənasını  daha  aydın 
dərk  edir. Bronjilet  bizi  ölümdən  yox,  güllədən  qoruyur...  Bəlkə 
ölüm  də,  ataları  dünyadan  qoruyub!  Deyirlər,  əvvəllər  dünya  bu 
qədər çirkli olmayıb, Qulu... 
Quludan da iki yaşlı Mətinə keçək... 
 Mərhum şair dostum Fərhad Metenin Mətin adında oğlu var. 
İki  yaşlı  uşağın    dediyi  ilk  söz  “dədə”dir.  Amma  bu  sözü  o, 
bacısına  deyir.  Sanki  ata  boşluğunu  doldurmağa  çalışır  Mətin... 
M.Şoloxovun  “İnsanın  taleyi”  hekayəsindəki  kimi  insan 
axtardığını  tapmayanda  həmdərdi  ilə  ovunmalı  olur.  Bəzən 
insanlar  şüşəsi  qırıq  pəncərəyə  əski  tıxamaqla  soyuqdan 
qorunurlar.  Həyatdakı boşluqlar, sınıqlar da bax beləcə daha çox 
nəzərə çarpır. Amma bəzən pəncərə şüşəsinin qırıqları ayağa yox, 
ürəyə batır. Boşluğu doldurmaq, həm də yoxluğu təkrarlamaqdı... 
...həyatdan filimə adlayaq. 
Məşhur  türk  rejissoru  Çağan  İrmağın  “Atam  və  oğlum” 
filmində  belə  bir  səhnə  var:  Sadiq  adlı  ata  xəstəxanada  son 
günlərini keçirəndə 6 yaşlı oğlu Dəniz onu bu vəziyyətdə görür. 
Xəstə  Sadiqin  atası  yaşlı  Hüseyn  kişi  oğlunun  yanına  gəlir  və 
təsəlli  üçün  deyir:  “Sən  demisən  ki,  “kaş,  Dəniz  məni  yataqda 
görməyəydi, həmişə belə xatırlayacaq”, bundan qorxma, övladlar 
atalarını həmişə xatırlamaq istədikləri kimi xatırlayarlar”. 
Sadiq  öləndən  sonra  Dənizi  inandırırlar  ki,  kitablardan 
oxuduğun supermen kimi atan da göyə uçub, nə vaxtsa qayıdacaq. 
Atasının  supermenə  çevrildiyinə  inanıb  taleyi  ilə  barışan  Dəniz, 
bir  gün  əlindəki  kiçik  oyuncaq  kamerası  ilə  çəkiliş  apararkən 
atasını görür. Xəyali olaraq söhbətləşirlər: 
– Ata, mən yenə xəyal görürəm? 
– Belə olmağı daha yaxşı deyil? 

www.kitabxana.net – Milli Virtual Kitabxananın təqdimatında
 
 
Fərid Hüseyn     
 
300-dən sonrakı azərbaycanlılar
 
 
 
 
 
 
 
10 
– Yaxşı, onda niyə sən supermen deyilsən? 
– Çünki sən artıq böyüyürsən, Dəniz. 
– İnsan böyüdükcə xəyalları kiçilir? 
Sadiq  oğlu  Dənizin  sualına  cavab  tapmır?  Dənizin  kilid 
sualına, Sadiqin cavabı açar ola bilmir. Susur... 
Məncə,  bütün  erkən  ölən  atalar,  oğulların  “niyə  tez  öldün, 
ata” sualına cavab verə bilməzlər. Bəlkə, atalar bu suallara cavab 
verə  bilməyəcəklərindən  çəkindiklərinə  görə,  az-az  girirlər 
oğulların yuxusuna? Bilmirəm... 
Haradansa  bir  səs  gəlir.  Eşidirəm.  Bu  səs  gələndə,  bütün 
səslər  ayağını  çəkir  dünyadan.    Yad  deyil,  amma  bir  qədər 
uzaqdan  gəlir.  Bu  Adam  Kukhofun  səsidir.  1942-ci  ildə 
müqavimət hərəkatının iştirakçısı kimi tutulub, bir il sonra faşist 
məhkəməsi  tərəfindən  ölüm  hökmünə  məhkum  edilən  bu  alman 
şairi  yenə  də  5  avqust  1943-cü  il  edam  olunmamışdan  az  əvvəl 
yazdığı “Oğlum Uleyə” şeirini oxuyur. 
 
Əziz oğlum, ey mənim həyatım, məhəbbətim, 
Düşünmə ki, mən səni qoyub gedirəm yetim. 
Bizim xalqımız, yox, yox, bütün insanlıq, yəqin. 
Bundan sonra sevimli atan olacaq sənin. 
 
Söz  Adam  Kukhofa  verilib.  Diqqətlə  qulaq  asın,  indi  o 
bütün erkən ölən ataların adından çıxış eləyir. 
... Ule, eşidirsənmi? 
Biz də eşidirik... 
 
303. HEMENQUEY NƏ İSTƏYİRDİ? 
Qılman İmanlıya 
  
E.Heminqueyin “Qoca və dəniz” povestində gündəlik yaşam 
mübarizəsindən  danışılır.  Qoca  balığı  tutur,  amma  günlərlə 
əziyyətdən  sonra  sahilə  salamat  gətirib  çıxar  bilmir.  Qoca 
nəhayətdə  görür  ki,  dənizdə  tufan  qoparan  nəhəng  balıq  sahilə 

www.kitabxana.net – Milli Virtual Kitabxananın təqdimatında
 
 
Fərid Hüseyn     
 
300-dən sonrakı azərbaycanlılar
 
 
 
 
 
 
 
11 
skelet  gəlib  çıxıb.  Nəticə:  Qocanın  əziyyəti  bada  gedib.  Bütün 
insanların əzab-əziyyəti nə vaxsa hədər gedir, insan götürdüyünü 
hardasa  yerə  qoymalı  olur.  Yerə  qoymağın  səbəbi  hərəkət  kimi 
yorulmaq,  ömür  kimi  qocalmaqdı.  Həmin  əsərdə  fərz  edək  ki, 
dəniz  bu  dünya,  sahilsə  axirətdir.  Bu  iki  dünya  Heminqueyin 
dünyası idi, həm də. Bu dünyadan axirət dünyasına nəsə aparmaq 
mümkünsüz olduğu  kimi, qoca da dənizdən sahilə heç nə çıxara 
bilmədi. Bəlkə Heminqueyi intihara aparan elə dünyadan heç nə 
apara  bilməyəcəyinin  qorxusu  idi?  Bəlkə,  həmin  qoca 
Heminqueyin  özü  idi?  Həmin  qoca  balığı  aparmaq  istəyirdi,  əli 
boş,  üzü  qara  getmək  istəmirdi.  Əgər  O  QOCA  –  Hemenquey, 
dəniz  bu  dünya,  sahil  axirət  idisə,  bəs  o  BALIQ  nə  idi? 
Hemenquey balığı nişan verərək dünyadan nə aparmaq istəyirdi? 
 
304. HƏVVA ALMAYA GÖRƏ QOVULMAYIB 
 
İnsanlar  təkcə  tamahkar  olduqlarına  görə  cənnətdən 
qovulmayıblar.  Çünki  Allah  bağışlayandır,  rəhimlidir.  O  belə 
xırda  şeylərə  görə  insanı  Cənnətdən  qovmazdı.  Allah  insanları 
cənnətdən  ona  görə  qovdu  ki,  insanlar  SÖZƏ  xəyanət  etdilər. 
Təsadüfi  deyildi  ki,  dünyadan  əvvəl  söz  yaranmışdı  və  Allah 
aləmi  insanlara  sözlə  açıqlamışdı.  Bütün  dini  kitablar  sözdən 
ibarətdi. O Adəmdən sonra da Sözə Xəyanət etmədi, dini kitabları 
yaratdı  adəmin  övladları  üçün.  Allahın  Adəm  və  Həvvaya 
tapşırığı SÖZ idi. Onlar almaya – qadağaya yox, Allahın SÖZünə, 
tapşırığına  xəyanət  etdilər.  Allahsa  sözə  xəyanət  edənləri 
bağışlamır.  
 
