Tarixin bir günü
10 may 1923-cü il... Artıq çox-çox uzaqlarda qalan bu gün görəsən
Sovet Respublikaları İttifaqında, Azərbaycanda və dünyada nə ilə
yadda qalmışdır? Bakı, Naxçıvan qəzetlərini vərəqləyib, o vaxt nədən
yazdıqlarını bilmək istədik.
Almaniyada fəhlə nümayişləri dalğalanır. Sovet hərakatlar
ittifaqları Rur hövzəsinin tətil edən şaxtaçılarına 500 000 pud çörək
göndərməklə onlara qardaş yardımlarını göstərirlər. İlk yardım
eşalonlarını Bakı neftçiləri ilə Donbas şaxtaçıları təşkil edir. Onlar
yazırdılar: «Biz - SSRİ zəhmətkeşləri fəhlə sinfinə mənsub olan
qardaşlarımızı ağır vəziyyətdə tək qoya bilmərik».
Amerikalılar rus ağqvardiyaçılarının ABŞ-a gəlməsinə etiraz
edirlər. Moskvada «professor Timiryazevin xatirəsini ehtiramla yad
edirlər». Bütün İttifaq boyu «hava donanmasının gücləndirilməsi
üçün» pul yığırlar. Bakının özəl tikiş emalatxanalarının fəhlələri də 22
milyon 280 min rubl yığıb təhvil vrrmişlor (o zamanlar «limon»
adlanan milyonluq kağız pullar işlədilirdi. Hesabdar Aleksey
Markoviçin cibindən 16 milyard mil kağız pul «çıxarılmış», Ziba
Mənınəd qızı adlı birinin evindən 45 milyardlıq ev əşyalan
«çırpışdırılmışdır». Bax beləcə, milyarder və milyoner vətəndaşlar
tarixə düşmüşlor). Bir daha hava donanması haqqında - beş manat
dəyərində üç istiqrazından keçən Süleyman, Eydelşteyn və Oqanezov
yoldaşlar sağ olsun; daha bir belə istiqrazı Əzizbəyov adına
xəstəxananın partiya özəyi vermişdir. İlin sonunadək Sovet
Azərbaycanı
15
16
aviatorlara respublikada toplanan vəsait hesabına quraşdırılmış iki
təyyarə təhvil vermişdir. Birini «Qırmızı Bakı», o birisini isə həlak
olmuş Bakı komissarlanın xatirəsinə görə «26-lar» adlandırmışlar.
«26-lar»dan biri də məlum olduğu kimi, Məşədi Əzizbəyov idi. Onu
və yoldaşlarını ingilislər 1918-ci ilin sentyabrında Türkmənistan
səhralarında güllələmişdilər. Komissarların adına verilmiş təyyarə
göyə qalxanda Bakıda artıq onların abidəsi qoyulmuşdu. Layihənin
müəllifləri istedadh memarlar Yakulov və Şuko idi. Vladimir
Alekseyeviç Şuko Moskvadakı məşhur «Lenin adına SSRİ
Kitabxanasının» layihəsinin də müəllifı idi. Həmin ərəfədə «Bakinski
raboçi» qəzetində Yeseninin məşhur «İyirmialtılar haqqında
ballada»sı artıq dərc olunmuşdu. Sergey Yesenin bu şeiri özünün
yaxın dostu, gözəl rəssam G.Yakulova həsr etmişdı: «Dərin
məhəbbətlə - gözəl rəssam G.Yakulova». Onları həyatda çox şey
bağlayırdı.
Yesenin gələcək həyat yoldaşı, cazibədar rəqqasə Aysedora
Dunkan ilə Moskvada Georgi Yakulovun «Bolşaya Sadovoya, 10»
ünvanındakı mənzilində tanış olmuşdu. Pəncərələrindən «Sadovı
koltso» aydınca seyr edilən bu mənzildə Leninə güllə atmış Fannı
Kaplan da yaşamışdı; «Qudok» qəzetinin əməkdaşı, gecələr özünün
məşhur «Ağqvardiya»sını yazmaqla məşğul olan Mixail Bulqakov da
bu konınunal evdə məskunlaşmışdı.
Tarixin bir-birinə dolaşmış kələfini açdıqca açmaq olar. Ona görə
də mətləbi uzatmadan sadəcə qeyd edək ki, Bakı həm Yesenin, həm
də Yakulov üçün yeni bir yaradıcılıq kəşfi idi.
Qayıdaq 1923-cü il may ayının qəzet səhifələrinə.
...Bakı sovet-partiya məktəbinin yüz on müdavimi «proletariat və
kəndli kütlələrinin içinə atılıb sinfi şüuru ələ almaq və minlərlə
zəhmət adamını maarifləndirməli) üçün marksizmin əsaslarını
öyrənirdi.
Partiyanm fabrik-zavod rayon komitəsi (yəni Azərbaycan
Konınunist Partiyasının, çünki başqaları artıq yox idi) fırqəyə qəbul
olunan yoldaşlarınn siyahısını dərc edərək adları çəkilənlərə qarşı hər
hansı irad və etirazı olanlardan materialları raykoma göndərmələrini
xahiş edirdi.
17
Azərbaycanın Xalq Maarif Komissarlığı ilə Rusiyanın Maarif
Komissarlığı arasında 1922-ci ilin dekabrında imzalanmış
müqavilənin səmərəliliyini zaman göstərdi. Moskvanın, Petroqradın(o
zaman hələ şəhərin adı dəyişdirilib Leninqrad qoyulmamışdı) və Sovet
Rusiyasının başqa şəhərlərinin məş-hur ali məktəbləri ilə Azərbaycan
ali təhsil müəssisələri arasında kitab, dərs ləvazimatı və kadr
mübadiləsi aparılırdı. Azərbaycanın ilk ali təhsil müəssisələrinin -
politexnik institutunun, universitetin kafedraları əsasən rus alimlərinin
köməyi ilə formalaşdırılırdı. Məhz bu rus alimlərinin fəal yardımı
nəticəsində 1923-cü ildə Azərbaycanın «Öyrətmə və Araşdırma
Cəmiyyəti» yarandı. Altı ildən sonra bu təşkilatın bazasında Dövlət
Elmi-Tədqiqat İnstitutu təşkil olundu və bir müddət sonra bu institut
Azərbaycan Elmlər Akademiyasına çevrildi.
Xalq Komissarları Sovetinin 1923-cü il 22 aprel tarixli qərarına
əsasən Azərbaycan maarif və ədliyyə komissarı, daxili işlər
komissarının müavini təlimat hazırlayıb imzalamışlar: «Azlit»
nəzdində repertuar komitəsinin icazəsi olmadan heç bir əsər kütlə
qarşısında ifa və ya nümayiş edilməyə buraxıla bilməz».
Aflşalar bakılıları Hərbi Dənizçilər Teatrına (keçmiş «Pel-Myül»)
«Qusar məhəbbəti» tamaşasına; «Erməni artistlərinin Rostov
kollektivi»nin «Silva»nı ifa etdiyi Dövlət Azad «Satir-Aqit» Teatrına,
Peterburq Akademik (keçmiş «Marünski») Teatrının artisti
İ.V.Yerşovun konsertinə dəvət edirdilər.
Bundan başqa qəzetlər Suraxanıda təzə bazarın təntənəli açılışına
çağırır — «bazarda satış və yer üçün ödəniş alınmayacaq»; yenicə
açılmış əla ailəvi «Teatral» restorAmma dəvət edir; hərrac və «bufet,
bilyardxana və bərbərxananın icarəyə verilməsi üçün müsabiqə»
keçirildiyini bildirirdilər.
Ural dağ-mədən sindikatının Bakıdakı nümayəndəliyi bağlanmış,
əvəzinə «fəaliyyət dairəsinə bütün Qafqaz, Zaqafqaziya, Türküstan,
keçmiş «Bukeyev orda»sı bölgəsi və İran daxil olan» vilayət kontoru
açılmışdır.
1923-cü ilin may ayından Zaqafqaziya Əmək Xalq Komissarlığı
«zəruri ərzaq və tələbat mallarının yerli bazar qiymətləri üzrə
dəyərini» dərc etməyə başlamışdır. Məlumat ayda dörd dəfə verilirdi:
1,8, 15 və 22-si tarixlərində.
18
Hərdən Əlirza Əliyev depodan artıq əldən-ələ keçmiş bu qəzetləri
evə gətirib ömür-gün yoldaşına üz tutub deyirmiş: «Gəl, ay arvad,
baxaq görək, nə var, nə yox».
Ata ocağı
Dəmiryolu işçiləri arasında zərbəçi sayılan Əlirza Əliyevə torpaq
sahəsi ayırdılar. Uşaqların hərəsi öz gücünə görə çalışırdı, kimisi
bostanda kömək edir, kimisi də qoyun-quzu otarırdı. Onlar
ömürlərinin erkən çağlarından çörəyi alın tərilə qazanırdılar. Çünki
Naxçıvanın özünəməxsus sərt təbiəti tənbəlliyi bağışlamırdı.
İzzət xanım təbiətə yaxşı bələd idi, gül-çiçəkdən, meyvə və
otlardan nə lazım olsa hazırlayırdı. Qonşu qadınlar ondan məşhur
mürəbbələrinin sırlərini öyrənməyə gələrdilər.
Boyu az qala on metrə çatan gözəl göyçə ağacı həyətdəki albalı və
alma ağaclarına sanki yuxarıdan aşağı baxırdı. Bu ağac martda çiçək
açır, iyulun sonu, avqustun əvvəllərində alçaya oxşar, Amma o qədər
turş olmayan çəhrayı-yaşıl və açıq qırmızı meyvələrilə adama gəl-gəl
deyirdi. Həsən göyçə ağacına gavalı qələmi peyvənd eləmişdi. Uzun
illər boyu bu ağac uşaqları sevindirirdi.
Əliyev ocağının ilk sahibi ötən əsrin əvvəlində İrandan bir armud
qələmi gətirmişdi.
- Əntiqə bar gətirərdi, - Şəfiqə xanım - Heydər Əliyevin kiçik
bacısı xatırlayır. - İlk qar yağana qədər onlara dəyməzdik. Sonra dərib
otaqda asılı saxlayardıq. Hər armud 300-500 qram gələrdi və bütün
qışı qalardı.
Şəfiqənin daha bir uşaqlıq xatirəsi onların Naxçıvandakı həyətinə
ilıq bir işıq salır.
... Sübh çağı; ağsaqqallar günün bu vaxtına «çeşt» deyərdilər.
İzzət, qayçı və ələk götürüb həyəti haşiyələyən qızılgüllərə sarı gedir.
Güllərə əl uzatmaq asan deyil: tikanlar aman vermir. Ləçəklər zərifdən
zərifdir. İzzət ələyi altda tutub, gülləri qayçılayıb üzür. Sonra ləçəkləri
şəkər şirəsi süzülmüş tavaya atır, şirə olmasa onlar quruyar. Şəkər
tozuyla qarışdırılmış, ovxalanmış ləçəklərə darçın, zəncəfil qatır. Bu
mürəbbə soyuq-dəymə, mədə xəstəlikləri üçün əvəzsiz dərman
sayılırdı.
19
Ləçəklərin bir qismini İzzət kölgəlikdə qurudar, sonra pal-paltarın,
tumanların, çadraların qatları arasına qoyardı. Anasının ağ tumanı,
eləcə də çəhrayı, parlaq çiçəklərlə naxışlanmış ağappaq koftası
Şəfiqənin yaxşı yadındadır:
- Anam bu dəstini yuyanda, ütünü kömürlə qızdırıb paltarını
ütüləyəndə yanında durub həvəslə tamaşa eləyirdim. Hər bir qırışı
ütüləyib koftasını sandığa qoyar, üstünə qızılgül ləçəkləri səpərdi.
Örtməmişdən əvvəl çadrasına gülab çiləyərdi. Payızda sandığa bir
neçə heyva qoyardı ki, onların ətri pal-paltara hopsun; mərhəmətin,
xeyirxahlığın onun cAmma-qAmma hopduğu kimi. Onun dilindən heç
vaxt acı söz eşidən olmamışdı. Öz yoldaşına «səni görüm ocağın
sönsün!»- deyə qarğıyan satıcı qadınla biryolluq salam-kəlamını
kəsmişdi.
Əlbəttə, ananın sehrli səliqə-sahmanını ilk növbədə qızları görüb-
götürürdü. Amma oğullar da ibrət alırdı. Heydər Əliyevin geyim-
kecimindəki təbü incəlik, zövq və səliqə də ata-ana ocağından gəlirdi.
Sovet hakimiyyətinin dördüncü ilində - yeni sovet hakimiyyəti
başqa respublikalara nisbətən Azərbaycana daha gec gəlmişdi, -
Naxçıvanda da yeni məişətin əlamətləri göründü; Möminəxatun
məqbərəsinin yaxınlığında Həsənin Heydəri apardığı, sonralar isə
Heydərin də öz növbəsində Cəlalı, kiçik bacılarını yola saldığı uşaq
bağçası yerləşirdi.
Atabəy Məhənınəd Cahan Pəhləvanın ömür-gün yoldaşının
sərdabəsi üzərində böyük memar Əcəminin türbə ucaltdığı zamandan
yeddi əsr yarım ötmüşdür. Bu abidənin qədim daşları o qədər olayların
şahidi olmuşdu ki, daha heç nəyə təəccüblənmirdilər.
Böyüdükcə Heydər sinif yoldaşlarıyla birlikdə mavzoleyin seyrinə
dalmağı, onun göylərə tuşlanmış cizgilərini rəsm etməyi xoşlayardı.
Naxçıvan başdan-başa tarixin canlı kitabıdır. Əcəminin yaratdığı bir
başqa məşhur abidə də - Yusif ibn Küseyirin məqbərəsidir. Arazın
üzərindən o taya, İrana uzanan körpülər, karvansara xərabələri... və
Telman adına klub, - alman proletariatı rəhbərinin ağlına gəlməzdi ki,
onun adı yazılmış lövhə yenidən təmir edilib qurulmuş ibadətxananın
qapısına vurulacaq (Münhendə, Hamburqda keçirilən nümayişlərin
əks-sədası gör hara gəlib çatmış, gör «Rot front!» hayqırtısı ilə
qaldırılan fəhlə yumruğu özünə haralarda havadar tapmışdı).
20
Naxçıvanda həm də Pionerlər evi açılmışdı və buranı Heydər
Əliyevin qardaşı, məşhur iqtisadçı alim, Milli Elmlər Akademiyasının
müxbir üzvü Aqil Əliyev sonralar da xoş duyğularla xatırlayırdı:
«Orada hər şey yaxşı təşkil olunmuşdu. Dərslərdən sonra evə qayıdıb
bir tikə çörək yeyən kimi gedəcək yerimiz bəlliydi: «haydı, Pionerlər
evinə!» Burada hər kəs üçün bir maraqlı məşğuhyyət tapılırdı».
Şübhəsiz ki, Heydər Əliyevin doğma mədəniyyətə, memarlıq, teatr
sənətinə dərin marağı onun boyatdığı mühitin zəngin təsirindən
yaranmışdır.
Əliyevlər ailəsinin ən böyük övladı Həsən gənclik çağlarından
təbiət vurğunu idi, saatlarla ətrafdakı səfalı yerləri gəzib-dolanardı.
Onu «Vurğun səyyah» da adlandırmaq olardı. Lakin böyük qardaşın
romantik duyğularla dolu olan qəlbi daha çox elmin ciddi ilham
pərisilə hesablaşırdı. O, sonralar Kənd Təsərrüfatı Akademiyasını
bitirmiş, alim olmuş, partiya işçisi - MK-nın kənd təsərrüfatı üzrə
katibi kimi fəahyyət göstərmişdi. Azərbaycanda onu bu gün də böyük
ehtiramla yad edirlər.
Əliyevlər ailəsində «humanitarlar» və «texnikapərəstlər» tən
yarıya bölündülər. Hüseyn kiçik yaşlarından karandaşla, fırça,
boyalarla şəkil çəkməyi sevirdi. Uşaqlıq arzusu onu İ.Repin adına
Leninqrad Rəssamlıq Akademiyasına gətirib çıxartdı. Ömrünün
sonunadək molbertdən ayrılmadı. Surə jurnalistikanı, Aqil
iqtisadiyyatı seçdi və elm aləmində də, işgüzar dairələrdə də nüfuz
qazandı. Cəlal məşhur bioloq, Azərbaycan Milli Elmlər
Akademiyasının akademikidir. O, yeni buğda növləri icad etmiş,
Şəfiqə və Rəfiqə pedaqoq olmuşlar.
Heydər qardaşı Hüseyn kimi incəsənətlə məşğul olmaq
arzusundaydı. Yaşıdlarının xatırladıqlarına görə, yaxşı şəkillər çəkər,
məktəb tamaşalarını tərtib edər, teatrı sevərdi.
Heydərin və qardaşlarının aləmində doğma Naxçıvan açıq səma
altında böyük bir muzey idi. Uşaqlıq marağı onları qədim və
müənınalı mağaralara, qoynunda ötən yüzilliklərdən miras qalmış
qırıntılar tapılan dərə-təpələrə çəkib aparardı. Paslı nizənin iti başlığı
ana yurdu yadellilərdən qorumuş mərd ərənlərdən xəbər verirdi.
Haradasa uzaqlarda, əsrlərin qaranlıq dərinliklərində Azərbaycanın
elmə məlum olan ən qədim adı Midiya-Atropatena gizli qalmışdı.
Sonralar texnikumda tarix mü-
20
21
əllimi gələcək pedaqoqlara bu adın necə dəyişdiyini açıqlayırdı:
- Qədim farslar «Ader-badaqan» ifadəsi işlədirdilər, ərəblər
«Adərbaycan» və «Azərbaycan» deyirdilər, yəni «Odlar yurdu».
Ancaq bunu Azərbaycan uşaqları müəllimsiz də bilirdilər, ona görə
ki, bu od hər evdə var idi: neft ocaqda yanırdı. Quruyub qatılaşmış
neftlə - qırla evlərin damını qırlayırdılar. Ağ neftlə lampaları doldurur
və bu lampalar qaranlıqda nur saçırdı. Onların şüşələrini isə göz
bəbəyi kimi qoruyurdular.
Neft lampasının tutqun işığı yarı qaranlıqda öz işləri ilə məşğul
olan uşaqların fiqurlanın canlandırırdı. Şəfiqə gəlinciyi ilə oynayır,
Hüseyn və Heydər şəkil çəkirdilər. Böyük qardaş ən çox mənzərə
şəkli çəkməyə həvəsliydi, kətan üzərində mavi torana bürünmüş
dağları çəkməyi xoşlayardı. Heydəri isə xəyalı uzaq əsrlərə, cəsur
igidlərin yadellilərə sinə gərdiyi əsrlərə apanrdı.
Əlində karandaş işlədikcə gözləri önündə qəhrəmanlarm surətləri
canlanır: oğluna «qırx il qul kimi ömür sürməkdənsə, bir gün azad
yaşamaq yaxşıdır», - deyən IX əsrin azadlıq savaşının öndəri Babək;
XVÜ yüzilliyin əvvəllərində cahangirlərə meydan oxuyan, üsyan edən
qoç Koroğlu, «Şahnamə»nin əfsanəvi personajları - bahadır Rüstəm
Zal, comərd Səyavuş...
Bir zamanlar Rusiya ordusunda canla-başla xidmət etmiş
sərkərdələrin, Naxçıvan xanlarının adları xalqın yaddaşında yaxşı
qalmışdı, hərçənd ki, bu barədə yeni hökumətin mətbuatı yazmırdı. Bu
adamlar barədə danışmamaq daha məqsədə-uyğun sayılırdı. Amma
hər bir ailədə naxçıvanlı Kəlbəli xanı, onun oğulları Ehsan xanı, Şıxəli
bəyi, nəvələri İsmayıl xanı, babasının adını daşıyan Kəlbəli xanı və
nəticəsi - cəsurluğuna görə yeddi ordenlə mükafatlandırılmış Hüseyn
xanı böyük hörmət və ehtiramla xatırlayırdılar. Naxçıvan xanlarının
nəslindən beş nəfər Rusiya ordusunun generalı rütbəsinə yüksəlmiş,
Georgi nişanı ilə təltif edilmişdi. General-yavər, kavaleriya qvardiyası
korpusunun komandiri Hüseyn xan Naxçıvanski 1917-ci il Rusiya
inqilabından sonra Kerenski hökumətinə sədaqət andı içməkdən
imtina etmiş və Petroqradda istefaya çıxmışdı. 1919-cu ilin fevralında
isə yeni sovet hökuməti onu və onun kimi bir çox professional
hərbçiləri güllələyir. Bu acı xə-
22
bər cəbhə meydanlarını yarıb Naxçıvana yetişəndə Əlirza Əliyev
köksünü ötürüb kədərlə demişdi: «Allah rəhmət eləsin».
...Məktəb dram dərnəyində Heydər ən çox sevdiyi qəhrəmanların
rollarını ifa edərdi. Məktəblilər, tələbələr milli və dünya
klassiklərindən - Mənınədquluzadənin, Şekspirin, Qriboyedovun
əsərlərini tamaşaya qoyardılar. Telman adına klubda kino
göstərirdilər. «Ən vacib incəsənət növü» hələ lal olsa da, uşaqlar
xoşladığı fılmlərə dönə-dönə baxardılar. Sonra da Naxçıvanda geniş
yayılmış «sanka»larda qovhaqovla şütüməyə başlayardılar. Heydərin,
Aqilin, Cəlalın da belə diyircəkli «maşın»lan vardı.
Heydər Əliyevin mənsub olduğu nəsil tarixi sarsıntılar dönəmində
həyata qədəm qoymuşdu. Çar imperiyası yenicə tarmar olmuşdu.
Onun ardınca, özünü tanıtmağa macal tapmamış Azərbaycan
Demokratik Respublikası dağılmışdı. Az sonra Azərbaycan Sovet
Sosialist Respublikasına çevrilərək Zaqafqaziya Federasiyası
tərkibində (Azərbaycan, Ermənistan, Gürcüstan daxil olmaqla)
Ukrayna, Belorusiya, Rusiya ilə bərabər yeni dövlət - Sovet İttifaqı
yarandı. Bu birliyi ağ günlərə inam bəsləyən və bütün dünyanı
bəxtəvər etmək fikrinə düşən xəyalpərvər banilər qurmuşdular.
- Görəsən, niyə bəzi görüşlər ömürlük yaddaşlara hopur,
bəziləri isə əriyib suya dönən yaz qan kimi silinib gedir?
- Baxır, hansı görüşlər, - deyə müdrik Dövlət Heydəroviç
cavab verir (onu Böyük Vətən müharibəsinin veteranları, rus cəbhə
dostları belə adlandırırdılar). Azərbaycanın əməkdar müəllimi Dövlət
Heydər oğlu Mənınədov bütün ömrünü uşaqlara həsr etmişdir. Onun
ömründə yalnız bir böyük «tənəffüs» - dörd illik Böyük Vətən
müharibəsi dövrü olmuşdur ki, o müharibədən üç yüz min
azərbaycanlı soydaşı geri qayıtmamışdı.
1936-cı ilin bürkülü avqust ayında atasının onu dostu
Zeynalabdingilə, qonşu Göydərə kəndinə yollaması Dövlətin indi də
yadındadır. Cəhənnəm istisindən küçədə ins-cins gözə dəymirdi. O,
yüyürərək özünü tələm-tələsik doqqazdan həyətə saldı. Orada
Naxçıvandan gəlmiş yaraşıqlı bir gənc qonaq da var idi.
- Heydər, - deyə cavan onunla əl tutur. Ev yiyəsi əlavə edir:
- Bu
mənim Naxçıvanda olan qardaşım Əlirzanın oğludur.
23
Beləcə, onlar tanış olurlar. Tezliklə də həmin avqust ayında
Naxçıvan Pedaqoji Texnikumuna daxil olan zaman dostlaşırlar.
Az sonra o uzaq illəri yaxşı xatırlayan bir başqa adamla da
görüşmək bizə nəsib oldu. Bu, qocaman müəllim Lətif Hüseynzadə
idi. O, Heydərə, Dövlətə, onlann yaşıdlarma ana dilindən dərs
demişdi.
Onun Bakının adi, liftsiz, poçt qutuları yaman kökdə olan, giriş
yolu səliqəyə salınmamış beşmərtəbəli binadakı mənzilinin zəngini
vurduğumuz dəqiqəyədək bu görüşün baş tutacağına inanmırdıq.
Lakin qapının arxasında səliqə-sahmanlı artırma, iş otağında isə
tavanadək qalaqlanmış azərbaycanca, rusca, farsca, türkcə kitablar və
kompyuter gördük. Həmsöhbətimizin sərrast yaddaşı varmış, hərçənd
arabir yaxşı eşitmirdi və bu zaman onun oğlu professor Rüfət dadına
çatırdı.
Öz müəlliminin yüz yaşı tamam olanda, yəni, 2003-cü ildə,
Heydər Əliyev ölkənin ən qocaman pedaqoqu, tanınmış
ədəbiyyatşünas alim Lətif müəllimə səmimi təbrik məktubu
göndərmiş və müəllimlərdən birinci olaraq onu «lstiqlal» ordeni ilə
mükafatlandırmışdı.
- Heydərin o vaxt on üç yaşı vardı, pedtexnikuma isə on dörd
yaşdan qəbul edirdilər. Onu atası gətirmişdi. Dedi, oğlum müəllim
olmağı arzulayır. Mən o zaman tədris hissəsinin müdiri işləyirdim.
«Yaxşı, gəl bir söhbətləşək»,- deyə uşağa üz tutdum.
Heydər inamla bütün suallara cavab verir və «zavuç» onu
texnikumun direktoru Kazım Talıblının yAmma aparır. «Bu oğlan
Azərbaycan ədəbiyyatını, tarixi yaxşı bilir, mütaliəni sevir, nitq
qabiliyyəti var. Zənnimcə, ondan yaxşı müəllim olacaq», - deyir.
Direktor riyaziyyatdan da mükalimə aparmağı təklif edir. Riyaziyyat
müəllimi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin
məzunu Tofiq Bəktaşi də (Naxçıvandan sonra Bakıda nəzəri
mexanikadan dərs deyib) abituriyentdən razı qalır.
- Heydər elə ilk günlərdən ən yaxşı tələbələrimizdən oldu,
- Lətif müəllim sözünə davam edir. - Hətta yuxarı kursların ötkəm
tələbələri də ona böyük hörmət bəsləyir, üzünə də, arxada da,
gələcəyini bilirmiş kimi, ona «general» deyirdilər.
24
Dərslərarası fasilələrdə tələbələr texnikumun həyətinə axışırdılar.
Qızlar kənara çəkilib sakitcə pıçıldaşır, oğlanlar isə dərhal dəstələrə
bölünüb oynayırdılar. «Mən kiminləyəm, mən kiminləyəm», - səsləri
eşidilirdi.
-Yalnız Heydər soruşurdu: «Kim mənimlədir?» - bunu qocaman
müəllimə Zərqələm Əliyeva xatırlayır. Maraqlı müşahidədir. Özü də o
bu detah hafizəsində qoruyub saxlayıb. Bir çox məzunlar xatırlayır ki,
o zaman texnikumda yaxşı kabinetlər, laboratoriyalar, hərbi-idman
kompleksi, kino qurğusu vardı. Tələbələr bütün asudə vaxtlarını
idmana sərf edirdilər - tullanma, qaçış, tumik, voleybol, tir. Uşaqlar
sıra qarşısında «Voroşilov atıcısı» nişanı alanda əməlli-başlı
qürurlanır, sevinirdilər.
Heydər Əliyev ömründə ilk mükafatı hələ o zaman almışdı. O,
hərbi təlimlə də, idmanla da, Şamil Qazıyevin dərnəyində rəssamlıqla
da məşğul olmağa vaxt tapırdı. Gənc rəssamların əsərləri şəhər
sərgilərində göstərilirdi.
Ordu mövzusu ən geniş yayılmış mövzulardan biri idi. «Biz
hamımız o zaman böyük vətənimiz SSRİ-ni müdafiə etməyə
hazırlaşırdıq, - deyə Dövlət Mənınədov xatırlayır. - Bizim
rəsmlərimizdə qırmızı ulduzlu təyyarələr şığıyır, sovet tankları
hücuma keçirdi... I937-ci ildə isə bütün ölkə böyük ruh yüksəkliyi ilə
Aleksandr Sergeyeviç Puşkini yad edirdi. Onun faciəvi ölümündən
yüz il keçirdi. Biz onun şeirlərini əzbərləyirdik və fəxr edirdik ki,
Naxçıvanda hələ XIX əsrin sonlarında, Rusiyanın bir çox
şəhərlərindən əvvəl Puşkin küçəsi salınmışdı. Texnikumda Puşkinin
əsərlərinə çəkilən illüstrasiyaların müsabiqəsi keçirilirdi. Biz, Heydər
və onun böyük qardaşı Həsənlə Puşkinin «Yevgeni Onegin», «Ruslan
və Lyudmila», «Kapitan qızı» əsərlərinə illüstrasiyalar çəkmişdik.
Təəssüflər olsun ki, o şəkillər itib-batıb, indiyəcən qalmayıb. Yaxşı
yadımdadır, həmin müsabiqədə birinci yer Heydər Əliyevə, ikinci və
üçüncü yerlər isə mənimlə Həsənə verildi».
Öz tələbə yoldaşlarının arasında Heydər Əliyev Lev Nikolayeviç
Tolstoyun «Hərb və sülh» romanını orijinaldan oxuyan ilk tələbə
olmuşdu. Bunu ona rus dili müəllimi Həsən bəy Qazıyev məsləhət
görmüşdü. Sonra Heydər bu böyük yazıçının portretini də çəkmişdi.
Dövlət bu kitabın Azərbaycan dilində tərcüməsini oxuyurdu, Amma
bir bazar günü kitabı yarımçıq
25
qoyub Heydərlə birgə şəhərətrafı kəndlərindəki qohumlarına baş
çəkməyə hazırlaşırdı. Yolda hər hansı bir minik vasitəsinə rast
gəlməyə ümid etməyən yeniyetmələr piyada getməyi
qərarlaşdırmışdılar, onun üçün də səhər tezdən yola çıxmışdılar.
Yol boyu söhbət edirdilər, daha nələrdən danışmırdılar. Təzəcə
oxuduqları kitablardakı və baxdıqları fılmlərdəki qəhrəmanlardan, ilk
sevgilərindən, kim kimin daha çox xoşuna gəldiyindən.
- Firuzə səndən gözünü çəkmir, - deyə Dövlət dostunu
cırnadırdı.
- Zərqələm də səndən, - Heydər də dostundan geri qalmırdı,
sancırdı onu. Ürəyi soyumayıb tez əlavə edir: - Mən onun adını
Qələmzər qoymuşam.
Dağ kəndində böyüyən Zərqələm gələcəkdə müəllimə olub
uşaqlara dərs demək arzusunda idi. Amma bununçün gərək əvvəlcə
valideynlərini yola gətirəydi. Çünki onların fıkrincə, qız uşağına,
ümumiyyətlə, təhsil gərək deyildi. Nənələrinin bildiklərini öyrənsələr,
kifayət edər. Lakin Nurs kəndində camaatın dünyagörüşü artıq yavaş-
yavaş dəyişməkdəydi və qızcığaz valideynlərini razı sala bildi. O,
texnikuma Dövlət və Heydərlə eyni vaxtda daxil oldu. Elə həmin
vaxtlarda da onun Naxçıvanda yaşayan əmisi onların evində qalan
Zərqələmi Həsən Əliyevlə tanış etmişdi. Əliyevlər bu kənd sakinlərinə
o qədər xoş təsir bağışlamışdılar ki, Zərqələmin əmisi Heydərdən qıza
öz bacısı kimi nəzarət etməyi xahiş etmişdi.
Heydər bu xahişi tam ciddiyyətlə yerinə yetirirdi. Kənd qızları hər
vasitə ilə özlərini şəhər qızlarına bənzətməyə çalışırdılar. Şəhər
qızlarının arasında isə həmin ərəfələrdə qısa saç kəsdirmək dəb idi.
Heydərin qrup yoldaşları bir-bir hörüklərini kəsdirib yataqxanaya
qayıdırdılar. Heydər isə Zərqələmdən xahiş etmişdi ki, çox da dəb
dalınca qaçmasın. Zərqələm isə Heydəri sınamaq qərarına gəlmişdi:
-Bilirsən Heydər, - ciddi görkəmlə ona belə demişdi, - mən
başqalarından seçilmək istəmirəm. Kimdən əskiyəm ki, mən də saçımı
qısa kəsdirəcəm.
Heydər zarafatı qəbul etməmişdi:
-Məndən xahiş ediblər ki, sənə nəzarət edim. Deməli, mənim
icazəm olmadan sən bunu edə bilməzsən.
26
Bu sözlərdən sonra Zərqələm zarafat etdiyini etiraf etmişdi və
zarafatının yersiz olduğunu da başa düşmüşdü.
Uşaqlar yolda bu epizodu da xatırladılar. Şəhərin son həyətləri
artıq arxada qalmışdı. Yol yavaş-yavaş dağa qalxmağa başladı. İrəlidə
qayaların arasında qədimdən bəri müqəddəs yer sayılan «Əshabi-
kəhf» ucalırdı. Orada əsrlərdən bəri şəfalı suyu olan bulaq qayrıayır.
Yüzilliklər boyu insanlar buraya gəlib öz diləklərinin yerinə
yetirilməsi üçün Allaha dua etmiş, qurbanlar kəsmişlər.
Heydərlə Dövlət dincəlmək üçün bulağın başında əyləşdilər. Onlar
üçün dünyada soyuq bulaq suyu ilə İzzət xanımın bişirdiyi fətirlərdən
dadlı sanki heç nə yox idi. Dövlət uşaqlıqda anasını itirdiyindən İzzət
xanım onun da qayğısına qalmağı özünə borc bilirdi.
Bu qədim qayaların dibi yayda da sərin olurdu. Çox həssas və
güclü təəssüratlı yeniyetmə olan Heydər bir gün əvvəl oxuyub
tamamladığı romandan: uzaq keçmişdə baş vermiş müharibədən,
1812-ci ildə yandırılan Moskvadan, yalnız kinoda gördüyü Kremldən
həvəslə dostuna danışırdı...
O vaxt kimin ağlına gələrdi ki, bu yeniyetmələrin birinin yolu
məhz Kremlə gedib çıxacaq. Deyəsən, təkcə uzaqgörən Lətif müəllim
bu gənci həmkarlarından əvvəl qiymətləndirə bilmişdi:
- Bu cavan oğlan böyük adam olacaq, - o, pedaqoq həmkarlarına
bu sözü çox demişdi.
Ucqar bir diyar böyük məmləkətin qayğılarıyla yaşayırdı.
Naxçıvan respublikasında, Culfada dağ-metallurgiya kombinatı
tikilirdi. Cavan uşaqlar onu Sovet ölkəsi üçün Dneprohes, Maqnitka,
«Uralmaş» qədər önəmli sayırdılar. Respublika pambıqçılarının, Bakı
neftçilərinin uğurlarına fərəhlənirdilər. Səbirsizliklə Naxçıvana işıq
çəkilməsini gözləyirdilər; o zaman onların şəhərində hələ elektrik
lampaları yox idi, vur-tut on telefon vardı.
Telman adına klubda isə tamaşaçılar İbrahim və Zəroş
Həmzəyevləri — respublikanın gələcək xalq artistlərini — hərarətlə
alqışlayırdılar. Kino qurğusunun mühərriki sanki üfüqləri genişləndirir
və onların gözü qarşısında Bakı, Moskva, Leninqrad, hətta ünyetməz
Komsomolsk-na-Amure
şəhəri canlanırdı...Texnikuma tez-tez
sərhədçilər — ruslar, azərbaycanlı-
27
lar, Ukraynalılar, ermənilər görüşə gəlirdilər. Uşaqlar onlara həsəd
aparır, başlarına yığışır, hamılıqla zastavaya yola salırdılar. Məhz o
zamanlar Heydərin qəlbində sərhədçilərə qarşı xüsusi ehtiram
oyanmış və ömrü boyu da qalmışdı. Sovet Sosialist Respublikaları
İttifaqının Dövlət sərhədi lap yaxından keçirdi. Necə deyərlər, əl
uzatsan çatardı.
O zaman Arazı aşan körpülər o tayla bu tayı qovuşdurmur, əksinə
ayırırdı. Amma bu dərdi o tayda da, bu tayda da sonralar dərindən
düşünməyə başladılar. Bunun üçün dünyamn özü dəyişməli idi. Daha
doğrusu, insanlar dünyanı dəyişməli idi.
Onilliklər ötüb-keçəcək, dövran dəyişəcək və Heydər Əliyev
başılovlu «tarix təzələyənlərin» köpünü yatızdıracaq: «Yaşanmış
illərin üzərindən xətt çəkmək olmaz. Çünki onlar yaxşıdımı,
yamandımı tarixdir, tarixi isə qaralamağa heç kimin haqqı yoxdur».
Bu onun həm opponentlərinə cavabı, həm də müdrik ağsaqqal öyüdü
idi. Onun və mənsub olduğu nəslin öz gəncliyini — tələbəlik,
komsomol və əsgərlik çağlannı danmağa, xəcalət çəkməyə heç bir
əsası yox idi.
I939-cü ildə fərqlənmə ilə pedaqoji məktəbi (texnikum indi belə
adlandırılır) bitirdi. Diplomda yazılırdı: «Vətəndaş Əliyev Heydər
Əlirza oğlu 1938/39 ilin tədris planının bütün tələblərini yerinə
yetirdiyi üçün ibtidai məktəbdə — I-IV siniflərdə dərs aparmaq
hüququna malikdir». Sənəd iki dildə — azərbaycanca və rusca
yazılmış və hazırda Naxçıvanda Heydər Əliyev muzeyində qayğı ilə
saxlanıhr.
Muzeyin stendində tələbə və müəllimlərin birgə fotoşəkli də var.
Yuxarı başda, əlbəttə ki, Leninlə Stalinin profilləri, sonra ənənəvi
dəyirmi haşiyələrdə müəllimləri görürük.
İmanov, Hüseynov, Zamanov, Abbasov, İsrafilov, Bəktaşi,
İskəndər (Böyük Vətən müharibəsində həlak olmuşdur), Axundov,
Qriqoryev, Mkrtçyan, Qazıyev... Sadəcə müəllimlərin soyadlarına
nəzər salanda görürük ki, uşaqlara müxtəlif millətlərdən olan insanlar
dərs demişlər; təbü ki, onların sırasında azərbaycanlılar daha çox
olmuşdur.
«Şərq qapısı» adlı respublika qəzeti əlaçı məzunların — Heydər
Əliyevin və Firuzə Rzayevanın şəkillərini dərc etmişdi. Həmin gün
onlar Naxçıvanın ən gözəl küçəsi olan Puşkin küçəsiylə xeyli
gəzmişdilər. Küçənin hər iki tərəfiylə kəhrizlər şırıldayır, bu
kəhrizlərin üstünə isə salxım söyüdlər salla-
30
nırdı. Qayğıkeş naxçıvanlılar bu ağacları Puşkin söyüdləri
adlandırırdı.
