Tarixin dərsləri
Prezident Heydər Əliyev öz əsərlərində və çıxışlarında tez-tez
Azərbaycan Demokratik Respublikasının tarixinə müraciət edirdi.
Prezidentin stolu üstündə o respublikanın qısa tarixinə həsr
olunmuş sənədləri, müxtəlif nəşrləri görmək olardı.
1919-cu ildə Azərbaycan Demokratik Respublikasının
sülhməramlı nümayəndə heyətinin rəhbəri, ADR Parlamentinin sədri
Əlimərdan bəy Topçubaşov Parisdən Bakıya göndərdiyi məktubda
yazırdı:
“Düzdür, bizi hələ ki, müstəqil dövlət kimi tanımırlar. Amma
olduğumuz hər yerdə artıq yarım ildir ki, Azərbaycanın müstəqil
dövlət kimi fəaliyyət göstərdiyini, öz parlamentinin, hökumətinin, icra
orqanının, məhkəməsinin, məktəbinin, ordusunun olduğunu
söyləyirik. Həyatsevər və dözümlü xalq olan azərbaycanlılar özlərinin
azad dövlət quraraq iqtidarında olduğunu sübut edərək, bolşeviklərin
qəddar mübarizəsinə davam gətirdilər. Gücümüz yetdiyi qədər bu
şəraiti qoruyub saxlamalıyıq. Çox istərdik ki, xalqımız hazırda bizim
siyasi və iqtisadi sahədə müstəqil fəaliyyətimizin imtahan ərəfəsində
olduğunu bilsin.
İnanıram ki, bu mübarizəyə gücümüz yetəcək. Xalqımızın
işgüzarlığına və təbii ehtiyatlarımızın zənginliyinə güvənirik. Bizim
hələ də mənəvi dayaqlara söykənən siyasi məktəbimiz yoxdur. Ölkədə
sabitliyin və qayda-qanunun bərqərar olmasına, inzibati strukturun və
məhkəmənin qurulmasına, ümumiyyətlə, qanunlara hörmət edilməsinə
böyük ehtiyac var.
Yalnız bu cür, daxili sabitliyin təmin edilməsi şəraitində
Azərbaycan əsl dövlət ola bilər. Belə halda onun heç bir dövlət
tərəfindən tanınmasına ehtiyac qalmaz. Daxilən güclü və sabit
Azərbaycan özü-özlüyündə real və inkaredilməz fakt olacaq”.
488
Topçubaşov əsl dövlətin yaradılmasında, ilk növbədə daxili
sabitliyin olmasını vacib amil kimi qeyd edirdi. Hcydər Əliyev öz
fəaliyyəti zamanı məhz bu ideyanın reallaşmasına can atırdı.
Heydər Əliyev həmin nəzəriyyənin təşəbbüskarı olaraq bütün
xalqı, cəmiyyəti bir yerə toplaya bildi. Bu, azərbaycançılıq idi. Dünya
Azərbaycanlılarının I Qurultayındakı hesabatı zamanı Əliyev dedi:
- Biz azərbaycanlıyıq. Azərbaycan hamımızın vətənidir. Bu torpaq
bizi bir millət, bir xalq, bir şəxsiyyət kimi yetişdirib. Ona görə hər
birimizin qəlbində azərbaycanlı ruhu var. Məhz bu azərbaycançılıq
ruhu, ideyası bizi bir-birimizlə birləşdirən, daha sıx möhkəmlədən
amilə çevrilib. Hər bir dövlətdə milli ideologiya mövcuddur.
Azorbaycan Müstəqil respublikasının milli ideologiyası -
azərbaycançılıq ideologiyasıdır.
28 May - Respublika Günüdür. 1918-ci ilin məhz bu günündə
Şərqin ilk müstəqil demokratik dövlətinin əsası qoyulub, Fətəli xan
Xoyski, Nəsib bəy Yusifbəyli, Mənınəd Əmin Rəsulzadənin birgə səyi
nəticəsində Azərbaycan Demokratik Respublikası yaradılıb.
Bütün bunlar canlı tarixdir - mahnı mətni kimi buradan bircə
kəlməni də çıxartmaq mümkün deyil. Lakin mahnıların üzü
köçürüldüyü kimi, tarixin də bəzi məqamlarına əl gəzdirmək olur.
Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə bu barədə çox düşünür.
Bizimlə söhbət zamanı, o, həqiqətin ağzının bağlandığı dövrləri
xatırlayaraq, Heydər Əliyevin həmişə həqiqətin, ədalətin tərəfində
dayandığını bildirir:
- Bir vaxt respublikada Gülüstan sülh müqaviləsinin
bağlanmasının (1813-cü il) 150 illiyini qeyd etməyə hazırlaşırdılar. Bu
müqaviləyə əsasən böyük, geniş, bərəkətli torpaqlara, tarixi köklərə
malik bir xalq İran şahlığı və Çar Rusiyası arasında bölünmüşdü. Bu
tədbir mərkəzin təlimatı ilə, yerli yaltaq məmurların əli ilə həyata
keçirilməliydi. Xalqın tarixi yaddaşında isə bu hadisə qanlı bir iz
buraxmışdı. Lakin həmin dövrün dəmir hökmləri, maddi və mənəvi
məhrumiyyətlər kütləvi etiraza imkan vermirdi. İçimdə qaynayan milli
qürur, namus və sənətkarın tarix və xalq qarşısındakı məsuliyyət hissi
məni vadar
489
etdi ki, fıkirlərimi kağıza köçürüm və beləcə “Güiüstan” poeması
yarandı.
Qadağalara, senzuraya baxmayaraq, poemanın əlyazma variantı
əldən-ələ gəzirdi. Bütün Azərbaycanda ziyalılar, tələbələr bu poemanı
oxuyurdular. Mənim doğma şəhərim olan Şəkidə bu poemanı “Nuxa
fəhləsi” qəzeti çap etdi. Həmin vaxtdan etibarən mənim iztirablarım
başladı. Sorğu-suallar, təqiblər, istintaqIar....Mən artıq həbsxanaya
düşəcəyimə əmin idim. Vəziyyət eləydi ki, qapıda maşın dayanan
kimi diksinirdim. EIə fıkirləşirdim ki, mənim dalımca gəliblər. Düzü,
ən çətin vəziyyətlə üzləşəcəyimi gözləyirdim.
O vaxt Dövlət Təhlükəsizlik Komitəsində mənim bir qohumum
işləyirdi, Amma onun yanında bu barədə bir söz deyə bilmirdim, o da
bu xüsusda danışmırdı. Amma bir gün həmin qohumum mənə
yaxınlaşıb pıçıldadı: “Arxaym ol, səni həbs etməyəcəklər. Sənin güclü
müdafiəçilərin var”.
Mən bu sözləri sadəcə təskinlik kimi, məni sakitləşdirmək üçün
dediyini düşündüm. Yalnız uzun illər keçəndən sonra xəbər tutdum ki,
məni bütün təhlükələrdən xilas edən, Azərbaycan Dövlət
Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Heydər Əliyev
olmuşdur.
Nə mən onu özümə dost adlandırırdım, nə də o bunu açıq şəkildə
qeyd edirdi. Amma həmişə öz üzərimdə çox səmimi bir dostun
diqqətini, qayğısını hiss edirdim.
Doxsanıncı illərin ortalarında ağır xəstələndim. Etiraf edim ki,
sağalmaq ümidimi tamam itirmişdim. Yrnə də həmin dost yardımı
köməyimə çatdı. Heydər Əliycv şəxsən zəng vurub səhhətimlə
maraqlandı və dedi: “Hazırlaş, səni Türkiyəyə müalicəyə
göndərirəm”.
Ertəsi gün Prezidentin nümayəndəsi gəlib mənim stolumun üstünə
onun göndərdiyi otuz min dolları qoydu və dedi ki, sabah siz
Türkiyəyə uçursunuz, aviabilet artıq sifariş olunub. Məni Ankaranın
ən böyük klinikalarından birində yerləşdirdilər. Orada mənə
Türkiyənin Prczidenti Süleyman Dəmirəl də bir gün baş çəkdi.
Səhhətimlə maraqlanıb dedi: “Siz iki dövlətin, bütün türk xalqlarının
şairisiniz. Sizin müalicənizlə bağlı bütün xərcləri mən öz üzərimə
götürürəm. Əminəm ki, tezliklə müalicəniz bitəcək, sağalacaqsınız və
Azərbaycana qayıdıb bizə qardaş olan, qanı qanımızdan, canı
canımızdan olan, tarix,
490
mədəniyyət, ədəbiyyat baxımından bizə ən yaxın olan bir xalqa lazım
olan yeni şeirlər yazacaqsınız”.
Bakıya qayıdandan sonra Heydər Əliyevə zəng vurub onunla
görüşmək istədiyimi bildirdim. O, yubanmadan görüş vaxtını təyin
etdi. Görüsə gedəndə mən səfərdən əvvəl onun göndərdiyi otuz min
dolları özümlə götürdüm. Prezident səhhətimlə maraqlandı və mən
cavab verəndən sonra həmin pulları çıxarıb stolun üstünə qoydum.
O, təəccüblənib mənə baxdı:
- Bu nədir?
Açıqladım ki, müalicəmlə bağlı bütün xərci Türkiyənin Prezidenti
Süleyman Dəmirəi öz boynuna götürdü və mənə bircə qəpik də
xərcləməyə imkan vermədi. Heydər Əliyev gülümsündü: - Götür, öz
ehtiyaclarmına xərclərsən, - dedi.
Bu pula əsərlərimin səkkiz cildliyini nəşr etdirdim.
Bütün yaradıcılığım boyu bu böyuk şəxsiyyətin himayəsini,
qayğısını daim hiss etmişəm.
İyunun 6-da Prezident Heydər Əliyev ABŞ Prezidentinin Xəzər
hövzəsinin enerji ehtiyatlarnın inkişafı üzrə xüsusi müşaviri, səfir
Stivin Mennin başçılığı üə nümayəndə heyətini qəbul etdi. Qonaqları
salamlayan Prezident onların IX beynəlxalq «Xəzər neft, qaz, neft
emalı və neft kimyası» sərgi və konfransındakı əraəklərini yüksək
qiymətləndirdiyini dedi:
- Cənab Prezident, səfir kimi çalışdığım dövrdə mənə cəmi iki
dəfə Prezlident Buş tərəfindən yazılmış məktubun ünvana çatdırılması
tapşırılıb. Hər iki məktub sizin ünvanınıza yazılıb.
Biz amerikahlar Bakı-Ceyhan layihəsindəki dəstəyinizə görə sizə
öz minnətdarlığımızı bildiririk. Bundan əlavə, dövlətlərimiz arasında
bu səviyyədə münasibətlərin qurulması sahəsində göstərdiyiniz əməyi
yüksək qiymətiəndiririk.
Heydər Əliyev səfirə öz minnətdarlığım bildirdi:
- Qeyd
etdiyiniz
məktublar ölkəmiz üçün çox əhəmiyyətlidir.
Prezident Buşun məktubunun IX beynəlxalq sərgi və konfransının
açılışında oxunması sizin ölkənin və Prezidentinizin Xəzər hövzəsində
neft, qaz yataqlarının işlənməsi, enerji resurslarının ixracı işində nə
dərəcədə maraqlı olduğunu sübut edən faktlardandır. 1994-cü ildə biz
«Əsrin müqaviləsi»nə imza atmışıq və hər bir sonrakı mərhələdə ABŞ
hökumətinin
491
dəstəyini hiss etmişik. 1999-cu ildə İstanbulda tərəfımizdən təsdiq
olunan Bakı-Tbilisi-Ceyhan layihəsinə ABŞ Prezidentinin də imza
atması, ABŞ hökumətinin bu neft kəmərinin fəaliyyətinə nə dərəcədə
əhəmiyyət verməsini göstərir. Biz neft-qaz resursları imkanı hesabına
yeni tarix yazırıq, - deyə Heydər Əliyev vurğuladı. - Çox sevinirəm ki,
biz də bu tarixi yaradanlar sırasındayıq. İndi başladığımız işin böyük
gələcəyi var. Həmin tarix sonrakı nəsillər tərəfindən də davam
etdiriləcək.
2002-ci ilin iyununda Azərbaycan Dövlət İqtisad Univcrsitetinin
70 yaşı tamam oldu. «Azərbaycan iqtisadiyyatının dünya miqyasında
inkişafı və inteqrasiyası üçün yüksək səviyyəli peşəkarların olmasına
böyük ehtiyac var», - bu sözləri Prezident təntənəli yubiley gecəsində
demişdi. O, iqtisadiyyatın inkişaf dövründən danışarkən qeyd etdi:
«Bilirsiniz, 1994-cü ildən bu günə kimi Azərbaycana 9 milyard dollar
investisiya qoyulub. Balaca bir ölkə üçün bu, böyük rəqəmdir. Biz
neft müqavilələrindən böyük gəlir alırıq. Artıq Neft Fondu yaradılıb.
Hazırda fondun 580 milyon dollara yaxın büdcəsi var. Valyuta
ehtiyatlarımızın ümumi məbləği 1 milyard 200 milyon dollar təşkil
edir. Amma 9 il bundan əvvəl, 1993-cü il iyunun 12-də Bakıda gərgin
vəziyyotin hökm sürdüyü bir dövrdə Azərbaycanın xilası işini öz
üzərinə götürəndə bizim heç 1 dollar belə valyuta ehtiyatımız yox idi.
Bütün bunlar tərəfimizdən qazanılanların hələ bir hissəsidir.
Gələcəkdə ölkənin gəliri artaraq, əhalinin yüksək rifahına və maddi
vəziyyətinin yaxşılaşmasına səbəb olacaq. Hazırda büdcəmiz
artmaqda davam etdirilir.
Bir ncçə gün bundan əvvəl Elmlər Akademiyasının prezidentinə
əmək haqlarının qaldırılacağı haqda demişdim. İndi də qeyd etmək
istəyirəm ki, yaxın günlərdə Akademiyanın işçilərinin maaşlarının
qaldırılrması haqda baş nazir və Maliyyə Nazirliyinə göstəriş
vermişəm. Onlar təklifı hazırlayırlar və yaxın günlərdə baxacam.
Narahat olmayın, əmək haqları digər sahə-lərdə də qaldırılacaq. Siz
bunu hiss edəcəksiniz.
İki gün əvvəl fərman imzalamışam. Azərbaycanın incəsənət,
ədəbiyyat və digər sahələrində yaradıcılıqların ilə seçilən 150 ictimai
xadimə ömürlük təqaüd ayırmışam. 5 il əvvəl mənim belə bir imkanım
yox idi. İstəyirdim, amma bacarmırdım... İndi isə bunun üçün hər bir
vasitə və imkanlanmız möv-
492
cuddur. Bu 150 nəfərin hər biri Azərbaycan incəsənəti, ədəbiyyatı və
digər sahələrinin canlı tarixidir.
Bu insanlar tərəfindən yaradılan əsərlər, onların vərəsələri tarix
yaradır. Bu insanlaın hər biri bizim tariximizin yaradıcısıdır».
Azərbaycan yazıçıları, şairləri, incəsənət xadimiəri ilə birgə
Prezident təqaüdünü rus yazıçısı İvan Tretyakov da aldı. Bir vaxtlar o,
«Literatumıy Azerbaydjan» jurnalının baş redaktoru vəzifəsində
işləmişdi.
12 iyun 2002-ci il, Bakı
Rusiya təqvimində bu gün qırmızı hərflərlə bayram kimi qeyd
olunur. 12 iyun 1990-cı ildə Rusiya Federasiyasının Xalq Deputatları
qurultayı Rusiyanın Dövlət müstəqilliyi barədo Bəyannamə qəbul
edib. Dörd il sonra Prezident Yeltsin bu günün bayram kimi -
Rusiyanın dövlət müstəqilliyi günü kimi qeyd olunmasına sərəncam
verib. O zaman xalq arasında maraqlanırdılar: «Görəsən, biz kimdən
qurtulub müstəqil olmuşuq?» Kremldə bu suala da cavab tapdılar:
bayramın adını dəyişib «Rusiya günü» qoydular.
Bütün ölkələrdəki Rusiya səfirlikləri həmin gün böyük, təntənəli
qəbullar təşkil cdir. Ən ali qonaqlar ölkə prezidentləridir. Düzdür,
prezidentlərin heç də hamısı Rusiya səfirliklərinə gəlmirdilər. Amma
Azərbaycan Prezidenti Heydər Əliyev Rusiya səfirliyindəki «Rusiya
günü»nə həsr olunmuş bu qəbullarda həmişə iştirak edərdi. Həm də
böyük şimal qonşusuna sadəcə öz hörmət və ehtiramını bildirməkçün
yox. Yəqin ki, burada, hələ sovet dövründən tanıdığı rusiyalı dostları,
tanışlarıyla görüşmək, söhbət eləmək ona xoş idi. Budur
diplomatların, siyasətçilərin, hərbçilərin dəstəsi arasında Heydər
Əliyev sinəsi ordenlərlə dolu olan ortaboylu bir kişini görür. Ona
yaxınlaşır:
- Hər vaxtınız xeyir, cənab Tretyakov, özünüzü necə hiss
edirsiniz?
İvan Polikarpoviç öz əsasını sol əlinə keçirib sağ əlini Heydər
Əliyevə uzatdı, salamlaşdı.
493
492
Rusiyanın səfiri Nikolay Timofeyeviç Ryabov Heydər Əliyevlə
söhbət edən bu qocaman əsgəri, deyəsən, şəxsən tanımırdı.
Əliyev üzünü səfirə çevirdi:
- Bu
cəbhəçi, qocaman yazıçı İvan Polikarpoviç Tretyakovdur.
60-70-ci illordo biz birlikdə işləmişik. Bu, bizim köhnə
qvardiyanın üzvlərindəndir.
- Sağ olun, Heydər Əliyeviç, - bu diqqətdən təsirlənmiş İvan
Tretyakov dilləndi, - həm Prezident təqaüdünə görə, həm də zənginizə
görə təşəkkür edirəm.
1982-ci il oktyabrın 24-də İvan Tretyakovun altmış illik yubileyi
idi və Heydər Əliyev həmin gün zəng vurub onu təbrik etmişdi. Bu
barədə onların ikisindən başqa heç kim bilmirdi. Səhər tezdən Mərkəzi
Komitənin birinci katibi şəxsən zəng vurub cəbhəçi yazıçını yubileyi
münasibəti ilə təbrik etmişdi. Belə zənglər, belə təbriklər heç vaxt
yaddan çıxmır.
- Deməli, bu il sənin səksən yaşın tamam olur, - Heydər
Əliyeviç gülümsündü. - Mütləq zəng vurub təbrik edəcəm.
Yəqin ki, hörmətli səfir də bu günü yadından çıxartmaz. Heydər
Əliyev kimi şax görkəmli səfir Nikolay Timofeyeviç təsdiq əlaməti
olaraq başını tərpətdi. Xəzərin sahilində bir yay da keçdi. Payızın 24
oktyabrında İvan Tretyakovun kitablarla dolu kiçik mənzilində
qonaqlar, dostlar toplaşdı.
Köhnə dostlar zəng vurdu - Azorbaycan yazıçıları, «Rusiya
icması»nm üzvlərit və s. Arxangelsk vilayətindəki həmyerliləri
teleqram vurub təbrik etdilər: «Sizin adınızla mərkəzi küçələrin birini
adlandırmışıq».
Yalnız səfirlik susurdu. Belə diqqətsizliyə nə deyəsən!..
Fövqəladə və səlahiyyətli səfir çox gərgin işləyən adamdır. Bir
müddət sonra o, öz diplomatik xidmətinin ünvanını üçüncü dəfə
dəyişmişdi: Praqa, Bakı, indi də Kişinyov... Yeltsinin seçkilərinin
ikinci turu zamanı mərkəzi seçki komissiyasının sədri olmuş və o,
xidmətinin əvəzi olaraq beləcə mükafatlandırıldı. Yəqin ki, layiq idi.
Həmin iyunda, Qara dəniz İqtisadi Əməkdaşlıq Birliyinə üzv
ölkələrin rəhbərlərinin iştirakı ilə İstanbul şəhərində «Üç dəniz
əfsanəsi» adlı konfrans keçirildi. Elə konfransın adı Qara dəniz ətrafı
ölkələrin Azərbaycanla əməkdaşlığına inanmayan-
494
lar üçün bir cavab idi. Zaman Azərbaycanın çiçəklənməsi üçün həyata
keçirilən planların reallığa çevrildiyini sübut edirdi.
Bütün bunlar Heydər Əliyevin sammitdəki çıxışında da öz əksini
tapırdı:
- Artıq üç ildir ki, Xəzər, Qara dəniz və Aralıq dənizlərinin birgə
«Üç dəniz əfsanəsi» konfransı kcçirilir. Görəsən, nəyə görə əvvəl bu
tədbir baş tutmurdu? Çünki əvvəllər bizim indiki kimi sıx
əməkdaşlığımız, bu iş haqqında kifayət qədər informasiyamız yox idi.
Bundan əlavə, bu layihəyə inananlar da çox az idi. Yalnız 1994-cü
ildə «Əsrin müqaviləsi» imzalandıqdan sonra bütün dünyada Xəzərin
problemi danışıqlar mövzusuna çevrilməyə başladı. Ola bilər ki,
indiyədək Xəzər dənizi haqda, onun bu cür zəngin neft, qaz
yataqlarının olması barədə beynəlxalq aləmdə informasiya yox idi.
Amma biz Azərbaycanda bu haqda bilirdik.
Sonra Prezident hər bir peşəkar neftçinin qürur duyacağı şəkildə və
səviyyədə gözəl mühazirə oxudu:
- Üç dəniz əfsanəsinin bir anası var - Xəzər dənizi. Bu ananın
yanında isə Azərbaycan yerləşir, - deyə Heydər Əliyev bir qədər
həyəcanlı tərzdə bildirdi.
Azərbaycan türk dünyasının ayrılmaz bir hissəsidir. Sovet
hakimiyyəti illərində Azərbaycanın Türkiyə ilə mədəni əlaqələri,
mənəvi dəyərlərin mübadiləsi ciddi şəkildə məhdudlaşdırılmışdı.
Azərbaycan müstəqillik əldə etdikdən sonra bu qadağalar da aradan
götürüldü.
Azərbaycanın müstəqilliyini ilk olaraq Türkiyə tanıdı. Heydər
Əliyev dəfələrlə bunu xatırladırdı. Qars şəhərində onun adını daşıyan
parkın və bulvarın yaradılması Prezidenti çox təsirləndirmişdi.
9 iyul 2002-ci il, Peterburq
Rusiya-Azorbaycan modəniyyəti tarixinə 9 iyul 2002-ci il əbədi
olaraq həkk ediləcək. Həmin gün Sankt-Peterburqun
Kamennoostrovski prospektində Azərbaycanın görkəmli rəssamı
Görüş Babayevin hazırladığı dahi Azərbaycan şairi və mütəffəkiri
Nizaminin heykəlinin açılış mərasimi idi.
495
- Nizami təkcə şair deyil, həm də dahi humanist olmuşdur,
- deyə Rusiya Prezidenti Vladimir Putin açılış mərasimindəki
çıxışında qeyd etdi. - Ona görə də Nizami yaradıcılığı hamıya,
bəşəriyyətə aiddir.
- Keçən il oktyabrın 12-də Bakıda rus poeziyasının dahisi
Aleksandr Sergeyeviç Puşkinin heykəli açılmışdı, - deyə Heydər
Əliyev xatırlatdı. - Bu gün Puşkinin «Pyotrun əsəri» adlandırdığı bir
şəhərdə Nizaminin heykəli ucalır.
Əlavə edərək demək istərdik ki, əgər ölkələr Aleksandr Puşkin və
Nizami Gəncəvi kimi nəhəng insanları bir-biri ilə bölüşə bilirlərsə, bu,
çox gözəldir.
Azərbaycanda ən populyar romanslardan birinin mətni
Nizaminindir. O qəzəl belə adlanır: «Sənsiz». Əsl sənət xiridarlarının
çoxu bu romansı unudulmaz Bülbülün ifasında yaxşı xatırlayır.
Heydər Əliyevin fikrincə, Azərbaycan mahnı mədəniyyətinin böyük
bir epoxası Bülbülün adıyla bağlıdır. Bülbül 1961-ci ildə həyatdan
köçdü. Əliyevin təşəbbüsüylə böyük sənətkarın vətəni Şuşada onun
ev-müzeyi açılmışdı. Bakıda da onun muzeyi təşkil edilmişdi.
Sənətkarın həyat yoldaşı Adilə xanıma səksən yaşı tamam olanda
çoxsaylı təbrik məktubları, təbrik teleqramları gəlmiş, çoxlu zənglər
olmuşdu. Amma ən gözlənilməzi Heydər Əliyevin zəngi idi.
- Mən təəccübdən yerimdə donub qaldım, - Adilə Məmmədova
əziz xatirələrini bizimlə bölüşür:
- Heydər Əliyev məni yubiley münasibətiylə təbrik etdi. Aman
Allah, bu insanda bu qədər həssaslıq, mərhəmət hissi hardandır
görəsən? Onunla telefonda danışdığım müddətdə qapımızın zəngi
basıldı. Mənə böyük bir gül dəstəsi gətirmişdilər. Güllərin arasında
onun vizit vərəqini gördüm: «Prezident Heydər Əliyev».
Adiləyə elə gəldi ki, yenə də «Sənsiz» romansının sədaları
eşidilir...
Peterburqu gəzən zaman Heydər Əliycv çətinlik çəkmədən
Qoroxov küçəsini tapdı. Vaxtilə burada 6 saylı evdə DTN-in rəhbər
kadrlarını hazırlayan xüsusi məktəb fəaliyyət göstərmişdi. Böyük
məmnuniyyətlə tanış divarlar, dalanlar arasında şəkil çəkdirdi:
«Astoriya» mehmanxanasına gedərkən yolda peterburqlularla,
yerlilərlə həvəslə söhbət etdi. Onun bütün sə-
496
fərləri belə keçirdi. Paris, Berlin, Peterburq, Moskva... fərqi yox idi.
... Leontyev döngəsi ölkənin səs-küysüz, sakit hissəsi. Burada
sanki keçmiş dövr hələ də hökm sürür. Divarlarda Leninin rəsmləri ilə
dolu lövhələr bu gün də qalmaqdadır. Tver döngəsi alaqapılarına
qədər davam edir. Alaqapıların arxasında müxtəlif kontorlar və üç
səfirlik yerləşir. Kuba, Ukrayna və Azərbaycan səfirlikləri. Əvvəllər
burada İttifaq respublikalarının nümayəndələri otururdular. Bazar
günləri ofislərdə iş olmayan, istirahət edilən zaman Leontyev
döngəsinə sakitlik çökür. Digər günlər isə insan əlindən tərpənmək
olmur. Bu dəfə isə azərbaycanlılar bura hər hansı bir sənədi almaq
üçün yox, həmvətənliləri Heydər Əliyevlə görüşmək üçün gəlmişdilər;
onlan Prezident dəvət etmişdi.
Prezident onlara ana laylası qədər şirin, doğma ana dilində
müraciət etdi:
-
Əziz həmvətənlərim! Əziz bacılarım, qardaşlarım, əziz
dostlar!
Sizinlə bu gün görüşməyimə çox şadam. Hanınızı ürəkdən
salamlayıram. Sizin şəxsinizdə Rusiyada yaşayan bütün
azərbaycanlıları salamlayır, hər birinizə cansağlığı, işlərinizdə uğurlar
arzulayıram. Ailənizə də xoşbəxtlik diləyirəm.
Prezident ucadan danışmasa da, hər bir kəlməsini son cərgədə
oturanlar da eşidirdilər.
- Azərbaycan dili müstəqil Azərbaycanın dövlət dilidir, bizim
doğma dilimizdir... Mən azərbaycanlıların, xüsusilə, gənclərin rus,
ingilis, fransız, alman, ərəb, ispan dillərini mükəmməl bilmələrini
istərdim. Amma qoy onlar Azərbaycan dilini mükəmməl bilsinlər,
insanın çox dil bilməsi onu zənginləşdirən amillərdəndir. Bir dilə
yiyələnən insan üçün bugünkü, müasir həyatda yaşamaq çətin olur.
Bütün bunları nəzərə alıb, sizə hörmət əlaməti olaraq çıxışımı rus
dilində davam etdirmək istərdim...
Əliyevi dinləyən hər bir kəs onun digər məşhur qafqazlı si-
yasilərlə, məsələn, Şevardnadze ilə müqayisədə rus dilində mükəmməl
danışdığını qeyd edirdi. Görəsən, bu nə ilə bağlı idi? Məktəblə? Ailə
ilə, yoxsa özünütəlimlə?
Əliyevlər ailəsində uşaqlıqdan Azərbaycan dilində danışırdılar.
Ümumiyyətlə, 20-ci illərin əvvəllərində Naxçıvan ərazi-
497
sində rus dilini bilən əhali olduqca az idi. Əliyevin bioqraflarından biri
olan Fatma Abdullazadənin də yazdığına əsaslanaraq demək olar ki,
«Heydər Əliyev rus dilini böyük yaşlarmdan öyrənməyə başlamışdı.
Naxçıvan məktəbində ilk dəfə olaraq Krılovun təmsillərinə, Puşkinin
şeirlərinə qulaq asmışdı».
Başqa bir fərziyyə də irəli sürmək olar. Məktəb illərində Heydər
Əliyevin daxili dünyasına dahi rus mütəfəkkirləri Puşkin və Krılovdan
daha çox görkəmli satirik, publisist, realist Cəlil Məmmədquluzadə
təsir etmişdi. Heydər Əliyevin ana dilinə bu qədər doğma
münasibətində milli ədəbiyyatın klassik nümunələrindən sayılan
«Ananın kitabı»nın oyatdığı təəssüratın da rolu var idi.
... Doğma Azərbaycana uzaq ölkədən 3 oğul qayıdır. Onlardan biri
dilinə rus sözləri qatır, digəri Azərbaycan-türk ləhcəsində danışır,
üçüncüsü də fars sözlərindən geniş istifadə edir. Əsərin süjeti demək
olar ki, dağınıqdır. Əsərin qəhrəmanları ilə Qoqolun «Dikanka
yaxınlığında xutor axşamları»ndakı məktəbli arasında müəyyən
mənada bir oxşarlıq var. Cəmiyyətin yuxarı təbəqələri ilə oturub-
duran bu gənc tez bir zamanda «latın dili»yə çevrilir, öz doğma dilini
də unudur. Hər sözə «us» əlavə edilir. «Lopata» «Iopatus»a, «baba»
«babus»a çevrilir. Bir gün sahədə dırmığı görüb atasından soruşur:
«Ata, bu sizin dildə necə adlamr? Ayağının altına baxmadan dırmığın
dişlərini tapdalayır. Atası cavab verməyə macal tapmamış alətin sapı
alnına dəyir. «Zəhrimar dırmığı» qışqıraraq qaçmağa başlayır. «Necə
də bərk incidir».
Cavanların hamısı eyni dırmığı tapdalayır. Doğma ata yurduna
qayıdan üç qardaş beşikdə laylasma uyuduqlan dili unudaraq anaları
ilə danışa bilmirlər. «Anamın kitabı» ailənin and yeri idi, çünki onlar
«özgə atına minməklə» ana dilini, onun arxasında duran müqəddəs
xatirələri unutmuşdular. Bu qəhrəmanlar C.Məmmədquluzadənin
«Danabaş kəndinin əhvalatları» əsərindəki obrazlardan bir o qədər də
uzağa getməmişlər.
2002-ci ilin iyununda Rusiyadakı Azərbaycan səfirliyində bu
ölkədə yaşayan hər bir azərbaycanlı Prezidentlə görüşməkçün, bu
binaya toplaşmışdı. Zalda tanış üzlər çox idi. Onlardan bəziləri ilə
Heydər Əliyev Moskvada işləyərkən, eza-
498
miyyətdə olarkən tanış olmuşdu. Bəziləri isə onun köməyilə bu ölkəyə
təhsil dalınca gəlmişdi.
- Mən hər zaman, keçmişdə də, Azərbaycanda işlədiyim
dövrlərdə də demişəm ki, heç bir dövlət qapalı şəraitdə yaşamaqla
dünya sivihzasiyasına qoşula bilməz. Mən hər zaman milli
məhdudlaşdırma hissinə qarşı olmuşam.
O vaxtlar - Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi
işlədiyi dövrdə ona qarşı çıxanlar çox olmuşdu. Cavanların təhsil
dalınca Rusiyaya, Sovet İttifaqının digər respublikalarına getməsi fıkri
mənfı qarşılanırdı. Amma o, öz dediyinə nail ola bildi. Həmin dövrdə
Azərbaycan sovet respubhkaları arasında bu mövzuda yeganə imtiyaz
alan ölkə idi. Heydər Əliyev özünün layihəsini böyük qürur hissi ilə
xatırlayırdı.
- 1970-ci
ildən başlayaraq, azərbaycanlı gənclərin daha çox
ölkənin hüdudlarından kənara, xüsusilə Moskva, Leninqrad, digər
böyük elm, mədəniyyət və təhsil mərkəzlərinə göndərilməsi tapşırığını
verdim.
Bu işi görmək, hətta ona - respubhka KP MK-sının birinci katibi
Sov. İKP MK-nm üzvünə belə çətin oldu. Uzun sürən danışıqlardan
sonra yalnız 100 nəfərə xaricdə təhsil almağa icazə verildi. Amma bu
100 nəfər öz istəkləri ilə də gedə bilərdilər; Moskvada da,
Leninqradda da, Kiyevdə də, Sverdlovskda da (indiki Yekaterinburq)
ümumi əsaslarla ali məktəblərə daxil ola bilərdilər. Amma onlar çox
vaxt kəsilirdilər. Çünki azərbaycanlı gənclər, xüsusilə regionlarda
böyüyənlər böyük şəhərlərdəki yaşıdları ilə rəqabətə güc gələ
bilmirdilər.
Ən sonda Heydər Əliyev gənclərin Sovet İttifaqının müxtəlif ali
məktəblərində müsabiqədənkənar təhsil almaq hüququnu qazandı.
Əvvəllər cəmi 100 yer ayrılsa da, 1978-79-cu illərdə bu rəqəm 800-ə
yüksəldildi (bu, onun Siyasi Büroya üzvlüyə namizəd olduğu vaxta
təsadüf edirdi). Əlbəttə, problem təkcə Azərbaycanla bitmirdi. Bütün
ölkə miqyasında milli kadrların yetişdirilməsinə ehtiyac duyulurdu.
Sovet İttifaqının digər ölkələrindən - Türkmənistan, Özbəkistan,
Qazaxıstan, Gürcüstan, Moldova və Tacikistan da bu hüququ əldə
etmişdilər. Amma deyəsən, yalnız Heydər Əliyev şəxsən bu məsələ ilə
maraqlanırdı.
499
- Bilirsiniz, bu məsələ ilə əlaqədar materialların bir hissəsini
indiyədək qoruyub saxlaya bilməmişəm. Burdan-ora, ordan-bura
köçməyimlə əlaqədar itib-batıb. Bəzilərinə yer olmadığından məhv
etmişəm, - səfirlikdə 2002-ci ildə görüşü zamanı Heydər Əliyev həmin
günləri xatırlayırdı. - Amma gənclərin hər il Sovet İttifaqının
şəhərlərinə paylanması haqda jurnallaı qoruyub saxlamışam. İndi də
arxivimdən neçənci ildə hansı gəncin hansı şəhərdən, hansı rayondan
hansı instituta daxil olması sənədini tapa bilərsiniz. Onların
içərisindən bir çox görkəmli şəxslər çıxıb.
Nəyə görə bunları edirdim? Birincisi, səmimi desək, Moskva
universitetlərindəki təhsilin səviyyəsi Bakı ali məktəblərindən çox
yüksəkdir. O vaxt da elə idi, indi də. İkincisi, bir çox peşələrlə bağlı
bizdə ali təhsil yox idi. Demək, hər hansı istiqamətdə peşəkar kadr
hazırlamaq üçün digər respublikaların ali məktəblərinə müraciət
etmək zəruri idi. Üçüncüsü, mən əhalinin, insanların köhnə
qəliblərdən çıxmasını istəyirdim. Bilirsiniz, bu yolla insanlar
sərhədləri aşıb daha geniş mühitə çıxar, digər insanlarla münasibət
qura bilərdilər. Bu isə istər-istəməz yeni dili, rus dilini öyrənməyə
vadar edirdi. Bəziləri əlavə olaraq ingilis və digər xarici dilləri də
öyrənə bilmişdi.
Yeri gəlmişkən, bu işlə hər il məşğul olur, hər il bir neçə dəfə
Moskvada təhsil alan tələbələri toplayırdım. Sonra onların sayı o
qədər artdı ki, burada yer olmadı. Yadımdadır, onda Tver bulvarında
yerləşən teatrın binasına toplaşdıq. Sov. İKP MK-nm işçiləri,
komsomolun MK rəhbərləri, ali təhsil nazirləri və digər Moskva
rəhbərlərini də dəvət etmişdik.
Həmin görüş bir çox iştirakçının yaddaşında həmişəlik qalmışdı.
Tələbələr arasında MDU-dan bir oğlan çıxış etmişdi. Əliyev uzaq
Cəbrayıl rayonundan bura oxumağa gələn tələbəni çox yaxşı
xatırlayır. Müəllimlərin dediyinə görə, çox istedadlı idi, lakin rusca
çox pis danışırdı. Oxuduğu məktəbdə rus dili müəllimi olmadığmdan
bütün şagirdlərə 3 verilirdi. Heydər Əliyev onu indi də yaxşı
xatırlayır, öz diqqətini gizlətmədən bu oğlanı seyr edirdi. İndi o, əla
qiymətlərlə oxuyur, rus dilində isə təmiz danışırdı.
- Mən bu oğlana baxanda sevincimdən kövrəldim, - deyə Prezident
etiraf edirdi. Çox sevindim.
500
Bu sözləri yalnız ata öz oğlu haqqında deyə bilərdi.
Milli Kitabxanada Prezident Əliyevin hədiyyə etdiyi kitabların
sərgisi keçirilirdi. Onların arasında məlumat kitabçaları, lüğətlər,
Səməd Vurğun, Sergey Yesenin, Bəxtiyar Vahabzadə, Bajov,
Nitsşenin cildləri, fantastik əsərlər toplusu var idi. Cəmi 500 kitab.
Heydər Əliyev kitabları çox sevir, onun həyatdakı və cəmiyyətdəki
dəyərini yaxşı bilir, kitabxananın rolunu yüksək qiymətləndirirdi. O, 3
dəfə ölkənin əsas kitabxanasında olmuşdu; 1995-ci il 3 iyul, 1996-cı il
4 mart, 1997-ci il 20 noyabr. 1997-ci ildə Prezident «Azərbaycanda
kitabxanaçılıq işi» haqqında Azərbaycan Respublikası Qanununu
imzaladı. Əlbəttə, bu kitabsevərlər üçün böyük təkan oldu.
Əgər Azərbaycan Respublikası Prezidenti müddəti bitməmişdən
istefaya gedərsə, onda 3 ay ərzində vaxtından əvvəl prezident seçkiləri
keçirilir. Bu, Konstitusiyanın 105-ci maddəsində öz əksini tapıb.
Prezidentin təklif etdiyi dəyişikliklərə əsasən, onun vəzifəsini baş
nazir həyata keçirir. Prezident öz vəzifələrini icra etmək iqtidarında
olmadıqda, onun səlahiyyətləri baş nazirə verilir.
Müxalifət əksinə çıxış etdi. Niyə? Bu haqda fikir bildirən Bakı
Dövlət Universitetinin rektoru, AMEA-nm müxbir üzvü Abel
Məhərrəmov bu üsulun beynəlxalq hüquq normalarına uyğun
gəldiyini qeyd edir. Konstitusiyasnın 7-ci və 99-cu maddələrinə
əsasən «Azərbaycan Respublikasında icraedici hakimiyyət respublika
Prezidentinin səlahiyyətləri çərçivəsindədir. Bütün icraedici orqanlar,
o cümlədən Nazirlər Kabineti üzərində rəhbərliyi Prezident həyata
keçirir. Milli Məclis isə Qanunverici orqandır. Səlahiyyətlərin
icraedici orqana keçməsi məsələsi də, göründüyü kimi, daha
məqsədəuyğundur, çünki icraat işləri ilə birbaşa baş nazir məşğul
olur».
Avqustun 24-də Azərbaycanda Konstitusiyaya əlavə və
dəyişikliklərin edilməsinə dair referendum keçirildi. Beynəlxalq
müşahidəçilərin dediyi kimi, referendum xalqın Heydər Əliyevə olan
inamının nümayişi idi...
|