2
GÖRKƏMLİ ®
ADAMLARIN HƏYATI
Əsası 1890-cı ildə
F.Pavlenkov tərəfindən qoyulmuş
və 1933-cü ildən M.Qorki
tərəfindən davam etdirilmişdir
BURAXILIŞ
1205
(1005)
3
V.İ.Andriyanov,
H.F.Mirələmov
HEYDƏR ƏLİYEV
NURLAN
BAKI - 2008
4
Rus dilində ikinci nəşrindən tərcümə
ISBN 978-9952-809-87-9
© V.İ.Andriyanov, H.F.Mirələmov
......................................................................................____5'>Mündəricat
ÖN SÖZ
......................................................................................
5
I fəsil
«MƏN NAXÇIVANDA DOĞULMUŞAM...»
........................
13
II fəsil
BURA DA CƏBHƏDİR
.............................................................
HEYDƏR VƏ ZƏRİFƏ
52
IV fəsil
“BU PEŞƏNİ GƏNCLİYİMDƏN SEÇMİŞƏM”
..................
69
V fəsil
RESPUBLİKA RƏHBƏRLİYİNDƏ
......................................
97
Vl fəsil
«SƏN BÜTÜN SOVET İTTİFAQINA LAZIMSAN,
HEYDƏR»
..................................................................................
156
Vll fəsil
«MƏN DAŞ, DƏMİR DEYİLƏM, İNSANAM»
....................
250
VIII fəsil
ÖZ XALQINLA BİRLİKDƏ OLMAQ HAQQI
...................
278
IX fəsil
QAYIDIŞ
...................................................................................
X fəsil
AZƏRBAYCAN NEFTİ DÜNYA SİYASƏTİNDƏ
...............
Xl fəsil
GÜNƏŞ DƏNİZDƏN DOĞUR
.................................................
XII fəsil
PREZİDENT İLİ
......................................................................
337
378
438
469
XIII fəsil
DÜNYANIN GÖZÜNDƏ
.........................................................
SON BORC, SON XİDMƏT
...................................................
EPİLOQ
....................................................................................
H.Ə.Əliyevin həyat və fəaliyyətinin əsas məqamlari
.............
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN XÜLASƏSİ
..................
523
532
538
551
554
5
ÖN SÖZ
Bəzən dünyada elə təsadüflər olur ki, onu kortəbü hadisələr hesab
edirlər. Halbuki bunlar həyaın aşkar həqiqətləridir. Və təəssüf ki,
çoxları taleyin bu gerçəkliyini görə bilmir.
1944-cü il noyabrın 27-də Moskvaya, SSRİ Xalq Komissarları
Sovetinin sədri İosif Vissarionoviç Stalin danışıqlara yollanan,
«Döyüşən Fransa» hərəkatının rəhbəri, Fransa Respublikası
Müvəqqəti hökumətinin başçısı və ölkənin gələcək prezidenti Şarl de
Qoll yolüstü Bakıda dayanmalı olmuşdu. SSRİ-də bu ucaboy və ali
qonağı müttəfiq dövlətin başçısı kimi qəbul edirdilər. Sovet İttifaqına
iki həftəlik səfərində generalı Stalinin şəxsi göstərişilə Xalq
Komissarları Soveti sədrinin müavini Aleksey Nikolayeviç Kosıgin
müşayiət edirdi. Uzun illərdən sonra SSRİ Nazirlər Sovetinin sədri
Aleksey Kosıgin Parisə rəsmi səfərə yollanacaq və diplomatik
protokolun bütün qaydalarına rəğmən Orli hava limanında Sovet
hökumət başçısının pişvazına şəxsən Prezident de Qoll gələcək. Lakin
bu başqa bir hadisə, başqa bir əhvalatdır...
Bakıda generalı bütün rəsmi mərasim qaydalarına uyğun ehtiramla
qarşıladılar. Bayraqlar, himnlər, fəxri qarovul... Rəsmi qonağı
qarşılayanların arasında vəzifə səlahiyyətinə görə dövlət təhlükəsizlik
xidmətinin gənc leytenantı, əyninə mülki plaş geymiş və başına dəbdə
olan şlyapa qoymuş Heydər Əliyev də vardı.
Sonralar Heydər Əliyevin söylədiyinə görə, onun nəzərləri ani də
olsa De Qollun baxışları ilə qarşılaşmışdı.
Həmin axşam məşhur fransalı qonaq «Koroğlu» operasını
dinləmiş, ertəsi günü isə qatarla Stalinqrada yola düşmüşdü, çünki
hava tutulduğundan təyyarələr uçmurdu.
6
Bu hadisəni xatırlatmaq ona görə maraqlıdır ki, dünyada tanınan
hər iki şəxsiyyətin siyasi taleyində oxşar məqamlar çoxdur. Hər ikisi
uzun illər uğurlu dövlət fəaliyyətindən sonra işdən kənarlaşdırılıb.
Paris «didərgini» haqqında deyirdilər ki, o nitqini itirmiş peyğəmbər
kimi meydanı tərk etmişdi və səsi-sədası eşidilmirdi.
Qorbaçov əyyamının Sov.İKP MK Siyasi Bürosunda Heydər
Əliyevi dinləmək və eşitmək istəmədilər. Və o da çıxıb getdi...
1958-ci ilin may ayında Kolombe malikanəsində tənha yaşayan
general de Qoll Fransanın çağırışıyla Parisə qayıtdı.
1990-cı ilin iyul ayında Azərbaycanın çağırışıyla Heydər Əliyev
özünün Moskvadakı qəriblik həyatından ayrılaraq vətənə döndü.
Geri dönəndə hər ikisinin 67 yaşı vardı. Bu yaşda adətən nəvələrlə
əylənir və memuar yazmaqla məşğul olurlar. Lakin iş elə gətirdi ki,
ürəkaçan ailə qayğıları və xatirələrlə bağlı məsələlər təxirə salınmalı
oldu. Onlar dar gündə öz vətənlərini xilas etmək üçün qayıtdılar. Biri -
Fransanın birliyini və müstəqilliyini, o biri isə - Azərbaycanın
bütövlüyünü və suverenliyini təmin etmək naminə.
Heydər Əliyev siyasətçi kimi sovet sisteminin dəyərləri əsasında
formalaşmışdı.
Beynəlmiləlçilik haqqında səslənən şüarlar onun üçün gəlişi gözəl
sözlər deyildi: «Beynəlmüəlçi olmaq üçün təkcə öz millətini
düşünmək lazım deyil, bütün millətlərin mənafeyini, onların ümumi
azadlığını və hüquq bərabərliyini öz millətindən yüksək tutmağı
bacarmaq lazımdır» (V.İ.Leninin tam külliyyatı, C.45). Sovet
siyasətçisi və dövlət xadimi Heydər Əliyev haqqında tam
səmimiyyətlə demək olar ki, o, işdə beynəlmiləlçi idi.
Lakin XX əsrin sonlarında o, Şarl de Qollun milli amilin bütün
digər ideyalar, nəzəriyyələr, şüar və prinsiplərdən öndə olduğu barədə
fikrini özü üçün yenidən kəşf etdi.
Bəli tarix göstərdi ki, milli ideya bir çox başqa mətləblərdən daha
önəmlidir. Realist siyasətçi Hcydər Əliyev üçün buradan bir qənaət
hasil olunurdu: dövlətin qurtuluşu eyni zamanda millətin qurtuluşudur.
7
...Karlovı Van. Tixaya Sadovaya küçəsi. Burada, şəfalı bulaqlarla
zəngin olan məşhur Mlin (yəni Dəyirman) sütunlarından yüz metr
aralı sovet nomenklaturasının xoşladığı «Bris-tol» sanatoriyası
yerləşir. Qoca bağban qızılgülləri suvara-suvara burada Kosıgini,
Əliyevi, Şerbitskini, marşal Konevi gördüyünü söyləyir...
Hündür meydançadan yaraşıqlı rus kilsəsinin mavi günbəzləri
görünür - oradan zəng sədaları eşidilir; başqa tərəfdən çox ulduzlu
sanatoriya və otelləri olan dəbdəbəli kurortun mənzərəsi canlanır.
Yaşlı bağbanla təsadüfı söhbət, onun məhrəmanə «hələlik»
(«aqoy») deyə uğurlaması tezliklə unudula bilərdi, əgər axşam
Moskvanın televiziya proqramında onun səmimiyyətlə xatırladığı
adamların simaları görüntüyə
gəlməsəydi. Televiziyada
«İzvestiya»nın və Mərkəzi televiziyanın siyasi icmalçısı, diplomat,
keçmişdə Sov.İKP MK məsləhətçisi, iki baş katib - Brejnev və
Andropovun ən yaxın köməkçilərindən biri Aleksandr Bovinin
xatirəsinə həsr olunmuş süjet, müxtəlif illərin fotoşəkilləri, telexronika
və s. göstərilirdi.