305. ÖZ HALAL QİYMƏTİNİ ALA BİLMƏYƏNLƏRƏ 
 
“O  olmasın  bu  olsun”  filmində  Məşədi  İbaddan  Həsənqulu 
500  manat,  qəzetçi  Rza  bəy  və  Qoçu  Əsgər  isə  müəyyən 
məbləğdə pul alırlar. Hamı haqqı olmayanı istəyir, hətta ziyalılar 

www.kitabxana.net – Milli Virtual Kitabxananın təqdimatında
 
 
Fərid Hüseyn     
 
300-dən sonrakı azərbaycanlılar
 
 
 
 
 
 
 
12 
da. Məşədi İbad da qorxaq və cahil olduğundan hər istəyənə pul 
verir. Amma bircə hambal öz haqqını – bircə abbasını istəyir: 

 
Məşədi hamıya pul verirsən, mənim də bir abbasımı ver, 
sovuşum gedim da. 
Bu  sözdən  sonra  Məşədi  İbad  hambalın  təpəsinə  bir  qapaz 
ilişdirir.  Bütün  bu  adamların,  hətta  dövrün  ziyalılarının, 
mirzələrinin belə içində yalnız hambalın tamahı yoxdur, o ancaq 
öz  haqını  istəyir,  əfsus  ki,  ala  bilmir.  Varlıların  qədim  xisləti 
burda  da  üzə  çıxır:  Məşədi  İbad  500  manatı  göz  qırpmadan 
Həsənquluya  öz  avamlığı  ucbatından  verir,  amma  hambalın  1 
abbasını verməyə can çəkir.  
 
306. TƏK TƏRƏFLİ DİALOQLAR 
 
Monoloq da dialoqdu, ürəklə dilin dialoqu. Monoloq içindəki 
çək-çevirin dialoqudu. Əgər ürəyimizdən də dilimizdəki kimi səs 
çıxsaydı,  onda  bizim  yalnız  dialoqumuz  olardı.  Monoloq  dildir, 
dialoq dillər.  
Susmaq  dialoqu  monoloqa  çevirməkdir,  ürəyi  dildən 
ayırmaqdır.  Bəs  dialoqu  monoloqa  çevirən  situasiyalar 
hansılardır?  6  müasir  türk  filmindəki  diloqların  monoloqa 
çevrilmə prosesinə aşağıdakı tezisləri açar edərək baxaq. 
1.
 
Sualsız  cümləyə  cavab  veriləndə.  Yəni  mütləqlik 
mövcuddursa. 
2.
 
Qoyulan sual ünsiyyətə və mentalitetə ziddirsə, ağılsızlıq 
kimi qavranılırsa. 
3.
 
Verilmiş suala hadisə örnək, arqument kimi  göstərilirsə. 
4.
 
Əyani sübut situasiyanı tamamlayırsa. 
5.
 
Situasiyanın  özü  sonluğu  doğursa,  yəni  situasiya 
sonluqdursa dialoq hökmən “ölməlidir”. 
6.
 
Qoyulan sual ritorikdirsə. 
İndi  yuxarıda  sadalanan  1,2,3,4,5,6  tezislərinə  aşağıdakı 
1,2,3,4,5,6 film situasiyalarını düzün... 
1.
 
