FİKRƏt cahangirov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/16
tarix06.12.2016
ölçüsü2,8 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   16

 

 
96
2.1.6. İngilis və Azərbaycan dillərində tərkibində əminlik 
/  şübhə fel semantik cərgəsi və modal hərəkət felləri olan 
frazaların prosodik quruluşu.  
Tərkibində modal hərəkət olan frazaların prosodik 
quruluşunu tərkibində  əminlik/şübhə fel semantik cərgəsi 
olan frazaların prosodik quruluşu ilə müqayisə etmək 
məqsədəuyğun olardı.  
Tərkibində  əminlik fel semantik cərgəsi olan frazaların 
prosodik quruluşu üçün əminlik modal mənası olan leksik 
vahidlərdəki orta və ya geniş ton diapazonunun azalan 
hərəkəti səciyyəvidir. Bir qayda olaraq, ilk vurğulu heca 
əminlik bildirən leksik vahidlə üst-üstə düşür və  ən yüksək 
tonal səviyyədə  tələffüz edilir. O, həm də  əsas tonun 
yüksələn-azalan hərəkəti ilə 
tələffüz edilə bilər. 
Terminalqabağı hissənin qalan hecaları - orta və ya dar 
diapozon əsas tonun rəvan və ya azalan hərəkəti ilə tələffüz 
edilir. Terminal hissədə geniş diapozon əsas tonun orta və 
ya yüksək azalan hərəkəti müşahidə olunur. Bəzi hallarda 
mərkəzi hecada yüksələn-azalan ton hərəkəti mümkündür.  
Həmin frazalarda əminlik modal mənasının ifadə 
olunmasında  əsas funksional yükü danışanın fikrin 
məzmununa əmin olduğunu göstərən fel və söz birləşmələri 
daşıyır. Buna melodik zirvə ilə, geniş diapozon yüksək 
azalan tonla, güclü səslə nail olunur və prosodik fərqlənmə 
ilə xarakterizə edilir.  
am sure if he’ll wish to see me (S.Maugham, “The Moon 
and Sixpence”, p.84).  
You  know, I am not sure that your husband is quite 
responsible for his actions (S.Maugham, “The Moon and 
Sixpence”, p.37).  
Mən ingilis dilində səhvsiz yaza bilirəm. Mən səhərlər tez 
dura bilmirəm (dan.).  
Bu qrupun bəzi frazaları qeyri-əminliklə (inamsız) səslənə 
bilər, onların prosodik tərtibi üçün dar diapozonda alçaq 
yüksələn ton və səslənmə gücünün azalması səciyyəvidir.  
You are sure to fail if you do it that way [200, p.1201].  
Mən bu sözü ona deyə bilmərəm.  
Bu frazalarda danışanın fikrin məzmununa tam əmin 
olduğunu göstərən fel və söz birləşmələrinin tam 

 
97
mənasızlaşdırılması (desemantizasiyası) baş verir. 
Müxtəlif dil səviyyələri vasitələrinin müxtəlifyönümlü 
hərəkətləri buna misal ola bilər. Belə qarşılıqlı  əlaqədə 
prosodik vasitələr frazanın modal mənasının müəyyən 
olunmasında  əsas rol oynayır. Lakin belə halların sayı çox 
azdır.  
Tərkibində şübhə semantik cərgəli fel və söz birləşmələri 
olan frazalarda ilk vurğusuz hecalar əsas tonun yüksələn 
hərəkəti və ilk vurğulu hecada tonun rəvan hərəkəti ilə 
səciyyələnir. Terminalqabağı hissənin sonrakı hecalarında 
əsas tonun həm yüksələn, həm də azalan hərəkəti 
müşahidə olunur. Mərkəzi hecada əsas tonun orta azalan 
və azalan-yüksələn hərəkəti özünü göstərir. Fikir 
tələffüzünün orta tempi və orta səs gücü müşahidə olunur.  
We have no reason, to doubt her story [200, p.348]. 
Qeyd etdiyimiz kimi, modal hərəkət felləri  əminlik və 
şübhə modal mənaları arasında orta mövqedə dururlar.  
Bu qrupda “to think” feli ən çox işlənən sözdür və aparıcı 
yer tutur. Danışanın fikrin məzmununa münasibətindən asılı 
olaraq tərkibində bu fel olan frazalar müxtəlif prosodik 
quruluşa malik ola bilərlər.  
Danışanın ifadə olunan fikrə  əminliyini bildirən frazalar 
üçün - ilk vurğulu hecada orta diapozonda azalan tonun 
yüksək səviyyəsi səciyyəvidir. Terminalqabağı hissənin 
qalan hecalarında da həmçinin orta diapozonda tonun 
azalan hərəkəti müşahidə olunur. Mərkəzi heca üçün əsas 
tonun orta azalan və ya yüksələn-azalan hərəkəti 
xarakterikdir. Özü də azalma sürəti çox böyükdür. 
Frazaların tələffüz gücü yüksəkdir, temp ortadır.  
I  think that Mrs. Strickland was the most harmless of all 
the lion-hunters… (S.Maugham, “The Moon and Sixpence”, 
p.33).  
Düşünürəm ki, onun iradları yersizdir. Sonanın fikrincə, 
Bahar hər incə  mətləbi gözdən oxuyan bir qızdı 
(B.Bayramov). [14, s.279] 
Danışanın ifadə olunan fikrin məzmununa qeyri-əminliyini 
bildirən, tərkibində  “think” feli olan frazalar orta ton 
səviyyəsi, dar diapozon, yavaş  tələffüz tempi və  aşağı  səs 

 
98
gücü ilə  səciyyələnir. Mərkəzi hecada əsas tonun ümumi 
istiqamətində əhəmiyyətli fərqlər müşahidə olunmur.  
I think he ought to resign (Oxford Advanced Learner’s 
Dictionary, 1995, p.1241). 
Əsərdə, fikrimizcə, bəzi nöqsanlara, mübahisəli 
məsələlərə də yol verilmişdir [14, s.279].  
İntonasiya qrafiki təhlili - felin səslənmə müddətinin 
danışanın ifadə olunan fikrin məzmununa  əminliyindən 
bilavasitə asılılığını müəyyən etmişdir. Məsələn, danışanın 
əminliyi azaldıqca bu felin səslənmə müddəti artıq olur.  
Tərkibində  fancy, guess, suppose olan frazalar çox vaxt 
danışanın ifadə olunan fikrə qeyri-əminliyini göstərir. 
Tərkibində bu fellər olan frazaların 60%-də nazik diapozon 
tonunun yüksələn hərəkəti (mərkəzi hecada aşağı yüksəlmə 
sürəti ilə), aşağı səs gücü müşahidə olunur.  
Tərkibində qeyd olunan fellər olan frazalar terminal 
hissədə  əsəs tonun aşağı yüksələn və ya aşağı azalan 
hərəkəti ilə tələffüz oluna bilər.  
I  suppose now that the lack of cigarettes brought as a 
rule by her husband… (S.Maugham, “The Moon and 
Sixpence”, p.44).  
Tərkibində  believe, expect olan fellər üçün tələffüzün 
yüksək ton səviyyəsi, bütün frazanın və yekun hissənin 
geniş diapozonu, sürətli tələffüz tempi xarakterikdir.  
believe he is a stockbroker! (Somerset Maugham, “The 
Moon and Sixpence”, p.34).  
Modal hərəkət bildirən frazaların prosodik quruluşu 
sintaktik strukturun ara vahidinin müxtəlif mövqelərində eyni 
deyildir. Tərkibində modal hərəkət olan ifadələrin 
əksəriyyətində ara vahidindən sonra pauza qeyd olunur ki, 
bu da danışanın qeyri-əminliyini göstərir.  
İnterpozisiyada ara elementlər də pauzalarla fərqləndirilə 
bilər. Ara vahidlərin melodik tərtibi azalan və yüksələn ola 
bilər. Frazanın bu hissəsində azalan melodik tərtib 
danışanın ifadə olunan fikrə daha yüksək  əminliyi 
səviyyəsini göstərir.  
Danışanın  əminliklə söylədiyi ifadələrdə pozisiyadan 
sonrakı (mövqe arxası) hissədə ara elementləri az vurğulu 

 
99
olur və sürətli templə, qeyri-əminliklə söylənilən fikirlərdə 
isə - əsas tonun aşağı yüksələn hərəkəti ilə tələffüz edilir.  
 
2.1.7.  İngilis və Azərbaycan dillərində  tərkibində ara söz 
və söz birləşmələri olan frazaların prosodik quruluşu.  
Ara söz və söz birləşmələrinin  əsas rolu fikrin 
aktuallaşdırılması, temp və ritmin fərqləndirilməsi, eləcə  də 
kommunikativ  əhəmiyyətli hissələr arasında  əlaqənin təmin 
olunmasından ibarətdir.  
Ara elementlər arasında fikrin funksional perspektivinə 
əhəmiyyətli təsir göstərən bir sıra söz və söz birləşmələri 
vardır. Bu, onunla bağlıdır ki, onların leksik mənasının özü 
motivizasiya xassəli - yəni məlumatlılıq baxımından 
əhəmiyyətli hissələri qeyd etmək xüsusiyyətli olur ki, bu da 
prosodiyada əks olunur: ara element də, rema da azaldılmış 
templə  tələffüz olunur, ara elementin yekun hissəsində 
yüksək azalan ton olur.  
Ara elementlərdən istifadə edərkən danışan pauza edir.  
Yazılı nitqdə prosodik vasitə rolunu müəyyən mənada 
durğu işarələri yerinə yetirir.  
Tədqiqatlar göstərir ki, ingilis və Azərbaycan dillərində 
yazıda  əlavələr ya vergüllə  fərqləndirilir, ya da qrafik 
baxımdan qeyd olunmur. Yazılı  mətnlərin  şifahi formada 
verilməsi zamanı  əlavələri fərqləndirən vergüllər heç də 
həmişə pauza şəklində prosodik ifadə olunmur.  
Müasir ingilis dilində yazıda  əlavə olunan hissədəki 
məlumatın ikinci dərəcəli olmasını, onun əhəmiyyətsiz, az 
əhəmiyyətli olduğunu bildirmək üçün mötərizə ilə qeyd 
edirlər.  Şifahi nitqdə belə  əlavələr aşağı diapozonla, aşağı 
səs gücü ilə, oxucunun diqqətini cəlb etmək üçün xüsusi 
fərqləndirilməli olan əlavələr isə sürətli templə tələffüz edilir. 
Tire arasında verilən  əlavələr  şifahi nitqdə “ritorik” tonla 
tələffüz edilir.  
Azərbaycan dilində  əlavələr yazıda vergüllə  fərqləndirilir. 
Şifahi nitqdə bu əlavələr dar diapozonda, aşağı səs gücü ilə 
və zəiflədilmiş templə tələffüz edilir.  
Hər iki dildə  əlavələr, bir qayda olaraq, əsas mətndən 
prosodik cəhətdən fərqləndirilir.  

 
100
Əlavələr, bir qayda olaraq, bütün fikirlə müqayisədə 
dar diapozonda, aşağı  səslə  və  zəiflədilmiş templə  tələffüz 
edilərək ayrıca bir sintaqm təşkil edirlər.  
Belə prosodik vasitələr kompleksi fikrin, ifadənin 
tərkibində, deməli daha ümumi şəkildə  hər hansı bir modal 
mənanın olduğunu göstərir, lakin ümumilikdə bu prosodiya 
ara söz və söz birləşmələri ilə ifadə olunan modal mənaların 
verilməsinə  nəinki  şərait yaradır,  əksinə imkan vermir. 
Burada prosodiya yalnız ifadədə ara element olması faktının 
özünü göstərməklə qrammatik funksiya yerinə yetirir və 
beləliklə,  əlavənin modal mənasını ön plana çəkərək 
prosodiya həmin modal məna ifadə olunmasına 
münasibətdə neytral qalır. Həmin fikirlərdə prosodiya 
ifadənin müvafiq hissələrinin  əlavə olunma xassəsini 
göstərir, yəni sintaktik funksiya yerinə yetirir.  
Sintaktik prosodiya, beləliklə,  əlavənin  əsas leksik 
mənasının realizasiyasına şərait yaradır.  
Çox vaxt sintaktik prosodiya modal mənaların digər ifadə 
vasitələri ilə qarşılıqlı  əlaqəli olur. Prosodiya onu 
gücləndirərək, ya bu və ya digər dərəcədə  dəyişdirərək 
istənilən modal mənanın ifadə olunmasını təmin edir.  
Bu situasiyada prosodiya yardımçı rol oynayır, yaxud 
qətiyyətsizlik, təhkiyəyə müəllifin cəlb olunması  və s. kimi 
digər modal mənaların ifadə vasitəsi olur. Bu kateqoriya 
üzrə fikrin müxalifliyinə  tərkibində cümlə  mənalı ara 
elementlər olan fikirlərin, ifadələrin xüsusi prosodik 
quruluşundan istifadə edilməklə nail olunur.  
I think perhaps I should have made a show of the 
indignation I really feet… (S.Maugham, “The Moon and 
Sixpence”, p.63).  
Məsələ  sən deyən kimi deyil, bəlkə  mən deyən kimidir 
[11, s.245]. 
“Perhaps”, “bəlkə” ara sözlərinin leksik mənası ilə ifadə 
olunan cümlələrin mənası bu sözlərin prosodik 
fərqləndirilməsi ilə güclənmiş olur. Ara sözlər və söz 
birləşmələri fikirdə başlanğıc mövqedə dururlarsa azalan 
tonla tələffüz edilir və  əsas tərkibdən pauza ilə (yazıda 
vergüllə) ayrılırlar.  

 
101
Əminlik/qətiyyət modal mənaları hər iki dildə, bir qayda 
olaraq, orta diapozon, orta və ya yüksək ton səviyyəsi, 
azalan ton hərəkəti, orta və ya güclənmiş  səs, orta və ya 
sürətli tələffüz tempinin vəhdəti ilə ifadə olunur.  
Certainly, are you alone?” (S.Maugham, “The Moon and 
Sixpence”, p.56).  
Əlbəttə bədnəzər var oynamasın (Q.Zakir) [12, s.263]. 
Qeyri-əminlik və ya qətiyyətsizlik orta diapozon, orta və 
ya aşağı ton səviyyəsi, aşağı yüksələn və ya azalan-
yüksələn ton, aşağı salınmış  səs və  zəiflədilmiş temp 
kompleksi ilə ifadə olunur.  
But if the difference in tallies turned out to be a clerical 
error – as it might - the D.T.M. would roast him alive (Arthur 
Hailey, “Airport”, 257).  
Mən biləsi (mən bilən) dünyada şəxs gərək elə bir iş 
tutsun ki, onu bacarıb yerinə yetirməyə qabiliyyəti olsun 
(C.Məmmədquluzadə) [11, s.271]. 
Bu misallarda əlavələr üçün prosodik quruluşun yüksələn 
tonundan istifadə olunması müəllifin fikrə  qətiyyətsizlik 
vermək səyini göstərir.  
Beləliklə, kommunikativ-dinamik sintaksis baxımından ara 
elementləri hər iki dildə fikrin kommunikativ əhəmiyyətli 
hissələr ardıcıllığının müəyyən edilməsində, tema və 
remanın fərqləndirilməsində mühüm rol oynayır.  
Əlavəni fərqləndirmək, dinləyicinin diqqətini ona 
yönəltmək üçün danışan 
şifahi nitqdə tembr 
sintaktikasından istifadə edir.  
 
2.1.8.  İngilis və Azərbaycan dillərində  tərkibində modal 
fellər olan frazaların prosodik quruluşu.  
Tərkibində ingilis dilində  “must, ought to, should” modal 
fellərin məsdərlə birləşməsi, Azərbaycan dilində  -dır/-dir 
modal suffiksinin indiki, keçmiş  və ya gələcək zaman feli 
sifəti və  əsas felin şərt formasının  “gərək”  modal feli ilə 
birləşməsi olan və əsaslılığına danışanın kifayət qədər əmin 
olduğu güman mənasını bildirən frazaların prosodik 
quruluşu üçün bunlar səciyyəvidir: ingilis dilində - ilk 
vurğusuz heca - rəvan və ya azalan ton, ilk vurğulu heca - 
yüksələn və ya yüksələn-azalan ton, Azərbaycan dilində - 

 
102
yüksək rəvan ton; terminalqabağı hissənin qalan 
hecalarında - orta diapozon tonun azalan hərəkəti; sonda 
orta səs səviyyəsi, azalan və ya yüksələn-azalan ton.  
She must be having a lot of problems with the language 
(Oxford Advanced Learner’s Dictionary, 1995, s.766).  
Gərək o sözü deməyəydim [12, s.158]. 
Modal məna müəyyən edilərkən, əsasən, leksik-semantik 
vasitələrə diqqət yetirilir, deməli,  əminlik modal mənasının 
ifadəsi zamanı prosodik vasitələr müşayiətedici rol oynayır. 
Beləliklə, müxtəlif dil səviyyəsi vasitələrinin eyni zamanda 
istifadəsi zamanı onlardan biri daha əhəmiyyətli olur. Təhlil 
olunan qrupda leksik-semantik vasitələr daha əhəmiyyətli 
hesab edilir.  
Əminlik modal mənalı leksik-sintaktik ifadələrdə prosodik 
vasitələr frazanın ümumilikdə modallığını müəyyən edir, 
yəni yüksələn sonluq, terminalqabağı hissədə nazik ton 
səviyyəsi modal mənanı örtür. Belə hallarda prosodik 
vasitələr aparıcı olur və fiziki modal çalarını müəyyən edir.  
 “It  must have been very difficult to explain to Robert”, I 
said (S.Maugham, “The Moon and Sixpence”, p.51).  
Onu bilirsənmi ki, mən sabah gərək Tovuzda olam? 
(S.Hüseyn) [12, s.158]. 
“May, might, can, could” modal felləri öz ikinci dərəcəli 
funksiyasında danışanın ifadə olunan fikrin məzmununa 
qeyri-əminliyini göstərir.  
Prosodiya: ingilis dilində - ilk vurğusuz heca - əsas tonun 
yüksələn hərəkəti, ilk vurğulu heca - azalan və ya yüksələn-
azalan ton və Azərbaycan dilində yüksək rəvan ton, qalan 
hecalar – əsas tonun azalan hərəkəti; sonda – geniş 
diapozon yüksək azalan ton özünü göstərir.  
My wife could not have sent such a letter.  
Mənim arvadım belə bir məktubu göndərə bilməz!  
Prosodiya modal mənanın müşayiətedici vasitəsi olan 
yerdə fikrin mənasında müəyyənedici rolu leksik-semantik 
vahidlər oynayır.  
 
2.1.9. Nəticələr.  
Beləliklə, prosodiya ingilis və Azərbaycan dillərində 
modallığın əsas ifadə vasitələrindəndir.  

 
103
Prosodiya ilə danışanın ifadə olunan fikrə münasibət 
bildirməsinin müxtəlif çalarlarını ifadə etmək mümkün olur. 
Prosodiyanın bu funksiyası çox vaxt modal-fərqləndirici 
adlanır. Prosodiyanın modal-fərqləndirici rolu həm mərkəzi, 
həm də mərkəzdən əvvəlki hissələrdə reallaşa bilər.  
Frazaların prosodik quruluşu onların leksik-qrammatik 
tamamlanmasından kənarda tədqiq oluna bilməz, belə ki, 
prosodiya bütün dil elementləri ilə  sıx bağlıdır. Fikrin 
prosodiyasının və müxtəlif vahidlər vasitəsilə  rəvan nitqə 
çevrilən modal mənaların qarşılıqlı  əlaqəsini araşdırmaq 
vacibdir.  
Prosodiya - nitqdə  təsadüfən istifadə olunmayan 
əlamətlər məcmuyudur. Bu əlamətlərə - intonasiya, vurğu, 
pauza, nitq ritmi, tembri və tempi aiddir. Modal mənaların 
ifadə olunması fikrin mənaca hissələrə bölünməsi vasitəsilə 
verilə bilər. Bədii mətn üçün yığcam olmayan ritm, yəni 
müxtəlif uzunluqlu sintaqmların heç bir ardıcıllıq 
gözlənilmədən növbələnməsi çox səciyyəvidir.  
Frazalara modal çalarlıq verən, danışanın tərəddüdünü, 
qətiyyətsizliyini (şübhəsini) göstərən pauzalar da modal 
mənaların ifadə olunmasına xidmət edir. Pauzalar üçün 
tərkibində pauza olan frazaların bərkdən səslənməsi, 
tələffüz tempinin aşağı və zəif olması xarakterikdir.  
İngilis və Azərbaycan dillərində  əsas funksional 
cümlələrdə intonasiya növləri, demək olar ki, eyni olsa da, 
səs səviyyəsi və diapozonu, tələffüz gücü, nitq tempi və 
səslənmə davamlılığına görə  fərqlər vardır.  İngilis dilində 
cümlənin sonunda azalan tonla yanaşı, yüksələn və azalan-
yüksələn tonlardan geniş istifadə olunur; Azərbaycan dilində 
isə əksər hallarda azalan tondan istifadə olunur.  
Azərbaycan dilində sintaqm və ya cümlələrdə azalan 
tondan daha az istifadə olunur. Alternativ sualların birinci 
hissəsi, sadalama, müraciət, həmcins cümlə üzvləri azalan 
tonla tələffüz edilir, ingilis dilində isə bütün bu hallarda 
yüksələn tondan istifadə olunur.  
Eksplisit ifadəli modallığı olan frazaların prosodik 
quruluşu üzrə fonetik tədqiqin nəticələri aşağıdakı  qənaətə 
gəlməyə imkan verir:  

 
104
1. Modal mənalar leksik, leksik-semantik və prosodik 
vasitələrlə ifadə oluna bilər. Eksplisit ifadəli modallığı olan 
frazaların prosodik quruluşunun fonetik tədqiqinin nəticələri 
prosodik vasitələrin nitqdə digər dil səviyyəsi vasitələri ilə 
qarşılıqlı fəaliyyətdə olduğunu göstərir.  
2. Prosodik vasitələrin digər dil səviyyəsi vasitələri ilə 
qarşılıqlı  fəaliyyətinin təhlilindən prosodik vasitələrin modal 
mənaların ifadə olunması zamanı nitqdə həm müşayiətedici, 
həm də  həlledici amil kimi çıxış etdiyini görmək olar. 
Prosodik vasitələrin leksik və leksik-semantik vasitələrlə 
qarşılıqlı  fəaliyyəti zamanı  həm eyniyönümlü, həm 
müxtəlifyönümlü fəaliyyət mümkündür. Prosodik vasitələrin 
digər dil səviyyəsi vasitələri ilə eyniyönümlü fəaliyyəti 
zamanı onların müsbət qarşılıqlı fəaliyyəti müşahidə olunur. 
Bu halda modal mənaların ifadə olunmasında əsas rol leksik 
və leksik-sintaktik vasitələrə mənsub olur. 
3.  İngilis və Azərbaycan dillərində cümlənin sintaktik 
quruluşunda modal sözlər və söz birləşmələrinin müxtəlif 
vəziyyətlərində prosodik vasitələrin rolu eyni deyildir. 
Frazanın əvvəlində modal sözlər və söz birləşmələri istifadə 
edilərkən danışanın subyektiv münasibəti leksik vasitələrin 
köməyilə vurğulanır. Prosodik vasitələrin rolu frazanın 
sonunda modal sözlər və söz birləşmələri istifadə edərkən 
artır.  
Tərkibində modal sözlər və söz birləşmələri olan 
frazaların prosodik quruluşunda  əsas fərqlər bunlardır: 
ingilis dilində - azalan, yüksələn və azalan-yüksələn ton və 
Azərbaycan dilində - azalan, çox kəskin yüksələn və ya 
azalan ton.  
4. Tərkibində  əminlik/şübhə semantik cərgəli fellər olan 
frazalarla müqayisədə  tərkibində modal hərəkət felləri olan 
frazaların tədqiqi danışanın bu və ya digər fel işlətməsinə 
görə  əminlik dərəcəsini müəyyən etməyə imkan verir. 
Tərkibində modal hərəkət olan frazalarda prosodik quruluş 
fikrin modal xarakteristikasının müəyyən olunmasında  əsas 
funksiyanı yerinə yetirir.  
5. Aparılmış  təhlil ingilis və Azərbaycan dillərində 
tərkibində ara söz və söz birləşmələri olan frazaların 
prosodik quruluşunda fərqlər olduğunu göstərir: ingilis 

 
105
dilində bir qədər dar diapozon və sürətli tələffüz tempi, 
Azərbaycan dilində yavaş tələffüz tempi səciyyəvidir.  
6. Modal fellər vasitəsilə modal mənaların ifadə olunması 
zamanı  əsas prosodik əlamətlərin reallaşma üsulları 
prosodik vasitələrin leksik-semantik vasitələrlə, eləcə  də 
prosodik  əlamətlərin özlərinin qarşılıqlı  təsiri ilə  şərtlənir. 
İngilis dilində ilk vurğulu heca yüksələn, azalan və ya 
yüksələn-azalan tonla, Azərbaycan dilində yüksək rəvan 
tonla tələffüz edilir.  
7. Tədqiqat nəticələri prosodik vasitələrin digər dil 
səviyyəsi vasitələri ilə qarşılıqlı  fəaliyyətdə müxtəlif modal 
məna çalarlarını fərqləndirə bilməsini göstərir.  
8.  İmplisit ifadəli modallığı olan frazaların prosodik 
quruluşunun təhlilindən subyektiv modal mənaların ifadə 
olunması zamanı prosodik vasitələrin əhəmiyyətli funksional 
yük daşıdığını, subyektiv modallıq  əlaməti üzrə fikrin 
fərqləndirilməsi üsulu kimi çıxış etdiyini müşahidə etmək 
olar. 
 
2.2. İngilis və Azərbaycan dillərində modallığın leksik 
ifadə vasitələri. 
İndi isə ingilis və Azərbaycan dillərində modallığın leksik 
ifadə vasitələrini  ətraflı  şəkildə  nəzərdən keçirək. Müqayisə 
edilən dillərdə modallıq kateqoriyasının  əsası, nüvəsi 
morfoloci ifadə vasitələri olsa da, cümlədə modallıq bəzən 
xüsusi sözlərlə, leksik vasitələrlə yaranır. Hər iki dildə 
modallığın yaranmasında və qüvvətlənməsində iştirak edən 
leksik vasitələrin əsasını modal sözlər təşkil edir.  
Rus dilçiliyində modal sözləri ilk dəfə olaraq 
V.V.Vinoqradov təsnif etmişdir.  İngilis dilində modal sözləri 
bir çox tədqiqatçılar, məsələn,  İ.Q.Rikman, V.V.Şuvalov, 
N.V.Yefimova, S.Y.Kaqan, V.V.Belıy, Y.M.Qordon, 
İ.P.Krılova, Y.S.Smuşkeviç, İ.Q.Lixareva, Y.B.Dyomina və b. 
təhlil etmişlər [142; 165; 102; 112; 68; 83; 150; 124; 92].  
İngilis dilində, eləcə  də  bəzi başqa Avropa dillərində 
modallıq kateqoriyası türk dillərindən bəziləri ilə müqayisəli 
şəkildə öyrənilmişdir.  
Bundan başqa, türk dillərində modallıq kateqoriyası ya 
müqayisəli şəkildə, ya da ayrı-ayrı türk dillərinin materialları 

 
106
əsasında öyrənilmişdir [107; 48; 53; 8; 24; 18; 31; 136; 
137; 94].  
Azərbaycan dilində modallınq kateqoriyası daha çox 
modal sözlər və ara sözlərin timsalında örənilmişdir [8; 9; 
18].  
Onların hər birinin cümlədə modallığın yaranmasına və 
qüvvətlənməsinə hansı formada xidmət etdiyini nəzərdən 
keçirək.  
Really – həqiqətən, doğrudan (da), əslində; yəni 
Ada Quonsett thought breathlessly: was this really 
happening to her? (Arthur Hailey, “Airport”, 354) 
“Ada Kvonset nəfəsi kəsilə-kəsilə düşündü: doğrudanmı 
bütün bu əhvalatlar mənim başıma gəlir? (Artur Heyli, 
“Aeroport”, 324). [A.K.töyşüyə-töyşüyə düşündü: 
Doğrudanmı, bu onun başına gəlib]. 
Gördüyümüz kimi, həmin cümlənin mətni tərcüməsində 
oricinalla tutmayan cəhətlər var, amma bunlar really sözü və 
onun işlənməsi ilə əlaqədar deyil. 
Is she really a stowaway, Captain? (Arthur Hailey, 
“Airport”, 289)  
“O, doğrudanmı, biletsiz uçur, kapitan?” (Artur Heyli, 
“Aeroport”, 264). 
Burada  really sözü be stowaway (biletsiz olmaq) 
birləşməsinə aiddir. Mətbu cümlədə o, biletsiz  uçmaq 
birləşməsinə aid edilmişdir.  İngiliscə  mətndə  uçmaq felinin 
müqabili yoxdur. Azərbaycanca mətnə o, ümumi kontekstə 
uyğun olaraq əlavə edilmişdir. 
I  really didn’t think you’d come (Arthur Hailey, “Airport”, 
282)  
“Heç ağlıma gəlməzdi ki, doğrudan da durub-gələcəksən” 
(Artur Heyli, “Aeroport”, 258) [Mən, doğrusu (düzü), 
düşünmürdüm ki, sən gələcəksən”]. 
Burada oricinalla tərcümə arasındakı  fərq daha artıqdır. 
İngiliscə  mətndə  really sözü didn’t think feli birləşməsinə 
aiddir. Azərbaycanca mətbu tərcümədə isə  doğrudan da 
modal sözü durub-gələrsən feli tərkibinə aid edilmişdir. 
Really modal sözünün feli inkar forması ilə  işlənməsinə 
dair daha bir neçə misal: 

 
107
This gentleman really does not have much time 
(Arthur Hailey, “Airport”, 238) 
“Bu centlmenin həqiqətən də vaxtı azdır (Artur Heyli, 
“Aeroport”, 220). 
Həmin tərcümə bir neçə  cəhətdən maraq doğurur. 
İngiliscədəki felin inkar forması  əvəzinə burada felin təsdiq 
forması  işlənmişdir.  İkincisi, bunun müqabilində ingiliscə 
much “çox” sözü azərbaycan dilində  “az” sözü ilə  əvəz 
edilmişdir. Nəticədə adekvat tərcümə alınmışdır. Amma bu, 
başqa üsulları istisna etmir: “Bu centlemenin, doğrudan da 
(həqiqətən) vaxtı çox deyil” və s. 
Gördüyümüz kimi, ingilis dilində  really sözünün 
azərbaycanca müxtəlif müqabilləri vardır. Amma onların 
işlənməsi daha artıq fərqlər nümayiş etdirir. İngiliscə mətndə 
really sözü does not have feli tərkibinə aiddir. Azərbaycan 
dilində  həmin tərkibin müqabili bütün variantlarda qeyri-
felidir. 
I really shouldn’t do this, Mrs .Guerrero (Arthur Hailey, 
“Airport”, 208) 
“Mən, həqiqətən xahişinizə  əməl edə bilmərəm, missis 
Qyurrero” (Artur Heyli, “Aeroport”, 193) (Mən, doğrudan 
(düzü, həqiqətən) bunu edə bilməzdim, missis Qyurrero).  
Verilmiş bu tərcümənin oricinaldan fərqi  əsasən 
kontekstlə müəyyənləşir. 
Really modal sözünün 
azərbaycancadakı sinonim ifadələrdən hansı ilə verilməsi 
isə həmin kontekstdə elə bir prinsipial əhəmiyyət daşımır. 
Will you really, Mrs. Quonsett? Gwen saw the old woman 
start at the use of her name (Arthur Hailey, “Airport”, 351) 
“Doğrudanmı, missis Kvonsett? – öz adını  eşidəndə 
qarının diksinməsi Qvenin gözündən qaçmadı” (Artur Heyli, 
“Aeroport”, 321) [Doğrudanmı sizsiniz, missis Kvonsett?! – 
Qven gördü ki, qarı adı çəkiləndə diksindi]. 
Misaldan göründüyü kimi, azərbaycanca mətbu 
tərcümədə  doğrudanmı modal sözünün sintaktik vəzifəsi, 
statusu aydın deyil. Halbuki, oricinalda will köməkçi felindən 
əlavə,  really modal sözü də bütöv bir modallıq ifadəsinin 
tərkib hissələridir. Qven missis Kvonsetti tanıyır və özünün 
yanılıb-yanılmadığını müəyyən etmək üçün ona müraciət 

 
108
edir. Bu cəhət azərbaycanca mətbu mərcümədə öz 
əksini birmənalı şəkildə tapmışdır. 
Really modal sözü emotiv məqamda da işlənə bilir. Bu 
halda o, ya cümlənin başında, ya da nida sözündən sonra 
işlənir. Məsələn: 
Really! - you people are so offcious, so disbelieving! 
(Arthur Hailey, “Airport”, 244) 
“Doğrudan da, burada hamınız inamsız və  hər  şeydən 
şübhələnənsiniz!” (Artur Heyli, “Aeroport”, 225). 
Bizcə, azərbaycanca mətbu tərcümədə durğu işarəsi 
düzgün seçilməmişdir. Vergül işarəsi modal sözlə  əsas 
mətn arasında daha sıx  əlaqənin olduğu halda işə 
yarayardı. Burada isə oricinaldakı nida işarəsini saxlamaq 
yerinə düşərdi. Danışan  really sözünü təəccüb, heyrət 
məqamında işlədir, bu isə ritorik sual kimi bir şeydir. 
Deyilənləri nəzərə alaraq, həmin cümləni belə təqdim etmək 
olar: Doğrudan da! Siz adamlar nə qədər quru (rəsmiyyətçi), 
nə qədər də vasvasısıniz. 
Oh,  really! What kind of advice? Was it fussiness, 
personal?.. Or, perhaps, you’ve forgotten? (Arthur Hailey, 
“Airport”, 331). 
“Oh, doğrudan? O nə  məsləhətdir elə? Xidmət işidir, ya 
şəxsi? Bəlkə  də, artıq unutmusunuz? (Artur Heyli, 
“Aeroport”, 284).[Aha, doğrudan(mı)?  İşə aiddir [yoxsa] 
şəxsi məsələdir?.. Bəlkə də, artıq yadınızdan çıxıb]. 
Burada  really modal sözü müsahibin özünə aiddir və  nə 
əsas cümlə ilə, nə  də onun ayrı-ayrı  tərkib hissəlri ilə 
əlaqədar deyil. Əksinə, onun özü sonrakı cümlənin 
işlənməsini vacib edir.  
Really, it isn’t much pay for all that protection, is it? 
(Arthur Hailey, “Airport”, 240) 
Doğrudan da, o cür sığorta üçün çox azdır, elə deyilmi?” 
[Doğrudan  (da), bütün bu himayənin haqqını ödəmək üçün 
bu çox azdır, elə deyilmi?]. 
Təqdim edilən tərcümələr arasındakı bütün fərqlərə 
baxmayaraq, həmin kontekstdə  really modal sözü bütün 
cümlənin məzmununa aiddir. 
Əlimizdə olan materiallarda really modal sözünün birbaşa 
feli xəbərə aid olmasına da təsadüf edirik. Ancaq nəzərə 

 
109
almaq lazımdır ki, həmin cümlə yalnız modal söz və feli 
xəbərdən ibarətdir: Do you understand Vernon? Really 
understand? (Arthur Hailey, “Airport”, 205) [Sən başa 
düşürsən, Vernon? Doğrudan (düzü) başa düşürsən?]. 
Surely – Əlbəttə, şəksiz, şübhəsiz, mütləq, yəqin ki, 
Surely, captain, sir, you’re not going to report me for 
possession of left – overs (Arthur Hailey, “Airport”, 114) 
Əminəm ki, kapitan, ser, buna görə  məni heç kimə 
satmazsınız” (Artur Heyli, “Aeroport”, 106) [Əlbəttə ki, 
(şübhəsiz, yəqin ki), kapitan, ser, olduğuna görə siz gedib 
mənim barəmdə xəbər verməzsiniz]. 
Misaldan göründüyü kimi, azərbaycanca mətbu 
tərcümədə  surely modal sözü tamamilə başqa (leksik-
qrammatik) vasitə ilə verilmişdir. Bu, əmin [olmaq] sözünün 
birinci  şəxsin təkinə  məxsus  şəkilçi ilə  işlənməsi hesabına 
əldə edilmişdir. Qeyd etmək lazımdır ki, belə bir üsul 
kontekstual cəhətdən heç bir irad doğurmur. Amma o, 
başqa üsulları da istisna etmir. 
Daha bir misal: 
But  surely, purses are never inspected (Arthur Hailey, 
“Airport”, 246) 
“Ancaq,  mən biləni, qadın çantasına heç vaxt baxılmır” 
(Artur Heyli, “Aeroport”, 228).[Amma çantanı (çantaları) heç 
vaxt yoxlamırlar]. 
Misaldan göründüyü kimi, azərbaycanca mətbu 
tərcümədə  surely modal sözü istər leksik tərkib, istərsə  də 
qrammatik funksiya baxımından tamamilə yeni bir vasitə ilə 
(mən biləni) verilmişdir. Bunu leksik-sintaktik vasitə (üsul) da 
adlandırmaq olar. 
Ancaq bu, həmin cümlənin tərcüməsində özünü 
doğruldan yeganə üsul deyil. Bizim təklif etdiyimiz 
tərcümədə  “heç vaxt”, “never” zaman zərfinin müqabili 
olmaqla yanaşı, hər cür modal sözün işlədilməsi lüzumunu 
da aradan qaldırır. O, feli xəbərlə birlikdə oricinalda ifadə 
olunmuş fikri, real vəziyyəti adekvat şəkildə ifadə edir. 
Burada gerçəkliyə münasibət obyektiv səciyyə daşıyır. Mən 
biləni ifadəsi həmin münasibətə subyektiv çalar verir. 
Mətndən bilmək olur ki, danışanın bunu bilib-bilməməyindən 
asılı olmayaraq, ümumiyyətlə çantaları yoxlamırmışlar. 

 
110
Certainly – Əlbəttə, şəksiz, şübhəsiz; yəqin 
İngilis dilində  certainly modal sözü daha çox cümlənin 
başında gəlir. Məsələn: 
Certainly, it’s all, Did you expect us to fire you? (Arthur 
Hailey, “Airport”, 22) 
“Əlbəttə! Elə bilirdin səni güllələyəcəyik?” (Artur Heyli, 
“Aeroport”, 22) [Əlbəttə, tamamilə belədir. Sən elə bilirdin, 
səni güllələyəcəyik?]. Bizim təklif etdiyimiz tərcümədə əsas 
fərqlər modal sözlə bağlı deyil. Bundan başqa, həmin 
cümlədə qeyri dəyişikliklər də etmək olar: a) ikinci cümləni 
yoxsa sözü ilə başlamaq olar; b) ikinci cümlədə sən sözünü 
bir dəfə  işlətmək olar. Həmin imkanlardan biri mətbu 
tərcümədə verilmişdir.  İkinci variant belə ola bilər: Sən elə 
birildin, güllələyəcəyik? 
Certainly not to admit that they were already turned 
around and heading back (Arthur Hailey, “Airport”, 352) 
Heç vəchlə demək olmaz ki, geri qayıdacaq” (Artur Heyli, 
“Aeroport”, 322) [Yəqin, güman etmək olmazdı ki, onlar artıq 
geri qayıdıb (dönüb), müqavimət göstərirlər]. 
Həmin cümlənin  əsli ilə  mətbu tərcüməsi arasında 
mühüm fərqlər nəzərə çarpır: tərcümənin daha müxtəsər 
olması, budaq cümlənin xəbərinin birinci şəxsin cəminə aid 
edilməsi, halbuki, (oricinalda) üçüncü şəxsin cəmindən 
söhbət gedir. Ancaq bizim mövzu ilə bilavasitə bağlı olan 
fərq də vardır: bu, oricinaldakı təsdiq+inkar münasibətlərinin 
müqabilində  mətbu tərcümədə  həm modal sözün (heç 
vəchlə), həm də xəbərin (demək olmazdı) inkarda işlənməsi 
ilə bağlıdır. 
Certainly her handbag would not have been inspected 
(Arthur Hailey, “Airport”, 247) 
“Əlbəttə, onun əl çantasını açmaq heç kimin ağlına 
gəlməyəcəkdi” (Artur Heyli, “Aeroport”, 229) [Yəqin (əlbəttə)
onun (qadının) əl çantasını yoxlamayacaqdı]. 
Həmin cümlədəki modal sözün əlbəttə, yoxsa yəqin 
sözləri ilə verilməsi elə bir prinsipial əhəmiyyət daşımır. 
certainly modal sözü məhz çantanın yoxlanılıb-
yolanılmayacağını (daha dəqiq desək, ikincini) qətiləşdirir. 
Burada söhbət yoxlamanın kiminsə ağlına gəlməyəcəyindən 

 
111
getmir. Ancaq modal söz gerçəkliyə münasibət bildirirsə, 
həmin gerçəklik olduğu kimi təqdim olunmalıdır. 
Certainly modal sözü cümlənin ortası və axırında da gələ 
bilir. O, cümlənin ortasında gələndə cümlənin özündən 
sonrakı parçasına, yaxud üzvünə aid olur. Məsələn: 
“Well, it certainly seems strange…” Mrs Quonsett con-
tinued fumbling in her purse (Arthur Hailey, “Airport”, 350) 
“hm,  doğrudan da, çox təəccüblüdür… Missis Kvonsett 
təzədən çantasını  eşələdi” (Artur Heyli, “Aeroport”, 320) 
[Yaxşı, bu, əlbəttə  qəribə görünür” …Missis Kvonsett öz 
çantasında eşələnməyinə davam etdi].  
Qeyd etmək lazımdır ki, ingilis dilində  certainly sözü öz 
kökündən  (certain) semantik və sözdüzəltmə  əlaqəsini 
kəsməmişdir. Bu isə onun semantikasına müəyyən təsir 
göstərir. Azərbaycanca mətndə onun müqabili kimi 
götürülmüş  doğrudan da modal sözünün kökünün (doğru) 
tamam başqa motivi vardır.  Əlbəttə sözünün Azərbaycan 
dilində sözdüzəltmə baxımından qohum kökləri olsa da 
(əlbət ki, dan. hələ-həlbət), bunlar onun işlənməsinə  təsir 
etmir. Bununla belə, məhz  əlbəttə sözü doğrudan da sözü 
ilə müqayisədə daha artıq müəyyənlik nümayiş etdirir və 
ona görə  də o, certainly modal sözünün mənasını daha 
yaxşı ehtiva edir. 
Good news would certainly be a surprise (Arthur Hailey, 
“Airport”, 204) 
“Yaxşı xəbərlər, əlbəttə, İnezi təəccübləndirəcəkdi” (Artur 
Heyli, “Aeroport”, 189) [Xoş  xəbərlər,  əlbəttə ki, sürpriz 
(göydəndüşmə bir şey) ola bilərdi]. 
Mətndən göründüyü kimi, oricinalda və tərcümədə yalnız 
modal sözlər bir-birinə müvafiq gəlir. Qalan hissələrin nisbəti 
isə təxmini xarakter daşıyır. 
Mel wondered how much of the blame was his own; 
some, certainly (Arthur Hailey, “Airport”, 231)  
“Mel bütün bunlarda öz günahının nə dərəcədə olduğunu 
götür-qoy edirdi, hiss edirdi ki, onda da bir az var” (Artur 
Heyli, “Aeroport”, 214) [Mel təəccüb edirdi: günahların nə 
qədəri onun özündə idi, bəziləri (bir qismi), əlbəttə]. 
İngilis dilində olduğu kimi, Azərbaycan dilində  də  həmin 
modal mənalı sözün cümlənin axırında işlənməsi geniş 

 
112
yayılmışdır.  Əlimizdə olan yeganə nümunə  həmin 
mövqedə  işlənən modal söz özündən qabaqkı cümlə 
üzvünə aiddir. Ancaq nəzərə almaq lazımdır ki, bu işin zahiri 
cəhətinə görə belədir.  Əslində isə  həmin cümlə üzvü ilə 
elliptik cümlə verilmişdir. 
Undoubtedly – şübhəsiz, şəksiz 
İngilis dilində  undoubtedly  və azərbaycan dilində 
şübhəsiz,  şəksiz modal sözləri müvafiq isimlərlə  (doubt; 
şübhə,  şəkk)  şəffaf sözdüzəltmə münasibətindədir. Ona 
görə də ingiliscə tərkibində undoubtedly sözü olan cümlələri 
azərbaycanca verərkən məhz bu iki sözlə kifayətlənmək 
lazım gəlir. Həmin  şərtə  nə  dərəcədə  əməl edildiyinə  əmin 
olmaq üçün konkret misallara müraciət edək. 
Roberta was undoubtedly repeating Cindy’s words 
exactly (Arthur Hailey, “Airport”, 17) 
Heç  şübhəsiz, Roberta anası Sindinin dediklərini 
sözbəsöz təkrar edirdi (Artur Heyli, “Aeroport”, 16) [Roberta, 
şübhəsiz, Sindinin sözlərini olduğu kimi (dəqiq) təkrar 
etmişdi (edirdi)]. 
Somewhere, at this moment, Ordway was undoubtedly 
hastening to a phone (Arthur Hailey, “Airport”, 315) 
Deməli, indi hardasa leytenant Ordvey telefona sarı 
tələsirdi” (Artur Heyli, “Aeroport”, 289) [Hardasa, bu saat 
Ordvey,  şübhəsiz, telefona tərəf (telefonla danışmaq üçün) 
tələsirdi]. 
Birinci cümlədə  heç  şübhəsiz modal ifadəsi işlənmişdir. 
Heç  ədatı ilə bundan qabaqlar da rastlaşmışıq.  Ədəbi dilə 
məxsus olan bu ədat xalq danışıq dilində  həmin məqamda 
işlənmir. 
İkinci cümlədə  undoubtedly sözünün deməli modal sözü 
ilə verildiyini görürük. Aydın məsələdir ki, bu kontekstdə o, 
yerinə düşmür:  undoubtedly  yəqinlik bildirən modal sözdür, 
deməli sözü isə nəticə, güman bildirir. 
Aşağıdakı misal da bu qəbildəndir: 
But the approaching flights had undoubtedly made a 
tricky instrument descent and now were close to landing, 
one behind the other (Arthur Hailey, “Airport”, 57) 
“Ancaq yaxınlaşan təyyarə,  çox güman ki, özlərini 
alətlərin ixtiyarına verərək, kor-koranə, bir-birinin dalınca 

 
113
yerə enməyə gəlirdi” (Artur Heyli, “Aeroport”, 56) [Ancaq 
yaxınlaşmaqda olan təyyarələr, şübhəsiz, cihazların köməyi 
ilə enirdi və indi bir-birinin dalınca yerə enməyə yaxın idilər 
(az qalırdı ki, yerə ensinlər)]. 
Qeyd etmək lazımdır ki, çox sözünü güman sözünə 
artırmaqla gümanın dərəcəsini artırmaq mümkündür: ancaq 
güman yenə də güman olaraq qalır. 
Bu kontekstdə  undoubtedly sözünün işlənməsi elə 
situasiya ilə bağlıdır ki, orada gümana yer qalmır. Həmin 
şəraitdə uçuşu  əllə yox, yalnız cihazların köməyi ilə idarə 
etmək olar, özü də bu, “kor-koranə” uçuş, idarə deyil… 
Undoubtedly the same thing was happening in the other 
seven air craft concourses grouped around the terminal 
(Arthur Hailey, “Airport”, 40) 
Heç  şübhəsiz, aeroportun yeddi digər girişi qarşısında 
da eyni mənzərə var idi” (Artur Heyli, “Aeroport”, 39) 
[Şübhəsiz, eyni şey (hadisə) terminal ətrafında toplanmış 
yeddi başqa aviasiya dəstəsində də baş vermişdi]. 
Cümlənin başında gələn həmin modal mənalı söz 
cümlənin ortasında gəlməklə müqayisədə daha artıq 
dərəcədə bütöv cümlənin məzmununa aid olur. 
No doubt – heç şübhəsiz,  şübhə yoxdur ki, şübhə ola 
bilməz 
“They aren’t”, he told her, remembering Mrs Harriet Du 
Barry Mussman, no doubt still being questioned in the 
customs Hall (Arthur Hailey, “Airport”, 254) 
“O dərəcədə yox” – o, missis Harriyet Dü Bərri Mossməni 
xatırlayıb dedi, - onu yəqin hələ də yoxlayırdılar (Artur Heyli, 
“Aeroport”, 234) [“Onlar deyillər” - o, (kişi) missis Harriyet Dü 
Bərri Mossməni xatırlayacaq, ona (qadına) dedi, şübhə 
(yeri) yoxdur ki, o, hələ də kömrükxana zalında sorğu-sualın 
təsiri altında idi]. 
Qeyd edək ki, bu kontekstdə  no doubt sözünün yəqin 
sözü ilə verilməsi səhv deyil, yanlışdır. 
No doubt modal sözünün cümlə başında işlənməsinə aid 
bir nümunə ilə kifayətlənirik: 
No doubt, the reason was traffic and the storm (Arthur 
Hailey, “Airport”, 262) 

 
114
Heç  şübhəsiz, çovğunun və  nəqliyyatın çoxluğu 
ucbatından beləydi” Arthur Hailey, “Airport”, 239) [heç 
şübhəsiz, səbəb nəqliyyat və çovğunda idi]. 
No doubt modal sözü təklikdə  işləndiyi kimi, to have feli 
ilə  tərkib  əmələ  gətirməklə  də  işlənə bilir. Həmin üsul 
Azərbaycan dilinə  də yad deyil. Biz həmin modal sözə aid 
verdiyimiz birinci nümunənin tərcüməsində  şübhə yoxdur 
ifadəsindən istifadə etmişik. Həmin yoxdur ifadəsi semantik 
fon kimi vardır ifadəsini tələb edir. 
No doubt modal sözü to have feli ilə birlikdə işləndikdə də 
ona azərbaycanca  şübhə yoxdur modal birləşməsi müvafiq 
gəlir. Nəzərə almaq lazımdır ki, bu zaman şübhə sözü şəxs 
şəkilçisi ilə işlənir. 
So I have no doubt that you are licensed to taxi airplanes 
(Arthur Hailey, “Airport”, 321) 
“Deməli,  heç  şübhə yox ki, yerüstü manevrlər etməyə 
Sizin icazəniz var” (Artur Heyli, “Aeroport”, 3) [Beləliklə, 
mənim  heç bir şübhəm yoxdur ki, (yerdə) təyyarə sürməyə 
Sizin icazəniz var”]. 
Of course – Əlbəttə 
Həmin modal söz cümlənin başında, ortasında və 
sonunda gələ bilir. O, cümlənin başında və sonunda 
gələrkən bütövlükdə cümlənin ümumi məzmununa, 
cümlənin ortasında gələndə isə özündən sonra gələn 
hissəyə aid olur. Həmin halları konkret misallar əsasında 
nəzərdən keçirək. 
Of course cümlənin başında: 
Of course, I’l help (Arthur Hailey, “Airport”, 235) 
Əlbəttə, kömək edərəm” (Artur Heyli, “Aeroport”, 217). 
Of course, the flight might be full (Arthur Hailey, “Airport”, 
233) 
Əlbəttə, təyyarə tamamilə dolu ola bilər” (Artur Heyli, 
“Aeroport”, 216). Burada tamamilə sözü artıqdır, amma 
modallığa isti-soyuğu yoxdur. 
Of course, there might be no connection (Arthur Hailey, 
“Airport”, 313) 
Əlbəttə, olsun ki, bunların bir-birinə heç bir zidiyyəti yox 
idi” (Artur Heyli, “Aeroport”, 287) [Əlbəttə, burada (bunlar 
arasında) heç bir əlaqə (rabitə, bağlılıq) olmaya bilər]. 

 
115
Gördüyümüz kimi, of course modal sözünün 
Azərbaycan dilində müqabili olaraq hər yerdə  əlbəttə sözü 
çıxış edir. Bu iki söz istər semantik, istərsə  də qrammatik 
(sintaktik) baxımdan bir-birinə müvafiq gəlir. Bununla belə, 
yuxarıda da qeyd etdiyimiz kimi, ingilis dilində  of course 
modal sözünün mənsub olduğu dil sistemində  fəal surətdə 
işlənən qohum kökü (sözü) vardır:  course. Bu isə  həmin 
modal sözün işlənməsindən ötrü semantik fon təşkil edir. 
Daha bir misal: 
Of course, Freemantle realized, this whole proceeding 
was cust an exercise in semantics (Arthur Hailey, “Airport”, 
301) 
Əlbəttə, Frimantl orasını da başa düşürdü ki, bu təkcə 
gəlişigözəl söz güləşdirməkdir” (Artur Heyli, “Aeroport”, 275) 
[Əlbəttə, Frimantl aydın başa düşürdü ki, bütün proses 
semantika təmrinidir (söz güləşdirməkdir)]. 
Of course cümlənin ortasında: 
At the moment, of course, she had no idea what he was 
talking about (Arthur Hailey, “Airport”, 353) 
“Hələlik isə, qarı,  əlbəttə, baş açmırdı ki, kişi nəyə  işarə 
edir” (Artur Heyli, “Aeroport”, 323) [Bu anda, əlbəttə, o 
(qadın, qarı) təsəvvür etmirdi ki, o (kişi) nə deyir]. 
Verilən nümunədə  of course modal sözü cümlənin 
ortasında gəlsə  də, həmin məqamda onun rolu cümlə 
başındakının eynidir. İş burasındadır ki, at the moment 
ifadəsi zaman zərfliyi olub, özünə modal münasibət tələb 
etmir. 
My late husband would have so encoyed meeting you, 
though,  of course you are very much younger (Arthur 
Hailey, “Airport”, 296) 
“Kaş, mənim rəhmətlik  ərim Sizi tanıyaydı, ancaq Siz, 
əlbəttə, ona nisbətən çox cavansınız” (Artur Heyli, 
“Aeroport”, 271) [Mənim mərhum  ərim Sizi görsəydi, elə 
məmnun olardı ki, çox da Siz, əlbəttə, (ondan) xeyli 
cavansınız]. 
Bu cümlədə isə  vəziyyət tamamilə bu dilin sintaktik 
normalarına müvafiqdir. Burada of course modal sözü məhz 
cümlənin ikinci hissəsində ifadə olunan fikrə münasibət 
bildirir. 

 
116
Demək lazımdır ki, həmin cümlənin azərbaycanca hər 
iki tərcüməsində, onlar arasındakı bütün fərqlərə 
baxmayaraq, həmin vəziyyət düzgün ifadəsini tapmışdır. 
It was strange, of course, that this man was going 
overseas without money (Arthur Hailey, “Airport”, 242) 
“Çox qəribəydi,  əlbəttə, cibində bir qəpiyi olmayan bu 
adam okeanın o tayına uçur” (Artur Heyli, “Aeroport”, 224). 
Burada istər  əlbəttə sözünün cümlədə mövqeyi, istərsə 
də  mətnin ümumi məzmunu oricinala tam müvafiq gəlir. 
Bununla belə, həmin cümlə Azərbaycan dilinin qrammatik 
normaları baxımından qaneedici deyil. Biz belə hesab edirik 
ki, həmin cümləni daha səlis  şəklə salmaq üçün 
aşağıdakılara əməl etmək lazımdır: 
a) ya əlbəttə sözündən sonra iki nöqtə  işarəsi qoyub, 
qalan hissəni olduğu kimi saxlamaq; 
b) ya da cümlədə daha əsaslı struktur və semantik 
dəyişikliklər etmək. 
İkinci tələbə uyğun olaraq, biz aşağıdakı  tərcüməni 
təqdim edirik: Əlbəttə, qəribəydi ki, bu adam pulsuz dənizin 
(okeanın) o tayına gedir. 
Əlbəttə modal sözünü oricinalda olduğu kimi işlətmək ona 
görə mümkün deyil ki, həmin mətn mürəkkəb cümlə 
quruluşundadır:  Qəribəydi ki – baş cümlə, qalan hissə 
mübtəda budaq cümləsidir. Azərbaycan dilinin sintaktik 
qaydalarına görə isə, baş cümlə ilə ona aid olan mübtəda 
budaq cümləsi arasında kənar söz işlənə bilməz. 
Of course modal sözü cümlənin axırında da işlənir: 
My ticket? Why, of course (Arthur Hailey, “Airport”, 350) 
“Mənim biletimə? Ah, əlbəttə, olar” (Artur Heyli, 
“Aeroport”, 320) [Mənim biletimə? Əlbət ki!]. 
Burada  why  və  of course ifadələrinin semantik-sintaktik 
vəzifələri qovuşur və  tərcümədə onlara ayrı-ayrı müqabillər 
tapmaq vacib deyil. Ah nidasının mətnə daxil edilməsi isə 
mətləbə o qədər də aydınlıq gətirmir. Həmin mətndə 
diqqətəlayiq cəhətlərdən biri də odur ki, of course modal 
ifadəsinin işləndiyi cümlə özündən qabaqkı cümlədə ifadə 
olunan fikrə münasibət bildirir. 
I’m not speaking officially of course (Arthur Hailey, 
“Airport”, 305) 

 
117
“Mən,  əlbəttə, heç bir bəyanat vermirəm (Artur Heyli, 
“Aeroport”,280) 
Bu nümunədə of course modal sözü əsas cümləyə əlavə 
kimi çıxış edir. Tərcümədə onun yeri bir qədər qabağa 
çəkilmişdir (mübtədadan sonraya). Bundan irəliki cümlənin 
tərcüməsində buna oxşar hadisə ilə qarşılaşırıq. Bu o 
deməkdir ki, Azərbaycan dili üçün əlbəttə modal sözünün 
cümlənin sonunda işlənməsi o qədər də səciyyəvi deyil. 
Bütün bu deyilənləri nəzərə almaqla, biz həmin cümləni 
azərbaycanca bu cür verə bilərik: Mən rəsmi (olaraq) 
danışmıram, əlbət ki
Aşağıda verəcəyimiz cümlədə  də  vəziyyət eynilə bunun 
kimidir: 
He fiddled a little himself, though not professionally, of 
course (Arthur Hailey, “Airport”, 295) 
“O özü də az-maz skripkada çalırdı, ancaq, əlbəttə, 
professional deyildi” (Artur Heyli, “Aeroport”, 270) [O özü 
üçün bir az skripkada çala bilirdi, hərçənd professional 
(səviyyədə çalmırdı), əlbət ki]. 
In fact – “faktiki olaraq, əslində, kor-kor, gör-gör” 
In fact modal sözü indeed sözü ilə sinonimlik 
münasibətində olub, onunla müqayisədə daha artıq işləklik 
nümayiş etdirir. 
In fact modal sözü əsasən cümlənin başında və ortasında 
gəlir. 
In fact, her gentleness had been one of the things which 
appealed to Mel when they first met in San-Francisco …he 
on leave from the Navy and Korea (Arthur Hailey, “Airport”, 
67) 
Sözün düzü, o vaxt hərbi hava qüvvələrini və Koreyanı 
tərk edib San-Fransiskoya gedəndən sonra Sindiylə tanış 
olan Meli qızın zərifliyi və incəliyi  əsir etmişdi” (Artur Heyli, 
“Aeroport”, 66) [Əslində, Mel Nəvi və Koreyadan San-
Fransiskoya gələrkən onlar birinci dəfə görüşəndə qızın xoş 
qılığı (xasiyyəti) Melin xoşuna gələn şeylərdən biriydi]. 
Gördüyümüz kimi, in fact modal sözü bir halda sözün 
düzü, başqa halda isə  əslində modal sözləri ilə verilmişdir. 
Hansı yaxşıdır?  In fact modal sözü dildənxaric gerçəkliyə 

 
118
işarə edir. Bu xüsusiyyət  əslində sözündə var, sözün 
düzü ifadəsində isə yoxdur. 
Some among his legal colleagues might have questioned 
if Elliot Freemantle’s intellect was, in fact, superior (Arthur 
Hailey, “Airport”, 88) 
Əslində, həmkarlarının arasında onun fərasətinə  şübhə 
ilə baxanlar da vardı” (Artur Heyli, “Aeroport”, 86) [Əslində
onun qanuni xidmət yoldaşları arasında bəziləri Elliot 
Frimantlın ağıl-kamalının yüksək (səviyyədə) olmasına 
şübhə ilə baxırdılar]. 
Hər iki halda in fact modal sözü azərbaycanca eyni ifadə 
vasitəsi ilə verilmişdir. Həmin tərcümələr arasındakı mühüm 
fərqlər tərcümənin dəqiqliyi, keyfiyyəti ilə bağlı olan 
məsələdir. 
Tərkibində  in fact modal sözü olan daha iki cümləni 
veririk. Bunlardan birincisi onunla diqqəti cəlb edir ki, burada 
daha bir modal söz işlənir: 
In fact, probably was (Arthur Hailey, “Airport”, 312) 
“Güman ki, məhz eləydi” (Artur Heyli, “Aeroport”, 286).  
Tərcümədə maraqlı bir yerdəyişmə ilə qarşılaşırıq: 
burada modal sözlərin yeri dəyişmişdir. Doğrudur, belə  də 
pis deyil. Ancaq bunsuz da ötüşmək olardı: Əslində, yəqin ki 
(ehtimal ki), beləydi”. 
İkinci cümlə heç də bundan az maraqlı deyil: 
D.O.Guerrero wanted no conversation, either now or 
later,  in fact, no more communication with anyone else in 
this life (Arthur Hailey, “Airport”, 297) 
“Nə indi, nə  də sonra D.O.Qyurrero bir kimsəylə  kəlmə 
kəsmək istəmirdi;  əslində, bu, həyatda hər cür münasibətə 
son qoymuşdu” (Artur Heyli, “Aeroport”, 272) [D.O.Qyurrero 
heç bir söhbət (etmək) istəmirdi – nə indi, nə  də sonra; 
əslində  hətta öz həyatı boyu kiminləsə heç bir ünsiyyətdə 
olmaq istəmirdi]. 
Bizə belə  gəlir ki, burada izahatsız da ötüşmək 
(keçinmək) olar. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə