GÖRKƏMLİ ® adamlarin həyati



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə16/39
tarix08.12.2016
ölçüsü8,78 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   39

 

 

 

 

 

 

 

Vll fəsil  

 

«MƏN DAŞ, DƏMİR DEYİLƏM, İNSANAM» 

 

19 oktyabr 1987-ci il, Moskva 

 

Kremldə SSRİ Ali Sovetinin sessiyası açılır. Rəyasət heyətində - 



Ali Sovetin palata rəhbərləri, hökumət və Siyasi Büro üzvləri 

əyləşiblər. 

Bu günü Heydər Əliyev belə xatırlayırdı: 

«Bəzən kimlərsə zaldan çıxır, kimlərsə daxil olurdu. Qorbaçov 

mənimlə üzbəüz oturmuşdu. Birdən o da ayağa qalxıb çıxdı. Sonra 

Liqaçov ayağa qalxdı  və başıyla Rıjkova da işarə verdi ki, onıun 

ardınca gəlsin. Onlar Rəyasət Heyətinin otağına keçdilər. Biz həmin 

otaqda adətən iclaslara qədər, fasilələrdə toplaşıb çay içərdik. Bir 

müddət sonra məni də həmin otağa çağırdılar. 

Mənimlə söhbəti Qorbaçov başladı. Dedi ki, «mənim fikrimcə, sən 

Siyasi Bürodan və Nazirlər Sovetindən getməlisən». Getməyimin 

səbəbini bilmədiyimi söylədim: «Mən hesab etmirəm ki, getməliyəm. 

Amma siz, Baş katib kimi belə hesab edirsinizsə, getməyə hazıram». 

Qorbaçov dedi: «Onda dəqiq deyin ki, biz bilək. Siz öz xahişinizlə 

gedirsiniz, yoxsa səhhətinizlə əlaqədar?» 

Fasilədə evə  gəldim. Oğlumla qızım evdəydi. Vəziyyəti onlara 

başa saldım. Əhsən onlara! Məni sakitləşdirib, dedilər: «Narahat olma, 

ata, burada qeyri-adi nə var ki...» 

Axşam Qorbaçovun yanına gəlib dedim ki, gedirəm. Bəli, mən 

gedirəm və elan edə bilərsiniz ki, səhhətimlə  əlaqədar vəzifəmdən 

istefa verirəm. O, ayağa qalxıb məni qucaqlayıb öpdü və dedi: «Çox 

sağ olun, Heydər Əliyeviç!» 

 

 

  



 

251


 

Bu söhbət baş verənə qədər onlar artıq iyirmi ilə yaxın idi ki, bir-

birini tanıyırdılar. Partiya MK-sının plenumlarında, Ali Sovetin 

sessiyalarında dəfələrlə görüşmüşdülər. 1972-ci ildə Heydər  Əliyev 

ailəsi ilə birgə Pyatiqorskda dincəlirdi. Günlərin bir günündə 

Qorbaçov zəng vurub onun necə dincəlməyi ilə maraqlandı, dedi ki, 

görüşüb söhbət etmək istəyir. Sonra onu Karaçay-Çərkəz Muxtar 

Vilayətinə  dəvət etdi. O vaxt Stavropol Partiya Komitəsinin katibi 

olan Qorbaçov öz ərazisində dincələn partiya rəhbərlərinin heç də 

hamısına belə diqqət ayırmırdı. 

Əlbəttə ki, ölkənin birinci adamları xüsusi diqqət mərkəzində 

olurdular: Brejnev, Andropov, Kosıgin... Bir dəfə Qorbaçov 

Andropova çoxdan hazırladığı bir replikanı atdı: 

- Siyasi Büronu ancaq yaşlı kadrlardan təşkil etmək olmaz. Yaxşı 

meşənin gərək pəhrəliyi də olsun. 

Bu incə  işarəli obraz Andropovun xoşuna gəlmişdi. Və bir neçə 

müddət sonra onun köməyi ilə Qorbaçov Siyasi Büroya üzv qəbul 

ediləndə, həmkarını  təbrik edən Andropov həmin ifadəni xatırlayıb 

demişdi: 

- Hə, «pöhrə», indi buyur, işə başla! 

Andropovun bu seçimini Heydər Əliyev də razılıqla qarşılamışdı. 

«Mənim Qorbaçov barədə  fıkrim müsbət idi, - deyə Heydər  Əliyev 

sözünə davam edir. - Düzdür, Sov.İKP MK-nın Baş katibi seçiləndən 

sonra o, xeyli dəyişmişdi. Bu, təkcə mənim yox, Siyasi Büronun o biri 

üzvlərinin də fikridir...» 

Amma onun Baş katib seçilməsinə hələ xeyli müddət vardı. Hələ 

Qorbaçov Stavropolda işləyirdi və onlar Karaçay-Çərkəz Vilayətində 

Heydər Əliyevlə dostlaşmışdılar. Qorbaçov onların tanışlıq tarixçəsini 

belə xatırlayır: 

«Heydər  Əliyeviç mənim xoşuma gəlmişdi. Çox ağıllı insan idi, 

həm yüksək səviyyədə, həm də adi, anlaşıqlı bir tərzdə düzgün dialoq 

aparmağı bacarırdı. Bu, keyfıyyət mənə ruhən daha yaxın idi. Ona 

görə də söhbətimiz tuturdu, yaxından dostlaşmışdıq». 

«Bu bizim dostluğumuzun və yaxın münasibətlərimizin başlanğıcı 

idi», - deyə Heydər Əliyev əlavə edir. 

...Ali Sovetin sessiyasından sonra MK-nın plenumu da öz işinə 

başladı. 22 oktyabrda qəzetlər belə bir informasiya yaydılar: «Plenum 

yoldaş H. Ə. Əliyevin xəstəliyi ilə bağlı təqaüdə 

 

 

 



 

252


 

çıxmasını  nəzərə alıb. onun Siyasi Büro üzvlüyü vəzifəsindən azad 

etmək xahişini təmin etmişdir». 

Kreml sarayının sirlərindən agah olan adamlar üçün bu, bir o qədər 

də gözlənilməz xəbər deyildi. Bir neçə il bundan əvvəl Kosıgini 

olduğu kimi, indi də  Əliyevi həkimlər işdən getməyə razı salmağa 

çalışırdılar: «Əziz Heydər  Əliyeviç, artıq təqaüdə  çıxmaq vaxtıdır, 

yoxsa orqanizminiz belə böyük, ağır işə dözə bilmir, qüvvəniz 

tükənmək üzrədir». 

Deyilən sözün alt qatını çox gözəl başa düşən pasient təzyiqə 

dözmür: «Sizin işiniz məni müalicə etməkdir. Bundan sonra 

işləyəcəyəm, ya istirahət edəcəyəm o sizin yox, mənim işimdir». 

Xəstəxanadan sonra o, yenə  də  işə başlamışdı. Onun təklifıylə 

keçirilən Müəllimlər qurultayının materialları ilə yaxından tanış olur, 

iqtisadiyyatın idarə olunmasında köklü dəyişikliklərlə bağlı    MK-nın 

iclasının çıxartdığı  qərarlara qeydlərini edir. İyunun sonunda köklü 

dəyişikliklərlə bağlı təklifləri KP MK-nın plenumu da müzakirə etdi. 

Elə  həmin iclasda da Kunayevi Siyasi Büro üzvlüyündən, Zamyatini 

isə KP MK-nın katibi vəzifəsindən azad etdilər. Aleksandr 

Nikolayeviç Yakovlev isə Siyasi Büronun üzvlüyünə  qəbul olundu. 

Onda Əliyev yalnız acı-acı gültimsünmüşdü: «Gedişə bax! Yanvarda 

Siyasi Büro üzvlüyünə namizəd, indi - yarım ildən sonra artıq Siyasi 

Büronun tamhüquqlu üzvü. Pis deyil». 

Sentyabrın  əvvəlində Heydər  Əliyev yenidən işə  çıxdı. Gündəlik 

qayğılar - MK-nın iclasları, Nazirlər Sovetindəki yığıncaqlar. 18 

sentyabrda Sov. İKP MK-nın üzvləri - H.Ə.Əliyev, L.N.Zaykov, 

V.P.Nikonov, N.İ.Rıjkov, N.N.Slyunkov «Kimya-87» sərgisinə 

gəlirlər. Müəyyən detallara, ştrixlərə  əsasən  Əliyev Qorbaçovun ona 

münasibətinin dəyişdiyini hiss edirdi. 

- Vaxt keçdikcə  mən bunu daha da açıq-aydın hiss etməyə 

başladım. Amma əvvəllər bizim aramızda çox xoş münasibətlər 

mövcud idi, - Heydər Əliyev rejissor Vaqif Mustafayevin çəkdiyi «Bir 

paxıllığın tarixçəsi» adlı sənədli filmdə belə deyir. 

 

 



 

253


 

Bir paxıllığın tarixçəsi 

 

Həmin fılmdə Qorbaçov Heydər  Əliyevin istefasının səbəblərini 



açıqlayarkən belə deyir: «Bu, onun səhhətiylə bağlı  idi. Həm də sizə 

deyim ki, respublikanın da böyük təzyiqi vardı. O, tutduğu yüksək 

mənsəbin zirvəsindən respublikaya mane olurdu. Bəli, bu çox böyük 

təzyiq idi. Mən də sonda belə qərara gəldim. 

Mən düşünmürəm ki, burada hansısa qaniçənlikdən söz gedə bilər. 

Ya da düşünülməsin ki, kimsə onunla haqq-hesab çəkirdi. Yox. 

Onunla çox insanpərvərliklə  rəftar edilmişdi. Heç kim ona 

toxunmamışdı, heç kim alçaltmamışdı,  şəxsiyyətini tapdalamamışdı. 

Ətrafda danışılan  şayiələrin isə  mənə  dəxli yoxdur, onlar mənə 

maraqlı deyil. Bircə onu bilirəm ki, onun qarşısında vicdanım 

təmizdir». 

Oxucu Heydər  Əliyevin necə  sıxışdırılmasını artıq bilir. Onunla 

necə  rəftar etdiklərindən xəbərdar olanda isə kimin vicdanının təmiz 

olduğunu özü başa düşəcək. 

Mixail Sergeyeviçin Vaqif Mustafayevə verdiyi ilk sual belə oldu 

ki, siz Heydər Əliyev barədə neçə seriyalı film çəkirsiniz? 

- On iki. 

- On iki? - eks-baş katib və eks-prezident təəccübləndi. - Mənimlə 

Genşer (Almaniya Federativ Respublikasının keçmiş xarici işlər 

naziri) barədə isə cəmi bir seriya çəkiblər. 

- Bu, sizin probleminizdir, - deyə rejissor yorğun halda cavab 

verdi. 


Onlar bu fılmdə  çəkilmək üçün düz üç il Qorbaçovun razılığını 

almağa çalışmışdılar. Nəhayət, Moskvadan zəng vurdular: «Mixail 

Sergeyeviç çəkilişlərə razılıq verib. Sizi gözləyir. On dəqiqəlik 

çəkilişə razıdır». 

Vaqif Mustafayevlə operator o saat Moskvaya uçurlar. Təyyarədən 

enən kimi mobil telefon zəng çalır: «Mixail Sergeyeviç sizinlə görüşə 

bilmir». 

Rejissorun nə keçirdiyini təsəvvür etmək çətin deyil. Nizaminin 

heykəlinin yanında yerləşən Azərbaycan səfirliyinə yaxınlaşanda 

telefon bir daha zəng çalır: «Mixail Sergeyeviç razılıq verdi». 

 

 

 



 

 


 

254


 

 

Şəhər aerovağzalının yaxınlığında, Leninqrad prospektində 



yerləşən «Qorbaçov fondu»nun binasına daxil olurlar. Gözlərinə gözəl 

bir akvarium dəyir. 

- Çəkilişi elə burada aparacağıq, - deyə Vaqif qərarlaşdırır.  İlk 

kadrlar - ümumi mövzulara aid təmkinli və sakit söhbət. Nəhayət, 

Vaqif Mustafayev əsas sualı verir - nəyə görə Baş katib Heydər 

Əliyevi vəzifədən kənarlaşdırdı? 

Vaqif xatırlayır: «Qorbaçov o saat əsəbiləşməyə başladı. Bu 

əsəbilik operatora da keçdi, kamera onun əlində yüngülcə titrəyirdi. 

Bizimsə veriləcək suallarımız hələ çox idi». 

Bu suallardan biri də Heydər  Əliyevin oğlu, o zaman Moskva 

Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olmuş İlhamla 

bağlı idi. Atası işdən gedəndən sonra onu da institutdan çıxmağa vadar 

etmişdilər. Qorbaçov dedi ki, bu barədə birinci dəfədir ki, eşidirəm. 

«Bir paxıllığın tarixçəsi» filmini Yekaterinburq şəhərindəki 

kinofestivalda göstərmişdilər və film «Qranpri» almışdı. Qorbaçov 

İlhamla bağlı məsələdən xəbərdar olmadığını deyəndə qəfildən zalda 

bir qadın qışqırığı eşidildi: «Yalan deyirsən, əclaf». 

Onun arxasında - akvariumdakı balıqlar isə quyruqlarını 

yelləyirdilər. 

Qorbaçovun  şəxsi mühafizə  dəstəsinin rəisi general Medvedevin 

dediyinə görə, Baş katib dəyişkənliyinə  və xaraktersizliyinə görə o 

birilərindən çox fərqlənirdi. O, çox etibarsız adamdı,  ətrafındakıları 

belə atırdı, tez-tez dəyişirdi. Gah sağlara, gah da sollara zərbə vururdu. 

Heydər Əliyev də bu cür zərbə altına düşənlərdən oldu. 

Vladimir Medvedev DTK generalıdır. Uzun müddot Brejnevin (on 

dörd il) və Qorbaçovun (altı il) şəxsi mühafizə  dəstəsinə  rəhbərlik 

edib. Brejnevlə Qorbaçovdan sonra iki il yarım müddətində DTK-nın 

Doqquzuncu idarəsinin ehtiyatında olub (Bu idarə yüksək rütbəli 

partiya işçilərinin mühafizəsiylə məşğul idi). Iki dəfə Heydər Əliyevin 

səfərlərini hazırlayıb - birinci dəfə Voloqda və Çerepovetsə, ikinci 

dəfə isə Vyetnama. 

Əlbəttə, Heydər Əliyev Vladimir Medvedevi yaxşı tanıyırdı - həm 

əvvəlki görüşlərindən, həm də Brejnevin Bakıya səfərləri zamanından. 

Səfərin hazır olması barədə xidməti məluma- 

 

 


 

255


 

tı dinlədikdən sonra dərhal soruşdu ki, işlər necədir, yeni vəzifəyə 

alışırsınızmı? 

«Mən bilirdim ki, Heydər Əliyev Brejnevin sevimlilərindən idi, - 

deyə general Medvedev xatırlayır. - Bilirdim ki, MK-nın Siyasi 

Bürosuna onu Andropovun zəmanəti ilə qəbul ediblər». 

Vyetnamda Heydər  Əliyev metallurgiya kombinatına baxış 

keçirməliydi. Nümayəndə heyətinin keçəcəyi marşrutu  əvvəlcə 

general Medvedev keçdi. Marten sobalarının yanındakı metal 

qırıntıları  yığınının içində  mərmilər gördü. Zavod rəhbərləri bunları 

yığışdırmağa etiraz etdilər, dedilər ki, vaxtı keçmiş mərmilərdir, onlar 

təhlükəli deyil. 

Medvedev xatırlayır: «Heydər  Əliyevlə Vyetnama gələndə bu 

mərmi məsələsini ona danışdım və xahiş etdim ki, zavoda baxışdan 

imtina etsin. Lakin belə  şeylər Heydər  Əliyevin xarakterinə uyğun 

deyildi. «Olmaz, - o mənə dedi, - orada bizi camaat gözləyir. Mütləq 

getmək lazımdır». O, həmişə beləydi. Bu, o demək deyil ki, Əliyev 

şəxsi təhlükəsizliyinə barmaqarası baxırdı, yox. Sadəcə, belə  şeylər 

onun üçün əsas deyildi, əsas onun gördüyü iş idi». 

Bu məqamda daha bir oxşar nümunə göstərmək istəyərdik. 

Jurnalist Elmira Axundova bir dəfə başqa reportyorlarla birgə xarici 

səfərlərin birində Prezidenti müşayiət edirdi. Bundan bir az əvvəl, 

1995-ci ilin iyulunda Rumıniya və Bolqarıstandan səfərdən 

qayıdarkən Prezidentin təyyarəsini yalnız xöşbəxt bir təsadüf xilas 

etmişdi. Kimlərsə terrorçuların yeni hücumlarından ehtiyat edirdi. 

Belə olan halda elə  təyyarədəcə Elmiranın suallarına cavab verən 

Heydər  Əliyev  əlavə etmişdi: «Sən heç nədən qorxma, mənə heç nə 

olmaz. Allah özü məni qoruyur. Çünki mən hələ xalqıma gərəyəm». 

Biz hələ Nursultan Nazarbayevin Heydər Əliyevin şəxsiyyətini və 

fəaliyyətini necə  dərin və müfəssəl qiymətləndirməsindən danışacaq, 

Qarabağ münaqişəsinin necə qızışdığını və partladığını xatırlayacağıq. 

Hələliksə, artıq fərdi təqaüdçü olan Heydər  Əliyevin Mərkəzi 

Komitənin üzvü seçildiyi Sov.İKP-nin XXVII qurultayına qayıdaq. 

Tərcümeyi-hal arayışında o vaxt üçün son iş yeri də daxil olmaqla 

onun partiya və dövlət vəzifələri sadalanır: «...1987-ci ilin 

oktyabrından 1988-ci ilin noyabrına qədər SSRİ Nazirlər Sovetinin 

dövlət müşaviri». 


 

256


 

 Hörmətli vəzifədir. Tədricən gücü bərpa olunur. O, həmişə olduğu 

kimi 8.30-da işə, özünün çox da böyük olmayan kabinetinə  gəlir və 

getdikcə daha aydın hiss edir ki, burda onun məsləhətinə ehtiyacı 

olanlar da var. 

Əliyev SSRİ Nazirlər Sovetinin dövlət müşaviri və Sov.İKP MK-

nın üzvü vəzifəsində çox qalmadı. Sonralar bu vəzifədən də azad 

olundu. Nüfuzlu və müdrik siyasətçi Aleksandr Sergeyeviç 

Dzasoxovun rəyi: «Əliyevə qarşı ədalətsizlik etdilər». 

Bir dəfə istefadan sonra Heydər  Əliyeviç keçmiş katibliyinin 

rəhbərinə  zəng vurub xahiş etdi ki, mənimçün bəzi materialları  yığ. 

Cavabında çox acı bir replika eşitdi: «Siz artıq burada işləmirsiniz». 

Onda həmin sənədləri öz təşəbbüsüylə Alesandr Qavrilov 

hazırlamağa başlamışdı. Bundan o saat xəbər tutmuşdular: 

- Siz bu sənədləri kiminçün hazırlayırsınız? 

- Heydər Əliyev üçün. 

- Unutmayın ki, o, artıq bizdə işləmir. 

Buna baxmayaraq, Aleksandr Timofeyeviç şefinin sözündən çıxıb 

sənədləri hazırlamışdı. «Başqa cür eləmək yaxşı deyildi. Axı, biz 

hamımız insanıq». 

Yaltaqlığın, ikiüzlülüyün, riyakarlığın fonunda adi insani əxlaqın 

xırda bir ştrixi də xoş təsir bağışlayır. 

Çox keçmir ki, Əliyev başqa bağa köçməli oldu. Albert Lixanov 

xatırlayır: 

«Onu daha kiçik olan başqa bağa köçürtdülər... Tutalım, bunun 

eybi yoxdur, onsuz da Heydər Əliyeviç cah-calal sevən deyildi, bura 

da uyğunlaşdı. Mühafizəni götürdülər - bunun da eybi yox. Sonra ev 

xidmətçisini də geri çağırdılar. Axı Heydər  Əliyeviçin həyat yoldaşı 

vəfat etmişdi, bu xidmətçi isə evi silib-süpürür, yuyub təmizləyir, 

yemək hazırlayırdı...» 

Kremlin Qurultaylar sarayında yaddaqalan bir epizodu xatırlamaq 

istərdik. Fasilə zamanı vestibülə çoxsaylı partiya katibləri, nazirlər, 

yüksək çinli hərbçilər toplaşmışdı. Uzun müddət bir-birini 

görməyənlər görüşür, salamlaşır, zarafatlaşırlar. Və hamı cidd-cəhdlə 

bir nəfəri - Heydər Əliyevi görməməyə çalışır. Heydər Əliyev artıq nə 

Siyasi Büronun üzvü, nə  də Nazirlər Sovetinin sədr müavinidir. Bir 

neçə gün əvvəl isə  həmin bu adamlar onun ətrafında vurnuxur, 

özlərini gözə soxmağa ça- 

 

  


 

257


 

lışır, ona hömnət və ehtiramlarını nümayiş etdirməyə cəhd edirdilər. 

Qurultaylar sarayındakı bu xoşagəlməz hal Heydər  Əliyevi 

gözləyən tənhalığın, mənəvi iztirabların hələ prelyüdası, başlanğıcı 

idi. O, hələ bilmirdi ki, özünün irəli çəkdiyi adamları, dostları, 

tələbələri, ən yaxın əhatəsində olanlar onu bəd ayaqda tək qoyacaqlar, 

satacaqlar. Sonralar o bu barədə belə deyəcəkdi: «Mənə elə gəlir ki, ən 

dəhşətlisi insanları yaxşı tanımamaqdır. Mənə qarşı da çoxsaylı 

ədalətsizliklər edilmişdi. Axı, mən də insanam, nə  dəmir, nə  də daş 

parçasıyam, insanam». 

Təhqirlərlə. təzyiqlərlə dolu həmin illərdə bu sözlər Heydər 

Əliyevin etdiyi yeganə etiraf, yaralı ürəyinin yeganə  fəryadı idi. 

Heydər  Əliyev daha heç kimə bu barədə bir söz deməmişdi, özünü 

sındırmamışdı. Güclü insanlar hər  şeyi özləri ürəklərində 

çəkməlidirlər. Onların düşdüyü vəziyyətlərin hansı iradə 

meqavatlarıyla ölçüldüyünü isə yalnız kardioqramlar bilir. 

Qorbaçov yeni düşüncə tərzindən çox danışsa da, əslində özündən 

əvvəlkilər kimi hərəkət edirdi. Xruşşov Stalini alçaldırdı, Brejnev 

Xruşşovu, Qorbaçov Brejnevi. Hər  əvvəlki epoxaya bir damğa 

vurulurdu; Stalinin dövrü «Şəxsiyyətə  pərəstiş», Xruşşovun dövrü 

«Valyuntarizm», Brejnevin dövrü isə «Durğunluq dövrü» 

adlandırılmışdı... Keçmişdəki bir çox şeylərdən imtina etmək lazım 

gəlirdi, buraxılan səhvlərdən nəticə  çıxarmaq və yeni səhvlər 

buraxmamaq lazım idi. Amma gözünü yumub hər  şeyi dağıtmaq 

əlbəttə ki, düz deyildi. 

 

 

 

Divan tutma 

 

Sovet dövründə Stalinin belə bir populyar formulu vardı: «kadrlar 



hər  şeyi həll edir». Qorbaçov da ən  əvvəl kadrlarla haqq-hesab 

çəkməyə başladı - Kunayev, Şerbitski, Əliyev... 1989-cu ilin aprelində 

isə daha yüzə qədər əməkdaşı Mərkəzi Komitədən xaric etdi. 

Anatoli  İvanoviç Lukyanov bu illəri qiymətləndirərkən yazırdı: 

«Baş katib işlərini gördükdən sonra artıq ona lazım olmayan kadrları 

uzaqlaşdırmağa çalışırdı. Həm də belə hallarda bizim partiya 

nomenklaturasının köhnə üsullarından yararlanırdı. 

 

 



 

258


 

Liqaçovu uzaqlaşdırmaq lazım gəldi: Baş katib onun rəhbərlik 

etdiyi Sov.İKP MK-nın katibliyinin iclaslarını çağırmağı dayandırdı. 

Rıjkovu uzaqlaşdırmaq istədi: onun rəhbərlik etdiyi Nazirlər Sovetinin 

yerinə formal olaraq Nazirlər Kabineti yaratdı. Eyni prosesi də onun 

öz başına gətirdilər - Sovet İttifa-qını ləğv etməklə onun altından SSRİ 

prezidentinin kreslosunu da çəkdilər. 

Amma bu hadisələrə hələ iki ildən çox qalırdı. Hələliksə, Ittifaqın 

rəhbər strukturlarında təmizlənmə prosesi gedirdi. Əliyevə qarşı artıq 

ciddi hücumlar hazırlanmaqdaydı. 

Mərkəzi mətbuatda təşkil olunmuş tənqidi yazılar o saat, təkrarən 

respublika mətbuatında da dərc olunurdu. Elan olunmuş plüralizmə, 

aşkarlığa baxmayaraq, atılan böhtanlara cavab verməyə imkan 

vermirdilər. Bakıda Heydər Əliyevin qardaşları - Həsən, Aqil və Cəlal 

Əliyevlərə qarşı hücumlar başlanmışdı.  İqtisad elmləri doktoru, tibb 

institutunun siyasi iqtisad kafedrasının müdiri Aqil Əliyev ad günündə 

- 1988-ci il dekabrın 10-da işdən çıxarıldı. Amma bir-iki il əvvəl 

həmin institutda Aqil Əliyevi alqışlayırdılar,  şəninə çoxsaylı  təriflər, 

xoş sözlər deyirdilər, ünvanına xoş sözlər yazılmış  təbriklər 

göndərirdilər. 

Bu kağızlar şərəfsizliyin və yaltaqlığın nümunəsi kimi elə indinin 

özünəcən ofisdə saxlanılır. Böyük elmi işlərin, dərin araşdırmaların, 

monoqrafiyaların müəllifı olan Aqil Əliyev iki il işsiz qalmışdı. 

Özünün 1999-cu ildə  nəşr olunmuş «Elm həqiqətdir» kitabında 

böyük bioloq alim, akademik Cəlal Əliyev yazırdı: 

«Bizim həyatımızın tarlasından ağır kotan kimi keçən son 

onilliklər cəmiyyətin möhkəmliyi, xeyirin şər üzərində qələbəsi barədə 

düşüncələrimizin nə  qədər keçici olduğuna məni inandırdı. Anladım 

ki, sadəlöhvlüyü, bilməməzliyi ucbatından taleyini öz çirkin 

niyyətlərini həyata keçirməkçün hər  şeyə hazır olan şöhrətpərəst, 

tamahkar avantüristlərə, yüngül insanlara, riyakarlara həvalə edən 

xalqların, millətlərin əmin-amanlığı, rifahı nə qədər kövrək olur. 

Mən də bir çoxları kimi siyasətə istəmədiyim halda cəlb edildim. 

İndi başa düşürəm ki, «sən siyasətlə məşğul olmasan, siyasət səninlə 

məşğul olacaq» ifadəsi həqiqətə çox yaxın imi». 

 

 



 

259


 

Belə ki, siyasət akademiki öz laboratoriyasında, həmkarları ilə 

birgə yeni sərt buğdalar yetişdirdiyi təcrübə sahələrinin geniş 

tarlalarında da haqlaya bildi. Akademik qardaşının, ailəsinin namusu 

uğrunda cəsarətlə mübarizəyə başladı. Müxtəlif instansiyalara - SSRİ-

nin Baş Prokurorluğuna, Ali Sovetin Rəyasət Heyətinə, mərkəzi və 

respublika qəzetlərinin redaksiyalarına, Sov.İKP MK-ya, Siyasi 

Büroya onlarla məktub göndərdi. 

Bu məktublara adətən cavab verilmirdi. Yalnız «Smena» juraalı 

(

№l9. 1988-ci il) Heydər Əliyevdən üzr istədi: «Səhifələrimizdə dərc 



olunmuş «Daha bir gecə» adlı yazıda Brejnevin Bakıya səfəri zamanı 

Heydər  Əliyevin ona çox bahalı bir üzük bağışladığı barҝdə söhbət 

gedib. Bu epizod üzrə redaksiyanın heç bir maddi dəlil-sübuta malik 

olmadığını  nəzərə alaraq, biz Heydər  Əliyevdən və oxucularımızdan 

üzr istəyirik». 

 

 



Qarabağ 

 

1988-ci il fevralın 18-də Qorbaçov özünün yeni köməkçisini təsdiq 



etdi - alim, politoloq, milliyyətcə erməni olan Georgi Xosrovoviç 

Şahnazarovu. Az qala elə həmin gün erməni yazıçısı və publisisti Zori 

Balayan Qorbaçovun qəbuluna düşməyə  cəhd etdi. Şahnazarovun 

erməni hiyləgərliyi nəticəsində Z.Balayan və S.Kaputikyan Baş 

katiblə görüşdülər. 

Bütün ölkədə olduğu kimi, Azərbaycanda da bu görüşdən yalnız 

televiziyanın «Vesti» xəbərlər proqramı vasitəsilə  məlumat aldılar. 

Gözləyirdilər ki, Baş katib Azərbaycan ziyalılarının nümayəndələrini 

də  qəbul edəcək. Amma belə olmadı. Həmin vaxtlarda general 

Bobkov Qarabağdaydı: 

«Mən özüm şəxsən  şahidi oldum ki, Heydər  Əliyev bu muxtar 

vilayətin inkişafı üçün, millətlərarası münasibətlərin normal bir həddə 

qalması üçün nə qədər böyük işlər görüb. Hətta ilk qığılcımlar burada 

demək olar ki, heç bir ağır nəticə vermədi. 

İki hadisəni danışmaq istəyirəm: 1988-ci il fevralın 22-də 

Stepanakert-Ağdam yolunun üstündəydim. Qəzəblənmiş 

azərbaycanlılardan ibarət kütlə haqq-hesab aparmaq üçün əks 

 

 



 

 


 

260


 

 

tərəfə doğru gedirdi. Kütlənin qarşısına yaşlı bir qadın kələğayısını 



onların ayaqları altına atdı. Qəzəblənmiş kütlə sakitləşib geri döndü. 

Məgər bu hadisə az şeyi deyir? 

İkinci hadisə. Həmin gün ermənilər iki azərbaycanlını 

güllələmişdilər. Təsəvvür edin, əgər vilayətdə insanlar bundan xəbər 

tutsaydı, necə qanşıqlıq düşəcəkdi. Biz azərbaycanlılara müraciət 

etdik,  ən hörmətli  şəxsləri yığdıq. Onlara dedik: «Gəlin, öz 

cəsarətimizi toplayaq və bu kədərin, bu itkinin üstündən adlayaq». 

Onlar bizimlə razılaşdılar. Ölənləri dəfn etdik və bu hadisədən qəzəb 

alovunun yaranmasına yol vermədik. 

Stepanakertdəki mitinqlərin birində araqızışdıranlar hardansa 

tabutlar gətirdilər. Mənim yanımda vilayət teatrının aktrisası olan 

erməni xanımı dayanmışdı.  Əfsuslar olsun ki, indi onun adını 

unutmuşam. O, böyük cəsarət və  mərdliklə  təxribatçılara qarşı  çıxış 

etdi. Bu təxribatdan da bir şey çıxmadı». 

Çox güman ki, bu aktrisa Knarik Poqosyan idi. Qəzetlər 

Qarabağdan reportaj hazırlayarkən onun haqqında yazmışdılar. 

Elə  həmin vaxt «Sosialistiçeskaya industriya» qəzeti Sumqayıtda 

öz həmkarlarını  qızışmış kütlənin  əlindən xilas edən Alüminium 

zavodunun fəhlələrindən yazmışdı. Zavodun mühafızə xidmətinin 

rəisi İsmayıl Əliyev fəhlə və mütəxəssislərin ailələrini xilas etməkçün 

onları zavodun sexlərində yerləşdirirdi. 

Beləcə, Qarabağ mövzusu 1988-ci ilin fevralında mərkəzi 

qəzetlərin baş  səhifələrinə, teleekranlara çıxdı. Dağlıq Qarabağ 

Muxtar Vilayətinin rəhbərliyi Azərbaycan SSR-in tərkibindən çıxmaq 

barədə qərar qəbul etdi. Bu isə artıq partlayış idi. Bundan sonra başqa 

etnik konfliktlər halqası da qızışmağa başladı. Moskvada 1985-ci ildə 

(Qorbaçovun hakimiyyətinin ilk ilində  və SSRİ-nin sülh şəraitində 

keçən sonuncu ilində) nəşr edilmiş «Demoqrafık ensiklopedik 

lüğət»ində Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında bu 

informasiyalar qeyd olunub: 

«Vilayət Azərbaycan SSR-in tərkibində, Kiçik Qafqazin cənub-

şərq hissəsində yerləşir. Ərazisi - 4,4 min kv. km, əha-lisi 1983-cü il 

üçün 170 min nəfərdir. Mərkəzi Stepanakert şəhəridir... 

 

 



 

 

261


 

...Əvvəllər nıüxtəlif türk üzvlətlərinin  ərazisinə daxil olan Efcu 

vilayət, XVLI əsrdən etibarən Azərbaycanın mərkəzində yaranmış 

Qarabağ xanlığının  ərazisinə daxil oldu. 1805-ci ildə isə Qarabağ 

xanlığı Rusiya imperiyasının tərkibinə qatıldı». 

Konflikt başlanan  ərəfədə Qarabağda ermənilərlə birgə 

zərbaycanlılar, ruslar və başqa xalqların nümayəndələri də 

yaşayırdılar. 

Muxtar vilayətin iqtisadiyyatı, sosial infrastrukturu, mədəniyyəti 

bütün Azərbaycanla birgə inkişaf etməkdəydi.  Zavodlar, fabriklər, su 

anbarları tikilirdi. Erməni dilinin tədris olunduğu pedaqoji institut 

açılmışdı. Düzdür, hər yerdə oduğu kimi, burada da müəyyən 

problemlər yaranırdı, amma bütün bu problemlər burada yaşayan 

insanların dostluq və qardaşlıq zəminində    həll olunurdu. 

 

Ümumiyyətlə  isə    Dağlıq Qarabağ Muxtar Vilayəti sosial-iqtisadi 



göstəricilərinə görə  həm Ermənistanı, həm də Azərbaycanı geridə 

qoyurdu. Məsələn, Stepanakcrt - Bakı, Stepanakert - Yerevan 

aviareysləri açılmışdı  və Azərbaycan KP MK-nın birinci katibi 

H.Əliyevin və Ermənistan KP MK-nın birinci katibi Dəmirçiyanın 

razılığına  əsasən bu reyslori növbəylə  həm erməni, həm də 

azərbaycanh pilotlar idarə edirdilər. 

 

 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə