Separatçılar susduruldu
Respublikada vəziyyəti gərginləşdirən amillərdən biri də Gəncə
hadisələri səngiməmiş, müəyyən mafıoz qüvvələr tərəfindən cənub
bölgəsində məqsədli şəkildə qızışdırılan separatçılıq meyilləri idi.
Xalq Cəbhəsinin hakimiyyəti dövründə Qarabağın müdafıəsi naminə
yaradılmış Lənkəranın könüllü silahlı dəstələri 1993-cü ilin iyulunda
cəbhə xəttindən çıxarılaraq Lənkəran bölgəsinə aparılmışdı. Silahlı
dəstələrə və separatçı qüvvələrə rəhbərlik edən Ə.Hümbətov bütün
bölgəni təzyiq altında saxlayırdı. Onun qanunsuz əmirləri ilə
yaradılmış silahlı dəstələr bu regionun qanuni dövlət qurumlarının
fəaliyyətini iflic etmişdi. Xalq Cəbhəsi hakimiyyətindən, onun rəhbər
kadrlarının bölgədə həyata keçirdikləri amansız polis basqınlarından
məharətlə istifadə edən separatçılar Heydər Əliyev hakimiyyətə
gələndən sonra sürətlə öz nüfuzlarını itirməyə başladılar.
1993-cü il avqustun 13-də Ali Sovetin sədri, prezident
səlahiyyətlərini həyata keçirən Heydər Əliyev Biləsuvar, Cəlilabad,
Lerik, Lənkəran, Astara və Yardımlı rayonlarından olan millət
vəkilləri və həmin rayonlardan olan rəhbər işçilər və ziyalılarla görüş
keçirdi. Hələ 70-ci illərdə Heydər Əliyevin respublikaya rəhbərlik
etdiyi dövrlərdə onun diqqət və
365
qayğısını görmüş, müxtəlif vəzifələrə irəli çəkilmiş və özünü bu
nəhəng siyasətçinin yetirmələrindən sayan Milli Məclisin deputatı
Hadı Rəcəbli o görüşü indi də unutmur:
- Siyasət ustası bu görüşü regiondakı real vəziyyəti və ümumi
əhval-ruhiyyəni öyrənmək üçün çağırmışdı, - deyə H.Rəcəbli danışır. -
Çox diqqətlə hər birimizi dinlədikdən sonra mövqeyini açıqladı: «Siz
bilirsiniz ki, 14 ilə yaxın Azərbaycana rəhbərlik etmişəm.
Azərbaycanda birinci katib işlədiyim dövrdə respublikanın ən
hörmətli bölgəsi Lənkəran zonası idi... Mən zona deyəndə, bütün o
rayonları deyirəm, - oranın folkloru, mədəniyyəti, oranın ayrı-ayrı
mədəniyyət nümunələri dünyanın böyük-böyük ölkələrində nümayiş
etdirilirdi. O zaman biz Lənkəran teatrını yaratdıq».
Bu yığıncaqdan əvvəl avqustun 3-də Heydər Əliyevin xalqa,
xüsusilə bölgə əhalisinə müraciəti oldu: «Ə.Hümbətov və onun
ətrafındakı mafioz dəstələr öz çirkin niyyətlərini həyata keçirmək
üçün bir məsələni ortaya atmışlar: guya Talış Muğan Respublikasını
yaratmaq istəyirlər.
Azərbaycan Respublikasının o rayonlarında tarixən çox ziyalı,
mötəbər adamlar yaşayıb. Bu rayonlar, xüsusən Lənkəran və onun
ətrafında olan rayonlar Azərbaycanda ağayana bölgələr sayılıblar.
Orada həmişə qanun-qayda, nizam-intizam olubdur və həm orada,
həm də Azərbaycanın başqa yerlərində, xüsusən respublikanın
paytaxtı Bakıda bu rayonlardan çox mötəbər adamlar yaşayır, yüksək
dövlət vəzifələri tutur, elmdə, təhsildə, mədəniyyətdə böyük rol
oynayırlar...»
Onlardan birinə - Hadı Rəcəbliyə Heydər Əliyev çox məsul, həm
də mürəkkəb bir işin icrasını tapşırdı. Hadı Rəcəbli 1993-cü ildə
Ə.Hümbətovu icra hakimiyyəti binasından çıxarmaq, ona qarşı etiraz
mitinqinə toplaşan lənkəranlıları qanlı silahlı toqquşmadan xilas
etmək üçün Lənkərana yola düşdü.
O, H.Əliyevin tapşırığın necə yerinə yetirdiyini belə xatırlayır:
- Mənə bəlli idi ki, Lənkəranda baş verən proseslərdən Heydər
Əliyev bərk narahatdır.
1993-cü il avqustun 21-də A.Cəlilov mənə zəng çaldı və dedi ki,
Heydər Əliyev Lənkərandan olan, Bakıda vəzifədə çalışan bir neçə
şəxsi qəbul etmək, onlara tapşırıq vermək
366
istəyir. Mən tez bir zamanda bu qrupu təşkil etdim. Biz bir yerdə onun
qəbuluna getdik. Bu görüşdə cənub bölgəsində baş verən hadisələr
müzakirə olundu. Ortaya çıxan bu ağır bəlanın aradan qaldırılması
üçün təcili və ciddi tədbirlərin görülməsi planlaşdırıldı. Rəhbər bizə
rayona getməyi, bu işlərin həllinə yerində kömək etməyi tapşırdı. Biz
elə həmin gün gecə saat 4-də Lənkərana yola düşdük...
Ə.Hümbətov mitinqin başlanması ərəfəsində Bakıdan gələn, əslən
yerli hörmətli şəxsləri də qəbul etmək istəmirdi. Bütün cəhdlərimiz
boşa çıxırdı. Nəhayət, o, məni qəbul edəcəyi barədə bizə xəbər
göndərdi. Bir qədər sonra mən və Milli Məclisin deputatı Tapdıq
Kamalov onun «qəbuluna» düşə bildik. O bizə bildirdi ki,
lənkəranlılar arasında mənə qarşı əks-təbliğat aparılır. Lənkəran
əhalisi binanın qarşısındakı meydanda mitinq keçirmək istəyir. Mən
buna imkan verməyəcəyəm. Silahlı mühafızəçilərin onların
öhdəsindən asanlıqla gələcəklər.
Mən dedim ki, bunu eləmək olmaz. Dinc əhaliyə ediləcək silahlı
həmlələr çox ağır nəticələr verə bilər. Bu insanlar yaşadığın torpağın
övladlarıdır, səni, ətrafdakıları tanıyan adamlardır. Hələ biz onun
otağında olarkən izdihamın güclənməsi, silahlı əsgərlərin izdihamın
önündə tab gətirə bilməmələri barədə ona tez-tez xəbərlər gəlirdi. O,
əsəbi halda dedi: «Mən izdihamın qabağına tank çıxaracağam, nəyin
bahasına olursa olsun onları geri oturdacağam».
Mən və Tapdıq Kamalov Ə.Hümbətovu binadan çıxarmağa, gələn
ziyalılarla «Meşəçi» qonaq evində görüş keçirməyə çox böyük
çətinliklə razı saldıq. Ə.Hümbətov 12 nəfər cangüdəni ilə birlikdə
binadan çıxaraq həmin ünvana yönəldi. Elə bununla da məsələ həll
olundu. Mitinq iştirakçıları icra hakimiyyətinin binasını silahlı
dəstələrdən təmizləyib qanuni orqanın fəaliyyətini bərpa etdilər.
Amma qansız ötüşmədi. Şəhidlər oldu.
Azərbaycan xalqının sarsılmaz birliyinə zərbə vura biləcək
təhlükəli sindroma bu cür son qoyuldu. Heydər Əliyevin xalqa
müraciəti və xalqın ona dəstəyi öz sözünü dedi. Sonradan
Azərbaycanın bütövlüyü və müstəqilliyi naminə Lənkəran
hadisələrində şəhid olanlara Prezident Heydər Əliyevin fərmanı ilə
«Milli qəhrəman» adı verildi.
367
Oktyabrın 3-nə Azərbaycanda prezident seçkiləri elan edildi. Bu
ərəfədə 1993-cü il sentyabrın 20-də Azərbaycan Respublikası Ali
Sovetinin sədri Heydər Əliyev «Azərbaycan Respublikasının Müstəqil
Dövlətlər Birliyinə qoşulması haqqında» qərarı imzaladı. Bu çox
vacib siyasi sənədi - Heydər Əliyevin muncuq kimi düzülmüş öz
xəttilə yazdığı lakonik ifadəli mətni xatırladaq:
«Azərbaycan xalqının ali mənafelərini rəhbər tutaraq, eləcə də
Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyi iştirakçıları
dövlətlərilə tarixi əlaqələrini nəzərə alaraq, bu dövlətlərlə siyasi,
iqtisadi, elmi-texniki, mədəni və digər əlaqələrin inkişafı məqsədilə
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyinə qoşulsun.
2. Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyinin
kollektiv təhlükəsizlik haqqında müqaviləsinə qoşulsun.
3. Azərbaycan Respublikası Prezidentinə tövsiyə edilsin ki, bu
qərardan irəli gələn lazımi tədbirləri həyata keçirsin».
Sentyabrın 24-də Moskvada MDB dövlət və hökumət başçılarının
görüşü planlaşdırılırdı. Amma nəhəng ölkənin paytaxtında hakimiyyət
çəkişmələri səngimirdi. Prezident - parlament qarşıdurması kəskin
həddə çatmışdı, necə deyərlər, bıçaq sümüyə dirənmişdi. Sentyabrın
21-də Yeltsin Rusiya Federasiyası Xalq Deputatları Qurultayının və
Ali Sovetinin fəaliyyətinin dayandırılması haqqında fərman imzalayır.
Eyni zamanda Yeltsin Konstitusiyanı dəyişmək səlahiyyətlərini öz
üzərinə götürür. Hökumət evində işıq, rabitə kəsdirilir, su,
kanalizasiya xətləri bağlanır. Müasir tarixdə bir ölkənin öz
parlamentinin misli görünınəmiş blokadası başlanır; Moskva çayı
sahilində ucalan nəhəng binaya qarşı hücum hazırlanır.