Firuzə onların şəkilləri dərc olunmuş qəzetin üç nüsxəsini aldı.
- Bu
qədər qəzeti neynirsən? - deyə Heydər təəccübləndi.
- Mən öz albomuma sənin üç şəklini yapışdıracam, - qız
gülümsünüb ona belə cavab verdi.
Artıq solub-saralmış həmin üç şəkil kənd müəlliməsi Firuzə xanım
bütün ömrü boyu tərtib etdiyi xronikanın başlanğıcını qoymuş oldu.
İllər, onilliklər ötdü. Heydər Əliyev Naxçıvana döndü. Moskva
intriqalarından sonra bir az özünə gələn Heydər Əliyev muxtar
respublikaların rayonlarını gəzməyə başladı. Şahbuz rayonunun Külüs
kəndində ali qonağı qarşılamaq üçün böyükdən-kiçiyə, bütün kənd
əhli yola çıxmışdı. Kənd rəhbərlərinin müşayiəti ilə Heydər Əliyevin
getdiyi yolun kənarmda Firuzə Rzayevanın yaylığı da yellənirdi.
Heydər Əliyev ona yaxınlaşıb soruşdu:
- Sən Firuzə deyilsən?
- Firuzəyəm, - deyə qadın sevindi.
Texnikumdan sonra onlar cəmisi bircə dəfə, əlli üçüncü ildə
görüşmüşdülər. Bir də indi. Həmyerliləri onlan əhatəyə aldılar.
- Biz
hələ texnikumda dostlaşmışdıq,- deyə Heydər Əliyev
mehribanlıqla onun əlini sıxdı, - uşaqlıq, yeniyetməlik dostuyuq.
Yeniyetməlik dostlan xüsusən əziz olurlar.
Firuzə xanım yenə də müəllimlərinin Heydər barədə dediklərini
xatırladı.
Heydər Əliyev isə belə cavab verdi:
-
Əsas məsələ yüksək vəzifələr tutmaq deyil. Əsas məsələ xalq
tərəfmdən sevilməkdir...
Lakin kənd yolunun kənarındakı bu görüşə hələ çox qalıb. Hələlik
isə şanlı və ağrılı-acılıh otuzuncu illər başa çatırdı. Zə-bəçi tikintilər
və gecə tuthatutları... Qəzet səhifələrindən yox olan Hüseyn Cavid
misraları... İndi səhifələri başdan-başa çığır-bağırlı mitinqlərin
xəbərləri doldururdu: «SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının
trotskist yaramazların faşist bandasına verdiyi hökmü Bakı
zəhmətkeşləri yekdilliklə alqışlayırlar. Nümayişçilər başları üzərində
yoldaş Stalinin və onun
31
ən yaxın silahdaşlarının minlərlə portretlərini, bayraqlar,
transparantlar apanrlar. Alçaq köpəklərin faşist sahiblərilə bir yerdə
çəkilmiş karikaturalarından maskalanmış quldur Trotskinin və digər
məhkum olunanların iyrənc sifətləri boylanır» («Molodoy raboçi»
qəzeti, Azərbaycan LKGİ MK və Bakı Şəhər Komitəsinin orqanı.
1937, 2fevral).
Səməd Vurğun «Komsomol poeması»nın ilk fəsillərini yazır,
ideoloji qəlblərə görə «düşmən sinfı»nin nümayəndəsi sayılan Gəray
bəyin cəzbedici surətini yaradır. Bundan yalnız neçə illər sonra
Zamyatinin «Biz», Platonovun «Çala» və «Çevenqur» romanları
oxuculara yol aça biləcəkdir. Təbü ki, hekayətimizin qəhrəmanı
düşüncələrin total rəndələnməsinin bütün incəliklərini o zaman dərk
edə bilməzdi. Lakin gənc Heydər Əliyev milli musiqi aləti — tara
qarşı yönəldilmiş kampaniyadan (Rusiyada hətta skripkaya qarşı da
hücuma keçmişdilər) bixəbər də qala bilməzdi; o, Müşfıqin «Oxu tar»
şeirini ilhamla oxumuşdu. Qara gələn «otuz yeddi» şairin tarını da
daşlara çırpdı.
Onilliklər ötəndən sonra Azərbaycan KP MK-nın birinci katibi
Heydər Əliyev Bəxtiyar Vahabzadənin, yasaqlara rəğmən
Azərbaycanın parçalanmasından söz açan «Gülüstan» poemasının
müdafiə edəcək.
Elə həmin illərdə də Xəlil Rza özünün hiddətli misralarını
yazacaq:
İstəmirəm azadlığı
zərrə-zərrə, qram-qram,
İstəyirəm qolumdakı,
zəncirləri qıram, qıram!
Azərbaycan müstəqil respublika olanda, Prezident Heydər Əliyev
ölkənin ən yüksək ödüllərindən birini məhz Bəxtiyar Vahabzadəyə,
Xəlil Rza Ulutürkə, kövrək istedad sahibi Mənınəd Araza verdi.
Amma hələ ki, otuzuncu illərdi. Heydər Əliyev əla qiymətlərlə
pedaqoji məktəbi bitirmiş, tərifnamə, məktəb müəllimi diplomu
almışdı. Lakin məktəbdə işləmək ona nəsib olmadı...
Dövlət Mənınədovu əsgərliyə çağırdılar. O, Culfa rayonunun
Bananiyar kəndindəki səkkizillik məktəbə qayıdanda,
32
artıq ordudan tərxis olunmuşdu, sinəsində döyüş orden-medalları
cigildəyirdi. Bu məktəbə Heydər Əliyev kiçik qardaşı Cəlal
müəllimlik edirdi.
Heydərin isə öz cəbhəsi vardı. Bu cəbhə barədə hələlik susmaq
məsləhət idi.
|