Budur, böyük bayram masası arxasında Yuri Vladimiroviç
Andropov, sağ tərəfində Əliyev, solda Qromıko və Qorbaçov
əyləşmişlər... Görünür, indicə hansısa zarafatyana bir atmaca
səslənmişdir: Heydər Əliyev və Yuri Vladimiroviç ürəkdən uğunur,
hətta sərt xasiyyətli, Qərbdə cənab «Yox» ləqəbi ilə tAmman SSRİ-
nin xarici işlər naziri Qromıko da gülümsünür. Siyasi Büronun «adi»
üzvü, hələ Sov.İKP-də ikinci şəxs olmayan (Brejnevin ölümündən
sonra Mixail Sergcyeviç yanıqlı qalsa da, ölkənin «ikinci» vəzifəsi
Konstantin Ustinoviç Çernenkoya həvalə edilmişdi) Qorbaçovun da
sifətində zərif bir təbəssüm var.
2004-cü ilin aprel günlərində Çexiya qəzetləri ağızdolusu Böyük
Avropadan yazırdılar: «Çexiya və üstəlik doqquz ölkə mayın 1-də
Avropa Birliyinə daxil olmuşdu. «Dnes» (əvvəllər «Mlada fronta»
adlanan) qəzeti oxuculara bildirirdi ki, biz indi 455 milyonuq,
ərazimiz 3,9 milyon kvadrat kilometrdir, 25 dövlətik...»
Gecə, düz saat on ikidə Karlovı Varı üzərində salyut gurladı,
qaranlıq səma al-əlvan atəşfəşanlıqdan nura boyandı. Çexiya bayram
edir. Litva, Latviya, Estoniya, Sloveniya şənlənir...
8
Avropa bu ölkələr arasındakı sərhədləri götürür. Daha doğrusu, onları
Şərqə doğru çəkir.
Dünyanın yeni siyasi xəritəsində ötən əsrin 80-ci illərində dünyada
məhsul istehsalının beşdə bir hissəsinə sahib olan Sosialist Birliyi
ölkləri. Varşava müqaviləsi dövlətləri və Qarşılıqlı İqtisadi Yardım
Şurası artıq yoxdur. Avropa Birliyinin 25 ölkəsinin cəmləşdiyi bu
xəritədə vaxtilə Sovet İttifaqının tərkibində olan və aralarında
Azərbaycanın da yer aldığı yeni dövtlər var.
İki min il əvvəl müdriklərdon biri belo söyləyib ki, Aallah kimsəyə
keçid dövründə yaşamağı nəsib etməsin. Sadə insanın bu həyəcanı, bu
narahatlığı bütün zamanlar üçün eyni dərəcədə başa düşülməlidir. O,
həmişə çalışır ki, öz komasının, ya da daxmasının bir küncünə sığınıb
tufanın sovuşmasını gözləsin. Bu da başa düşüləndi.
Az-çox dünyagörüşü və təcrübəsi olan adam təbiətdəki bəzi
əlamotləri müşahidə etməklə baş verəcək tufanı əvvəlcədən müəyyən
edir. Deyək ki, leysan yağışdan əvvəl çox vaxt tozanaq qopur. Eynən
böyük siyasətdə də belə olur — hərçənd ki, siyasətdə yaxınlaşan
fəlakəti qabaqcadan hiss etmək bacarığı çox az adama nəsib olur...
Andropov, Qromıko, Əlıyev və Qorbaçovun bir qədər əvvəl
haqqında danışdığımız teieviziya çəkilişi 1982-ci ilin noyabrından
əvvəl və 1983-cü ilin axırından, yəni Yuri Vladimiroviçin yatağa
düşdüyü vaxtdan sonra aparıla bilməzdi. Qəribədir ki, bu kadrları
məhz 2004-cü ilin aprel günlərində, yəni qarşmızdakı kitabı yazmaq
fikrinə düşdüyümüz zaman ikimizdən biri görmüşdü.
Çox vaxt deyirlər ki, tarixin gələcəklə bağlı dəqiq düsturu, «hazır
hökmü» yoxdur. Amma buna baxmayaraq, hadisələrin bu və ya digər
inkişaf yönümünü, hətta ssenarisini müəyyənləşdirmək olar. Sovet
İttifaqının taleyi necə ola bilərdi, əgər... Variantlar çoxdur. Ümumi
qənaət isə ondan ibarətdir ki, Sovet İttifaqı süquta məhkum deyildi.
ABŞ-ın SSRİ-dəki keçmiş səfıri Cek Metlokun 2005-ci il iyulun 5-
də «İşgüzar çərşənbə axşamı» həftəlik jurnalına verdiyi müsahibəyə
nəzər salaq: «Fakt faktlığında qalır: konınunist rejiminin zəifləməsi və
dağılması Qərbin təzyiqi nəticəsində yox, Qorbaçovun islahatları
sayəsində baş verdi. Əgər bu
9
islahatlar uğurlu olsaydı, SSRİ xilas ola bilərdi. SSRİ-nin dağılması
heç də soyuq müharibənin və yaxud Qərbin hansısa səylərinin
qaçılmaz nəticəsi deyildi».
Əlbəttə, cənab Metlokun cidd-cəhdlə inkar etdiyi «Qərbin təzyiqi»
də öz rolunu oynamışdı.
Ağıllı-başlı islahatlar aparmaqla, cəmiyyətin inkişaf təmayüllərini
diqqətlə nəzərə almaqla ölkə yeniləşə-yeniləşə inkişaf edə bilərdi.
Lakin hakimiyyəti həyatda əsas qayələrini dəniz daşları tək mamır
basmış, az qala yüz il boyu dəyişdirilmədən saxlanan köhnə düsturlara
kor-koranə əməl edən ehkamçılar idarə edirdilər. Baş katib vəzifəsinə
keçən Qorbaçov cəmiyyətə, ölkəyə yeniləşmə və sürətli inkişaf vəd
edirdi. Hərçənd ki, çox tezliklə özünün böyük dövlətinin miqyasları
ona darısqal görünməyə başladı. O, özünün (?) yeni düşüncə
konsepsiyasını böyük tərkibdə nəinki Sovet İttifaqına, Sosializm
Birliyi ölkələrinə, hətta bütün dünyaya sırımaq istədi. Halbuki, dogma
ölkəsinin daxilində vəziyyət günü-gündən pisləşirdi. Lider hansı işdən
yapışırdısa, naqqallığına salıb hər şeyi bada verir, yarıda bilmir, ona
etiraz etməyə cürət göstərənlori isə rədd edirdi.
«Mən «Perestroyka» (yenidənqurma) ifadəsini eşidən kimi o saat
dedim: bu «katastroyka»dır (yəni oyunbazlıq, dağıdıcılıq), — deyə
fılosof, yazıçı Aleksandr Aleksandroviç Zinovyev jurnalist Viktor
Kojemyak ilə müsahibəsində o dövrü belə xatırlayır. -1988-ci ildə
mənim «Qorbaçovizm» adlı kitabım nəşr olunmuşdu». Burada onu da
əlavə edək ki, bu kitab Almaniyada nəşr olunmuşdu. Partiya bu böyük
alimi sonra məhz bu ölkəyə sürgün etmişdi. Yalnız neçə il keçəndən
sonra o vətənə qayıda bildi. «...Qərbdə çıxışlarımdan birində mənə
Sovet sisteminin ən zəif yeri barədə sual verdilər. Mən cavab verdim
ki, Sovet sisteminin ən zəif yeri əslində ən möhkəm hesab olunan
partiya aparatıdır. Zalda gülüşmə qopdu. Mən əlavə etdim ki, bəli,
partiya aparatı, Siyasi Büro və Baş katib. Onlar istəsələr, yarım ilə
ölkəni dağıda bilərlər. Elə də oldu («Pravda» qəzeti. 18 avqust 2005).
Uzaqgörən siyasətçilər - heç şübhəsiz, böyük idarəçilik
təcrübəsinə, siyasi fəhmə malik, insan qəlbinin istəklərini duyan,
anlayan Heydər Əliyev də belələrindən idi - görürdülər ki, bəli
«proses getdi» (Qorbaçovun formulu) və bu «proses» İtti-
10
faq dövlətinin dağılmasına aparır. Artıq Rusiyanın özündən qoparmalı
olacaq balaca «vaqon»lar haqda söz-söhbət gəzirdi. Söhbət rusların,
rusiyalıların vahid dövlət tərkibində yüz, iki yüz, üç yüz il birgə
yaşadığı xalqlardan, müttəfiq respublıkalardan gedirdi. Hər hansı
başqa bir dövlət tərkibində ölkənin dağıdılmasına çağıran
siyasətbazların aqibətini məhkəmə həll edərdi. Sovet İttifaqında isə
başı dumanlandırılmış kütlə onları sevinclə qarşılayaraq əlləri üstə
gəzdirirdi.
