1
Film Fiction | Aprel, №8
2
Film Fiction | Aprel, №8
FİLM FİCTİON
Aprel, №8
Film Fiction
2012 / Aprel №8
Üz qabığındakısimalar: Çarli Çaplin
REDAKTOR: Şahin Xəlil
DİZAYN: Ferat, Violet
YAZARLAR: Ferat, Şahin Xəlil
Məcid Məcidov, Mətləb Muxtarov
TƏRTİBAT: Ferat
KORREKTOR: Gülarə Abdullayeva
№8
Salam hörmətli oxucular. Aprel ayı sayımızı
artıq oxuyursuz. Düzdü ay başa çatır və
jurnalın gecikməsi səbəbləri var idi. Belə ki,
"Film Fiction" olaraq kinomanlar üçün çox
zövqlü layihə üzərində çalışırıq. Bu say
həmişəki kimi çox maraqlı olacaq və bir faktı
da eyd edək ki, məşhur kino adamlarının bir
çoxu məhz apreldə doğulublar və biz də
ənənəmizə xilaf çıxmadan jurnalı kino
fədailərindən birinə həsr edirik. Bu sayımız
Azərbaycan kinosunun kraliçası Nəsibə
Zeynalovaya həsr olunur.
e-mail:
film.fiction@box.az
facebook səhifəsi:
facebook.com/fiction.magazine
facebook.com/filmoqrafiya
twitter hesabı:
twitter.com/filmfiction
Jurnaldakı məqalələrdən istifadə
edərkən müəllif hüquqlarını
qorumaq mütləqdir. Hər bir yazıya
görə müəllif məsuliyyət daşıyır.
facebook.com/kinomansan
Film Fiction © 2011-2012
3
Film Fiction | Aprel, №8
Bu sayımızda
Səhifə 4 / Rejissor:
Charlie Chaplin
Müəllif:
Səhifə 10 / Aktyor: Adrien
Brody
Müəllif: Ferat
Səhifə 12 / Aktrisa: Uma
Thurman
Müəllif: Ferat
Səhifə 15/ TOP 30
Müəllif : Şahin Xəlil
Səhifə 25 / 20th Century
Fox
Müəllif: Məcid Məcidov
Səhifə 26 / Michel
Hazanavicius və
Bérénice Bejo ilə
müsahibə
Müəllif: Ferat
Səhifə 30 / Sitatlar
Müəllif: Ferat
Səhifə 34/ Screwball
Müəllif: Ferat
Səhifə 36 / Nəsibə
Zeynalova
Mənbə: azeriart.net
Səhifə 38/ John Williams
Müəllif: Məcid Məcidov
Səhifə 40 / Kavşak
Müəllif:
Səhifə 42 / Masumiyet
Müəllif:
Səhifə 43 / To Kill a
Mockingbird
Hazırladı: Məcid Məcidov
Səhifə 44/ Afişa
Hazırladı: Ferat
4
Film Fiction | Aprel, №8
CHARLİE
CHAPLİN
«Həmin gecə mən Nyu-Yorkun küçələrində
avaralanırdım – Çarli Çaplin öz memuarında
yazır, — mağazaların vitrinlərini gözdən keçirir,
məqsədsiz-filansız tinlərdə dayanırdım. Nə baş
verirdi? Mən şöhrətin zirvəsindəydim. Bax, indi
mən — yaxşı geyinmiş cavan oğlan hara
gedəcəyimi bilmirəm. Hamı məni tanıyır, amma
mən heç kimi tanımıram. Nədənsə özümə çox
yazığım gəldi». Bu, Çaplinin Los-Ancelesdən
«Esseney» firmasıyla kontrakt bağlayıb
qayıtdığı gündü. Orda olarkən o, bilmirdi ki,
filmləri Nyu-Yorkda görünməz dərəcədə
məşhurdur. Arzuları çin olurdu. «Myuçel»lə
bağladığı üçüncü — 670 min dollarlıq
kontraktdan sonra kasıblıq və təhqirlərdən
canını birdəfəlik qurtarmış olacaqdı.
Artist oğlu, artist!
Çarlinin uşaqlığı o dövrdə hamınınkı
kimi kasıb, ac, qəddar və tənha uşaqlıq idi. Elə
bil gələcək filmləriyçün material toplayırdı.
Ucuzvari varyetenin aktrisası olan anası səsini
tez itirdiyindən teatrı atıb tikiş tikməklə qəpik-
quruş qazanırdı. Aktyor olan atası onları atanda
Çarli bir yaşındaydı. Uşaqlarını saxlaya
bidməyən ana onları yetimxanaya verib özü
küçələrdə sülənməklə dolanmağa başladı.
Atasının ölümündən sonra məktəbi də atan
Çarli işləməyə başlayır. Bu vaxt anası artıq
psixiatrik xəstəxanada yerləşdilirmişdi. Çarli
qəzet satır, oyuncaq yapışdırır, mətbəədə
işləyir, hətta həkimin qəbul otağında da
çalışırdı. Hələ uşaqkən anasının çıxışlarını
izləyən Çarli oxuyub oynamaq öyrənmişdi.
Anasını səsi batan gün balaca Çarli ilk dəfə
səhnəyə atılıb gülməli mahnı oxumaqla
vəziyyəti xilas edə bilmişdi. Nəhayət o,
ürəklənib teatr agentliyinə balaca oğlançün iş
soraqlaşmağa gedir. Artıq 12 yaşında onun ilk
teatr rolu vardı.
Əlahəzrət Uşaq...
Amerikaya gələn kimi Çarli bu ölkəyə
valeh olur. «Kistoun» firması ona həftədə 150
dollar verməyi təklif etdiyi dövrdə o, donuz
saxlamağı arzulayırdı. Onun məşhurluğu artırdı,
amma rejissorlar Çarlinin sonsuz məsləhət-
lərindən bezərdi. Ona görə də uğuruna arxayın
olan Çaplin öz ssenrisi üzrə filmləri özü çəkməyi
qərara alır. Elə həmin tempdə, yəni ayda bir
ikihissəli film çəkilirdi. 27 yaşlı gənc üçün
gözlənilən milyonçuluq yuxuda sayıqlama kimi
gəlirdi. İndi onun katibi, qulluqçusu, avtomobili
və sürücüsü də vardı.
Ola bilər ki, Çaplinin filmlərini görmə-
yənlər var. Onları görüb bəyənməyənlər də
tapılar. Amma Çarli Çaplin adını heç olmasa
qulağının ucuyla eşitməyən çətin ki, olsun.
Onlar eşidər ki, bu nəsə böyük və qeyri-adi bir
şeydi. Onun filmləri dünyanın səkkizinci
5
Film Fiction | Aprel, №8
möcüzəsi də sayıla bilər. Eynşteyn onu
„Əlahəzrət Uşaq“ adlandırırdı. Bu uşaq böyümür
və böyümək də istəmirdi. Balaca, taqətsiz, daim
ev, sakitlik axtarışında olan avara Çarliyə böyük
şəhərlər tabe olub baş əyirdi.
Şlyapa, iri çəkmə və əl ağacı...
Çaplin enli şalvar və dar pencəyini geyib,
böyük ayaqqabılarını ayağına, şlyapasını başına
çəkib əlinə ağacını alır. Çox gəncdi və yaşından
cavan görünür. Ona görə bığ yapışdırmağa
məcburbu. Öz qəhrəmanı haqqında dediklərin-
dən: «O, həm avara, həm centlmen, həm şair, həm
də macəra axtarandır. Arzulayır ki, ona
inansınlar, guya alimmiş, musiqiçiymiş, yaxud
hersoqmuş. Yerdən siqaret qırığı götürə, uşağın
əlindən konfetini ala bilər»
Çarli deyir ki, onu tanıtdıran kostyumu
ilk dəfə 1914-cü ildə kəşf edib: balaca şlyapa və
böyük ayaqqabı, enli şalvar və çox dar pencək
kimi uyuşmayan detallar. Böyük qəmli gözlərsə
kiçik bığlarıyla kontrastda olmalıydı. Qəribə
yerişi isə bir qədər sonra tapılıb. Zəif, sadəlöhv,
köməksiz olan balaca adam hərdən özünü də
yıxır, amma zəifləri müdaifiə eləməyə, polisə,
güclülərə qarşı çıxmağa özündə güc tapa bilir.
«Bütün filmlərimin əsasında belə üslub durur:
mən mütləq nəsə bir işə düşür, amma tam ciddi
sifət alıram ki, guya bu, heç nəyi dəyişmir,
əlimdəki ağacı buraxmıram və əyilmiş papağımı
düzəldib beş dəqiqə əvvəl baş-ayaq olsam da,
özümü o yerə qoymuram».
Çaplinin bişmiş ayaqqabıları acgözlüklə
yeməsi səhnəsini xatırlayaq. İpləri spagetti kimi
çəngələ dolayır, ayaqqabının altını bifşteks kimi
kəsərək tələsmədən çeynəyir, mıxları çəyirdək
kimi sümürüb tüpürür. Mimik sənətin daha bir
şedevri: sevdiyi qızı cəlb eləməkçün çəngələ
batırılmış iki bulkanın rəqsi. Teodor Xaffın
dediklərindən: «Arxası kameraya tərəf olanda
belə o, çiyinləriylə bəzi aktyorların gözləriylə
deyə biləcəyindən artıq söyləyə bilirdi».
«Mən sekslə darıxanda məşğul
oluram»
Ən böyük faciəsi o idi ki, daim kiçik,
azyaşlı qızlara meyl eləyirdi. «Mən sekslə
darıxanda məşğul oluram» deyən Çaplin
nəticədə 4 evlilk, 11 uşaq və bir hərəmxana
məşuqələr qazanır. Filmə dəvət elədiyi
aktrisaların demək olar ki, hamısına vurulub. İlk
sənət dostlarından olan Edna Pervins isə o
qədər utancaq və sadə idi ki, təşəbbüsü əlinə ala
bilmirdi. Çarliyə kənardan bir qədər artıq
diqqət göstərilsəydi Edna qısqanclıqdan özünü
xəstəliyə vurar və sevgilisini bütün axşamı onun
yatağının qarşısında keçirməyə məcbur edərdi.
Tezliklə 16 yaşlı balerina Mildred Xarris
Ednanın yerini tutdu. Az yaşına baxmayaraq, bu
qızın zəngin və məşhur rejissora ərə getmək
6
Film Fiction | Aprel, №8
məqsədi vardı. Məqsədinə çatmaqçün o, hamıya
məlum üsulla, yəni hamilə qalmaqla kişini
ilişdirə bildi. Kaliforniyada azyaşlıları yoldan
çıxarana 30 illik həbs cəzası var. Hamiləlik
yalançı olsa da, düz bir ildən sonra Mildrid
aktyora bir uşaq hədiyyə edə bilir. Üçgünlük
uşaqları tələf olanda onlar bir-birinə son dərəcə
nifrət edirdi. Boşanma ərizəsini Mildred özü
yazmalı olur. Jurnalistlərin çalışqanlığı
nəticəsində bu boşanma aktyora çox baha başa
gəldi. Hətta üzərində bir il çalışdığı «Balaca»
filminin konfiskasiyası barədə də söhbətlər
gəzirdi. Bunu eşidən Çaplin plyonkanı götürüb
ölkədən qaçmağa da qərar vermişdi.
Lita Qreyə rast gələndə qızın 6 yaşı
vardı. Neçə illər ərzində Çarli onu gözdən
buraxmamışdı. «Balaca» filmində mələk
rolunun ifaçısı 12 yaşlı Lita Qreyə atalıq eləməyi
ona gətirib çıxarır ki, 15 yaşında bu qız hamilə
qalaraq eynilə həmin ssenariylə Çarlini ərə gedə
bilir. Onları qarabaqara izləyən mətbuatı
azdırıb Meksikada evlənirlər. Bal ayı, deyəsən,
çox gərgin keçibmiş. Çünki evə qayıdanda
Çaplin yeni qohumlarını «pul iyinə toplaşmış
əclaflar» adlandıraraq hamilə qadını elə
vəziyyətə salır ki, o, özünü platformadan
atmaqçün addım da atır. Çarli arxadan
yaxınlaşıb ona «Niyə dayandın?» sualını verir…
İki ildən sonra onların iki uşağı və bir
torba problemləri vardı. Ayrılmağa ilk addımı
atan Litanın 42 səhifəlik boşanma ərizəsində
nələr yoxdu? Bu ərizənin surətini küçədə 25
sentə almaq olardı. Burda Lita Çaplinlə intim
həyatlarının bəzi məqamlarını açıqlayırdı. İki
ildə onun 5 məşuqəsi olubmuş. Dəfələrdə
tapança ilə arvadını hədələyirmiş. Bir neçə dəfə
Çaplin ona qrupenseks, hətta auditoriya
qarşısında sekslə məşğul olmaq təklifləri də
eləyibmiş… Boşanmadan sonra Çaplin əsəb
xəstəxanasına düşür. Klinikadan çıxanda
başında bir dənə də qara tük yoxuydu. Çaplinin
bioqrafı Coy Milton yazırdı ki, Çarli və Lita Qrey
arasındakı münasibətlər Nabokovun «Lolita»
romanının əsasını təşkil edib. Aktyor azadlığı
üçün bir milyon 125 min dollar aliment, bir
milyonluq məhkəmə xərci, üstəlik dünyanın ən
qalmaqallı məqalələriyçün çoxlu material
verməli oldu.
1943-cü ildə filmə yeni qəhrəman
axtaran Çaplinə məşhur dramaturqun qızı Una
O’Nili təklif edirlər. Şorgöz aktyor
bioqrafiyasında yazır ki, «onun 17 yaşı olduğunu
eşidəndə ürəyim düşdü». Axı, onların 36 yaş
fərqləri vardı. Bu dəfə evlənmək qərarı
verməkçün ona cəmi bir neçə həftə lazım gəldi.
Amerika Çaplinə pedofil və
kommunist deyirdi
İkinci Dünya müharibəsi zamanı Çaplini
«Dahi diktator» filmində Hitlerin obrazını
parodiya elədiyinə və Hitler Almaniyasına qarşı
cəbhənin açılması çağırışıyla çıxış etdiyinə görə
kommunist adlandırırdılar. Amerikanın bəzi
şəhərlərində onun filmləri hətta qadağan
olunmuşdu. 1952-ci ildə ABŞ tərk edən və
məzuniyyətə getməsini elan edən aktyoru sonra
Amerikaya buraxmadılar. Düzdür, həmin
Amerika 20 ildən sonra Çaplinə «Oskar»
verməkçün xahiş-minnətlə aktyoru oraya
7
Film Fiction | Aprel, №8
gətizdirə bildi. Amerikanın Çaplini
sevməməsinə sübut onun Coan Berri ilə
məhkəmə prosesində aydınlaşır. Bu qadınla
münasibətlərində Çaplin bu dəfə qurban
rolundaydı. Çaplinin puluyla alınmış biletlə Los-
Ancelesə köçmüş xanım iki ildən sonra bu dəfə
hamilə qayıdaraq uşağın Çaplindən olduğunu
sübut etmək məqsədilə məhkəməyə verir. Uşaq
doğulanda Çaplin artıq evliydi. Qan analizi
təsdiq elədi ki, bu uşağın Çaplinə heç bir dəxli
yoxdu. Amma Çaplini «əxlaqsız» adlandıran
cəmiyyətin rəyinə görə aliment vermək cəzası
kəsilir. Bu qərardan anlaşılırdı ki, Hollivud heç
vaxt Çaplini sevməyib. Patriotizmi «ən böyük
axmaqlıq» adlandıran Çaplinin Amerika
vətəndaşlığını qəbul etməməsi Hollivuddakıları
qəzəbləndirirdi.
Hitleri ifşa edən «Dahi diktator» filmi
ürərində işləyəndə onu xəbərdar eləmişdilər ki,
başı ağrıya bilər. Burada Çaplin iki rol
oynamışdı: yəhudi bərbər və qlobusu əlində
çək-çevir eləyən faşist diktator. «Diktatorun»
ekrana çıxışından sonra mətbuat yazırdı ki,
«Çaplin kommunist barmağını gözümüzə
soxmağa çalışır». Çaplinə qarşı mitinqlərdəki
plakatlardan: «Çaplin qırmızıların quyruğudur»,
«Çaplin, çoxdandır qonaqsan ha», «Çaplin
nankordur», «Çaplini Rusiyaya göndərmək
lazımdı». İkinci dünya müharibəsi illərində
Çaplin Rusiyaya kömək məqsədilə mitinqlərdə
iştirak edirmiş. Nitqinin «yoldaşlar»
müraciətiylə başlaması onu amerikalıların
gözündə kommunistə çevirdi.
Milyonçu və çox məşhur
54 yaşlı Çaplin 17 yaşlı arvadıyla
Avropaya köçməli olur. Gəmidə artıq iki gün
üzəndən sonra eşitdi ki, geri qayıtmaq üçün
yenə də istintaqdan keçməli və mənəvi
pozğunluğa görə cavab verməlidi. Onda Çaplin
geri qayıtmamaq qərarına gəlir. Bir neçə ildən
sonra o da Amerika vətəndaşlığından imtina
edəcəkdi. Əlbəttə ki, Çaplinin bütün varidatını
oradan çıxarandan sonra. Dahi komikin qocalığı
sadə və xoşxasiyyət qadınla tam harmoniya
şəraitində keçib. Onların 8 uşağı — 3 oğlan və 5
qızı olur. Gümüş toylarına cəmi bir il qalmış
sonuncu övladını görəndə Çaplinin 90-a yaxın
yaşı vardı.
1971-ci ildə Kann festivalında xüsusi
mükafat alır, «Şərəf legionu» ordeninə layiq
görülür, Venesiyada beynəlxalq festivaldan
«Qızıl şir»i evinə gətirir. 1972-ci ildə Amerika
kinoakademiyası ona «Oskar» mükafatı verir.
1974-cü ildə «Mənim həyatım kinoda»
kitabının təqdimatı olur. Həmin ildə kraliçə
Çaplinə cəngavər rütbəsi verəndə mərasim
Çaplinin triumfuna çevrilmişdi. Bu da balaca
adamın milyonçu və məşhura çevrilməsi
əhvalatı...
Maraqlı faktlar:
* Çaplinin gözləri maviydi.
* Çaplin solaxay olub, hətta skripkanı da
sol əliylə çalırmış.
* Filmlərindən 10,5 milyon dollar
qazanıb.
* Amerikada 40 ildən çox yaşasa da bu
ölkənin vətəndaşı olmayıb. Həmişə Böyük
Britaniya vətəndaşı olub.
* Həyatında çox qadın olan Çaplin 4 dəfə
evlənib və 11 uşaq atası olub. 12-ci uşağı
məhkəmə vasitəsi ilə ona sırımağa çalışsalar da,
ekspertiza aktyorun uşağın atası olmadığını
təsdiq edib. Aktyorun sonuncu övladı o 73
yaşında olanda doğulub.
* Çaplin "Böyük diktator" filmində
canlandırdığı Adolf Hitlerdən 4 gün böyük idi.
8
Film Fiction | Aprel, №8
Deyilənlərə görə, Hitler bığının formasını
Çaplindən götürüb.
* Çaplin – fotosu Time jurnalının üz
qabığında təsvir olunan ilk aktyor idi. 1975-ci
ildə o, cəngavər titulu almışdı.
* Başqa ad altında Çaplinin oxşarları
müsabiqəsində iştirak edib. Bir versiyaya görə
aktyor müsabiqədə ikinci, birinə görə üçüncü,
başqa versiyaya görə isə beşinci yeri tutub.
* Çaplin ayaqlarını 20 min dollar
dəyərində sığorta etmişdi.
* 1928-ci ildə çəkdiyi "Sirk" filmində
qulağına mobil telefona oxşayan qurğu tutan
qadın təsvir edilib.
* "Qadın istənilən kişi milyarderi
milyonçu edə bilər" və "Mən fillərə nifrət
edirəm: onlar çox güclü və sözəbaxandılar"
məşhur fikirlərinin müəllifidir.
Filmoqrafiya
İmmiqrant (film, 1917) / The Immigrant
İt həyatı (film, 1918) / A Dog's Life
Uşaq (film, 1921) / The Kid
Qızıl hərisliyi (film, 1925) / The Gold Rush
Sirk (film, 1928) / The Circus
Böyük şəhərin işıqları (film, 1931) / City Lights
Böyük diktator (film, 1940) / The Great Dictator
Müəllif: Gülnarə Rəfiq
Aktyorun qızına məktubu
“Mənim qızım! İndi gecədir. Bayram
gecəsi. Kiçik qəsrimizdəki silahsız əskərlər yuxuya
gediblər: Bacın və qardaşın yatıb. Hətta anan da
uyuyub...
Sən məndən o qədər uzaqdasan ki... əgər sənin
şəklin gözlərim önündə deyilsə, qoy mən kor
olum. O burdadır, stolumun üstündə - qəlbimin
yaxınlığında.
Bəs sən hardasan?
Orada – nağılvari Parisdə.
Yelisey teatrının möhtəşəm səhnəsində
rəqs edirsən, mən bunları yaxşı bilirəm. Bununla
belə bu sakit gecədə sanki sənin ayaq səsini
eşidir, qış gecələrinin ulduzları tək parlayan
gözəl gözlərini görürəm. Eşidirəm ki, sən bu
bayram sayağı və parlaq tamaşada Tatar xan
tərəfindən əsir edilmiş fars gözəlinin rolunu
oynayırsan.
Gözəl ol və rəqs et! Ulduz olub parla!
Ancaq elə ki, tamaşacıların həyəcan və
minnətdarlıqları səni məst etdi, elə ki, sənə
göndərilən güllərin xoş ətri başını gicəlləndirdi,
bir anlığa küncə çəkilib mənim məktubumu oxu.
Atanın səsinə səs ver. Mən sənin atanam,
Çeraldina! Mən Çarli Çaplinəm, Çarli Çaplin!
Heç bilirsən çarpayının yanında neçə gecələr
keçirmişəm? Sən lap körpə idin... Sənə o qədər
nağıl danışmışam ki... Yatmış gözəl barəsində,
qorxunc əjdaha haqqında. Yuxu atanın bu qoca
gözlərini yumanda, mən ona gülürdüm və
deyirdim: “ Çıx get! Mən qızımın arzuları ilə
yatıram”. O zaman mən sənin arzularını,
gələcəyini görürdüm, Ceraıdina, sənin bu gününü
görürdüm. Səhnədə rəqs edən qızı, göylərdə
süzən pərini görürdüm. Tamaşaçıların
dediklərini eşidirdim: “Bu qızı görürsünüzmü? O
qoca təlxəyin qızıdır. Yadınızdamı, onun adı Çarli
idi”?
Bəli, mən çarliyəm, qoca təlxəyəm! İndi
növbə sənindir. Rəqs elə! Mən cırıq, enli balaq
şalvarda rəqs etmişəm. Sən isə ipək şahzadə
paltarında rəqs edirsən.
Bu rəqslər, bu gur alqış səni göylərə
qaldıracaq, hərdən yerə də en. İnsanların həyat
tərzini müşahidə et. Sən ac qalan, soyuqdan tir-
tir əsən dilənçi həyat tərzi keçirən rəqqasələrin
sərsəri həyatını görməlisən.
Mən onlar kimi olmuşam, Ceraldina! O
sehrkar kecələrdən mənim nağıllarımla yuxuya
9
Film Fiction | Aprel, №8
getmisən. Yatmayıb çöhrənə baxmışam. Qəlbinin döyüntüsünü eşitmişəm. Və elə hey öz-özümdən
soruşmuşam: “Çarli, görəsən, bu pişikciyəz səni nə vaxtsa tanıyacaqmı”? Sən məni tanımırsan, Ceraldına. O
gecələrdə mən sənə çox nağıl danışmışam... Ama öz nağılımı söyləməmişəm. O da maraqlıdır... londonun
yoxsul məhəllələrində oxuyan, rəqs edəm ac təlxəyin nağılını... Budur, mənim nağılım. Ac qalmağın,
evsizliyin nə olduğunu dərk etmişəm! Qəlbində ümmanlar qədər qürür gəzdirən atan, köçəri təlxək
olmağına görə o qədər təhqiredici ağrılar çəkib ki... Bütün bunlara baxmayaraq, yaşamışam. Dirilər
haqqında, adətən az danışılır. Yaxşısı budur, sənin haqqında danışaq, Ceraldina.
Sən mənim familiyamı daşıyırsan – Çaplin! Qırx ildən artıqdır ki, o, yer üzünün insanlarını güldürür.
Onların güldüyündən daha çox, mən ağlamışam.
Bil ki, sən yaşadığın dünya təkcə musiqi və rəqsdən ibarət deyil.
Gecə yarısı böyük salonlardan çıxanda öz varlı pərəstişkarlarını unut. Amma səni evə aparan taksi
sürücüsündən arvadinin vəziyyətini unutma.
Əgər onun arvadı hamilədirsə, əgər gələcək uşağa pal-paltar almağa onların imkanı yoxdursa,
onun cibinə pul qoy.
Tapşırmışam sənin bu cür xərclərini bank ödəyər. Başqa xərclərdə isə qənaətcil ol! Hərdən bir
metrodan da istifadə et. Şəhəri gəz. Insanları müşahidə et.
Heç olmasa gündə bircə dəfə öz-özünə de: “Mən də bunlardan biriyəm”!
Bəli, qızım, sən onlardan birisən! Adətən, incəsən insanlara səmaya uçmaq üçün qanad
verməmişdən əvvəl onların ayaqlarını qırır.
Elə ki, özünü tamaşaçılardan yüksəkdə hiss etdin, o saat səhnədən uzaqlaş. Qarşına çıxan ilk taksilərdən
birinə əyləş. Paris ətrafına dolan. Sən bu yerlərdə sənin kimi, hətta səndən də gözəl, səndən də qəşəng,
qürurlu rəqqasələrə rast gələcəksən. Burada teatrların gözqamaşdırıcı prpojektorlarından əsər-əlamət
olmayacaq. Onlar üçün projektor – aydır. Onlara yaxşı-yaxşı nəzər sal. Bəlkə onlar səndən də yaxşı rəqs
edirlər?
Etiraf et, mənim qızım! Həmişə səndən yaxşı rəqs edən, səndən də yaxşı çalan tapılar. Və yadında
saxla ki, hələ Çarli ailəsində elə bir kobud ailə tapılmaz ki, o, Sena sahillərində dilələnlərə gülmüş olsun,
onları ələ salsın...
Mən öləcəyəm. Lakin sən yaşayacaqsan. Sənin yoxsul olmağını istəmirəm. Bu məktubla bərabər sənə çek
kitabçası göndərirəm. Nə qədər istəyirsən, o qədər də xərclə.
Amma elə ki, iki frank xərclədin, bil ki, üçüncüsü sənin deyil. Bu bir frank ehtiyacı olan naməlum
adama qismət olmalıdır. Sən belələrini asanlıqla tapa bilərsən. Əgər bu cür naməlum kasıbları görmək
istəsən onlara hər yerdə rast gəlmək olar. Səninlə bu haqda ona görə danışıram ki, mən bu “şeytanın”
aldadıcı qüvvəsinə bələdəm.
Bilirsən, mən uzun müddət sirkdə işləmişəm. Həmişə də kəndirbazlar üçün həyəcan keçirmişəm.
Lakin bir həqiqəti sənə deməyə məcburam: adamlar möhkəm torpaq üstündə etibarsiz kəndir
üstündəkindən daha tez-tez yıxılırlar. Brilyanda məftun olmusansa, sənin yıxılacağın labüddür. Ola bilər,
günlərin bir günündə bir şahzadə səni özünə məftun edə. Sən elə bu andan dönüb təcrübəsiz kəndirbaz
olacaqsan. Təcrübəsizlər də həmişə yıxılırlar. Qəlbini daş-qaşlara, qızıla satma. Bil ki, dünyada ən böyük
briliant – günəşdir. Xoşbəxtlikdən o da hamının sifətinə şəfəq saçır.
Elə ki, birini sevdin, onu bütün qəlbinlə sev.
Bilirəm, atalarla evladların mübarizəsi daimidir. Qızım, mənimlə, mənim fikirlərimlə mübarizə et.
İtaətkar evladlar mənim xoşuma gəlmir. Bu bayram gecəsində istəyirəm möcüzə baş versin: sən məni başa
düşəsən, həqiqətən başa düşüb nə demək istədiyimi anlayasan...
Ceraldina, artıq çarli qocalıb. Gec-tez səhnədə geydiyin ağ paltar əvəzinə qara geyinib qəbrim üstünə
gələcəksən. Səni kövrəltmək istəmirəm. Ancaq hərdən bir güzgüyə bax, orda məni görəcəksən.
Damarlarında qanım var. Mənim damarlarımda qan dayananda da istəyirəm ki, sən atanı – Çarlini
unutmayasan. Doğrudur, mən mələk olmaməşam. Amma insan olmağa həmişə can atmışam. Sən də buna
cəhd et!
Öpürəm səni, Ceraldina. Sənin Çarlin”.
Dostları ilə paylaş: |