Generalın ad günü
2002-ci il, 16 sentyabr. General Vaqif Axundovun ad günü bazar
ertəsinə təsadüf etmişdi. Əlbəttə, bu onun illərlə adət etdiyi işinə heç
bir dəyişiklik etmirdi. Həmişəki kimi, artıq saat 9-da iş yerində idi.
Əvvəllər Nazirlər Kabineti yerləşən binada, indi Mühafızə Xidmətinin
Baş İdarəsi məskunlaşmışdı. General yüngül qaçışla 2-ci mərtəbəyə
qalxdı. EIə bil heç pilləkən çıxmır, sanki düz yol gedirmiş kimi
addımlayırdı. Kənardan baxanda qətiyyən 50-dən artıq yaşının
olduğuna inanmazsan: çox gümrah və cavan idi. Elə otağa təzəcə
girmişdi ki, birbaşa əlaqə telefonu zəng çaldı.
- Eşidirəm, cənab Prezident!
- Sabahın xeyir, Axundov! İndi yanıma gələ bilərsinizmi? Bir neçə
dəqiqədən sonra general bütün Baknın yaxşı tanıdığı ağ binanın 5-ci
mərtəbəsinə qalxdı. Kabinetə daxil olanda Heydər Əliyev görüşmək
üçün ona yaxınlaşdı.
- Ad günün münasibətilə tədrik edirəm!
General-leytenant həmin günü xatırlayarkən həyəcanını
gizlətmir:
- Heydər Əliyev hanınm, qohumun da, yadın da qayğısına qalırdı.
Heç kəsi yaddan çıxarmırdı.
Onlar ilk dəfə 1978-ci ildə, baş leytenant Axundov DİN-in
Komsomol Komitəsinin katibi işləyərkən 9-cuya - partiya və sovet
orqanlarının mühafizə idarəsinə, siyasi müavin vəzifəsində çalışmaq
təklifı alanda görüşmüşdülər. MK-nm birinci katibi Heydər Əliyev işə
cavan, perspektivli şəxslərin götürülməsini tapşırmışdı. Daxili işlər
naziri Arif Heydərov Axundovun namizədliyini irəli sürmüşdü. Yəqin
ki, başqa təkliflər, xüsusilə DTK-dan da təkliflər olmuşdu. Əliyev
Heydərovun təklifinə müsbət cavab vermişdi.
- O,
məndən harada, hansı vəzifədə işlədiyimi soruşdu.
Özüm haqqında qısa danışdım. Neft institutunu fərqlənmə ilə
bitirmişəm, sonra hərbi xidmətdə olmuşam. Engelsdə aviasiyada
əsgərlik çəkmişəm, hərbi aviasiya hissələrinin yanacaq-sürtkü
materialları ilə təmin edilməsi işini yerinə yetirmişəm.
28 yaşlı baş leytenantm bioqrafıyasında həmin gündən yeni səhifə
açıldı. Əliyev Moskvada çalışdığı müddətdə də Axun-
502
dov Bakıda xidmət edirdi. 1985-ci ildə idarəyə rəhbərlik etməyə
başladı. İndi bu idarə Dövlət Xüsusi Mühafızəsinin xidməti adlanır.
- Cənab general, bu doğrudur ki, siz Heydər Əliyevə qarşı
hazırlanmış bir neçə sui-qəsd cəhdinin qarşısını almısınız? -deyə
Axundovdan soruşduq.
- Bu cür cəhdlər, doğrudan da, olmuşdu. 1994-cü ilin oktyabrında,
1995-ci ilin martında və sonra Ukrayna Prezidenti Leonid Kuçmanın
səfəri ərəfəsində. Onda terroristlər Bakı aeroportu yolunda yerləşən
böyük körpünü partlatmağa cəhd etmişdilər. Körpünün altına 100
kiloqrama yaxın partlayıcı maddə qoymuşdular. Partlayış baş
versəydi, yaxın ətrafda heç bir yaşayış evi qalmazdı. Həmin ərəfədə
körpünü gözdən keçirən əməkdaşlarımız aşağıda tikintinin özündən
əlavə beton lövhənin yerləşdiyini aşkar etmişdilər. Cərəyanı ordan
tapdıq, 500-600 metr aralıda isə naqillər yerləşdirilmişdi... Bu cür
məqamlar olmuşdu. Prezidenti Allah saxlamışdı, - deyə
həmsöhbətimiz gülümsünür.
«Məni Allah qoruyur»
Azərbaycanda bu gün də Heydər Əliyevdən söz düşəndə hamı
onun Allahın sevimli bəndəsi olduğunu söyləyir. Onun həyatında bu
qənaəti təsdiqləyən kifayət qədər faktlar var. DTK-da fəaliyyət
göstərdiyi dövrlərdə də, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini
olduğu çağlarda da, lap elə Qorbaçovun qəzəbinə tuş gəlib Moskvada
qürbət həyatı yaşadığı vaxtlarda da Tann ondan öz sevgi və
mərhəmətini heç zaman əsirgəməmişdir.
Yazdığımız kitabda Tanrnın bu sevimli bəndəsini necə hifz
etməsindən iki hekayəti oxucularımızm diqqətinə çatdırırıq. Biri
keçmiş sovet dönəmində, Heydər Əliyevin dünyanın nəhəng bir
ölkəsinin rəhbərlərindən biri kimi fəaliyyət göstərdiyi dövrə, digəri isə
onun müstəqil Azərbaycanı bəlalardan qurtardığı illərə təsadüf edir.
23 oktyabr 1983-cü il. Pakistanın paytaxtı İslamabad şəhərindəki
SSRİ səfirliyi. Yerli vaxtla axşam saat yeddidir. Bütün işlərə qol
çəkilib, bütün teleqramlar göndərilib.
503
Əməkdaşlar evə getməyə hazırlaşırlar. Sabah cümə günüdür.
Müsəlman Pakistanında bu istirahət günüdür.
Birdən şifrələmə şöbəsinin rəisi deyir: «Vladimir Georgiyeviç,
təcili bura gəlin. Oxuyuram. Teleqram. Çox təcili «Üç saatdan sonra
Siyasi Büronun üzvü, Sov.İKP MK-nm katibinin rəhbərliyi ilə partiya
nümayəndə heyəti Moskvadan təyyarə ilə uçur. Pakistan ərazisi
üzərindən uçmaq üçün Pakistanm dövlət orqanlarının icazəsini təmin
edin».
Nümayəndə heyəti ərəb ölkələrindən birinə uçurdu. Yol yalnız
Pakistanın hava məkanından idi. Teleqramda adı çəkilən nümayəndə
heyətinin rəhbəri Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini Heydər Əliyev idi. Onun təyyarəsi gündüz saat 3-də
Moskvadan uçurdu. İslamabad ilə vaxt fərqi də 3 saat idi.
SSRİ-nin Pakistandakı səfirliyinin və şəxsən səfir Vladimir
Georgiyeviç Belyayevin əmri yerinə yetirməsinə 6 saat vaxt var idi.
Aydm məsələ idi ki, təyyarənin ərazi üzərindən uçuşuna razılıq almaq
üçün vaxt demək olar ki, əldən çıxmışdı. Səfirin ağhna gələn ilk fikir
Pakistanm aviasiya departamenti ilə əlaqə saxlamaq oldu. Ancaq
orada heç kim qalmamışdı, artıq axşam saat 7 idi. Nə etməli?
Diplomatik kanalları işə salmaq lazım gəldi.
Belyayev Pakistanm xarici işlər nazirinin müavininə telefon açır.
Nazir müavini diqqətlə onu dinlədikdən sonra üzr istəyir, heç cür
kömək edə bilməyəcəyini deyib, dəstəyi yerinə qoyur. Sovet diplomatı
xarici işlər naziri Aqi Şahı axtarmağa başlayır. Ancaq o da «heç cür
kömək edə» bilmir. Heydər Əliyevin təyyarəsinin gəlməsinə dörd saat
qalır.
Bu mənzərənin şahidi olanlardan biri deyir:
«Oturmuşuq. Kondisionerlər işləyir, soyuq havanı üstümüzə
püskürür. Bizi isə tər aparır. Son dərəcə gərgin vəziyyətdir: aviasiya
departamenti bağlı, xarici işlər naziri də gedib. Məsələ müşkülə
çevrilib».
Burada vəziyyəti gərginləşdirən daha bir məqam var. Ay yarım
bundan əvvəl, 1983-cü il avqustun 31-dən sentyabrın 1-nə keçən gecə
SSRİ Hava Hücumundan Müdafiə qüvvələrinin uzaq Şərqdəki
təyyarələri Cənubi
504
Koreyanın Mülki aviasiyasına məxsus sərnişinlərlə dolu
«Boinq»i vurmuşdu. Bütün dünya Reyqanın fitvası ilə
sovetlərin qaniçənliyindən danışırdı. Əksər ölkələrdə, o
cümlədən Pakistanda da antisovet əhvali-ruhiyyə çox güclü idi.
Səfirlikdə hamıya gün kimi aydın idi ki, partiya və hökumət
nümayəndə heyətini aparan təyyarə Pakistanın üzərindən icazə
alınmadan uçarsa, Pakistanın Hava hücumundan müdafiə
qüvvələri düşünüb-daşınmadan onu raketlərlə vuracaqlar. Çox
təcili nə isə etmək lazımdn». Artıq yerli vaxtla gecə saat 2-dir.
Şahidlərdən biri deyir:
«Birdən ildırım sürətli bir fikir səsləndi! General!
Prezidentin köməkçisi! Xidməti telefonla zəng vururam!
Bilirsiniz, az qalırdı qışqram! O, teiefonu götürür! Mən ona
vəziyyəti izah edirəm. Cavab gəlir: - Cənab Belyayev, mən sizi
çox yaxşı başa düşürəm, ancaq bilirsiniz, bu gün Prezident üçün
çox ağır iş günü olub. Bağışlayın, mən Prezidenti oyada
bilmərəm. Mən otağa qayıtdım. Oturdum və öz-özümə dedim:
bizim aqibətimiz necə olacaq? Hamı mənə baxıb susur, Amma
baxışları ilə sanki nə oldu, nə oldu? — deyə soruşurlar. Mən
deyirəm ki, Prezident yatıb, oyada bilmir».
Ziya Ülhəqdən, Pakistanın o vaxtkı Prezidentindən yuxarıda
Allahdır. Ancaq Pakistandakı sovet səfirinin ona çıxışı yox idi.
SSRİ Nazirlər Soveti sədrinin müavini, Siyasi Büro üzvü
Heydər Əliyevi və nümayəndə heyətini aparan təyyarə isə bütün
bunlardan xəbərsiz, düz Pakistan raketlərinə tərəf uçurdu.
Xəbərdar etmək, təyyarənin marşrutunu dəyişmək qətiyyən
mümkün deyil. Gərginlik durmadan artır. Moskva yüksək məxfi
şifrəli teleqramlardan beynəlxalq telefon xəttiylə açıq telefon
danışıqlarına keçir. Hər 5-10 dəqiqədən bir sual sual dalınca
yağırdı: «Niyə indiyə qədər uçuşa razılıq barədə xəbər
vermirsiniz?! Siz hansı məsuliyyətin altma girdiyinizi
bilirsinizmi?! Siz xüsusi reysin Pakistan ərazisi üzərindən
təhlükəsiz uçuşuna təminat vero bilərsinizmi?! Biz ölkə
rəhbərliyinə məlumat verə bilərikmi hr şey normaldı»?!»
Vəziyyətin şahidlərindən biri deyir: «Təzyiq getdikcə artır.
Birdən növbətçi aşağıdan qışqırırır: «Vladimir
505
Georgiyeviç, sizi telefona. Yaxınlaşıb, tez dəstəyi qulağıma sıxıram.
Adını deyir – general filankəs. İkinci general, ikinci köməkçi. Cənab
Belyayev, cənab Prezident filan reysin Pakistan ərazisi üzərindən
uçmasına razılıq verilməsi üçün sərəncam verib. Bu haqda Moskvaya
xəbər verə bilərsiniz. Təyyarə isə bu dəqiqələrdə Pakistan ərazisinə
daxil olacaq”.
Yerli vaxtla səhər saat 4.00 SSRİ səfirinin telefonu zəng çalır.
Xarici işlər nazirinin müavini xəbər verir ki, sovet xüsusi xidmət
orqanlarnın verdiyi məlumata görə, filan xüsusi reys Pakistan
üzərindən maneəsiz və rahat uçmuşdur.
Tanrının öz sevimli bəndəsi Heydər Əliyevə göstərdiyi bu
mərhəmət nə birinci, nə də sonuncu idi. Allah ömrunu, qismətini və
həyatdakı missiyasını yazdığı bu sevimli bəndəsini hələ bir neçə dəfə,
bundan da gərgin və ağır, deyərdik ki, daha faciəli ola biləcək təyyarə
bəlalarından qurtaracaq. Haqqında danışacağımız növbəti hadisə isə
ulu Tanrının Heydərə olan sevgisinə yenə də zərə qədər şübhə yeri
qoymur.
Pakistandan 12 il sonra
1995-ci ilin şübhələrlə dolu payız günləri idi. Didişmələrdən,
çəkişmələrdən, çevriliş cəhdlərindən yorğun düşmüş Bakı səksəkəli
günlərini geridə qoyub azacıq dincəlmək istəyirmiş kimi
«mürgüləyirdi». Heydər Əliyevin usta gedişləri ilə müstəqil
Azərbaycan özünün ilk kövrək, ancaq qətiyyətli addımlarını atır,
dövlətin dayaqları olan təhlükəsizlik strukturları dövlətçiliyə diş
qıcıyan xarici və daxili irticaçı qüvvələrə artıq güc göstərməyə
başlayırdılar. Əsrin son onilliyində Heydər Əliyevin Azərbaycanın
xilası üçün başladığı strategiyanın müddəaları tədricən, pillə-pillə
reallaşmağa başlamışdı. Nə qədər acı olsa da, müxtəlif qüvvələr
müstəqil dövlətçiliyin inkişafına aparan bu prosesi nə yolla olur-olsun
əngəlləmək barədə düşünür, müxtəlif planlar cızırdılar.
506
1994-cü ildə xəyanətkarcasına MTN-in təcridxanasından
qaçırılmış Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyev,
ətrafına istefaya göndərilmiş bir neçə general və yüksək rütbəli zabit
toplayıb yeni dövlət çevrilişi planı hazırlayırdı. Dövlət çevrilişi
planına rəvac verənlər iflasa uğramış, 1994-cü il oktyabr və 1995-ci il
mart çevriliş cəhdlərinin acı dərslərindən nəticə çıxartmışdılar. Yaxşı
başa düşürdülər ki, Heydər Əliyev nə qədər hakimiyyət başındadır,
onların hakimiyyətə gəlmək arzusu xülya olaraq qalacaq.
Nə etməli? Leninsayağı verilən bu sualın cavabı hələ ötən çevriliş
planlarında öz əksini tapmışdı: hansı yolla olur-olsun Prezident
Heydər Əliyevi fiziki cəhətdən məhv etmək. Qəddar və amansız qərar
bu dəfə çevriliş planının ilk və əsas bəndi idi. Layihəsi Moskvada –
Ayaz Mütəllibov, Surət Hüseynov, Rəhim Qazıyev və digərləri
tərəfindən işlənib haznlanmış hərbi dövlət çevrilişi mexanizmi məhz
bu vəhşi və amansız plan həyata keçiriləndən sonra işə düşməli,
general Şahin Musayevin (keçmiş müdafiə nazirinin müavini -
müəlliflər) rəhbərliyi ilə zor işlətməklə hakimiyyət dəyişikliyi həyata
keçirilməli idi.
Sui-qəsd planına görə Azərbaycan Prezidenti Heydər Əliyev xarici
ölkəyə səfərdən Bakıya dönərkən, onu gətirən təyyarə Binə hava
limanına enməmiş zenit raketi ilə vurulmalı idi. 1995-ci il may ayının
sonunda terrorçular artıq «İqla-1» tipli 9M313 markalı zenit raketini
buraxma qurğusunu, hər birinin dəyəri 12 min ABŞ dolları olan 2
zenit raketi əldə etmişdilər.
Onlar bu kompleksdən təyyarəni vuracaq adamı müəyyən etmiş,
ona lazım olan təlimatları vermişdilər. Ş.Musayev Azərbaycan
Prezidentinin təyyarəsinin vurul-masını uğurla başa çatdırmaq üçün
artıq Baknın Nardaran daş karxanasında və Maştağa qəsəbəsi
yaxınlığında raketi buraxmaq üçün meydançalar seçmişdi. Son
müzakirələrdə qəsdin icraçıları təyyarənin Maştağa qəsəbəsi yaxın-
ğındakı meydançadan vurulmasnın daha əlverişli oldu-ğunu söyləyib,
bu qərarın üstündə dayandılar. Terrorçular bu versiyanı bir neçə
dəfə məşq etmiş, hətta general
507
Ş.Musayevə nümayiş etdirmişdilər. Hər şey hazır idi. Onlar əmr
gözləyirdilər.
2 iyul 1995-ci il. Pusquda durmuş qəsdçilərə telefonla Heydər
Əliyevin olduğu «TU-154» tipli təyyarənin Azərbaycanın hava
məkanına və Bakı hava ərazisinə daxil olması barədə dəqiq
məlumatlar verilir. Əvvəldə göstərilən hər iki meydançadan 9M3I3
«İqla-1» tipli zenith raketi ilə «Binə» hava limanına enmə zolağına
Maştağa istiqamətindən enən mülki təyyarənin vurulmasnın müm-
künlüyü tam dəqiqləşdirilmişdi.
Prezidentin təyyarəsi hava limanına istiqamət götürür. Saat 15.09-
da yenidən qəsdin icraçılarına Prezident təyyarəsinin gəlməsi barədə
məlumat verilir. Terrorçular zenit qurğusunu meydançaya gətirməyə
hazırlaşırlar. Elə bu zaman onlar təyyarənin Maştağa istiqamətindən
deyil, Hövsan qəsəbəsi istiqamətindən hava limanına endiyini
görürlər. Nə yaxşı ki, artıq heç nəyi dəyişmək mümkün deyildi. Bu
istiqamətdən «Binə» hava limanına enən Prezident təyyarəsinin
vurulması, təyyarənin uçuş boyu raketin uçuş məsafəsindən kənarda
olduğundan mümkün deyildi.
Bu nə idi? Azərbaycanın təhlükəsizlik orqanları qəsddən xəbər
tutmuşdularmı?! Yox, bu məqamda hələ onlara heç nə bəlli deyildi.
Bəs təyyarənin istiqaməti nə üçün dəyişdirilmişdi? Səbəb çox sadədir.
İnsanın dəyişməkdə aciz olduğu hava şəraiti.
«Azal» Azərbaycan Hava Yolları Dövlət Konserninin verdiyi
arayışda gostərilir: «Respublika Prezidentinin olduğu «TU-154» tipli
təyyarə 1995-ci il iyulun 2-də saat 15.22 dəqiqədə «Binə» hava
limanına 355 dərəcə bucaq altında, yəni Hövsan istiqamətindən enmiş,
«küləyin istiqaməti 20 dərəcə, sürəti 8 metr olmuşdur».
Bəli, Tanrı yenə də sevimli bəndəsinə mərhəmətini əsirgəmədi,
onu qorudu. Qorudu ki, Heydər Əliyev müstəqil Azərbaycan adlı
əsərini araya-ərsəyə gətirsin. Amma naqislər və xainlər, iblislər və
canilər onun varlığı ilə barışmaq istəmir, yeni-yeni çirkin planlar
cızırdılar. O isə hər dəfə bu haqda söz düşəndə təbəssüm və daxili bir
508
inamla deyirdi: «Mən ölümdən qorxmuram. Çünki məni Allah
qoruyur».
Ömrünün son illərində Heydər Əliyev Bakını gəzməyi çox
xoşlayırdı.
- Onun çox az mühafızəçisi olurdu. Sevdiyi küçələrdə dolaşır,
bakılılarla söhbət edir, sadə insanların yaşayışı ilə yaxından tanış
olurdu, - deyə general Axundov xatirələrə dalır.
- Deyirlər ki, Heydər Əliyev çox iti ağıla malik olub. Bu haqda hər
hansı bir epizodu xatırlaya bilərsiniz?
- Belə hallar o qədərdir ki, bilmirəm hansını danışım. Diqqətinizi
başqa məqama çəkmək istərdim. Təbiətən fitri istedada malik bu insan
heç vaxt öyrənməkdən, bilmədiyini soruşmaqdan utanmazdı. Dəfələrlə
belə halların şahidi olmuşam. O heç vaxt özünü hər şeyi bilən şəxs
kimi hiss eləmirdi, bilmədiyini mütəxəssislərdən soruşmağı özünə
əskiklik hesab etmirdi.
Öyrənmək istəyəndə hər şeyi yerli-yataqlı, dəqiqliklə bilmək
istəyirdi.
General Axundovun kiçik kabinetində hər iki prezidentin -Heydər
və İlham Əliyevlərin şəkilləri, çoxlu kitab və suvenirləri düzülüb.
Yəqin ki, burada Heydər Əliyevi ona ən çox xatırladan bir əşya var.
Bu nə ola bilər? General o dəqiqə cavab verir:
- Bax, bu şəkil. Telefonların arxasında rəfə qoyulan şəkli götürür.
Şəkildə Heydər Əliyev qırmızı rəngli qoruyucu gödəkcədə gülür,
bir qədər arxada əynində elə həmin gödəkcədən Axundov dayanıb.
- Bu, Norveçdə, Şimal dənizi üzərində sahildən vertolyotla 300 km
məsafədə olmuşdu. Bizə təlimat verildi və biz xüsusi kostyumlar
geyindik. Bələdçilərdən biri Əliyevi dəniz üzərində uçuşdan
daşındırmaq istədi. O, bunun təhlükəli olduğunu deyirdi. Amma
Əliyev heç nədən qorxmurdu. Tez-tez təkrar edirdi: «Mən ölümdən
qorxmuram. Qoy düşmənlərim başa düşsünlər ki, mən həmişə hara
getdiyimi bilmişəm. Çünki məni Allah qoruyur».
Uçuşdan öncə qaydaya görə könüllü uçmağımızla bağlı sənədə qol
çəkmək lazım idi... Xarici işlər naziri Həsən Həsənov
509
qol çəkmədi ki, ölsəm, ailəm heç sığorta da almayacaq. Heydər Əliyev
güldü və qol çəkdi. Nə isə, uçduq.
- Bu nə vaxt olmuşdu?
General iş gündəliyini vərəqləyir: «Bu, 1996-cı ilin 24-27
aprelində baş verib. Həmin il Heydər Əliyevin 18 beynəlxalq səfəri
olmuşdu. Bir ildən sonra - iyirmi. 1998-ci ildə - on, 1999-cu ildə - on
üç, 2000-ci ildə də - yenə də on üç. 2001-ci ildə - doqquz. 2002-ci ildə
- on altı: Moskva, ABŞ, Türkmənistan, Türkiyə, İran, Peterburq,
İstanbul, Ankara, Yalta...»
Prezidentin şəxsi fotoqrafı, sənədli fotoqrafiya ustası Rafiq
Bağırov bu səfərlərin birinə aid çox maraqlı xatirə şəkilləri çəkib.
R.Bağırovun xatirələrindən:
«... 1997-ci il avqustun ilk günlərinin birində Prezident ABŞ-da
rəsmi səfərdə idi. Bill Klintonla görüşdən sonra Hyustona gəldik.
Burada Heydər Əliyevin yenidən baba olması xəbərini aldıq. İlhamın
oğlu olmuşdu. Heydər Əliyev çox sevinirdi. Nümayəndə heyətinin hər
biri ilə görüşdü, təbriklərimizi çatdırdıq. Son bir neçə ildə onun bu cür
sevindiyini görməmişdim. Azərbaycana dönərkən Prezident Londonda
yenicə doğulmuş nəvəsini ziyarət etdi.
Heydər Əliyev demək olar, bu görüşə qanadı olsa uçardı. Nəvəsini
qucağına alanda gözləri yaşardı. Bir qədər titrək, kövrək səslə
təntənəli şəkildə dedi: «Mən bu körpəyə Heydər adı verirəm!» Həmin
anda məncə, bir neçə yaddaqalan, təsirli məqamları çəkə bilmişəm.
Fəxr edirəm ki, balaca Heydərin ilk şəklini çəkmək mənə qismət
olub».
Heydər Əliyev bütün nəvələrini çox sevirdi. Amma balaca
Heydərə daha çox bağlı idi. Öz adını daşıyan bu balaca ilə həmişə fəxr
edirdi.
H.Əliyev bu cür dəhşətli templə işləyirdi... O, ezamiyyətə getməyi
xoşlayırdı. Yəqin Azərbaycan xəritəsində elə bir yer, şəhər, qəsəbə,
kənd yox idi ki, orada olmasın. Öz kiçik vətəni Naxçıvana xüsusi
məhəbbətini gizlətməzdi. Adama elə gəlir ki, yalnız bu cür sərt təbiəti
olan bir diyar belə möhkəm xarakterli şəxsiyyəti yetişdirə bilərdi.
10 avqust... Bir saat uçduqdan sonra Prezidentin təyyarəsi
Naxçıvan aeroportuna yaxınlaşır. Muxtar Respublikanın əvvəlki kimi
quru yolları bağlı olduğundan, hamı təyyarəyə min-
510
məyə məcbur olur. Prezident də, tələbə də, iş dalınca gedən hər bir
şəxs də... Yay aylarında böyük təyyarə ilə gündə 10 uçuş var. Amma
yenə də çatmır.
Əvvəllər bu aeroport müasir görünsə də, indi köhnəldiyi hiss
olunurdu. Prezidentə yeni aerovağzalın layihəsini göstərdilər.
Memarları dinləyəndən sonra Heydər Əliyev qeyd etdi:
- Yenə də müvəqqəti bir şey quraşdırırıq?!
Onun təklifinə əsasən, layihədə köklü dəyişikliklər edildi. O,
Naxçıvandakı aeroportun açılışını görməyi çox istəyirdi, tikinti də
sürətlə gedirdi. İnşaatçılar tələsirdilər... ancaq yeni tikintinin açılışını
etmək İlham Əliyevə qismət oldu.
Avqustun 5 gününü öz doğma şəhərində oldu. Aeroport
tikintisində, görkəmli Azərbaycan rəssamı Bəhruz Kəngərhnin ev-
muzeyinin açılışında iştirak etdi. Bu muzey Heydər Əliyevin
təşəbbüsü ilə, hələ tələbə vaxtı adını ilk dəfə eşitdiyi rəssamın şərəfinə
iki mərtəbəli kərpic binada açılmışdı. «Bu insan nadir istedada malik
olub. Onun yaradıcılığı, həqiqətən, çox dəyərlidir», - bunları Heydər
Əliyev muzeyin açılışında deyirdi.
Vayxır su anbarının layihəsi artıq hazırdır - kanallar çəkilib, cadar-
cadar olmuş səhra su gözləyir. Ən son, müasir layihə əsasında yeni
məktəbin tikintisi də başa çatdırılıb, kompyuter sinifləri, akt və idman
zalları hazırdır. Açılışı isə yeni Azərbaycan Prezidenti etdi...
23 sentyabr 2002-ci il, Moskva
Avqustun 23-də Prezident Əliyev il ərzində üçüncü dəfə idi ki,
Rusiyaya səfər edirdi. Dünya diplomatiyasında bu, bəlkə də, nadir
haldır, Amma dost, qonşu ölkələr üçün bu çox normaldır. Yanvar
ayında Azərbaycan Prezidenti Moskvada rəsmi səfərdə, iyunun 9-da
isə işgüzar səfərdə olmuşdu. Həmin tarixdə Peterburqda Vladimir
Putinlə görüşmüş, birlikdə Nizaminin heykəlinin açılış mərasimində
iştirak etmişdilər. Prezidentin sentyabr gəlişi isə Rusiya-Azərbaycan
sammiti ilə əlaqədar idi.
511
Bu görüşdə əsas hadisə Xəzərin dibinin sərhədlərinin
dəqiqləşdirilməsi işində Rusiya Federasiyası və Azərbaycan
Respublikasnın razılığına dair müqavilələrin imzalanması idi.
- Biz uzun müddət idi ki, bu məsələ ətrafında müzakirələr
aparırdıq, - deyə H.Əliyev sözünə davam edir: «Hər iki tərəfdən
mübahisəli məqamların olmasına baxmayaraq, ölkələr qarşılıqlı
maraqlar əsasında çalışırdılar. Mən çox məmnunam, çox sevinirəm ki,
bu iş müsbət nəticə ilə başa çatmışdır.
Bundan əvvəl Rusiya ilə Qazaxıstan, həmçinin Azərbaycanla
Qazaxıstanın razılığa gəlməsini nəzərə alsaq, əminliklə demək olar ki,
Xəzərin şimal və mərkəz hissələrinin dibinin mineral resurslarının
mənimsə-nilməsində bizim üç dövlətin qarşılıqlı anlaşmasında
möhkəm beynəlxalq hüquqi baza əldə edilmişdir. Əminəm ki, dənizin
dibinin bölünməsi, «ümumi hövzənin isə hamıya aid olması» prinsipi
nəticədə bütün Xəzəryanı ölkələrin marağında olan status məsələsinin
həllinə gətirib çıxaracaq».
Görüş zamanı digər dövlətlərarası razılaşmalara da imza atıldı.
Əsasən təhsil haqqında sənədlərin qarşılıqlı tanınmasına, hərbi
təyinatlı məhsullar istehsal edən müəssisə və təşkilatların istehsal
yönümlüyünü saxlamağa dair sənədlər imzalanmışdı. Heydər Əliyev
onları yenidən sadalamadı: «Vladimir Vladimiroviç imzalanan
sənədlər haqqında məlumat verdi. Mən yenidən sizi yorub həmin
məsələyə qayıtmaq istəmirəm. Burada vacib məqam odur ki, mən də
deyilənlərlə şərikəm. Elə bu da bizim münasibətlərimizin hansı
səviyyədə olduğundan xəbər verir.
Bir daha demək istərdim ki, Rusiya-Azərbaycan münasibətləri
bizim xarici siyasətimizdə prioritet istiqamətlərdən biridir. Bu ölkələr
təxminən iki əsr birlikdə olub, bu birlik onları elə yaxınlaşdırıb ki,
həmin əlaqələri bu gün də davam etdirməyə ehtiyac var. Hazırda
müstəqil dövlətlər olsaq da, bu bizə uzaqlaşmağa əsas vermir, əksinə
əlaqələri daha da möhkəmlətmək və inkişaf etdirmək lazımdır. Biz öz
tərəfımizdən üzərimizə düşən bütün vəzifələri yerinə yetiririk.
Sentyabrın 24-ü Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunun kollektivi ilə görüşərkən Heydər Əliyevə təntənəli şəkildə
ali məktəbin fəxri doktoru adı verildi. Vaxtilə cavan diplomat İlham
Əliyev də bu institutu bitirib, orada müəllim ki-
512
mi çalışmışdı. Sonra isə yuxarıda sadaladığımız məqamlar meydana
çıxdı. Qəzəbə tuş gəlmiş bir siyasətçinin oğlu tezliklə müəllimlikdən
uzaqlaşdırıldı. «Yəni, İlham Heydər oğlu, siz artıq bu institutda çalışa
bilməzsiniz».
Rektor Anatoli Torkunov keçmişi yada salmaq istəmədi.
- Biz böyük məmnuniyyətlə qeyd edə bilərik ki, Rusiya və
Azərbaycanın elmi nailiyyətlərinin, mədəniyyətinin öyrənilməsi,
ədəbiyyatın və dilin inkişafı işini daha da dərinləşdirir və davam
etdiririk. Çox hörmətli Prezident, bütün bunlarda şəxsən sizin böyük
əməyiniz var.
Sizin 1993-cü ildən başlayaraq bizim ölkəyə yüksək səviyyəli
səfərləriniz qarşılıqlı münasibətlərimizə böyük təsir edir. Nəticədə,
Prezident Vladimir Vladimiroviç Putinlə bir çox dövlədərarası
razılaşmalar imzalanıb. İmzalanan sənədlər arasında Xəzərin dibinin
bölünməsi haqqında razılaşma da var.
Biz bu sənədin ikitərəfli əlaqələrin inkişafında nə dərəcədə
əhəmiyyətli olduğunu, Xəzər regionunun sülh və sabitlik şəraitində
inkişafına yardımçı olacağını çox gözəl başa düşürük. Ali məktəbin
kollektivi kimi bizimçün dünən iki ölkənin təhsil nazirlərinin
Azərbaycan Respublikası və Rusiya arasında diplomların, elmi dərəcə
və adların qarşılıqlı tanınması haqqında imzaladıqları sənədin böyük
əhəmiyyəti var.
Uzağı görməyən opponentlərindən fərqli olaraq Heydər Əliyev
şimal qonşusu ilə dost və mehriban əlaqələrin rolunu dərk edirdi.
«Rusiya-Azərbaycan münasibətləri bizim üçün prioritet
istiqamətdir, - Heydər Əliyev belə deyirdi. - Bu münasibətlər strateji
tərəfdaşlıq və əməkdaşlığa əsaslanır. Sovet İttifaqnın süqutundan
sonrakı dövrə baxsaq, görərik ki, bu iki ölkə arasındakı münasibətlər
heç də birmənalı olmayıb».
Vladimir Vladimiroviç Putinin prezident seçilməsindən sonra
dərhal mövcud vəziyyətdə dəyişiklik hiss olunmağa başladı. O, 2001-
ci ildə ilk xarici səfərini Azərbaycana etdi. İctimaiyyətimiz bu
hadisəni yüksək qiymətləndirdi. Rusiya Prezidenti Azərbaycanı
yaxından tanıtmaq və Rusiyaya olan münasibəti öyrənmək imkanı
qazandı. Bu dövrdə respublikamızda daxili sabidik artıq bərpa
olmuşdu. Rusiya ilə əlaqələr uğurlu şəkildə inkişaf edirdi.
Müstəqilliyimizi qazandıqdan sonra Rusiya-Azərbaycan
münasibətlərinin tarixindən danışsaq, onda qə-
513
tiyyətlə deyə bilərik ki, Putinin bu ölkəyə gəlişindən sonra yeni
mərhələnin əsası qoyuldu».
Azərbaycan - Rusiya əlaqələrinin iki əsrlik tarixində müxtəlif
məqamlara rast gəlmək olar. Hər bir dövrə aid sənəd tapmaq
mümkündür. Misal üçün, keçmiş Rusiyanın Azərbaycana
münasibətlərinə aid sənədlərdən: 1 fevral 1727-ci ildə 1 Yekaterinaya
yazılmış məlumatda deyilirdi: Bütün əyalətləri, diyarları keçib gəldik,
məni böyük sevinc hissi ilə qarşılayırdılar. Hamısı məndən onları
Rusiya imperiyasnın himayəsinə almaqlarını xahiş edirdi. «Bu sitat
knyaz, general-feldmarşal V.V.Dolqorukovun imperatriçaya verdiyi
məlumatdan idi. Yarım əsr əvvəlki məruzədən: «Buradakı xalqların
hamısı rus qoşunlarının gəlişini gözləyir, imperiyanın tərkibinə daxil
olmağı arzulayırlar». Siyahını davam etdirmək olar. İstinad etdiyimiz
başqa sənədlərə əsasən isə belə bir nəticə çıxar ki, şimaldan işğalçı
qoşunlar gəlib. Əlbəttə, deyilən fərziyyələrin heç biri tam həqiqətə
uyğun gəlməz. Çünki həqiqət təhrif olunmuş şəkildə mövcud ola
bilməz.
Heydər Əliyev hər dəfə bu haqda danışarkən təkrar edirdi ki, «tarix
gərək bütün həqiqətləri bilsin».
Bütün İslam dünyası üçün müqəddəs olan Ramazan ayı
başlamışdı.
Müstəqillik qazandıqdan sonra İslam gizlindən çıxıb, ictimai yerini
tutaraq, yenidən xalqın mənəvi varlığına çevrildi. Bu dini inam
Azərbaycanın dövlət rəmzi olan bayrağındakı yaşıl rəngdə də öz
əksini tapıb. Ramazan bayramı ərəfəsində Azərbaycan Prezidenti
xalqa təbriklə müraciət etdi. O, Azərbaycanın müstəqilliyi, ərazi
bütövlüyü uğrunda canından keçən oğul və qızları xatırlayıb, onların
ruhlarının şad olmasını dilədi. Şəhidlərin ailələrinə, yaxınlarına səbr
dilədi. Heydər Əli-yev ölkə hüdudlarından kənarda yaşayan
həmvətənlilərini də bayram münasibətilə təbrik etdi:
«Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, demokratik
cəmiyyətin qurulması, sülhün bərqərar olması istiqamətində xalqımıza
uğur arzulayır, işlərinizdə müvəffəqiyyət diləyirəm».
İslamda Ramazan ayında Allah şeytanı insanların qəlbinə girməyə
qoymur. Bu ayda pislik insanlardan uzaqlaşır. Rama-
514
zan - həyat haqqında düşünmək, yalnız yaxşı əməllər etmək ayıdır.
İnsan yalnız Yaradan haqqında düşünür. Noyabrda bir həftə ərzində
Prezident bir neçə fərman və sərəncam imzaladı. Onların arasında
görkəmli bəstəkar Fikrət Əmirovun 80 illik yubileyinin qeyd edilməsi
haqqında sərəncam da var idi. Sehrli musiqinin yaradıcısnın yaşadığı
binaya xatirə lövhəsi vurulacaq, əsərlərinin 5 cildliyi işıq üzü görəcək,
sənədli film çəkilə-cək, respublikanın musiqi məktəblərinin birinə
Fikrət Əmirovun adı veriləcəkdi.
Bakı Metropoliteni 35 illiyini qeyd etdi. Prezident bu sahədə
çalışan mühəndis və işçilərin böyük bir hissəsini ordenlərlə təltif etdi.
Sovet dövründə olduğu kimi, Azərbaycan indi də vətəndaşlarının
yorulmaz əməyini yüksək mükafatlarla qiymətləndirir. Dünyada bu
cür hallar azdır. Sovet dövründə novatorlar Sosialist Əməyi
Qəhrəmanı adına, Qırmızı Əmək Bayrağı ordeninə layiq görülür,
«Əmək şöhrəti», «Əmək qəhrəmanlığına görə» medalları ilə
mükafatlandırılırdılar. Fikir verin, hər bir mükafatda əsas söz
«ƏMƏK»dir. İnsanın və xalqın həyatında belə də olmalıdır.
Yeri gəlmişkən, Azərbaycanda bir xeyli Əmək Qəhrəmanları var.
Bu cür qəhrəmanlardan biri də Ömər Ağayevdir. Bu insan bütün
respublikanın qazandığı uğurların canlı salnaməsidir. 2003-cü il
yanvarın 1-də onun 75 yaşı tamam oldu.
- Ad günlərimi qeyd etməyə o qədər də həvəskar olmasam da,
yanvarın 2-də Səbail rayon Ağsaqqallar Şurası toplanıb məni təbrik
etdilər, - bu veteranın bizə dediyi ürək sözlərindəndir. - Səhəri gün isə
hörmətli Prezidentimiz zəng edib yubileyim və Yeni il münasibətilə
məni təbrik etdi. Mənə və ailəmə cansağlığı, xoşbəxtlik arzuladı. Çox
şad idim... İndiyədək çox mükafatlar almışam. Əməyimin xalq
tərəfindən qiymətləndirilməsi, dövlət başçısnın məni təbrik etməsi ən
böyük və əvəzolunmaz hədiyyəmdir.
Dostları ilə paylaş: |