Respublikalarda separatçı təmayüllər baş qaldırırdı. Onları bir
tərəfdən hakimiyyətə və varlanmağa can atan yerli elitalar qızışdırır,
digər tərəfdən isə açığını deyək ki, sıxışdırılmış milli mənafelər
növbəti yanlış addımlara təhrik edirdi. Öz bayrağı, himni,
konstitusiyası olan respublikalar, əslində, çox az müstəqilliyə malik
idilər. Kadrian «qırmızı» paytaxt təyin edirdi. Bu paytaxt yalnız öz
istədiklərini mükafatlandınr, ucaldır və endirir, cəzalandınr və əfv
edirdi. Və birdən o da məlum oldu ki, bəzi məsələləri onsuz da həll
etmək mümkündür. Bəs, görəsən nəyi? Moskva yüyəni hara qdər boş
buraxır? Yenidən onu öz əlinə almazmı?
Hakimiyyət uğrunda mübarizəyə ən müxtəlif qüvvəlor qoşulurdu:
xarici xeyriyyəçilərdən qidalananlar da, populistlər də, tələm-tələsik
maskalanmış haram kapital da. Hər bir müttəfiq rcspublikanın —
Moldovanın, Gürcüstanın, Ukraynanın, o cümlədən də Azərbaycanın
özünəməxsus xüsusiyyətləri vardı. Əlbəttə, bununla yanaşı bir çox
başqa amillər də — tarixi, sosial, xarici siyasət də bu prosesdə rol
oynayırdı. Məsələn, Moldovada runıniyapərəst dairələrin fəallığı aşkar
görünürdü. Litvada hər şeyi antirus «Sayudis» idarə edirdi. Ukraynada
keçmiş əmək qvardiyası — aldadılmış şaxtaçıları siyasət meydanına
atmışdılar ki, qoy tarana gedib sovet hakimiyyətini yıxsınlar.
Azərbaycanda Moskvanın əmrinə əsasən çoxdan burada olmayan,
başqa cür desək, hələ ölkəyə qayıtmamış Heydər Əliyevlə haqq-hesab
çürüdürdülər. Respublikada dərəbəylik hökm sürürdü.
Tarixdə şəxsiyyət, insan və hakimiyyət kimi anlayışlar adamları
zaman-zaman düşündürüb. Bəzən bu, hökmdarlara, rəhbərlərə onların
vaxtı-vədəsi gələnədək «rəiyyət»dən gizlə-
11
dilən şəxsi həyatlarınm xırdalıqlarına göstərilən maraq sırf «obıvatel»
marağından fərqlənmir. Əksər hallarda isə bu xüsusiyyət adamlarda
həqiqəti anlamaq istəyindən irəli gəlir. Nədən hansısa öndərlərə
«gərdişi-dövran» tabe olur və onlar sınaqlara sinə gərərək, öz
xalqlarını, ölkələrini Böyük Pyotr, Franklin Ruzvelt, Atatürk, Stalin,
Çörçill, Qandi, de Qoll kimi ucaldırlar?.. Nədən digərlərini eyni
olaylar, gur axın aciz bir talaşanı apardığı kimi öz ardınca sürükləyir?
Və bu təqdirdə taclar başlardan qoparılıb tolazlanır: Rusiya imperatoru
Ü Nikolayın, Avstriya kralı Frans-İosifın, alman kralı Vilhelmin,
SSRİ-nin birinci və sonuncu Prezidenti Mixail Qorbaçovun tacı kimi...
Heydər Əliyev on dörd il Azərbaycan Kommunist Partiyası
Mərkəzi Komitəsinə başçılıq edib - sovet dövründə bu, respublikanın
rəhbəri demək idi; beş il sovet hökumətində ikinci şəxs və Sov.İKP
MK Siyasi Bürosunun üzvü olub; on ildən artıq başinda durduğu
müstəqil Azərbaycanın postsovet dönəmində yaradılması və təşəkkül
tapması da onun adıyla bağlıdır.
Heydər Əliyevin böyük siyasətə qayıdışı bir çox cəhətdən general
de Qollun «başın itirmiş» Fransada hakimiyyətə qayıdışını xatırladır.
Onların fəaliyyət göstərdikləri siyasi mühit və şəraitin bütün fərqlərinə
baxmayaraq, bu iki tarixi şəxsiyyətin müqayisəsi ən başlıca cəhəti
aşkara çıxarır; onlar üçün həlledici meyar öz ölkələrinin mənafeyi
olmuşdur. Yeri gəlmişkən, məhz Əliyevin sərəncamı ilə 1999-cu ilin
martında de Qollun qırx dördüncü ildə qonaq kimi qaldığı binanın
üzərinə xatirə lövhəsi vurulub. Bakılılar Neftçilər prospektində
yerləşən həmin möhtəşəm binanı yaxşı tanıyırlar; onun yanında XII
əsrin memarlıq abidəsi — məşhur Qız qalası ucalır. Beləliklə də, uzaq
və yaxın keçmiş bir-birinə qovuşur.
İstedad və iradə Əliyev şəxsiyyətinin ali keyfiyyətləridir. İlk
növbədə özünə qarşı ən yüksək tələbkarlıq və mütəşəkkillik. Bir
adamı dinləmək və eşitməklə «xalq», «millət» adlanan böyük
anlayışın birləşdirdiyi bütün insanların istək və məqsədlərini anlamaq
qabiliyyəti onda bir daha üzə çıxırdı. Onun simasında böyük
siyasətçinin peyğəmbər uzaqgörənliyi və sərkərdə şücaəfi cəmləşirdi.
Dərin savad və fitrətdən gələn incə estetik duyumu olan, alicənab və
ürəyində kin saxlamayan bu
12
insan bilmədən səhv edənləri bağışlamağı bacarırdı, lakin naşılar,
simasızlar, təmənna güdənlər onun mərhəmətinə ümid bəsləyə
bilməzdilər.
Anadan olanda adını Heydər qoydular. Mənası - öndə gedən, başçı
deməkdir. Biz onun necə boya-başa çatmasından, doğma
Naxçıvanında, daha sonra bütün Azərbaycanda - qoca Xəzərdən qarlı-
vüqarlı dağlaradək - Sovet İttifaqı adlanan ölkədə qarşısında açılan
dünyanın ona necə görünməsindən, bənzərsiz siyasətçi və dövlət
xadimi, milli lider, xalqın öndəri olmasından bəhs edəcəyik.
13
I fəsil
«MƏN NAXÇIVANDA DOĞULMUŞAM...»
10 may 1923-cü il, Naxçıvan
Tərcümeyi-halında yazırdı: «Mən, Əliyev Heydər Əlirza oğlu,
1923-cü il mayın 10-da Naxçıvanda anadan olmuşam...»: Hər dəfə bu
sətirləri yazdıqda - Bakıda, Leninqradda, Moskvada, - Araz
sahilindəki sakit və mehriban, doğma şəhər gözləri önündə canlanırdı.
Əsrləri, minillikləri yola salmış bu şəhərin may ovqatı məscid
üzərində açılan bahar asimanı kimi safdır, ülvidir və sanki dünyaya
yeni gələn bir insanın valideynlərinə bəxş etdiyi ümid işığıdır.
Belə bahar günlərinin birində Əlirza və İzzət Əliyevlərin ailəsində
dördüncü övlad dünyaya göz açdı. Körpəyə İzzət xanımın
azərbaycanlıların Zəngəzurdan didərgin salındığı zaman həlak olmuş
qardaşı Heydərin adını qoydular. O Heydərin yaşı həmişəlik iyirmi üç
olaraq qaldı... İllər ötəndən sonra Əliyevlər ailəsində Əyyub
Abbasovun «Zəngəzur» romanı əldən-ələ keçdi. Çünki bu iki qalın
cilddə yazılanları oxuyan Şəfiqə eynən bu hadisələri, analarının da ona
danışdığını qardaşlarına söyləmişdi.
- Yanılmırsan, Şəfıqə, - deyə Həsən təsdiq elədi. - Bu kitabı yazan
adam didərginlik ağrısını çox dəqiq göstərmişdir.
«Andronik Uzunyanın əsgərləri kəndə aşağı tərəfdən daxil oldular.
