SON BORC, SON XİDMƏT
Oktyabr 2003-cü il, ABŞ- Klivlend
Dahilərin böyüklüyü ondadır ki, onlar hər şeyin əvvəllini bildikləri
kimi, sonunu da görür və dərk edirlər. Heydər Əliyev də məhz belə
insanlardandı...
Onun işdən bu qədər ayrıldığı olmamışdı. Həm də belə bir
məqamda — Azərbaycan müstəqilliyinin yeni inkişaf mərhələsinə
qədəm qoyduğu, onun strateji layihələrinin reallaşmağa başladığı bir
dövrdə...
Yox! Yorğun deyildi. O, mübarizəyə ilk atılan sərkərdə kimi
həmişə meydanı qalib kimi sonuncu olaraq tərk etməyə adət etmişdi.
Amma yaxşı bilirdi ki, bu sonuncu çarpışmadan, bu sonuncu
döyüşdən heç bir dahi, heç bir sərkərdə qalib çıxmayıb. Xəstəlik adı
ilə qapını kəsdirmiş ölüm artıq öz hökmünü çıxarmaqda israrlı idi.
Namərd ölüm onun ağlına, iti zəkasına, düşüncəsinə qalib gələ
bilməsə də taqətini üzürdü...
Xəyal onu bir anda doğma Azərbaycana gətirdi. Çöhrəsinə xəfif
bir təbəssüm qondu. Budur yenə iş başındadır. Gecə yandan keçir,
onun kabinetinin işıqları isə hələ də yanır. Müstəqil Azərbaycanın
beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi, bu istiqamətdə
atılacaq növbəti addımları götür-qoy edir. "Zamanın, vaxtın fərqinə
varmır", ağlının, zəkasının sürəti ilə zamanı qabaqlamaq istəyir. Sanki
sabah olmayacaq, vaxt burda bitəcəkdi.
Bu dahi bütün ömrünü belə yaşamışdı. Onun böyüklüyü, dahiliyi
bir də elə bunda idi ki, öz ömrünün bədxərci idi. O, bu ömrü sədaqətlə
xidmət etdiyi Vətəninə, işinə xərcləyirdi. Hətta Klivlenddəki, bu ağır
dəqiqələrdə də özünü "bütün varlığı qədər sevdiyi Azərbaycan"
qarşısında borclu bilirdi.
533
Axı ölkəsi, Vətəni üçün bu qədər xarüqələr yaradan bir insanın nə
borcu ola bilərdi ki?
Filosofların böyük müəllimi Konfutsi vaxtı ilə yazırdı ki, "dahilər
ölüm qabağı çox mühüm işlər haqqında düşünürlər". Heydər Əliyevin
düşüncəsində də bu məqamda ən mühüm iş müstəqil Azərbaycanın
gələcək taleyi idi. Artıq dərk etmişdi ki, düşüncələrində qurduğu
əzəmətli, tərəqqi etmiş güclü müstəqil Azərbaycanla bağlı bütün
arzularmı gerçəkləşdirməyə onun daha vaxtı qalmamışdı". Amma bu
ömür indi ona necə də lazım idi.
Düşüncələr onu rahat buraxmırdı. Ölüm zaman fürsətini hər an
əlindən ala bilərdi deyə gözünə yuxu getmirdi. Axı onun,
müstəqilliyinə XX əsrin son onilliyində qovuşmuş, dünyanın amansız
mübarizəsində azad ölkə adının təsdiqinə yenicə nail olmuş, sağının-
solunun diş qıcadığı Azərbaycan adlı müqəddəs məmləkəti başsız
qoyub getməyə sadəcə haqqı yox idi. Özü buna belə qərar vermişdi.
Çünki bilirdi ki, ona "Baba" deyən millətin, xalqın onun özünə
gümanları nə qədər çox olsa da, sözünə ehtiyacı daha böyükdür. O
bilirdi ki, Azərbaycanın müstəqilliyi hələ o qədər də möhkəm deyil ki,
onun gələcəyi üçün narahat olmayasan. Bəs yarımçıq qoyduğu işlər
necə olsun? Azərbaycanın gələcəyinin asılı olduğu bu işləri kim
tamamlasın?
Heydər Əliyevin son qərarı əslində Azərbaycana son borcu, son
xidməti idi. Bu qərardan Azərbaycan dövlətinin taleyi asılı idi. Heydər
Əliyev bu son borcunu da şərəflə yerinə yetirdi. Onun doğma xalqına
ünvanladığı son müraciət Vətənə ləyaqətlə xidmətin son nümunəsi idi.
Dəbdəbədən, ritorikadan uzaq, xalqın qavradığı dildə, Heydər
Əliyevin üslubunda olan son dərəcə səmimi müraciət:
«Əziz həmvələnlər, hörməüi Azərbaycan vətəndaşları!
Bu günlərdə mənim Azərbaycan Respublikasına bütövlükdə
rəhbərliyimin 34, müstəqil Azərbaycan dövlətinə Prezident kimi
rəhbərliyimin isə 10 ili tamam olur. Bu illərdə istər bir azərbaycanlı,
Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri,
Prezidenti kimi mənim həyat amalım
534
yalnız Sizə — bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına,
dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət
olmuşdur. Bu yolda bütün gııcümü və iradəmi yalnız müdrik və
qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb
vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə
dözüm, iradə verib və bütün uğurlarımı təmin edib.
Azərbaycan xalqı dünyanın ən qabaqcıl xalqları sırasında öz
layiqli yerini tutub. Onun zəngin mənəvi aləmi, dünya mədəniyyət
xəzinəsinə bəxş etdiyi özünəməxsus töhfələr, sivil dünya dəyərlərinə
yiyələnmək qabiliyyəti artıq hamıya məlumdur. Azərbaycanlıların öz
əməyi, istedadı ilə bütün sahələrdə dünya xalcjları ailəsinə getdikcə
daha sürətlə inteqrasiya olması indi heç kimi təəccübləndirmir.
Müstəqil dövlətimiz bu gün dünya ölkələrinin ən qabaqcıl
təcrübələrindən və dəyərlərindən bəhrələnərək inkişaf edir.
Demokratik cəmiyyət, hüquqi dövlət, insan və vətəndaş maraqlarının
aliliyi, siyasi plürcdizm prinsiplərini rəhbər tutaraq, Azərbaycan
Avropanın və dünyanın ən qabacıl, qüdrətli dövlətləri ilə çiyin-çiyinə
fəaliyyət göstərir. Ölkəmiz beynəlxalq aləmdə öz layiqli yerini tutub.
İndi dünyanın, regionun və bizi əhatə edən xarici aləmin əsas strateji
və qlobal məsələləri bizim rəyimiz, mənafelərimiz nəzərə alınmadan
həll edilmir. Bizi tanıyırlar, qəbul edirlər və əsas məsələlərdə bizimlə
hesablaşırlar.
Azərbaycanın icjtisadi həyatı yenidən qurulur, yüksək dinamizmlə
dirçəlir və inkişaf edir. Ölkə iqtisadiyyatına daxili və xarici kapital
qoyuluşu ildən-ilə artır, aqrar sahə, yeyinti və yüngül sənayesi
modernləşir, iqtisadiyyatda qeyri-neft sektorunun payı yüksəlir,
manatın sabitliyi qorunur, valyuta ehtiyatları artır, yeni-yeni yüksək
maaşlı iş yerləri açılır. Bütün bunlar 1994-cü ildən başlayaraq həyata
keçirilən yeni neft və iqtisadi inkişaf strategiyasnın nəticəsidir. Mən
əminəm ki, biz belə davam etsək, qarşıdan golən bir neçə ildə
Azərbaycanda nə bir işsizə, nə bir kasıb insana rast gəlinəcəkdir.
Maaşlar, təqaüdlər və insanların ümumi gəlirləri yüksələn sürətlə
artacaq. Azərbaycan dövləti, iş adamlarımız təkcə ölkəmizdə deyil,
xarici aləmdə də ən
535
persjjektivli və gəlirli layihələrdə iştirak etmək, investisiya qoymaq
imkanına və gücünə malik olacaqlar.
Dövlətimiz getdikcə öz müdafiə qabiliyyətini artırır, hərbi cəhtdən
güclənir. Milli ordumuz qabaqcıl təcrübə və texnologiyalara yiyələnir,
gənclərimiz həvəslə xidmətə gedirlər.
Bütün bunlar asan başa gəlməmişdir. Keçən dövrdə biz sizinlə
birlikdə həm daxildən, həm də xaricdən qaynaqlanan nə qədər
təhlükəli irticanın, təxribatın və digər antiazərbaycan aksiyalarının
qarşısını almşıq, nə qədər çətinliklərə sinə gərmişik. Siz bunları çox
yaxşı bilrsiniz.
1988-ci ildə ermənilərin Dağlıq Qarabağda başladıqları
avantürist millətçi separatizminin qarşısı Azərbaycan rəhbərliyinin
qətiyyətsizliyi üzündən vaxtında alınmadı. 1990-1993-cü illərdə
respublikamızda yaranmış siyasi və hakimiyyət böhranından,
iradəsizlik və qarmaqarışıqlıqdan istifadə edən Ermənistan ordusu
Azərbaycanın torpaqlarını işğal etdi, bir milyondan çox soydaşumızı
qaçqın və köçkün vəziyyəünə saldı. Daxildə ölkə vətəndaşları bir-
birinə qarşı silahlı toqquşmaya, qarşıdurmaya təhrik edildi,
dövlətimizi və dövlətçiliyimizi məhv etməyə, dağıtmağa nə qədər
səylər göstərildi. Biz bütün bunlarm qarşısını aldıq. Lakin xaos və
anarxiya dövründə Azərbaycanın pozulmuş ərazi bütövlüyünü, qaçqın
və köçkünlərin öz yurd-yuvasına qaytarılması problemini hələ də həll
edə bilməmişik. Mən əminəm ki, biz bu məsələni də mütləq həll
edəcəyik.
Buna baxmayaraq, bu illərdə xalqımız və dövlətimiz üçün
taleyüklü əhəmiyyət kəsb edən məsələləri həll edə bilmişik.
İlk növbədə dövlətçilyimizin əsasını təşkil edən ictimai-siyasi
sabitliyə nail olmuş, milli birlik və qanuunların alilyinə söykənən
vətəndaş cəmiyyətinin təməlini qoymuşuq.
İkincisi, hər bir dövlətin, onun yaşamasının qayəsini təşkil edən
ölkə icjtisadiyyatını yenidən qurmuşuq, inkişaf yoluna çıxarmışıq.
Üçüncüsü, Azərbaycan xalqının istək və arzılaarının ifadəsi olan,
özünün bütün müvafiq təsisatlarına malik güclü, demokratik
dövlətimizi qura bilmişik, onun müstəqilliyinin dönməzliyini təmin
etmişik.
536
Yalnız milli birliyə, ictimai-siyasi sabitliyə malik, iqtisadiyyatı
dinamik iıtkişaf edən, güclü dövləl təsisatları olan demokratik və
vətəndaş cəmiyyətinə əsaslanan müstəqil dövlətlə hər şeyi, o cümlədən
ərazi bütövlüyü və digər məsələləri həll etnıək olar. Əminəm ki, bu
məhz belə də olacaq.
Əziz Azərhaycan vətəndaşları, əziz xalqım!
Mən öz mənalı həyatımın düz 60 ilini xalqının bu günü və sabahı
ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə
xidmətdə keçib. Bu sahədə görülən işlər sizə məlumdur, lakin mənim
hələ tamamlanmamış çox perspektivli planlanım var. Son vaxtlar
səhhətimdə yaranan bəzi problemlər mənə imkan vermir ki, bütün hu
başladığının nəticələrini aydın gördüyüm işləri tamamlayım. Buna
baxmayaraq, 2003-cü ilin 15 oktyabrında keçiriləcək prezident
seçkilərində iştirak etmək üçün mənim də namizədliyim irəli sürülüb
və qeydiyyata almıb. Yüzminlərlə insan seçki kampaniyasına
qoşularaq mənim təbliğatımı aparır. Fürsətdən istifadə edərək bu
insanlara, namizədliyimi irəli sürən və dəstəkləyən Yeni Azərhaycan
Partiyasının hütün üzvlərinə, digər ictimai-siyasi təşkilatların
nümayəndələrinə, elm, təhsil və mədəniyyət xadimlərinə, ziyalılara və
mənə dəslək verən bütün Azərhaycan xalqına dərin təşokkürümü
bildirirəm. Ümidvaraın ki, tezliklə səhhətimi bərpa edərək Vətənə
dönəcək, xalqumla yenidən birlikdə olacağam. İndi isə öz
namizədliyimi İlham Əliyevin xeyrinə geri götürürəm.
Üzümü sizə — həmvətənlilərimə tutaraq, qarşıdan gələn prezident
seçkdərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni
Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə
çağırıram. O, yüksək intelektual, praqmatik düşüncəli, müasir dünya
siyasətini və iqtisadiyyatmı gözəl bilən, enerjili və təşəbbüskar bir
şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni
Azərhaycan Partiyası bundan sonra da xalqımızım ən layiqli
övladlarını Öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin
inkişafı və xalqımızım firavanlığı yolunda çox işlər görəcəklər.
İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri sizin köməyiniz və
537
dəstəyinizlə İlham Əliyev haşa çatdıra biləcək. Mən ona özüm qədər
inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.
Dərin hörmətlə Heydər ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
1 oktyabr 2003-cü il
2003-cü il oktyabrm 3-də respublikanın əksər qəzetləri unudulmaz
Prezident Heydər Əliyevin bu müraciətini birinci səhifədə dərc etdilər.
İlk təəssürat xalqı kövrəltdi. Onlar müraciəti Milli liderin vəsiyyəti
kimi qəbui edib ona əməl etməyi özlərinə borc bildilər. Bir həqiqəti də
aniadılar ki, borc bildikləri bu əməl Azərbaycanın müstoqilliyinin
əbədiliyinə, iqtisadi tərəqqinin, demokratiyanın dönməzlıyinə xidmət
edəcək...
538
EPİLOQ
Məndə sığar iki cahan,
mən bu cahana sığmazam.
Nəsimi
Deyirlər, qara xəbər yel qanadlı olur. Bu qara xəbər okeanı aşaraq
gəlmişdi:
«Birləşmiş Ştatlardakı Klivlend xəstəxanasında Heydər Əlirza
oğlu Əliyev dünyasını dəyişib».
O, dünyaya göz açanda adını Heydər qoymuşdular. Heydər
müsəlman Şərqinin güc və qüvvət rəmzi sayılan, düzlük və müdrikliyi
ilə seçilən müqəddəs Əlinin adlarından biridir. İnsanların taleyinin
müəyyənləşməsində valideynlərin tərbiyəsi danılmazdır. Amma
burada ad seçimi də müəyyən yer tutur. İnsanlar bütün ömürləri boyu
adları ilə bağlı xüsusiyyətləri öz üzərlərində daşıyırlar.
Görəsən, işıqdan bir iz qalırmı? Əbədi olaraq sönən günəşi
təsəvvür etmək çox çətindir, vaxt ötdükcə ulduzlar sönür, amma
insanlar onun işığını hələ uzun illər boyu görürlər.
İşıqsız həyat yoxdur.
Heydər Əliyev Azərbaycanın günəşli səması altında dünyaya
gəlmişdi. Bu işığı nə vaxsa vətəninə, hər bir insana, doğmalarına
paylamaq üçün qəlbini nura qərq etmişdi. Tale ona 80 illik bir ömür
qismət etdi. Ancaq Əliyevin ulduzu Azərbaycanda hələ on və yüz
illərlə parlayacaq.
Tanrı öz varını əsirgəmədi...
O azman qamətlə yüz yaşa nə var,
Olmaya dünyanın dünyaca dərdi
Olmaya vurduğu saysız yaralar,
Olmaya demokrat donu geyinən
Qorbaçov kimilər, çürük zatlılar,
Sapı özümüzdən olan baltalar,
Olmaya əzilon, inləyən Vətən...
539
Şair Siyavuş Məmmədzadənin Prezidentin xatirəsinə yazdığı
şeirində belə deyilir. Düzdür, Heydər Əliyevin ömür yolu enişli-
yoxuşlu olub. Çoxlu imtahanlardan keçib. Onun həyatı Azərbaycanın
müstəqilliyini təhlükə altına qoyan hadisələrlə üzləşib.
Amma əyilməyib, mətinlik göstərib, hər cür ağrı-acıya tab
gətirməyi bacarıb.
Hətta rəqibləri belə onun siyasi təcrübəsi. intellekti və möhkəm
iradəsi ilə hesablaşırdılar. O, hakimiyyətə 1993-cü ildə Vətəninin
düşmənlər tərəfindən dağıdıldığı, daxili qarşıdurmaların mövcud
olduğu bir zamanda gəldi. Aşıq Abbas Tufarqanlnın dediyi kimi «El
bir olsa, dağ oynadar yerindən!» devimini əldə hakim tutaraq qayıtdı.
2003-cü il dekabrın 12-dən 13-nə keçən gecə onun xalqı yetim
qaldı. Ayın 13-ü səhərdən başlayaraq Bakı və Azərbaycanın digər
şəhər və kəndləri başdan-başa qaraya büründülər. Hər yer, o cümlədən
avtobuslar, metro stansiyaları qara matəm lenti ilə örtülmüşdü. İnsan
kütləsi Prezident Sarayına axışırdı. Gecə yarısı efirdə proqramlar
dayandırılır. Heydər Əliyevin ölüm xəbəri çatdırılan kimi xalq
Prezident Sarayrıın qarşısına yanan şamlar və qərənfillər düzməyə
başladı. Heydər Əliyev bu gülləri çox sevirdi, elə ona görə də insanlar
Prezident Saraynın ətrafinı qərənfil yağışına tutmuşdular.
...Hələ bir qədər əvvəl o, bu pilləkənlərlə qalxırdı. Ömrünün son
günlərində belə onda əldən düşmüş, yorğun qoca görkəmi yox idi. O,
şuxluğu çox sevərdi. Bakıda Prezidentin bir nəfəri nazir vəzifəsinə
təyin etmədiyi barədə gedən söhbət tez-tez təkrarlanırdı. O demişdi:
«Savadlı oğlandı, Amma çox kökdü. Əvvəl arıqlasın sonra». Namizəd
də tezliklə özünü arıqlatmışdı. Prezident də həmişəki kimi öz sözündə
durmuşdu.
Efirdə matəm musiqisi səslənir. Ekranda Heydər Əliyevin
həyatından bəhs edən fraqmentlər təqdim olunur. Respublikada KP
MK-nın birinci kaübi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini
işlədiyi dövrlərdən parçalar canlandırılır.
«- Biz XXI əsrə daha güclü və müstəqil bir Azərbaycan aparmaq
istəyirik. Gələcək nəsillər üçün daha firavan həyat qurmağa çalışırıq.
Azərbaycanın imkanlarından səmərəli şə-
540
kildə istifadə edərək, iqtisadi vəziyyəti güdəndirərək xalqımızın maddi
rifahının yüksəldilməsinə can atırıq. Azərbaycan azad və demokratik
bir dövlət kimi inkişaf edərək Avropa və Asiyada öz tarixi
nailiyyətlərini nümayiş etdirəcək.
Əziz həmvətənlər! Siz mənə bu cür çətin və məsuliyyətli bir vəzifəni
etibar etdiyinizə görə sizə dərindən minnətdaram. Mən bu inama
böyük məsuliyyət hissi ilə yanaşıram. Sizi əmin edirəm ki, ömrünün
qalan hissəsini yalnız Azərbaycanın inkişafına və çiçəklənməsinə həsr
edəcəyəm».
İnsan selinin ardı-arası kəsilmir. Bu, ümumxalq matəmi idi.
Qocalığına, yaşlanmasına baxmayaraq, ağbirçək qadın bu dərdi
bölüşmək üçün həmvətənləri ilə birlikdədir. Qucağında südəmər
körpəsi ilə axına qoşulan cavan ana da göz yaşlarına qərq olub.
Ayaqüstə çətinliklə duran veteran da bu sıranın içindədir. Azərbaycan
xalqı öz səmimiyyəti ilə onun qarşısında dağ kimi duran ağsaqqal -
Heydər baba ilə vidalaşmağa gəlib.
«- Biz müstəqil respublika kimi fəaliyyət göstəririk və bu
müstəqilliyimizin əbədi olacağına əminik. Bundan sonra heç bir
boyunduruq altında yaşamayacağıq. Bu azadlıq təkcə mənəvi, siyasi
deyil, həm də maddi nəticəsi ilə seçilməli, xalqın rifahının
güclənməsinə xidmət etməlidir.
Sovet İttifaqı dağılan zaman iqtisadçılar belə qənaətə gəlmişdilər
ki, 15 ölkə arasında özünü tamamilə təmin edən 2-3 dövlət varsa,
onlardan biri də Azərbaycandır. Bu haqda hələ sovet alimləri və Qərb
şərhçiləri danışırdılar. Həmin fikir göydəndüşmə deyil. O
Azərbaycanın iqtisadi potensialına, təbii sərvətlərinə görə
müəyyənləşdirilib».
