1 avqust 1997-ci il, Vaşinqton
Heydər Əliyevin ABŞ-a rəsmi səfəri gedişatında Ağ evdə ARDNŞ
və Amerikanın dörd şirkəti - «Şevron», «Eksson», «Mobil», «Amoko»
- arasında müqavilələr imzalanmışdır. Hər iki ölkənin dövlət başçısı
bu sənədləri belə dəyərləndirmişdi:
«Bill Klinton: Xəzər hövzəsi yeni neft və qaz layihələrinin həyata
keçirilməsi üçün həyati önəmə malik olan bölgədir. Bu günlərdə enerji
ehtiyatlarnın istismarı üzrə qəbul edilmiş razılaşmalar gələcək
nəsillərə fayda verəcəkdir.
Azərbaycanla birgə Xəzər sərvətlərinin istismarı üzrə əməkdaşlıq
edərək, biz bununla nəinki Azərbaycanın çiçəklənməsinə yardım
göstərir, həmçinin müxtəlif yollarla öz ölkəmizi enerji məhsulları ilə
təmin edir və dövlətimizin təhlükəsizliyini möhkəmləndirib).
«Heydər Əliyev: İndiyədək Xəzərin Azərbaycan sektorunda enerji
ehtiyatlarnın istifadəsi sahəsində Amerika və Azərbaycan arasında
əməkdaşlıqda yaxşı nailiyyətlər əldə edilmişdir. Biz bu əməkdaşlığı
davam etdirir və etdirəcəyik.
Bu gün burada, bu salonda imzalanmış dörd müqavilə buna əyani
sübutdur. Qarşımızda bir sıra, o cümlədən Orta Asiya və Mərkəzi
Asiyadan enerji ehtiyatlarının Xəzərdən keçmək şərti ilə dünya
bazarma daşnınası, Qərbə neft ixracı üçün boru kəmərlərinin çəkilmə
məsələsi durur. Biz sizinlə bu sahədə daima əməkdaşlıq edəcəyik».
Sənədlər Ağ evdə, Franklin Ruzveltin adını daşıyan otaqda
imzalanırdı.
ABŞ-ın vitse-prezidenti Albert Qor bu mərasimi «Xəzər
sərvətlərinin istifadəsinə
bəslədiyimiz ümumi ümidlərimizə
ciddiyyətlə yanaşmağımızı» əks etdirən Amerika və Azərbay-
426
can arasında «enerji dialoqu»nun başlanğıcı kimi dəyərləndirmişdir.
«Heydər Əliyev: Qürur hissi ilə qeyd etmək istəyirəm ki,
Azərbaycan neftçiləri hələ 50 il bundan əvvəl ilk dəfə dənizdə neft
yataqları aşkar etmiş və onun istismarına başlamışlar. XX əsrin
sonunda Azərbaycan bütün dünyaya Xəzər dənizindəki neft
yataqlarını təqdim etdi.
Bu gün burada Vaşinqtonda, Ağ evdə «böyük məmnuniyyətlə
qeyd edirəm ki, bu işlərdə Amerika Birləşmiş Ştatlarının azman
şirkətləri fəal iştiıak edirlər. Biz dərk edirik ki, xarici sərmayələrin
Azərbaycana axını, iqtisadiyyatımızın dünya iqtisadiyyatına
inteqrasiyası, o cümlədən Amerika Birləşmiş Ştatları ilə möhkəm
iqtisadi əlaqələrin yaradılması Azərbaycan xalqnın gözəl gələcəyinə
xidmət edir».
Yeri gəlmişkən, bu əlaqələr uzaq zamanlardan başlayır. Hələ
1923-cü ilin may aymda «Azneft» Amerika korporasiyalarnın biri ilə
neftqazma və neftçıxarma üzrə müqavilə bağlamışdı. Həmin ilin iyul
ayında Bakıya neft sənayesinin müxtəlif sahələri üzrə ekspert olan 11
amerikalı mütəxəssis gəlmişdir.
«Bakinski raboçi» qəzetinin 17 iyul 1923-cü il tarixli sayında
onların adlan bir-bir çəkilir, 18 qazma ustasının yolda olduğu
bildirilirdi.
Amerika səfəri zamanı Heydər Əliyev Ağ evdəki tədbirlə yanaşı,
daha 75 işgüzar danışıq aparmışdır.
Onun müsahibləri sırasında «Bi-Pi-Amerika», «Frontera resursez»,
«Şevron», «Penzoyl», «YunokaI», «Konoko», «Eksson» və «Şell»
kimi ən böyük şirkətlərin başçıları olmuşdur.
Prezidentin qrafıki bu görüşlərlə də məhdudlaşmırdı. O,
konqresmenlərlə, senatorlarla, Beynəlxalq Əlaqələr Komitəsinin sədri
Gilmanla, Nümayəndələr Palatasnın spikeri Qinqriçlə söhbətlər
aparmışdır. Bu damşıqlar ayrıca mövzu olaraq Azərbaycanın milli
maraqlarnın beynəlxalq meydanda inadkar və ardıcıl müdafiəsinə,
ABŞ Konqresi tərəfindən Azadhğa dəstək Aktma bədnam 907-ci
əlavənin aradan götürülməsi uğrunda mübarizəyə yönəldilmişdir.
Yəqin ki, Azərbaycandan kənardakı oxucularımızın çoxuna «907-
ci əlavə» adlı sənəd heç nə deməyəcək. İzah edək: 1992-ci ildə ABŞ
konqresi «Azadlığı müdafiə aktı»nı müzakirə
427
edirdi. Böyük Amerika sahibkarı R.Bernsin sözlərilə desək, həmin
günlərdə ermənilər təkcə Azərbaycanın döyüş meydanlarında deyil,
həm də ABŞ Konqresinin kabinetlərində və zallarında mübarizə
aparırdılar. Sonunda, erməni lobbisi bu sənədə 907 saylı əlavənin
yazılmasına nail ola bildi. Bu düzəlişdə, «Ermənistanı blokadada
saxladığına görə Azərbaycana heç bir maddi kömək edilməyəcəyi»
qeyd olunurdu. Ermənistan-Azərbaycan müharibəsi bitənə qədər bu
düzəliş qüvvədə qalmalı idi. Heydər Əliyev məhz bu ədalətsizliyə
qarşı, təcavüzün qurbanı olduğu halda, Azərbaycanın bütün dünyaya
təcavüzkar kimi təqdim olunmasıyla mübarizə aparırdı.
Əliyevin okeanın o tayına səfəri ilə bağh daha bir neçə epizoda
nəzər salaq:
Fikir verin, o, necə gərginliklə işləyir, öz müsahiblərini necə
nəzakətlə və təmkinlə öz tərəfinə çəkib «maarifləndirir».
İyulun 28-də Nyu-Yorkda «Bi-Pi-Amerika» neft şirkətinin
təmsilçiləri Stiv Persi, Edd Uayhet və Maykl Taunshetlə görüş
keçirilir,
H.Əliyev deyir:
- Azərbaycanda dünyanın müxtəlif ölkələrinin, o cümlədən
Amerika Birləşmiş Ştatlarmın şirkətləri ilə, həmçinin neft-
mədənlərində fəaliyyət göstərən şirkətlərlə müştərək işlərin geniş
aparılması üçün hər bir şərait yaradılmışdır. Ölkəmizə qoyulan xarici
sərmayələrin qorunması qanunvericiliklə təsdiqlənmişdir. Azərbaycan
öz iqtisadiyyatını bazar münasibətləri əsasında qurur və öz qapılarını
dünyanın üzünə açıb.
Avqustun 2-də Heydər Əliyev Hyustonda «Pennzoyl» şirkətinin
prezidenti Ceyms Peytlə görüşür:
- «Pennzoyl»
Azərbaycana gələn ilk xarici şirkətlərdən biridir.
Mən «Pennzoyl»un ölkəmizdə qaz-kompressor stansiyasının
yaradılmasında və Azərbaycanda qaz hasilatının artırılmasında
xidmətlərini yüksək qiymətləndirirəm. «Pennzoyl»un «Əsrin
müqaviləsi»ndə öz payı var, «Qarabağ» yatağının müştərək
işlənilməsi üzrə müqavilənin həyata keçirilməsində isə sizin şirkət
aparıcı rol oynayır. Mən bilirəm ki, Azərbaycanın maraqlarını
Birləşmiş Ştatlarda təqdim və təbliğ etməklə, siz böyük iş aparırsınız.
428
Avqustun 3-də yenə Hyustonda o, «Eksson» şirkətinin prezidenti
Tenni Kuntsla danışıqlar apanr:
- 1994-cü ildə «Əsrin müqaviləsi» imzalandıqdan sonra qalan
kiçik hissənin bölüşdürülməsi böyük çətinlik törədirdi, Yadımızda
qalmış olar, o vaxt sizin kimi, bir çox iri kompaniyalar bu hissəni
almaq istəyirdi. Həmin şirkətlər arasında sizin ölkənizin təmsilçiləri
kimi, Avropanın da, qonşularımızın da şirkətləri vardı. Siz bunu
bilirsiniz, mən də bilirəm, adlar çəkmək istəmirəm, bu artıq tarixdə
qalmışdır.
Onda mənə də qərar qəbul etmək çətin idi, çünki sizin şir-kətlə
yanaşı başqaları da, eynilə belə sanballı olanlar bizimlə həqiqətən,
yaxşı münasibətlər qurmaq istəyirdilər.
Uzun götür-qoydan sonra qərara gəldim. Bu qərar «Eksson»a
«Əsrin müqaviləsi» imzalandıqdan sonra ona qoşulmağa imkan verdi.
Və bundan sonra sizinlə bir neçə görüşüm oldu. Mən istəyirdim ki, siz
ayrıca bir yataqda işləyəsiniz. Yaxşı ki, nəhayət, bu baş tutdu. Yatağın
adı «Naxçıvan»dır, mənim doğulduğum yer belə adlanır. Və bu,
üzərinizə daha böyük məsuliyyət qoyur...
- Bəli, - cənab Kunts dillənir, - «Eksson» bununla fəxr edir.
Maraqlıdır, görəsən, bu danışıqlar zamanı Prezidentin qəlbində
hansı dərin hisslər baş qaldırırdı. Öz kiçik vətəni Naxçıvana sevgisini
dilə gətirməklə, sanki müqəddəs bir etirafı açıqlayırdı.
- Mən doğulduğum yeri bir də ona görə sevirəm ki, 1990-cı
ildə, Moskvada yaşadığun zaman, həyatım təhlükəyə məruz qaldığı
vaxt, mən təqib olunurdum, çox-çox maneələrlə üzləşirdim və
mən Azərbaycana qayıtdım, Bakıda yaşamaq mümkün olmadığından,
anadan olduğum yerə - Naxçıvana getdim. Orada çox çətin günlər
yaşadım, Amma Naxçıvan məni mehribancasına öz qoynuna aldı və
mən əlimdən gələni etdim ki, o yaşasın. Ola bilsin, oraya
qayıtmasaydım, bu diyarın sakinlərini böyük təhlükə gözləyərdi. Ona
görə mən öz vətənimi - anadan olduğum yeri çox sevirəm. Dar
günlərdə o mənə kömək əlini uzatdı, mən bunu çox qiymətləndirirəm.
Gözləyirəm ki, siz işə fəal başlayacaqsınız. Bilirəm ki, «Eksson»
Amerikanm ən böyük neft şirkətidir. Amma bilmirəm, indiyədək
Ağ evdə müqavilələr imzalamısınızmı?
429
- Bu ilk dəfə baş verdi! - Görürsünüzmü, biz sizinlə sadəcə
müqaviləni imzalamamışıq, həm də onun Ağ evdə imzalanmasına nail
olmuşuq! Mən sizinlə bir neçə dəfə Bakıda və Birləşmiş Ştatlarda
görüşmüşəm. Ancaq indi Ağ evdə, sizin hökumətin rəhbərlərilə birgə,
onların iştirakı ilə müqavilə imzaladıq. Bu özü-özlüyündə tarixi
hadisədir və müqaviləni də siz imzalamısınız. Cənab Kunts bildirir:
- Bizim
şirkətimiz Azərbaycanın Dövlət Neft Şirkəti ilə birgə
Xəzərdə «B-9» bloku üzərində işləyir. Bu perspektivli struktur dərin
su qatlarınm altmda yerləşir. Həmin struktur üzrə də yaxın zamanda
müqavilənin imzalanması yaxşı olardı. Bu bizə və ARDNŞ-ə daha
böyük dərinliklərə getməyə və oradan neft çıxarmağa imkan verərdi...
Şübhəsiz ki, siz bu yatağa ad qoyacaqsmız, çünki «B-9» adı heç nədən
xəbər vermir...
- Bəli, bu müvəqqəti addır, müqavilə imzalanandan sonra
başqa ad olacaq. Mən Natiq Əliyevə tapşıraram ki, bu barədə mənə
məlumat versin.
- Biz
Xəzərin iri, dərində yerləşən strukturlarının işlədilməsinə
qatılmaq istəyirik və yaxın zamanda öz təkliflərimizi ARDNŞ-ə
təqdim edəcəyik. Zənnimcə, Xəzərin Azərbaycan sektorunun dərin
laylarında böyük neft ehtiyatları var. «Eksson»un təcrübəsi və
imkanları bu yataqların ARDNŞ ilə birgə rasional istifadə ediləcəyi
haqqında danışmağa əsas verir.
Cənab Prezident, fürsətdən istifadə edib, əvvəllər sizinlə
danışdığım başqa bir məsələyə də toxunmaq istəyirəm. Söhbət
Xəzərdəki qaz yataqlarmın istismanndan gedir. O zaman biz elan etdik
ki, bu qaz yataqları, onların istismarı və mavi yanacağın nəqli
haqqında təklifləri Azərbaycan Dövlət Neft Şirkəti ilə birgə
hazırlayacağıq. Bu təkliflər hazırdır və hesab edirəm ki, bizim vitse-
prezident və cənab Natiq Əliyev onları bütün müddəalar üzrə
razılaşdıracaqlar. Qaz yataqlarımn istismarı üzrə daha fəal hərəkətlərə
əl atılmalıdır, çünki bu məhsula müştəri axtarışı neft istehlakçısnın
axtarışından fərqlidir, burada rəqabət yüksəkdir. Yaxınlıq amilini
nəzərə alaraq, Azərbaycan qazı üçün ən yaxşı satış bazan Türkiyə ola
bilərdi. Sizin şimal qonşunuz «Qazprom» Türkiyə ilə bir neçə
müqavilə bağlasa da, Türkiyənin hələ də bu məhsula ehtiyacı var.
Buna görə də
430
bu bazarı əldən verməmək üçün, kəşfiyyat işləri sürətləndirilməlidir.
- Əgər məsələ öz həllini tapıbsa, Natiq Əliyevə tapşınq verərəm və
siz danışıq aparıb, son layihəni hazırlayarsmız. Mən sizin sözlərinizlə
razıyam. Qaza böyük ehtiyac bizim bölgədə də, Türkiyədə də, başqa
ölkələrdə də var və buna görə siz bu işə operativ başlasaydınız, sox
yaxşı olardı... Bizim dostluğumuz çox etibarlıdır və mən bütün
təklifləri nəzərdən keçirəcəyəm. Qaz yataqlanna aid təkliflərin
sürətləndirilməsi üzrə sizin fikirlərinizlə tam razıyam.
Avqustun 3-də yenə də «Hyuston»da Heydər Əliyev «Tek-sako»
şirkətinin vitse-prezidenti Robert Blak ilə görüşür:
- «Teksako»nun 95 illik tarixi var və o, 80 ildir ki, dünyanın
müxtəlif ölkələrində layihələr həyata keçməkdədir, - deyə Robert Blak
söhbətə başlayır. - Amma Azərbaycana gəlməkdə biz gecikmişik. Bir
ncçə il öncə şirkətin direktorlar şurası qərar qəbul etmişdir ki, biz
Xəzər bölgəsinə getməyək və mən indi bu qərara görə çox
təəssüflənirəm. Dünyaınm bir çox şirkətləri kimi, biz də səhv edirik...
-
Kim deyir ki, səhv etmir, demək, həqiqəti söyləmir, - Heydər
Əliyevin çöhrəsinə xəfif təbəssüm qonur. - Səhvi başa düşmək,
boynuna almaq və səhvə yol verdiyini etiraf etmək lazımdır.
-
Şirkət idarə heyətinin yeni rəhbərliyi Azərbaycanın neft
yataqlannm işlənməsində uzun müddət iştirak etmək üçün
əməkdaşhğa başlamaq arzusundadır...
Prezident buna qısaca cavab verdi:
- Azərbaycanın qapıları bütün dünyaya, bütün şirkətlərə,
ələlxüsus, Amerika Birləşmiş Ştatlannm şirkətlərinin üzünə açıqdır və
bununla əlaqədar hələ istifadə etməyə imkan var.
Yaxşı ki, siz səhvinizi başa düşmüsünüz.
Bəs "907" necə olsun?..
Bir dövlət olaraq ABŞ öz xarici siyasətini tənzimləyərkən
Konqresin mövqeyi ilə
əksər hallarda hesablaşmaq
məcburiyyətindədir. Xüsusilə ona görə ki, müvafiq proq-
431
ramların maliyyələşdirilməsində əsas söz sahibi Konqresdir.
SSRİ dağılandan sonra, 1992-ci ildə Konqres region ölkələrinə
uzunmüddətli yardım proqranını təsdiq etdi.
Proqram "Fridom Sapport Akt" (Azadhğa dəstək Aktı) təşkilatı
tərəfindən hazırlanmışdı və bu proqranın 907-ci maddəsi, prezident
Konqresi əmin etməyənə qədərki, Azərbaycan Ermənistana
düşmənçilik hərəkətlərindən, həmçinin Ermənistan mallarına
embarqodan əl çəkib, o vaxta qədər Azərbaycana yardım göstərməyi
qadağan edirdi. 907- ci maddəni təhlil edən Amerika analitiklərindən
biri onun genezisini "ABŞ-ın Erməni Assambleyası və Erməni Milli
Komitəsi tərəfindən uğurlu lobbiçiliyin" nəticəsi kimi şərh edirdi.
Prezident Heydər Əliyevin Vaşinqtona səfərindən əvvəl də,
sonra da ABŞ-ın Azərbaycanla münasibətlərini əngəlləyən bu
düzəliş haqqında müxtəlif səviyyələrdə, hətta Konqresin özündə də
kəskin mübahisələr gedirdi. Müxtəlif qurumlar və fərdi şəxslərdən bu
maddənin ləğv edilməsi təklifləri daxil olurdu. Amerikanın keçmiş
məşhur siyasi xadimləri (əvvəl adlarmı çəkmişdik - müəllif)
Konqresdə lobbiçiliklə bu maddənin ləğvinə çalışırdılar. ABŞ Dövlət
Departamentinin ciddi səyləri də diqqətdən yayınmırdı.
Departamentin Xəzər regionunun enerji inkişafı ilə bağlı Konqresə
verdiyi hesabatda bu açıq-aydın göstərilirdi. Bu hesabatda Dövlət
Departamenti ABŞ qarşısmda həlli zəruri olan səkkiz vacib məsələnin
durduğunu göstərirdi. Siyahıda birinci yerdə müəlliflərin fikrinə görə,
təkcə Amerikanın Azərbaycana yardımı deyil, eyni zamanda
Birləşmiş Ştatların bu ölkəyə təsirini məhdudlaşdıran 907-ci maddə
dururdu. Heritec Fondu hazırladığı ikinci hesabatda da ("ABŞ-ın
Qafqazda və Mərkəzi Asiyadakı siyasəti: Yeni , "İpək yolu ilə
tərəqqiyə doğru") Respubhkaçılar partiyasına yaxın mövqedən
çıxış edərək, Azərbaycana qarşı sanksiyalan ləğv etməyi təklif
edirdi.
ABŞ administrasiyasnın adından 907-ci maddənin ləğvinə çağırış
S.Telbottun Mərkəzi Asiya Universitetindəki çıxışında da səslənmişdi.
Bunu "əlaqələrin inkişafı yolunda özümüzün yaratdığı maneə"
adlandırılan Telbott
432
administrasiyanın bu maddə ilə razı olmadığmı bildirərək deyirdi:
"Mən güman edirəm ki, siz bu məsələ ilə baglı gələn həftə Prezident
Əliyev Vaşinqtona gələndə daha geniş informasiya alacaqsınız".
Heydər Əliyevin prezident Bill Klintonla və ABŞ-ın
qanunvericilik hakimiyyətinin nümayəndələri ilə görüşlərindən geniş
informasiya verilmirdi. Azərbaycan Prezidenti Corctaun
Universitetindəki çıxışında bu sanksiyanı ədalətsiz adlandırdı və onun
ləğvinə çağırdı. Əliyevin çağınşları, sanksiyaya verdiyi qiymət və
keçirdiyi görüşlər zamanı ortaya qoyduğu arqumentlər təsirsiz
ötmürdü.
Hər iki partiyanın nümayəndələri, təşkilatlar və ayrı-ayrı şəxslər
tərəfindən səslənən tənqidlərə cavab olaraq, ABŞ Konqresi bu
istiqamətdə ciddi işləməyə başladı. Həmin dövrdə "Azadlıq Azad
Avropa" radiostansiyalarının yaydıqları xəbərə görə, Demokratlar
partiyasının beynəlxalq münasibətlər komitəsinin rəhbəri, İndiana
ştatımndan olan demokrat konqresmen Li Hamilton "bu qadağanın
ləğvinin vaxtının çatması" fikri ilə tamamilə razı olduğunu
bildirmişdi. Konqresmen Piter Kinq (Nyu-Yorkdan olan respublikaçı)
qanunvericilərə bu qanunun ləğv edilməsini təklif edirdi. Kanzasdan
respublikaçı senator Sem Braunbek "ABŞ-ı regionda daha
balanslaşdırılmış siyasət aparmağa" çağırırdı.
Bütün bunları dünyaya yayan "Azadlıq/Azad Avropa"
radiostansiyası 1997-ci il iyulun 31-də K.Falinin icmalına sadəcə belə
bir başlıq vermişdi: "Azərbaycan: Əliyev ABŞ Konqresində
Azərbaycana iqtisadi yardım məsələsində lobbiçilik edir". Bəli,
Azərbaycana artan maraq, ABŞ siyasətində bu ölkənin vacibliyinin
etirafi, həmçinin Xəzər neftinə çıxmaq zərurəti ilə bağh milli maraqlar
daha əhəmiyyətli idi, nəinki ermənipərəst qruplarm lobbiçilik cəhdləri.
Həmişə olduğu kimi, Heydər Əliyevin əvvəlcədən gəldiyi qənaət
bu dəfə də özünü doğrultdu. Artıq ABŞ-ın regiondakı siyasətinin
qarşısmda duran birinci məsələ — 907-ci maddənin ləğv edilməsi
zəruriyyəti əslində onun daxili siyasətinin həll edəcəyi məsələyə
çevrildi. İkinci mühüm məsələ isə regional siyasət sahəsinə aid idi —
Xəzər
433
hövzəsi regionunda daha fəal Dağlıq Qarabağ ətrafında yaranan
Ermənistan-Azərbaycan münaqişəsinin həllinə təsir göstərən siyasət
yeritmək.
Telbott əvvəldə göstərdiyimiz çıxışmda yəqinliklə deyirdi:
"Münaqişəli qətnamə Amerikanın regiondakı siyasəti üçün bir nömrəli
problem ola bilər". ABŞ administrasiyası bu problemi üstələmək üçün
Prezident Heydər Əliyevin səfərindən dərhal sonra 907-ci maddəyə bir
su-a istisnalar etdi ki, o da Azərbaycanla qarşılıqlı əməkdaşlıq
münasibətlərinin inkişafına öz təsirini göstərdi. 1998-ci ildən
başlayaraq ABŞ yönlü xətt Azərbaycan xarici siyasətinin əsas strateji
məqsədlərindən birinə çevrildi. 1999-cu ildə Heydər Əliyev NATO-
nun 50 illiyi ilə əlaqədar yenidən Vaşinqtona səfər edir. Hətta 2001-ci
ildə ABŞ Ermənistan—Azərbaycan münaqişəsi tərəflərinə silah
satışına embarqonu da götürürdü.
C.Buşun prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri
daha da genişlənməyə başladı. Həmkarı Heydər Əliyevlə danışıqlar
zamanı ABŞ Prezidenti C.Buş ölkəsinin maraqlaınmdan çıxış edərək
bildirdi ki, "Amerika Birləşmiş Ştatları sizinlə sıx işləyərək, qlobal
enerji təhlükəsizliyini təmin etməyə və Azərbaycan xalqı üçün daha
firavan, dinc gələcək qurmağa yardım etməyə hazırdır". Dünyanın
yeganə fövqəldövlətinin gənc, müstəqil Azərbaycana bu diqqəti
şübhəsiz Heydər Əliyevin xidmətlərinin çox gərəkli nəticəsi idi və onu
sevindirməyə bilməzdi. Heydər Əliyev əldə edilən siyasi nailiyyətləri
qorumağı və ondan ölkəsinin, millətinin mənafeyi naminə yetərincə
istifadə etməyi bacaran siyasətçi idi. Digər tərəfdən onun şəxsi
keyfiyyətləri müsahiblərinin, dövlət başçılarnın diqqətindən
yayrıınırdı. Məsələn, ABŞ Prezidenti C.Buş (oğul — müəllif) Heydər
Əliyevi belə dəyərləndirirdi: «Heydər Əliyevin şəksiz liderliyinə,
cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına
valehəm". Şübhəsiz, kim olursan ol, qarşmda belə bir xarizmatik lider,
kamil bir şəxsiyyət görəndə onunla dünyanm, ölkələrin
münasibətlərini çözməyin nə qədər asan olduğuna bir daha əmin
olursan.
434
Üç dənizin əfsanəsi və gerçəklikləri
2002-ci il sentyabrın 18-də Bakı-Tbilisi-Ceyhan əsas neft boru
kəmərinin təməlqoyma mərasimi keçirildi. Yeni, insan əli ilə yaradılan
bu arteriya vasitəsilə Azərbaycanın «qara qızılı» dünya bazarına
çıxaraq, respublikaya bolluq və firavanlıq gətirəcəkdi.
Təməlqoyma mərasimi unudulmaz və həyəcanlı bir an idi. Əsas
iştirakçılar üç prezident - Heydər Əliyev, Əhməd Necdət Sezər,
Eduard Şevardnadze də həyəcanh idilər. Azərbaycan, Türkiyə,
Gürcüstan...
Heydər Əliyev: «Qeyd etmək istərdim ki, vaxtilə Bakı-Tbilisi-
Ceyhan neft kəmərinin çəkilməsinə qarşı çıxanlar bu layihəni xülya
adlandınrdılar. Onlar Azərbaycanda heç zaman bu qədər neftin
olacağma inanmırdılar. Bu cür danışıqlar çox oldu. ... Amma bütün
bunlar əsassız idi, biz bu çətin işin öhdəsindən gələ bildik. «Üç dəniz
əfsanəsi» adlanan konfransdakı nitqimdə dedim ki, siz burada əfsanə
haqqında damşırsmız. Mən sizə demək istərdim ki, bu, boş xəyal
deyil, əfsanə deyil, üç dəniz birləşir. Onları Türkiyə, Gürcüstan və
Azərbaycan Amerika Birləşmiş Ştatlarnın daimi dəstəyi ilə
qovuşdurub sözügedən layihəni realhğa çevirəcək. Ona görə də biz
indi arzularımızm reallaşdığı bir anı yaşayırıq».
Əhməd Necdət Sezər: «Mən bir daha başda hörmətli Hey-dər
Əliyev və Şevardnadze olmaqla Şərq-Qərb enerji dəhlizi-nin
reallaşmasında əməyi olan hər bir kəsə öz minnətdarlığımı bildirirəm.
Məndən öncə Türkiyə prezidentləri mərhum Turqut Özal və hörmətli
Süleyman Dəmirəl cənablan da fəaliyyətlərində siyasi əminlik
nümayiş etdirərək, hazırkı uğurlarımızın başlanğıcını yaratdıqlarına
görə Onlara minnətdarlığımı bildirirəm. Arzu edirəm ki, bu nəhəng
layihə Azərbaycan, Türkiyə və Gürcüstan xalqları arasında qarşılıqlı
dostluq və qardaşhğm möhkəmlənməsinə, regionda sülh və əmin-
amanlı-ğın qorunmasma xidmət etsin».
Eduard Şevardnadze: «Əsası bu gün qoyulan əsrin layihəsi bizim
gələcək nəsillərə, nəvələrə və nəticələrə miras qalacaq. Mən fəxr
edirəm ki, məhz bizim nəsil onlara bu cür var-dövlət qoyur. Biz birgə
səyimiz, qarşılıqlı əməkdaşlığımız və yorul-
435
maz fəaliyyətimiz nəticəsində, kiçik də olsa, möcüzə yaratmaq
iqtidarında olduğumuzu dünyaya sübut etdik. Arzu edirəm ki, gələcək
işlərimizdə də bu cür qarşılıqlı əməkdaşlığımız nəticəsində yeni
möcüzələrin reallaşmasına imza ataq».
25 may 2005-ci il. Bu tarix də Azərbaycanın ən yeni tarixinə daxil
ediləcək. Həmin gün Bakı-Tbilisi-Ceyhan neft boru kəməri istifadəyə
verilib.
Azərbaycan paytaxtı həmin günlərdə xüsusi bəzədilmişdi. Çoxlu
qonaqlar gəlmiş, çoxsaylı təbriklər göndərilmişdi. Ölkə Prezidenti
İlham Əliyev də çıxış edərək iqtisadiyyat ilə siyasətin uzlaşdığı bu
böyük layihənin necə başlandığmı xatırlatdı, bir çox skeptiklərin
fikirlərinə baxmayaraq, Heydər Əliyevin bu layihəyə ürəkdən
inandığım söylədi.
- Bir çoxları Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşmasına şübhə
ilə yanaşırdı, - borunun neftlə doldurulmasına həsr edilmiş təntənəli
mərasimdə İlham Əliyev dedi. - Bəziləri hətta maneçilik də törətdilər,
Amma bunun xeyri olmadı. Azər-baycanm Türkiyə və Gürcüstanla
əməkdaşlığı, ABŞ-ın dəstəyi, BP-nin və başqa şirkətlərin maddi-
texniki köməyi bu əfsanənin reallaşmasına yardımçı oldu.
ABŞ Prezidenti Corc Buş Azərbaycan Prezidentinə xüsusi təbrik
məktubu göndərdi. O yazırdı: «Bu boru kəməri sübut edir ki, Xəzər
nefti Avropa və başqa bazarlara iqtisadi cəhətdən səmərəli, ekoloji
cəhətdən zərərsiz şəkildə daşma biləcək».
Bakıda həmin gün Rusiyadan da qonaqlar gözləyirdilər. Rusiya
Prezidentinin enerji əməkdaşlığı üzrə xüsusi nümayəndəsi İqor
Yusupov gəlməliydi. Amma gəlmədi. Dedilər ki, xəstələnib. Olan
işdir.
...Əsası Heydər Əliyev tərəfmdən qoyulan nəşrə, onun oğlu -
Azərbaycan Respublikasımn Prezidenti İlham Əliyev daha 2 cildin
əlavə olunmasını təklif etdi. Materiallar Heydər Əliyevin ABŞ, Rusiya
və digər dövlətlərə səfərləri, danışıq və mü-sahibələri içərisindən
seçildi. Kitablar Heydər Əliyevin təklif etdiyi «Azərbaycan nefti
dünya siyasətində» adı ilə dərc olun-du. Oğul atasınm yolunu davam
etdirdi.
2004-cü ilin avqust aymda Fransamn «Mond» qəzeti «Niyə neft
geosiyasi arenaya qayıtdı?» sərlövhəli məqalə dərc etdi.
436
Qəzet «Afrikadan Xəzər regionunadək yeni neft yataqlarnın
meydana çıxmasından» yazırdı.
Xəzər regionu «Geosiyası planda vacib ərazi olması ilə seçilir.
Müxtəlif tədqiqatlara
əsasən, Azərbaycan, Qazaxıstan və
Türkmənistanda kəşf olunmuş neft ehtiyatı 30 milyard barrel təşkil
edir. Bu da demək olar ki, Şimal dənizinin neft ehtiyatlarına
bərabərdir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşası Azərbaycan
neftinin Gürcüstandan keçərək Türkiyə hmanı vasitəsilə Aralıq
dənizinə çıxmasını təmin edəcək. Bütün bunlar İran, Türkiyə və Çinin
gözdən qoymadığı bu rayonda amerikalılarla rusların gizli
qarşıdurmasına gətirib çıxarır,- deyə «Mond» bildirir. - Bu ölkələr
arasında Rusiya təkcə neft sahə-sində deyil (gün ərzində təxminən 8
milyon barrel neft ixrac edihr ki, bu da Səudiyyə Ərəbistannın
potensiah qədərdir), qaz sektorunda da özünün imkanlarından geniş
istifadə edilməsini israr edir. Qeyd edək ki, Yaxın Şərq dünya qaz
ehtiyatlarının 36%-ni təşkil etdiyi halda, Rusiyada bu rəqəm 45%-ə
çatır. Bu iki amil Rusiya Prezidenti Vladimir Putinin Rusiya
maraqlarını satmaqda şübhəli bilinən oliqarxlarm əlində olan enerji
siyasətinə nəzarəti öz əlinə almasından xəbər verir».
«Mond» 2004-cü ilin yayında neft birjalarında «qara qızılın»
qiymətinin yüksək həddə çatmasını təhlil edərək yazır ki, OPEK və
təşkilata üzv olmayan neft hasilatı ölkələrinin kranı daha çox açmağa
ünvanlanan çağırışlar nəzərəçafpacaq dəyişiklik və səmərə
verməyəcək. OPEK-ə üzv ölkələrin istehsal gücü hazırda 96%-ə qədər
yüksəlib, ondan tələb olunan, gündə 2 milyon barrel əlavə neft hasil
etmək isə bir o qədər də asan başa gəlməyəcək.
Analitiklərin fıkrincə, yeni enerji partlayışını Çin yaradıb.
Beynəlxalq Energetika Agentliyinin verdiyi məlumata görə, 2025-ci
ildə bu ölkənin neftə tələbatı gün ərzində 5,5 milyon barreldən 11
milyon barrelə qədər yüksələcək. Təkcə bu ölkənin payına dünya
tələbatındakı artımın 40%-i düşür. Tezliklə yüksək istehlakçılar
sırasma Çinlə birgə inkişaf etməkdə olan digər Asiya ölkəsi
Hindistanm da qatılacağı gözlənilir. 2004-cü ilin iyununda Böyük
Britaniyanın son on ildə ilk dəfə ola-raq neft idxalına başlaması
dünyada yeni dövranın başlandığını xəbər verən bir nişanədir.
436
437
Neftə tələbat artır. Bəs bu qədər nefti hardan əldə etmək olar?
Nəzəri cəhətdən kəşf edilmiş neft ehtiyatlarma görə Səudiyyə
Ərəbistanından sonra dünyada ikinci yeri tutan h'aq dövləti təklifın
genişləndirilməsində həlledici rol oynamahdır. Lakin ölkədəki
vəziyyətin əlverişsiz olması məsələnin həllinə maneçilik törədir. Bu
cür şübhələr qismən bütün ərəb-fars zonasında da mövcuddur. Nəticə
etibarilə, yeni təchizat mənbələrinin axtarılmasına ehtiyac duyulur.
«Mond»un qənaətinə görə, onlardan biri Xəzərdir.
|