20 sentyabr 1994-cü il, Bakı
İndi isə təqvimdə 1994-cü ilin sentyabr ayını açaq. Məhz o zaman
Azərbaycanda, başqa ölkələrin siyasi və işgüzar dairələrində Heydər
Əliyevin irəli sürdüyü sərrast və yığcam «Əsrin müqaviləsi» ifadəsi
işlədilməyə başlandı. Bu formulun məzmunu nə idi? Söhbət
genişmiqyaslı beynəlxalq işbirliyindən, nəhəng neft layihəsində
gedirdi. Azərbaycan Dövlət Neft Şirkəti ilə beynəlxalq şirkətlər
konsorsiumu arasında Xəzər dənizinin Azərbaycan sektorundakı neft
yataqlarının müştərək işlədilməsi üzrə müqavilə bağlanırdı. Diqqət
yetirək: «Əsrin müqaviləsi»nin təntənəli imzalanma mərasimi 1994-cü
il sentyabrın 20-də keçirildi, Heydər Əliyevin hakimiyyətə
qayıdışından bir il sonra. Kontraktın ilkin imzalanmna tarixi 1993-cü
il iyulun 21-nə nəzərdə tutulurdu və o zaman prezident vəzifəsində
olan Elçibəy artıq İngiltərə səfərinə hazırlaşırdı. Xatırladığmız kimi,
gözlənilmədən o, marşrutunu dəyişməli olmuşdur.
Bəli, danışıqları Əliyevin sələfləri səriştəsiz və təmənnalı
başlamışdılar. Onlar xarici şirkətlərlə ölkə üçün çox ağır, özləri
üçünsə görünür «sərfəli» şərtlərlə sövdələşməyə hazırlaşırdılar.
Bərbəzəkli sözlərlə «naxışlanmış» həmin variantların məğzini
«topdansatış» adlandırmaq olardı. Amma unutmaq olmaz ki, söhbət
müştərisi olmayan, kiflənmiş ayın-oyundan, cır-cındırdan yox,
torpağın sərvətindən gedirdi. Bir fəndgir əcnəbi
389
«Çıraq» yatağının mənimsənilməsinə altı il ərzində 21 milyon dollar
sərmayə qoymağı vəd edirdi. Bu şərtlə ki, çıxarılacaq neftdən əlavə, o,
«səmt qazı»na da yiyə duracaq və həmin qazı Azərbaycana bazar
qiymətləriylə satacaq.
«Çırağ»ın neft qaynaqları hazırlıq işləri başlandıqdan üç il sonra
istismara verildi və hasil olunan «qara qızıl»ın həcmi milyon tonlarla
hesablanır.
Ölkənin 1993-cü ildən sonrakı ağır sosial-iqtisadi və siyasi
vəziyyətində müstəqilliyin qorunması üçün dövlət quruculuğu
məsələləri ilə eyni vaxtda danışıqlar aparmaq diqqəti əsas
məsələlərdən yayındırırdı. Neft müqavilələri sahəsində danışıqlar
aparmaq üçün səlahiyyət almış şəxslər isə, qeyd edildiyi kimi, şəxsi
mənafeyi dövlətçilikdən də, milli mənafedən də üstün tutur, xarici
şirkət rəhbərlərindən rüşvət tələb edir, ölkənin nüfuzunu və "əsrin
müqaviləsi"ni təhlükə altında qoyurdular. Xarici şirkətlərin
nümayəndələrindən diplomatlar və siyasətçilər vasitəsilə Prezident
Heydər Əliyevə şikayətlər daxil olmağa başlamışdı. Məhz belə bir
vaxtda, ölkənin, dövlətin nüfuzu təhlükə altına alınanda Prezident
Heydər Əliyev ən etibarlı silahdaşına, oğlu, ARDNŞ-in vitse-
prezidenti İlham Əliyevə danışıqlar aparmaq vəzifəsini tapşırdı.
İlham Əliyev ölkənin iqtisadi, eyni zamanda siyasi taleyində
mühüm rol oynayacaq neft müqavilələrinin hazırlanması üçün faktiki
olaraq yenidən danışıqlara başladı, köhnə müqavilələrə tamamilə
yenidən baxdı, demək olar ki, onları xilas etdi. Bu sahədəki danışıqları
xatırlayaraq İ.Əliyev sonralar deyir: "Qısa müddətdə, dünyanın
müxtəlif guşələrində aparıcı siyasətçilər, nazirlər, konqresmenlərlə
görüşüb dünyada neft biznesinin müxtəlif aspektlərini, bizim regionun
inkişaf perspektivlərini müzakirə edərkən, neft müqavilələrini
imzalayarkən mən ilk növbədə geosiyasi məsələləri qaldırır, yalnız bu
sahədə anlaşma əldə olunandan sonra, texniki-iqtisadi problemlərin
təhlilinə keçir, hər bir məsələni konkretləşdirməyə başlayıram".
O, xarici həmkarlarını sakitləşdirir və inandırır, şübhəli
partnyorlarla xudahafızləşir və yenilərini tapır, sürətlə və
məqsədyönlü şəkildə problemləri həll edirdi.
390
Xəzər şelfində yataqları işlənməsi, neft və qaz kəmərlərinin
çəkilməsi, Böyük İpək yolu kimi layihələr İlham Əliyevin Klinton,
Mitteran, Şirak, Xasimoto, Kol, Meycor, Bleyer kimi dünya
siyasətinin liderləri ilə şəxsi görüşləri zamanı müzakirə olunurdu.
Dünyanın 14 ölkəsinin 19 şirkəti ilə danışıqlar aparır, Vaşinqtonda,
Nyu-Yorkda, Londonda, dünyanın aparıcı universitetləri olan
Harvardda, Stenfordda beynəlxalq iqtisadi forumlarda dünya
biznesinin elitası qarşısında çıxışlar edirdi. Beləliklə, İlham Əliyev
ölkəsinin iqtisadi nüfuzunu qorumaq uğrunda mübarizədə həm güclü
bir iqlisadçı, həm də dünya səviyyəli bir siyasətçi kimi formalaşırdı.
Ölkənin rəhbərinə etibar edən, Heydər Əliyevi investisiyaların
qarantı hesab edən sərmayəçilər və partnyorlar onun oğluna, yüksək
dərəcəli iqtisadçı mütəxəssisə, çevik diplomata inanırdılar, etibar
edirdilər. Bununla da qısa bir zamanda çox da böyük olmayan
Azərbaycan sürətlə dünyanın iqlisadi siyasət mərkəzlərindən birinə
çevrilirdi.
İlham Əliyev danışıqların gedişatını xatırlayır: «...Hər bir tərəf,
təbii ki, öz maraqlarını yüksək dərəcədə qorumağa çalışırdı. Bəzən
işlər çıxılmaz vəziyyətə düşürdü. Xüsusən, 1994-cü ilin yazında və
yayında - İstanbul və Hyustonda danışıqların son mərhələləri çətin
keçirdi. Danışıqların gedişatında gərgin məqamlar da olurdu və
Azərbaycan tərəfı danışıqları dayandırmaq həddinə yaxın olurdu,
çünki bəzi şərtləri milli mənafelər üçün qəbuledilməz sayaraq, onlarla
razılaşa bilmirdik. Biz xarici şirkətlərə deyirdik: «Siz ayrı-ayrı
şirkətlərin maraqlarını müdafıə edirsiniz, biz isə ölkənin və
Azərbaycan xalqının maraqlarını müdafıə edirik. Siz səhvə yol
verirsizsə, bu, şirkətinizin bir layihəsinə təsir göstərəcək. Biz isə səhv
etsək, bu səhv bütün Azərbaycan xalqının maraqlarına ziyan vuracaq.
Başqa sözlə, biz heç vəchlə heç bir səhvə yol verə bilmərik».
Opponentlər iddia edirdilər ki, bütün gəlirlər xarici sahibkarların
ciblərinə axacaq. İlham Əliyev tutarlı cavab verirdi: «Əsrin
müqaviləsi»ndən bütün gəlirin otuz il ərzində 80 faizini Azərbaycan,
xarici şirkətlərin hamısı isə cəm halında yalnız iyirmi faizini
alacaqlar».
«Əsrin müqaviləsi» Azərbaycanın XXI əsrə siyasi və iqtisadi
sıçrayışı oldu. Şübhəsiz ki, bu, ilk növbədə Heydər Əliyevin
391
xidməti, onun zəkasının, iradəsinin, enerjisinin nəticəsi, məhsuludur.
Buna görə də bütün dünyada əks-səda doğurmuş həmin cahanşümul
hadisədən daha ətraflı bəhs edəcəyik.
1994-cü il fevralın 4-də Prezident Heydər Əliyev «Azərbaycanda
dəniz neft və qaz yataqlarının işlənilməsinin sürətləndirilməsi
haqqında» sərəncam imzaladı. Bu strateji sənəd ARDNŞ-in dünyanın
ən iri şirkətlərinin konsorsiumu ilə danışıqlarının əsasını təşkil etdi.
1995-ci ilin oktyabrında İlham Əliyev bu danışıqlar barədə «Günay»
qəzetinin əməkdaşına müsahibəsində ətraflı məlumat verdi. Bu
müsahibədə neft layihələrindən bir az kənara çıxan maraqlı detallar da
öz əksini tapmışdı: «1994-cü il may ayının ikisində, mənim bu
vəzifəyə (Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti
müəlliflər) təyinatımdan iki gün sonra bizim nümayəndə heyəti
danışıqlar aparmaq üçün İstanbula yola düşdü, - deyə İlham Əliyev
xatırlayır. - İstanbulda biz iki dəfə olmuşuq. Birinci dəfə iyirmi gün,
ikinci dəfə isə bir ay qaldıq. Danışıqlardan sonra elə güman edirdik ki,
bütün məsələlər artıq yoluna qoyulub. Həqiqətən də, 1994-cü ildə
Hyustona, danışıqların son mərhələsini aparmağa gedəndə biz elə
fıkirləşirdik ki, burada bir həftə, ən uzağı on gün qalacağıq,
müqavilədəki bəzi xırda detallara əl gəzdirəcək, bir neçə həll
olunmamış məsələni yoluna qoyacaq və Bakıya qayıdacağıq. Amma
mənim gözlədiyim kimi olmadı, danışıqlar vaxtı o qədər həll
olunmamış məsələ ortaya çıxdı ki, biz Hyustonda düz qırx beş gün
qaldıq. Bəzən mübahisələr elə gərgin həddə çatırdı ki, hər iki tərəf
danışıqları yarıda kəsmək istəyirdi.
ARDNŞ-in vitse-prezidenti kimi mən başa düşürdüm ki, bu
müqavilə mütləq bağlanmalıdır, amma eyni zamanda anlayırdım ki,
müqavilə bizimçün sərfəli şərtlərlə imzalanmışdır. Çünki on il, on beş
il sonra heç kim bizi Azərbaycanın maraqlarına zidd olan müqavilə
imzalamaqda təqsirləndirməməliydi. Bu iki hiss həmin vaxt
nümayəndə heyətinin hər bir üzvünün ürəyində vardı. Mən
problemdən çıxış yolunu məsələnin yalnız siyasi həllində görürdüm.
Ağ evdə, Dövlət departamentində çıxışlarım zamanı mən
bildirirdim ki, Azərbaycan bu müqaviləni bağlamağı çox arzulayır,
amma bu şərtlər bizi qətiyyən qane etmir.
392
Amerikanın energetika naziri ilə görüşüb onunla da danışıq
apardım. Əsas problem Xəzərin statusu məsələsi idi. O vaxt
konsorsiuma daxil olan kompaniyalar müqavilədə belə qeyd edirdilər
ki, işə Xəzərin statusu müəyyən ediləndən sonra başlanmalıdır. Yəni
bir kontrakt bağlanır, qanuni qüvvəyə minir, amma Xəzərin statusu
məsələsi açıq qalır. Siz, hər halda, bilirsiniz, bəzi ölkələr Xəzərin
statusu məsələsinin açıq qalmasının tərəfdarıdırlar. Onda mən israr
etdim: bu ifadə müqavilədən çıxarılmayınca onu imzalamayacam.
Amerikanın energetika naziri mənə tərəfdar çıxdı və bu ifadə
müqavilədən çıxarıldı. Müqavilənin bağlanmasında mənim əziyyətim
çox olub, amma indi bunu şişirtmək fıkrim yoxdur.
- Əgər sabah, Allah eləməsin, ARDNŞ-in vitse-prezidenti İlham
Əliyev işində nəsə səhv buraxsa, Azərbaycan Prezidenti onu
bağışlayacaqmı? - deyə müxbir maraqlanır.
- Məncə, bir oğul kimi bağışlayar, amma vitse-prezident kimi yox.
Həm də məsələ onun bağışlayıb-bağışlamayacağında deyil. Mən bunu
özüm-özümə bağışlamaram. Belə bir hadisə olarsa, könüllü şəkildə
işdən gedərəm.
- ARDNŞ-in vitse-prezidenti ilə Azərbaycan Prezidentinin fıkirləri
həmişə üst –üstə düşürmü? Moskvada və sonrakı ağır günlərdə Siz
həmişə atamzın mövqeyində dayanmısınız?
- Əlbəttə, mən həmişə onun mövqeyini müdafıə etmişəm. Çünki
bilirdim ki, o, həmişə haqlıdır. İndi də onun mövqeyindəyəm. Bir
tərəfdən bu, bir oğul kimi mənim borcumdur, ikinci tərəfdən onun
mövqeyi indiki vəziyyətdə düzgündür və Azərbaycanın müstəqilliyinə
xidmət edir.
- Onda sualı başqa cür qoyum. Aranızda hətta xırda məsələlərdə
də fıkir ayrılığı olmur?
- Siyasi məsələlərdə yox. Azərbaycanda geosiyasi vəziyyət elədir
ki, bizim bir neçə əsas prinsipimiz olmalıdır. Ən əsas isə
müstəqilliyimizin qorunmasıdır. Prezidentin bu sahədə apardığı iş
alqışa layiqdir. Mən bu addımların həmişə tərəfdarı olmuşam. Düzdür,
bəzi məsələlərdə mənim öz şəxsi fıkrim var, amma indi vəziyyət
gərgindir, diskussiyalar aparmağa lüzum yoxdur. İndi bütün xalq,
bütün rəhbərlik eyni nöqtəyə vurmalıdır.
- Azərbaycan Prezidenti ilə tez-tezmi görüşürsünüz?
- Bəli.
393
- Neft işlərindən əlavə, o öz oğlunun ailə məsələləri ilə, nəvələriylə
məşğul olurmu?
- Hə, çox maraqlanır. Nəvələri üçün çox darıxır. Bizim ailəmiz bir
neçə il ayrılıqda yaşayıb. Mən 1977-ci ildə Moskvaya
köçmüşəm. Sonra bacım da oraya gəldi. 1983-cü il-də bizim hamımız
Moskvada toplaşdıq. Sonra atam Naxçıvana getdi. Biz yenə də ayrı
düşdük. İndi bacım xaricdədir. Əlbəttə, atam uşaqlar üçün darıxır,
onlarla birlikdə daha çox vaxt keçirmək istəyir. Onları özü
böyütmək, tərbiyə vermək arzusundadır.
- İlham müəllim, ata məsləhətinə ehtiyac duyursunuzmu?
- Əlbəttə, amma məncə, əgər insan özünü yetkin hesab edirsə,
qərarları da özü qəbul etməlidir, məsuliyyəti də özü daşımalıdır.
Şübhəsiz ki, mən atama məsləhət üçün müraciət edirəm. Amma öz
problemlərimi özüm həll etməyə çalışıram.
Mən sərbəst həyata çoxdan alışmışam. Prezidentin onsuz da işi
başından aşır, hansısa xırda problemlərlə onun vaxtını almaq
istəmirəm».
Danışıqların yekunlarını dərindən öyrəndikdən sonra Prezidentin
sentyabrın 4-də imzaladığı fərmanda layihənin iqtisadi, siyasi, sosial
əhəmiyyəti dəyərləndirilir. ARDNŞ prezidenti Natiq Əliyevə «Azəri»,
«Çıraq» və «Günəşli» yatağının dərin sularda yerləşən hissəsinin
müştərək işlənilməsi, ARDNŞ və doqquz xarici şirkət arasında neft
məhsulunun paylaşdırılması haqqında müqavilənin imzalanması
həvalə edilirdi. Həmin xarici şirkətlərə əvvəllər Azərbaycanın
«qəribliyə saldığı» Rusiyanın «LUKoyl» şirkəti, həmçinin İran və
Fransa şirkətləri qoşulmuşdular.
Müqavilənin təntənəli imzalanma mərasimi 1994-cü il, sentyabrın
20-də «Gülüstan» sarayında keçirildi. Bakıya Birləşmiş Ştatlardan,
Rusiyadan, Böyük Britaniyadan, Türkiyədən, Norveçdən nazirlər,
parlament təmsilçiləri, sahibkarlar təşrif buyurdular.
Heydər Əliyev möhtərəm qonaqlara üz tutaraq:
- Neft - Azərbaycan Respublikasının və Azərbaycan xalqının ən
böyük milli sərvətidir, - dedi. - Buna görə də Azərbaycanı «Odlar
Yurdu» adlandırırlar.
O, çıxışında fərəhlə respublikada neft hasilatı tarixini xatırladır,
Azərbaycan neftçilərinin İkinci Dünya müharibəsi illərində
394
faşızm üzərində qələbə yolunda verdiyi töhfəni qeyd edir.
- Bizim neftçilərimiz Sovet İttifaqının hər hansı nöqtəsində yeni
neft yataqlarının inkişaf etdirilməsi və işlədilməsində fəal iştirak
etmişlər. Təsadüfi deyil ki, onların səyləri və zəhməti sayəsində kəşf
edilmiş və işə salınmış yeni neft yataqları «İkinci Bakı», «Üçüncü
Bakı», «Dördüncü Bakı» adlandırılırdı. Azərbaycan neftçilərinin
Rusiyada ən böyük Sibir, Tümen yataqlarının inkişaf və istismar
edilməsində, orada qüdrətli neft və qaz komplekslərinin
yaradılmasında xidmətləri çox böyükdür.
Mən bunları qonaqlarımızın nəzərinə çatdırmağı, Azərbaycan
xalqının da yadına salmağı lazım bilirəm. Çünki bütün bunlar
Azərbaycan xalqının iftixarı və qürurudur, xalqımızın, neftçilərimizin
dünya iqtisadiyyatında böyük xidmətlərindən xəbər verir.
Prezident məclis iştirakçılarına üz tutub danışır və onun sözləri
gözəl, çilçıraqlı «Gülüstan» sarayının hüdudlarını aşıb bütün
Azərbaycana yayılır, hər bir ocaqda fərəh doğururdu. Çünki söhbət
xalq sərvətinin taleyindən gedirdi.
- Açığını demək istəyırəm ki, Azərbaycan tərəfinin heç də bütün
istəkləri müqavilədə öz əksini tapmamışdır. Lakin biz başa düşürük ki,
hər hansı müqavilədə hər iki tərəfın maraqları nəzərə alınmalıdır.
Qərbin neft şirkətləri konsorsiumu öz maraqlarını təmin etməyə
çalışır, Azərbaycan Dövlət Neft Şirkəti isə Azərbaycan
Respublikasının milli maraqlarını təmin etməyə səy göstərir. Deyə
bilərəm ki, böyük və gərgin zəhmət nəticəsində, tərəflərin işə yüksək
dərəcədə məsuliyyətlə yanaşması sonucunda hər iki tərəfın
maraqlarına cavab verən müqavilə hazırlanmışdır.
1994-cü il dekabrın 2-də razılaşma qanun qüvvəsinə mindi. Dəniz
neft buruqlarında və laboratoriyalarda, idarə kabinetlərində və
Rusiyadan, Gürcüstandan keçən neft boru kəmərləri boyu işlər
başlayır, daha doğrusu, davam edirdi...
"Əsrin müqaviləsi" imzalanıb həyata vəsiqə alandan sonra xüsusilə
Rusiya mətbuatında Heydər Əliyevin neft strategiyası ilə bağlı
müxtəlif yazılar dərc olunmağa başlandı. Yazıların böyük bir
qismində müəlliflər Azərbaycanda, yerli mütəxəssislərin göstərdiyi
qədər neft
395
və qaz ehtiyatlarının olmadığını israrla sübut etməyə çalışsalar da,
qatar artıq getmişdi. Bir qism jurnalistlər isə neft yataqları ilə bağlı
Heydər Əliyevdə hələ sovet dövründən dəqiq məlumat olduğu, ancaq
bunu Moskvadan gizlətməsi barədə versiyalar irəli sürürdülər.
Məsələn, rus jurnalisti A.Qruşin yazırdı: "Xəzər dənizində neft
yataqları Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövründə kəşf
olunmuşdu. O, bu yataqlardakı "qara qızıl" ehtiyatlarının miqdarını
Moskvadan gizlətmişdi. Moskvada da həmişə belə hesab edirdilər ki,
Xəzərdəki yataqlar perspektivli deyil. Zaman göstərdi ki, onlar
yanılıblar".
Heydər Əliyev isə 2001-ci il avqustun 26-da ABŞ-m dövlət
katibinin Avropa və Avrasiya ölkələri üzrə köməkçisi Elizabet Consun
rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyirdi: "Bu gün
Xəzər dənizində mövcud olan və istifadə edilən neft yataqları həm
Azərbaycan sektorunda, həm də Türkmənistan, Qazaxıstan, Rusiya
sektorlarında, onların hamısı Azərbaycan geoloqları tərəfindən kəşf
edilmişdir. Bu geoloqlardan biri Xoşbəxt Yusifzadədir. O, uzun
illərdir bu işlə məşğul olur. Təbii ki, o vaxt kəşf olunan yataqların
hamısında iş görmək mümkün deyildi. Amma SSRİ dövləti tərəfındən
bu işlər Azərbaycanın üzərinə qoyulmuşdu".
Başqa bir rus publisisti O.Çıqanov isə yazır: «...Yeri gəlmişkən
indi gerçəkləşən layihələr üzrə Xəzərin neft yataqları vaxtilə sovet
mütəxəssisləri tərəfindən kəşf olunmuşdu. Əliyev o mütəxəssislərlə
çox yaxından tanış idi. Bilmirəm, ancaq mənə elə gəlir ki, hələ o
zaman Heydər Əliyev düşüncələrində nəinki Azərbaycanın müstəqil
inkişafını istisna edir, əksinə bir çox hallarda bunu planlaşdırırdı».
Müəllifin nə qədər haqlı olduğunu zaman göstərdi. Zaman göstərdi
ki, Heydər Əliyev siyasi fəlsəfəsinin əsas qayəsi bütün dövrlərdə
müstəqil Azərbaycan quruculuğu olmuşdur. Bu qayə onu bütün həyatı
boyu düşündürdüyündən, yaratdığı, sovet dönəmində çalışıb qurduğu
nə varsa, bir qərinə sonra belə müstəqillikdən, ona xidmətdən xəbər
verirdi. İndi bu gerçəklik Azərbaycanda,
396
müstəqil ölkənin vətəndaşı olan hər bir insanda qürur doğurur.
Yaxşı yol, «Dədə Qorqud»!
1995-ci il oktyabrın 9-da «Gülüstan» sarayındakı təntənəli
mərasimdən 1 il sonra Heydər Əliyev neft konsorsiumunun
Beynəlxalq Rəhbər Komitəsi üzvlərini qəbul edir. Layihə
iştirakçılarının yekdil rəyinə görə, ötən il uğurlu olmuşdur.
İlkin neftin 1996-cı ildə çıxarılması və işlədilməsi reallığa
çevrilməkdədir.
Azərbaycan neftçiləri, sovet dövründə yaradılmış güclü
infrastruktura, qazanılmış təcrübəyə əsaslanaraq, dənizin böyük
dərinliklərində yerləşən yataqlara doğru irəliləyirdilər.
Dəniz neftçıxarması tarixinə 7 noyabr 1949-cu il qızıl hərflərlə
yazılmışdır. Həmin gün indi məşhur olan Neft Daşlarında ilk neft
quyusu fontan vurmuşdur. Daha sonra üzən qazma qurğuları - «Şelf-
l», «Şelf-2», «Şelf-3», yaradılmış; Azərbaycan KP MK-nın birinci
katibi Heydər Əliyevin təşəbbüsü ilə əvvəlcə Həştərxanda qurulması
nəzərdə tutulan Dərin özüllər zavodu Bakıda tikilmişdir; bu inşaat
ittifaq planlarında ayrıca maddə kimi yer alırdı - axı, 500 milyon
dollarlıq nəhəng iş zarafat deyil!
1996-cı il iyulun 4-də Azərbaycan xarici tərəfdaşlarla «Şahdəniz»
yatağının işlənilməsi haqqında daha bir müqavilə bağladı - orada,
yarım kilometr su qatının altında geoloqlar təbii qaz xəzinəsi kəşf
etmişdilər. Bir trilyon kubmetrə qədər qaz! «Şahdəniz» yatağının
tədqiqatı nəticələrindən söz açaraq, Heydər Əliyev qeyd etmişdir:
«İndiyədək bu işimizə maneçilik törətməyə cəhd edənlər var. Lakin
heç kim heç nəyə nail ola bilməyəcək. Azərbaycan dövlətinin yeni
neft strategiyası müəyyənləşdirilmişdir. Biz indən belə də bu
strategiyanı qətiyyətlə gerçəkləşdirəcəyik».
Hazırda Xəzər dənizində bütöv bir donanma çalışır: bu sırada
«İstiqlal» qurğusu, vaxtilə «Xəzərdənizneft» adlanan «Dədə Qorqud»
da var.
Bütöv bir zavod timsalında olan bu üzən yarımdalma qurğusu
1981-ci ildən neft və qaz axtarışlarına qoşulmuşdur. Onun
397
hesabında onlarla qazılmış quyu və yeni açılmış neft-qaz layları var.
Bu üzən zavodun rekonstruksiya vaxtı gəlib çatanda Azərbaycan
mütəxəssisləri və ustalarının iştirakıyla həmin işi Amerikanın «Santa-
Fe» şirkəti apardı.
Nəhəng qurğunun üst göyərtəsinə yüz pilləli trapla qalxırlar. Hətta
təcrübəli neftçilər də pilləkəndə nəfəs dərməli olurlar. 74 yaşlı Heydər
Əliycv inamlı addımlarla yuxarıya qalxır. 1986-cı ildə ona diaqnoz
qoyan Kreml xəstəxanasının «xüsusi» həkimləri öz pasientlərini indi
görəydilər! O, fəxri qonaqlar kitabında yadigar olaraq bu sözləri yazır:
«Bugün Azərbaycan neft sənayesinin həyatında əlamətdar hadisə
baş verir». «Əsrin müqaviləsi»nin reallaşdırılması nəticəsində ilk
yarımdalma qazma qurğusu işə salınır. Bu qurğuya xalqımız üçün əziz
və müqəddəs olan «Dədə Qorqud» adı verilir. Qurğuya uzun ömür,
yaxşı yol arzulayıram. Bu qurğunu yenidən quraşdıran və müasir
səviyyəyə çatdıran hər bir insana təşəkkürümü bildirirəm. Böyük neft
müqaviləsini həyata keçirən Beynəlxalq konsorsiuma uğurlar
diləyirəm.
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyev
Bakı şəhəri, 24 avqust 1996-cı il.
Yeri gəlmişkən, düz on yeddi il öncə, həmin gün Azərbaycan KP
MK-nın birinci katibinə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdi.
Neftçilər bu əlamətdar hadisəni unutmamışdılar. Hiss olunurdu ki,
Heydər Əliyevin özü də o mükafatı, daha dəqiq desək, ömrünü həsr
etdiyi əməyinə verilən qiyməti xatirində saxlayırdı.
İndi isə keçmişlərə nəzər salaraq deyirdi:
- Respublikamızda neft sənayesinin inkişafı, Xəzərin Azərbaycan
sektorunda neft yataqlarının rasional istifadə olunması üçün biz 1970-
ci illərdə burada, sizinlə dayandığımız bu yerdə böyük dərin özüllər
zavodunun tikintisi haqqında qərar qəbul etdik... İndi böyük iftixar
hissilə bu nəhəng zavodun burada yaradılmış istehsalat sahələrini
görürük.
Bu gün, buraya gəlib bu böyük zavodun korpuslarına və qüdrətli
qurğulara, sahildə və bu sahənin ətrafımda boy atmış ağaclara
baxdıqca, mən bir daha iftixar hissi keçirirəm - hər şey vaxtilə Xəzər
sahilinin bomboş yerində yaranmışdır. Mən
398
bu gün çox xoşbəxtəm, çox şadam. Xoşbəxtəm və şadam ona görə ki,
indi burada gördükləriniz hər şeyin əsasını qoyanlardan biri,
təşəbbüskarıyam. İllər boyu çalışmışam ki, bu işlər yerinə yetirilsin,
illər boyu zəhmət çəkmişəm ki, bütün bunlar realığa çevrilsin...
(Bəli, öz arzusunun çin olduğunu görən, kamına yetən insan
məsuddur. Başqa insanları, gələcək nəsilləri düşünən, nəcib arzularla
yaşayan və onları uca əməllərə çevirən insanlar ikiqat xoşbəxtdir.
Baykal-Amur magistralının sonuncu, «qızıl» relsini qaynaq edən
inşaatçıların sevincdən yaşaran gözlərini yada salaq... Uzun
axtarışlardan, çətin sınaqlardan sonra qoca Xəzərin gizlətdiyi zəngin
sərvətlərinə yol açan, suların, yerin altından üzə çıxan ilk neft
şırnaqlarını görən, yanaqlarına mübarək «qara qızıl» damlalarını
yaxan geoloqların, neftçilərin kövrək şadlığını yada salaq... Heydər
Əliyev bu sevincin Xəzərin yeni fatehlərinə müyəssər olacağına
inanırdı).
- Qurğu yenidən doğuldu. Buna görə də onun yeni adı olmalıdır.
Deyə bilərəm ki, Azərbaycan xalqının tarixi, ənənələri və müxtəlif
tarixi yerlərilə bağlı ona qədər ad təklif edilmişdir. Bütün təklif edilən
adlar həqiqətən dəyərli idi. Lakin mən bu qurğunu «Dədə Qorqud»
adlandırmaq qərarına gəldim. Hesab edirəm ki, hər bir azərbaycanlı
üçün əziz olan bu ad - bu qurğuya yaraşan ən dəyərli, ən görkəmli
addır.
Mən «Dədə Qorqud» qurğusuna böyük, uğurlu yol arzulayıram!
Azərbaycan xalqının «Kitabi-Dədə Qorqud» dastanının yaranma
tarixi VIII yüzilliyin əvvəllərinə gedib çıxır. 2000-ci ildə YUNESKO-
nun qərarıyla məşhur eposun 1300 illiyi dünya miqyasında qeyd
olundu. Təbii ki, möhtəşəm bayram tədbirləri Azərbaycanda keçirildi.
Dastan XX əsrdə sovet ideologiyasının qondarma və haqsız
hökmlərinə məruz qalsa da, bu ölməz abidə qeyrətli elm adamlarının
səyləri sayəsində yaşamış və yeni nəsillərə çatdırılmış, xalqın mənəvi
irsində təkrarsız və layiqli yerini tutmuşdur. Bu hünərpərvər alimlər
sırasında görkəmli rus şərqşünası Vasili Vladimiroviç Bartoldun
xidmətləri yubiley günlərində xüsusi ehtiramla yad edilirdi.
«Kitabi - Dədə Qorqud» orta əsrlər türk dastan ədəbiyyatının
yeganə yazılı əsəridir. Əlyazma Drezdendə saxlanılır (onun
Almaniyaya hansı yolla gedib çıxması məlum deyil). Böyük
399
rus şərqşünası Vasili Bartold bu çox qiymətli əlyazmanı ilk dəfə 1891-
ci ildə, hələ iyirmi yaşı olanda. Peterburq Universitetinin tələbəsi ikən
görmüşdü. Elə həmin vaxt da əlyazmanın üzünü köçürməyə və hissə-
hissə tərcümə etməyə başlamışdı. On il ərzində - 1893-cü ildən 1903-
cü ilə qədər bu əlyazmanın dörd cildi işıq üzü görmüşdür. Beləliklə,
Bartoldun da maraq dairəsi genişlənirdi: Şərq xalqlarının tarixi,
mədəniyyəti. Xəzəryanı bölgələrin müsəlman dünyasında yeri.
Məşhur alim məhz bu mövzuda 1924-cü ilin dekabrında Azərbaycan
Dövlət Universitetinin şorqşünaslıq fakültəsində silsilə mühazirələr
oxumuşdur. Amma onun üçün əsas maraqlı mövzu XV əsrdə
Azərbaycanda yazıya alınmış bu epos olmuşdur. 1930-cu ildə vəfat
edən akademik Bartold ömrünün sonuna qədər «Kitabi-Dədə
Qorqud»u öyrənmiş və tərcüməsi üzərində işləmişdir:
«Oğuzların arasında o, birinci adam idi. O, hər şeyi bilirdi, nə desə
olurdu».
Dədə Qorqud deyirdi: «Çətin yollarda Qaf dağında atıyla gedə
bilməyən igid ata minməsə yaxşıdır».
Yenə Dədə Qorqud deyirdi: «Heç vaxt qonaq üzü görməyən qara
evlər dağılsalar yaxşıdır. Atın yemədiyi acı otlar qurusalar yaxşıdır.
Adamın içmədiyi acı sular axmasalar yaxşıdır».
Akademik Bartoldun tərcümə etdiyi «Kitabi - Dədə Qorqud»u
onun tələbələri «Ədəbi abidələr» adlı akademik silsiləyə daxil edərək
1962-ci ildə nəşr etdirdilər. Beləliklə, ruslara «İqor polku haqqında
dastan»ın əziz olduğu qədər, fransızlara «Roland haqqında əfsanə»nin
əziz olduğu qədər azərbaycanlılara, ümumən bütün türklərə əziz olan
bu kitab yenidən oxucuların ixtiyarma verildi.
Dostları ilə paylaş: |