Yamacın ətəyində bir neçə ev alışıb-yandı. Comərd təkid eləyirdi ki,
adamlar nəyi bacarırlarsa götürüb dağlara çəkilsinlər.
14
Haray-həşir, arvadların hönkürtüsü, uşaqların ağlaşması kəndi
başına almışdı. Sanki qayalar da Zəngəzur torpağında baş verən
müsibətə laqeyd qala bilmirdi. Atlar, yüklənmiş ulaqlar, qorxudan
böyürən öküzlər, inəklər - hər şey bir-birinə qarışmışdı. Kənddə qalan
yalnız dərd-sərdən ağlı çaşmış və öz həyatını evdən ayrı təsəvvür
etməyən qocalar idi».
Bu - ədəbiyyatdır. Kəqiqətdə isə XX əsrin əvvəllərində
Yelizavetpol quberniyasının Zəngəzur qəzasında 326 kənd vardı.
Azərbaycan tatarlarının (o vaxt imperiya məmurları azərbaycanlıları
belə adlandırırdılar) qonşuları olan ermniənilər, ruslar və kürdlər
pambıq əkini ilə məşğul olur, qoyun sürülərini birgə otarır, hərə öz
ibadətgahında - kilsəsində, məscidində ibadət edirdi. Bu bərəkətli
torpaqda hər şey bol idi - meyvə bağlarında dadlı alma, armud, üzüm,
ərik, şaftalı yetişirdi; çox-saylı geniş otlaqlarda mal-qara, qoyun-quzu
sürüləri otlayırdı. O dövrün xronikasında belə yazılmışdı: əsrin
əvvəllərində Zəngəzurda 123 997 adama 83 min baş iri buynuzlu mal-
qara, 83400 baş qoyun, 4000 baş keçi düşürdü... İpəkçilik inkişaf edir,
mis hasilatı artırdı.
Bəli, nə qədər ki, insanları milli ayrı-seçkilik, milli münaqişələr,
qarşılıqlı qəzəb, kin-küdurət biri birindən ayırmamışdı, bu diyarda hər
şey bol idi.
Yaşadığı müsibət İzzət xanımın qəlbində silinməz qanlı izlər
qoymuşdu. O, öz dərdini uşaqlarından gizlətsə də, qızları (qızlar
adətən həssas olur) nəçə dəfə analarının xəlvətə çəkilib için-için
ağladığını görmüşdülər.
Naxçıvanda gözəllik müsabiqələri keçirilsəydi, heç şübhəsiz, İzzət
xanım birinci gözəl sayılardı. Lakin bu diyarda qəbul olunmuş əxlaq
qaydaları belə bir sərbəstliyə yol verməzdi. İzzət xanım öz
valideynləri Cəfərqulu və Sarabəyim kimi, valideynlərinin
valideynləri kimi, müqəddəs «Qurani-Kərim»də yazılmış qaydalara
uyğun yaşayırdı, hətta oğulları belə onu heç vaxt başaçıq
görməmişdilər.
Bir dəfə Şəfiqə otaqda anasının saçlarını darayırmış. Qapı döyülür.
O, -«Yəqin, Heydər qayıdıb», - deyir və tələm-tələsik sevimli
kəlağayısını başına çəkir.
İstər Azərbaycanda, istərsə də Rusiya və Ukraynada olsun, böyük
ailələrdə evin-ocağın əsas yükünü həmişə ana çəkir. Bakının neft
mədənlərində fəhlə işləmiş və sonra Naxçıvana
15
qayıtmış ataları dəmiryolunda işə düzəlmişdi. Heydər anadan olanda
Əlirza Əliyevin köhnə dostu, parovoz maşinisti dəmir maşınından elo
qulaqbatırıcı fit verir ki, Araz qırağəında otlayan qoyun-quzu
hürküşüb az qala çaya töküləcəkmiş...
Elin adət-ənənəsinə uyğun ən yaxın adamları plovlu, şərbətli süfrə
başına dəvət etmişdilər.
Gur səsi həyət-bacanı başına alan körpənin Həsən, Hüseyn adlı iki
qardaşı və Surə adlı bir bacısı vardı. Sonralar Allahm kəramətilə daha
dörd övlad - Aqil, Cəlal, Şəfiqə, Rəfiqə dünyaya gəldi. Ailədə beş
oğlan və üç qız böyüməyə başladı.
Dostları ilə paylaş: |