AZƏRBAYCAN NEFTİ DÜNYA SİYASƏTİNDƏ
Əgər neft kraliçadırsa...
Etiraf edək ki, biz bu fəslin başlığında Heydər Əliyevin formulunu
təkrarlamışıq. Hələ 1994-cü ildə o, Odlar Yurdunun neft sənayesınin
ən qədim zamanlardan bu günədək tarixini onun ibrətlərini və
perspektivlərini əhatə edən çoxcildli «Azərbaycan nefti dünya
siyasətində» adlı toplu haqqında düşünürdü. Bu əsərin buraxılması o
zaman Azərbaycan Dövlət Neft Şirkətı sədrinin birinci müavini İlham
Əliyevə tapşırılmışdı. Bu gün demək olar ki, Azərbaycanın yeni neft
siyasəti və onun tarixən araşdırılması paralel aparılmışdır. Və bu,
Prezidentin siyasi, iqtisadi və sosial baxımdan heyrətamiz dərəcədə
dəqiq düşünülmüş kəşfıdir.
Keçmiş zamanlarda atəşpərəstlər Bakı neftinə səcdə etmışlər. XIX
əsrin sonlarında bir naməlum uzaqgörən yazırdr «Kiçicik məbədi
işıqlandıran neft indi bütöv bir imperiyanın hüdudlarını işıqlandırır və
vaxt gələcək ki, o, dünyanın yarısını ışıqla və ıstıliklə təmin edəcək».
Krallar və çarlar, prezidentlər və şeyxlər, bankirlər və avantüristlər
neftə pərəstiş edirlər. Neftdən ötrü dövlətlər və siyasətçilər çarpışmış
və çarpışmaqdadırlar.
1918-ci ildə Britaniyada çıxan «Yaxın Şərq» adlı iqtisadi dərgı
yazırdı: «Bakının neft aləminin tayı-bərabəri yoxdur. Əgər neft
kralıçadırsa, Bakı onun taxtıdır». Taxta yiyələnmək ıddıasında olanlar
çox idi - İngiltərə, Almaniya, Türkiyə 1920-cı ıldə Qızıl Ordu
hamısını qabaqladı.
379
... 1942-ci il aprelin 20-də alman generalları Adolf Hitlerə Xəzər
dənizi və Bakının mənzərəsini əks etdirən bir tort təqdim etmişdilər.
Həmin günlərdə Almaniya silahlı qüvvələri sovet-alman cəbhəsinin
cənub cinahında həlledici hücuma hazırlaşırdılar.
Mayın ortalarından Sovet informasiya bürosu xəbərlərini Xarkov
və Kerç istiqamətlərində gedən döyüşlərdən başlayırdı. Sonra Kerç
xəbərlərdə səslənmədi. Neçə il ötəndən sonra Acımuşkayda
katakombalarda zəhərləyici qazlardan boğulan, aclıqdan, susuzluqdan
üzülərək son nəfəsinədək vuruşan yeraltı qarnizonun hünərindən xəbər
tutduq. İyunun 3-də, 250 gün davam edən qəhrəmancasına
müdafiədən sonra sovet qoşunları Sevastopolu tərk etdilər. Müharibə
tədricən cənuba doğru irəliləyirdi.
Rostov, Bataysk, Krasnodar istiqamətləri... Dünya sovet Şərqindən
gələn məlumatları intizarla izləyirdi. Amerikanın «Assoşieyted press»
agentliyinin Moskvadakı müxbiri cənab Kessidi SSRİ Xalq
Komissarları Sovetinin sədri İ.V.Stalinə müraciət edir:
- Sovetlərin müqavimət qabiliyyətini necə qiymətləndirirsiniz?
- Mən düşünürəm ki, alman quldurlarına qarşı sovetlərin
müqavimət qabiliyyəti öz gücü etibarilə faşist Almaniyası, yaxud
hansısa digər təcavüzkar dövlətin özünün dünyaya ağalığını təmin
etmək qabiliyyətindən heç də az deyil bəlkə də üstündür.
Cəbhə geriləyirdi. Sovet İttifaqı marşalı K.Ş.Moskalenko
xatirələrində qeyd etdiyi kimi, «döyüşçü qrupları deyil, batalyonlar,
alaylar, diviziyalar, yəni komandirlərlə və qərargahlarla idarə olunan
ordular geriyə çəkilirdilər... Ağır düşüncələr ürəyi yandırırdı. Amma
acizlik, ya da məhkumluq hisslərindən əsər-əlamət yox idi. Əvvəlki
tək düşmənin darmadağın ediləcəyinə, qələbəmizə möhkəm, sarsılmaz
inam yaşayırdı».
1942-ci il, avqustun 1-i. 383-cü atıcı şaxtaçı diviziyasının hərbi
əməliyyatlar jurnalından: «... komendant rotasınadək bütün ehtiyat
qüvvələr döyüşə atılıb». Avqustun 2-si. «Düşmənin müdafıəni yarmaq
cəhdi baş tutmadı. 16.00-da düşmən sağdan 691-ci atıcı alayı
yanlayıb, iki batalyona qədər qüvvəylə üçüncü batalyonun
müqavimətini qırmışdı. Adamlar ölümdirim
380
savaşına girişmişdilər. Şəxsi heyətin əksəriyyəti qəhrəmancasına həlak
oldu. Baş pulemyotçu dəstəsi tamamilə qırıldı. Pulemyotların arxasına
keçən komanda heyətinin aqibəti də elə oldu. Batalyondan tək-tük
adam qaldı».
Həmin cəbhə xəttində əsasən Azərbaycan döyüşçülərindən təşkil
olunmuş 416-cı atıcı diviziya da vuruşurdu. Bir il sonra, müharibə
Qərbə doğru istiqamətlənəndə, bu diviziya Taqanroqun azad olunması
uğrunda gedən döyüşlərdə fərqlənəcək və Taqanroq atıcı diviziyası
adlandırılacaq. Müharibədən çox-çox sonra bir zamanlar Böyük
Pyotrun göstərişi ilə Azov dənizi sahilində salınmış bu şəhərdə
H.Əliyevin təşəbbüsü ilə qəhrəman döyüşçülərin şərəfinə möhtəşəm
bir abidə ucaldıldı. Və o həmin abidənin açılışında iştirak etdi.
Qırx ikinci ilin yayında isə, əsli bakılı olan İttifaq Neft Sənayesi
Xalq Komissarının müavini Nikolay Baybakov Kubanda neft
buruqlarının partladılması ilə məşğul olurdu.
- Yoldaş Baybakov, - ona bu tapşırığı verən Stalin deyirdi, - Hitler
Qafqaza can atır. O elan edib ki, Qafqaz neftini ələ keçirməsə
müharibəni uduzacaq, almanların əlinə bir damla da neft keçməməsi
üçün hər şey edilməlidir, - və daha sərt səslə vurğulayırdı, - nəzərə
alın ki, almanlara bircə ton neft də qoyub getsəniz, biz sizi
güllələyəcəyik.
Bir qədər susub əlavə etdi:
- Amma mədənləri vaxtından əvvəl ləğv etsəniz və onları almanlar
ələ keçirməsə, biz yanacaqsız qalsaq, onda yenə də sizi
güllələyəcəyik.
Cavan narkom müavininin onda 30-dan azca artıq yaşı vardı.
Özündə cürət tapıb yavaşdan:
- Axı siz mənə heç bir seçim qoymursunuz, yoldaş Stalin, - deyir.
İosif Vissarionoviç var-gəl edərək, onun yanında dayanıb əlini
qaldırır, barmağıyla gicgahını yüngülcə döyəcləyir...
Kuban ərazisindəki neft buruqları ən son saatlaradək işlədilirdi.
Bakı həndəvərində isə elliklə müdafıə xətləri qurulurdu, ağır iş
növbəsindən sonra neftçilər, tələbələr, məktəblilər, evdar qadınlar
gəlirdilər və beldən, külüngdən yapışırdılar. Xoşbəxtlikdən, bu
istehkam xətti döyüş meydanına çevrilmədi. Atəş açan yalnız
mədənləri qoruyan zenit topları idi.
381
İllər ötdü. Haçansa məxfı əmrlər arxiv sənədlərinə çevrildilər.
Faşist direktivləri qalaqlarında 45 saylı, 1942-ci il, 23 iyul tarixli bir
sənəd də tapıldı:
«A» qrupu ordularının ən yaxın vəzifəsi Don çayının o tayına
keçərək, Rostovdan cənub və cənub şərq tərəfdəki rayonda düşmən
qüvvələrinin mühasirəyə alınması və məhv edilməsidir». «A» ordular
qrupu «ən yaxın vəzifəsini» yerinə yetirə bilmədi. Bizim hissələr
Şimali Qafqaza doğru çəkildilər.
Bir maraqlı detal, 1942-ci il sentyabrm 9-da «A» ordular qrupuna
komandanlığı Adolf Hitler öz üzərinə götürdü. Əvvəlki komandanı,
general-feldmarşal Listi kənarlaşdırıb «A» qrupunun Qafqaz
əməliyyatlarının Stalino (indiki Donetsk) şəhərində yerləşən qərargahı
vasitəsilə idarə etməyə başladı. Ertəsi günü Vinnitsa yaxınlığındakı
«Vervolf» qərargahından Hitler Tuapse istiqamətində hücuma
keçmək, Qara dəniz sahilini tutmaq haqqında əmr verir. Lakin artıq
hadisələr dəyişirdi. Stalinqrad ətrafında da, Qafqazda da hadisələr
başqa planda cərəyan edirdi. Berlində şirniyyatçılara tortun üzərində
Xəzərin və Bakının cizgilərini həkk etməyi tapşırmış cənablar
tələsmişdilər...
Böyük Vətən müharibəsi illərində Azərbaycan neftçiləri 75 milyon
tona yaxın neft çıxarmış, 22 milyon ton benzin hasil etmişdilər.
Azərbaycanın ümumittifaq hasilatında payı 71,4 faiz təşkil etmişdir, o
cümlədən aviasiya benzini 80 faiz, avto-nəqliyyat yağları 95 faiz
nisbətində olmuşdur. Sovet tankları qələbəyə doğru Bakı yanacağı
vasitəsilə cəbhə yollarını qət edirdilər.
21 aprel 1971-ci il, Bakı
Həmin gün paytaxtda, mübaliğəsiz demək olar ki, «Azərbaycanın
tarixində, Sovet İttifaqının neft sənayesinin tarixində baş vermiş
əlamətdar hadisəyə respublika mədənlərində neftin milyardecı
tonunun hasil olunmasına həsr edilmiş təntənəli yığıncaq keçirilirdi.
Fotoşəkillərə baxırıq: salonda ön cərgələrdə - sinəsi qızıl ulduzlu,
ordenli, medallı neftçilər; kürsüdə çıxış edən Heydər Əliyev; səhnə
üzərini bəzəyən kompozisiya; neft
382
buruğu; «qara qızıl» hasilatının mübarək həddini göstərən nəhəng
rəqəm.
Aydındır ki, «milyard» bir qədər şərti rəqəm idi. Hasilatın dəqiq
qeydiyyatına yüz il öncə, yataqların sənaye üsulu ilə işlədilməsinə
keçəndən etibarən başlanmışdır. Lakin ondan əvvəllər, ötən əsrlər
boyu nə qədər neft çıxarıldığını kim bilir; axı Xəzər sahillərində -
Bakıda hələ eramızdan çox-çox əvvəl də «qara qızıl» çıxarılmışdır.
«Qara» deyəndə, bu əlamətə görə yeraltı sərvətin dəyəri kiçilmir.
Tacirlər, səyyahlar çoxdan bəri «ağ neft»dən söz açır və onu yüksək
dəyərləndirirdilər. Öz məşhur lüğətində Vladimir Dal qeyd edirdi: neft
müxtəlif rənglərdə olur: ağ rəngdə -ağ neft, çox duru olur; tünd qonur,
qara rəngdə, qətran kimi qatı, nəhayət, bərk şist (lay-lay quruluşlu
süxur - müəlliflər) halında. Neft qaynaqları (Dal necə dəqiq ifadə
seçib - yenə müəlliflər) vulkanik süxurlar olan torpaqlarda, məsələn,
Bakı ətrafında tapılır və orada «axıdılıb yığılması üçün neft quyuları
qazılır».
1880-ci ildə Dmitri İvanoviç Mendeleyev Bakıdan yazırdı:
«... İndiyədək burada olduğu qədər zəngin neft heç yerdə yoxdur. Mən
Pensilvaniyada olmuşam və oradakı mədənləri görmüşəm. Tam
əminliklə deyə bilərəm ki, burda şübhəsiz, neft qat-qat çoxdur və onu
çıxarmaq xeyli asandır».
Əliyevin dərsləri
Heydər Əliyev də Azərbaycanın yeni neft strategiyasını
düşünərkən işgüzar, təcrübəli adamlara ümid bəsləyirdi. Belələrinin
arasında öncə Natiq Ağaəmi oğlu Əliyevin, Azərbaycanın indiki
sənaye və energetika nazirinin adını çəkə bilərik. Əliyev
Azərbaycanda çox yayılmış soyaddır. Natiq Əliyev Azərbaycanın Neft
Şirkətinə 1993-cü ildən yaxın zamana kimi rəhbərlik edirdi.
O, həkim ailəsində böyüsə də, tibb onu çox da cəlb etmirdi. O
illərdə bütün ölkədə Bakı, Tümen neftçilərinin adları dillərdə gəzirdi.
Donbass şaxtaçıları, Sibir elektrik stansiyalarının inşaatçıları ölkənin
ən hörmətli insanları idi. Azərbaycanda ən populyar peşə sahiblərinin
- neftçilərin, buruq
383
ustalarının adları qəzetlərin baş səhifələrindən düşmürdü. Onlara
müxtəlif mükafatlar verilir, təltif edilirdilər. Natiq Əliyev deyir:
- Etiraf edim ki, məndə, məktəbli vaxtlarımda bir az
şöhrətpərəstlik hissi olub. Ona görə də məktəbi bitirən kimi
sənədlərimi Neft və Kimya İnstitutuna verdim. Bu ali məktəb o vaxt
çox nüfuzlu hesab olunurdu.
Sonra bütün gənc mütəxəssislər kimi, o da zəngin təcrübəyə malik
böyük yol keçdi: qazmaçı köməkçisi, qazmaçı, texnik-geoloq,
mühəndis-geoloq, aspirantura, elm, sonra yenə istehsalat... Natiq
Azərbaycanın ən gənc elmlər namizədi oldu, onu Komsomolun
Mərkəzi Komitəsində gənc alimlər şurasına dəvət etdilər. «Çalışırdım
ki, həm istehsalatla məşğul olum, həm də ictimai işlərdə fəal olum».
Bu sözləri də Natiq Əliyev o illəri xatırlayarkən deyir.
Onun karyerası uğurla inkişaf edirdi: istehsalat birliyinə yeni
təyinat, partkom katibi seçilməyi... Bunun ardınca onu Azərbaycan KP
MK-nın neft və kimya sənayesi şöbəsinə təlimatçı vəzifəsinə təyin
etdilər.
Bu hadisə 1984-cü ildə baş verdi. Heydər Əliyev onda məlum
olduğu kimi, Moskvada, SSRİ Nazirlər Sovetində işləyirdi. Gənc
mütəxəssis-təlimatçı onunla şəxsən tanış deyildi: «Yollarımız, heç
vaxt kəsişməmişdi. Amma məlum oldu ki, bu heç də belə deyil». MK-
nın sosial-iqtisad şöbəsinin təlimatçısı və sonradan bölmə müdiri oldu.
Heydər Əliyevin MK-da apardığı və məşhur neftçilərin, alimlərin -
Qurban Abbasovun, Bəhmən Hacıyevin, Əli Əmirovun, akademik
Əlizadənin iştirak etdiyi müşavirələrin stenoqramları cəsarətli
fıkirlərin, elmi yanaşmanın və böyük təcrübənin mənbəyi kimi ona
çox kömək edirdi.
- Mən bu iclasların, müşavirələrin stenoqramlarını təkrar-təkrar
oxuyur və birinci katibin verdiyi suallardan onun bu sahəni nə qədər
dərindən bildiyini görürdüm, - deyə Natiq Əliyev xatırlayır. - Bu
materiallar mənə yeni tapşırıqların öhdəsindən gəlməkdə yardımçı
olurdu. Ümumiyyətlə, MK-dakı işim mənə böyük təcrübə toplamağa,
böyük şəxsiyyətlərlə tanış olmağa imkan verdi.
1991-ci ilin avqustunda Bakıdakı ingilis neft şirkətlərindən biri
Natiq Əliyevi işə dəvət etdi. Beləliklə, sovet neftçisinin,
384
aliminin və partiya xadiminin iş təcrübəsinə menecerlik də əlavə
olundu. Həmin ərəfədə Azərbaycanda yenə də hakimiyyət dəyişdi. Və
bir gün Natiq Əliyevin ofısində telefon zəng çaldı: «Sizinlə Heydər
Əliyev danışmaq istəyir».
- Heydər Əliyevlə ilk görüşümü çox yaxşı xatırlayıram, - deyə
Natiq Əliyev bildirir. - Belə hadisələr uzun müddət insanın
yaddaşından silinmir. Təyin olunan vaxtda parlamentə gəldim və məni
onun kabinetinə apardılar. Kabinet uzun idi - gərək ki, elə indiyəcən
əvvəlki kimi qalıb. Uzun stolun arxasında Heydər Əliyev oturmuşdu.
Mənə dedi ki, sənin şəxsi işini diqqətlə gözdən keçirmişəm, indi də
şəxsən tanış olmaq istəyirəm. Valideynlərim, dostlarım və işlədiyim
yerlər barədə məni sorğu-suala çəkdi. O, öz suallarını elə verirdi ki,
aramızda çox səmimi söhbət alınırdı. Amma sonra anladım ki, bu ,
həmsöhbətimin dərin analizi imiş. O, mənim şəxsiyyət olaraq, kim
olduğumu öyrənınək istəyirdi. Ən çox onu maraqlandıran
respublikamızın böhran vəziyyətində olan neft sənayesi barədə
fikirlərim idi.
Əlbəttə, respublika iqtisadiyyatında son illərdə yaranmış vəziyyəti
Heydər Əliyev özü də çox gözəl bilirdi. Sovet hakimiyyətinin son
illərində idarəçiliyin itirilməsi, Xalq Cəbhəsinin hakimiyyətə
gəlməsindən sonra artan dağınıqlıq ölkənin sənayesinin nəfəsini
kəsməkdəydi. Yeni sahiblər peşəkar kadrları çölə tullamaqla məşğul
idilər və açıqca: «Sən hakimiyyətdə olmusan, indi isə başqalarına
imkan ver», deyirdilər. «AzNİPİneft» elmi-tədqiqat institunun
direktoru, bütün İttifaq qazmaçıları üçün nüfuz sahibi olan Seyidrzanı
işdən çıxardılar və s.
Neft-qaz hasilatı idarələrindən demək olar ki, bütün mütəxəssisləri
qovmuşdular. Savadsız «mübarizlər» elə hesab edirdilər ki, kabinetdə
kresloya əyləşməklə, telefonla danışmaqla hər şey həll olunacaq, neft
özü borularla axıb gələcək, onlar isə yalnız pul qazanacaqlar.
- Əgər respublika məhv olmaq istəmirsə, bu vəziyyəti yalnız neft
sənayesinin köməyi ilə düzəltmək olar, - Heydər Əliyev mənə dedi.
Sonradan Azərbaycanın neft strategiyası adlandırılan planın
ümumi cizgiləri yəqin ki, artıq onun fikrində hazır idi. İndi də
həmsöhbətinin bu problemlər barədə nə düşündüyünü, xarici
385
şirkətlərlə birgə müəssisələrin fəaliyyəti ilə birğə nə fıkirləşdiyini
öyrənmək istəyirdi.
- Mən ona dedim ki, - həmin yaddaqalan günün söhbətini bütün
detallarına qədər Natiq Əliyev xatirinə gətirir, - bizim neft
strategiyası məncə, iki istiqamətdə getməlidir. Birincisi: daxili
rezervlər hesabına hasilatın aşağı düşməsinin qarşısını almaq, nizam-
intizamı bərpa etmək, kadr siyasətini düzgün aparmaq. İkincisi:
məlumdur ki, Azərbaycan öz qüvvəsiylə bu problemlərin çoxunun
öhdəsindən gəlməyəcək. Bu təkcə texniki yox, həm də siyasi,
mənəvi-psixoloji bir məqamdır.
Həqiqətən də, Azərbaycanı SSRİ-nin neft akademiyası
adlandırırdılar. Bakı mütəxəssisləri Volqaboyunda, Sibirdə, Tatarıstan
və Başqırdıstanda neft yataqlarının istismarına yardım edir, Bakı
zavodları bütün İttifaqın neft sənayesi üçün avadanlıq istehsal edirdi.
Amma indi özümüz kimdənsə kömək umurduq. Dünya neft hasilatı
sənayesi xeyli inkişaf edib irəli getmiş, yeni texnologiyalar kəşf
edilmişdi. Görəsən, Azərbaycan mütəxəssisləri onlardan öyrənməyə
hazırdılarmı?
- Bəlkə, kimsə bunun əleyhinə olacaq, - deyə Natiq Əliyev qeyd
edir, - amma bu, qaçılmaz addımdır.
Elə də oldu. İlkin mərhələlərdə Azərbaycan neftçiləri
gözəgörünməz sədlə iki cəbhəyə ayrılmışdı. Bir qrup mütəxəssis
deyirdi ki, öz qüvvəmizlə keçinə bilərik, ABŞ-ın, İngiltərənin,
Norveçin, yaxud Türkiyənin köməyinə ehtiyac yoxdur. İkinci qrup
mütəxəssislərsə belə hesab edirdi ki, Qərbin köməyindən mütləq
istifadə etmək lazımdır.
- Həmin ərəfədə respublika maliyyə cəhətdən böhran keçirirdi, -
deyə o davam edir. - Xarici yardım olmadan biz yeni yataqlarını
istismarına yalnız 15-20 il sonra başlaya bilərdik.
Bu qədər vaxt ehtiyatı isə yox idi. Çıxış yolu qarşılıqlı, sərfəli
şərtlərlə əməkdaşlıq idi. Əlbəttə ki, Bakıya can atan bütün şirkətlərlə
yox, yalnız ən böyük, dünya şöhrətli şirkətlərlə danışıqlara başlamaq
lazım idi.
Söhbət gözlənilməz şəkildə qurtardı.
- Artıq gecdir, - Heydər Əliyev qeyd etdi, - sən evə get, mənsə
səni bizim işimizə necə cəlb etmək barədə düşünərəm.
Qərarımı sənə bildirəcəklər.
Növbəti zəng Natiq Əliyevi bacısının bağında haqladı. Ondan
xahiş etdilər ki, on beş dəqiqədən sonra Prezidentin yanında
386
olsun, o isə etiraz edib bildirdi ki, əvvəlcə gərək evə gedib paltarımı
dəyişsin.
- Azərbaycan Neft Şirkətinin prezidenti vəzifəsinə bir neçə
namizəd var, - Heydər Əliyev ona demişdi. - Mən çox fikirləşəndən
sonra sənin namıizədliyinin üstündə dayandım. Sən gəncsən və
əminəm ki, işin öhdəsindən gələcəksən. Sabah, avqustun 9-da mən
parlamentə dəvət etdiyim xarici şirkətlərin nümayəndələri qarşısında
çıxış etməlisən. Onlar başa düşməlidirlər ki, neft bizim mlli
sərvətimizdir və biz əvvəlcə bağlanan müqavilələrin sərfəli olub-
olmadığmı yoxlamalıyıq.
Bu gecənin Natiq Əliyev üçün necə ağır keçdiyini təsəvvür etmək
çətin deyil. Demək olar ki, səhərə qədər o öz çıxışının tezislərini yazır,
qeydlər edir, yazdıqlarının üzünü köçürürdü.
Səhər saat onda parlamentin böyük zalında hörmətli qonaqlar
toplanmışdı. Bunlar Azərbaycanda işləməyə başlayan neft
şirkətlərinin nümayəndələri idi. Heydər Əliyev onları salamladı və
danışıqlar prosesi başlandı. Bu, Azərbaycanın yeni neft
strategiyasında atılmış ilk real addım idi.
Əlbəttə ki, biz Natiq Əliyevi təkcə bu neft strategiyası barədə yox,
onu düşünən və dəyərləndirən insan barədə də sorğu-suala çəkdik.
- Siz Heydər Əliyevlə çox görüşmüsünüz. O sizin yaddaşınızda
necə qalıb?
- İstəyirsiniz, Heydər Əliyevin mənə necə tərbiyə dərsi verdiyi
barədə danışım.
- Bundan kim imtina edər ki...
- Bir-iki gün idi ki, işə başlamışdım, - Natiq Əliyev aramla
söhbətinə başlayır. - Xatırladım ki, Bakıda o vaxt komendant saatı
rejimi idi. Mənə isə hələ nə vəsiqə, nə də buraxılış vərəqi
verilməmişdi. Gecə saat on ikidən sonra küçədə patrul hər kəsi
saxlayırdı... Axşam saat səkkizdə Heydər Əliyevin katibliyindən mənə
zəng vurub dedilər ki, o, bir azdan sizinlə danışacaq.
Mən heç nə demədim. Gözlədim. Saat doqquz oldu, on oldu, zəng
edən olmadı. Saat onu keçəndən sonra özüm zəng vurdum. «O, hələ
məşğuldur, gözləyin», - dedilər.
Saat on biri keçdi. Artıq on iki yaxınlaşırdı. Nəsə etmək lazımdır.
Düzdür, mən yaxınlıqda yaşayırdım, evə piyada da gedə
387
bilərdim, amma sürücüm şəhərin o biri başında yaşayırdı.... Qısası,
sürücünü də buraxıb evə getdim.
Səhər saat 9.00-da işdə idim. 9.05-də isə Heydər Əliyevin
katibliyindən zəng vurdular:
- Siz neyləmisiz?!
- Neyləmişəm ki?
- Heydər Əliyev səni axtarırdı, sənsə çıxıb evə getmisən.
Mən gedişimin səbəbini izah etdim.
Axşam yenə katiblikdən zəng vurub dedilər ki, Heydər Əliyev
səninlə danışacaq. Gözləyirəm. On bir, on iki…saat üçə beş dəqiqə
qalmış telefon zəng çaldı. Yenə katiblikdən idi: «Sən evə gedə
bilərsən. O, səninlə başqa vaxt söhbət edəcək».
Ertəsi gün vəziyyət təkrar olundu. Yalnız üçüncü gün Heydər
Əliyev özü telefonu götürdü. Əlbəttə ki, məni danlamadı. Bircə onu
dedi ki, mənim zəngimi gözləməyib evə getdiyin üçün xəcalət
çəkmirsən? Vəziyyəti ona başa saldım. Cavabı belə oldu: «Mən indi
bu barədə sərəncam verərəm». Sonra mənə başa saldı ki, harada
olmağımdan asılı olmayaraq, mən istənilən vaxt səninlə əlaqə saxlaya
bilərəm. Mən işdən çıxıb getməyincə sən də işdə olmalısan. Siz
gəncsiniz, əslində məndən də çox işləməlisiniz. «Başa düşdüm, cənab
Prezident».
Bu, birinci dərs idi. Sonra isə ikinci dərs oldu. Mən Bakıdan
kənarda yerləşən müəssisələrdən birinə getmişdim. Heydər Əliyevin
zəngi məni orada haqladı: «Bundan sonra məndən icazəsiz Bakıdan
kənara çıxma». «Baş üstə, cənab Prezident».
Neft əsrinin müqaviləsi
Heydər Əliyevin böyük siyasətdəki möcüzələrindən biri, artıq
bütün dünyada əfsanəyə çevrilmiş neft strategiyasıdır. Həqiqət naminə
qeyd olunmalıdır ki, məhz Heydər Əliyevin reallaşdırdığı bu
strategiya sayəsində müstəqil Azərbaycan beynəlxalq enerji siyasətini
müəyyənləşdirən qabaqcıl ölkələr sırasında öz yerini tutdu. Bu uğurun
hansı mürəkkəb və çətin sədlərin, xarici və daxili təzyiqlərin dəf
edilməsindən sonra əldə olunması indi müstəqil Azərbaycan tarixinin
şərəfli səhifələrindən hesab olunur.
388
Dövrün gerçəkliyi ondan ibarət idi ki, dünyanın bütün qabaqcıl
ölkələri, onların nəhəng neft şirkətləri Azərbaycan neftini ələ
keçirməkdə maraqlı idilər. "Qara qızıl" uğrunda kəskin və ciddi
mübarizə gedirdi. Azərbaycanda isə Heydər Əliyevin gəlişi ilə nisbi
sabitlik yaransa da, silahlı çevrilişlər yolu ilə hakimiyyətə yiyələnmək
arzusunda olanlar hələ çox idi. Heydər Əliyevi isə daha qlobal və
ciddi məsələ düşündürürdü: Xəzər hövzəsində təsir gücünə
yiyələnmək uğrunda gedən mübarizədə gənc, müstəqil dövlətin milli
maraqlarını qorumaq və siyasəti elə qurmaq lazımdır ki, bu ancaq cari
maraq üçün yox, həm də gələcəyin əsaslarını qoymuş olsun.
Dostları ilə paylaş: |