Giriş. Dəmiryol nəqliyyatının rolu və vəzifələri



Yüklə 80,73 Kb.
səhifə1/55
tarix02.01.2022
ölçüsü80,73 Kb.
#40652
  1   2   3   4   5   6   7   8   9   ...   55
Dəmiryolu-nəqliyyatının-ümumi-kursu.-II-kurs-II-semestr


Giriş. Dəmiryol nəqliyyatının rolu və vəzifələri

Dəmiryol nəqliyyatı öz universallığına, daşımaların kütləviliyinə, aşağı maya dəyərinə və yüksək məhsuldarlığına görə yük və sərnişin daşımalarının yerinə yetirilməsində mühüm rol oynayır. Digər nəqliyyat növlərindən fərqli olaraq dəmiryol nəqliyyatında sərnişinlərin və yüklərin daşınması iqlim və hava şəraitindən asılı olmayaraq, ilin və sutkanın istənilən vaxtında həyata keçirilir.

İqtisadiyyatın və əhalinin yük və sərnişin daşımalarına olan tələbatını tam, vaxtında və keyfiyyətli ödənilməsi üçün nəqliyyat sisteminin ahəngdar inkişafı, qeyri səmərəli daşımalarınaradan qaldırılması, yüklərin daşınma müddətlərinin azaldılması və bütövlüyünün təmin edilməsi zəruridir. Bununla əlaqədar olaraq, dəmiryol nəqliyyatında aşağıdakı daşımalrın tədbirlərin həyata keçirilməsi tələb olunur:


  • istismar işinin, dəmir yollarının və hərəkət vasitələrinin saxlanması və təmirinin təkmilləşdirilməsi;

  • lokomotivlərin və vaqonların məhsuldarlığının, qatarların hərəkət sürətlərinin və yük qatarlarının kütləsinin artırılması;

  • dəmir yollarının qatar buraxma və daşıma qabiliyyətinin, çeşidləmə, yük və sərnişin stansiyalarının emaletmə qabiliyyətinin artırılması;

  • lokomotiv və vaqon depolarının texniki təchizatının inkişaf etdirilməsi;

  • daşıma prosesinin operativ idarə edilməsinin avtomatlaşdırılması.


Yüklə 80,73 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin