BAM onıın qəlbində yurd salmışdı
Dəmiryol nəqliyyatı gündən-günə yeniləşməkdə, təzələnməkdəydi.
İyirminci əsrin ən böyük nəqliyyat tikintilərindən olan Baykal-Amur
magistralınm tikintisi davam etməkdəydi. Sakit okeana aparıb
çıxarmalı olan ikinci magistral xətt üç min yüz əlli kilometr idi və bu
xəttin yan-yörəsində stansiyalar, qəsəbələr, şaxtalar, fabriklər,
şəhərlər, meşə təsərrüfatları yaradılırdı.
1984-cü il iyulun 5-də MK-nın Siyasi Bürosu yoldaş Heydər
Əliyevin «Baykal-Amur magistralının tikintisindəki bəzi problemlərlə
bağlı» məruzəsini dinlədi.
Qeyd edildi ki, ümumilikdə magistralın tikintisi yüksək sürətlə
davam edir. Sərt təbii-coğrafi şəraitə baxmayaraq, böyük həcmli iş
görülmüş, çoxsaylı körpülər, tunellər və başqa tikililər inşa edilmişdir.
İnsan ayağı dəyməyən bir çox ərazilərdə yeni yaşayış massivləri,
qəsəbələr, şəhərlər salınır. Bütün bunlar fəhlə və mühəndis-texniki
heyətin, yerli partiya, komsomol, həmkarlar ittifaqı təşkilatlarının
birgə
və
məqsədli fəaliyyəti, digər respublika, vilayət
zəhmətkeşlərinin məqsədyönlü fəaliyyətinin nəticəsidir.
Həmin il, yəni 1984-cü ildə tikintinin kollektivi Böyük Oktyabr
inqilabının altmış yeddinci ildönümünə - bu böyük bayrama qədər
magistralın əsas dəmiryol xəttinin açılacağına
196
və vaxtından bir il əvvəl bütün magistral boyu qatarların hərəkətə
başlayacağına söz veriblər.
Diqqət yetirək: 1984-cü ilin noyabrı. Əliyevin məruzəsinə görə
Siyasi Büro qeyd edir ki, «...vaqon-lokomotiv təsərrüfatlarının, trassın
mühəndis təminatının, yaşayış sahələrinin, uşaq müəssisələrinin,
xəstəxanaların, ticarət müəssisələrinin, ictimai iaşə obyektlərinin
tikintisi çox ləng gedir».
Sov.İKP MK-nın Siyasi Bürosu məsul nazirlik və müəssisələrin
rəhbərlərinə sərt şəkildə tapşırıq verdi ki, Baykal-Amur magistralının
istifadəyə verilməli olan obyektlərinin vaxtında tikilib qurtarmasını
təmin etsinlər.
1984-cü il sentyabrın 30-da qəzetlər BAM-dakı qarşı-qarşıya gələn
xətlərin birləşdirilməsi barədə xəbər verdilər. «Sosialistiçeskaya
industriya» qəzeti qürurla car çəkirdi: «Bay-kaldan Amura qədər
dəmiryolu artıq tikilib qurtardı. Ümumitti-faq zərbəçi gənclər
tikintisinin tacı qoyuldu. Dünən Balbuxta keçidində şərqdən və
qərbdən bir-birinə tərəf gələn yol mantyorları Aleksandr Bondarm və
İvan Varşavskinin briqada-ları 3150 kilometrlik magistral yolu
birləşdirməyə müvəffəq oldular. Həm də vaxtından bir il əvvəl».
Reportyor yalan demirdi. Həqiqətən də, Tayqada, adı çəkilən keçid
məntəqəsində şərqdən və qərbdən çəkilən relslər bir-birinə
qovuşmuşdu. Telekameralar son halqanın - «qızıl halqa»nın necə
qaynaq edildiyini çəkmişdilər.
Amma heç kim demədi ki, Şimali Muysk tuneli hələ də hazır deyil.
Oradan dolama yol çəkilirdi. Layihəçilər və tədqiqatçı-mühəndislər
səhv etmişdilər: yolu sərt qayalardakı istiqa-mətləndirmişdilər. Yeraltı
çay inşaatçıların yolunu kəsmişdi. Dünyanın heç bir tuneli Severo-
Muysk tuneli qədər yüksək və-zifəli rəis görməmişdi. Nazirlər, partiya
işçiləri, alimlər gəlib bu obyektə baxmışdılar. Tuneldə qəzanın baş
verməsi xəbəri gələn kimi ilk olaraq Heydər Əliyev, nəqliyyat naziri
Nikolay Semyonoviç Konarev, Dövlət Plan Komitəsinin sədr müavini
Viktor Yefimoviç Biryukov hadisə yerinə gəlmişdilər. Qeyd edək ki,
Biryukovun o vaxt artıq yetmiş iki yaşı vardı, lakin bu hündür,
gümrah insanın ardınca onun nisbətən gənc həmkarları özlərini güclə
çatdırırdılar.
Həmin unudulmaz ezamiyyətdən artıq iyirmi ilə yaxın vaxt keçir.
Biryukovun indi doxsandan çox yaşı var, amma o hələ
197
də detalların təsvirində əvvəlki kimi dəqiqdir, heç nəyi yadından
çıxarmayıb.
...İrkutskdan Şimali Muyska qədər onlar xüsusi qatarda
gəlmişdilər. Heydər Əliyev Siyasi Büro üzvü kimi xüsusi vaqonda,
nümayəndə heyətinin o biri üzvləri isə ikinci vaqonda gəlirdilər. Səhər
erkən əynində idman geyimi olan Biryukov qatardan çölə çıxır.
- Dünən otlar yaşıl idi, bu gün isə gümüşü rəngə çalır. Ay dad,
deyəsən, qar yağıb axı. Özü də avqust ayının ortasında, - o, gənclərə
məxsus ruh yüksəkliyi ilə dillənir.
Qonşu vaqondan Əliyev də idman geyimində çıxır.
- Heydər Əliyeviç, - deyə Biryukov üzünü ona tutur. Əks-səda
ətrafa yayılır. - Gəlin, çatın!
- Gəlirəm! - Əliyevin cavabı eşidilir.
Xoşbəxt əhval-ruhiyyədə olan bu iki sağlam, gümrah kişi ətir
saçan otların, günəşin ilk şüalarının, tayqa sakitliyinin gö-zəlliyindən
təsirlənərək cığır boyu yavaş-yavaş qaçmağa başla-yırlar.
Sonra isə hər iki tərəfdə selovlarda guruldayan dağ sularının səsi
altında tunel boyu üç kilometrlik keçid. Bir müddət sonra Nazirlər
Sovetinin sədri Nikolay Rıjkov da bu tunelə baş çəkmişdi və marşrutu
obrazlı şəkildə belə təsvir etmişdi: «Sanki gur şəlalənin içiylə
gedirsən».
Məhz Heydər Əliyevin xüsusi vaqonunda çağırılan iclasda ilk dəfə
dolama yolla dəmiryolu çəkmək təklifı səsləndirildi. Əks halda yolu
qapamaq mümkün deyildi. Nikolay Semyonoviç Konarev həmin
unudulmaz günlərə qayıdanda, indi də həyəcanlanır:
- Keçirdiyimiz ən kəskin hiss təəssüf hissi idi. Axı, bu niyə belə
oldu? Niyə qəza baş verdi? Minlərlə insanın çəkdiyi zəhmət hədər
getdi. İndi də təcili olaraq yeni çıxış yolu tapmaq lazımdır. Yoxuşun
hündürlüyü on iki metrdən artıq olanda bu yerdə dəmiryol xətti
çəkməyə icazə verilmir, - deyə bir mütəxəssis kimi Konarev işin
incəliklərini izah edir. - O vaxtın normativlərinə görə bu rəqəm ən
yuxarı hədd kimi götürülürdü. Şimali Muysk tunelinin ətrafında
çəkiləcək dolama yolda isə yoxuş on səkkiz metr idi. Çox
mübahisələrdən, müzakirələrdən sonra dəmiryolunun çəkilişinə icazə
verildi.
198
Əliyev də yerində məsələdən hali olandan sonra Konarevin dolama
yol çəkmək təklifıni qəbul etdi. Lakin son qərarı hökumət verməliydi.
İşlərin böyük miqyasını nəzərə alan hö-kumət başçısı Nikolay Rıjkov
özü hadisə yerinə baş çəkməyi qərara aldı. O da hər şeyi öz gözüylə
görəndən sonra dolama yolun çəkilməsi təklifi ilə razılaşdı. Tuneldə
isə işlər daha iyirmi il davam etdirildi.
Tunelin inşaatçıları ilo xudahafizləşən xüsusi vaqonun sərnişinləri
şərq istiqamətinə yol aldılar. Yeni stansiyalar, tikililər, sexlər...
Həmin qatarda çəkilmiş şəkillərdən birində belə bir qeyd var:
«BAM. Urqal stansiyası ilə tanışlıq. SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini Heydər Əliyev. 1984-cü il».
Heydər Əliyev adamların arasındadır, açıq rəngli pencəyinin
yaxalığında deputat nişanı parıldayır. Dəmiryol qoşunlarının rəisi
general Koqatko Heydər Əliyevə böyük bir albom bağışlayır. Yəqin
ki, bu albomda Urqal şəhərini, burada tikintilərin necə başlanmasını
əks etdirən şəkillər vardı. Dəmiryolçu paltarında olan Konarev və
kənardakı adamlar əl çalırlar. Arxa planda sərnişin vaqonu görünür.
On il əvvəl bura, o vaxt adı olmayan bu stansiyaya Don-bassdan
eyniadlı «Donbass» qatarı gəldi. Sonra daha dörd qatar yanaşdı. Onlar
tikinti materialları, kranlar, maşınlar və mənzil, elektrostansiya, klub
tikmək üçün digər avadanlıqlar gətirmiş-dilər. Sənədlərə görə
vaqonlarda ümumi çəkisi on üç min ton olan avadanlıq vardı. Deməli,
gələcək şəhər təkərlərin üstündəydi. Bir azdan burada evlər, küçələr
peyda oldu. İlk küçəyə ukraynalı kommunist Artyomun adı verildi.
Eynən Donetskdə olduğu kimi.
Heydər Əliyev BAM səfəri zamanı hər addımda yeni salınmış
şəhərlər, qəsəbələr görürdü. Bu yaşayış məntəqələrini İttifaq
respublikaları, vilayətləri öz maddi vəsaitləri, canlı qüvvələri hesabına
tikdirmişdilər. Niyu şəhərini Gürcüstan, Olekmu şəhərini Tacikistan,
Eterkanı Moldaviya, Duqda stansiyasını Volqoqrad vilayəti... Əlbəttə
ki, Azərbaycanın da BAM-da öz şəhəri vardı. Magistralın qərb
sahəsinin iki yüz on kilometrli-yindəki Ulkan şəhəri Azərbaycanın
hesabına tikilmişdi. Orada, uzaq tayqa vilayətində, sürətlə axan
Kirenqa çayının sahilində gözəl bir şəhərcik salınmışdı: səliqəli evlər,
məktəb, uşaq bağ-
199
çası, tibb məntəqəsi, ictimai ticarət obyekti və s... Heydər Əliyev hələ
Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində işləyərkən bu
tikintini ciddi nəzarətdə saxlayırdı. Məhz o, təklif etmişdi ki, vağzalın
və bir neçə başqa tikilinin layihələri çəkilərkən Azərbaycan
memarlığının elementlərindən istifadə olunsun.
İndi bu uzunmüddətli və ağır ezamiyyət zamanı Heydər Əliyev
qəlbən yüksək iftixar hissi keçirirdi. Düzdür, qarşıda görüləsi işlər
hələ çoxdur, amma artıq görülmüş işlərə nəzər salanda, bu işdə iştirak
etmiş hər bir insanda fəxarət və qürur hissi yaranırdı.
Qayıdan baş nümayəndə heyəti Moskvaya Vladivostokdan uçdu.
Siyasi Büronun üzvünə İL-62 təyyarəsində ayrı salon təşkil
olunmuşdu. Lakin Heydər Əliyev hər yerdə özünü baş-qalarından
üstün tutmağı sevən lovğa məmurlardan deyildi. O, yanına çağırdığı
bir neçə həmkarı üçün stol açmağı xahiş etdi.
- Deməli belə, yoldaşlar, bu gün mən tamada olacam. Viktor
Yefımoviç Biryukovun söylədiyinə görə, həmin gün Heydər Əliyev
onların hər biri haqqında deməyə xoş və isti söz tapdı.
...Bir neçə onillik keçib getdi. Azərbaycanın paytaxtında iyirmi
dörd ölkənin dəmiryol idarələri rəhbərlərinin böyük müşavirəsi
keçirilirdi. Azərbaycan Prezidenti Rusiyanın nəq-liyyat naziri Nikolay
Aksyonenkonu qəbul edirdi. Birgə layi-hələr müzakirə olundu,
Rusiyanın dəmiryollarında vəziyyət barədə danışıldı, BAM-ın adı
çəkildi. ...Necə bilirsiz, Baykal-Amur magistralı haqqında son
məlumatları eşidən Heydər Əli-yev həmsöhbətindən nə barədə
soruşdu? Əlbəttə ki, həmin tunel barədə.
