Ficus carica L. İstehsali zamani məhsulda toplana biLƏCƏk toksiNLƏRİn miqdarinin aşAĞi salinmasi



Yüklə 20,54 Kb.
səhifə1/2
tarix19.12.2022
ölçüsü20,54 Kb.
#76334
  1   2
tezis 2022


QURUDULMUŞ ƏNCİRİN (FİCUS CARİCA L.) İSTEHSALI ZAMANI MƏHSULDA TOPLANA BİLƏCƏK TOKSİNLƏRİN MİQDARININ AŞAĞI SALINMASI
Abdullayev Seyran Taqətoviç
Azərbaycan Dövlət Aqrar Universiteti
seyran.abdullayev@outlook.com.tr
Dövrümüzün aktual problemlərindən biri də qurudulmuş meyvələrin saxlanılması və daşınmasının təmin edilməsidir, bunun üçün də qurudulmuş meyvələrin fumiqasiya olunması vacib şərtlərdən biridir, beləliklə biz bu məhsulları zərərvericilərin təsirindən qoruya bilirik. 2015-2020-ci illər arasında ölkədə əncir (Ficus carica L.) istehsalı 30%-ə qədər artıb, 2020-ci ildə ölkə ərazisində 12,266 ton məhsul istehsal edilib. Əncir (Ficus carica L.) bitkisinin təzə halda saxlanılması və daşınması çətin olduğundan onun ticarəti əsasən qurudulmuş halda aparılır. Meyvələrin fumiqasiyası isə onlarda toksinlərin toplanmasına səbəb olur, bu toksinlərin miqdarının və növlərinin öyrənilməsi və insan sağlamlığına vurduğu zərərin minimuma endirilməsi isə günümüzün prioritet məsələlərindəndir.
Əncir (Ficus carica L.) yığılaraq təbii və ya süni üsullalarla quruqurudulduqdan sonra istehlaka təqdim edilir. Qurudulmuş əncirin tərkibində yüksək miqdarda karbohidrat (~48% fruktoza və qlükoza), həmçinin əvəzolunmaz amin turşuları, karotin, tiamin, riboflavin və müxtəlif minerallar var. Tərkibində yağ miqdarı az olduğuna görə dünyada ən çox tələb olunan quru meyvələr sırasındadır. [1] Türk Standartları İnstitutunun qurudulmuş əncir standartına [2] əsasən, quru əncir bütünlüyüni qorumuş, kənar dadlar və qoxular olmadan, yad cisimlərdən təmiz olmalıdır, kif əlaməti olmamalıdır, günəş yanığı və yarıqlar kimi deformasiyalar olmamalıdır, yetişdirilmədən məhsul yığımına qədər olan müddətdə onda diri və ya ölü həşərat və digər parazitlər olmamalıdır. Qurudulmuş əncirin yetişdirilməsi və işlənmə mərhələləri, eləcə də bu mərhələlərdə baş verə biləcək risk faktorları (Aflatoksinlə çirklənmə, siklopiazon turşusu (CPA) ilə çirklənmə, hidrogen peroksidin (H₂O₂) istifadəsi, metil bromid (CH3Br) məhdudiyyətləri) vardır və bunların nəzarətdə saxlanılması məhsulun ixaracı zamanı ortaya cıxa biləcək problemlərin minimuma endirilməsi üçün vacibdir. Xəstə, zədələnmiş, çürümüş meyvələr tozlanma zamanı istifadə edilməməlidir. Meyvələrdə meydana gələn Fusarium və Aspergillus göbələkləri ilə çirklənməməsi, fumonisin, aflatoksin kimi mikotoksinlərin dolayı yolla əmələ gəlməməsi üçün tozlayıcı meyvələrinin sağlam olması vacibdir.
Keçmişdə əncirin qurudulması zamanı hidrogen peroksid (H₂O₂) həm mikrooqanizmləri məhv etmək üçün, həm də ağardıcı kimi istifadə edilirdi. Təəssüflər olsun ki, bu gün qadağan olunmuş hidrogen peroksidin əncir emalı şirkətləri tərəfindən istifadəsi günümüzdə də rast gəlinir. Hidrogen peroksidin istifadəsi insan sağlamlığına risk yaratdığından istifadəsinin qarşısının alınması önəmlidir.
Quru əncirin istehsalında yaranan digər problem qısa müddətdə təsirli olan lisenziyalı fumiqasiya metodunun məhdud olmasıdır. Qurudulmuş əncirin istehsalında 2007-ci ildə Monreal Protokoluna [3] uyğun olaraq qadağan edilənədək fumiqasiya mərhələsində metilbromid (CH3Br) fumiqant kimi istifadə edilmişdir. Metilbromid atmosfer şəraitində 24 saatlıq tətbiq müddəti ilə qurudulmuş əncirin fumiqasiyasında əvəzolunmaz fumiqant olmuşdur, lakin onun ozon təbəqəsinə mənfi təsirləri və bitkilərdə brom qalıqlarının bəzi xəstəliklərə səbəb olduğu müəyyən edilərək qadağan edildikdən sonra metilbromidin alternativ üsulları üzərində intensiv tədqiqatlara başlanılmış və bu üsulların məqbul olduğu vurğulanmışdır. Bu gün bu alternativ üsulların aşkarlanmasına qədər bu fumiqantın istifadəsinin dayandırılması önəmli faktordur.
Ozon (O3) tətbiqi quru əncirdə dezinfeksiya və dolayı yolla ikincili mikotoksin miqdarının azaldılması və aflatoksinin qismən detoksifikasiyası üçün isitfadə oluna bilər. [4] Ozon, heç bir qalıq qoymadan sürətlə molekulyar oksigenə parçalandığı üçün məhsulda qalıq yaratmayacaqdır. Ədəbiyyatda qaz halında olan ozonun əncirdə aflatoksin tərkibinə təsirini araşdıran tədqiqatlar mövcuddur. Ozon qazı ilə təsir edilən saxlanclar qurudulmuş əncirdə arzuolunmaz aflatoksin əmələ gəlməsinin və zərərvericilərlə zədələnməsinin qarşısını almaq üçün də istifadə edilə bilər. Bununla da ozon qazının fumiqasiya dəyərinin genişliyini görə bilirik.
Fumiqasiya zamanı fosfindən (AlPH3) istifadə edilməsi qurudulmuş əncirdə rəng dəyişməsinə səbəb olur, buna görə də onun fumiqasiya zamanı istifadəsi məqsədə uyğun görülmür. Buna görə də magnezium (MgPH3) birləşməsindən istifadə daha yaxşı nəticələr verəcəyi diqqətə alınmalıdır. [5] Bu zaman istifadə olunacaq fumiqantın konsentrasiyası da artacaqdır, bununla da anbar zərərvericilərinin fumiqantlara qarşı rezistentliyinin yaranması ehtimalı da aşağı düşəcəkdir.
Son olaraq yuxarıda qeyd edilən məsələlərə bir daha diqqət yetirdiyimizdə görürük ki, gün keçdikcə fumiqasiya və dezinfeksiya üçün istifadə olunan fumiqantlardan bəzilərinin insan sağlamlığına və dünyanın ekoloji balansına mənfi təsirləri aşkarlanır. Bu problemlərlərə qarşılaşmaqdan qaçmaq üçün hər gün yeni və daha təhlükəsiz, həmçinin effektiv üsulların aşkarlanması üçün daima tədqiqat işləri aparılmalıdır. Bununla yanaşı tətbiq edilən fumiqantların daha selektiv təsirə malik olması, tətbiq olunan səthlərdə qalıq saxlamaması da diqqətdə saxlanılmalı mövzulardır.

Biologiya.



Yüklə 20,54 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin