Fındıq, kivi və ispanaqla qüsursuz dəri…



Yüklə 15,62 Kb.
tarix25.01.2017
ölçüsü15,62 Kb.
#6435
Fındıq, kivi və ispanaqla qüsursuz dəri…

Qış mövsümündə soyuq hava, külək və uzun müddət qapalı məkanlarda qalmaq dərimizi korlayır. Ancaq bu o demək deyil ki, gözəl görünmək üçün baharı gözləməliyik. Əksinə, qış aylarında dəri qulluğuna daha çox vaxt ayırmalıyıq.

Publika.az qış fəslində dərini gözəlləşdirməyin üsullarını təqdim edir :

Dəri gözəlliyi üçün ən önəmli vasitələrdən biri C vitaminidir. C vitamini dərini gəncləşdirməklə yanaşı, nəmləndirir və parıltı verir. Kivi, cəfəri, portağal, naringi, qreypfrut və brokkoli yeyərək orqanizminizi C vitamin ilə təmin edə bilərsiniz. C vitamini gündəlik olaraq qəbul edilməlidir. Odur ki, hər gün sadaladığımız qidalardan ən az ikisini menyunuza daxil etməlisiniz.

Qeyd edək ki, 100 qram kivi gündəlik C vitamini ehtiyacını tamamilə ödəyir.

A vitamini də dəri üçün çox faydalıdır. Çünku bu vitamin dərinin nəm balansını tarazlaşdırır. Kök, ispanaq, bibər, brokkoli, kələm, göyərtilər, naringi, portağal və qayısı A vitamini ilə zəngin qidalardır. Yumurta, süd, kərəyağı, qaraciyər və pendir də A vitamini ehtiva edən qidalardır. Gündə yarım kasa ispanaq gündəlik A vitamini ehtiyacınızı təmin edəcək.

E vitamini isə antioksidant xüsusiyyətinə görə digər vitaminlərdən daha effektlidir. Dəri hüceyrələrini yeniləyir, dərinin yaşlanma sürətini azaldır. Taxıl növləri, fındıq, qoz, balqabaq tumu, yumurtanın sarısı, zeytun yağı, balıq yağı, pomidor, kartof, kələm və kahı E vitamini baxımından zəngindir. Bir ovuc fındıq və ya 4-5 ədəd qoz gündəlik E vitamini ehtiyacını ödəyir.

Bu qidalardan yeyərək həm sağlamlığınızın, həm də gözəlliyinizin qayğısına qala bilərsiniz.



Ləman Sultan
Kataloq: upload
upload -> По антикоррупционной работе в поликлинике
upload -> Fərid Zeynalov stomatoloq, bds, dds şəxsi məlumat
upload -> Fakültə İxtisas qrup Kurs fənn tarix baslanma vaxti otaq
upload -> Oitsning ma’nosi – Orttirilgan Immunitet Tanqisligi Sindromi. Bu dahshatli va bedavo kasallik hozirgi zamonning “vabosi” deb yuritiladi
upload -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
upload -> UŞaq anatomiyasi, FİZİologiaysi və GİGİyenasi analizatorlar- duyğU ÜzvləRİ
upload -> Uşağın fərdi psixoloji hazırlığı 20 azn ağız boşluğunun kompleks peşəkar gigiyenası 80 azn
upload -> Мisvak вя онун XXI ясрдя истифадяси
upload -> Klinik protokol Az ərbaycan Respublikas

Yüklə 15,62 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə