31 avqust 1986-cı il, Novorossiysk
1986-cı il avqustun 30-da saat 22.10 radələrində Novorossiysk
yaxınlığında sərnişin teploxodu «Admiral Naximov»la yük gəmisi
«Pyotr Vasev» toqquşmuşlar. İtkilər var. Xilasetmə işləri aparılırdı...
Təxminən belə bir xəbər avqustun 31-nə keçən gecə bir çox əsas
instansiyalara - Sov.İKP MK-ya, Nazirlər Sovetinə, DTK-ya, Dəniz
Donanması Nazirliyinə və s. yayıldı... Radio və televiziya hələ heç bir
rəsmi xəbər açıqlamamışdan əvvəl xalq arasında artıq çoxsaylı
şayiələr yayılmağa başlamışdı. Əlbəttə ki, ilk olaraq xarici
radiostansiyalar bu hadisəyə əks-səda verdilər.
Rıjkov gecəyarı Əliyevə zəng vurdu:
- Heydər Əliyeviç, siz bu hadisəylə bağlı təşkil olunan Dövlət
Komissiyasının sədri təyin olunursunuz. Adamları seçin...
Heydər Əliyev yəqin ki, həmin gecə heç yata bilmədi. Əgər
bilsəydi ki, qarşıda onu on beş yuxusuz gecə gözləyir, bəlkə də, bir az
mürgüləyərdi. Amma yatmaq istəmirdi. Onun yadına üç il əvvəlki ilk
bu cür ezamiyyəti düşdü. O vaxt Volqa çayında, Ulyanovsk şəhərinin
limanında turistlərlə dolu «Aleksandr Suvorov» sərnişin teploxodu
körpünün dirəkləriylə toq-quşmuşdu. Teploxodun kinozalında həmin
vaxt komediya gös-tərirdilər. Bir çox tamaşaçı zala uşaqlarıyla
gəlmişdi. Ekrandakı qəhqəhələr adamların ahu-fəryadına qarışmışdı.
Teploxo-
213
dun üst göyərtəsi və kinozalı sınıb tökülmüş və idarəsini itirən
teploxodu çayın axarı aparmışdı. Hadisə yerində aparılan araş-dırma
nəticəsində qəzanın səbəbi aşkar edildi: sərxoşluq...
Adətən Əliyev Nazirlər Sovetinə səhər saat doqquza yaxın gəlirdi.
Həmin gün isə daha tez gəldi. Özünün nəqliyyat işləri üzrə köməkçisi
Vladimir Sergeyeviç Uxova tapşırdı ki, komis-siyanın tərkibiylə bağlı
sərəncam hazırlayaraq hamını xəbərdar etsin.
- Siz də bizimlə birgə uçacaqsınız.
Uxov evə baş çəkməyə macal tapmadı, yalnız zəng vurub xəbərdar
etdi ki, «on gündən sonra qayıdacaq». Ezamiyyətdə lazım ola biləcək
dəyişək paltar və bəzi xırda-para şeyləri al-maq üçün Qızıl Meydanı
adlayıb univermağa getdi. Avqustun 31-dən sentyabrın birinə keçən
gecə «Vnukovo-2» aeroportun-dan Novorossiyskə xüsusi hökumət
təyyarəsi uçdu.
Əliyevlə üç il birgə işlədiyi müddətdə Uxov rəhbərini yaxşı tanıya
bilmişdi. Vladimir Sergeyeviç xatirələrini çözələyir:
- Onun qətiyyətli, sərt adam olduğunu əvvəl də bilirdim.
Amma Volqada, parça-parça olmuş «Suvorov» teploxodunun
yanında mən anladım ki, onun xarakteri bütünlüklə kritik
situasiyalarda - iradəni, düşüncəni və emosiyaları bir yumruğa yığıb
qəti şəkildə hərəkət etmək üçün lazım olan məqamlarda, özünü daha
bariz göstərir. Onun inadı, ağlı və sərtliyi problemi həll edirdi. Mənə
elə gəlir ki, adi günlərdə Heydər Əliyeviç elə bil sıxılır, onun
möhtəşəm daxili enerjisi sanki özünə yol axtarırdı və o, axşam saat
ona, on birə qədər işdən ayrılmırdı.
Bəzən elə olurdu ki, ona bilavasitə bizim idarəyə aid olmayan işlər
tapşırılırdı. Biz bunu onun özünə deyəndə Heydər Əliyeviç
əsəbiləşmirdi. O hesab edirdi ki, hökumət başçısı, Baş katib istənilən
tapşırığı verə bilər, bizim vəzifəmizsə onu yerinə yetirməkdən
ibarətdir.
...İlkin məlumatlara görə, «Admiral Naximov»un göyərtəsində
cəmi 1234 adam, onun da 888-i sərnişin və 346-sı ekipaj üzvü olub.
Teploxod toqquşmadan sonra yeddi-səkkiz dəqiqə ərzində batıb. 836
sərnişini xilas etmək mümkün olub. Bəs o birilərinin aqibəti necə
olub?
İki həftəlik Novorossiysk ezamiyyəti - dənizin özü boyda bir kədər
kimi yadda qaldı. Hər gün öz doğmalarını, yaxınlarını itirən insanlarla
görüşürsən. Suyun dibindən teploxodun içində
214
əsir olmuş insanların meyitləri çıxanlır: bir təsəvvür edin, bi-rinci üç
gün ərzində yetmiş doqquz, sentyabrın 4-nə qədər yüz on altı meyit
çıxarılır. Onlarla problem bir-birinə qarışıb.
Heydər Əliyevə yalnız işlərə ümumi rəhbərliyi təklif etmişdilər:
komissiyada kifayət qədər nüfuzlu adamlar, mütəxəssislər vardı -
dəniz donanması naziri, DTK-nın sədr müavini, MK-nın nəqliyyat və
rabitə şöbəsinin müdiri - onlar detalları aydınlaşdırıb lazımi tədbirlər
görə bilərdilər.
Yox, - deyə Heydər Əliyeviç təkid etmişdi, - mən hər gün
insanlarla görüşəcəyəm, həm də dövlət komissiyasının üzvləriylə
təmasda olacağam, onların cavabdeh olduqları mə-sələləri necə yerinə
yetirdiklərinə də nəzarət edəcəyəm.
