311
Naxçıvan blokadada
Fotoəlavədə nəşr olunmuş xəritəyə baxsanız, görərsiniz ki,
Naxçıvan diyarını ana Azərbaycandan bolşeviklərin Ermənistana
verdikləri dəhliz ayırır. Sovet hakimiyyəti illərində bu sərhəd əslində
şərti idi. Lakin Sovet İttifaqı dağılandan sonra buradan qatarların,
maşınların, insanların yolunu kəsən cəbhə xətti keçdi...
Naxçıvanlılar üçün blokada mücərrəd anlayış deyil. Onların həyat
tərzini müəyyənləşdirən acı həqiqətdir.
Elektrik işığına həsrət qalan adamlar yenə “nöyüt” lampalarına
qayıtdılar. Hərdən köhnə vərdişlə işıq açarına əl atıb çıqqıldadanda
baisləri qarğıyırdılar... Qaz da eləcə. Mətbəxlərdə yenə primuslar
fısıldayırdı.
Hələ üçüncü, beşinci, yeddinci mərtəbədə yaşayanların uşaqlı-
böyüklü sudaşıyan maşından vedrə-vedrə su doldurub evə
qaldırmaqlarını demirik... İsinmək üçün köhnə dəmir “soba”ları bu
insanlar taxta-tuxta ilə qalayırdılar...
Naxçıvanın blokada günlərinin xronikasını ağrıyla, həyəcanla,
ancaq xeyirxahlığa, mərhəmətə, həmrəyliyə böyük inamla təkrar-
təkrar oxuyursan. Budur, ucqar bir kəndin sakinləri öz azuqələrini
uşaq evi ilə bölüşdürürlər. İranın Qırmızı Aypara Cəmiyyəti min ton
kartof göndərib. Və daha 4 elektrik generatoru və 500 elektrik sobası.
Dərhal onları uşaq evlərinə və məktəblərə yola salırlar. Qonşu İran
əyalətlərindən 100 ton ərzaq payı gəlib: Heydər Əliyevin sərəncamı
ilə hamısını uşaqlara və qocalara verirlər. Türkiyə hökuməti Naxçıvan
Respublikasına 100 milyon dollar kredit ayırır. Türkiyə 100 naxçı-
vanlı tələbəni təhsil almaq üçün ali məktəblərinə dəvət edir və bütün
xərcləri öz üzərinə götürür.
O günləri yada salan Heydər Əliyev söyləyirdi:
“Bizi ərzaq, neft təminatından məhrum etmişdilər. Bütün
energetikanı kəsdirmişdilər. Bizlərdə sərt soyuqlarla yanaşı aclıq
başladı. Körpələr xəstəxanalarda ölürdü. İnsanlar bağları odun üçün
qırmağa başladılar. Ocaqlan isitmək üçün meyvə ağaclarının 70 faizi
baltalanıb kəsilmişdi. Amma mən də sağ qaldım, xalqda...
312
Mən də xalqım kimi ağır məişət şəraitində yaşayırdım. Ancaq biz
yaşadıq və əmin-amanlığı qoruduq. Mənim yanıma Bakıdan tez-tez
gəlirdilər, siyasətə qayıtmağımı xahiş edirdilər. Amma mən Xalq
Cəbhəsinin uçuruma aparan siyasətinə baş qoşmaq istəmirdim...”
Naxçıvanın blokadasını yarmaq olardı. Amma Bakıdakı iqtidar
ayrı cür köklənmişdi: nə qədər pis olsa, o qədər yaxşıdır...
Belə bir şəraitdə o, Naxçıvanın blokadasını qırmağa çalışır,
mühasirə məngənəsini smdırırdı. Başqa siyasətçi üçün bəlkə də bu
müşkül məsələ idi. Bax, burada Əliyevin beynəlxalq aləmdəki nüfuzu
kara gəldi:
“İran və Türkiyə rəhbərlərilə şəxsi dostluq münasibətlərim vardı.
İran prezidenti Naxçıvana öz təyyarəsini göndərdi, mən Tehrana
uçdum və yardım haqqında danışdım. Biz ötürücü elektrik xətlərini
qurduq və enerjini İrandan almağa başladıq. Yanacaq da, ərzaq da
beləcə. Türkiyənin Prezidenti Dəmirəl özü mənə 100 milyon dolarlıq
kredit təklif etdi. O da öz prezident təyyarəsini göndərdi və mən
Ankarada onun yanında oldum. Türkiyəyə yol saldırdım, çay
üzərindən körpü çəkdirdim və ərzaq təchizatını yaratdım. Amma əsas
nailiyyətim Ermənistanla silahlı münaqişədən yayınmaq oldu. Çox
gərgin vəziyyət idi, hətta son həddə çatan məqamlar vardı, lakin mən
çıxış yolu tapdım və bizim torpaqda qan tökülmədi...”
Televiziyanın o ağır günlərdə çəkdiyi kadrlar saxlanılır: Araz
üzərindən körpü ilə İranın humanitar yardımı un, şəkər, quru süd, ət
daşıyan ağır yük maşınları keçir. Azərbaycanın dar günündə qonşu
ölkənin nəcib həyanlığı yeni istiqbaldan, uzun illər boyu bağlı qalan
yolların açılmasından, o taylı-bu taylı bacı-qardaşlarımızın ayrılıq
həsrətini ovunduracağmdan xəbər verirdi... Vaxtilə, 1948-ci ildə
xalqın həsrətini düşünən Səməd Vurğunun rübabından görün necə
yanıqlı misralar qopmuşdur:
... Çatıb qaşlarını körpüyə baxır,
Qəlbində dağ boyda sözümü vardır?
Başından tüstülər, dumanlar qalxır,
Cansız əlləri də qabar-qabardır...
Bildim, o memardır... O yaradandır.
313
Yaxın gəl, oxucum! Bax əllərinə!
O, Araz üstündə xeyli zamandır
Ağlayırxar olmuş əməllərinə...
... Naxçıvanın özündə və muxtar respublikanın ayrı-ayrı
şəhərlərində hələ 20-ci illərdən sovet ordusunun, sərhəd qoşunlarının
hərbi hissələri yerləşirdi. Bəs onların aqibəti, statusu necə olacaq?
Ümumiyyətlə, onlar respublikada qalacaq, yoxsa çıxanlacaqlar? Əgər
gedəcəklərsə, silah-sursatlarını da özləriylə aparacaqlar, yoxsa yox?
Suallar çox idi. Bu suallarım cavablarını muxtar rcspublikanın Ali
Məclisinin sədri Moskva və Bakı ilə, muxtar respublikadakı hərbi
hissələrin rəisləri ilə danışıqlar prosesində axtarırdı. Nəhayətdə, belə
bir qərar qəbul edildi: 75-ci motoatıcı diviziya öz silah-sursatınm
hamısını Naxçıvanda yerləşən Azərbaycan milli ordusunun 5-ci
motoatıcı briqadasına təhvil verir. 1991-ci il avqustun ortalarında bü-
tün hərbi hissələrdə təhvil-təslim prosesi aktlaşdırıldı. Avqustun 18-də
naxçıvanlılar rus qoşunlarının muxtar respublikanı tərk edən son
qruplarını da yola saldılar. Vidalaşma mərasimi 75-ci motoatıcı
diviziyanın qərargahının qarşısında keçirilirdi.
Heydər Əliyev xatırlatdı ki, bu diviziya Naxçıvanda 1946-cı ildə
yerləşdirilib, ümumilikdə isə rus qoşunları Naxçıvana yüz əlli il əvvəl
gəliblər.
- Hal-hazırda, - deyə Heydər Əliyev həyəcanla sözünə davam etdi,
- Azərbaycan öz müstəqilliyinə, milli azadlığına nail olub və öz
ərazisində öz hərbi hissələrini yaratmaq niyyətindədir. SSRİ
yaranandan bəri onun ordusunda, əmlakında, silah-sursatında bütün
respublikaların öz payı olub. SSRİ dağılandan sonra da Azərbaycan bu
ordudan öz payını almaq fıkrindədir və 75-ci motoatıcı diviziyası bu
payın bir hissəsidir.
Onu da qeyd edim ki, 75-ci motoatıcı diviziya Naxçıvanda
qərarlaşandan sonra onun köməyi ilə çoxsaylı müasir hərbi tikililər
istifadəyə verilib, hərbi təsərrüfat obyektləri yaradılıb. Həm də bu
hərbi hissə Naxçıvanda yerləşdirilən kimi onun hərbi qulluqçuları ilə
naxçıvanlılar arasında dostluq münasibətləri yaradılıb. Buna görə də
vidalaşarkən bizim naxçıvanlılarla illər uzunu çiyin-çiyinə, dostcasına
yaşadığına görə onlara səmimi-qəlbdən təşəkkür edirəm. Ələlxüsus,
çox ağır və mürəkkəb keçən son illərdə diviziyanın rəhbərliyi, o
cümlədən də
onun komandiri general-mayor Rastislav Slaboşeviç Naxçıvan Muxtar
314
Respublikasının əhalisi ilə dostluq münasibətlərinin qorunub
saxlanılması üçün əllərindən gələni ediblər.
Əlbəttə, Xalq Cəbhəsi bu ordu hissələrini tamam başqa cür yola
salmaq istərdi. Səmimiyyətsiz, gül-çiçəksiz. Moldaviyada, yaxud
başqa yerlərdə olduğu kimi, hay-küylə, “İvan, çamadan, vakzal”
qışqırıqlarıyla.
- Çox keçmədi ki, məni iki tərəfdən sıxışdırmağa başladılar, -
Heydər Əliyev Naxçıvan süjetini davam etdirir. - Bir tərəfdən Xalq
Cəbhəsi, digər tərəfdən də Mütəllibovun kommunist rejimi məni
sıxırdı. Onu da qeyd edim ki, Xalq Cəbhəsinin nümayəndələrini ilk
dəfə Naxçıvanda hakimiyyətə mən gətirmişəm. Cəbhənin iki aktiv
üzvünü özümə müavin götürmüşəm. Bundan savayı, baş nazir
vəzifəsinə də cəbhəçi şəxsi təyin etdim. Düzdür, bir müddət sonra
məlum oldu ki, o fırıldaqçıdır. Ona görə də işdən çıxartmalı oldum.
Bundan sonra mənimlə Xalq Cəbhəsi arasında münasibətlər pozuldu.
Onlar belə düşünürdüiər ki, əgər sən cəbhəçisənsə, deməli, hər şey
edə bilərsən. O da belə güman edirdi və onu sıxışdırmağa başlayanda,
mənə qarşı aksiyalar təşkil etməyə səy göstərdi. Amma Naxçıvanda
belə addımlar intihara bərabər idi. Xalq az qala özu onunla
hesablaşacaqdı. O, yük qatarında qaçmağa məcbur oldu (o vaxt
sərnişin qatarlan Ermənistan ərazisindən keçmirdi).
1992-ci ilin oktyabrında Xalq Cəbhəsi Naxçıvanda hətta dövlət
çevrilişi etməyə səy göstərdi. Amma bu barədə biz ayrıca danışacağıq.
24-26 oktyabr 1992-ci il, Naxçıvan
Naxçıvan qiyamına səbəb Azərbaycan daxili işlər nazirinin 1992-
ci il avqustun 18-də imzaladığı 1718 nömrəli sərəncam olmuşdu. Bu
sərəncama əsasən nazir AXC üzvlərindən birini Naxçıvan Muxtar
Respublikasının daxili işlər naziri təyin etmişdi. Hamının bir-birini
tanıdığı Naxçıvanda söhbət yayıldı ki, yeni nazir hər yerə öz
adamlarını qoyur. Doğrudan da, Bədən Tərbiyəsi İnstitutunun 24 yaşlı
məzunu yalnız cəbhənin mitinqlərində çıxış etməklə özünü
göstərmişdi və heç vaxt da-
315
xili işlər orqanlarında işləməmişdi. İndi isə budur - birbaşa nazir.
Eyni zamanda Ordubad rayon daxili işlər şöbəsinin rəisi, təcrübəli
peşəkar bir polis zabitini işdən çıxarıb onun yerinə daxili işlər
orqanlarında heç bir təcrübəsi olmayan, uzun müddət Rusiyanın
şəhərlərində alverlə məşğul olan birini təyin etmişdi.
Bu təyinatlardan xəbər tutan Naxçıvan Daxili İşlər Nazirliyinin
əməkdaşları polis və zabitlərin hüquqlarının müdafiə komitəsini
yaratdılar. Komitə muxtar respublikanın daxili işlər əməkdaşlarının
ümumi iclasını keçirtdi və Azərbaycan Daxili İşlər Nazirliyinə
müraciət qəbul etdi. Sənədin altında 1500 nə-fər Daxili İşlər Nazirliyi
əməkdaşnın imzası vardı. Sənədin müəllifləri qeyd edirdilər ki, “daxili
işlər orqanlarının siyasətə tabe olmasma yol verə bilməzlər. Bu
orqanlar Daxili İşlər Nazirliyinin yalnız cinayətkarlıqla mübarizəyə
dair sərəncamlarını yerinə yetirəcəklər. Azərbaycan DİN-in siyasi
məqsəd daşıyan əmr və sərəncamlarına isə riayət olunmayacaq”.
15 sentyabrda muxtar respublikanın Nazirlər Kabineti Ali Məclisə
daxili işlər naziri postuna polis polkovniki Əsgər Ələkbərovun təyin
edilməsini tövsiyə etdi. Namizəd uğurlu idi. Ələkbərov daxili işlər
orqanlarında uzun müddət işləmiş, nazir müavini postuna qədər
yüksəlmişdi. Naxçıvan Ali Məclisinin növbəti sessiyasında
Konstitusiyaya uyğun olaraq, daxili işlər nazirinin məsələsi həll
olunurdu. İki namizəd vardı: Respublika daxili işlər nazirinin, daha
dəqiq desək, Prezident Elçibəyin kadrı və Əsgər Ələkbərov. Polkovnik
Ələkbərov 86 səsdən 69-nu yığdı, onun rəqibi isə cəmi üç səs toplaya
bildi.
İlk baxışdan elə görünür ki, məsələ artıq həll olunub. Amma əsas
problemlər hələ irəlidəymiş. AXC iqtidarının daxili işlər naziri öz
sərəncamıyla Əsgər Ələkbərovu və Naxçıvan Daxili İşlər Nazirliyi
rəhbər işçilərinin böyük bir qrupunu orqanlardan qovdu. Bütün
Azərbaycana onun təhdidləri yayıldı: əgər əmr icra olunmasa, o,
şəxsən Naxçıvana gəlib zor- gücünə buna nail olacaq.
Belə bir vəziyyətdə Naxçıvan Ali Məclisi və Nazirlər Kabineti
“Naxçıvan Muxtar Respublikası DİN-də yaranmış vəziyyət haqqında”
birgə qərar qəbul etdilər. Qərarda deyilirdi: “Son iki ay ərzində muxtar
respublikanın Daxili İşlər Nazirli-
316
yində yaranmış çətin vəziyyət cinayətkarlığa qarşı mübarizə aparan
polis işçilərinin fəaliyyətinə mənfı təsir göstərmiş, res-publikada
ictimai-siyasi vəziyyəti gərginləşdirmişdir. Belə
vəziyyətin
yaranmasına əsasən Azərbaycan Respublikası daxili işlər naziri
İsgəndər Həmidovun Konstitusiyaya zidd qanunsuz əmrləri səbəb
olmuşdur.
Naxçıvan Respublikasının Ali Məclisi və Nazirlər Kabineti
Azərbaycan daxili işlər naziri tərəfindən edilən hədə-qorxuya
qətiyyətlə etiraz edir və bildirir ki, onlar Naxçıvan Respublikasının
qanunları və qanun orqanları tərəfindən müdafiə olunaraq heç kəsin
bu qanunları pozmasma icazə verməyəcəklər”. Yaranmış problemin
əsaslı izahmı vermiş bu sənəd Azərbaycan Respublikasnın Ali
Sovetinə və Prezidentinə müraciətlə başa çatırdı: “Ümid edirik ki,
qeyd olunanları nəzərə alıb, Naxçıvan Muxtar Respublikasının
konstitusion hüquqlarını bərpa edəcəksiniz”.
Sənədin altında iki şəxsin: Naxçıvan Ali Məclisinin sədri Heydər
Əliyevin və Baş nazir Ş.Xanbabayevin imzaları və tarix - 15 oktyabr
1992-ci il - vardı.
“- Bakıdan, şəxsən daxili işlər nazirinin təzyiq və hədə-qorxuları
səbəbsiz deyildi, - deyə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin
üzvü Kərim Kərimov paytaxtda cərəyan edən gərginliyin səbəblərini
açıqlayır. -90-cı illərin əvvəllərində Heydər Əliyevi ali hakimiyyət
kürsüsünə çağırmaq ideyası ortaya çıxanda ziyalılarm qabaqcıl hissəsi
onun hüquqlarını müdafiə etmək məqsədilə bir komitə yaratdılar və
Ali Sovetin qarşısında mitinq təşkil ctdilər. O vaxtlar Heydər Əliyevin
prezident seçkilərində iştirakına mane olmaq məqsədilə namizədliyə
yaş həddi qoyulmuşdu. Yaşı 65-i keçmiş şəxs prezident seçkilərində
namizədliyini irəli sürə bilməzdi. Heydər Əliyevin yaşı bu həddi
keçmişdi, amma bu ədalətsiz qərar əhali arasında çox ciddi
narazılıqla qarşılanırdı. Qəribə idi ki, A. Mütəllibovun hakimiyyəti
dövründə Konstitusiyaya salınmış bu ədalətsiz maddə, AXC
hakimiyyətə gələndən sonra da dəyişməz olaraq qalırdı.
Qəribə bir vəziyyət yaranmışdı. Əhalinin tam əksəriyyətinin
Heydər Əliyevə rəğbət bəsləməsinə baxmayaraq, onun hüquqlarının
müdafiəsi məqsədilə keçirdiyimiz
317
mitinqlərin kütləviliyinə nail ola bilmirdik. Mitinqlərə minə yaxın
adam gəlirdi. Sonradan təhlillər aparıb aydınlaşdırdıq ki, kütləvi
mitinqləri mütəşəkkil təşkilat təşkil edə bilər. Belə bir təşkilat isə yox
idi. Yeni Azərbaycan Partiyasını yaratmaq zərurəti buradan doğdu və
çox sürətlə reallaşmağa başladı”.
Bu xəbər ildırım sürətilə bütün Azərbaycana yayıldı. Hamı yeni
yaranacaq partiyanın rəhbəri rolunda Heydər Əliyevi görür və bu
səbəbdən də onu dəstəkləyirdi. Xalq Cəbhəsi əslində 1992-ci ildə
hakimiyyətə yiyələnərkən Heydər Əliyevə olan xalq sevgisini
görmüşdü. Mayın 18-də parlamentə sədr seçkisi zamanı bir qrup
deputat Heydər Əliycvin namizədliyini irəli sürdü. Bundan qorxuya
düşən cəbhəçilər müxtəlif bəhanələrlə, xüsusilə, guya Naxçıvanda
“onu tapa bilmədik”lərini bəhanə edib, öz namizədlərinin seçilməsinə
nail oldular. Ancaq Heydər Əliyevin hakimiyyətə gəlmək şansları
Xalq Cəbhəsinin hakimiyyətdə olan nümayəndələrini bir an belə rahat
buraxmırdı. Bu narahatlığın əlamətləri özünü Naxçıvanda göstərirdi.
24 oktyabr 1992-ci ildə isə Azərbaycan Xalq Cəbhəsi Naxçıvan
şöbəsinin silahlı dəstələri muxtar respublikanın televiziyasını, Enerji
mərkəzini və DİN-i ələ keçirdilər. Nazirin yerində İsgəndər
Həmidovun təyin etdiyi adam əyləşdi.
İsgəndər Məcid oğlu Həmidovun rəsmi tərcümeyi-halında qeyd
olunur ki, o, Bakı orta ümumtəhsil milis məktəbini və SSRİ DİN-in
akademiyasmı bitirib. İki dəfə - 1980 və 1990-cı ildə daxili işlər
orqanlarının sıralarından kənarlaşdırılmış və sonralar yenidən işə
bərpa olunmuşdur. Onu yaxşı tanıyanlar qeyd edirlər ki, o, siyasi
motivlərə görə yox, iqtisadi və açıq-aşkar “əl-əli yuyar” prinsipi ilə
işlədiyinə görə orqanlardan xaric edilmişdir. Onu da deyirlər ki,
İsgəndər çılğındır və tez-tez xidməti vəzifə səlahiyyətlərini aşır. DİN-
ə rəhbərlik edərkən, özünü mübariz göstərmək üçün bir sıra reklam
xarakterli əməliyyatlar həyata keçirmişdir.
Prezident Elçibəyin açıq razılığı ilə onun daxili işlər naziri öz
qayda-qanunlarının Naxçıvanda da bərqərar etmək istəyirdi. Muxtar
respublikadakı hadisələrdən əvvəl, o, Bakıda mətbuat konfransı
çağırıb hədə-qorxu gələrək demişdi ki, əgər lazım olsa, şəxsən Heydər
Əliyevin də başına güllə çaxacaq. Bu söz-
318
lər dünya mətbuatına yayıldı. Əlbəttə ki, bundan xəbər tutan Əliyev
şəxsən nazirə zəng vurdu:
“Mən ona dedim ki, sən bu sözləri mətbuat konfransında demisən.
Əgər bacarırsansa, buyur gəl, dediyini elə. Aləmə car çəkmək nəyə
lazım. O dedi ki, siz nə danışırsız, mən və uşaqlarım sizə qurban
olsun. Siz güclü siyasətçi, böyük şəxsiyyətsiniz. Mən heç belə söz
deyərəm? Mən cavab verdim ki, demisən və bunu çox adam eşidib.
Bakıdan bura gələn mətbuat işçiləri də o konfransda olublar. Onlar da
sənin belə dediyini təsdiq elədilər”.
İndi, görünür, onlar sözlərinin dalınca işə keçmişdilər. Axşam saat
səkkizə yaxın ınuxtar respublikanın Daxili İşlər Nazirliyinin qarşısına
xeyli sıravi vətəndaş və Xalq Cəbhəsinin iş yerinə buraxmadığı
nazirliyin əməkdaşları toplaşdılar. Nazirliyin pəncərələrindən onlara
atəş açdılar, insanlar isə Ali Məclisin binasına üz tutdular. Heydər
Əliyev oradaydı.
Sonralar Heydər Əliyev bu həyəcanlı günləri belə xatırlayırdı:
“Mən yubanmadan Bakıya, daxili işlər nazirinə zəng vurdum. Onun
Mərdan adlı köməkçisi bildirdi ki, gözləyin, indi sizi onunla
birləşdirəcəm. Amma bir az keçməmiş o dedi ki, sizinlə danışdığım
müddətdə nazir otaqdan harasa çıxıb.
Sonra Prezident Elçibəyə zəng vurdum. Yaranan vəziyyət barədə
ona məlumat verdim. O isə öz növbəsində soruşdu: “Bəs mən neyləyə
bilərəm?” Cavab verdim ki, siz ölkə prezidentisiniz, eyni zamanda
Xalq Cəbhəsinin başçısısınız. Bu cinayəti də Xalq Cəbhəsinin
Naxçıvan şöbəsinin üzvləri və onların əlində olan silahh dəstələr
törədib. Hal-hazırda onlar Daxili İşlər Nazirliyinin binasını zəbt
ediblər. Onlara binanı tərk ctmək əmrini verin, belə olarsa, hər şey
sakitliklə həll olunar, əks halda vəziyyət bir az da gərginləşəcək.
Əfsuslar olsun ki, bunun nəticəsi olmadı. Mən ikinci dəfə zəng
vurdum. Bu vaxt Qafar Məmmədli və Asif Kələntərli də
yanımdaydılar. Elçibəyə dedim ki, vəziyyət gərginləşir, qan tökülə
bilər. Təcili tədbirlər görmək lazımdır. Mənim yanımda olan şəxslər
də onunla telefonda danışdılar. Amma Prezident onlara da konkret bir
söz demədi. Bircə onu bildirdi ki, o, yoldaşlarla məsləhətləşəcək”.
Həmin vaxt Ali Məclis binasının qarşısına daha çox insan kütləsi
toplaşmaqdaydı. Kortəbii yaranan mitinqdə “Hamı
319
Heydər Əliyevin müdafiəsinə” şüarları səslənirdi. Bu hadisələr zamanı
Xalq Cəbhəsinin bəzi üzvləri bədən xəsarəti aldılar. Oktyabrın 24-də
təxminən saat 22-də Xalq Cəbhəsinin üzvləri nazirliyin binasını tərk
etdilər və Xalq Cəbhəsinin qərargahında toplaşdılar.
Hakimiyyəti ələ keçirmək cəhdi bu dəfə baş tutmadı, amma
vəziyyət təhlükəli olaraq qalırdı.
Oktyabrın 25-də Heydər Əliyev radio vasitəsi ilə naxçıvanlılara
müraciət etdi:
- Xalq Cəbhəsinin liderləri bura silahlı qüvvələr göndərərək
Naxçıvanda hərbi çevriliş etməyə cəhd göstərmişlər. Bizə həyəcanlı
xəbərlər gəlir. İsgəndər Həmidov daha bir silahlı tədbir keçirməyi
planlaşdırır. O, silahlı dəstəylə buraya gəlib, əməliyyat keçirmək
istəyir. Müstəqil Azərbaycanda Xalq Cəbhəsi silahlı qüvvələri xalqa
qarşı istifadə edir. Bu vəziyyət kimin üçün əlverişlidir? Burada ən
güclü mafiya öz şəxsi məqsədlərini güdən Xalq Cəbhəsidir. Mən
xalqım naminə həyatımdan keçməyə hazıram. Xalq Cəbhəsində
Heydər Əliyevi aradan götürmək istəyənlər çoxdur.
Mən istəyirəm ki, xalq buradakı vəziyyəti başa düşsün, bilsin. İndi
Azərbaycanda bəzi qüvvələr Naxçıvan Muxtar Respublikasının
konstitusion hüquqlarını pozub muxtariyyəti ləğv etmək istəyirlər.
Bunu Bakıda yaşayan bir qrup nüfuzlu naxçıvanlılar da dəstəkləyir
(Bakıdakı ən nüfuzlu naxçıvanlı o vaxt Prezident Elçibəy idi. Bunu
Əliyevə qulaq asanlar gözəl başa düşürdülər).
- Amma Naxçıvan Muxtar Respublikasının Konstitusiyası
əbədidir, o həmişə dəyişilməz qalacaq”,- deyə Heydər Əliyev sözünə
davam edir.
Daha sonra o, vətəndaşlardan xahiş etdi ki, Naxçıvan Xalq
Cəbhəsinin sədri Asəf Quliyevin, Ordubad Xalq Cəbhəsinin adri Fərəc
Quliyevin, qanunsuz təyin olunmuş daxili işlər naziri Siyavuş
Mustafayevin, Ordubad Xalq Cəbhəsinin irticaçı hərəkətlərinə qiymət
versinlər.
- Bizim
müstəqilliyimiz bütün Azərbaycan xalqmın nailiy-
yətidir. Azərbaycanın bütövlüyünü təmin etmək lazımdır. Hamı
birləşməlidir. Mən ölməyə razı olaram, amma Naxçıvanın
Azərbaycandan ayrı düşməsinə razı ola bilmərəm.
320
Oktyabrın 25-də muxtar respublikanın Ali Məclisinin fövqəladə
sessiyası işinə başladı. Deputatlar Xalq Cəbhəsinin silahlı
qüvvələrinin üç gün ərzində tərk-silah olunması barədə qərar qəbul
etdilər.
Elə həmin gün “Naxçıvan” qəzetində Murtuz Ələsgərovun kəskin
bir məqaləsi dərc olundu. O, Azərbaycan daxili işlər nazirini tənqid
etmişdi. Hüquqşünas alim qeyd edirdi ki, Naxçıvandakı hadisələr əsl
terrorizmdir. Əks tərəfin cavabı özünü çox gözlətmədi.
Bu hadisə Bakıda iş gününün sonuna yaxın baş verdi. Ələsgərov
ADU-nun hüquq fakültəsindəki işlərini yekunlaşdırıb köhnə
“Moskviç”inə yaxınlaşdı. O, sonralar bu hadisələri xatırlayarkən qeyd
edirdi ki, iki nəfər naməlum oğlan kafedranın qarşısında vurnuxaraq
onun nə vaxt işdən çıxacağı ilə maraqlanırmış.
- Mən onları görməmişdim. Evimə gəlib maşını saxladım,
mağazadan çörək alıb yuxarı qalxmaq istəyirdim ki, üstümə düşdülər.
Əvvəlcə elə bildim ki, yeniyetmələrdir, xuliqanlıq edirlər, ya da
zarafatlaşırlar. Amma sonra gördüm ki, hücum edənlərin əlində bıçaq
var. Onlardan biri mənim üzümdən bir neçə zərbə endirdi, digəri isə
linglə ayağıma vurdu və mən yerə yıxıldım. Yaralarımdan qan axırdı.
Qonşulardan biri milis çağırdı, biri ailəmə xəbər vcrdi. Həkim çağırıb
məni xəstəxanaya apardılar. Murtuz müəllim xəstəxanada altı ay
yatmalı oldu. Hücum barədə eşidən kimi Heydər Əliyev Naxçıvandan
zəng vurdu:
- Murtuz müəllim, təəssüf edirəm ki, mənə görə təzyiqə məruz
qaldnız.
- Heydər Əliyevi müdafiə edərkən xəsarət almaq şərəfdir, deyə
Murtuz Ələsgərov cavab verdi.
Dostları ilə paylaş: |