Böyük neftə aparan yol
Böyük neftə qedən yol hamar olmur, tək ona görə yox ki, «qara
qızıl»ın hasilatı ağır zəhmət bahasına başa gəlir.
Bir məşhur bankir yığcam və qısaca demişdir: «Neft puldur.
Böyük neft böyük puldur...» Bir başqası əlavə etmişdir: «... və böyük
siyasətdir». Azərbaycan nefti, yeni yataqların mənimsənilməsi, nəql
istiqamətləri ətrafında ən fərqli maraq - şirkətlərin, bankların,
dövlətlərin maraqları toqquşurdu.
400
Təbü ki, əvvələr bölgənin tamhüquqlu ağası olan Rusiya öz
mövqelərinin itirilməsilə barışmaq istəmirdi. RF Xarici İşlər
Nazirliyində çalışan bir nüfuzlu diplomatın fıkrincə, «Rusiyanı yalnız
bir qərar - Xəzərdə üstünlük qane edə bilər, onun buna hüququ və
imkanları var. Hər hansı bir altemativ variant Moskvanın bölgədə
siyasi təsirinin itirilməsinə gətirib çıxaracaq...» Çox qorxulu
ritorikadır. I Pyotrun Konstantinopolda (İstanbulda) Rusiya təmsilçisi
Neplyuyevə verdiyi tapşırıq ruhundadır: «Kim olur olsun, fərqi
yoxdur, bizim maraqlarmıız əsla yol vermir ki, başqa bir dövlət, Xəzər
dənizində bərqərar olsun...»
Təkrarən deyirik ki, ritorika hədə, zəhmlidir, ancaq əfsus,
gecikmişdir. Bunu Moskvada bir çox iş adamları anlayırdılar.
Məsələn, 1995-ci ilin may ayında Rusiyanın yanacaq və energetika
naziri Yuri Şafranik Bakıda çıxış edərkən bildirmişdir ki, «Əsrin
müqaviləsi»nə müsbət yanaşır və Xəzərin statusu haqqında söhbətləri
«əsassız» sayır. Nazirin bəyanatı cəsarət tələb edirdi. O vaxt Rusiya
XİN-də artıq qəribə bir nota verməklə Böyük Britaniya səfiri B.Follu
heyrətləndirdilər. Diplomatik praktikada bu nadir, bəlkə də, ən nadir
hadisə 1994-cü il aprelin 27-nə təsadüf edirdi.
Notada, Böyük Britaniya və Azərbaycan arasında imzalanmış
«Energetika sahəsində əməkdaşlıq haqqında» memorandumda «Xəzər
dənizinin Azərbaycan sektoru» anlayışının işlədilməsinə qarşı etiraz
bildirilir. Vurğulanırdı ki, əvvəlcədən Xəzər hövzəsindəki bütün
ölkələrlə razılaşma olmadan, Xəzər neft yataqlarının işlədilməsinə və
neftin Avropa ölkələrinə nəql edilməsinə aid hər hansı layihə hüquqi
qüvvəyə malik olmayacaq. Bu hökm Rusiya maraqlarının üzdəniraq
«müdafiəçisi», xarici işlər naziri Andrey Kozırevdən gəlirdi. ABŞ
dövlət katibinin müavini Stroub Telbott Kozırevi «Rusiyanın ən
Qərbpərəst siyasi xadimlərindən biri» adlandırmışdır. Həmin illərdə
Rusiya Azərbaycana qarşı nəqliyyat blokadasını tətbiq etmişdir.
Rəsmi dəlil, guya, «Çeçenistana silah daşıyan kanalları kəsmək»
olmuşdur. Blokada Dağıstana da, elə bütün Rusiyaya da ziyan vurdu.
Rusiyanın 1994-1995-ci illərdə çək-diyi zərər 6,1 milyard dollar
məbləğində dəyərləndirilirdi. Dövlət Dumasında çıxış edən (sonralar
faciəvi şəkildə həlak olan) general Roxlin Rusiyanın Azərbaycana
qarşı siyasətini
401
Rusiyanın milli maraqlarınna qarşı
xəyanət kimi
qiymətləndirmişdi.
Xəzərin statusu haqqında söhbətlər, danışıqlar, çəkişmələr hələ bir
neçə il davam etdi. İlham Əliyevin nüfuzlu mülahizəsinə görə, Rusiya
tərəfindən Azərbaycanın mövqeyinin tanınması, RF Prezidenti
Vladimir Putinin 2001-ci ilin yanvarında Bakıya rəsmi səfərindən
sonra qərarlaşdı.
Məsələnin «müqəddiməsinə», Rusiya XİN-in xatırlatdığımız
notasına qayıtmağa, zənnimizcə, dəyər. O qalmaqallı günlərdə RF
yanacaq və energetika naziri Yuri Şafranik özünü necə hiss edirdi?
Bəlkə, o da nota hazırlamaq fikrindəydi? Yaxud «dəli şeytan deyir»
kimi düşünənlərlə sərhədçiləri dilə tutub Xəzərin Rusiya sektorunun
mühafızəsi üçün patrul yerləşdirməyə çağırırdı?.. Bu sualları onun
özünə veririk. Uçurulmağa məhkum olan «Minsk» mehmanxanasının
arxasında, qədim mülkdə yerləşən «SoyuzNefteQaz» şirkətinin idarə
heyəti sədrinin rahat kabinetindəyik. Yuri Konstantinoviç stolüstü
lampanı özündən azca kənar edir:
- Siz
sualları verincə, mən konfliktin konseptual, sistemli
mahiyyətini ifadə edə biləcək sözləri axtarırdım. Və tapdım: bizim
fikir ixülaflarımız dünyagörüşü müstəvisindəydi. Bu sözdə, bu
mövqedə israrlıyam.
Nümunə kimi müsahibimiz öz təcrübəsindən bir hadisəni danışır.
Nazir olmamışdan, Tümen vilayətinə başçılıq etdiyi dövrün
əhvalatıdır. O vaxtlar, Sovet İttifaqnın yaşadığı son aylarda, Latviya
hakimiyyəti respublikadan Riqa «OMON»unu, xüsusi təyinatlı milis
dəstəsini çıxartdı.
- Hamı onları qəbul etməkdən imtina etsə də, mən qəbul etdim,
yerləşdirdim. Yaşayır, işləyirdilər və birdən, 1991-ci ilin axırında,
ezamiyyətdə olduğum zaman Latviyadan Tümenə prokurorluq və DİN
nümayəndələri gəlib bizim vətəndaşı tutub aparırlar. Mən
ezamiyyətdən qayıdıb hamını ayağa qaldrdım. «Necə yəni, - dedim, -
onlar öz müstəqilliyini elan edib, hamı müstəqilliyə səs verib - Rusiya,
Ukrayna, Latviya...
Məsələn, tutaq ki, fransız polisi bizə uçub gəlib vətəndaşımızı həbs
edə bilərmi? Nə üzlə Latviyadan durub gəliblər ki, Rusiya vətəndaşını
tutsunlar?» Mən bu əhvalatı Xəzərə və Bakıya sarı yönəldirəm.
Madam ki, biz özümüz vahid bir ölkəni parçalamışıq, - Əliyev ki
parçalamayıb, - onda hansı ağılnan hesab
402
edirik ki, münasibətləri təzyiq üzərində qurmalıyıq? Bu dünya-görüş
ziddiyyətlidir. Tamamilə! Mənim, yanacaq və energetika nazirinin
arxasında və Kozırevin - xarici işlər nazirinin arxasında müəyyən
mövqelər və baxışlar durur. Amma şəxsən özüm-özümdən, Rusiya
vətəndaşı Şafranik olaraq soruşuram: biz Azərbaycanla münasibətləri
necə qurmalıyıq? Birinci variant: onların problemlərini, öz
problemlərimizi anlamalıyıq. Ümumi məxrəc tapıb birləşərək
irəliləməliyik. İkinci variant: onların problemlərini anlamalıyıq və bu
problemləri həll etməkdə onlara mane olmamalıyıq. Və üçüncü
variant: Aha, siz ayrıldınızmı, di buyurun, gedin!
Üç variantdan ən pisi üçüncüsüdür. Nə tarixi, nə siyasi, nə iqtisadi
baxımdan məqbul deyil. Təsəvvur edin ki, Dağıstanla Çeçenistanın
yaxınlığında, daha bir qeyri-sabit, qayrıar ölkə ... Axı özünə gərək
belə sualları da verəsən. Ən yaxşısı birinci yoldur. Amma bunun üçün
onların problemlərini yaxşı başa düşməli və özününkülərindən də baş
açmalısan. Mən Bakı səfərinə hazırlaşırdım, götür-qoy edirdim, təkid
edirdim. Və indi, zaman ötəndən sonra, şadam ki, mənim
konsepsiyanı doğru oldu. Ölkələrimizin prezidentləri Xəzər üzrə
sənədləri imzaladılar. Lakin hətta danışıqlar hələ davam etsəydi də,
belə əlbir hərəkətlərə doğru kurs yenə də düzgün çıxacaqdı.
Biz dərhal «Azəri-Çıraq»dan faiz aldıq və «LUKoyl»a verdik bu,
o zaman dövlət şirkəti idi. Mən onda sərəncam verdim ki, Rusiya
tərəfindən Xəzərə «Rosneft» cavabdehdir; o, indi də dövlət şirkətidir.
Nə isə, bu başqa bir söhbətdir...
Yuri Konstantinoviç Heydər Əliyevlə ətraflı və uzun sürən
söhbətlərini xatırlayır. Əliyev moskvalı qonağa deyirmiş: «Yuri
Konstantinoviç, Prezidenti bir təhər inandır, qoy lap bircə saatlığa
uçub gəlsin. Birgə çıxaq, dolanaq. Meydana baş çəkək. Bundan artıq
heç nə lazım deyil». O isə uçub gəlmədi...
- Başqa yanaşmalar üstün gəldi, - deyə Şafranik sözünə davam
edir, - deyirdim: mən də Emıənistanı sevirəm. Ona qalsa mənim
erməni dostlarım azərbaycanlı dostlarımdan çoxdur
*
. Amma
Rusiyanın birbaşa marağı - Xəzər və neftdir. Azərbaycan və Bakı
geosiyasi və strateji mərkəz olmuş və olacaqdır.
*
Bu kontekstdə «ha,fqa yanaç:nalar»ın kimlər tərəfindən dəstəkləndiyi aydın olur
(müəlliflər).
403
Odur ki, gəlin, burada işləyək və bölgənin bütün ölkələrilə
münasibətləri inkişaf etdirək.
Yanacaq və Energetika Nazirliyində diplomatların, başqa
idarələrin əməkdaşlarının köməyilə bu xətti işləyib hazırladıqdan
sonra mən Prezident Yeltsinə məlumat verdim ki, «uçuram». O da
razılıq verdi.
- Razılığını şəxsi görüş zamanı verdi?
-
Əlbəttə. O başqa məsələdir ki, bu, hökumətlə razılaşdırılıb
hazırlanmış direktiv deyildi. Əgər biz bununla məşğul olsaydıq, çək-
çevirlərdə ilişib qalacaqdıq. Ona görə də müəyyən risk var idi. Mən
riski öz üzərimə götürdüm. Daha sonra Prezidentə məruzələr edərkən,
onu Rusiya və Azərbaycanın dövlətlərarası münasibətləri ilə daha çox
ciddi məşğul olmağa inandıra bildim.
Mən güzəştlər siyasətinin qəti əleyhinəyəm. Hesab edirəm ki, biz
onsuz da çox güzəştə getmişik. Güzəştlərə yox, birləşməyə, qarşılıqlı
faydalı qərarların axtarışına getmək lazımdır. Odur ki, konflikti
bəsitləşdirməyək. Mən onu dünyagörüşlərin ziddiyyəti kimi
dəyərləndirirəm. Rusiya məgər ləyaqətli və möhkəm olmalı deyilmi?
Bax, Xəzərdə biz - Yanacaq və Energetika Nazirliyi olaraq - bunları
müdafiə edirdik. Mən bizim milli maraqlarımızdan danışıram. Eləcə
də, ardıcıl olaraq Heydər Əliyev Azərbaycanın milli maraqlanın
müdafiə edirdi.
- Sizi
isə Rusiyanın milli maraqlarının müdafiə eldiyinizə görə
işdən kənarlaşdırmaq istəyirdilər...
- Bu,
yeganə hal deyil. Ən azı üç dəfə elə olub ki, baş nazirin
müavinləri Prezidentə yazmışlar ki, Şafranik işdən azad edilməlidir.
- Bu,
nə ilə bağlı idi?
- Yanacaq-energetika
və iqtisadi problemlərlə, belə deyək...
Mən şüurlu hərəkət edirdim. Güman etmirdim ki, iş notaya çatacaq...
Şüurlu şəkildə Azərbaycanla əməkdaşlığm düşüncəmə uyğun realizə
edilməsinə gedirdim... Və söhbətimizi Heydər Əliyev haqqında bu
sözlərlə bitirirəm. Mən Heydər Əliyevi böyük insan, çox görkəmli
dövlət xadimi hesab edirəm. Azərbaycan xalqının bəxti onda gətirdi
ki, məhz o zaman Heydər Əliyeviç sükan arxasında oldu. O sınmamış,
o qalxmğa özündə qüvvə tapmışdı... O kəs ki qalxmamış, qalxmağın
nə demək olduğu barədə heç mülahizə söyləyə bilməz...
404
Siz istefadan sonra qalxa bilən adamları çoxmu görmüsünüz? O isə
qalxmağı, respublikasına, xalqına fayda verməyi bacardı... Mən bir
çox görüslərin, söhbətlərin, hətta gecələr saatlarla davam edən
danışıqların, diskussiyaların iştirakçısı olmuşam. Bu, bir növ Əliyev
məktəbi idi. Mən görürdüm ki, bu insan müşavirəni, konfransı, görüşü
necə düşünür, düzüb-qoşur. Özü diqqət yetirirdi ki, masalar necə
qoyulub, kim harda əyləşəcək; başa düşürdü ki, siyasətçi üçün xırda
sayılan şey yoxdur. Nazir vəzifəsində olmayanda mən Azərbaycana
Əliyevin dəvətilə onun prezidentlərlə görüşlərinə gedirdim. İlahi, o
görüşləri o, necə aparırdı, rəhbərlik etmirdi, yox, aparırdı, çünki
yığışanlar hamısı eyni səviyyəli idilər, o isə sanki dirijorluq edirdi,
sizə deyim ki, bu, çox böyük məharətdir. Həm də böyük bir
siyasətçinin dərsləridir.
Sizə, yəqin ki, çoxları onun fantastik yaddaşından danışıb. Mən
belə insanlara daha rast gəlməmişəm, O, birbaşa, hansısa məlumatı
əzbərdən misal gətirir. Güman edilə bilər ki, müzakirəyə hazırlaşıb.
Amma mövzu dəyişir və o, yenə də nəhəng faktiki material haqqında
eyni bələdçiliklə danışır - bu heyrətamiz bir haldır!
Yeltsin Bakıya gəlib çıxmadı.
Həmin ərəfədə şəxsi təşəbbüsləri ilə bir çox şəxslər - məşhur
siyasətçilər, dövlət xadimləri, alimlər Boris Nikolayeviç Yeltsinin
diqqətini Azərbaycanla Rusiya arasındakı əlaqələrin arzuolunan
səviyyədə olmamasına yönəldirdi. Onların sırasında Ramazan
Abdullatipov və Vyaçeslav Mixaylov da vardı. Fəlsəfə elmləri
doktoru, hazırda Rusiyanın Tacikistandakı səfiri vəzifəsində çalışan
Ramazan Abdullatipov xatırlayır:
«Mən həmişə Boris Nikolayeviçi inandırmağa çalışırdım ki,
Bakıya gedib Heydər Əliyeviçlə şəxsən görüşmək prinsipial olaraq
vacibdir. Amma hər dəfə araya xoşagəlməz hadisələr girirdi. Gah İran,
gah Türkiyə, gah Ermənistan, gah radiolakasiya stansiyası, gah başqa
problemlər...»
Tarix elmləri doktoru Vyaçeslav Aleksandroviç Mixaylov
Rusiyanın Milli Məsələlər Nazirliyinə (bu nazirlik sonralar prezident
tərəfindən ixtisara salınmışdı) başçılıq edərkən Rusi-
405
ya prezidentinə ölkənin xarici siyasi preoritetlərilə bağlı məktub
yazmışdı.
«Bu, elə bir dövr idi ki, Rusiya öz xarici əlaqələrinin əsas
məqamlarını hələ təzə müəyyən etməyə başlayırdı, - deyə professor
Mixaylov xatırlayır. - Ölkə sanki onilliklər, yüzilliklər ərzində
formalaşmış tarixi təcrübəni nəzərə almaq istəmirdi. Əsas problem -
etno-milli amillərin anlaşılmamasıyla, başa düşülməməsiylə bağlı bəzi
köhnəlmiş stereotiplərdən qurtulmaq idi.
Bəzi siyasətçilər Prezidentin qulağını doldururdular ki,
pravoslavlar pravoslavlarla, müsəlmanlarsa müsəlmanlarla bir yerdə
olmalıdır. Və ölkənin xarici siyasi əlaqələri də məhz bu prinsiplər
əsasında qurulmalıdır, müttəfiqlər də bu cür seçilmədir. Mən bu
söhbətləri heç də o vaxtm siyasətçilərinin səviyyəsiz olduğunu sübut
etmək üçün demirəm. Bu, sadəcə «yeni siyasət», «yeni ictimai
təfəkkür» formalaşdırdıqlarını düşünən bəzi gənc siyasətçilərin
xəyalları idi. Əfsuslar olsun ki, bu zaman əsas məsləhətçi olan tarixi
təcrübə bir fundamental prinsip kimi nəzərə alınmırdı.
Tarixi təcrübə elə bir müdriklik mənbəyidir ki, onsuz heç bir
diplomatiya mövcud ola bilməz. Bu cəhətdən, həm də geosiyasi,
strateji, iqtisadi və bir çox başqa amilləri nəzərə alaraq anlamaq olar
ki, Azərbaycan Rusiyanın ən yaxın müttəfiqlərindən biridir. Buna görə
də nəticə çıxarmaq olar ki, Azərbaycan bir müstəqil respublika olaraq
bizim əsas partnyorumuz olmalıdır. Xarici siyasətin prioritetində milli
maraqlara əsaslanmaq kimi fundamental prinsipə söykənən Rusiya
siyasəti hələ Birinci Pyotrun vaxtından xarici siyasətdə uğurlar
qazanmışdı, Amma bu prinsiplərdən geri çəkilən kimi iflasa uğrayırdı.
Mən xarici səyasətimizin Azərbaycan istiqamətinə xüsusi diqqət
verməsinin tərəfdanyam: məsəl üçün, Dağıstanın taleyi burada həll
olunur, burada bizim Türkiyə, İranla olan əlaqələrimiz kəsişir».
«Rusiya-Azərbaycan münasibətləri: təcrübə, imkanlar,
perspektivlər» adlı elmi konfransda da Vyaçeslav Mixayloviç bu
fıkirlərini açıqlamışdı (bu tədbiri Dövlət Xidməti Akademiyasının
xarici əlaqələr kafedrası və Rusiya Azərbaycanlıları Konqresi
Azərbaycanla Rusiya arasında diplomatik əlaqələrin
406
qurulmasının on illiyi münasibətilə təşkil etmişdi). Konfransda çıxış
edən Azərbaycanın Rusiyadakı o vaxtkı səfiri Ramiz Rizayev
professor Mixaylovun Prezident Yeltsinə yazdığı məktubu xatırladı:
«...o vaxtlar heç də bütün siyasi xadimlərin hünəri deyildi ki, belə
cəsarətli addım ataraq Rusiya rəhbərhyini nədəsə təqsirləndirsin,
prezidentin siyasətində qüsurlar olduğunu açıq bildirsin».
Sonradan hər iki tərəf bu siyasətə müəyyən düzəlişlər etdilər.
Həmin konfransda Azərbaycanın Rusiyadakı o vaxtkı fövqəladə və
səlahiyyətli səfiri Ramiz Rizayevin şəninə çoxsaylı təriflər söyləndi.
Məhz onun bilavasitə iştirakı ilə Azərbaycanla Rusiya arasında yeganə
düzgün münasibətlər variantı - qarşılıqlı hörmət əsasında qurulan
münasibətlər formalaşdırıldı.
Səfiri isə oxucunun xatirindədirsə, özünün ilk Prezident fərmanıyla
məhz Heydər Əliyev təyin etmişdi.
Prezident çekist olanda
Heydər Əliyev müstəqil dövlətin əsas dayaqlaından olan güc
strukturlarının, xüsusilə bir vaxtlar özünün çalışdığı Dövlət
Təhlükəsizlik Komitəsinin fəahyyətinə böyük diqqət və qayğı ilə
yanaşırdı. Amma yenidən hakimiyyətə qayıdandan sonra aydm oldu
ki, digər dövlət strukturları kimi, bu qurumun üstündən də qara yellər
əsib...
Keçmiş Sovetlər Birliyində yüksək peşəkar çekist heyəti və
səmərəli fəahyyəti ilə həmişə öndə olan Azərbaycan DTK-sının qara
günləri Xalq Cəbhəsi hakimiyyətə gələndən sonra, 1992-ci ilin
martından başlamışdı. O ərəfədə DTK-nm adı dəyişdirilib Milli
Təhlükəsizlik Nazirliyi (MTN - red.) oldu. Amma yaxşı mənada
dəyişən təkcə ad idi. Digər dövlət qurumlarmda olduğu kimi, burada
da bolşeviksayağı kadr dəyişiklikləri başlandı. Cəbhəçi rəhbərlərin
qəzəbinə ilk tuş gələnlər təcrübəli, səriştəli, yüksək ixtisaslı köhnə
kadrlar, xüsusilə də rusdillilər oldu. Həmin günlərdə Rusiya FTX ilə
MTN arasında, arzu edənlərin Azərbaycandan Rusiyaya xidmətə
keçirilməsi barədə razılaşma var idi. Altı ayda, DTK-nm dağıdılması
demək olar ki, baş tutdu.
407
1992-ci ildə MTN-də bütün kadrlar məcburi olaraq Azərbaycan
dilindən imtahan verməli oldular. İmtahandan keçməyənləri kadrlar
idarəsinin sərəncamına göndərirdilər. Bu hal bir ilə yaxın, Heydər
Əliyev hakimiyyətə gələnə qədər davam etdi. Bu bir ildə Xalq
Cəbhəsi yüksək ixtisaslı kadrların yerinə öz tərəfdarlarını təyin edir,
işə qəbul heç bir xüsusi yoxlama aparılmadan həyata keçirilirdi.
MTN-ə Xalq Cəbhəsində yüksək vəzifə tutanların qohumları daha çox
işə götürülürdü.
Agentura və kəşfiyyat şəbəkəsi demək olar ki, dağılmışdı. MTN-in
çox mühüm bir funksiyası - terrorizmlə mübarizə ondan alınıb DİN-ə
verildi. Nəticədə 1993-94-cü illərdə Azərbaycan praktik olaraq xarici
və daxili düşmən qarşısında müdafiəsiz qaldı. Bu özünü dərhal
göstərdi, Azərbaycanda bir-birinin ardınca terror və təxribat aktları
törədilməyə başlandı. Məsələn, 1994-cü il martın 19-da "Sadval" ləzgi
milli hərəkatının üzvlərindən biri Bakı metropoliteninin "20 Yanvar"
stansiyasında partlayış törətdi. Nəticədə 14 nəfər öldü, 52 nəfər
yaralandı. İstintaq müəyyən etdi ki, bu terror aktnın törədilməsində
"Sadval" milli hərəkatının rəhbərliyinin də əli var.
Dövlət təhlükəsizlik orqanlarını dirçəlişi yalnız 1993-cü ildə,
vaxtilə bu sahənin peşəkar əməkdaşı olmuş, bu təsisatın milli
dövlətçiliyin müdafiəsindəki yerini və rolunu çox gözəl başa düşən
Heydər Əliyev hakimiyyətə gələndən sonra başladı. Xidmət tədricən
öz fəaliyyətini bərpa etməkdə idi və 1993-96-cı illərdə bir sıra böyük
və səs-küylü cinayətlərin üstünün açılması da məhz bunu göstərirdi.
Həmin cinayətlər sırasma terror aktları və təxribatlar, "islam inqilabı"
hazırlamaq cəhdləri və s. daxil idi. Dövlətə deyil, bir sıra qurumların
liderlərinə tabe olan silahh dəstələrin tərk-silah edilməsi istiqamətində
də əhəmiyyətli işlər görüldü.
Dövlət başçısnın tapşırığı ilə təhlükəsizlik orqanlarnın sıralarını
təsadüfi adamlardan təmizləməklə yanaşı, nazirlikdə bir sıra struktur
islahatları da həyata keçirildi. Bir qədər qabağa gedib qeyd edək ki,
2001-ci il avqustun 1-də Prezident Heydər Əliyevin fərmanı ilə Hərbi
Əks-Kəşfiyyat Xidməti MTN-in tərkibinə verildi. Bununla eyni
408
vaxtda Sərhəd Qoşunlan İdarəsi MTN-in tərkibindən çıxarılaraq, onun
bazasında Dövlət Sərhəd Xidməti təsisatı yaradıldı.
XX əsrin sonunda təbü ki, Heydər Əliyevin tövsiyə və tapşrıqları
ilə respublikanın xüsusi xidmət orqanları bir sıra xarici ölkələrin, o
cümlədən ABŞ-ın kəşfiyyat xidməti ilə əməkdaşlıq əlaqələri qurmağa
başladılar. Məhz Azərbaycan-Amerika xüsusi xidmət orqanlarının
birgə səyi ilə 1999-cu ildə ABŞ səfirliyinin Bakıdakı binasnın
partladılmasının qarşısı alındı. Bu münasibətlə Birləşmiş Ştatların
Prezidenti Bih Khnton azərbaycanlı həmkarına - Heydər Əliyevə
minnətdarlıq məktubu göndərdi. Elə o vaxtlardan rəsmi Bakı ABŞ-ın
antiterror əməhyyatlarını yaxından dəstəkləməyə başladı.
«Əsrin müqaviləsi» haqqında
1996-cı ilin oktyabrı. Heydər Əliyevin keçirdiyi müşavirədə
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) iki illik
fəaliyyətinin yekunları müzakirə olunur. Stenoqramı bir-nəfəsə
maraqlı detektiv əsər kimi oxuyursan. Budur neft boru kəmərlərinin
tikintisi müzakirə olunur:
Heydər Əliyev: Siz dediniz ki, Qərb boru kəmərinin çəkilməsinə
gələn ilin martında başlayacaqsınız və tikintini 1998-ci ilin sonunda
başa çatdırmağa söz verirsiniz. Sual doğur: bəs niyə belə gec? Axı
sizin yadınızdadır ki, bu ilin martında biz cənab Şevardnadze ilə Qərb
boru kəməri haqqında müqavilə bağladıq. Hansı səbəblərə görə işə
başlamaq üçün bir il lazım olub? Niyə işlərin başlanması gecikdirilir?
ABƏŞ-in vitse-prezidenti Veyn Volts: Cənab Prezident, Qərb
marşrutu üzrə inşaat işlərinin smetasını tərtib etmək, icra olunacaq
işlərin xorcini müəyyənləşdirmək üçün gərgin iş aparılır. Supsada
terminal tikilməsi üçün nəzərdə tutulmuş sahə, belə iş üçün dənizdə ən
pis yer kimi səciyyələndirilir. Gürcüstan Beynəxalq TSIeft
Korporasiyası və «Con Braun injinirinq» firması bu sahədə ətraflı
texniki, mühəndis, geotexniki araşdırmalar aparırlar. İşləri başlamağa
yetərincə əmin olmaq üçün la-
409
zımi dəqiq məlumatı və zəruri işlərin dəqiq smetasını biz yalnız I997-
ci ilin martında alacağıq...
Tikintiyə hazırlıqla və onun aparılması ilə bağlı 33 milyon dollar
məbləğində aralıq büdcə tərtib olunmalıdır ki, mövcud olan boru
kəmərlərinin təftişi, boru kəmər yatağı sahələrinin, dəniz dibinin
öyrənilməsi, yerüstü terminal inşaatnın altemativ variantı kimi
«orqanik terminaldan istifadə olunma imkanlarının aşkarlanması» və
sairə tədbirləri həyata keçirə bilək. Layihəni idarə etmək üçün
mühəndis işlərinin aparılması və bütövlükdə layihənin hazırlanması
ilə bağlı «Con Braun injinirinq» firması ilə müqavilə imzalanmışdır.
Gələn ay tikinti işlərinə tender elan etmək istəyirik. Hesab edirəm
ki, bizim hesablamalara və rəqəmlərə arxayın olub, gələn ilin
əvvəlində tikinti layihəsini təqdim edə və 1997-ci ilin martında
tikintiyə başlaya bilərik.
Layihəni 1998-ci ilin sonuna başa çatdırmaq üçün biz işlərin çox
dəqiq, intensiv qrafikini tərtib edəcəyik.
Heydər Əliyev: Sağ olun. Lakin istənilən halda hesab edirəm ki,
Qərb boru kəmərinin inşasmında böyük gecikmə var. Əgər Supsa
limanının belə səciyyələndirilməsi varsa, əgər o, deyilənə görə, dünya
təcrübəsində bu məqsədlər baxınından ən pis yerdirsə, hesab edirəm
ki, orada, Gürcüstan ərazisində başqa bir liman seçmək olardı. Lakin
bu Supsa limanı lap əvvəldən seçilmişdir. Görünür, bilirmişlər ki,
əlverişli limandır. Ümumiyyətlə, biz artıq bir ildir ki, Qərb boru
kəmərindən danışırıq. İndi isə məlum olur ki, Supsa limanı yaramır və
hətta başqa terminallar haqqında düşünürlər. Açığını deyim ki, bu
məni çox təəccübləndirir».
Prezidentin yanında keçirilmiş digər müşavirələrin stenoqramları
da eynilə bu cür konkret və kəskindir. Ümumi səciyyəli, «daha yaxşı
işləmək lazımdır» kimi çağırışlar, göstərişlər yox, vəziyyətin sərrast
təhlili var. İstər söhbət qazma qurğularının istifadəsindən, istərsə də
yerli kadrların cəlb olunmasından getsin, fərqi yoxdur.
«Qarabağ» neft yatağnın işlənilməsinə həsr olunmuş (1997-ci il, 5
aprel tarixli) müşavirədə Heydər Əliyevin çıxışından:
410
- Hərdən eşidirəm ki, bu kompaniyalar buraya, hətta fəhlə
gətizdirmək istəyirlər. Mən əvvəlcədən xəbərdarlıq edirəm və
Azərbaycan Dövlət Neft Şirkətinə sərəncam verirəm ki, buna nəzarət
etsinlər, biz bununla razı deyilik. Siz bilirsiniz ki, Azərbaycan
neftçiləri yüksək səriştəyə malikdirlər. Azərbaycanın neft sahəsində
məşhur alimləri, mühəndisləri, yüksək ixtisaslı fəhlələri var. Bütün
bunlar reallıqdır. Neft sazişləri bağlanmış bütün yataqlar Azərbaycan
mütəxəssisləri, alimləri tərəfindən kəşf edilmişdir. Azərbaycan artıq
50 ildən çoxdur ki, nefti dərin dəniz qatlarından hasil edir. Azərbaycan
neftçiləri neftçıxarma ilə yalnız vətənlərində yox, vaxtı ilə Vyetnamda
da məşğul olmuşlar. Bildiyiniz kimi, Vyetnanın cənubunda, dənizdə
Vunqtau adlanan yer var. Orada neftin kəşfiyyatı və hasil edilməsilə
ilk dəfə məhz Azərbaycan neftçiləri özlərini smağa çəkmişlər. Mən
1983-cü ildə Vyetnamda olduğum zaman Azərbaycan neftçilərinin
işlədikləri yerlərə getdim və bütün bunları gördüm. İndi Vyetnam
orada bol neft çıxarır.
Azərbaycan neftçiləri Kubada, Rumıniyada, Hindistanda neft
hasilatı sahəsində çalışmışlar. Və buna görə də Azərbaycan neftçiləri
yüksək səriştəli mütəxəssislər sayılırdılar. Hesab edirəm ki, istər
Azərbaycan mühəndisləri, istərsə də texnikləri, fəhlələri bu işlərə
geniş cəlb olunmalıdırlar.
Məsələn, «Dədə Qorqud» qazma qurğusunda olarkən, mən orada
gördüm ki, Qərb ölkələrindən gələn yüksək ixtsaslı mütəxəssislərlə
yanaşı Azərbaycan Respublikasnın yüksək hazırlıqlı mütəxəssisləri də
çalışır və öz yaxşı işləriylə fərqlənirlər. Buna görə sizdən belə bir
xahişim var ki, mənim bu fıkrimi gələcək fəaliyyətinizdə, ştatların
tərtib edilməsində nəzərə alasınız. Mən Azərbaycan Dövlət Neft
Şirkətinə və onun prezidentinə tapşırıram ki, onlar bizim tərəfdən bu
məsələlərə nəzarəti təmin etsinlər.
Biz bütün imzalanmış sazişlərin həyata keçirilməsinə çalışırıq və
bundan sonra da çalışacağıq. Mən şadam ki, siz yaradılmış iş
şəraitindən razısınız. Biz bundan sonra da xaricdən gələn şirkətlər,
mütəxəssislər üçün yaxşı iş şəraiti yaratmaq isfiqamətində lazimi
tədblrlər görəcəyik.
Bizim dünyanın məşhur neft şirkətlərilə əməkdaşlığımız
uzunmüddətli səciyyə daşıyır. İmzaladığımız bütün sazişlərin
411
müddəti otuz ildir. Lakin ümidvaram ki, nəticə əldə ediləndən sonra
otuz ilə hələ çox illər əlavə ediləcək.
Dostları ilə paylaş: |