Təbii ki, belə bir şəraitdə Boris Yeltsin MDB təmsilçilərinin
Moskvaya gəlməyəcəyini, sammitin pozulacağını və bunun
«prezidentin nüfuzuna bərk zərbə vuracağını» düşünərək təşviş
keçirirdi.
Lakin hamı uçub gəldi. Sentyabrın 24-də Heydər Əliyev Kremldə
Azərbaycanın MDB-yə daxil olması haqqında sənədləri
368
imzaladı. Yeltsin onu təbrik etdi, dostcasına gülümsündü: «Heydər
Əliyeviç, siz elə bil Kremldən heç getməmisiniz». Amma duyulurdu
ki, Boris Nikolayeviçin fikri-zikri qonaqlarda deyil, daha çox ayrı
qayğılarla yüklənib. «Gəliblər - xoş gəliblər, sağ olsunlar». Belarus
Ali Sovetinin sədri Stanislav Şuşkeviç həmkarlarının adından ev
yiyəsinə bəyan edir ki, «MDB dövlət və hökumət başçıları Prezident
Yeltsin tərəfındən keçirilən konstitusion islahatları dəstəkləmiş və ona
islahatların keçirilməsində uğurlar arzulamışlar».
RSFSR Ali Soveti son saatlarını yaşayırdı. Bu dəqiqələrdə
Kremldə artıq heç kim Konstitusiya haqqında düşünmürdü. Tutçev
demişkən, bu iqtidar öz haqqından savayı haqq tanımırdı... Onu belə
şəklə salan «öz keçmişi, ölkə və onun tarixi keçmişilə tam
üzülüşməsi» olmuşdu.
Azərbaycan Heydəri seçir
1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı Heydər Əlirza oğlu
Əliyevi Prezident seçdi.
Oktyabrın 4-də Moskvada isə bambaşqa «seçkilər» keçirildi -
Rusiya ordusunun tankları Rusiya Ali Sovetinin binasına atəş açdı...
Amerika televiziyası paytaxtın mərkəzində baş verən qırğından bütün
dünyaya reportaj yayımladı...
Yeltsin Əliyevdən fərqli olaraq, dövlət böhranından dinc,
konstitusiyaya uyğun çıxış yolu tapa bilmədi.
Təntənəli andiçmə mərasimi. Prezident Heydər Əliyev
həmvətənlilərinə təşəkkürünü bildirir, xalqın qarşısında öz böyük
məsuliyyətindən danışır:
- Azərbaycan Respublikası müstəqilliyini olduqca mürəkkəb bir
şəraitdə əldə etmişdir. Bizim üçün ən ağırı - Azərbaycanın beş ildən
artıq yaşadığı müharibə şəraiti, erməni silahlı qüvvələrinin bizim
ərazilərimizə qarşı təcavüzü, bu təcavüzün nəticəsində Azərbaycan
xalqının üzərinə düşən bəlalardır. Buna görə qarşımızda duran əsas
məsələ respublikanı muharibə vəziyyətindən çıxarmaq və
vətəndaşların həyatı üçün dinc şərait yaratmaqdır.
369
... Azərbaycanın dövlət rəhbərləri tərəfındən yol verilmiş kobud
səhvlər nəticəsində iyun ayında respublika vətəndaş müharibəsi
həddinə gəlib çatmış və bəzi bölgələrin ayrılmasının real təhlükəsi
yaranmışdır. Allaha şükür ki, bütün bu hadisələrin qarşısı alınmış, bir
sıra cinayətkar dəstələr ləğv edilmiş və respublika daxilində ictimai-
siyasi sabitliyin təmin edilməsi üçün şərait yaranmışdır.
Heydər Əliyev addım-addım Azərbaycanın yeni kursunu
müəyyənləşdirirdi. Qarabağda sülh yolunun axtarışları... Neft sazişləri
- gələn fəsildə bəhs edəcəyimiz «Əsrin müqaviləsi», xarici səfərlər -
Türkiyə, İngiltərə, Çin, Türkmənistan...
Xarici tərəfdaşları qarşılarında xilasedici kredit dalınca gəlmiş
minnətçi yox, bərabərhüquqlu müsahib görürdülər. Heydər Əliyev
Türkiyə parlamentində parlaq nitq söyləyir. Prezident Azərbaycanın
ötən yetmiş il ərzində elm, təhsil, mədəniyyət sahələrində əldə etdiyi
danılmaz nailiyyətlərdən söz açır, «Biz öz simasını, öz dilini, öz milli
ənənələrini qoruyub saxlamış bir ölkəyik», - deyə vurğulayırdı.
Türkiyənin Azərbaycan Respublikasının əsas iqtisadi tərəfdaşlarından
olduğunu bildirən Heydər Əliyev bununla yanaşı, Azərbaycanı Rusiya
və sabiq SSRİ-nin digər respublikaları ilə bağlayan çoxəsrlik siyasi və
iqtisadi əlaqələrin qırılmasının yolverilməzliyini də nəzərə çatdırırdı.
Onun fikrincə, söhbət eyni prioritetlərin o birilərlə əvəz edilməsindən
deyil, onların tarazlı uzlaşmasından gedə bilər.
Az qala 10 ilə bərabər olan, aramsız toqquşmalarla, çarpışmalarla
müşayiət olunan bu bir il Türkmənistana - MDB ölkələri başçılarının
Aşqabadda keçirilən iclasına səfərlə başa çatdı. Dekabrın 24-də
şuranın qapalı iclasında Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyev bəyanatla çıxış etdi:
- Ermənistan Respublikasının Azərbaycana qarşı az qala altı il
davam edən təcavüzü Azərbaycan xalqına saysız-hesabsız əzablar
gətirmişdir...
Prezident Dağlıq Qarabağ ərazisini tam nəzarət altına alan erməni
silahlı birləşmələrinin ardıcıl olaraq əməliyyatlarını genişləndirərək
muxtar vilayətin hüdudlarından kənarda Azərbaycanın bir sıra başqa
rayonlarını da işğal etdiyini nəzərə çatdırır. Milyona qədər
azərbaycanlı öz doğma ocaqlarından didərgin salınmışdır. İşğal
olunmuş ərazilərdən Ermənistana yüz
370
milyonlarla dollar həcmində ölçülən dövlət və özəl əmlak daşınır.
- Böyük təəssüflə qeyd etmək lazım gəlir ki, Azərbaycan
Respublikası 1993-cü ilin sentyabrında Müstəqil Dövlətlər Birliyinin
tamhüquqlu üzvü olandan və Kollektiv Təhlükəsizlik müqaviləsinə
qoşulandan sonra Ermənistan Respublikası nəinki öz təcavüzünü
dayandırmamış, əksinə, hərbi əməliyyatların eskalasiyası daha geniş
miqyas almışdır.
Azərbaycan Prezidenti bütün MDB məkanında siyasi vəziyyətin
sabitləşdirilməsinə yönəldilmiş ikitərəfli və çoxtərəfli razılaşmalar
sistemi yaratmağı təklif etmişdir.
O, dövlət başçılarına üz tutaraq təkidlə Ermənistan
Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə siyasi
qiymət verməyə; təcavüzkar Ermənistanı Azərbaycana qarşı hərbi
əməliyyatlara son qoymağa; Ermənistanın silahlı qüvvələrinin bütün
bölmələrini Azərbaycan Respublikası ərazisindən dərhal çıxarılmasını
qətiyyətlə tələb etməyə çağırır...
30 sentyabr 1994-cü il, Nyu-York
Azərbaycan Prezidenti BMT Baş Məclisində çıxış etməlidir.
Birləşmiş Millətlər Təşkilatının baş katibi Butros Qali Heydər Əliyevi
bütün dünyanın tanıdığı göydələn binanın giriş salonunda qarşılayır;
protokol qaydalarına müvafıq olaraq BMT və Azərbaycan bayraqları
önündə fotoşəkillər çəkdirilir; Baş katib qonağı iclas salonuna ötürür.
Müstəqil Azərbaycanın tarixində onun başçısı ilk dəfə olaraq belə
yüksək kürsüdən çıxış edir...
Onun vətəndə baş verən qanlı hadisədən hələ xəbəri yoxdur.
Bakıda respublika Ali Məclisinin sədr müavini Afıyəddin Cəlil oğlu
Cəlilov və AR Prezidenti yanında Xüsusi Mühafızə İdarəsinin rəisi,
təhlükəsizlik xidmətinin veteranı, polkovnik Şəmsi Nuru oğlu
Rəhimov muzdlu qatillərin hədəfinə çevrilərək vəhşicəsinə qətlə
yetirilmişlər.
Oktyabrın birində onları son mənzilə yola salırlar... Fəxri qarovul,
dövlət və hökumət təmsilçiləri, insan axını. Kədərli baxışlar, ağır
itkinin acısı içində, təmkinin üstələdiyi bir qəzəb
371
işartısı da közərir - Azərbaycanı ağ günlərə çıxarmaq istəyən insanlara
qənim kəsilən qara qüvvələrə qarşı qəzəb...
Heydər Əliyev uzaq Nyu-Yorkdan zəng vurub həlak olanların
qohumlarına, yaxınlarına, bütün Azərbaycan xalqına başsağlığını
çatdırmağı xahiş edir, matəm mərasimində iştirak edə bilmədiyinə
görə çox təəssüfləndiyini bildirir. Dövlət başçısı Amerika səfərində
olduğu zaman daha bir qanqaraldan, düşünülmüş təxribata dəlalət
edən hadisə də baş verir - MTN təcridxanasından dustaqlar qaçırlar
(ya qaçırdılırlar)... Bütün bunlar onu göstərir ki, Azərbaycana
yönəlmiş düşmən qüvvələr hələ mövcuddur və onlara qarşı ciddi
mübarizə aparmaq lazımdır.
«Mən xalqa arxalanıram»
Bəli, bu iki qətl də, dustaqların qaçması da Azərbaycanı qarşıda
gözləyən «silsilə» bəlaların başlanğıcı idi. Bu hadisəyə seyrçi qalmaq
olmaz, ciddi və düşünülmüş tədbirlər görülməli, təxribatların qarşısını
almaq üçün müvafıq və təxirəsalınmaz əməliyyatlar həyata
keçirməlidir.
Oktyabrın 3-də vətənə qayıdan Prezident Bakıda fövqəladə
vəziyyət elan edilməsi haqqında fərman imzaladı. O da bəlli oldu ki,
Heydər Əliyevin özünə qarşı da sui-qəsd hazırlanırmış. Azadlıq
meydanına mitinqə yığışan yüzminlərlə bakılı, başqa şəhər və
qəsəbələrdən gələn sakinlər Prezidentin dilindən bu acı həqiqəti də
eşitdilər. Onun həmişəki kimi qətiyyətli, sərrast, təmkinli nitqində
daxili təlatümdən, ürək yanğısından irəli gələn kövrək, məhrəmanə
çalarlar da vardı.
- Hörmətli həmvətənlilər, əziz bacılar və qardaşlar! Sevimli
Azərbaycan xalqı!
Son günlər Azərbaycanın həyatında mürəkkəb hadisələr baş
vermiş, cəmiyyətimiz çox gərgin vəziyyətə düşmüşdür. Bununla
əlaqədar olaraq mən Azərbaycan xalqına dəfələrlə müraciət etmişəm.
Müstəqil Azərbaycan dövlətinin qorunması üçün Azərbaycan
xalqından ayağa qalxmağı rica etmişəm. Mən xalqa həmişə ümid
bəsləmişəm, həmişə də xalqa güvənmişəm. Odur ki, bu günlərdə
Azərbaycan xalqı öz sıx birliyini, həmrəyliyini bir daha nümayiş
etdirib, bir daha bildirib ki, milli
372
azadlığa nail olan Azərbaycan xalqı yenilməzdir, mətindir,
cəsarətlidir...
Üç gün bundan qabaq Azərbaycan polisinin Xüsusi Təyinatlı
Dəstəsinin bəzi qrupları tərəfındən qanunsuz hərəkətlər nəticəsində
törədilmiş silahlı qarşıdurma sülh yolu ilə dayandırıldı. Halbuki
vəziyyət son dərəcə gərgin idi. Mən başa düşürdüm ki, bu cavanları
çaşdıran, yanlış yola sürükləyən qüvvələr var, onları öz əllərində alətə
çevirib idarə edərək, bədxah və düşmən məqsədlərini güdən qüvvələr
var. Biz hər şeyi qaydaya salmaq üçün xeyli səylər göstərdik, çox vaxt
sərf etdik. Və qaydaya qoyduq!
... Sizə məlumdur ki, ötən ilin payızında Bakıda mənim həyatıma
sui-qəsd hazırlayan terrorçu qruplaşma yaxalanımışdır. Bu
qruplaşmanın üzvləri cinayət törətdikləri məqamda yaxalanmışlar.
Xalq Cəbhəsindən bəzi adamlar, Türkiyə vətəndaşı Həsən Tokunu
aldadaraq, buraya gətirmişdilər ki, mənim həyatıma sui-qəsd etsin.
Lakin müəyyən qüvvələr bu terrorçuların mühakimə edilməsindən
nəticə çıxarmamış və buna görə də yenə terrora əl atmaq istəyirlər.
Şübhə etmirəm ki, xalqımız buna yol verməyəcək. Lakin qoy xalq onu
da bilsin: mən var qüvvəmlə Azərbaycanın müstəqilliyi, vətənimizin
suverenliyi, torpaqlarımızın bütövlüyü naminə çalışmışam və məni
terrorla qorxutmaq və geriyə çəkilməyə məcbur etmək olmaz.
Bu gün böyük təəssüf hissilə demək istəyirəm ki, həyatıma qəsd
edən terrorçulardan bəziləri Kələki kəndində gizlənirlər. Onlar sabiq
prezident Əbülfəz Elçibəyin ətrafına toplaşıblar. Mən Əbülfəz
Elçibəyin Azərbaycanın milli azadlığı uğrunda mübarizəsində
xidmətlərini yüksək qiymətləndirirəm. Lakin təkrar edirəm, heç kim
silaha, terrora əl atmamalıdır. Bütün silahlı dəstələr tərk-silah
olunmalıdır. Buna görə mən bu gün siyasi terror yolunu seçmiş
insanlara nifrətimi bildirirəm və bütün xalqı onları ifşa etməyə
çağırıram.
Bu həyəcanlı dövrdə Prezident iki dəfə Gəncə haqqında danışmalı
oldu. Birinci dəfə səhərə yaxın Prezident Sarayı qarşısında toplaşan on
minlərlə həmvətənlilərinə üz tutanda. Ona həyan duran xalqa
minnətdarlığımı bildirdi:
- Bir müdrik atalar sözü var: güc birlikdədir. Heç kim, heç bir
qüvvə xalqın gücünə qarsı dura bilməz. Və mən xalqa sizə
arxalanıram, əziz Azərbaycan vətəndaşları! Sağ olun!..
373
Və sonra Gəncədə silahlı dəstələr tərəfindən şəhər və rayon icra
hakimiyyətinin binalarının, hava limamnın, dəmiryol vağzalının,
MTN idarəsinin zəbt edildiyini söyləyib, qeyd etdi:
- Lakin onlar xalqın və dövlətin qarşısında böyük səhv etmişlər.
Onların himayədarı da günah işlətmişdir. O anlamalıydı ki,
Azərbaycanın belə ağır günlərində bunu etmək olmazdı.
O, indiyədək ona göstərilən hörməti başa düşmədi. Lakin sizə
məlumat verə bilərəm ki, Gəncədə sağlam qüvvələr ayağa qalxıblar.
Onlar Azərbaycan dövlətçiliyinə qəsd edən hər bir kəsi cilovlayır,
yaxalayırlar. Yəqin, indi Gəncə əhalisi məni televiziya ilə dinləyir.
Mən onları Bakıdan salamlayıram, gəncəlilərə öz hörmət və
ehtiramımı ifadə edirəm. Onların düşmən qüvvələrini dəf edəcəyinə
inamımı bildirmək istəyirəm.
Qiyamçıların havadarlarının kimliyini Prezident hələ ki
açıqlamamışdı.
Onun xalqa daha bir müraciətindən:
- Gəncə ilə əlaqə yaratmaq çox çətin idi, çünki bütün xətlər
zədələnmişdi. Mən baş nazir Surət Hüseynova zəng vurdum.
Bildiyiniz kimi, o, əslən gəncəlidir, orada onun tərəfdarları, ona tabe
olan silahlı qüvvələr var (təəssüf ki, bu qeyri-qanuni silahlı
qüvvələrdir). Gəncədə baş verənləri dedim. Surət cavab verdi ki, ona
bu barədə heç nə məlum deyil, araşdıracağına söz verdi. Bir müddət
sonra mən yenə ondan bu məsələ ilə məşğul olmağı xahiş etdim. O
cavab verdi ki, Gəncədə baş verən pozğunluqlar Xüsusi Təyinatlı
Polis Dəstəsi tərəfmdən törədilib.
Daha sonra mən məlumat aldım ki, bu, XTPD deyil, qeyri-qanuni
silahlı dəstələrdi və onlara Surət Hüseynova yaxın ayrı-ayrı şəxslər
rəhbərlik edir. Həmçinin məlumat gəldi ki, Nazirlər Kabinetində Surət
Hüseynovun yanında işləyən adamlar, Gəncəyə yollanıb, baş verən
hadisələrə rəhbərlik edirlər. Bunu öyrənib mən Surət Hüseynovu
çağırdım ki, birlikdə hər şeyi aydınlaşdıraq. Lakin əfsus ki, o gəlmədi.
Sonra onunla telefonla əlaqə saxlaya bilmədim. O, mənə artıq
televiziyada çıxışımdan sonra zəng vurdu. Mən ona bildirdim ki, belə
hərəkətlər yolverilməzdir. Axı, bir yerdə, bir dövlətdə işləyirik.
Dövlətdə rəhbər vəzifə tutan şəxs dövlət çevrilişində iştirak edə
bilməz. Buna görə də onu yenə yanıma dəvət etdim. Amma o bu dəfə
də gəlmədi. İndi o mənim yanımdadır.
374
Mən hər şeyi açıq deyirəm. Heç nəyi gizlətmirəm, belə hərəkətləri
pisləyirəm. Belə şey aramızda olmamalıdır.
Gəncədə baş verən hadisələrin davamının qarşısını almaq üçün
dünən axşam əməliyyata başlayan ordunun qüvvəsindən istifadə
etməli olduq. Nəticədə, cinayətkarlar tutulmuşlar...
Məhkəmə oldu, Surət Hüseynova ömürlük həbs cəzası verildi.
Hadisələri qabaqlayaraq məlumat verək: 2004-cü il martın 17-də
Prezident İlham Əliyev onu əfv etdi. Azadlığa çıxan Surət Hüseynov
Heydər Əliyevin məzarını ziyarət edərək onun ruhu qarşısında üç dəfə
baş əydi. Həyatda belə tövbələr də olur...
Yuri Konstantinoviç Şafranik 1993-1996-cı illərdə Rusiyanın
yanacaq və energetika naziri olmuş, son illərdə dövlətlərarası «Soyuz
nefteqaz» şirkətinə və Rusiyanın Ali Mədənçilik Şurasına başçılıq
etmişdir. Onun Heydər Əliyevlə yaxın ünsiyyəti Azərbaycanın o
böhranlı, taleyüklü illərinə təsadüf edir.
- Bu səviyyəli dövlət xadimləri, - deyə Yuri Şafranik Əliyev haqda
öz mülahizələrini söyləyir, - ölkəsinin ali mənafelərini üstün tutaraq
hərəkət edirlər. Müasirlərinə nələrsə səhv görünür, o isə illəri
qabaqlayıb gələcəyə baxaraq, yeganə düzgün yolu seçir. Bir çox tarixi
paralellər gətirmək olar... Den Syaopin deyirdi ki, Çində
yenidənqurma yüz il sürəcək. Bununla belə, siyasi struktur, siyasi
seçim şübhə altına qoyulmur. İqtisadiyyatda isə neyləyirsən elə, təki
rifah olsun. Müdrik Den obrazlı düşünürdü: pişiyin nə rəngdə olduğu
vacib deyil, təki siçan tuta bilsin. Mən bir cavan adam kimi
çiyinlərimi qısıb fikirləşirdim: yenə bu çinlilər bir hoqqa çıxarıblar.
Amma müəyyən zaman ötdükdən sonra necə müdrik hərəkət etdikləri
aydın olur. Onlar öz «böyük sıçrayış»larından ibrət dərsi almışlar, biz
isə - yox. Biz iqtisadiyyatın 500 günə dəyişiləcəyinə inandıq. Mən
burada Əliyevin fövqəladə şəraitdə necə ölçülüb-biçilmiş, tarazlı,
düşünülmüş hərəkət etdiyini göstərmək üçün Azərbaycanla paralel
aparıram. Kənardan bu şəraiti təsəvvür etmək mümkün deyil. Onun
yanında olmaq gərəkdir ki, hansı zamanda necə siyasətçi olduğunu
dəyərləndirəsən. Və bu gün də bu hələ dərk edilməyib. Sizi
inandırıram, o zamanlar - 93-cü, 94-cü illərdə çətin ki, Rusiya
nazirlərindən biri Bakıya gələydi.
375
Olsa-olsa, hərbçilər gələ bilərdilər. Əgər gəlməmişdilərsə, bəs
Moskvada oturub Bakıda, Azərbaycanda nə etmək lazım gəldiyi
barədə necə hökm çıxara bilərdilər?
On ildən çox vaxt keçdi. Adama elə gəlir, lap az müddətdir, amma
bu böyük bir dövrdür; zaman hər halda hadisələri kölgədə qoyur.
Yada salın: Azərbaycanla Ermənistan arasında sadəcə münaqişə deyil,
müharibə gedir. İnsanlar amansızcasına vuruşurlar. Hissələr hücum
edir, geriyə çəkilir. Bakıda bir milyondan çox qaçqın. Əsasən şəhər
yaşayışına öyrəşməmiş dağ rayonlarının kəndliləri. Külfətlərin
dolanışığı yoxdur. Zavodların hamısı dayanıb. Sovet dövründə ölkə
üçün neft-qaz avadanlığının yetmiş faizi Azərbaycanda istehsal
olunurdu. 1992-1993-cü ildə bu, sıfıra endi. Neft hasilatı səngidi.
Müharibənin ucbatından ölkə tam təcrid olundu. Daxildə - Xalq
Cəbhəsi, bir-biri ilə çəkişən partiyalar. Prezident qaçıb, küçələrdə ara
qarışıb, məzhəb itib. Mən özümü Heydər Əliyevin yerində təsəvvür
edirdim. Bəs mən olsam necə hərəkət edərdim? Onda da, indi də deyə
bilərəm: Əliyev o vəziyyətdə 100-dən 100-ü «vururdu». Bax, gərək,
olanda da belə siyasi snayper olasan! Mən sonralar diqqətlə izləyirdim
və fıkirləşirdim ki: əcaba, görəsən o, hər şeyi doğrudanmı bunca
sərrast hesablaya bilir? Həsəd apararaq izləyirdim. Və deyə bilərəm:
onun hərəkətlərində bircə səhv də tapmadım. Mən Bakıya gəlirdim,
özümə qarşı səmimiyyət və etibarla rastlaşırdım, sadəcə Şafranik kimi
yox, Rusiya naziri kimi. O, əlbəttə, mənim vasitəmlə Rusiya
rəhbərliyinə bəzi mətləbləri dolayı yolla çatdırmağa çalışırdı: bax,
mən bir qəsdin üstünü açdım, o birisinin də... Bəli, bunları cürbəcür
qavramaq olar. Siyasi mübarizə kimi də, rəqibləri sıxışdırmaq kimi
də... Yaxşı sual olunur, məqsəd nədir? Bu, sabitliyə gətirib çıxardımı?
Bunun sayəsində müharibə sona yetdimi? Bakı iki ildən sonra
başqalaşdımı, dəyişdimi? Bəli.
... O vaxtlar, əgər Əliyevin yerində başqası olsaydı, mənə elə gəlir
ki, ümumiyyətlə, ölkədə fovqəladə vəziyyət tətbiq edərdi. Və necə
deyərlər, hərbi dövrün qanunlarıyla hərəkət edərdi ki, Azərbaycan
qorunub saxlanılsın, müharibə dayandırılsın, sabahkı günə inam
qaytarılsın, iqtisadiyyat dirçəldilsin. Əliyev bunları iki-üç ilə yoluna
qoymağa nail oldu. Özü də, vurğulayıram, siyasi vasitələrlə.
376
İlk görüşlərimizi xatırlayıram. Heydər Əliyeviç Xalq Cəbhəsinin
təmsilçilərini də, başqa siyasi təşkilat və hərəkatların liderlərini də
yanında otuzdururdu. Mən bu insanlara baxırdım və anlayırdım ki,
onlar Əliyevlə müqayisədə, Azərbaycanın qarşısında duran vəzifələrlə
müqayisədə - heç kimdirlər. Onlar «mitinq adamlarıdır!»
*
O isə onları
mənimlə apardığı bütün danışıqlara dəvət edir, onların rəyini
soruşurdu... Mən onda Surət Hüseynovu da görürdüm, heç kəsi
qaralamaq istəmirəm, amma sadəcə olaraq, bu, tərbiyə, düşüncə
səviyyəsi baxımından iki tamamilə fərqli dünya idi... O ən mürəkkəb
dövrün içindən keçirdi, cəmiyyətdə hansısa bir dayaq yaradırdı.
... Mən heç kimi idealizə etmək niyyətində deyiləm, ümumiyyətlə,
mənim uşaqlıqdan kumirlərim olmayıb. Lakin belə miqyaslı
şəxsiyyətlər qarşısında müəyyən mənada baş əyirəm. Heydər Əliyev
onların sırasındandır. O, tarixin ən çətin sınaq dönəmində ən mühüm
işləri görmüşdü. Belə ki, yaradanın özü onu məsləhət bilib
Azərbaycana bəxş etmişdir.
Rusiya naziri Şafranik, o zaman - Azərbaycanın öz vəziyyətini
kökündən dəyişmək üçün nə kimi ehtiyatları var? - sualıma belə cavab
verir: - Neft! Deməli, tərəfdaşlar tapılmalı və neft layihələrinə
başlanılmalıdır.
Şafranik düşünür:
- Bəs Rusiyanın mənafeyi nədən ibarətdir? - Bu layihəyə qadağa
qoymaqmı? Əlbətə, yox. Məsləhətləşərək birgə işləmək. Boru
kəmərləri bizim ölkəmizdən keçir, Azərbaycan neftçiləri çoxdandır
bizdə çalışırlar. Bizimkilər də orada fəaliyyət göstərirlər. Yəni burada
anlaşılmayan nə məsələ var ki?
Məsələ bizcə, siyasi iradədədir. Azərbaycana və özümüzə pay
müəyyənləşdirmək üçün yardım göstərməkdə. Mən başqa, daha ali
mətləblərdən danışmıram. Hətta bircə elə bu vektor yetər ki, çözümə
başlanılsın. Zaman göstərdi ki, Rusiyanın milli maraqlarını qoruyan
bir nazir kimi mən haqlı idim. Və
*
Əlbəttə, Y.Şafranikin emosional təsvirindən çıxış edərək «mitinq adamları»
üzərindən qara xətt çəkmək haqsızlıq olardı və yüzminlərlə soydaşımızın qoşulduğu
toplantılarda, yanlış, kortəbii, siyasi cəhətdən çiy çağırışlarla yanaşı, xalqımızın məlum
zamandakı ovqatı, istəyi haqlı etiraz tələbləri və qəzəbi ifadə olunurdu (müəlliflər).
377
bilirsinizmi, bu, qəlbimi isindirir. Mənə bütün sabiq müttəfıq
respublikalar, o cümlədən Ermənistan da əzizdir... Biz bir böyük
ölkədə tərbiyə almışıq, boya-başa çatmışıq... Mən necə Ermənistanı
sevməyə bilərəm?!
*
Orada zəlzələ baş verəndə neçə-neçə neft-qaz inşaatçımız orada
olmuş, bəlaya düçar olanlara kömək etmişdi.
Amma Rusiya maraqları nisbətində danışsaq, mən ictimai rəyə
baxmayaraq, Rusiya xarici işlər naziri Kozırevin mövqeyinə
baxmayaraq, hərəkət etmişdim. Zaman ötəndən sonra deyə bilərəm ki,
Əliyevin və bir nazir kimi mənim hərəkətlərim ziddiyyət təşkil
etmirdi. Mən yeni şəraitdə Rusiya maraqlarına aid öz düşüncəmdən
çıxış edirdim.
Yuri Konstantinoviç Şafranik Azərbaycanda, Xəzərdə, Cənubi
Qafqazda Rusiya maraqları ilə bağlı müxtəlif yanaşmaları
səciyyələndirmişdir.
Bu barədə gələn fəsildə daha ətraflı danışacağıq.
*
Y.Şafranik burada çox yaralı, çox incə mətləbə toxunur və yeri gəlmişkən, qeyd
edək ki, daşnak ideologiyasına uyan, millətçilik azarına düçar olmuş və xalyımıza qarşı
XX əsrin sonlarında növbəti dəfə saysız fəlakətlər gətirən yaxın qonşumuz olan millətə
Azərbaycan xalqının tarixən bəslədiyi münasibətdə, bütün qan-qadalara baxmayaraq,
daima barış, əmin-amanlıq, dinc yaşam istəyi, insani dəyərlər üstün olmuşdur və indi də
belədir; Azərbaycan xalqının mentalitetinə hər hansı milli ayrı-seçkilik yaddır; bu cəhət
qədim «Əsli və Kərəm» dastanlarımızda, Mirzə Cəlilin «Kamança» əsərində də,
M.Ə.Sabirin «Beynəlmiləl» şeirində, N.Nərimanovun «Bahadır və Sona» romanında
C.Cabbarhnın «1905-ci ildə» pyesində də özparlaq əksini tapmışdır (H.Mirələmov).
378
X fəsil
Dostları ilə paylaş: |