Dövlət komissiyası gündə iki dəfə - saat 10.00-da və 17.30-da
iclas keçirirdi.
«...Və hər gün axşam saat 19.00-da komissiyanın sədri Heydər
Əliyev ölənlərin qohumları, yaxınları ilə görüşür. On-lara görülən işlər
barədə məlumat verir, yaranan problemləri yerindəcə operativ şəkildə
həll edir», - «Trud» qəzeti bu hadisə barədə hazırladığı reportajında
belə yazırdı.
Məlum oldu ki, teploxodun təhkim edildiyi Qara Dəniz Gə-
miçiliyi İdarəsi heç gəmidə nə qədər sərnişinin olduğunu da dəqiq
bilmir. Və bu, adi hal hesab olunurdu. Kapitanlar son demə,
qaydaların əleyhinə olaraq, gəmilərinin bir-birinin yanından necə
keçəcəkləri barədə əvvəlcədən sanki köhnə faytonçular kimi danışıq
aparıbmışlar. Üç-dörd gün suda qalan meyitlər kənara çıxarılanda
istidən artıq çürüməyə başlayırdılar. Onun üçün də öncə buz dolabları
olan qatarlar, sonra isə yubanmadan tabutlar gətirildi. Uxov xatırlayır:
- Heydər Əliyev hamıdan son dərəcə sərt haqq-hesab tələb edirdi.
Hansısa bir tapşırığı yerinə yetirilmədiyi üçün o, dəniz donanması
nazirinin müavinini dərhal vəzifəsindən kənarlaş-dırdı. Hamı bundan
dərs götürdü.
Ən çətini isə çıxarılan cəsədlərin arasında öz əzizlərini tapa
bilməyən və yenə də sudan kimlərinsə çıxarılmasını gözləyən
insanlarla söhbət etmək idi. Öz həyatlarını təhlükə qarşısında qoysalar
da, operatorlar sualtı çəkilişlər apara bildilər. Budur, kamera batmış
gəminin bortuna sıxılmış və oradan çıxarılması mümkün olmayan bir
qadın meyitinə yaxınlaşır. Sualtı axın onun uzun saçlarını yüngül
külək kimi yellədir. Ada-
215
ma elə gəlir ki, bu saat başını geri atacaq. Ekran qarşısında do-nub
qalan gənc bir oğlan bu qadını görən kimi öz sevimli Nata-şasını
tanıyır.
- Siz onu çıxara biləcəksinizmi? - deyə oğlan boğuq səslə soruşur.
Ona belə cavab verirlər:
- Çalışacağıq, əlbəttə, əgər bu, dalğıcların həyatı üçün təhlükə
törətməsə. - Bir nəfər dalğıc artıq həlak olub.
Heydər Əliyevsə komissiyanın iclaslarının birində əminliklə deyir:
- Biz araşdırıb öyrənmişik ki, qəzanın səbəbi - «Pyotr Vasev» və
«Admiral Naximov» gəmilərinin kapitanlarının xidməti vəzifələrinə
məsuliyyətsiz və cinayətkarcasına laqeyd yanaşmasıdır. Görülən işlər
barədə Əliyev mütəmadi olaraq Rıjkova məlumat verirdi. Uxovun
sözlərinə görə, hətta bir-iki dəfə Qorbaçovun özü də zəng vurmuşdu,
deyirdi ki, gəlmək is-təyir.
Amma bu, bir o qədər də inandırıcı görünmürdü. Baş katib yəqin
ki, öz istirahətini yarımçıq qoymayacaqdı. May ayında Çernobıla baş
çəkməkçün vaxt tapmamışdı, sentyabrda No-vorossiysko gəlmədi.
Başqalarının kədərindən kənarda yaşa-maq çox rahat mövqedir.
Yalnız həssas, kövrək qəlbə malik olan şairlər belə hesab edir ki,
«özgənin dərdi olmur» (ifadə Konstantin Simonovun şeirindəndir).
Siyasətçilər də belə hesab edir: həm də böyük siyasətçilər, cılızlar yox.
Həmin yay Qorbaçov avqustun 20-dən sentyabrın 20-nə qədər
istirahət etdi. Geri qayıdanda isə Kubanda və Stavropolda oldu,
elektoratla çox şən, qayğısız söhbətlər etdi. Həmin vaxtda isə Rıjkov
Ukrayna və Belorusiya rəhbərliyinin bir qrupu ilə Çernobılda atom
elektrik stansiyasında baş verən qəza zonasına baş çəkir, Heydər
Əliyev Novorossiysk qəzasının nəticələrini aradan qaldırmaqla məşğul
olurdu.
Aleksey Nikolayeviç Kosıgin 1942-ci ilin yanvarında blokada
şəraitində olan Leninqradda iki yeniyetmənin qardaş-larınınmı və ya
qonşularınınmı uzandığı xizəyi soyuq buz bağlamış küçələrlə necə
dartdıqlarının şahidi olmuşdu. O vaxtlar üçün tipik səhnədir. Meyitləri
bütün şəhər boyu belə daşıyırdılar. Nəsə Kosıgini bu qəmli mərasimin
qarşısında durub onlardan kimi dəfn etməyə apardıqlarını soruşmağa
məc-
216
bur etmişdi. Uşaqlar cavab verməyə macal tapmamış, Aleksey
Nikolayeviç görmüşdü ki, xizəkdə uzadılmış oğlan uşağının göz
qapağı tərpənir. Ola bilsin, həyatla vidalaşdığı bu son mə-qamda, az
qala unudulmuş, atasının səsinə oxşar səs eşitmişdi. Aleksey
Nikolayeviç uşagı qucağına götürmüş və balaca özünə gəlməyə
başlamışdı. Kosıgin göstəriş verir ki, oğlanı isitsinlər, yedizdirsinlər,
sonra isə qardaşları ilə birgə Leninqraddan kö-çürsünlər.
Dövlət Müdafıə Komitəsinin tapşırığı ilə o zaman Kosıgin 500 min
leninqradlını və Böyük torpaqda çox zəruri olan dəz-gahları, kranları,
motorları və bütöv zavodları köçürməli idi. Nəhəng, mürəkkəb dövlət
tapşırığı və təsadüfı hadisə. Bloka-dada olan şəhərin taleyi və bir
insanın taleyi... Kosıgin onlara fərq qoymamışdı.
Əliyev də belə idi. Buna ən müxtəlif adamlar, o cümlədən Baş
nazirin müavininə gündəlik poçtu çatdıran, onun tapşırıqla-rını qeyd
edən və onunla birlikdə ezamiyyətlərə gedən kömək-çilər də
şahiddirlər.
Uxovdan soruşuruq:
- Sizcə, Novorossiyskdə Əliyevi ən çox təsirləndirən nə oldu?
- İlk növbədə toqquşma faktının özü. Bilirsiniz, sağlam düşüncəyə
görə bu toqquşma olmamalıydı. Toqquşma üçün heç bir real zəmin
yox idi. Sakit dəniz, ulduzlu səma. Sərnişin teploxodunda bütün işıqlar
yanır - həm bortda, həm də göyərtə-də. Müasir naviqasiya cihazları.
Teploxod limandan çıxanda ona xəbər verilmişdi ki, qarşıdan yük
gəmisi gəlir. Yük gəmisinə də sərnişin teploxodunun limandan
çıxması barədə xəbər verilmişdi. Qanuna görə yük gəmisi teploxoda
öz kursuyla getməyə yol verməliydi. Yük gəmisi bunu etməmişdi,
çünki bu-nun üçün o, öz kursundan bir ncçə kilometr yayınmalı,
kənara çəkilib dolama kursla getməliydi. Kapitanlar qaydalara zidd
olaraq, üzbəüz gələrkən biri-birindən necə yan keçəcəkləri barədə
əvvəlcədən danışıb razılaşırlar. «Pyotr Vasev» yük gəmi-sinin
kapitanının üçüncü köməkçisi radara baxaraq xəbərdarlıq edir: «Biz
toqquşa bilərik, axın bizi ona tərəf aparır».
«- Heç nə olmaz, yanından sivişib keçərik», - deyə kapitan onu
arxayınlaşdırır.
217
İki kapitanın laqeydliyi və özündən razılığı belə böyük faciə ilə
nəticələnmişdi.
Bu qədər də səhlənkarlıq olarmı? Olay insanı hiddətləndir-məyə
bilmirdi. Məsuliyyətsizlik üzündən nəhəng «Naximov» məhv olur;
sonsuz insan kədəri... Yenə də məsuliyyətsizlik. Məlum olur ki, sahil
xidmətlərinin heç birində gəmidəki sərni-şinlərin və ekipajın dəqiq
siyahısı yoxdur: müxtəlif dolayı yol-larla bu siyahıları bərpa etmək
lazım gəlir.
Əliyev orada, demək olar ki, yatmırdı. Onun köməkçisi Uxov da
onun kimi. Vladimir Sergeyeviç gecə saat üçə qədər protokolları
hazırlayır, səhər tezdən isə hər şey yenidən başla-yırdı. Heydər Əliyev
hər səhər saat doqquzda mehmanxanadan Qara Dəniz Gəmiçiliyinin
binasında yerləşən xilasetmə qərargahına gedirdi...
On beşinci gün Qorbaçov sərəncam verdi ki, Heydər Əliyev
komissiyaya rəhbərliyi MK-nın nəqliyyat və rabitə şöbəsinin rəisi
Pasternaka həvalə edib Moskvaya qayıtsın.
- «Naximov»un məsələsinə Siyasi Büroda baxacağıq. Görəsən, bu
sərəncam nəylə bağlı idi? Moskvada Əliyevi daha vacib işlər
gözləyirdimi? Məgər orada onsuz keçinə bil-mirdilərmi? Buna əmin
deyiləm. Məncə, bunun səbəbi tamam ayrı idi. Qorbaçovun Krasnodar
vilayətinə səfəri, görüşləri, çı-xışı planlaşdırılırdı. Heydər Əliyevin
Novorossiyskdə gördüyü işlər, ümumiyyətlə, «Naximov» hadisəsi isə
ona əsaslı şəkildə mane olurdu. Avqustun 17-də Baş katib təyyarəylə
vilayətə uçub gəldi və hava limanından birbaşa vilayətin
rayonlarından birinə getdi. SİTA-nın müxbirləri yazır: «Baş katib
yolüstü No-votitarovskaya stanitsasında maşınları saxladıb yerli əhali
ilə görüşdü. İstirahətdən gələn və günün altında qaralmış Baş katib
kəndlilərdən soruşdu:
- Bizim ölkədə apardığımız dəyişikliklərdən razısınızmı?
Razıyıq, - jurnalistlər camaat içindən eşidilən bu səsi də qeydə
aldılar.
... Oktyabrın 30-da Heydər Əliyev Siyasi Büroda «Admiral
Naximov» gəmisində baş verən qəzanın səbəbləriylə bağlı ya-radılmış
komissiyanın yekun nəticələri barədə məruzə etdi.
Həmin gün səhərdən Siyasi Büronun iclas zalının divarların-da
Qara dənizin, Novorossiyskin xəritələrini asmışdılar. Bu xə-
218
ritələrin fonunda yoldaşlar əvvəlcə gələn ilin büdcəsi və planı barədə
danışdılar, sonra MK-nın nəzdindəki Partiya Nəzarəti Komitəsinin
hesabatını dinlədilər. Nəhayət, Qorbaçov sözü Əliyevə verdi. Heydər
Əliyeviçin məruzəsi qısa və konkret ol-du.
Əslində çox şey elə əvvəlcədən aydın idi: kapitanların
cinayətkarcasına səhlənkarlığı, gəmiçilikdəki təhlükəsizlik
qaydalarının kobudcasına pozulması.
Siyasi Büronun qərarında bildirilir ki, həlak olanların ailələrinə
zəruri dövlət yardımı ayrılmışdır. Qəzanın bilavasitə günahkarları -
«Pyotr Vasev» və «Admiral Naximov» gəmilərinin kapitanları həbsə
alınaraq cinayət məsuliyyətinə cəlb olun-muşlar. Qara Dəniz
Gəmiçiliyinin rəisi S.A.Lukyanenko və-zifəsindən çıxanlaraq partiya
sıralarından xaric edilmişdir. SSRİ dəniz donanması nazirinin
müavini A.V.Qoldobenko öz vəzifəsindən xaric edilərək partiya
töhməti ilə cəzalandırıl-mışdır. Dəniz donanması nazirinin ikinci
müavini B.A.Yunitsın partiya məsuliyyətinə cəlb edilmişdir. Dəniz
Donanması Nazirliyinin kollegiyasına isə gəmiçiliyin təhlükəsizliyinin
ar-tırılması və dəniz nəqliyyatında nizam-intizamın möhkəmlən-
dirilməsinə dair ciddi tədbirlər görmək tapşırılmışdır.
Köməkçilər - müşahidə qabiliyyəti olan diqqətli adamlardır. Öz
şeflərinin hətta görmədiyi, müşahidə edə bilmədiyi şeyləri də
diqqətdən qaçırmırlar. Heydər Əliyevin köməkçiləri Qavrilov və Uxov
bir-birindən xəbərsiz görün nəyi xatırlayırlar:
- Bəzən Heydər Əliyevin kabinetinə girirdin və üzünün
ifadəsindən hiss eləyirdin ki, düşüncəyə qərq olub, nə barədəsə gərgin
şəkildə fıkirləşir.
Köməkçinin otağa gəlməsi onu fikirlərdən ayırır:
- Vladimir Sergeyeviç, bu gün mən Yuqoslaviyanın hökumət
başçısıyla görüşməliyəm. Siz bir neçə sənədi mənimçün hazır
etməlisiniz: birincisi... ikinci... Niyə qeyd etmirsiniz?
Uxov istəmir etiraf etsin ki, şef onu çağıranda qəbul otağın-daydı
və bloknotunu öz kabinetində unutmuşdu.
- Mən yadımda saxlayaram, Heydər Əliyeviç.
- Doğrudan?
219
Heydər Əliyevin özü nə qədər fenomenal yaddaşa malik olsa da,
həmişə bloknotda qeydlər edərdi. Tapşırığı düzgün yerinə
yetirilməyəndə haqq-hesab çəkirdi.
Aparat işçiləri məzuniyyətə adətən öz şefləri ilə birgə ge-dərdilər.
İş başında Vladimir Sergeyeviç Uxov qalardı. Kolle-qaları ona qibtə
edərdilər: indi dincələrsən!
- Əlbəttə! - deyə Uxov cavab verərdi. - Məgər siz Heydər
Əliyeviçin necə istirahət etdiyini bilmirsiniz?..
Bilirdilər və adət etmişdilər. Əliyev məzuniyyətə həmişə
Azərbaycana gedirdi, amma bircə gün də işini unutmurdu. Hər səhər
saat onda Moskvaya, Uxova zəng vururdu.
- Sabahınız xeyir, danışan Əliyevdir. Vladimir Sergeyeviç, hansı
işlər görülüb?
Ardınca qısa hesabat verilir.
- Bu məsələylə bağlı isə, Heydər Əliyeviç, hələ də qərar yoxdur.
- Saat üçdə mənə zəng vurun.
Axşam saat altı-yeddi radələrində daha bir zəng olurdıı. Bəzən
telefonçu qız xəbərdarlıq edirdi ki, bu zonada xüsusi müdafıə yoxdur.
Bu, o demək idi ki, Heydər Əliyev hardasa ucqar bir yerdədir və adi
telefon xəttiylə əlaqə saxlayır, ona görə də hər şeyi açıq şəkildə
danışmaq olmaz.
O, yaxşılığı qiymətləndirməyi bacarırdı.
Texnikada belə bir ifadə var: metalın «yorğunluğu». Kons-
truksiyalar müəyyən dövrə qədər ağırlığa davam gətirirlər. Sonra isə
onları köhnəldiyinə görə dəyişmək lazım gəlir, yoxsa körpülərdə,
fermalarda, örtüklərdə qəza baş verə bilər. Dəmirin «yorğunluğunu»
xüsusi cihazlar vasitəsiylə müəyyən etmək mümkündür. Bəs, görəsən,
insanın yorğunluğunu necə bilmək olar? Bunun üçün hələ heç bir
cihaz icad olunmayıb.
Rıjkovun yanındakı iclasların birindən sonra Yuri Petroviç Batalin
üçüncü mərtəbədəki kabinetinə qalxdı, həmişə maşın-larla dolu olan
İvanovsk meydanına ötəri bir nəzər saldı və stol arxasına keçib
sənədləri gözdən keçirməyə başladı. Bu vaxt qapı açıldı və Heydər
Əliyev içəri daxil oldu. Batalin təəccübləndi: sədrin birinci müavini,
Siyasi Büronun üzvü onu kabine-
220
tinə çağırmır, özü yanına gəlir. Görəsən, bunun səbəbi nədir? Nə baş
verib?
Heydər Əliyev BAM-ın tikintisi barədə, trasda hələ həll olunası
problemlər kompleksindən və qeyri-peşəkarların bu problemlərdən
yaxşı baş çıxara bilməməsindən danışdı. O, Ba-talindən xahiş etdi ki,
BAM-la bağlı məsələlərin həllini öz üzərinə götürsün.
Batalin etiraz edib bildirdi ki, bu məsələlərin mahiyyətindən baş
açmaq mənimçün çətin olacaq.
Heydər Əliyev isə dedi:
- Sizin professional kimi təcrübəniz böyükdür, mütəxəssislər sizə
böyük ehtiramla yanaşırlar. Tapşırdığım işlə məşğul olmaq sizin üçün
daha asandır.
Başqa heç kimin xəbəri olmayan bu kiçik söhbət bizimçün
əhəmiyyətli göründü. Adətən görmüşük ki, hakimiyyətə çatan
adamlara elə gəlir ki, bu hakimiyyət bir anda onlan, aqronom-luqdan
tutmuş dilçiliyə qədər, kosmonavtikadan tutmuş baletə, təsviri sənətə
qədər bütün sahələrdə dahi, korifey bir mütə-xəssisə çevirir. Məhz
belə diletant rəhbərlər bir vaxtlar SSRİ-də kibernetiklərin, genetiklərin
talelərini həll etmişdilər, çayları şimaldan cənuba axıtmaq proqramı
hazırlamışdılar və bir çox başqa biabırçı işlər görmüşdülər. Heydər
Əliyevin partiya ierarxiyasında özündən aşağıda olan bir şəxslə belə
səmimi da-nışması təbii ki, çox cəsarətli bir addım idi.
- Mən sizdən sadə bir insan kimi xahiş edirəm ki, bu işi boynunuza
götürəsiniz, - deyə Heydər Əliyev söhbətini bitirdi.
Burada heç vaxt bu tonda danışmamışdılar.
Batalin razılıq verdi və qeyd etdi ki, məsələni Rıjkovla da
razılaşdırmaq lazımdır. Nikolay İvanoviç Rıjkov da Heydər Əliyeviçi
başa düşdü. Beləliklə, Batalin BAM və Şimali-Muysk tuneli üzrə
dövlət komissiyasına rəhbərliyi öz üzərinə götürdü.
Əliyevin kurasiyasında olan nazirliklərin, idarələrin siyahı-sında
Dövlətnəşrkomu da (Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti
İşləri Komitəsi) vardı. Bu idarəyə Boris Nikola-yeviç Pastuxov
rəhbərlik edirdi.
- Mən Heydər Əliyevlə çox ünsiyyətdə olmuşam. Onu da deyim
ki, diqqətdən bir az kənarda qalmış bu sahəyə Heydər Əliyeviç çox
diqqət və qayğı ilə yanaşırdı. Poliqrafıyanı, kağız,
221
boya istehsalını müasir əsaslarla yeniləşdirmək, daha dəqiq de-sək,
yenidən yaratmaq lazım idi. O, böyük problemlərin həllin-dən
yapışırdı, düşünülmüş qərarlar qəbul edirdi.
- Məsəlçün?
- Heydər Əliyeviç poliqrafıya sənayesinin müasir tələblərə uyğun
şəkildə inkişaf ideyasının reallaşmasında bizə çox yardım etmişdi.
Bundan başqa, Heydər Əliyev çox gözlənilməz olan bir təkliflə də
bizə tərəfdar çıxmışdı. Biz o vaxt qərara gəlmişdik ki, Puşkinin və
Lermontovun kitablarına limitsiz abunə kampaniyasına başlayaq.
Puşkinin bu üçcildliyinə bizim fıkirləşdiyimizdən qat-qat çox - on
milyon insan abunə yazıldı.
Bəs bu qədər kağızı hardan almalı? Bizim kağızımız beş mil-yon
nüsxəyə qədər çatırdı. Bəs qalanı? Ya gərək abunəçilərdən üzr istəyib
pullarını geri qaytaraydıq, ya da ölsək də, ehtiyat kağız tapaydıq.
Heydər Əliyeviçin köməyilə kağız tapdıq... Daha bir maraqlı hadisə
danışmaq istəyirəm, - deyə Boris Nikolayeviç davam edir. - Mənim
əlli yaşım tamam olurdu. Adətən belə yubileylərdə komitə sədrlərini,
nazirləri təltif edirlər. Amma bundan bir az əvvəl mən Lenin ordeniylə
təltif edilmişdim və müəyyən qaydalara görə təltifdən dərhal sonra
yenidən mükafatlandırmaq məqsədəuyğun sayılmırdı, gərək müəyyən
vaxt keçəydi. Qısası, hökumət məni qiymətli hədiyyə ilə
mükafatlandırdı, - Pastuxov gülümsünür. - Bəli, bu «qiymətli
hədiyyə» adi kənd mənzərəsinin təsvir edildiyi bir təsviri sənət
əsərindən ibarət idi. Kremlə çağırıldım və Heydər Əliyev bizim
kuratorumuz kimi, Nazirlər Sovetinin İşlər İdarəsinin müdiri
Smirtyukovla birgə bu tablonu mənə təqdim etdi. Əliyevin kabinetinin
pəncərəsi Moskva çayına açılırdı.
Artıq oktyabr ayı idi, havalar soyumuşdu.
Tablonu mənə verib zarafatla dedi:
- Əlbəttə, Boris Nikolayeviç, siz ordenə tam layiqsiniz. Amma
hədiyyə elə hədiyyədir. Ordenlərimiz həmişə olub, olacaq, amma
şəkil, bəlkə də, heç vaxt olmayacaq.
Ona təşəkkür edib həyatımda ən yaxşı nitqimi söylədim:
- Məncə, hansı tərzdə, nə ilə mükafatlandırılmağın bir o qədər də
əhəmiyyəti yoxdur. Əsas budur ki, sənin zəhmətini görürlər,
qiymətləndirirlər. Bağışlayın, Heydər Əliyeviç, amma demək
istəyirəm ki, mən, bax bu çayın o biri tərəfındə, Zamoskvoreçyedə
böyümüşəm. Anam fəhlə olub, atam 1942-
222
ci ildə cəbhədə həlak olub və mənimçün - bir vaxtlar Za-
moskvoreçyedə uşaqlarla top qovan, dərslərdən qaçan, «Udar-nik»
kinoteatrında gecə-gündüz kinoya baxan bir dəcəl uşaq üçün indi ən
böyük mükafat Kremldə, iki belə böyük şəxsiyyə-tin qarşısında
dayanıb onlardan xoş sözlər eşitməkdir. Çox sağ olun!
Sonra Boris Nikolayeviç ona hədiyyə olunan şəkli götürüb otaqdan
çıxır.
İllər ötür və artıq Rusiya xarici işlər nazirinin birinci mü-avini olan
Pastuxov Bakıya gəlir. Görüşlər, danışıqlar başlayır... Əliyev qonağı
fantastik yaddaşıyla heyrətləndirir - ilk dəfə tanış olduqları komsomol
qurultayını da xatırlayır. O, heç nəyi unutmamışdı.
- Son günədək beləcə qaldı. Heç nəyi unutmurdu. Dünən axşam
olanları da, iyirmi il əvvəl baş verənləri də... Mən heyran qalmışdım.
«Bəs siz öz əlli illik yubileyinizi xatırlayırsınız? - deyə Heydər
Əliyev sonda Pastuxovdan soruşmuşdu. - Smirtyukovla mən sizə o
vaxt bir şəkil hədiyyə vermişdik. - «Hə, xatırlayı-ram». - «İstəyirsiniz
bir də təkrar edim: ordenlər hələ çox ola-caq, Boris Nikolayeviç,
amma şəkil, bəlkə də, daha heç vaxt olmayacaq...»
- Bu şəkil indiyəcən mənim bağımdadır, divarlardan birini bəzəyir,
- deyə Boris Nikolayeviç təsirlənır. - Erkən bahar, Moskva ətrafındakı
şam ağacları... İndi də hər dəfə o şəklə ba-xanda Heydər Əliyeviçi
xatırlayıram. O, yaxşılığı qiymətlən-dirməyi bacarırdı...
Sizin xobbiniz varmı?
Rıjkov, Batalin, Biryukov, Konarev, Pastuxov - bütün bu insanlar
Heydər Əliyevə səviyyə etibarilə yaxın adamlardı. Bəs, görəsən,
tabeliyində olanlar Heydər Əliyevi necə xatırlayırlar?
Jurnalist, alim və naşir Aleksandr Timofeyeviç Qavrilov üç il
ərzində SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər
Əliyevin köməkçisi vəzifəsində işləmişdi. Qavrilovla ta-nışlıqdan
əvvəl Heydər Əliyeviç bu vəzifəyə İşlər İdarəsinin
223
əməkdaşlarının seçdikləri namizədlərlə tanış olmuşdu. Kiminsə
anketini diqqətlə oxumuşdu, kimisə qiyabi olaraq tanıyırdı, kiıninləsə
şəxsi münasibətləri vardı. Və nəhayət, növbə Qavri-lova çatır.
Əliyevlə görüşə dəvət olunduğunu biləndə Qavrilov öz köhnə
qəzetçi həmkarlarından biriylə məsləhətləşməyi qərara alır. Bu adam
Heydər Əliyevi yaxşı tanıyırdı. 1984-cü ilin mayındakı həmin görüşü
Qavrilov indi belə xatırlayır:
«Dostum mənə belə dedi: «Unutma ki, bu insan şərqlidir. Şərq isə
bilirsən ki, çox incə yanaşma tələb edir. İkincisi, o, DTK-dan çıxan bir
kadrdır. Onu nədəsə aldatmağa çalışmaq, sadəlövh hesab etmək
axmaqlıqdır. Heç buna ehtiyac da yox-dur. O, insan psixologiyasını
çox gözəl bilir, MK-da və başqa nüfuzlu orqanlarda böyük iş təcrübəsi
var. Üçüncüsü, əgər o, bir nəfəri tərifləsə, sən də onu tərifləmə».
- Kimdir ki, o adam?
- Eduard Ambrosyeviç Şevardnadze.
Beləcə, yüngül bir məsləhətdən sonra Qavrilov Heydər Əliyevlə
söhbətə gedir. Onun otağı Nazirlər Sovetinin Kremldəki korpusunun
ikinci mərtəbəsində yerləşirdi. Bir vaxtlar bu otaqda Vyaçeslav
Mixayloviç Molotov oturarmış.
Qəbul otağında katib onu təbəssümlə qarşıladı:
- Heydər Əliyev xahiş edir ki, onu bağışlayasınız. Bu saat onun
vacib bir görüşü var. Görüş başa çatan kimi sizi qəbul edəcək.
On dəqiqədən də az bir vaxt keçir və Qavrilovu otağa dəvət
edirlər.
- Sonralar mən dəfələrlə əmin oldum ki, Heydər Əliyev dəqiq,
hətta deyərdim ki, son dərəcə dəqiq adamdır. Başqala-rından da belə
dəqiqlik tələb edirdi.
Əliyev stol arxasından qalxıb mənə tərəf əlini uzatdı.
- Xahiş edirəm, əyləşin, Aleksandr Timofeyeviç. Ən əvvəl deyin
görüm boş vaxtmızı necə keçirirsiniz, xobbiniz varmı?
- Bilirsiniz, Heydər Əliyeviç, mənim heç bir xobbim yoxdur, -
deyə Qavrilov cavab verir.
- Balıq tutmağı necə, xoşlayırsmızmı?
- Yox.
- Bəs, ovla da aranız yoxdu?
- Yox.
223
- Poçt markaları da yığmırsız?
- Yox.
- Bəs, boş vaxtmızı necə keçirirsiniz?
- Mütaliəni sevirəm, yazmağı xoşlayıram.
224
- Mən də yazıb-oxumağı sevirəm, - deyə Heydər Əliyev
münasibətini bildirir. - Siz yəqin ki, mənim çıxışlarımı oxumu-sunuz?
Qavrilov başını tərpədir:
- Bəli, oxumuşam.
Mənim yazı üslubumu çox qısa şəkildə necə qiymətləndirə
bilərsiniz?
Çox publisistikdir, - Aleksandr Timofeyeviç çox dəqiq şəkildə
lazım olan formulu tapır.
- Düzdiir!
Lakin onların tanışlığı bununla bitmir.
- Mən sizi demək olar ki, tanımıram, - deyə Heydər Əliyev davam
edir. - Ona görə də sizi özümə köməkçi götürməklə müəyyən qədər
riskə getmiş oluram.
- Elə mən də riskə gedirəm, - Qavrilov ona eyni tərzdə cavab verir.
- Əgər işin öhdəsindən gəlməsəm, öz qərarımı özüm verməli
olacağam.
Cavab Əliyevin xoşuna gəlir və onu da qeyd edir ki, birlikdə
işlədiyi adamları heç vaxt atmayıb. Əgər kiminləsə nə sə-bəbdənsə
yolları ayrılıbsa da, elə ayrılıb ki, həmin adam heç nə itirməyib.
- Bunu mən sizə söz verirəm.
- Onda Heydər Əliyeviç, bu, məni qane edir. Həyat özü,
ümumiyyətlə riskdir.
Çox gözəl, - Heydər Əliyev gülümsünür, - onda sənəd-ləşməni
aparın və işə başlayın.
Qavrilov üç il ərzində Heydər Əliyeviçin köməkçisi vəzifə-sində
çalışıb. Öz rəisi haqqında isə yalnız xoş sözlər deyir. Əmindir ki,
imkan versəydilər, Əliyev ölkə üçün hələ çox işlər görə bilərdi.
İlk görüşlərini Əliyev bu sözlərlə başa çatdırıb:
- Mənim sizə tapşırdıqlarım ikimizin arasında qalmalıdır.
Siz də əgər nəyisə şəxsən mənə demək istəsəniz, buyurun, heç vaxt
çəkinməyin.
225
Düzdür, bütün bunlar nazir müavininin katibliyində heç də
hamının xoşuna gəlməmişdi; məmurlar arasında rəhbərliyin otağına
yol tapmaq üçün həmişə mübarizə gedir, paxıllar hə-mişə tapılırdı.
Amma neyləmək olar ki, insan paxıllığının kö-künü kəsmək mümkün
deyil. Həm də təkcə paxıllığın yox, ta-mahkarlığın, ikiüzlülüyün,
kinliliyin... Bununla nə dini əxlaq, nə də kommunist ideologiyası
bacara bilir. Həm də ki, ümu-miyyətlə, dini əxlaq, yaxud kommunist
əxlaqı ifadələrini işlət-mək düzgün deyil. Sadəcə əxlaq var... Ya da ki,
heç yoxdur.
Heydər Əliyeviç öz əməkdaşlarının əyləncələriylə əbəs yerə
maraqlanmırdı. Bu, onun əsas suallarından idi. O bilirdi ki, əgər işçisi,
tutalım, balıq tutmağa həvəs göstərirsə, deməli, həftənin ortasından
etibarən tilovu, soxulcanı fıkrindən çıxara bilməyəcək. Bu isə, təbii ki,
işə mane olacaq. Əlbəttə ki, bu xüsusda Heydər Əliyevlə mübahisə
edənlər çox olurdu, amma o, bildiyindən dönmürdü və fıkrini
əsaslandımaq üçün onlarla misal gətirirdi.
- Saat 08.45-də Heydər Əliyeviç artıq işdə olardı, - deyə Qavrilov
xatırlayır. - Yalnız protokol üzrə kimisə qarşılamağa, yaxud yola
salmağa getdiyi vaxtları çıxmaq şərtiylə. Mən saat səkkizdən
gələrdim. Poçtu nəzərdən keçirərdim, sənədlərə ba-xardım, ən
vaciblərini seçib ayırardım.
09.15-də isə rəsmi iş saatı başlayardı: zənglər, qəbullar, görüşlər,
iclaslar. Əliyev iş gününü çox dəqiq planlaşdırardı. Əlbəttə ki, həyat
öz dəyişikliklərini edirdi, amma ümumilikdə, hər şey nizam-intizamlı
şəkildə gedirdi və bu, böyük təsərrüfatı nizamla idarə etməyə imkan
verirdi. Biz şefimizə hörmət edir və bir az da qorxurduq. O, heç kimə
qarşı sərt sanksiyalar həyata keçirməzdi, heç kimin üstünə
qışqırmazdı. Lakin hamı bilirdi ki, onun tapşırığını yerinə yetirməmək
sadəcə mümkün deyil.
Azərbaycanlı həmkarları Qavrilovu dəfələrlə qonaq ça-ğırmışdılar:
«Bir biz tərəflərə də gəlin, Aleksandr Timofeyeviç, bir az
dincələrsiniz...» Amma Qavrilov imtina etməsə də, getməyə də
tələsmirdi. Bilirdi ki, belə səfərlər adətən hansısa öhdəliklərlə sona
çatır. O isə vasvası adam olduğundan, heç kimə borclu qalmaq
istəmirdi.
226
Hansısa kanallar vasitəsilə Heydər Əliyev xəbər tutur ki,
köməkçisi Azərbaycana səfər etməkdən yayınır. Onu öz yanına
çağırır.
- Bura bax, Aleksandr, - bu çox nadir hallardan biriydi ki, şef
tabeçiliyində olan işçiyə «sən» deyə müraciət edirdi, - mənə deyirlər
ki, sən Bakıda istirahət etməkdən boyun qaçırırsan. Həqiqətənmi
imtina edirsiz?
Qavrilov bəhanə edir ki, həkimlər onun həyat yoldaşına Rusiyanın
orta iqlim qurşaqlarında istirahət etməyi məsləhət görüb. Əliyev
sınayıcı nəzərlərlə ona baxır. Deyəsən, o, bu hərəkətin əsl səbəblərini
başa düşürdü, amma üstünü vurmurdu.
- Hər halda, nahaq yerə Bakıya getmirsən. Orada çox gözəl
çimərliklər var, - buudan sonra o, Xəzər haqqında az qala poema
oxudu, xeyli təriflədi. - Mən çox ölkələrdə olmuşam, çox dənizlərdə
çimmişəm. Amma inandırım səni Xəzər dənizi kimisinə rast
gəlməmişəm. Orada bir çox xəstəliklərdən sağalmaq olar. Bir get,
sən də dincəl, Aleksandr...
- Mən söz verdim, - Qavrilov həmin unudulmaz söhbəti yadına
salır, - amma yenə də gedə bilmədim. İndi başa düşürəm ki, bu,
Heydər Əliyeviçin xətrinə dəymişdi. Səmimi-qəlbdən qonaq
çağırırlar, mənsə ev sahiblərinə hörmətsizlik edib imtina edirəm.
Heydər Əliyevlə birgə ezamiyyətlər də Qavrilovun xatirindən
çıxmır: Altay, Çuvaşıstan, Volqoqrad... Bu sırf işgüzar ezamiyyətlər
idi. Standart iş planı - partiya-təsərrüfat fəallarının qarşısında çıxış,
vilayət partiya komitəsində iclas, zavod sexlərinə baxış. Əliyev
həmişə iş planına düzəlişlərini edirdi. Tutalım, bazara baş çəkməyi
xoşlayırdı, qiymətlərlə maraqlanırdı, piştaxta üstə olanların dadına
baxırdı.
Qavrilovun dediyinə görə, səfər şərəfinə təşkil edilən
qonaqlıqlarda şef bir, ən uzağı iki qədəh konyak içərdi, artıq yox. Stol
arxasında sərt, lovğa görkəmdə oturub susmazdı, çanlı, şən söhbətləri
sevərdi. Yumoru xoşlayırdı. Daha bir maraqlı detal: o, heç vaxt
hədiyyə götürmədiyinə görə, ona heç nə təklif etməzdilər. Bunu hamı
bilirdi. Çünki adətən şefin xasiyyətlərindən çox tez xəbər tuturlar.
...Altayda hansısa kəndin yanından keçirmişlər. Məktəbə baş
çəkirlər. Onları çox səmimiyyətlə qarşılayırlar, böyük gül dəstələri
bağışlayırlar. Zarafat deyil, belə böyük vəzifə sahibi
227
onların ucqar kəndlərinə baş çəkib. Müəllimlər otağında söhbət gedir.
Yaşayışmız necədir, məvacib qane edirmi? İş planı çox ağır deyil ki?
- Şagirdlər sizə gül dəstələri bağışlayırlarmı?- birdən qonaq
soruşur.
- Əlbəttə. Sentyabrın biri, səkkiz martda, dərs ilinin sonunda, -
deyə müəllimələr cavab verir.
- Sizə elə gəlmirmi ki, bu bir az rüşvətə oxşayır?- deyə Heydər
Əliyev zarafatyana soruşur.
Bir qədər uzun çəkən pauzadan sonra müəllimlərdən biri bu
zarafatı cavabsız qoymur:
- Bəlkə də, sizdə, Moskvada bu, rüşvətə oxşayır. Yəqin gül orada
çox bahadır. Bizdə isə bütün həyətlər başdan-başa gül-çiçəkdir. Bu
güllər kommersiya baxımından heç bir dəyərə malik deyil. Bu, işin
birinci tərəfi. İkincisi isə mənəvi tərəfdir. Əgər belə bayram günündə
mənə gül bağışlamasalar, elə həmin gün ərizəmi yazıb işdən gedərəm.
Deməli, nə valideynlərin, nə də şagirdlərin yanında hörmətim var.
Sizə də gülləri biz məhz hörmət əlaməti olaraq bağışlamışıq.
Moskvanın ədəbi dairələrində Heydər Əliyevin hələ Bakıda
işlədiyi dövrlərdə belə bir hadisə barədə söhbət yayılmışdı ki, guya o,
paytaxta gəlib Yazıçılar İttifaqında Puşkinin şərəfinə yazıçının
«Yevgeni Onegin» poemasını əzbərdən oxumuşdu. Ona qulaq asan
qonaqlar heyrətə gəlmişdilər, Puşkini belə gözəl bilməyi ilə Heydər
Əliyev onları valeh etmişdi (Qeyd edək ki, illər ötəndən sonra
Azərbaycan prezidenti olan Heydər Əliyevin təşəbbüsüylə Bakıda
böyük rus şairi Puşkinin abidəsi ucaldılmışdır). Bir neçə gün sonra
Moskvanın bütün ədəbi dairələri xəbər tutdular ki, Heydər Əliyev
Puşkini, Lennontovu, o cümlədən də böyük Azərbaycan şairləri
Nizamini, Füzulini, Cavidi əzbərdən bilir...
Bu epizodu xatırlayan Qavrilov qeyd edir ki, Heydər Əliyevin
estetik duyumu çox gözəl inkişaf etmişdi. O, memarlığı professional
şəkildə qiymətləndirir, təsviri sənəti, teatrı çox gözəl bilirdi. Buna
görə də böyük sənət adamları - Qara Qarayev, Müslüm Maqomayev,
Niyazi, Tahir Salahov və başqaları onunla ünsiyyətə çox meyl
edirdilər. Yeri gəlmişkən qeyd edək ki, Rusiya Rəssamlıq
Akademiyasının vitse-prezidenti
228
Tahir Salahov Heydər Əliyevin çox gözəl bir portretini çəkmişdir.
Bu xüsusda Qavrilovun daha bir hadisə yadına düşür. Bir dəfə o,
yəni Qavrilov «İki nəfər yelləncəkdə» tamaşasına baxmışdı. Amma
dəvətnaməylə yox, adi bir tamaşaçı kimi teatr kassasından bilet
almışdı. Ertəsi gün telefon zəng çaldı:
- Salam, Aleksandr Timofeyeviç, danışan Oleq Tabakovdur.
- Salam, Oleq Pavloviç.
- Bağışlayın, biz sizinlə tanış deyilik. Mən zəng vurmuşam ki,
tamaşanın sizin xoşunuza gəlib - gəlmədiyi ilə maraqlanım.
Qavrilov böyük sənətkarm bu marağının səbəbini anlayırdı.
Onunçün də cavab verdi:
- Adi bir tamaşaçı kimi deyə bilərəm ki, tamaşa mənim çox
xoşuma gəldi. Amma rəsmi şəkildə roy bildirmək üçün hələ hazır
deyiləm.
- Bəs öz təəssüratlarmızı Heydər Əliyeviçlə bölüşmüsünüzmü? -
deyə tamaşaçıların sevimlisi olan aktyor maraqlandı.
- Yox, o, məndən bu barədə bir şey soruşmayıb. Amma əgər israr
edirsinizsə, deyərəm.
- Xahiş edirəm, mütləq deyin. Heydər Əliyevin royini bilmək
bizimçün çox maraqlıdır.
Məqamı gələndə Qavrilov bu barədə şefinə məlumat verir. Heydər
Əliyeviç gülür:
- O, yenə də zəng vursa, nə cavab verəcəksiniz? - və cavab
gözləmədən əlavə elədi: - Deyin ki, mən bu tamaşam görməmişəm.
Ona görə də heç bir mənfi rəy verməyəcəm.
Bu tamaşa barədə elə sənət adamlarının özləri də müəyyən
xoşagəlməz fikirlər söyləyirdilər. Heydər Əliyevsə bu cavabla teatra
hökm çıxarmaqda iştirak etmədiyini göstərmək istəyirdi.
Sənət adamları da bütün bunları bilirdilər və ona görə də ona tez-
tez yardım üçün müraciət edirdilər. Hərçənd ki, mədəniyyət məsələləri
bilavasitə onun tabeçiliyində olan sahə deyildi. Repertuar siyasəti,
yaradıcılıq məsələləri ilə başqa idarə məşğul olurdu. Nazirlər Soveti
mədəniyyətin yalnız maddi tərəfi ilə məşğuldu. Rıjkovla birgə Heydər
Əliyev Böyük Teatrın maddi vəziyyətinə, kitab nəşrinin,
kinematoqrafıyanın inkişafına ciddi diqqət göstərirdi...
229
Bir dəfə Heydər Əliyevin poçtuna məşhur aktyor Armen
Cigərxanyanın məktubu daxil olur: o, mənzil mosələsində ona kömək
etməyi xahiş edirdi. Heydər Əliyev məktubu Mossovetin sədri
Promıslova göndərir və kömək etmək lazım olduğunu israr edir. İki ay
sonra ev almış Armen Borisoviç Qavrilova zəng vurub onun adından
Heydər Əliyevə təşəkkür etməyi xahiş edir.
Dostları ilə paylaş: |