“Gender bərabərliyinin təminatları haqqında”
məlumatlar
Əmək fəaliyyətində kişi və qadınların hüquq bərabərliyi təmin edilir,işin keyfiyyətini qiymətləndirərkən işçilərə eyni yanaşılır və bərabər imkanlar yaradılması təmin olunur.
Məktəbin fəaliyyətində qəbul zamanı,tədris planı yerinə yetirilərkən kişi və qadınlara eyni tələblər tətbiq edilir.Eyni işlə məşğul olan işçilərə eyni iş şəraiti yaradılır,işdə yol verdiyi nöqsanlara görə eyni intizam tənbehi edilir,işdən azad edilərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşılır.Əmək haqqı kişilərə və qadınlara eyni ödənilir.
Məktəbdə çalışan işçilərin ümumi sayı 53 nəfərdir.Onlardan 33 nəfəri qadın,20 nəfəri kişidir.Şöbə müdiri vəzifəsində 4 nəfər qadın,2 nəfər kişi işləyir.
İşləyən qadınların təminatında nəzərdə tutulur ki,hamilə qadınlar uşağının 3 yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə muvafiq vəzifədə çalışan qadınlar attestasiyadan azaddır və əmək müqaviləsinə xitam verilə bilməz.
Məktəbin Direktoru
Dostları ilə paylaş: |