- BAM-dakı o tuneli təmir edə bildilərmi?
- Bu il martın 30-da xətti birləşdirmişik (görüş 2001-ci ilin iyun
ayında baş vermişdi). İlin axırınacan yolu yoxlayıb sonra qatarları
buraxacağıq. Yaddaqalan tarixdir, artıq iyirmi beş il keçib.
- Mən orada olmuşam, - deyə Heydər Əliyev xatırladı. - Həm şərq,
həm də qərb tərəfın gəzmişəm. O vaxt on beş kilometrlik tunelin hər
iki tərəfindən cəmi üç-dörd kilometri qazılmışdı. Mən gedəndə orada
heç avtomobil yolu da yox idi.
Şərqdən və qərbdən üç kilometrlik yol dizə qədər suyun, palçı-
200
ğın içindəydi. Bura magıstralın ən çətin sahələrindon idi. Adi yol üçün
on beş kilometr nədir ki? Heç nə. Baxın, BAM 1974-cü ildə tikilməyə
başlayanda plan üzrə on il vaxt ayrılmışdı. Mən 1984-cü ildə, on il
sonra oraya getmişdim. Düz on gün BAM-da oldum. Moskvadan
Bratska dəmiryoluyla, oradan isə Vladivostoka, Naxodkaya qədər
getdim, bütün stansiyalara baxdım. Bəli, on beş kilometr adi tunel
üçün bir o qədər də bö-yük məsafə deyil. Amma orada təbii şərait çox
mühüm şərtdir. Mən dəfələrlə komissiyanın iclasını çağırdım. Orada
çoxlu mütəxəssis, seysmoloq, akademik vardı. Bəziləri deyirdi ki,
gəlin, tikintini dayandıraq, ora yüksək aktivliyi olan seysmik zonadır.
Deyirdilər ki, tuneli tiksəniz də əvvəl-axır dağılacaq.
- Bu tikinti bütün dünya üçün yaxşı bir dərs oldu, - deyə Nikolay
Aksyonenko əlavə etdi. - Orada hər yerdən qonaqlar olurdu,
Amerikadan, Yaponiyadan... Tunellərin qazılması üçün unikal
texnologiyalar kəşf edilib. Biz qoyulan məqsədi yerinə yetirə bildik.
- Təbrik edirəm. Bu işdə mənim də zəhmətim olub.
O adam xoşbəxtdir ki, belə böyük yolların, belə nəhəng ti-
kintilərin inşaatı barədə danışılanda fəxrlə «Orada mənim də
zəhmətim var» deyə bilir. Bu, yaradıcı insanların hüququdur. Dünya
isə Heydər Əliyevin təbirincə desək, öz varlığına və in-kişafına görə
məhz yaradıcı insanlara borcludur.
Biz Əliyevin nəqliyyatdan başqa məşğul olduğu o biri sa-hələr -
təhsil, səhiyyə, yaxud kinematoqrafıya barədə də ətraflı məlumat verə
bilərdik. Qeyd edək ki, kinematoqrafiya ilə Heydər Əliyev şəxsən
Andropovun tapşırığı ilə məşğul olurdu. - Mən diqqətli adamam, bir
işlə məşğul olmağa, hər hansı bir sahə üzrə sənədlər hazırlamağa
başlamamışdan əvvəl həmin sahəni dərindən, hərtərəfli öyrənməyə
çalışıram. Düzdür, mənim kinematoqrafiyadan xəbərim vardı, amma
onun maddi-texniki bazasını və başqa incəliklərini də öyrənmək lazım
idi, - Heydər Əliyev öz «kinoepopeyasını» belə xatırlayırdı. - Kino
xadimləriylə sərəncamın layihəsi hazırlanana qədər çoxsaylı görüşlər
keçirtdim. SSRİ Dövlət Kinematoqrafıya Komitəsinin sədri Yermaşa
dedim ki, sən öz yanında ölkənin ən tanınmış kinematoqrafçılarını
topla, mən də bu iclasda iştirak edəcəm. Bu, 1984-cü il idi... Biz bir
neçə saat ərzində söhbət etdik. Sonra isə birlikdə o dövr üçün
fundamental olan bir sənəd layi-
201
həsini hazırladıq - SSRİ kinomatoqrafıyasının inkişafı proqramı məhz
o vaxt qəbul olunmuşdu.
...Bəli, onun bütün işlərə bu cür xüsusi, diqqətlə yanaşma
xüsusiyyəti vardı. Kremldə məhz belə usta adamlar çatışmırdı.
İndi Şimali Osetiyanın prezidenti olan, həmin dövrlərdə Kremlin
palatalarından keçmiş, necə deyərlər, oddan-sudan adlamış Aleksandr
Dzasoxov Heydər Əliyevin Kremldəki illərini belə qiymətləndirir:
«Biz Əliyevin yeni imkanlarını, onun çox böyük potensiala malik
olduğunu aydın gördük».
Sönən ulduzun son parıltısı
İndi isə əziz oxucu, biz sizə Heydər Əliyevin həyatının ən ağır
günlərindən biri haqqında danışmaq istəyirik. 1985-ci il aprelin 17-də
Heydər Əliyev, oğlu İlham, qızı Sevil və yaxınları Zərifə Əliyevanı
dəfn edirdilər.
Heydər Əliyev Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü və
Nazirlər Sovetinin sədr müavini seçiləndən sonra, o, Moskvaya tək
gəlmişdi. Zərifə xanım hələlik Bakıda qalıb elmi araşdır-malarını
tamamlamaq niyyətindəydi.
İndi artıq uzaq keçmişdə qalmış Böyük Vətən müharibəsin-dən
əvvəlki illərdə Zərifə xanım Moskvanı Heydərdən əvvəl görmüşdü.
Ucqar Naxçıvanda yaşayan Heydər Əliyev üçünsə SSRİ-nin
paytaxtını görmək hələ əlçatmaz bir arzu olaraq qa-lırdı. Zərifənin
valideynlərinin imkanları daha böyük idi və on-lar öz qızlarını
Moskvaya, dostlarının yanına göndərmişdilər. Zərifə xanım
Moskvadan böyük və xoş təəssüratlarla qayıtmışdı, gözəl saçlarına isə
zərif bir özbək araxçını bərkidilmişdi. O vaxt onun cəmisi on altı yaşı
vardı, həyat hələ qarşıdaydı.
- Moskvanı mən o vaxt özümçün kəşf etmişəm, - Zərifə zarafatla
ərinə deyirdi. - İndi isə növbə sənindir.
Zərifə xanım Leninqrada, O.P.Dobromıslovaya yazırdı:
«Mən hələ Bakıda qalıram. Öz işimi, böyük əziyyətlə yaratdığım
laboratoriyanı atmaq istəmirəm. Orada bu saat çox faydalı işlər
görülür. Bir çox işlərim yarımçıq qalıb, onları heç kimə etibar edə
bilmərəm, gərək özüm yekunlaşdırım».
Başqa bir məktub:
202
«Mən hələ də Bakıdayam. İli başa vurub sonra Moskvaya getmək
istəyirəm. Bütün ailəmiz artıq oradadır. Uşaqlar üçün və nəvəm üçün
yaman darıxıram».
30 yanvar 1985-ci il. Məktub Moskvadan yazılıb:
«Artıq Moskvaya gəlmişəm. Məni çox yaxşı qarşıladılar. İşlə bağlı
sərfəli təkliflər çoxdur, amma hələ qəti qərar qəbul etməmişəm...
Düşünməyə hələ vaxt var». Vaxt isə qısalırdı, Zərifə xanımın ölümünə
iki il yarım qalırdı.
O, tibb elmləri doktoru, professor Z.M.Skripniçenko ilə birgə elmi
araşdırmalarla məşğul olmağa hazırlaşırdı. Növbəti görüş 1984-cü ilin
qışında dövlət bağlarında oldu. «Onun xəstə halını, solğun bənizini
görəndə adamın ürəyi sıxılırdı. Hərçənd onun davranışı, əhval-
ruhiyyəsi qətiyyən sürətlə yaxınlaşan faciədən xəbər vermirdi. Bakı
Məişət Kondisionerləri zavodundakı araşdırmalardan iftixarla
danışırdı... Maraqlı söhbətə yalnız arabir fasilə verilirdi və Zərifə
xanım məni artıq xeyli artmış ailə üzvləriylə tanış edirdi. Onun
danışığında, davranışında sonsuz hərarət və sevgi hiss olunurdu. Sevil
cazibədar balaca Zərifədən sonra daha bir oğul dünyaya gətirmişdi,
İlhamın xanımı Mehriban isə onlara bir qız nəvəsi bəxş etmişdi.
Körpəsini qucağında tutan Sevil nəvazişlə anasına baxır və
gözlərindəki narahatçılığı gizlətməyə çalışırdı, balaca Zərifə isə
nənəsinin yanından çəkilmək istəmirdi. Moskvadan gələn İlham
hamıdan əvvəl anasını çox böyük nəvazişlə salamladı. Düzdü, evdə
narahatlıq hiss olunurdu, amma heç kəs Zərifənin səhhətinin belə
çıxılmaz vəziyyətə düşəcəyini ağlına gətirmirdi».
Onlar sabah yenidən yığışıb müzakirələri davam etdirmək
fikrindəydilər, amma ertəsi gün Zərifə xanımı xəstəxanaya apardılar.
Bu, onların son görüşü oldu.
Professor Skripniçenko Zərifə xanımın məzarının üstünə gələ
bildi.
- Onun məzarı üstündə kədərlə düşünürdüm ki, dostlarımı itirməyi
həyat mənə lap çoxdan, hələ Böyük Vətən müharibə-sinin
cəbhələrində öyrətməyə başlamışdı, amma buna adət et-mək mümkün
deyil. İllər keçdikcə hər yeni itkinin ağrısını daha da bərk hiss edirsən.
O uzaq cəbhə illəri məni bir şeyə vərdiş etdirib: əgər dostun
həyatdan gedibsə, yubanma, əvvəl görməyə macal tapma-
203
dığın işi indi başa çatdır. Onun üçün də Zərifə xanımın son ar-zusunu
yerinə yetirməyi, birgə yazdığımız kitabı bitirib onun işıq üzü
görməsini təmin etməyi özümə borc bildim. Və əlim-dən gələni etdim
ki, bu böyük zəhmət hədər getməsin, geniş oxucu kütləsi və
mütəxəssislər Zərifə xanımın bu kitabdakı fi-kirləriylə tanış ola
bilsinlər.
Professor Skripniçenko sözünün üstündə durdu.
- Həkim olduğuna görə Zərifə xanım xəstəliyinin nə qədər ağır
olduğunu yəqin ki anlayırdı. Həkimlər yaxşı bilirlər ki, xəstəlik insanı
necə dəyişir. Bəzi adamlar özünə qapanır, bəziləri gecə-gündüz
yalnız xəstəliyi barədə danışırlar, bəziləri isə vasvası, hətta
ətrafdakılara qarşı qəzəbli olurlar.
Zərifə xanım isə necə vardısa, elə də qalmışdı. Ən çox isə ona görə
fıkir çəkirdi ki, onu sevən insanlar bu xəstəliyə görə narahatlıq
keçirirlər. Bunu Zərifə xanım özünə bağışlaya bilmirdi.
Deyirdilər ki, onu onkologiya mərkəzinə göndəriblər. Zərifə
xanımı professor Bloxin müayinə edib. Son sözü belə olub: «Heç
olmasa, iki həftə əvvəl gətirsəydiniz...».
Bu, məhz belə olub, ya başqa cür, indi bunun əhəmiyyəti yoxdur.
Ən ağırı budur ki, Zərifə xanım çox tez, cəmisi altmış iki yaşında
həyatdan köçüb. Onu 1985-ci il aprelin 17-də dəfn etdilər. Yağış
yağırdı. Kropotkinski küçəsindəki Alimlər evinə əklillər gətirirdilər.
Səhər Boris Pastuxov Ümumittifaq Lenin Kommunist Gənclər
İttifaqı MK-nı və katibliyini toplayaraq bildirdi: «Uşaqlar, kim istəsə
gedə bilər, istəməyənlər getməsin».
Katiblik tam heyətlə dəfndə iştirak etdi.
- Biz demək olar ki, hamıdan tez gəlmişdik, - Boris Nikolayeviç o
kədərli günü belə xatırlayır. - Kimlərin gələcəyini bilmirdik. Birdən
gördük ki, MK Komsomol Komitəsinin bütün bürosu başsağlığı
verməyə gəldi. Heydər Əliyev heç vaxt bu haqda danışmayıb, amma
gənclərin ehtiram göstərib başsağlığına gəlməsi ona xeyli təsəlli
vermişdi və o, bunu unutmamışdı.
Alimlər evinin zalındakı portretdən bizə Zərifə xanımın ge-niş
açılmış şən gözləri baxırdı. Zərifə xanımı tanıyanlar onun heyrətamiz
dərəcədə mənalı, qara gözləri olduğunu qeyd edir-dilər.
Leninqradlı alim Dobromıslova deyir:
204
- Şərqlilərə məxsus qara gözləri, mehriban baxışları onu
başqalarından fərqləndirirdi. Onun gözləri gah gülür, gah sevi-nir, gah
heyrətlənir, gah da narazılığını bəyan edirdi. Lakin onun gözlərində
heç vaxt biganəlik ifadəsi görmək olmazdı. Zərifə xanımın iri, çox
ifadəli, sanki «danışan gözləri» vardı.
Professor Şulpina isə belə deyir: «Onun böyük, qara gözləri
insanın qəlbinə nüfuz edirdi».
Hələ 1924-cü ildə çəkilmiş uşaqlıq şəklində balaca Zərifənin iri,
qara gözləri o birilərinin gözlərindən seçilirdi. Saçları səliqəylə
vurulmuş balaca qızcığaz yumşaq oyuncağı sinəsinə sıxmışdı. Onun
böyük qara gözləri uzaq zamanların dərinliklə-rində şölələnən bir
ulduzun işığı kimi bizə zillənib.
Dəfndən düz bir həftə sonra, artıq son illər ərzində üçüncü olan
yeni Baş katibin dövründə Heydər Əliyev Leninin anadan olmasının
115 illiyinə həsr olunmuş təntənəli iclasda məruzə etməliydi.
Qorbaçov ona məruzədən imtina etməyi məsləhət görürdü. Deyirdi ki,
eybi yox, gələn il məruzə edərsiniz.
- Yox, - Heydər Əliyev etiraz etdi, - öhdəsindən gələrəm. Yeni Baş
katibi 1985-ci il martın 11-də seçmişdilər. Ukrayna Kommunist
Partiyasının birinci katibi Vladimir Vladimiroviç Şerbitskidən başqa
hamı plenumda iştirak edirdi. O, yolda idi, Amerikadan ezamiyyətdən
qayıdırdı.
Qromıko Qorbaçovun «hədsiz yaradıcı enerjisini» və başqa
xüsusiyyətlərini qeyd edib, onu Sov.İKP MK-nın Baş katibi scçməyi
təklif etdi. Etiraz edən olmadı.
SSRİ Nazirlər Sovetinin sədri Tixonov yarınmaq üçün kompliment
deməyə imkan tapdı: «Qorbaçov ilk Baş katibdir ki, iqtisadiyyatdan
yaxşı başı çıxır» (Nikolay Aleksandroviç yeni çarın mərhəmətinə
ümid bəsləyərək göz görə-görə yaltaq-lanırdı). ABŞ Prezidenti Corc
Buş (böyük - red.) Qorbaçovla Maltadakı danışıqlardan sonra
Kremldən gəlmiş müsahibinin iqtisadi savadını tamaın başqa cür
qiymətləndirmişdi. Baş müşavirlərinə deyirmiş: «Aman Allah, o ki
iqtisadiyyatdan heç bir şey bilmir».
Qorbaçovun ustalıqla qurduğu pərdəarxası «portfet bölgü-sü»ndə
Əliyev iştirak etməmişdi. Hərçənd ki, özünün təşkilati bacarığına,
hədsiz təcrübəsinə, işgüzar keyfiyyətlərinə görə Əliyevin Baş katib
olmağa da tam hüququ vardı. Məşhur publi-
205
sist Artyom Borovik yazır: «Heydər Əliyev onun bu vəzifəyə
seçilməsinin heç cür mümkün olmadığını israr edənlərə nahaq yerə
inanmışdı. Tixonov belə hesab edirdi ki, Heydər Əliyevin bu yüksək
vəzifəyə seçilməsinə «dini əqidəsi və milliyyəti» mane olur. Mən belə
hesab edirəm ki, - deyə Borovik sözünə davam edir, - Heydər Əliyev
Rusiyanın maraqlarını başqaların-dan daha artıq müdafiə edirdi.
Baxın, görün, Qorbaçov SSRİ-nin başına nə gətirdi, Yeltsin Rusiya ilə
nə etdi? Əliyev yəqin ki, düşünülmüş islahatlar yoluyla gedəcəkdi və
onda bizim dövlətin və özümüzün taleyi tamam başqa cür olacaqdı».
Xatırladaq ki, Qromıko da Heydər Əliyevi SSRİ miqyaslı bir
siyasətçi kimi görürdü. Lakin qalibin mərhəmətinə sığınıb səsini
çıxartmadı və SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri vəzifəsinə
seçildi.
22 aprel 1985-ci il, Moskva
Sovet təqvimində 22 aprel xüsusi bir gün idi, həmin gün
V.İ.Leninin doğum günü qeyd olunurdu. Təntənəli konsertlər,
Mavzoleyin qarşısına əklillərin qoyulması, gurultulu iclaslar... Leninin
anadan olmasının 115 illiyinə həsr olunmuş təntənəli iclasda Sov. İKP
MK-nın Siyasi Bürosunun üzvü, SSRİ Nazir-lər Soveti sədrinin
birinci müavini Heydər Əliyev «Leninin ideya və əməllərinin tarixi
həqiqətləri» adlı məruzə ilə çıxış etdi.
Bu, onun paytaxtda belə bir miqyasda ilk çıxışıydı. Əlbəttə ki,
məruzə Mərkəzi Komitənin sənədi kimi qəbul edilir. Amma bu tipli
məruzədə də Heydər Əliyevin özünəməxsus yanaş-masının izlərini
görmək mümkündür.
Əliyevin o vaxtkı məruzəsini oxuyanda görürsən ki, epoxa-nın
dağılmasından sonra da, bir çox baxışlarından imtina etmə-miş,
düşüncələrinin çoxuna sadiq qalmışdı. Heydər Əliyev son-ralar da rus
xalqı, rus dili haqqında böyük ehtiramla danışır, bu dilin digər SSRİ
xalqlarının, millətlərinin dillərini zənginləş-dirdiyini, bu xalqlar üçün
dünya ədəbiyyatının, mədəniyyətinin geniş üfüqlərini açdığını qeyd
edirdi. Bu dilin vasitəsiylə on-larla millətə, xalqa məxsus milyonlarla
insan dünya mədəni ir-
206
siylə tanış olur, özləri də bu mədəni irso öz töhfələrini verirlər.
Müstəqil Azərbaycanın Prezidenti olandan sonra da Heydər
Əliyevin Rusiyaya, rus xalqına, rus dilinə munasibəti, demək olar ki,
əvvəlki kimi qalmışdı.
İşgüzar adamlar bunu çoxdan müşahidə ediblər - kim daha iş çox
apara bilirsə, ona daha çox iş tapşırırlar. Əliyev də bu vəziyyətə
düşmüşdü. Nazirlər Sovetində və Siyasi Büroda ona həvalə edilmiş
vəzifələrdən savayı, Qorbaçov və o vaxt MK-da ikinci adam olan
Liqaçov ona yeni-yeni tapşırıqlar verirdilər. Bu tapşırıqlardan biri də
məşhur olan qalmaqallı antialkoqol kampaniyasıyla bağlıydı. Bu işlə
bağlı sənədlərin hazırlan-masını Rıjkova, Əliyevə və RSFSR-in
Nazirlər Sovetinin sədri Solomentsevə tapşırmışdılar.
- Biz bu sənədin üzərində əsaslı surətdə işlədik, - deyə Nikolay
İvanoviç Rıjkov xatırlayır. - Sənəd MK-nın katibliyi və Qorbaçovun
özü tərəfindən bəyənildi.
Rıjkovun fikrincə, Qorbaçovu sərxoşluqla mübarizəyə Li-qaçovla
Solomentsev təhrik etmişdilər. Özü-özlüyündə mövzu-nun zəruriliyi
heç kimdə şübhə doğurmurdu. Sərxoşluq, alko-qolizm cəmiyyətə,
həqiqətən də, böyük zərbə vururdu. Minlərlə ailə dağılırdı. Narahatlıq
aydın və başa düşülən idi, amma məsələyə başqa tərəfdən yanaşanda,
tamam fərqli hadisələr ortaya çıxırdı. Belə bir atalar məsəli var:
«Dəlini Allaha dua etməyə məcbur etsən, vurub alnını partladar».
Alkoqolsuz, sağlam həyat tərzi uğrunda mübarizədə də eynən belə
oldu.
Rıjkovun fıkrincə, Qorbaçovu və onun ətrafını, yəqin ki,
sərxoşluqla mübarizədən daha çox, bu kampaniyadan qazana-caqları
siyasi dividendlər maraqlandırırdı.
Amma əfsus! Sorxoşluqla mübarizə aparanlar da bütün fa-natiklər
kimi ifrata varınaqdan özlərini saxlaya bilmədilər. Ye-nidənqurma
vaxtı «araq-çaxır» mağazalarının qarşısındakı növ-bələri görməyənlər,
yəqin inanmazlar ki, növbə gözləyən in-sanların sırası kilometrlərlə
uzanır, mağazalara əməlli-başlı hü-cum çəkilirdi. Şəhər və kəndlərdə
araq çəkənlərin sayı durma-dan artırdı. Araqsız, çaxırsız qalan
adamlar mağazalara axışıb içində spirt olan başqa şeyləri –
odekolonları, lasyonları alıb içirdilər. Məhz elə o vaxt, çaxır istehsalı
üçün əkilmiş üzüm-
207
lükləri buldozerlərlə süpürüb tullayır, yerində başqa bitkilər əkirdilər.
Aleksandr Timofeyeviç Qavrilov bu süjetə maraqlı və xarakterik
bir ştrix də əlavə edir. Bir dəfə Heydər Əliyevin köməkçisi
Qavrilovun yanına köhnə tanışı, Moldaviyanın Nazirlər Sovetinin
sədri Ustiyan gəlib deyir:
- Saşa, bizə üzümlüklərin qırılması barədə sərəncam gəlib.
Axı, biz onları onilliklər boyu yetişdirmişik, əziyyət çəkmişik.
Xahiş edirəm, şefın yanına get, hər şeyi ona danış.
Qavrilov xatırlayır:
- O zaman elə bil mənə nəsə qəribə bir cəsarət gəldi. Heydər
Əliyevin yanına keçib hər şeyi danışdım. Amma o, çiyinlərini çəkib
başını yellətdi ki, heç nə eləmək mümkün deyil.
İndi artıq hamı bilir ki, antialkoqol kampaniyası MK-da əsas
işlərin başlanmasından iki-üç il əvvəl düşünülmüşdü. Və bu işi MK-
nın qocaman üzvü, Partiya Nəzarəti Komitəsinin sədri, sərtliyi və eyni
zamanda ehtiyatlılığı ilə tanınan Pelşeyə tapşırmışdılar. Amma Arvid
Yanoviç başa düşürdü ki, bu işdə qəti, sərt addımlara yol vermək
olmaz.
Nikolay İvanoviç Rıjkov o günləri belə yada salır: «Pelşenin
vəfatından sonra bu komissiya bir neçə il yığılmırdı. Və birdən-birə bu
komissiyanı «ayıltdılar» və komissiya sərt tədbirlər həyata keçirməyə
başladı. Amma ürəyimizdə hamımız başa düşürdük ki, nəyisə düz
eləmirik».
Artıq Nazirlər Sovetinin sədri olan Rıjkov bir dəfə Heydər Əliyevə
zəng vurub xahiş etdi ki, onun yanına gəlsin. Heydər Əliyeviç üzr
istədi: «Mən indi iclas aparıram, yarım saata qur-taracam. İclas başa
çatan kimi gələrəm».
Əliyev gələndə Rıjkov hansı məsələylə məşğul olduğunu soruşdu.
- Kefırin alkoqollu içki olub-olmadığını müzakirə edirdik, - deyə
Əliyev cavab verdi.
Rıjkov bilirdi ki, bu, partiyada ikinci adam olan Liqaçovun
tapşırığı idi. İndi bu, gülməli görünür, amma o vaxt heç kim gülmək
hayında deyildi.
Bizimlə söhbətdə Nikolay İvanoviç Rıjkov etiraf etdi: - Mən elə
əvvəldən antialkoqol kampaniyasının əleyhinəydim. Amma Siyasi
Büronun üzvü kimi, orada qəbul olunan qə-
208
rarları icra etməliydim. Mənə Heydər Əliyeviçlə işləmək xoş idi. Həm
MK-da, həm də Nazirlər Sovetinin sədri seçiləndən sonra. Xarici
ezamiyyətlərdə, müxtəlif insanlarla kontaktlarda adamın bir çox
gözlənilməz xüsusiyyətləri üzə çıxır. Səfər vaxtı bir daha əmin oldum
ki, Heydər Əliyeviç uzaqgörən siyasətçi və xeyirxah, ünsiyyətə meylli
bir insandır. Onunla işləmək çox asan idi.
1985-ci ilin sentyabrında məni SSRİ Nazirlər Sovetinin sədri
seçdilər. Bilirdim ki, Tixonov Heydər Əliyevə qarşı həmişə
ədalətsizlik edirdi. Nazirlər Sovetində də hər yerdə olduğu kimi
müəyyən qruplaşmalar vardı və Tixonov məzuniyyətə gedəndə heç
vaxt öz yerinə Heydər Əliyevi qoymurdu. Həmişə öz dostu və
müavinlərindən biri Arxipova etimad göstərirdi. Hərçənd ki, Arxipov
heç Siyasi Büronun üzvü də deyildi. Mən başa düşürdüm ki, bu, Siyasi
Büronun üzvü olan Heydər Əliyevin yaman xətrinə dəyirdi. Onun
üçün də elə ilk iclasdaca vəzifə bölgüsü aparanda dedim: «Bu gündən
etibarən mən olmayanda məni Heydər Əliyev əvəz edəcək».
- Siz bunu əvvəlcədən Heydər Əliyevə söyləmişdiniz?
-Yox.
- Bəs, Heydər Əliyevin buna münasibəti necə oldu?
- Mən hiss elədim ki, onun ürəyi rahatlandı. Nazirlər Sovetində
onun ətrafında formalaşmış inamsızlıq buzu əriməyə başladı.
Onun Nazirlər Sovetindəki işi barədə nə deyə bilərəm? O, yaxşı
işləyirdi, hətta çox yaxşı işləyirdi. Əliyev sistemli adam idi, o biri
rəhbər işçilər kimi heç vaxt dağınıq, qatmaqarışıq, məsuliyyətsiz iş
görmürdü. Səliqə-sahman, nizam-intizam ona xas idi. Ona hansısa bir
işi tapşırırdınsa, tamamilə arxayın ola bilərdin, bu tapşırıq mütləq
yerinə yetiriləcəkdi.
Bizim aramızda heç vaxt hansısa konflikt, daxili nifaq yaranmırdı.
Elə vaxt olur ki, kabinetdə stol arxasında oturub həmkarlarla mehriban
söhbət edirsən, amma bayıra çıxan kimi adamın qarasınca min cür söz
deyirlər. O, belə şeylərdən uzaq idi.
Bir-birimizə çox yaxşı münasibət bəsləsək də, aramızda bir pərdə
vardı. Birgə yeyib-içmirdik, ailəvi dostluq etmirdik - Na-zirlər
Sovetində ümumiyyətlə, belə bir adət yox idi. Mən beş il ərzində öz
kabinetimdə bircə qədəh araq da içməmişəm. Hey-
209
dər Əliyevlə də aramızda yalnız işgüzar münasibətlər vardı. Mən onun
işindən çox razı idim.
MK-da elə hallar olurdu ki, baş katiblər məzuniyyətdən qayıdanda
öz yerlərinə qoyduqları adamların çıxardığı qərarları ləğv edirdilər.
Amma bizdə, Nazirlər Sovetində belə şeylər ol-murdu. Hansısa
mübahisəli məsələ müzakirə olunanda Heydər Əliyev zəng vururdu,
həll olunan məsələ barədə mənim də rəyimi öyrənirdi.
Əliyevlə Qorbaçovun hərəkətlərini müqayisə etmək maraqlı olar.
Konkret nümunədə onları müqayisə edək, onların ümumittifaq
əhəmiyyətli iqtisadi problemlərlə necə məşğul ol-malarına fıkir verək:
Tümen Baş Geologiya İdarəsinin müdiri, Lenin mükafatı laureatı,
Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanov xatırla-yır: «Qorbaçov
hakimiyyətə gələndə xalq ondan çox şey göz-ləyirdi, amma o, bu
ümidləri doğrulda bilmədi.
Kadrların hazırlanması, seçimi və irəli çəkilməsi mexanizmi
işlənib hazırlanmamışdı. Kadrların işgüzar keyfiyyətləri əvvəlki kimi
ikinci plandaydı. Ən əsas, rəhbərə şəxsi sədaqət, dostbazlıq,
qohumbazlıq, yerliçilik idi. Qorbaçovun vətəni Stavropoldan
Moskvaya xeyli kadr gətirilmişdi.
Mən 1985-ci ilin sentyabrında Qorbaçovun Tümen vilayəti-nə
səfəriylə bağlı lətifəyə bənzər bir hadisəni tez-tez yada salıram. Onun
səfəri ərəfəsində vilayətə bir neçə vaqon konfet gətirmişdilər. Qəfıldən
bu konfetlərin satışına qadağa qoyuldu. Bilirsiz niyə? Məlum oldu ki,
bu konfetlərin adı «Mişka na Severe»dir; tərcümə etsək - «Mişka
Simalda»dır. Yerli yaltaq-lar qorxdular ki, Mixail Sergeyeviçin
vilayətdə olduğu vaxtda «Mişka...» adlı konfetlərin satışı onu təhqir
etmək kimi qiy-mətləndirilə bilər. Bu cür qənaətlərə, hətta Saltıkov-
Şedrin qələminin yaratdığı Qlupova şəhərinin rəhbərləri belə həsəd
aparardılar.
Ümumiyyətlə, Qorbaçovun Tümen səfəri mənim içimdə çox mənfı
təəssürat yaratdı və bu barədə o vaxt öz gündəliyimdə də qeyd
etmişdim.
«5 sentyabr. Nijnevartovsk aeroportu. Qonağı vəzifəli şəxslərin
böyük bir qrupu qarşılayır: V.İ.Dolgix, B.N.Yeltsin, N.K.Baybakov,
B.E.Şerbina və başqaları. Təyyarə
210
gəlib yerə endi. Mixail Sergeyeviç Qorbaçovla Raisa Maksi-movna
Qorbaçova təyyarədən yerə endilər. İki gün əvvəl onla-rın gəlişi üçün
Moskvadan təyyarəylə xüsusi yapon avtobusu gətirmişdilər, elə bil ki,
Baş katibi yerli avtobusa mindirmək qəbahət idi.
Axşam Nijnevartovsk Şəhər Partiya Komitəsində iclas ke-çirildi.
Şəhər partiya komitəsinin katibi S.İ.Denisov, Mahal Partiya
komitəsinin katibi V.A.Çurilov kiçik informasiya ilə çıxış etdilər.
Onlardan sonra Qorbaçov sözü mənə - Tümen Baş Geologiya
İdarəsinin rəisinə verdi. Mən geoloji kəşfıyyat işlərinin vəziyyəti və
perspektivləri barədə danışdım, neft və qaz sənayesinin əmtəə
bazasının daha da inkişafıyla bağlı bəzi rəqəmləri misal gətirdim.
Qorbaçov bir neçə dəfə sözümü kəsdi və Baybakovla Dolgixi
geoloqlara yaxşı kömək etmədiklərinə görə tənqid etdi.
Sonda Qorbaçov çıxr, etdi: «Geoloqlar məni bu vilayətin geoloji-
kəşfıyyat işlərinin perspektivlərinə inandırmağa mü-vəffəq oldular.
Mən bu perspektivləri hiss edirdim və geoloq-ların işindən də
razıyam. Çox sağ olun, yoldaşlar, amma bu sa-həyə mütləq kömək
etmək lazımdır».
Onun zəhmətimizi belə yüksək qiymətləndirməsi bizi çox
ruhlandırdı. Gecəylə bizim hamımız Urenqoy şəhərinə uçduq. Siz
təsəvvür edə bilməzsiniz, Sov. İKP MK-nın Baş katibini xalq
küçələrdə necə böyük sevinclə qarşılayırdı. Çox gözəl, günəşli bir
hava vardı. Şəhərin mərkəzində, neçə min adamın yığışdığı yerdə
Qorbaçovu aparan maşın korteji dayandı. Baş katib maşından düşüb
insanlarla söhbət eləməyə başladı. Yaşlı bir qadın ona sual verdi ki,
bəs Böyük torpaqda (ölkənin yaşayış üçün yararlı ərazilərində - red.)
bizim şimal sakinləri üçün mənzil tikintisi nə yerdədir?
Mən Mixail Sergeyeviçin cavabını eşidəndə təəccübümdən donub
qaldım. O, tam ciddi şəkildə cavab verdi: «Böyük torpaqda mənzili
neynirsiniz? Baxın, görün burada necə gözəl iqlim var. Yaxşısı budur
burada daha çox mənzil tikin».
Məgər Qorbaçov bilmirdi ki, Urenqoy Şimal qütb dairəsinin
yaxınlığında yerləşir? Rusiyanın Avropa hissəsindən, Uk-raynadan,
Belorusiyadan, Azərbaycandan işləməyə gələn in-sanlar burada daim
yaşayıb işləyə bilmirlər. Bura tundra zona-
211
sıdır, havada oksigenin faizi aşağıdır. ona görə də burada heç normal
bitkilər, ağaclar da bitmir.
Ertəsi gün Qorbaçov öz dəstəsiylə Tümenə qayıtdı. Siz gö-rəydiniz
aeroportda nələr baş verirdi. Moskvadan Qorbaçovla xanımını
gəzdirsin deyə təyyarəylə dörd ədəd xüsusi «ZİL» markalı minik
avtomobili gətizdirmişdilər. Yolları bağlamışdı-lar. Respublika
küçəsində maşınların yolunu əks istiqamətə çevirdilər. Yaltaqlar
yaman əldən-ayaqdan gedirdilər - Baş ka-tibin rənglənmiş, köhnə
evləri görməməsi üçün onu şəhərin ucqarlarıyla aparırdılar. Bütün
bunlar məni yaman əsəbiləşdir-mişdi. Axı, əvvəllər dövlətin ikinci
şəxsi Kosıgin Tümendə dəfələrlə olmuşdu. Moskvadan yapon
avtobusları, xüsusi «ZİL» maşınları da gətirməmişdilər. Hər şey sadə
və işgüzar şəkildə təşkil olunmuşdu.
Burada isə təmtəraqdan adamın gözü qamaşırdı. Qorbaçov hələ
cəmisi dörd ay idi ki, Baş katib seçilmişdi, amma indidən belə bir cah-
cəlala, təmtərağa həvəs göstərirdi.
Axşam Tümenin partiya-təsərrüfat aktivində Qorbaçov çıxış etdi.
Onun məruzəsini eşidəndə qulaqlarınıa inanmadım. O, iki gün əvvəl
Nijnevartovskda söylədiklərinin tam əksini dedi. Mənim kefım tamam
pozuldu. Uzun mühakimələrdən sonra belə qərara gəldim ki,
Qorbaçov sadəcə Moskvadakı bürokratik aparat üzvlərinin tərtib
etdiyi məruzəni üzündən oxuyur. Mənim iki gün əvvəl ona dediklərim
isə deyəsən, tamam yadından çıxmışdı. Nə verdilərsə, onu da oxudu.
Nədənsə, Brejnevin Bakıya səfərini, ona verilən kağızları çaşdırıb
tamam başqa bir çıxışı heç nə başa düşmədən üzündən oxumağını və
Əliyevin onun qarşısındakı kağızları dəyişdirməyini xatırladım.
Gecə səhərə qədər düşünəndən sonra bu qərara gəldim ki, yeni Baş
katib böyük boşboğazdır. İqtisadiyyatdan, siyasətdən bir o qədər başı
çıxmasa da, ambisiyaları həddən artıq böyük-dür. Neqativ
xüsusiyyətləri də kifayət qədərdir. Belə keyfıy-yətlərə malik olan bir
kadr çətin ki, böyük ölkəni ağıllı idarə edə bilsin və biz onun
hakimiyyəti dövründə çətin ki, uğura nail olaq.
Elə də oldu: iqtisadiyyat gündən-günə uçuruma yuvarlanırdı
istehsalatın sürəti aşağı düşməyə başladı, neft sənayesi isə həyəcan
siqnallarını verməyə başladı. Bütün ölkə zəhmət-keşlərinin səyləri
nəticəsində yüksək həddə qaldırılan neft ha-
212
silatı getdikcə aşağı düşməyə başladı. Sonda bircə onu deyə bi-lərəm
ki, bizim xalqın yaxşı və firavan yaşaması üçün mütləq ağıllı və
dövləti idarə etməyi bacaran rəhbərləri olmalıdır».
Fərman Salmanov haqlıydı. Ən maraqlısı isə budur ki, nə üçünsə
istənilən sistemdə - totalitar, demokratik, sosialist, kapitalist -
hakimiyyətə, səriştəsiz, buna haqqı olmayan insanlar gələ bilər?! Axı,
belələrini hakimiyyətə heç yaxın da buraxmaq olmaz.
Rusiyanın müasir tarixində də, Azərbaycanın postsovet tarixində
də və başqa xalqların tarixində də buna çoxlu nümunələr göstərmək
olar.
Dostları ilə paylaş: |