Fondların (kapitalların) və məqsədli maliyyələşmə və daxilolmaların uçotu



Yüklə 119,5 Kb.
səhifə1/5
tarix18.05.2022
ölçüsü119,5 Kb.
#58535
  1   2   3   4   5
13-Kapitallın uçotu




MÖVZU-13: KAPİTALIN ( FONDLARIN) UÇOTU



  1. Kapital haqqında anlayış və onun mahiyyəti

2. Kapitalın mahiyyəti
3. Kapitalın təsnifatı (tərkib elementləri)
4. Nizamnamə kapitalı və onun uçotu
5. Emissiya gəlirivə onun uçotu qaydası
6. Kapital ehtiyatlarının (kapitala aid edilən ehtiyatların) uçotu
7. Mənfəətin bölüşdürülməsinin uçotu
8. Kapital haqqında informasiyanın maliyyə hesabatında açıqlanması


1. Maliyyə hesabatlarının konsertual əsaslarında və prinsiplərdə kapital maliyyə hesabatının elementi, daha döğrusu mahasibat balansının elementi kimi baxılır.
Qeyd edilən sənədlərdə kapital müəssisənin aktivləri ilə öhdəlikləri arasında fərq kimi müəyyən edilir.
Aktivlər, öhdəliklər və kapital balans bərabərliyini yaradır:
Aktivlər= öhdəliklər və kapital
Əgər şirkətin (müəssisənin) aktivlərindən onun öhdəliklərini çıxsaq, onda müəssisənin xalis aktivləri alınar ki, o da şirkətin kapitalını əks etdirir.
Kapital və ya xalis aktivlər = Aktivlər – Öhdəliklləri
Gəli və xərclər arasındakı fərq mənfəəti və ya zərəri əks etdirir.Mənfəət kapitalı artırır, zərər isə onu azaldır. Bu zaman A = Ö +K düsturu belə şəkil alar:
A= Ö+K+G-X.
Qeyd edilən bu düstir maliyyə hesabatının iki forması- balans və mənfəət və zərər haqqındakı hesabat arasındakı əlaqəni əks etdirir.
Əgər şirkətin səhmdarları tərəfindən mümkün investisiyaları və kapitalın çıxarılmalarını nəzərə alsaq onda əvvəlki düstur aşağıdakı formanı alar:
A= Ö+K+G-X+Qoyuluşlar- ÇK

Beləliklə, qeyd edilən bu düstura əsasən belə bir nəticəyə gəlmə olar ki,


şirkətin kapitalı həm onunn öz fəaliyyəti nəticəsində, həm də kənar mənbələrin təsiri altında dəyişə bilər. Kapitalın mahiyyətinə və maliyyə münasibətlərində kapitalın saxlanmasını daha dəqiq şəkildə nəzərdən keçirək.
Yuxarıda qeyd edildiyi kimi, mənfəət kapitalın artmasına səbəb olur.O mülkiyyətçinin ona məxsus olan atributu hesab olunur.
Qeyd edilənlərdən belə bir nəticə çıxarmaq olar ki, mənfəət şirkətin mülkiyyətçisi qarşısındakı borcudur. Şirkətin mənfəəti, xalis aktivləri və kapitalı arasındakı əlaqə belə əks etdirilir:
M = ΔXA = ΔK
Şirkətin mənfəəti bir qayda olaraq dividentlər şəklində götürülür. Əgər hesabat dövründə həyata keçirilən ödəmələr mənfəətə bərabər olarsa, onda kapital və xalis aktivlər ilkin səviyyədəki kimi saxlanılır. Əgər müəyyən dövr ərzində mənfəət həyata keçirilən ödəmələri üstələyərsə, onda kapital və xalis aktivlər artır. Əgər müəyyən dövr ərzində ödəmələr mənfəətdən artıq olarsa, onda şirkətin kapital və xalis aktivlərin azalmasına səbəb olur.
Qeyd edilən bu asılılığı aşağıdakı formada ifadə etmək olar:

Yüklə 119,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin