3 iyul 1997-ci il, Moskva
Prezident Heydər Əliyevin Rusiya Federasiyasına ilk rəsmi səfəri
və Kremldə Prezident Yeksinlə danışıqlara başladığı gün. On il əvvəl
Heydər Əliyev sənədlərini yığışdırıb Kremli tərk etmişdi. Olsun ki, bir
başqasnın qəlbində indi xudpəsəndlik hissi baş qaldırardı: Buyurun
baxın. Görürsünüz, gəldim. Mənə qarşı haqsız olanlara göstərdim ki...
Təbü ki, Əliyevə də adi insani yaşantılar yad deyildi; Rusiya
Prezidentinin onu qəbul etdiyi Kreml palatalarnın yeni interyerlərinə
maraqla göz gəzdirdi, «ev yiyəsi»nin özünün, ömür yoldaşının,
qızlarının, nəvələrinin hal-əhvalıyla maraqlandı... Yeltsin ürəyində
aparılmış cərahiyyə əməliyyatından sonra özünə gəlmişdi; Kremlin
xidmətlərini, hökuməti o ki var qınayırdı; Nijni Novqoroddan yenicə
cavan adaşı Boris Nemtsovu irəli çəkib hökumətin ikinci pilləsinə
qaldırmışdı.
Görüşdən rəsmi məlumatlar yayan reportyorlar qeyd edirdilər ki,
görüş «səmimiyyət və qarşılıqlı hörmət şəraitində» keçmişdir. Ayrı
cür də ola bilməzdi axı; vaxtilə Siyasi Büro iclaslarında birgə iştirak
etdiyi azərbaycanlı həmkarını Rusiya Prezidenti dörd il idi ki, dəvət
etmək niyyətində idi. Daha əvvəl, görünür, heç bir imkan tapa
bilməmişdi...
İndi onlar dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında
müqavilə və beş saziş imzalamalı, o cümlədən Xəzər dənizində
Azərbaycanın perspektivli «D-222» blokunun kəşfiyyatı, işə salınması
və hasilatın paylaşdırılması haqqında razılaşmalı idilər.
İlkin gözəlliyinə uyğun olaraq bərpa edilmiş Kremlin Vladimir
zalında Rusiya və Azərbaycan himnləri səslənir. Boris Yeltsin öz
nitqini kağızdan oxuyur:
- Rusiya və Azərbaycanı çoxəsrlik tarix, ən zəngin ənənələr və
müxtəlif əlaqələr birləşdirib. Biz onları qıra bilmərik. Biz onların
inkişaf etməsi üçün əlimizdən gələni etməliyik...
Heydər Əliyev yazılı mətnə (vardısa da) əl atmadı:
412
- Mən Sizi, Boris Nikolayeviç, bütün burada iştirak edənləri bu
əlamətdar hadisə Rusiya Federasiyası və Azərbaycan arasında
dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizhk haqqında sənədin
imzalanması münasibətilə ürəkdən təbrik edirəm... Mən bu gün böyük
iqtisadi sənədlər paketinin imzalanmasından son dərəcə məmnunam.
Onlar bizim əməkdaşlığımızın bütün sahələrdə gələcək inkişafı və
dərinləşdirilməsi üçün yaxşı hüquqi anlaşmanın əsasını yaradırlar...
Az sonra jurnalistlərin suallarına cavab verən Heydər Əliyev
bildirmişdi ki, Xəzər nefti məsələsi də müzakirə olunmuş və biz Boris
Nikolayeviçlə geniş fıkir mübadiləsi aparmışıq... Rusiyanın
«LUKoyl» şirkəti indiyədək Azərbaycan neft şirkətinin transmilli
şirkətlərlə imzaladığı müqavilələrin üçündə iştirak etmiş və bu gün
«LUKoyl» şirkəti və Azərbaycan neft şirkəti arasında dördüncü
müqavilə imzalanmışdır».
İyulun 4-də Rusiyanın maliyyə və işgüzar dairələrinin
təmsilçilərilə keçirilən görüşdə də Heydər Əliyev bu mövzuya qayıdır.
1994-cü ildə imzalanan ilk müqaviləni xatırladaraq qeyd edir ki,
həmin müqavilə Rusiyanın bəzi dairələrində, «LU-Koyl»un iştirak
etməsinə baxmayaraq, nədənsə bədxahlıqla qarşılanmışdı.
- İndi «LUKoyl» dörd müqavilədə iştirak edir. Bunu ona görə
deyirəm ki, bəzən burada, Rusiyada, müxtəlif dairələrdə, təəssüf ki,
dövlət dairələrində də söz-söhbət gedir ki, Azərbaycan Rusiyadan
uzaqlaşır, daha çox Qərb şirkətlərilə ünsiyyətdə olur və sairə.
Respublikamızın bədxahları süni olaraq qeyri-sağlam iqlim yaratmaq
istəyir, mətbuatda şayiələr yayır, cürbəcür məqalələr yazırlar və sairə.
Açığını deyim ki, bu bizlərdə çox böyük narazıhq doğurur, çünki biz
birgə işləyirik...
Azərbaycanın dövlət başçısı bu gileyləri Rusiyanın dostu kimi
bildirirdi. İnanırdı ki, «Moskvada dünənki, srağagünkü, bugünkü
görüşlərdən sonra arada olan və bəlkə, sabah da olacaq qeyri-sağlam
söhbətlərin qarşısını siz alacaqsınız...»
Xatırladırdı ki, uzun illər məhz Azərbaycan Sibirə, Tatarıstana,
Başqırdıstana lazım olan neft-mədən avadanlığının 70 faizini təmin
edirdi. «Lakin bu əlaqəmizi qapatdılar, bizim maşınqayırma
zavodlarımız ağır vəziyyətdə qaldı. Amma iş yalnız bunda deyil, biz
onları bu vəziyyətdən çıxaracağıq.
413
Əgər rahlanmış, yaxşı avadanlıq buraxan istehsalat varsa, niyə də
ondan istifadə olunmasm?»
İradə mümkün olmayanı da gerçəkləşdirir
Nəticə işin tacıdır. Müxtəlif xalqlarm bu cür və ya buna oxşar
deyimləri var. Geoloq əməyinin tacı yerin alt qatlarında gizlənən
sərvətlərin kəşfıdir. Kəşfıyyat buruğundan göyə fışqıran neft
fəvvarəsidir. Ardınca neftçi baba bu təsərrüfatda öz işini ağıllı və
səmərəli qurmalıdır. «Əsrin müqaviləsi»nin üç yaşı tamam olandan
sonra ilkin neftin çıxarılması əlamətdar hadisə kimi qeyd olunur.
Bakı bayram edir. Yeni yataqdan çıxan «qara qızıl» ağ günlərdən
xəbər verir. Ənənəyə görə bu təbü sərvətdən azca üzə yaxınaqla
bayramlaşırlar. Heydər Əliyev də, o zaman ARDNŞ-in vitse-
prezidenti İlham Əliyev də, fəxri qonaqlar da bu neftçi adətinə əməl
edirlər...
Yeni neft strategiyasının parlaq göstəricisi yüz milyonlarla dollar
vəsaitin toplandığı Neft Fondudur. Bu vəsait sosial problemlərin
həllinə, bütün respublika vətəndaşlarının yaşayışının
yaxşılaşdırılmasına sərf ediləcək.
Azərbaycana gələn sərmayələrin məbləği bir çox MDB ölkələrinin
göstəricilərini qabaqlayır. Bu yalnız iqtisadi sərfəliliklə deyil, həm də
respublikadakı sabit iqlimlə, demokratik və hüquqi əsasların bərqərar
olunmasıyla şərtlənir. Xarici mütəxəssislər, tərəfdaşlar bu cəhəti
xüsusi vurğulayırlar. ABƏŞ şirkətinin prezidenti Devid Vudvord qeyd
etmişdir: «İqtisadi və ictimai sabitlik, xarici neft şirkətlərinin ARDNŞ
və Azərbaycan hökumətilə beynəlxalq neft sənayesinin standartlarına
uy-ğun tərəfdaşhq əsaslarında əməkdaşlığı ölkəyə sərmayə cəlb
etməkdə davam edəcək».
«Azəri-Çıraq-Günəşh» yataqlarının işlədilməsinin yalnız birinci
mərhələsi respubhkaya əlavə olaraq üç min iş yeri yaratmağa imkan
vermişdir.
İki yeni neft kəməri işə salınmış, Səngəçalda böyük terminal
tikilmişdir.
414
Böyük idarəçilik təcrübəsinə və reallığa söykənən iradə, - Heydər
Əliyevin məhz bu məziyyətləri neft strategiyasnın uğurla
gerçəkləşdirilməsini şərtləndirmişdir.
Müxtəlif zamanlarda filosoflar, yazıçılar, siyasətçilər insan
iradəsinin təbiəti haqqında düşünmüşlər. Cek London iradəni sehrkar
vasitə adlandırmışdır. Hansı daşlardan hörühnüş olsa da, «dünyada elə
bir möhkəm divar tapılmaz ki, insan iradəsi və düşüncəsinin yolunu
kəsə bilsin», - bu Braziliya yazıçısı Jorji Amadunun kəlamıdır.
Azərbaycan Prezidentinin iş masası üstündə bir çox görkəmli
mütəfəkkir və sənətkarlarm əsərlərini də görmək olardı - Dostoyevski,
Karleyl, Nizami, Sartr... Kim bihr, onları mütalə edən insanın qəlbində
məhz hansı fikir, mülahizə əks-səda doğurmuşdur. Heydər Əliyev
kitablara elə sevgiylə, qədirbilənliklə yanaşırdı ki, demək olar,
səhifələrin kənarında da qeyd, işarə cizgiləməyə qıymırdı. Çox vaxt
oğluna, ya qızına bu və ya digər əsəri oxumağı məsləhət görər, ayrı-
ayrı nəşrlərə öz köməkçilərinin diqqətini yönəldərdi. Məsələn,
qarşmızdakı kitabın müəlliflərindən biri, Hüseynbala Mirələmovun
«Xəcalət» adlı Qarabağ faciəsindən bəhs edən toplusuna belə bir
təqdir müyəssər olmuşdur...
Heydər Əliyev Emersonun bir kəlamını çox güman ki, təsdiq
edərdi: «Mümkün olmayanı yalnız insan mümkün etməyə qadirdir...
Xarakter - mükəmməl tərbiyə edilmiş iradədir...» İradə sərkərdənin də,
dövlət xadiminin də, alimin də amalını əmələ çevirən qüvvədir,
qüdrətdir. İradə - Suvorov və Jukov, de Qoll və Ruzvelt, Korolyov və
Mendeleyev kimi şəxsiyyətlərin, xarakterlərin özəyi, özülüdür. Ağıllı,
zəkalı iradə! Ardınca Nekrasovun misraları yada düşür:
İnsan iradəsi, insan zəhməti
Böyük möcüzələr yarada bilər.
Azərbaycan üçün belə «möcüzələr» sırasıənda «Əsrin mü-
qaviləsi» durur. Həm də bu, sonuncu deyil...
415
"Biz bir millət, iki dövlətik"
Azərbaycan-Türkiyə münasibətlərinin bütün dövrləri üçün
aktuallığını heç zaman itirməyəcək bu deyim də Heydər Əliyevə
məxsusdur. İki qardaş ölkə arasında münasibətlərin məğzini bu qədər
müfəssəl və bitkin bəyan edən ikinci bir ifadə tapmaq çətin ki,
kimsəyə müyəssər olsun. Heç şübhəsiz, Heydər Əliyevin bu qənaəti,
onun Türkiyə-Azərbaycan əlaqələrini, qərinələrdən keçən tarixi
münasibətlərini, bu ölkənin Azərbaycan dövlətinin, xalqnın yaşanında
nə kimi rol oynadığını və oynayacağını çox dərindən və mükəmməl
bildiyindən irəli gəlir.
Heydər Əliyevin Türkiyəyə, bu ölkədə gedən ictimai-siyasi
proseslərə diqqəti heç də Azərbaycanın müstəqilliyə qovuşduğu,
Sovetlər Birliyinin dağıldığı dövrdən başlamır. O özü bunu
Azərbaycan Respublikasının Prezidenti kimi Türkiyəyə ilk səfəri
zamanı, Türkiyə Böyük Millət Məclisindəki çıxışında belə ifadə
etmişdir: "Hələ gənclik illərində mən kitablarda, qəzetlərdə Türkiyə
haqqında, türk xalqı haqqında oxuyanda daim Türkiyənin həsrətini
çəkmiş, onun ictimai-siyasi həyatına böyük diqqət yetirmiş, Böyük
Millət Məclisinin işi, onun qəbul etdiyi qərarlar haqqında xəbərləri
diqqətlə izləmişəm".
Heydər Əliyevin Sovet dövrü fəaliyyəti də göstərir ki, o təkcə
Azərbaycan üçün yox, eləcə də Türkiyə və bütövlükdə türk-müsəlman
dünyası üçün önəmli bir siyasi xadim olmuşdur. Kommunist
ideologiyasının şüurlara hakim kəsildiyi nəhəng Sovet imperiyasında
hakimiyyəti təmsil edən əsas simalardan biri olduğu dövrlərdə Heydər
Əliyev çox böyük cəsarətlə imperiya tərəfindən daim ədalətsizliklərə
məruz qalan, ikili standartlardan əziyyət çəkən, dövlət rəhbərlərinin
biganəlikləri ilə üzləşən türkdilli müsəlman respublikaların xalqlarının
hüquqlarını müdafiə etmiş və bir çox mühüm məsələlərdə öz
mövqeyini ortaya qoymaqdan çəkinməmişdir. Heydər Əliyevin
Bolqarıstanda yaşayan etnik türklərə qarşı yeridilən ayrı-seçkilik
məsələsində Kremlin münasibətinə kəskin etirazı bu mövqeyi göstərən
faktlardandır.
O zaman Bolqarıstandakı vəziyyətdən narahat olan Türkiyə
hökuməti Sov.İKP MK Siyasi Bürosuna məktub yazıb, hadisələrin
qarşısını almaq üçün rəsmi Moskvanın öz imkanlarından
416
istifadə etməsini xahiş etmişdi. Baş katib Mixail Qorbaçov məsələnin
müzakirəsindən boyun qaçırır və bunun Bolqarıstanın daxili işi
olduğunu, rəsmi Moskvanın buna qarışmağa hüququ olmadığını
bəhanə gətirir. Heydər Əliyev Baş katibin fıkrilə razılaşmayıb, kəskin
etirazını bildirir: "Macarıstan və Çexoslovakiyada baş verən hadisələri
biz onların daxili işi hesab etmədik. Bolqarıstan türklərinə qarşı
zorakılıqdan söhbət gedəndə isə biz bunu onların daxili işi hesab
edirik. Bu gün ikili standartlar bizə yaraşmaz". O vaxt Siyasi Büro
Heydər Əliyevin bu qəzəbli etirazını ölü bir sükutla qarşıladı. Amma
unutmadı...
Həmin illərdə məhz belə xəbərlər ölkəyə, sonra isə xaricə sızır və
elə buna görə də ərəb ölkələrinin mətbuat səhifələrində Heydər
Əliyevi "Sovetlərin dəmir xarakterli rəhbəri", türkdilli mətbuatda isə
"Kremldəki böyük türk" kimi qələmə verirdilər.
Heydər Əliyev nə qədər beynəlmiləlçi olur-olsun, sovet
rəhbərliyinin türkdilli xalqların taleyinə biganəliyi ilə onların kadr
məsələlərinə yanaşına tərziylə razılaşa bilmirdi. Beynəlmiləlçiliyi şüar
edib millətçilik nümayiş etdirən dövlət başçısının qəbul etdiyi
qərarlarla heç cür barışa bilmir və bunu çəkinmədən bildirirdi.
Əvvəldə qeyd etdiyimiz kimi, Qazaxıstan Respublikası Partiya
Komitəsinin MK-sına birinci katib təyinatında da belə olmuşdu.
Heydər Əliyev hadisələrin gələcək inkişafını görürmüş kimi, qəti
şəkildə M.Qorbaçova demişdi: "Kunayev yaşlı olsa da, işin
öhdəsindən gəlir, yox əgər onu dəyişimək lazımdırsa, yerinə Kolbini
(milliyyətcə rus - müəl.) yox, qazax, məsələn, Nazirlər Sovetinin
sədri, cavan və enerjili Nursultan Nazarbayevi təyin etmək gərəkdir.
Əks halda, bu təyinat Qazaxıstanda milli zəmində böyük narazılıq
doğuracaq". Zaman H.Əliyevin haqlı olduğunu təsdiqlədi.
Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə gələndə
onun Türkiyə və bütövlükdə türk dünyası ilə təmasları, türk birliyinin
təşəkkülü və möhkəmlənməsi uğrunda sistemli fəaliyyəti
genişlənməyə başladı. Heydər Əliyevin yaxın dostu, Türkiyənin 9-cu
prezidenti, böyük dövlət xadimi Süleyman Dəmirəl məhz bu
xidmətlərini nəzərə alıb demişdir: "Mənim tanıdığım Heydər Əliyev
nə qədər Azərbaycan vətənpərvəridirsə, bir o qədər də türk
vətənpərvəridir. Heydər Əliyev təkcə
417
Azərbaycanın deyil, bütün türk dünyasının yetişdirmiş olduğu
məşhur dövlət xadimlərindən biridir".
Süleyman Dəmirəl sözün həqiqi mənasında Heydər Əliyev
haqqında yetərincə söz deməyə haqqı çatan kişilərdəndir və
Azərbaycan-Türkiyə münasibətlərinin "bir millət, iki dövlət"
səviyyəsində qurulmasında ən azı Heydər Əliyev qədər xidmətləri var.
Tarixə nəzər salaq, həm də ən yeni tarixə.
Sovet İttifaqı dağılarıdan və Azərbaycan müstəqillik əldə etdikdən
sonra Türkiyə ilə münasibətlər qurmaq, əlaqələr yaratmaq üçün çox
əlverişli fürsət yaranmışdı. Rusiya Cənubi Qafqazdakı mövqeylərini
əldən verməmək üçün Azərbaycan üzərində təsirini qorumağa
çalışırdı. Azərbaycanda isə dünya siyasətinin incəliklərindən bixəbər
olan Əbülfəz Elçibəy hökuməti gənc, müstəqil dövlətin qarşılaşdığı
problemləri nəzərə almadan, təkidlə Qərbi, Türkiyəni xarici siyasətin
prioriteti hesab edir, İran, xüsusilə Rusiya kimi bölgədə güclü təsir
vasitələrinə malik olan ölkələrlə münasibətlərdən açıq-aşkar imtina
edirdi. Bu münasibətlər onsuz da cəbhədə vəziyyəti heç də yaxşı
olmayan Azərbaycam daha çətin vəziyyətə salır. Ermənistanm
təcavüzü daha geniş xarakter alırdı. Açığını demək la-zımdır ki, belə
vəziyyətdə Türkiyə dost və qardaş ölkə kimi nə qədər narahat olsa
belə, sərt və kəskin bəyanatlar verməkdən uzağa gedə bilmirdi və
bilməzdi də. Əks halda, çox geniş qarşıdurma meydana çıxar və bunun
nələrlə bitəcəyi bəlli olmazdı.
1993-cü ildə Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə
gəlməsi ilə istər Azərbaycan-Türkiyə, istərsə də Azərbaycanla türkdilli
dövlətlər arasında münasibətlərin yeni və əsas mərhələsi başladı.
Heydər Əliyevin balanslaşdırılmış siyasəti gənc, müstəqil ölkəyə çox
vacib olan siyasi sabitlik, atəşkəs gətirdi. Ölkə tədricən informasiya
blokadasını yarmağa, beynəlxalq aləmdə tanınmağa və müstəqil
dövlət kimi qəbul olunmağa başladı.
Heydər Əliyev müstəqil Azərbaycanın prezidenti kimi Fransaya ilk
rəsmi səfərindən dərhal sonra, 1994-cü ilin fevralında qardaş Türkiyə
respublikasına səfər etdi. Türkiyə Prezidentinin iqamətgahı - Çankaya
köşkündə Azərbaycan Prezidentinin yaylım atəşilə müşayiət olunan
rəsmi qarşılanma mərasimindən start götürən görüşlər və danışıqlar
dörd gün davam
418
etdi. Görüşləri yaxından izləyən türk jurnalisti, "Sabah" qəzetinin
əməkdaşı Məhəmmədəli Viron azərbaycanlı həmkarına verdiyi
müsahibədə bildirir: "Heydər Əliyevin burada keçirdiyi görüşlərdən
heyrətə gəldim. Türkiyə indiyə qədər kimsəyə bu qədər hörmət və
iltifat göstərməmişdir. Bu, Əliyevə verilən dəstəyin ən parlaq nişanəsi
idi. Məncə, Heydər Əliyev Ankaradakı görüşlərində istədiyi köməyi
əldə etdi. Ankara da bu görüşlərdən son dərəcə məmnundur".
Bu səfərin ən yaddaqalan görüşü Türkiyə Böyük MüIət Məclisində
oldu. Millət vəkilləri ilə görüşü zamanı çox geniş və məzmunlu
nitqində Heydər Əliyev Türkiyə dövlətinin tarixi missiyasmı onlara
xatırladırmış kimi dedi: "Mən istərdim sizə Mustafa Kamal Atatürkün
bir kəlamını xatırladım, çünki bu kəlam Türkiyənin üzərinə düşən
məsuliyyətin nə qədər böyük olduğunu və Mustafa Kamal Atatürkün
nə qədər uzaqgörən olduğunu nümayiş etdirir. Türkiyə
Respublikasının 10 illiyi münasibətilə söylədiyi çıxışmda o deyir:
"Sovet İttifaqı bu gün bizim dostumuz, qonşumuz, müttəfıqimizdir.
Bu dostluq bizə zəruridir. Lakin bu gün heç kim görə bilməz ki, sabah
nə baş ve-rəcək. Ola bilər, sabah onlar osmanlılar kimi parçalansmlar,
Avstriya-Macanstan kimi bölünsünlər. İndi biri-birindən möh-kəm
yapışan millətlər, sabah hərəsi bir yana qaça bilər. Dün-yanm balansı
dəyişər. Türkiyə bilməlidir ki, belə olan halda o nə etməlidir. Bizimlə
bir dildə danışan, bir dində birləşən, mahiyyətcə bizimlə bir olan
qardaşlarımızı bizim dostumuz idarə edir. Biz onları öz himayəmizə
götürməyə hazır olmahyıq. Sakitcə oturub bu günü gözləməməli, buna
hazır olmalıyıq. Millətlər buna necə hazırlaşır, mənəvi körpülər
möhkəmləndirilirmi? Bizi körpülər kimi etiqad, tarix birləşdirir. Biz
hadisələrin ayırdığı köklərimizə, öz tariximizə qayıtmalıyıq. Biz tarixi
köklərimizə yaxınlaşmalıyıq".
60 il əvvəl Mustafa Kamal Atatürk bu günü görüb, bu vəsiyyəti
etmişdi. İndi bu vaxt yetişmişdir. Türkiyəyə dost və qardaş ölkələr,
millətlər öz müstəqilliklərinə nail olmuşlar. Türkiyənin ən yaxın dostu
və qardaşı olan Azərbaycan da müstəqil olmuşdur. Azərbaycan
bundan sonra Türkiyə ilə dostluq və qardaşlıq münasibətlərinə daha
böyük ehtiyac duyur"...
Heydər Əliyevin bu səfəri zamanı dövlət başçıları və hökumət
nümayəndələrinin imzaladıqlan 16 sənəd arasında yüksək
419
siyasi əhəmiyyət daşıyan dostluq və əməkdaşlıq, siyasi
məsləhətləşmələr haqqında müqavilələrlə yanaşı, iki dövlət arasında
iqtisadi münasibətləri tənzimləyəcək bir sıra digər sənədlər də var idi.
Bu sənədlər Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrində,
xüsusilə Türkiyənin Azərbaycandakı enerji layihələrində yaxından
iştirak etməsinə, "əsrin müqaviləsi"nə; qoşulmasına yol açdı. Ancaq
bu Heydər Əliyevin Türkiyəyə hələ ilk səfəri idi. Bundan sonra
Türkiyəyə Heydər Əliyevin rəsmi və işgüzar səfərləri daha müntəzəm
xarakter aldı. Lakin Azərbaycan-Türkiyə yaxınlaşmasının bu
müstəvidə olması bir çox dövlətləri o qədər də qane etmirdi. Səbəblər
müxtəlif idi.
Ən əsası isə Azərbaycanın Türkiyə ilə münasibətlərinin strateji
müttəfıqlik səviyyəsinə qalxması idi.
1 noyabr 1999-cu il. Ankarada Heydər Əliyevə Beynəlxalq
Atatürk sülh mükafatnın təqdimetmə mərasimi keçirilir.
Mərasimdə Heydər Əliyev həmişə olduğu kimi qeydsiz-fılansız
mükəmməl və geniş nitq söyləyir. Ən uzaq keçmişdən ən son tarixə
səyahətlə yanaşı Atatürk irsinə dərin hörmət ifadə olunur. Bununla
belə, Azərbaycan-Türkiyə münasibətlərinin qardaş ölkəyə dəyərli
xidmətlərindən də bəhs olunur. Heydər Əliyev yenə öz
manerasındadır: "1994-cü ildə imzalanan "Əsrin müqavilə"si adlanan
ilk neft müqaviləsi artıq özünün böyük nəticələrini verir. Siz bilirsiniz
ki, bu müqavilədə ilk dəfə olaraq Türkiyə də iştirak edir və Türkiyənin
payı 1,75 faizdir. Ancaq müqavilə imzalanandan sonra mən xüsusi
sərəncamımla Azərbaycana düşən hissədən ona 5 faiz də əlavə etdim.
Bundan sonrakı müqavilələrdə Türkiyə daha 5 və 10 faiz aldı. İndi
İTürkiyə neft ölkəsi kimidir, yəni "Türk petrolları" şirkəti Xəzər
dənizinin Azərbaycan sektorundakı neft-qaz yataqlarının birgə
işlənməsində xarici ölkələrin şirkətləri ilə yanaşı çalışır".
Amma görülən və görüləcək işlər bununla bitmirdi. Heydər Əliyev
Azərbaycanın geostrateji imkanlarından Türkiyənin də
bəhrələnəcəyini və nəzərdə tutulan layihələrdə onun mütləq iştirakını
qətiyyətlə bəyan edir. Bu onun təkcə Azərbaycan üçün deyil, eyni
istəklə Türkiyə üçün də çalışdığını ortaya qoyur.
- Mən qeyd etmək istəyirəm ki, - deyə o sözünə davam edir, -
1994-cü ildə "Əsrin müqaviləsi"ni imzalayarkən biz
420
müqavilədə böyük neft kəmərinin çəkilməsini də əks etdirdik və
nəzərdə tutduq ki, bu Bakı- Ceyhan neft kəməri olacaq.
Bir sıra ölkələr bu məsələdə bizə təzyiq göstərməyə başladılar.
Onlar bu müqavilənin həyata keçirilməsinin qarşısını almağa səy
göstərdilər. Bəzi Xəzəryanı ölkələr "Xəzər dənizinin statusu
müəyyənləşməyib" deyərək, bu müqavilənin reallaşmasına mane
olmağa çalışdılar. Onların başlıca məqsədi ondan ibarət idi ki, bu
böyük neft kəməri Bakı-Ceyhan marşurutu üzrə keçməsin, yəni
Türkiyə ərazisindən deyil, Rusiyadan keçsin. Ancaq biz bütün
təzyiqləri arxada qoyduq, ildən-ilə Bakı-Ceyhan boru kəmərinin
yaradılması istiqamətində addım-addım irəlilədik. Bir il əvvəl
Ankarada biz çox mühüm bir bəyanat imzaladıq. Onu Türkiyənin,
Azərbaycanın, Gürcüstanın, Qazaxıstanın, Özbəkistanın dövlət
başçıları imzaladılar. Sənədi həmçinin Amerika Birləşmiş Ştatlarnın
energetika naziri cənab Riçardson imzaladı..."
Lakin bu da son olmadı. Layihə həqiqətən ciddi maneələrlə
qarşılaşır, müxtəlif səisəm ideyalar və hesablamalar ortaya qoyulur,
hər vasitəylə buna mane olmağa çalışırdılar. Yalnız Heydər Əliyevin
prinsipial mövqeyi, partnyorları inandırmaq bacarığı hər şeyi yoluna
qoydu...
Bu mənada, Azərbaycanla Türkiyəni daha da yaxınlaşdıran Bakı-
Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Şərq-
Qərb nəqliyyat dəhlizi və bunlar reallaşandan sonra ortaya qoyulacaq
Bakı-Axalkalaki-Qars dəmiryolu layihəsi məhz Heydər Əliyevin
müstəsna xidmətləri kimi qeyd olunmalıdır.
Kim kimə daha çox lazımdır?
ABŞ - Azərbaycan münasibətləri Heydər Əliyevin daim xüsusi
diqqət yetirdiyi, xarici siyasətdə əsas prioritet hesab etdiyi sahələrdən
idi. Ölkəsinin əsas təbü sərvətlərindən olan ncftdən siyasi kapital kimi
istifadə edib dünyanm hegemon dövləti ilə münasibətləri qaydaya
salmaq və istər siyasi, istər iqtisadi sahədə Azərbaycanın əleyhinə
işləyən bədnam 907-ci maddəni neytrallaşdırmaq mühüm vəzifələrdən
biri kimi qarşıda dururdu.
421
1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləs"i imzalanandan
sonra ABŞ-Azərbaycan münasibətlərində müəyyən yaxınlaşma
yarandı və diplomatik vakkum tədricən aradan qalxmağa başladı.
Amma Heydər Əliyevin istədiyi bu deyildi. Əslində Birləşmiş Ştatlar
da bu ölkənin yeni jdünyada hansı geosiyasi əhəmiyyət daşıdığını hələ
tam dəyərləndirə bilməmişdi.
1997-ci ildə Heydər Əliyevin bu ölkəyə səfəri qarşısında ABŞ-ın
siyasi dairələrində, Dövlət Departamentində, Konqresdə və Senatda
Azərbaycanın liderə çevrilməkdə olduğu Xəzər hövzəsi qızğın
müzakirələr mövzusuna çevrildi. ABŞ Müdafiə Nazirliyinin
analitiklərindən biri ceyms Mak Duqall yazırdı: "Çox yəqin ki,
tarixçilər 1997-ci ili Birləşmiş Ştatların Xəzər hövzəsinin geosiyasi
əhəmiyyətini dərk etdiyi və bu regionda müvafiq xarici siyasət
kursunu həyata keçirməyə başladığı mərhələ kimi qeyd edəcəklər...
ABŞ-ın regiona geosiyasi maraqlarını daha əyani şəkildə nümayiş
etdirən əsas faktlardan biri onun Azərbaycanla münasibətlərinin
sürətlə yaxınlaşması idi. Bunun səbəbini həm coğrafiyada, həm də
siyasətdə axtarmaq lazımdır. Hər şeydən əvvəl, Azərbaycanda kəşf
olunmuş və ehtimal olunan neft ehtiyatları həqiqətən XXI əsrdə
dünyanın neft bazarında mühüm rol oynayacaq. İkincisi, Azərbaycan
tarixən dəniz və karvan yollarının kəsişdiyi məkanda qərarlaşıb.
Bugünkü reallıqlardan çıxış etsək görərik ki, Azərbaycanın
ərazisindən keçən və Asiya ilə Avropanı birləşdirən çoxsaylı nəqliyyat
və kommunikasiya qovşaqları, Azərbaycanı regionun coğrafi cəhətdən
çox mühüm ölkəsinə çevirir. Azərbaycan artıq Qərb-Şərq
münasibətlərində çox mühüm amildir və Şimal-Cənub münasi-
bətlərində də mühüm rol oynaya bilər".
Müdrik siyasətçi üçün mühüm amillərdən biri o idi ki, onun ölkəsi
ABŞ üçün iqtisadi maraqlar çərçivəsini aşaraq milli maraqlar"
sahəsinə daxil oldu.
Heydər Əliyevin ABŞ-a səfərindən əvvəl, onun oğlu -
"Əsrin müqaviləsi"nin reallaşmasında çox mühüm rol oynamış,
ARDNŞ-in birinci vitse-prezidenti İlham Əliyevin 1997-ci ilin
fevral aymda Hyustonda və Vaşinqtonda
422
keçirdiyi görüşlər iki ölkə arasında münasibətlərin yaxınlaşmasında az
rol oynamadı.
1997-ci il fevralın 10-12-də energetika tədqiqatçılarnın Kembric
Assosiasiyasının sponsorluğu ilə Texas ştatnın Hyuston şəhərində
keçirilən konfransda dünyanın müxtəlif ölkələrinin hökumət və sənaye
qruplarnın 1500 nümayəndəsi iştirak edirdi. Amerika mətbuatının çox
geniş işıqlandırdığı konfransda İlham Əliyev iki ölkənin iqtisadi
münasibətlərinin inkişaf perspektivlərindən parlaq nitq söylədi. Məhz
bu konfransdan sonra fevralm 18-də "Azərbaycan: konınunizmdən
demokratiyaya və neftə doğru" mövzusunda daha bir konfrans
keçirildi. Amerika -Azərbaycan Ticarət Palatasnın maliyyə dəstəyilə
keçirilən və Amerikanm 400-dən çox nəhəng şirkətinin nümayən-
dələrinin iştirak etdiyi konfransda "dünyanm ən nəhəng dövləti ABŞ
Azərbaycana çox böyük maraq göstərir" sözləri səsləndi. İlham
Əliyevin çıxış etdiyi bu konfransda ABŞ-ın keçmiş müdafiə naziri,
ticarət palatasnın fəxri müşaviri Riçard Çeyni "Azadlığı müdafiə"
mükafatmı aldı. Onun konfransda iştirakı çox şeydən xəbər verirdi və
bu işdə iştirak edən ABŞ-ın digər keçmiş yüksək çinli məmurlarını,
xüsusilə konqresin mövqeyinin və ictimai rəyin formalaşmasında əsas
rol oynayan xarici siyasət elitasını bir qədər də ruhlandırdı.
Heydər Əliyevin məhz bu günə hesablanmış xarici siyasət kursu öz
nəticələrini verməkdə idi. Konfranslarda səslənən bəyanatların ardınca
ABŞ Dövlət Departamentinin rəsmiləri bu qəbildən olan bəyanatlar
verməyə başladılar. Məsələn, 1997-ci il martın 27-də Strateji və
Beynəlxalq Araşdırmalar Mərkəzində ABŞ prezidentinin milli
təhlükəsizlik məsələləri üzrə köməkçisi Sandi Berger bəyan etdi ki,
"Bill Klintonun ikinci prezidentlik müddətində Xəzər hövzəsi ABŞ-ın
xarici siyasətində prioritet yer tutacaq". O, həmçinin bəyan etdi ki,
"Çin, Türkiyə və Qafqaz xüsusi maraq göstərdiyimiz regionlardu' və
Birləşmiş Ştatlar Mərkəzi Asiyada və Qafqazda öz mövqelərini
genişləndirmək niyyətindədir".
Açıq-aydın hiss olunur ki, Xəzər hövzəsi regionuna yüksək
diqqət yetirən ABŞ-ın xarici siyasət rəsmiləri
423
nəhəng neft şirkətləri rəhbərlərinin bu regionun vacibliyi fikrinə
şərikdirlər. Dövlət administrasiyasnın və neft şirkətlərinin regionun
vacibliyi haqqında bəyanat verməsinin müxtəlif səbəbləri olsa da
(birincilər üçün bu siyasət və biznes məsələsidir, ikincilər üçün neft
satışından gələn gəlirdir), onların əməkdaşlığı göz qabağındadır. Hər
iki tərəfin siyasəti bir-birini tamamlayır.
Heydər
Əliyev "Əsrin müqaviləsi"nin imzalanmasını
sürətləndirərkən böyük siyasi intuisiya ilə məhz bunu yüzə yüz
hesablamışdı. Prezidentin hesablamaları, məntiqi heç vaxt onu çətin
vəziyyətdə qoymurdu. Budur, elə ki, ABŞ administrasiyası öz siyasi
nəzər-diqqətini Qafqazdakı siyasətə yönəltdi, milli mətbuat da bu
istiqamətdə siyasi və iqtisadi məsələlərin işıqlandırılmasını prioritet
elan etdi. Bu bəyanatlardan az müddət sonra "Uoll Strit Cornel"
Azərbaycanda neft bumunun hansı nəticələr verəcəyinin mənfi və
müsbət tərəflərini xırdalıqları ilə təhlil etməyə başladı. Bundan sonra
"Nyu-York Tayms" qəzeti keçmiş müdafiə naziri Kaspar
Uayrıbergerin "Rusiyanm neft ağuşu" məqaləsini çap etdi.
Uayrıberger Xəzər neftinin istismarı və nəqlini Rusiyanm öz nəzarəti
altına almaq cəhdlərindən bəhs edirdi. Müəllif Rusiyanm Ermənistana
genişmiqyaslı hərbi dəstəyini (1 milyard dollarlıq Rusiya silahının
təmənnasız Ermənistana ötürülməsi- red.) xüsusi qeyd edərək, Klinton
administrasiyasını "Azərbaycanla daha yaxın münasibətlər qurmağı
stimullaşdırmaq və Konqresi bu ölkəyə yardım göstərməyə
münasibətdə öz prioritetini dəyişməyə inandırmağa" çağırmışdır.
Mətbuatda ABŞ-ın Azərbaycana və Xəzər neftinə marağına həsr
edilmiş məqalələrindən daha çox seçiləni "Vaşinqton Post" qəzetində
çap olunmuş "Keçmiş Amerika elitası Xəzər quyularını ələ keçirməyə
çalışan" məqaləsi idi. ABŞ-ın xarici siyasət ehtasının fəaliyyətindən
bəhs edən məqalədə qeyd edilir ki, "bu insanlar ABŞ
administrasiyasını və müxtəlif siyasi partiyaları təmsil edirlər. Ancaq
hamısı çalışır ki, ümumi səylə regiondakı siyasi xətti dəyişsin. Onların
dediyinə görə, bu Amerika şirkətlərini digər xarici şirkətlərlə bərabər
vəziyyətdə qoymaq üçün çox zəruridir". Məqalədə xüsusilə, iki
keçmiş milli
424
təhlükəsizlik məsələləri üzrə köməkçilər — Brent Skoukrofot və
Zbiqnev Bjezinski, Ağ ev administrasiyasnın keçmiş rəhbəri Con
Sunun, keçmiş müdafiə naziri Riçard Ceyni, keçmiş dövlət katibi Ül
Ceyms Beyker və keçmiş mahyyə naziri Loyd Bentsenin bu
istiqamətdəki fəaliyyətlərinə toxunulur. Bu xadimlərin Amerikanın
Azərbaycandakı xarici siyasətinə lobbiçilik etmələri və açıq-açığına
intensiv dəstəkləmələrini, bu regiondakı siyasətçilərin rəyinin
formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərdiyini açıqlayirlar.
Həqiqət belə idi. Məhz bu ərəfədə ABŞ-ın alimləri və "beyin
mərkəzləri" (analitikləri və politoloqlan — red.) Xəzər hövzəsini,
Qafqazı və xüsusilə Bakını öz fəaliyyətlərinin prioritet istiqamətlərinə
çevirdilər. Bunlardan konservativ "beyin mərkəzi" ABŞ Konqresinə
xarici siyasət rəyləri hazırlayan Heritec Fondunu xatırlatmaq istərdik.
Xəzər regionu üzrə siyfsi təhlillərin nəticələrini müntəzəm dərc
etməklə yanaşı, Fond ARDNŞ-in vitse-prezidenti İlham Əliyevin
1997-ci ilin fevralında Vaşinqtona səfəri zamanı onun şərəfinə banket
də təşkil etmişdi.
1997-ci il iyulun 21-də ABŞ-ın dövlət katibinin müavini Stroub
Telebottun Mərkəzi Asiya Universitetində Qafqazın və Mərkəzi
Asiyanın problemləri üzrə geniş məruzəsi hökumət məmurları ilə elmi
cəmiyyətlərin nümayəndələri arasında ABŞ-ın xarici siyasətinə
münasibətdə müəyyən konsensusun işlənib hazırlandığını göstərdi.
Telbott çıxışında artıq Sandi Bergerin mart ayında söylədiyi, ABŞ-ın
Mərkəzi Asiyada və Qafqazda öz siyasətini gücləndirmək fikrini
yenidən gündəmə gətirdi. Heydər Əliyevin Vaşinqtona səfərindən bir
həftə əvvəl səslənən bu çıxış, ABŞ-ın region ölkələri ilə, xüsusilə
Azərbaycanla münasibətlərinin yeni mərhələyə qədəm qoyması
faktının təsdiqi idi.
Heydər Əliyevin iyulun 31-i və avqustun 1-də Vaşinqtona səfəri
iki ölkə arasında formalaşan münasibətlərin yeni mərhələsinin zirvəsi
oldu. Ağ evin press rehzində yazıhrdı: "Prezident Əliyevin səfəri iki
ölkənin əməkdaşlıq əlaqələrində təməl daşıdır və əməkdaşlığın
genişləndirilməsində mühüm rol oynayacağını vəd edir".
425
Beləliklə, tam yəqinliklə demək olardı ki, Birləşmiş Ştatlar xüsusilə
Azərbaycanın simasında region ölkələri ilə əlaqələrə, həqiqətən,
böyük əhəmiyyət verirdi. Diqqət çəkən məqam ondan ibarətdir ki,
Azərbaycan da, ABŞ da münasibətlərin, məhz Prezident Heydər
Əliyevin istədiyi kimi, yeni mərhələyə daxil olması fikrində yekdil
idilər.
Dostları ilə paylaş: |