“Mənim, Rozun Sonbaharı”  filmi 

www.kitabxana.net – Milli Virtual Kitabxananın təqdimatında
 
 
Fərid Hüseyn     
 
300-dən sonrakı azərbaycanlılar
 
 
 
 
 
 
 
13 
Əri türmədə olan bir qadın başqa bir kişiylə yaşayır. Ara-sıra 
görüşürlər. Yataqda belə bir söhbət baş tutur. 
- Narahat olma, mən sənə baxaram. Elə fikrin-zikrin o ağılsız 
ərindədir. 
Qadın cavab verir: 
Bura bax, bəlkə də artıq fahişəyəm, amma heç  vaxt vəfasız 
olmaram. 
Mütləqlik... Sözlər susur...  
2.
 
“Adını Sən Qoy” filmi 
Ilqaz  həyatdan    küskündü.  Xəstə  qardaşısa  onun  həyatını 
rəngləndirməyə  səy  göstərir,  əfsus  ki,  hədər  yerə.  Çünki  Ilqaz 
yaşamamağı yaşamağa qərarlıdı. Xəstə  qardaş dillənir: 
-  Hərdən  beynimdə  olanlar  o  qədər  ağrı  verir  ki,  öz-özümə 
deyirəm:  kəs  tulla  bu  başı,  amma  mən  bu  halımla  belə  həyatla 
əlaqədəyəm.  Məsələn,  bu  həftə  xəstəxanaya  təzə  bir  tibb  bacısı 
gəldi,  tatar  gözəli...  Hələlik  ona  yazıram.  Yaxşı,  bəs  sən 
neyləyirsən? Deyim neyləyirsən? Heç bir zibil qaynatmırsan, heç 
nə  eləmirsən?  Gizlənmisən  qabığının  içində,  yaşamaqdan 
qorxursan. 
Ilqaz dillənir: 

 
Neyləyəydim ki, sənin kimi edəydim? 
Qardaşı Ilqaza şillə vurur, Ilqazsa heç bir reaksiya vermir. 

 
Oğlum, sən yaşamırsan ki, intihar eləyəsən, axmaq. Bax, 
hətta dava da eləmirsən mənimlə, mən sənin həyatdakı 
yeganə  qohumun  deyiləmmi,  mənimlə  dava  eləməyib 
kimlə dava eləyəcəksən? 
Çünki  qohumla,  qardaşla  davaşmaq  ünsiyyətə,  mentalitetə 
ziddir. Ünsiyyət və mentalitetə zidd olan hallar müzakirə edilmir. 
3.
 
“Kədər” filmi 
Nəvə soruşur: 
–        Nənəmlə necə  tanış oldun? 
Baba cavab verir: 
–        Əsgərlikdən qayıdanda aşağı kəndin tarlasında gördüm 
Qumrunu.  Çox  bəyəndim.  Gedib  sən  kimin  qızısan  dedim.  O  da 

www.kitabxana.net – Milli Virtual Kitabxananın təqdimatında
 
 
Fərid Hüseyn     
 
300-dən sonrakı azərbaycanlılar
 
 
 
 
 
 
 
14 
Heydərin,  dedi.  Baxdım  ki,  ağıllı,  çalışqan,  Allahyana  desəm 
gözəldi.  Qanım  qaynadı.  Ona  dedim  ki,  əsgərliyimi  qurtardım, 
evlənəcəm. “Mənə nə aidiyyatı var?”, dedi. Mən də səni alacam, 
dedim. O “olmaz” dedi. Mən “olar” dedim. O “niyə olar?” dedi. 
Dedim  ki,  çünki  sən  “bəlanı  buldun”.  Güldü.  Güləndə  ürəyim 
dedim  ki,  bu  iş  oldu.  Bizimkiləri  istəməyə  göndərdim.  Getdilər 
istəməyə,  atası  da  Qumrunu  çox  istəyərmiş.  Arvadını  qızı  nə 
fikirləşir  deyə  göndərib.  O  da  (yəni  Qumru)  deyib:  Gedin  ona 
deyin ki, o da “bəlasını buldu”. Evləndik, bax, hamısı bu qədər. 
 Verilən suala hadisə yetkin bir cavabdır. 
4.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə