Firudin Zeynallı
Ölüm haqdı,
belə də yox
BAKI-2014
2
Redaktoru və
ön sözün müəllifi. Vaqif Nəsir
Professor, şair-publisist
Azərbaycan Yazıçılar
Birliyinin üzvü
Firudin Zeynallı. “Ölüm haqdı, belə də yox”.
BAKI-2014. 220 səh
3
Redaktordan
Dərddən süzülən misralar
Atalar “ölüm gözlə qaş arasındadır” desələr də
qəzadan gələn qəfil ölüm çox gözlənilməz və dəhşətli
olur. Firudin müəllimin ailəsində baş verən agır itki
bizim hamımızı─onun yaxınlarını, dostlarını, qohum-
larını sarsıtdı. O, özünün sevimli balasını, 38 yaşlı
həkim qızını qəza nəticəsində itirdi. Zəhmətkeş bir
insan, gözəl müəllim, müdrik ağsaqqalın Göyçə dər-
dinin üstünə böyük bir dərd də gəldi. Göyçə dərdin-
dən, doğma yurd nisgilindən yazan Firudin müəllim
yenidən qələmə sarılaraq vərəqlərə köçürməyə
başladı. Qarşımda olan bu kitabın ərsəyə gəlməsinin
səbəbi də elə budur. Kitabın əlyazmasını oxuyanda
məni dəhşət bürüdü. Bu kitab dogrudan da özünün
ahıl yaşlarını yaşayan, bircə qız övladını qəfildən
itirən atanın fəryadı, harayıdır. Ədəbiyyatımızda
dünyasını dəyişən yaxınlarına şeirlər, əsərlər həsr
edən sənətkarlarımız olub. Firudin müəllim də öz ürək
yanğısını söndürmək, toxtaqlıq tapmaq, bu dərdini də
yaxınları ilə bölüşmək üçün qələmə sarılmış,
poeziyaya müraciət etmişdir. Məhz buna görə də o,
“kağızlara köçürürəm dərdimi, için-için ağlayıram,
neynəyim”- deyir. Dərdini bölüşəndə azalır, sevinci
bölüşəndə isə artır.
Firudin müəllim mərhum qızına “dişinlə
dırnağınla yurd-yuva düzəltmişdin, mənim Kəmalə
qızım, ay mənim makam balam” deyib ah- nalə çəkir.
Daha sonra isə dərdin əlində əsir olan ata necə de-
4
yərlər əlini hər yerə atır və sonda övladının qəfil ölü-
mündə özünü müqəssir sayır və “balamı odlara atan
mənəmmiş” deyir.
Yazılan şeirlər də çox təsirli məqamlar var:
Dedim sən ağla məni
Qısa et məsafəni;
Məndən alıb kəfəni
Balam tərk etdi məni...
Həyat davam edir Firudin müəllim. Sən mər-
hum qızına müraciət edib “Sənin əvəzini mən hardan
tapım” deyə soruşursan. Bu itki çox ağır olsa da, bu
faciənin az da olsa təsəllisi Nəcəf var, Orxan var! Bu
nəvələrdən Kəmalə qızının qoxusunu alacaqsan. Bu-
nun üçün səbrli olmaq, özünü qorumaq, həmin nəvə-
lərin xatirinə yaşamaq lazımdır. Allah da səbr edəni
özünə dost tutur.
Deyirlər ki, ilham pərisi əsasən iki halda qəmli-
kədərli və sevincli-nəşəli halda qələni sahibinə qonaq
olur. Firudin müəllimin şeirlərini oxuduqca, buna bir
daha əmin olursan. Onun son zamanlar yazdığı şeirlər
məhz ailəsində baş verən faciə ilə bağlıdır. Yeganə
qızını itirən Firudin müəllim özünün dünya boyda
dərd-qəmini nəzmə çəkərək haray salır, fəryad
qoparır. Halal müəllim çörəyi ilə boya-başa yetirdiyi
Kəmalə balasının faciəli ölümü onu yandırır və həmin
yanğım o, insan düşüncələrinin ən yığcam ifadəsi olan
şeirin dili ilə oxucularına çatdırır.
Firudin
Zeynallı poeziyaya hələ keçən əsrin 90-
cı illərinin sonlarında gəlmişdir. O, öz qələmini “XXI
5
əsr” müstəqil ictimai-siyasi qəzetin redaktoru kimi,
sonralar AZTV-nin əməkdaşı kimi sınamışdır. Firudin
müəllim ilk poeziya nümunələrini Respublika
qəzetlərində çap etdirərək öz imzasını oxuculara
tanıtmışdır. Əlbəttə Köyçə mahalında, Aşıq Ələsgər
torpağında dünyaya göz açan bir insan şeirə,
poeziyaya biganə qala bilməzdi. Məhz bu faktor onun
poeziyasının meydana gəlməsində mühüm rol
oynamışdır. İlk vaxtlar o, düşmən tapdağı altında olan
doğma yurddan, torpaq həsrətindən, böyüyüb boya-
başa yetdiyi diyarın gözəlliyindən və ürəyində olan
nisgildən yazırdı. Onun o vaxt vətən həsrəti ilə
yazdığı şeirləri qızının ölümü münasibətilə yazdığı
şeirlərlə müqayisə etdikdə görürsən ki, hər iki faciə
Firudin müəllimi eyni dərəcədə ağrıtmış, əzab vermiş,
yuxusuz gecələr bəxş etmişdir. Ana torpaq və övlad
itkisi ömrünün yetkin çağında olan bir insan üçün çox
ağır dərd olsa da, Firudin müəllim çox gözəl bilir ki,
insan tanrının ona verdiyi ömür payını yaşayır və
buna görə də o, “tale yazısını pozmağa qadir deyiləm,
Allahın işlərini yazmağa qadir deyiləm-deyir. Sevimli
qızının faciəli ölümü onun dərdinin üstünə dərd
gətirdi. Onun fəryadı o qədər güclü oldu ki, qızı
Kəmalənin ölümü bir ailənin deyil, elin-obanın
dərdinə çevrildi. Özünün yazdığı kimi
Ətrafımı cin-şəyatin alsa da,
Ömrümə bir həftə, bir gün qalsa da.
Firudin
nə qədər haray salsa da,
Kəmalə bir daha qayıtmayacaq.
6
Buna baxmayaraq o, yenə də fəryad qoparır,
ahu naləsi necə deyərlər aləmi bürüyür.
Ədəbiyyatda anaya, ana məhəbbətinin böyüklüyünə,
müqəddəsliyinə həsr olunmuş müxtəlif səpgili əsərlər
yazılmış, oxuculara təqdim olunmuşdur. Firudin
müəllimin yazdığı bu şeirlər mən deyərdim ki, ata
məhəbbətinin təcəssümü, ata faciəsinin poetik
ifadəsidir. Onun şeirlərini oxuduqca övlada olan
məhəbbətin böyüklüyünü hiss edir, duyursan. O, bu
məhəbbətini daşa torpağa yönəldir və deyir:
Əzizim qaşı yaxşı,
Kipriyi,
qaşı yaxşı.
Qızım yatan məzarın,
Torpağı, daşı yaxşı.
Bəli, Firudin müəllimə göz dağı olan balasının məzarı
elə o, balanın xatirinə onun üçün müqəddəsləşir,
gözünə qızının məzarının “torpağı, daşı yaxşı”
görünür. Onun şeirlərində ata məhəbbətinin
müqəddəsliyi, ülviliyi aydın şəkildə sezilir. Bu şeirlər
oxucuya müəllifin necə ürək sahibi, necə ata olduğunu
göstərir. O əziz övladını vaxtsız itirəndən sonra dünya
gözlərinə tamam qara rəngdə görünür və bna görə də
yazır:
Gülşəni sar olubdu,
Yarpaqlar
saralıbdı.
Balam əkdiyi güllər,
Bəs niyə qaralıbdı?!
Günlər bir-birini, aylar ayları, fəsillər fəsilləri əvəz
edir və Firudin müəllim başına gələn faciənin
7
həqiqiliyinə inanmır, ümid onu yaşadır, fəqət dərd
inlədir:
Yaram qövr eyləyir, yaram irilir,
İlahi sirrini ilahi bilir.
Torpağa can gəlir, hər şey dirilir,
Tək sən dirilmirsən, ay nakam qızım.
Firudin
müəllimin şeirlərini oxuduqca, üz verən
faciənin dəhşəti adamı ağrıdır, göynədir və
düşünürsən ki, bu ağırlığa, bu dəhşətə dözmək hər
kişinin işi deyil. Firudin müəllim dözür, yaşayır,
ümidin əlindən tutub nəvələri Orxanı, Nəcəfi yerbəyer
etməyi düşünür. Allah səbir versin, Firudin müəllim!
Allah kömək olsun!
Vaqif Nəsir
Professor, şair-publisist Azərbaycan
Yazıçılar Birliyinin üzvü
8
I BÖLÜM
Kəmalənin ömür yolu
Ömrü qısa oldu, yolu çox uzun,
Ləzzətin görmədi baharın, yazın.
Xalq ancaq sevdiyi insanları yaddaşında saxlayır
deyiblər, qızım. Sən də sevilənlərdən olmusan.
İnsan var, xoşbəxtliyi özü ilə birlikdə doğulur,
onunla birlikdə ömrünün axırına qədər yol gedib,
yoluna işıq saçır. İnsanda var bədbəxtliyi özündən
qabaq dünyaya gəlib, onu qarabaqara, dabanbasara
izləyib yol yoldaşı olur, yoluna qara tikan əkir, qara
çuxasını başının üstündən əsirgəmir qızım. Səndə bu
ikincilərdən oldun əziz balam.
Ömrü
yarımçıq, arzuları bitməmiş qalan əziz
qızım Kəmalə Zeynalova (Hüseynova) 1975-ci ilin
may ayının 14-dəYasamal (keçmiş Oktyabr
rayonunda) doğulmuşdur. Doğulduğu gün ömrümüzə
xoşbəxtlik gətirmişdir. Nə biləydik ki, bu xoşbəxtliyin
ömrü çox qısa olacaqmış. Atalar yaxşı deyib: “Sən
saydığını say gör fələk nə sayır”.
Kəmaləm 1982-ci ildə Yasamal (keçmiş
Oktyabr) rayonunun 13 saylı orta məktəbinin birinci
sinfinə getdi. İkinci sinifdə oxuyakən məktəbə
yoxlama gəlir. Onun qabiliyyəti ilə tanış olan
komissiya
sədri professor Yəhya
Kərimov məktəbin
pedaqoji şurasında deyir: “Əgər bu qız məktəbi qızıl
9
medalla qurtarmasa mən hesab edirəm ki, günah
müəllimlərdə olar”.
1987-ci ildə yaşayış yerimizi
dəyişdiyimizdən Kəmalə balam Suraxanı
(Orconikidze) rayonunun Hövsan qəsəbəsindəki 176
saylı orta ümumtəhsil məktəbinin 6-cı sinfində
oxumağa başlayıb. Həmin məktəbi 1991-ci ildə
bitirib. ATU-nun malicə profilaktika fakültəsinə daxil
olub (Yeri gəlmişkən həmin il test üsulu respublikada
ilk dəfə tətbiq olunurdu. Kəmalə ən yüksək bal
toplamışdı).
Oranı 1998-ci ildə bitirib, Suraxanı rayonundakı
birləşmiş xəstəxanasında işə başlayıb.
2014-cü ilin dekabr ayının 23-də 38 yaşında
dünyasını dəyişib.
Sənin yoxluğuna heç kim inanmır,
inanmayacaqlar da, əziz balam. Elə bu yaşda, bu
görkəmdə, bu baxışda qəlblərə köçdün. Ölüm
sevinməsin qoy. Sən Allahın sevimli bəndələrindən
olmusan, mənim nakam balam. Tanrı sevdiyi
bəndələri tez aparıb ölməzliyə qovuşdurur.
Meşəyə gedən əyri ağacı kəsmir, hamı düz
axtarıb, düzü kəsir. Düz hamıya lazımdı. Əməli, istəyi
düz, arzusu pak, ürəyi təmiz, qəlbi kövrək (bir az da
niskilli), səbirli, təmkinli, hamının sevincinə şərik,
kədərinə ortaq olanlar o, qədər azdırmı ki, sənə növbə
tez çatdı. Çox olsa nə olardı sənə də növbə gec
çatardı, balalarını yerbəyer edərdin. Ölüm düz 38 il idi
10
ki, sənin kimi birisini axtarırmış mənim Kəmalə
qızım.
Ölümlə qol-boyun olub getdin. Heç biz tərəfə
baxmadın da. Ömür gün yoldaşına, balalarına, atana,
anana, qardaşına, qohumlarına, səndən ümüd
gözləyən, şəfa diləyən xəstələrinə bir sözlə səni
istəyənlərə, bütün insanlara dağ çəkdin. Niyə belə
insafsızlıq elədin ay nainsaf. Niyə anan Emilyanın
qara saçlarına qar yağmalıydı? Atanın qəddi kamana
dönməliydi, ürəyinə dağ boyda dağ çəkilməliydi?
Nəcəfin, Orxanın ürəyinə ana dərdi çəkilib
ömürlərinin axırına kimi onları sızıldatmalıydı? Niyə?
Kədəri sevincindən çox, gecəsi gündüzümdən
uzun qarası qırmızısından tünd yarımçıq nakam bir
ömür yaşadın əziz balam. Bir yarımçıq ömürdə neçə
ömür yaşadın: sadə və kasıb tələbə ömrü,
valideyinlərinə Tanrı kimi sitayiş edən övlad ömrü:
Günəş işığına həsrət qalan gözlülərə işıq bəxş edə
həkim ömrü; ailəsini, balalarını canından artıq sevən,
bəxtikəm balalarının kədər yükünü çəkən ana ömrü,
gecəsi narahat, gündüzü həyəcanlı həmişə insanlara
xoşbəxtlik arzulayan həkim ömrü: şirin, məlahətli,
aydın səsilə, mülayim təbiətli,gülərüz sifətilə
pasientlərinin ürəyinə köçən həkim ömrü: böyüklə-
böyük, kiçiklə-kiçik heç kəsi özündən narazı
salmayan, həkimlik peşəsinin vurğunu olan, ləyaqətli,
namuslu, şərdən-xətadan, kindən-küdurətdən, dedi-
qodudan uzaq olan insan ömrü.
11
Sən həyatı, təbiəti, insanları necə də sevirdin,
onlara qayğı ilə yanaşırdın. Xüsusilə də mənə
(atana).Çünki, mənim şəkərim vardı. Qorxurdun ki,
ölərəm. Əfsus ki belə olmadı.
Sən mənə ağlamaq əvəzinə, mən sənə ağladım
mənim Kəmaləm.
Hər gün evə gələndə gözlərim telefona dikilir.
Heç yerə tərpənmirəm ki, indicə Kəmaləmin şaqraq
səsi eşidiləcək. Ata necəsən? Ağrımırsan ki, bazar
günü tezdən gələrsən şəkərinin miqdarını ölçərik.
Lazım olarsa sistem köçürərik. Fikir eləmə
ölməmişəm ki, səni qoymaram ağrımağa.
Əfsuslar olsun ki, qızım qoydun ağrımağa.
Nəinki, ağrımağa, dağ boyda dağı sinəmə çəkdin,
kainatı üstümə yıxdın, Günəşimi söndürdün ay
insafsız. İndi o, vaxt ağrılarım yox olar ki, sənin
yanına gəlim sən mənə layla çalasan.
Qızım sənsiz qərib kimiyəm, hər şey gözümdə
dəyişib, elə bil şəhər qəribsəyib, insanlar başqalaşıb,
divarlar soyuyub. Hara baxıram sənin gülümsər
çöhrəni görürəm, səsini eşidirəm: nə var, nə yox.
Nəcəfdən nigaran deyiləm, bilirəm ki, o mənim
arzularımı doğruldacaq...
Qızım sən heç vaxt nə var, nə yoxla
kifayətlənmirdin. Hamının dərd-sərinə şərik olurdun
köməyinə yetirdin, hamıya qarşı diqqətli və qayğıkeş
idin. Səndə insanlara qarşı bir mehranəlik vardı.
Xüsusilə qaynatana, qaynanana. Onları öz
valideynlərindən seçməzdin. Əsl müsəlmanlara xas
12
olan adət-ənənəni qoruyub saxlayan gəlin idin. Bir
sözlə, mənim əziz nakam balam sənin hərəkətlərin
dünyagörmüş, zəngin həyat təcrübəsi olan bir insanın
həyat yolunu xatırladırdı. Odur ki, sənin kimilər heç
vaxt ölmürlər. Anar demişkən:
İnsanlar ölərkən birdəfəlik ölmürlər, tamam yox
olmurlar, nə qədər ki, onları xatırlayan, onların
səslərini, sifətlərini, yaddaşında saxlayan adamlar
durur, bu ölənlər də hələ yaşayır-fikirlərdə,
xəyallarda, təsəvvürlərdə...
Səndə yaşayacaqsan mənim balam. Çünki, səni
xatirələrdə yaşadanlar var olacaq. Onlar əsrdən əsirə,
nəsildən nəsilə ötürərək daim yaşadacaqlar.
Allah rəhmət eləsin əziz balam, qəbrin nurla
dolsun, yerin behişt olsun.
II BÖLÜM
13
Deyilən söz yadigardır
Allah ucalardan uca, ululardan uludur
Görəsən bu dünyadan doydum deyən olubmu?!
Görəsən bu dünyanı tutub qalan olubmu?! Görəsən bu
dünyadan razı qalan olubmu?! Bu görəsənlərin sayını
çoxaltmaq olar. Bu görəsənlərə cavablar da çox ola
bilər. Bu görəsənlər çoxlarını dil-dil ötməyə də vadar
edə bilər. Bunların hamısını çox təbii və səmimi qəbul
etmək lazımdır. Həqiqətdən kənar heç nə yoxdur.
Bütün gizli olanlar da tez-gec həqiqətin imtahanından
keçməli olur. Həqiqətə baş əyməli olur, həqiqətlə üz-
üzə dayanmalı olur.
Allah dünyanın əşrəfi olan insanı xəlq etdi.
Yaratdığı digər varlıqları onun naminə yaratdı.
Bununla belə, insanı zaman-zaman imtahana da çəkdi.
İmtahandan üzüağ çıxanlar da oldu, imtahandan çıxa
bilməyənlər də... Hər halda Allah yaratdıqlarına,
xüsusilə insana olan nəzərini heç zaman kəsmədi.
İnsan övladının bütün yaşantıları da bunu sübut etdi.
Odur ki, “Allah bilən məsləhətdir” deyimi elə - belə
yaranmadı. Həmişə bu deyimlə insanlar Allahdan heç
nəyin gizli olmadığını etiraf etdilər. Allahın əmrinə
tabe olduqlarını bəyan etdilər. Allah xatirinə hər şeylə
razılaşmalı oldular. Ümid və inam yerləri yenə də
Allah oldu. “Allah hər şeyi görür”, “Allah hər şeyi
bilir” deməklə bir daha Allaha sığındılar. Onun
səxavətinə ümid və inam bəslədilər. Onun
səxavətindən tez-gec gün doğacağına inandılar. Ancaq
14
bununla belə, insanların bir-birindən umacaqları da az
olmadı. Elə bu umacaqlar naminə bir-birindən bəzən
küsdülər, bir-biri ilə əqidə, məslək yolunda birləşdilər,
bir-biri ilə küsülülər barışdılar, bir-biri ilə əqidə,
məslək yolunda kəsişdilər. Ancaq onu da unutdular ki,
bunların hamısını Allah görür və bilir. Unutdular ki,
Allah insanların bütün əməllərinin hesabatını aparır.
Unutdular ki, Allah bütün insanları əməllərinə görə
sınağa çəkir.
Allah bu dünyanı bir sınaq meydanına çevirdi.
İnsanları tez-tez sınağa çəkdi, insanları tez-tez
yoxladı. Bəzən dünyanın naz-nemətinə, var-dövlətinə
aldananlara güldü. Ancaq səxavəti böyük olduğu
üçün, səbri tükənmədiyi üçün hər şeyi yerbəyer
etməyə tələsmədi. Belə olduğundan hərə öz ağlına
uyğun hərəkət etdi, hərə öz arşını ilə gördüklərini,
bildiklərini və etdiklərini ölçdü. İnsanlar hər şeyi öz
arşınları ilə ölçdüyündən əqidə, məslək, düşüncə,
əməl baxımından müxtəlif qruplarda birləşdilər. Hər
kəs öz mənsub olduğu qrupda özünü daha rahat hiss
etdi. Hər kəs öz mənsub olduğu qrupda özünü haqlı
saydı. Dünya yaranandan dünyanın gəliş-gedişi belə
oldu, bu cür də davam edir və belə də olacaqdır.
İnsanların haqlı və haqsız olmasından asılı olmayaraq
onlar bu gəlimli-gedimli dünyanın dəyirmanında
üyüdüldü. Un kimi üyüdüldü. İnsanın başına nələr
gəldi. İnsan özü öz başına nələr açdı. İnsanın ağlına
gəlməyənlər onun başına gəldi. Əzab-əziyyətlə
yaşayanlar da oldu. Kefdə, damaqda olanlar da oldu.
15
Həyatından ləzzət alanlar da oldu. Həyatından
bezənlər də oldu. Bunların hamısı oldu və olacaqdır.
Ancaq bu olub-keçənlər içərisində insan övladını daha
çox göynədən, ağrıdan, bu dünyadan nakam gedənlər,
vaxtsız köçənlər oldu. Çünki onlar nə bu həyatdan
doydular, nə də insanlar – qohumlar, qardaşlar,
bacılar, atalar, analar, əmilər, dayılar, dost-tanışlar
onlardan doydu. Yuqoslaviyalı türk şairi Rauf Qırkül
demişkən:
Bir həyat az
iki olsa... yenə az
çünki sənə və həyata
doyum olmaz.
Biz çox şeyləri bilmirik. Onu da bilmirik ki,
sabah nə olacaq, nə baş verəcək. Bəlkə sabah nə baş
verəcəyini bilsək, onda dünyanın dadı, ləzzəti qaçar.
Yenə də Rauf Qırkül demişkən:
Bu gecə güldük, əyləndik
Söhbətimiz bol oldu
yarın harda, kiminlə
necə olacağımızı kim bilsin...
zatən, yarını bilmək
dadını qaçırır həyatın, acısı olardı.
Ancaq bizdən qabaq baş verənlərdən az-çox
məlumatımız var. Bu günə qədər baş verənləri az-çox
bilirik. Bildiklərimiz və gördüklərimiz içində sevinc,
fərəh olduğu kimi, üzüntülü anlar, kədərli günlər də az
olmayıbdır. Bu, bizdən asılı olmayan bir yaşantıdır.
16
Onu yaşamalıyıq, o yaşantılara dözməliyik. Axı,
“Allah bilən məsləhətdir”.
Belə kədərli, ağrılı yaşantılardan biri də Allahın
gözəl bəndəsi Firudin Zeynallının başına gəldi. Heç
yatsa, yuxusuna da girməzdi. Ağlına gəlməyən,
yuxusuna girməyən başına gəldi. İstəkli qızı Kəmaləni
itirdi. 38 yaşlı həkim qızı – Kəmalə qəza nəticəsində
dünyasını dəyişdi. Hər gün gözünün qabağında olan
Kəmaləsi indi fiziki cəhətdən yoxdur. Qara torpaq
altında nə edir, onu hardan bilsin?! Onun bu dərdi, bu
kədəri mənim yadıma türk şairi Məhməd Bütücün
aşağıdakı misralarını salır:
Nədən əl sallarkən
köç edən quşları izlərsən
Qocacıqda Prizrendə Mamuşada
və buraların bilməm harasında
şam işığıyla titrəyən hıçqırıqlar
yarar koyu qaranlığı issız gecələrdə
bir quş olsan uçsan uzaqlara
o yerlərə mutluluq
bir ovuc torpaq götürsən oralara
onlara bir ovuc torpaq gətirsən buralara
onlardan yenidən ağlarmıydın
əl sallarkən o quşlara üzün gülərmiydi
ananın qucağında sıcaqlığa sarılsan
bilməm ana qucağında olmaq başqa
öksüz bir çocuq kimi anadan uzaq
buralarda yaşamaq bam-başqa.
17
Firudin müəllimi – Firudin Zeynallını ağrıdan
dərd var idi. Bu dərd də - övlad dərdi dərdin üstünə
gəldi. Vətən dərdi onun qaysaq bağlamamış yarası idi.
Üz-gözündən hiss olunurdu ki, Vətən dərdi onu
göynədir, bəzən heç özündə olmur, göylə, yerlə
danışır. Öz dünyasına qapılaraq özünə hesabat verir,
bəlkə də xəyalında Vətəndən uçub gələn quşlardan
Vətən barədə soraq alır. Bəlkə də erməni tapdağı
altında qalan Vətəndəki ulularımızın ruhundan soraq
alır. Bəlkə də qürbətdə qalan ruhların qarşısında aciz
qalaraq özünü danlayır. Bəlkə də qürbətdə qalan
Vətəndən bir ovuc torpaq, bir içim su, bir udum hava
istəyir. Hər halda bəlkələr çox şey deyir. Gümanlar
yüz yerə gedir, iman isə birdir. Gümanlardan başımızı
itirmişik, başımız ağrılar çəkibdir. Bu ağrılar, acılar
içərisində başını itirmiş Firudin müəllimin başına bir
dərd də olmazın oyun açdı. Öz ciyərparasını itirdi.
Onun sorağını kimdən alacaq?! Onun sorağını kimdən
soracaq?! Ciyərparasına istidirmi, soyuqdurmu,
küləkdirmi, qardırmı, borandırmı, bütün bunların
hamısını haradan biləcək?!
Deyillər ki, qara torpağın üzü soyuqdur. Bu
soyuqluq onu nə qədər yandıracaq, külə döndərəcək?!
Bu dərd onu nazildib iynənin ucundanmı keçirəcək?!
Heç nə bilmirəm, bircə onu bilirəm ki, bu dərd Firudin
müəllimin əl-ayağını toparlayıb yumağa çevirdi. Bu
dərd Firudin müəllimi bu dünyaya gəlməyinə peşiman
etdi. Bu dərd Firudin müəllimin anadan əmdiyi südü
burnundan gətirdi. Bu dərd onu yandırıb-yaxdı.
18
Əlindən nə gələ bilərdi?! Ümid yeri kimi sözə əl atdı,
sözdən yapışdı, sözlə dərdini bölüşdü. Qızının
dünyasını dəyişməsi ilə bağlı şeirlər yazdı, bayatılar
qoşdu. Onu yandıran dərddən çıxmaq yolunu sözdə
tapdı. Firudin müəllim sözə sığınmaqla dərdinə əlac
axtardı. Dərdində sözün özünü yandırmaq istədi.
Beləcə şeirlərini, bayatılarını düzdü, qoşdu. Onun
şeirlərini, bayatılarını oxuyanda bir daha əmin oldum
ki, ən güclü, tutarlı folklor nümunələrini (bayatılar,
laylalar) xalqın adından elə bu cür yaradıblar. Xalqın
içərisində olan insanlardan biri, bir neçəsi yazıb-
yaradıb və bu yazılanlar xalqın ürəyindən xəbər
verdiyi üçün xalqın malına, sərvətinə çevrilibdir.
Xalqın qəlbinə yaxın olanları xalqın istəyinə uyğun
verən insanların yaradıcılığı xalq yaradıcılığı kimi
formalaşıbdır. Bunları ona görə qeyd edirəm ki,
Firudin müəllim də belələrindən biri kimi ürəyi yaralı
insanların qəlbindən xəbər verən şeirlər, bayatılar
qoşmaqla öz sözünü deyir. Daha doğrusu, dərdini
bölüşür. Xalqın vaxtilə dərd, kədər mövzusunda
yazdıqlarını öz sözü ilə yeniləşdirir. Bir sözlə, dərd
onu dilləndirir.
Əzizim dağdan aşdı,
Səbirim dolub daşdı.
Kəmalə küsüb getdi,
Mən qaldım gözü yaşlı.
Doğrudanmı “Kəmalə küsüb getdi”?! Bunun
əyrisini, doğrusunu yenə də Allah yaxşı bilir. Ancaq
onu bilirəm ki, insan insandan küsdüyü kimi, insan
19
dünyadan da küsə bilir. Əgər belədirsə, bu dünyaya
uyuşmayanlar, bu dünya ilə barışmayanlar bu
dünyadan üz çevirə bilirlər, bu dünyadan küsüb gedə
də bilirlər. Bu dünyadan küsüb getməyi rahat bir yol
kimi seçirlər. Unudurlar ki, geridə qalanlar hansı ağrı
və acılara mübtəla olur, hansı məşəqqətlərə düçar
olurlar. Məhz həmin ağrı, acı və məşəqqət Firudin
Zeynallını sızladır.
Əzizim ağı qaldı,
Gözümün ağı qaldı.
Ürəyimin başında,
Kəmalə dağı qaldı.
Yaxud:
Eləmin bayram aşı,
Dəmlənib bayram aşı.
Ay qızım, ahı-naləm,
Yandırar dağı-daşı.
Firudin müəllim atadır. Balalarını sevən,
onların qayğısını çəkən, uğurlarına sevinən,
uğursuzluqlarından məyus olan atadır. Başqa cür ola
da bilməz. Başqa cür ola bilməyən atanın gözündə
dünyanın dadı- tamı itibdir. Dünya ata üçün bir
zindana çevrilibdir. Ata isə bu zindanda gücü heç
nəyə çatmayan bir quldur, kölədir. Heç kəs
fikirləşməsin ki, biz atanın dözümünü, səbrini, gücünü
azaldırıq. Yox belə deyildir. Atanın vəziyyətini
görürük, çəkdiyi əzabları hiss edirik, ən başlıcası
əlindən heç nə gəlmədiyindən sözlə ağladığını
dərindən başa düşürük.
20
Eləmin daşlar ağlar,
Ağarmış başlar ağlar.
Atanın naləsindən
Ətrafda daşlar ağlar.
Yaxud:
Eləmin qaralıbdı,
Dağları qar alıbdı.
Əziz balam, atanın
Günləri qaralıbdı.
Firudin
müəllim ağrıdan, əzabdan, kədər və
qəmdən gizlənmir. Onu tapan kədərin atanı hansı hala,
vəziyyətə saldığını etiraf edir.
Əzizinəm pis günə,
Calanmışam pis günə.
Qızım yox olan gündən
Mən qalmışam pis günə.
Etiraf acizlik, zəiflik əlaməti deyil. Etiraf
insanın sadəliyi, səmimiliyidir. Sadəlik, səmimilik
Firudin müəllimin təbiətidir, xarakterində və bir insan
kimliyində özünü göstərən keyfiyyətdir. Odur ki, o,
dərdə qapanıb, sadəcə olaraq, dərdini etiraf etmir. O,
başına gələni (dərdi) sadə, səmimi, kövrək bir insan
kimi bayatıların misralarına çevirir. Bununla az da
olsa təsəlli tapır, rahatlanır, ruhunun onu didib
parçalamasına müqavimət göstərir. Belə olmasa,
insanın (o cümlədən Firudin müəllimin) ürəyi
partlayar, dərddən bütün canı od tutub yanar. Övlad
itirmiş ata üçün ürəyin partlaması da, canının od tutub
yanması da heç nədir. Bu dərdin qarşısında bu,
21
doğrudan heç nədir. Bəlkə də əksinə, ürəyinin
partlaması da, canının od tutub yanması da can
rahatlığıdır. Ancaq Allahın Firudin müəllimə verdiyi
bu dərd Allahın səxavəti ilə də müalicə olunur.
Allahın böyüklüyü və səxavəti ilə onun dərdinə
məlhəm qoyulur. Böyük Allah dərd verəndə onun
dərmanını da verir. Allah üçün ən müqəddəs
olanlardan biri də sözdür. Müqəddəs Allah Firudin
müəllimə sözü dərman, məlhəm kimi göndərir və
istəyi budur ki, o, dərdin əlində aciz qalmasın. Axı o,
Allahın bəndəsidir. Axı o, Allahın quludur. Axı o,
yeri, göyü yaradana inanandır. Axı o, imanlı adamdır.
Axı o, Allahın yaratdıqlarını sevən, onların qədrini
bilən insandır. Axı o, heç bir qarışqanı da tapdamayan
bir insandır. Axı o, Allahın sevimli bəndəsidir.
Firudin
müəllim bayatılarının birində yazır:
Eləmin Orxanına,
Nəcəflə Orxanına
Atan yaman tələsir,
Gəlmək üçün yanına.
Başa düşürük və başa düşməliyik. Ata dərddən
o qədər qovrulur ki, yaşamağına etiraz edir, qızına
qovuşmağa can atır. Ancaq unudur ki, Allahın işinə
qarışmaq olmaz. Bunu ona unutduran dərddir,
kədərdir. Onu yandıran dərddir, onu qovuran dərddir.
Bunu da başa düşməmək mümkün deyildir və insan
olan hər bir kəs də bunu başa düşür. Ancaq Firudin
müəllimə bir tarixi hadisəni xatırlatmağı da özümə
borc bilirəm. Bu da Həzrəti Yusiflə bağlı olan
22
hadisədir. O, Peyğəmbərlik mərtəbəsinə yüksələnə
qədər çoxlu əzablardan keçdi. Hətta atası Həzrəti
Yaqub ah-nalə etdi, göz yaşı tökdü və nəticədə
gözləri də tutuldu. Ancaq Allahdan bir vəh gəldi. Vəh
gəldi ki, Yusifi sənə Allah verib. O, Allahın
sevimlisidir. Onun yolunda bu qədər göz yaşı tökmə,
Yusifi sənə verən Allahın özü hər şeyi yaxşı bilir.
Bununla da Allah Həzrəti Yaqubun göz yaşı
tökməsini, ah-nalə etməsini onun işinə qarışmaq hesab
edir və bunu vəhlə çatdırırdı.
Firudin
müəllim bu hadisələri bilir. Həyatda
çox hadisələr görüb. Həyatın hər üzü ilə qarşılaşıbdır.
Allahın onu sözlə dilləndirməsinə də dözməlidir.
Allah hər şeyi görür və bilir. Allah ucalardan uca,
ululardan
uludur.
Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor
08.05.2014-cü il
23
OBRAZLI DUYUM, POETİK DEYİM
Firudin Zeynallının poetik yaradıcılığında
özünü ifadə məqamları daha çox hiss olunur. Ona
təsvir və tərənnümlərinin əsasında adətən yaranmış
günlərin xatirəsi, yaddaşda əbədiyyətə qovuşmuş
anların təəssüratları lirik başlanğıc kimi özünü
göstərir. Yaşanmış illərlə bağlı yaddaşı və xatirələri
yenidən canlandırmaq, bununla bilavasitə bağlı olan
düşüncə və mühakimələr aləminə nüfuz etmək
müəllifin başlıca orijinal üslubunu, mövzu
istiqamətini təşkil edir. Son günlərin məhsulu olan
nəzm əsərlərinin əsas leyt – motivi tragizm
əlamətləridir. Təkidli, həyəcanlı suallar, həzin
müraciət intonasiyaları şeirlərin forma – üslub
xüsusiyyətlərini formalaşdırır. Ümumiyyətlə, öz iç
dünyasını ifadə, yaşanmış həyat hadisələrini lirik
qavrama F.Zeynallının son şeirlərinin məxsusi
tərəfidir, konkret desək, qız balasının faciəli həyat
sonluğundan yaranan sarsıntılar onun lirik
təhkiyəsinin əsas mövzusudur. Bədii mətləblə bağlı
onun düşüncə və emosiyalarının əsas istiqamətini
psixoloji – poetik təhlil təşkil edir. Şeirlərini
oxuduqca dərindən hiss edirsən ki, Firudin öz qəlbini,
öz ruhunu kağıza köçürmüşdür. O da aydın duyulur
ki, bu cəlbedici şeir və nümunələrində müəllifin qəlb
çırpıntıları, ürəyinin səsi eşidilir. Bu da səbəbsiz deyil.
Firudin bədii sözün bütün imkanlarının səfərbərliyə
24
almağa çalışmışdır. Ona görə də onun oxucusu ilə
poetik söhbəti quru və ritorik təsvir oyatmır.
Firudinin şeirləri həyatdan, öz şəxsi taleyindən,
subyektiv düşüncə aləmindən qidalanır. Onun seçdiyi
mövzu poetik predmeti müfəssəl bədii duyğu və
düşüncələri ifadə etmək vasitəsidir. Firudinin
qələmindən çıxan şeirlər üçün səciyyəvi cəhət odur ki,
orada təsvir obyekti son dərəcə aydın və emosional
cizgilərlə özünü biruzə verir. Şeir də bədii qayə
müəllifin şəxsi qayğıları ilə bağlıdır. Bu da təsadüfi
deyil. Dünya poeziya tarixi göstərir ki, əsl şeirin
mayası dərddir, sitəmdir, ahu nalədir. Şeir dərdin
dilidir, göz yaşlarının sözə çevrilmiş formasıdır. Seyid
Əzim Şirvaninin əsərlərində belə bir məlumat
fikrimizin təsdiqi üçün olduqca maraqlıdır.
S.Ə.Şirvani yazır: “Möminlərin əmiri Hüseyn ibn- Əli
(ona salam olsun) dedi ki, atam bir dəfə məsciddə
ikən şam əhlindən bir kişi ayağa qalxıb xəbər aldı.
-
Ey Əli, səndən sual edirəm ki, dünyada
ilk şeiri kim demişdir?
Atam dedi:
-
Adəm peyğəmbər
O kişi xəbər aldı:
-
O, şeiri nə vaxt və nə münasibətlə
demişdir?
Cavab verdi ki, yerə endiyi və Qabil Habili
öldürdüyü zaman Adəm əleyhissəlam demişdir:
Tamam yerlər və onun üzərində olanlar
təğyirə uğradı.
25
Küreyi - ərzin üzü qəbahət tozuna bulaşdı.
Hər şeyin rəngi və dadı dəyişdi.
Hər bir məlahətli sifətin şadlığı azaldı
Yaxud dahi Nizami Gəncəvinin müasiri
Şəhid Bəlxi demişdir: “Əgər qəmin də ocaq kimi
tüstüsü olsaydı, bütün dünyanı tüstü – duman
bürüyərdi”.
Firudin öz kövrək duyğularını, öz ürəyinin
səsini qələmə almışdır. Onun hər kəlməsində biz onun
qəlb çırpıntılarını, ürək döyüntülərinin səsini eşidirik.
Onun yaşadığı hisslərin təbiiliyi misralara hopmuşdur.
Buna görə də bədii mətləb olduqca səmimi və təsirli
çıxmışdır. O, ürəkdə qubar edən dərdlərini, könül
yanğılarını bədii lövhələrə çevirə bilmişdir. Ona görə
də möhnətli duyğular aləmi, qəhər və sarsıntıları
okean qəlbinə asanlıqla sirayət edir. Övlad dağından
doğan ah – nalənin sözdə əks – sədası varlığımızı
göynədir, duyğularımızı tarıma çəkir. Müəllifin
“Geydirdin atana vay libasını” şeiri fikrimizə əyani
misaldır:
Görmədin Kəmalə, görmədin qızım,
Nəcəfin, Orxanın toy libasını.
Ay mənim baharım, ay mənim yazım,
Geydirdin atana vay libasını.
Təbiət yas tutdu, göylər ağladı,
Günəşdə buluddan qara bağladı.
Atanın fəryadı sinə dağladı,
Dəyişdi göydəki ay libasını.
26
Düçar olduğu sitəm, əbədi ayrılıqdan doğan
hicranlı misralar ona görə səmimi və təsirli üsyanlar
fəryadıdır. Ata fəryadı hər kəlmədə, hər misrada
təzələnir, poetik ovqat kövrək intonasiya üzərində
köklənir, sinə dağından doğan iztirablar müəllifin
ürəyindən həzin bir sızıltı kimi keçir. Kədərli, hüznlü
notların kövrək çalarlarını Firudin özünün
həyəcanlarını olduqca təbii şəkildə söz hıçqırtıları ilə
biruzə verir. Onun narahat, nisgilli və qayğılarla dolu
qəlbi şeirdən – şeirə bulud kimi dolub – boşalır.
Dəhşətlərin tuğyan etdiyi könlündən qopan misraların
ahəngində daxili sızıltıları, gizli hönkürtüləri eşidilir
və bu poetik ovqat dərin emosiya – həyəcan oyadır.
Bu baxımdan “Bəs mənim Kəmaləm niyə boylanmır”
şeiri diqqət çəkəndir:
Yazdı çəmən gülür dərə dağ gülür,
Onların sirrini İlahi bilir.
Yaralı qəlbimi yaralar dəlir,
Bəs mənim Kəmaləm niyə boylanmır?
Allah yaratdığı hikmətə bir bax,
Dağlar qoynundakı nemətə bir bax.
Hər canlı boylanır qismətə bir bax,
Bəs mənim Kəmaləm niyə boylanmır?
Firudinin elegiyalarının poetik rişəsi
intəhasız övlad sevgisindən, ən müqəddəs insani
duyğulardan pərvəriş tapmışdır. Zəngin həyat
duyğuları, məhrəmlik, narahat bir qəlbin pıçıltısı, qəm
qarışıq canlı insan taleyi ilə bağlı zərif giley – güzar,
27
tüstüsüz bir can yanğısı müəllifin qəlbinə işıq
tutmuşdur. Ah – nalə, göz yaşları, daxili təlatüm
Firudinin bədii sözündə ruhani, romantik və
sentimental məna ilə müşaiyət olunur. Dərd qat – qat
açıldıqca söz – sözü çəkir. Xatirələr, təəsüratlar bir –
birini əvəz etdikcə misraların sehrinə düşüb müəllifin
dərdinə şərik çıxırsan. O dərdin ki, heç bir dərmanı,
heç bir təskinliyi yoxdur. Onun şeirlərinin
mayasındakı nisgil, od, yanğı, ürək ağrısı olduqca
qabarıq ifadə olunur, sətirlərə hopmuş yanıqlı nidalar
könüllərə şirayət edir. Firudin bütün təsvir detallarını
bədii boyalarla mənalandıraraq onu öz taleyi ilə
bağlamaqla övlad faciəsinin dəhşətlərini və
dözülməzliyini əks etdirə bilir.
Qəm dünyası sözə çevrilib şeir qəliblərində
qəlblərə tez yol tapır. Şeirin hiss aşılayan emosional
imkanlarından istifadə etməklə Firudin özünəməxsus
şəkildə övlad sevgisini və ağır fəlakətdən doğru
faciənin dözülməzliyini bir poetik məcrada
harmonikləşdirir. Sözü ürək ağrılarının, dərdin
ifadəsinə yönəltmək, şəxsi duyğularının adı məişət
ifadələri ilə sadə formada, da söyləmək, həm də dərin,
təsirli demək müəllifin bayatılarında bütün
təfərrüatları ilə görünür. Firudinin bədii sözünün təsəri
ondadır ki, onun əsasında şəxsi həyatının gerçəklikləri
durur. Buradakı hər bir kəlmə sanki adi lüğət vahidi
deyil, müəllifin kədər yükünün daşıyıcısıdır, əbədi
ayrılıq dəhşətləri üzərində motivləşmiş sözlərdir.
Şairin poetik özünüifadəsindəki orijinallıq onun
28
obrazlarında epitet və təşbehlərində dərhal sezilir.
Bütün ifadəlilik sisteminin səmimiliyi şeirin ifadə
tərzinə bir nəvaziş gətirir. Firudinin bayatılarındakı
bədii lövhələrdə qeyri – adi obrazlar, ata qəlbinin,
valideyn düşüncələrinin güclü əks – sədası vardır.
Burada hər bir təsvir detalı onun yaşadığı müsibətin
poetik əks – sədasıdır. Misralar təbii olduğu qədər də
nüfuz edicidir. Onun keçirdiyi əndişələri, ürəyinin
dərinliklərindən gələn kədəri oxucu da yaşayır, həssas
oxucunun üzünə qəm – kədər qondurur. “Onunla nə
demək istəyir Fələk” şeiridə doğrudan – doğruya
oxucuya qəm – kədər gətirir.
Gözsüzlərə Günəş nuru yayaraq,
Getdin sanki bu dünyadan doyaraq.
Nəcəfini boynu bükük qoyaraq,
Həyatını zəhrimara döndərib,
Onunla nə demək istəyir Fələk?
Bayatılar vasitəsilə Firudin qəlbinin
hərarətini, övladına tükənməz məhəbbətini
canlandırmış, öz hissi – psixoloji aləmini şeirin
predmetinə çevirə bilmişdir. Zahiri strukturuna görə
ənənəvi olan bu şeirlər fikir və emosiya təzəliyi ilk
diqqət çəkir. Hər bənddə sərt həyat hadisələrinin
təzahürünü ifadə etmək şeirlərin əsas poetik
mənalandırma formasıdır. Onun sözdə canlandırılan
narahat ürəyi böyük bir aləmdir. Bu ürək elə bir söz
gücüdür ki, onda kövrək və duyğular dil açıb danışır.
Bu həssas güzgüdə zərif, həzin duyğular öz zənginliyi
ilə heyrət doğurur.
29
Əzizinəm hər ayı
Hər həftəni hər ayı.
Yolçunu yoldan eylər,
Emilyanın harayı.
Böyük daxili lirik həyacanlardan, yaşantıdan
doğan şeirlər göstərir ki, müəllif həmin hissləri
dərindən – dərinə yaşamış, bu həyəcanların odu ilə
isinərək öz duyğularını qələmə almışdır. Hər bir şeir
sətrində hiss fikri üstələyir, mənəviyyat aspekti bütün
motivlərin fövqündə dayanır. Bu şeirlərin ən güclü
tərəfi məhz məzmunun şəxsi hiss, həyəcan
səviyyəsində ifadəsindən ibarətdir. Narahat və
həyəcanlı lirikasında Firudinə məxsus əsas yaradıcılıq
məziyyəti – poetik hissetmə, bədii duyma qabiliyyəti
aydın sezilir. O da aşkar şəkildə nəzərə çarpır ki, o, öz
hisslərini quru, cansız, ifadə tərzində yox, poetik
canlandırma yolu ilə təlqin edir. Onun şeirlərində
bədii təsvir və ifadə vasitələri sadəcə müəyyən bir
mənzərə yaratmaq funksiyası daşımır, eyni zamanda
müəllifin dünya gərdişinin poetik duyumunun
məzmunu ifadə edir, məhz buna görə də şeirlər fəlsəfi
cəhətdən, estetik baxımdan tutumlu olur. “Ürəyimin
odu sönməyəcəkdi” şeiri bu baxımdan çox maraq kəsb
edir.
Bilirəm qanundur gedən qayıtmaz,
Ömrünü yarımçıq edən qayıtmaz.
Məzarda uyuyan bədən qayıtmaz,
Balam daha geri dönməyəcəkdi.
Ürəyimin odu sönməyəcəkdi.
30
F.Zeynallının şeirləri emosional cəhətdən
tutumlu, daxilən mündəricəli və bitkindir. Onun fərdi
üslublarının özünəməxsusluğu vardır. Onun şeirləri
lirik əhvali – ruhiyyənin poetik təfəkkürünün dərin
qaynaqlarından süzülüb gələn obrazlılıqla
birləşməsinin bariz nümunəsidir. Taleyin sərt sınaqları
ilə üzbəüz olan müəllifin şair ürəyi məhrumiyyətlər
üzərində çırpınır. Insan taleyinin real cizgiləri, həm də
duyğulu və duyğulu cizgiləri onun şeirlərində geniş
miqyas alır, şeirin ideya – emosional məğzi, lirik
həyacanın, lirik təəssüratın ifadəsi həzin təəssürat
doğurur.
F.Zeynallının son şeirləri mövzu və poetik
düşüncə dairəsinə görə ilk qələm təcrübəsinə nisbətən
fərqli notlarla fərqlənir. Bu şeirlər daha həzin, daha
dalğın və qayğılıdır. Bu şeirləri oxuduqca biz
müəllifin obrazlarında təzə və emosional çalarlar
görüb təsirlənirik.
Həyatdan vaxtsız köçmüş əzizini xatırladıqca
keçirdiyi həyəcanlar Firudinin bütün poetik
təfəkküratlarının özülündə dayanır. Onun qəlbindəki
munis hisslər o dərəcədə aşıb – daşır ki, o bu
mövzunu daim davam etdirir, xatirələr onun
rahatlığını əlindən alır və eyni motivlərə dönə - dönə
müraciət edir.
F.Zeynallının şeir üslubunda diqqət çəkən
xüsusiyyətlərindən biri ondan ibarətdir ki, onda hiss –
fikir tutumu genişdir və bu məziyyət müəllifin təsvir
obyektini obrazlı mündəricə predmetinə çevirmə
31
qabiliyyətindən qaynaqlanır. Onun hər bir şeirində
poetik duyumu məzmun təsirli dillə ifadə olunur, hiss
və duyğular arasında assosiativ əlaqələrin geniş və
rəngarəng sintezi sözün semantik tutumluluğunu
şərtləndirir. “Balamı bir daha görə bilmərəm” şeiri də
ürəkdağlayandır.
Sənsiz inanmıram sevinəm güləm,
Dünyanın sirrini çətin ki, biləm.
Yığılsa məxluqat, yığılsa aləm,
Balamı bir daha görə bilmərəm.
Orxana təsəlli verə bilmərəm.
Firudinin son şeirlərində daha çox qəlbinin
sarsıntıları əks olunur. Onun ürəyindən və
mühakimələrindən keçənlər söz libasında oxucunun
ruhuna və fikirlərinə yol tapır. Duyğuların emosional
təsviri, fəlakətin təsirli və qabarıq göstərilməsi
şeirlərin məna yükünün, bədii sanbalının
güclənməsinə xidmət edir. “Tarixi daşlarda
yaşayacaqsan” şeirini misal göstərmək olar.
Firudinəm gətirirəm diləcə,
Qocalmayıb qalacaqsan beləcə.
Mənim balam necə varsan eləcə,
Tarixi daşlarda yaşayacaqsan.
Lirik monoloq səciyyəli şeirlərdəki müəyyən
detallar və ştrixlər imkan verir ki, oxucu müəllifi,
onun iztirablarını bütün icnəlikləri ilə dərk etsin.
Misraların ancaq məzmunu yox, həmçinin ritm və
intonasiyası, təfərüatların xarakterləri və s. faciənin
dözülməzliyini əyaniləşdirir. Qəmli, acı hisslərlə
32
aşılanmış misralarda sevimli övlad obrazı onun
yoxluğunun təsviri vasitəsi ilə qavranılır. Müəllifin
matəm çökmüş misralarında sevimli insan yoxluğu
anlayışı real və ifadəli bədii boyalarla emosional və
təsirli obrazlarla verilir. Ölümün gözəl bir insani,
yetkin bir həcmi həyatdan vaxtsız qopardığını son
dərəcə sadə, ağır və sarsıdıcı ifadələrlə, orijinal bir
səpkidə canlandırır. Şeirlər bütövlükdə həyatın sərt
qanunları haqqında müəllifin subyektiv təəssüratlar və
həyəcanlardan ibarət olan bu şeirlərdə iztirablar içində
qovrulan bir insanın acı fəryadlarını duymamaq
mümkün deyil. Fikrimizə “Nakam Kəmaləmə
çatacağammı?” şeiri ilə aydınlıq gətirmək istərdim.
Allahdır ömürlər divarın hörən,
Yoxdur ürəkləri hələlik görən.
Sinəmdə kök salıb inilti verən.
Dərd – qəmi haçansa atacağammı?
Nakam Kəmaləmə çatacağammı?
Məhərrəm Hüseynov,
filologiya elmləri doktoru
33
Dostları ilə paylaş: |