Heydər Əliyev bu sözləri necə də ürəkdən və böyük inamla
deyirdi...
Xəzərin sahilindəki şəhərin payına az ağrı-acı düşməyib. Zaman-
zaman yanar neftinə görə üzərinə yad əllər uzanıb.
Ölkənin təlatümlü vaxtlarında, ağır zamanlarda Prezident bir neçə
dəfə xalqa müraciət etmişdi. Bu, o demək deyildi ki, Prezident özü hər
şeyi həll edə bilmir. Yox, qanun ona belə bir hüququ vermişdi. Amma
o, hər zaman haqqın gücünü daha üstün tutmuşdu. Xalqını,
həmvətənlərini məsləhətə çağırırdı.
«- Azərbaycanı parçalamaq istəyən qüvvələr çoxdur. Bəziləri
daxildən, bəziləri isə xaricdən təzyiq göstərirlər. Bir çox məsələlərdə
kompromisə gedib bağışlamaq lazundır. Bu gün
541
sizə yenə də deyirəm ki, mən çox şeyi bağışlamışam. Bəziləri deyir,
guya, 70- ci illərin Heydər Əliyevi ilə indikinin arasında böyük fərq
var. Yeganə fərq odur ki, əvvəllər çox sərt və kəskin idi. İndi isə daha
yumşaqdır və bəzi şeyləri bağışlayır.
Bütün bunların səbəbi var. Əsas səbəb odur ki, hazırda demokratik
şərtlər əsasında yaşayırıq. Həmin dövrlə indiki dövlər arasında da
kəskin fərqlər var. Mən demokratik yolla gedirəm. Azərbaycanda
demokratik prinsipləri dəstəkləyən bir adam kimi çox işdə kompromisə
gedirəm. Demokratik yolu seçməklə, təhlükəsiz, vətəndaş cəmiyyəti
qurmaq lazımdır».
Heydər Əliyev ən dəqiq seysmoqraf kimi zamanın siyasi
cərəyanını tuta bilir, onları öz ürəyinə salırdı. Elə buna görə də
yazdığımız kimi, 1987-ci ildə onu infarkt vurdu. «Dəhşətli bir infarkt
idi», - söhbətlərimizin birində Yevgeni Maksimoviç Primakov da
dəqiqləşdirdi. O vaxt ona da mərhum həyat yoldaşı - həkim-kardioloq
Laura Vasilyevna demişdi. «Onda Əliyevi təqaüdə yazmışdılar.
Amma o, infarktdan sonra özünü möhkəmlədə bildi. Bütün bunlar
onun həyati gücünün nə dərəcədə çox olduğundan xəbər verir», - deyə
Yevgeni Maksimoviç əlavə etdi.
13 dekabr 2003-cü ilin qara şənbə günü Moskvadakı Azərbaycan
səfırliyinə öz yaxın dostunun vəfatı münasibətilə başsağlığı verməyə
gələnlərin içində Yevgeni Maksimoviç da var idi. «o, tarix yaradan bir
şəxsiyyət idi», - deyə Heydər Əliyevin haqqında başsağlığı kitabına
yazmışdı.
«O, hər bir millətin yalnız fəxr edə biləcəyi bir oğul idi», - Dövlət
Dumasının deputatı Sergey Baburin belə yazırdı. Bu matəm kitabında
ən çox «dahi», «Azərbaycan xalqının böyük oğlu» ifadələri işlənirdi.
Azərbaycanda Heydər Əliyev haqqında deyilən bəzi söz-söhbətlər
indi də xatırlanır. Guya, o, hakimiyyətə gələn kimi ədavətdə olduğu
insanlardan intiqam alacaqdı. Amma belə şeylər dahilərin xarakterinə
zidd olur.
«- Bu gün, əlbəttə, ədalətsizlikdən, insanlara qarşı göstərilən
pisliklərdən, keçmiş dövrün repressiyasından danışmaq olar... Bütün
bunlar bizim tariximizdir. Tarixi həqiqətləri hər zaman demək
lazımdır. Amma bütün bunlarla yanaşı, qazanılan uğurları da
unutmaq olmaz. Bu nailiyyətlər arasında Azərbaycan dili də var. Necə
istəyirsiniz, o cür adlandırın, amma
542
bu son 60 ildə Azərbaycan dili hədsiz dərəcədə zənginləşib. Heç vaxt
Azərbaycanda bu qədər kitab, roman, şeir, hekayə yazılmayıb. Bu,
bizim tarixi yolumuz, nailiyyətlərimizdir.
Gərək hər zaman milli özünüdərk hissini yüksək tutaq. Bu hissiyyat
hər zaman köməyim olub, çətin situasiyalardan məni çıxarıb. Milli
özünüdərk hissinin köməyi ilə istədiyim məqsədə doğru irəliləyib,
xalqıma xidmət edə bümişəm».
Prezident Heydər Əliyev son günlərində Bakı küçələrinə gəzməyə
çıxmağı çox sevirdi. «İzvestiya» qəzetinin müxbiri yazırdı: «O, çox
rahat şəkildə bəyəndiyi adi restoranların birində otura bilərdi».
Mühafizəçiləri çox narahat olurdular: «Biz yeməyi yoxlamamışıq». O
isə gülüb zarafatla restoran rəhbərinə deyirdi; «Heç nə olmaz. Olsa da
günahkar sənsən ha».
Dahi olduğu qədər də sadə bir insan idi. Səmimi və mehriban idi.
Heydər Əliyev öz səmimiyyəti ilə insanı cəlb edirdi.
O, incəsənət adamlarına, ən çox da yazıçı, bəstəkar və rəssamlara
xüsusi rəğbət bəsləyirdi. Bu insanlar da onun timsalında özlərinə
mənəvi dayaq görürdülər. Hər dəfə də bunu qeyd edirdilər. Yazıçı
Anar, Məmməd Araz, Vaqif Səmədoğlu, Elçin, onlarla yanaşı, rusiyalı
silahdaşlarından Böyük Vətən müharibəsi veteranı İvan Polikarpoviç
Tretyakovu bu sıradan göstərmək olar. Yeri gəlmişkən, sonuncuya
böyük ədəbiyyatçılarla birgə Prezident təqaüdü verilmişdi. «Mən
bütün ömrüm boyu Heydər Əliyevi unutmayacağam», - İvan
Tretyakov yazırdı. - O, insanların əməyinə qiymət verməyi bacarırdı,
ona görə də bütün gücümlə çalışmaq istəyirdim».
Əliyev dostluğu yüksək qiymətləndirir, satqınları bağışlamırdı.
Qəzəbə tuş gəldiyi ən çətin, ağır günlərdə onunla birgə olan, sınaq
günlərində ondan qaçıb daha perspektivli sayılan insanlara
əyilməyənləri heç vaxt unutmamışdı. Minnətdar olmağı bacarırdı və
başqalannda da bu xüsusiyyəti yüksək qiymətləndirirdi.
1995-ci il dekabrın 19-u: Heydər Əliyev «Gülüstan» sarayında
görkəmli yazıçı, ictimai xadim mərhum Yusif Səmədoğlunun 60 illik
yubileyinə həsr olunmuş mərasimdə çıxış edir:
«- Bu gün çıxışında maraqlı bir məqama toxunmaq istərdim. 1990-
cı ildə Moskvadan Azərbaycana gəldim. Burada (Bakıda-müəlliflər)
yaşamaq mümkün olmadığından Naxçıvana getdim. Həmin dövrdə
əgər bir tərəfdən ədalətsizlik görür
543
və cəmiyyətdən təcrid olunurdımsa, dıgər tərəfdən xalqın məhəbbəti
və hörməti ilə qarşılaşırdım. Naxçıvanda blokada şə-raitində
yaşadığım zaman mənimlə görüşə gələn insanları heç vaxt
unutmayacağam. Bu, o dövrdə, o qədər də asan deyildi. 2-3 saatlıq
mənimlə görüşməyə, baş verən hadisələri müzakirə etməyə gəlir,
sonra yenidən Bakıya, Gəncəyə və digər şəhərlərə qayıdırdüar.
Bir dəfə mənim üçün gözlənilməz olan bir hadisə baş verdi. Birdən
qapı açıldı, Aybəniz xanım içəri girdi. Elə bildim o, Naxçıvana
kiminləsə görüşmək üçün gəlib... Eşidib ki, mən də burdayam ona
görə maraqlanıb. Sonra məlum oldu ki, Bakıdan Naxçıvana yalnız bir
məqsədlə məni görmək üçün gəlib. Təkrar edirəm, həmin vaxt çox
adam mənimlə görüşməyə gəlirdi, Amma bu görüş çox qiymətli idi.
Çünki bu xanım Səməd Vurğunun ailəsini təmsil edirdi. Həm də ki, o
vaxt Naxçıvana gediş-gəliş çox çətin idi. Təsəvvür edin, bütün bunlara
baxmayaraq, Aybəniz xanun məhz məni görmək üçün o cür çətinliyə
razı olmuşdu. Bu, məni çox təsirləndirdi və eyni zamanda sevindirdi.
Həmin görüş cəmiyyətimizdə yaxşı insanların hələ də mövcud
olduğunu bir daha mənə sübut etdi...»
O özü də belə yaxşı, qəlbi təmiz insanlardan idi.
Allah ondan heç nəyi əsirgəməmişdi. Xoşbəxtlik, yüksək intellekt,
fenomenal yaddaş, natiqlik bacarığı, yaradıcılıq qabiliyyəti, fiziki və
mənəvi gözəllik bəxş etmişdi.
2003-cü ilin martında tale onu ağır imtahana çəkdi. Hələ sovet
dövründən onun təşəbbüsü ilə yaradılan Cəmşid Naxçıvaniski adına
Hərbi Məktəbin müdavimlərilə görüşə gəlmişdi. Görüş Respublika
sarayında keçirilirdi. Çıxışı zamanı qəflətən Prezident ürəyini tutdu...
Bu anı, birbaşa teleyayımda bütün ölkə gördü. 5-10 dəqiqə gərginlik
yarandı və sakitlik çökdü. 20 dəqiqədən sonra həkimlərin səyinə,
göstərişlərinə baxmayaraq, Prezident tribunaya qayıdıb müstəqil
Azərbaycanın gələcək zabitləri ilə sağolaşdı. O başqa cür addım ata
bilməzdi. Yalnız Əliyevə məxsus məğrur, iradəli bir adam zala
qayıdıb bu vəziyyətdə cavanlarla vidalaşa bilərdi.
Tam məsuliyyətlə demək olar ki, həmin vaxt döyüş meydanına öz
şöhrətli sələfləri Koroğlunun, Babəkin, əfsanəvi generallar - Səməd
bəy Mehmandarov, Əliağa Şıxlinski, Həzi Aslanov və başqalarının
qəhrəmanlıq salnamələrinə layiq bir
544
sərkərdə, cəsur döyüşçü, baş komandan, igid general qayıtmışdı.
Son günlərində də o, özü barədə yox, silahdaşları, onlara tapşırdığı
vətəni, xalqı barədə düşünürdü.
20 sentyabr axşamçağı Milli Məclis sədrinin kabinetində telefon
zəng çaldı. Klivlenddən zəng vururdular: «- Murtuz, salam, mənəm, -
parlament sədri tanış səs eşitdi. Əlbəttə ki, o, Heydər Əliyevin səsini
tanımışdı, Amma səs o qədər uzaqdan gəlirdi ki, Murtuz müəllimin
həyəcandan ürəyi qısılmışdı. - Ad gününü təbrik edirəm. Hələlik
yalnız telefonla təbrik edə bilirəm»... Sonra daha bir neçə qısa
kəlmələr və əlaqə kəsilir. Amma spikerin heç ağlına da gəlməzdi ki,
bu, onların son söhbəti olacaq.
Bakılıların dediyinə görə, XX əsrin əvvəllərində inqilabçı Xanlar
Səfərəliyevi son mənzilə yola salarkən minlərlə insan küçələrə
axışıbmış... Başqa bir vaxt bütün şəhər qəhrəman general Həzi
Aslanovla vidalaşmağa gəlibmiş. Dahi Üzeyir Hacıbəyovun dəfn
mərasimində də insan selindən tərpənmək mümkün deyilmiş. Belə
dərin hüznlə, sonsuz kədər hissi ilə xalq öz şairi Səməd Vurğunu,
sonra Qara Qarayevi dəfn etmişdi... Qara Qarayevlə vidalaşma
Filarmoniyada oldu və onu da Fəxri Xiyabanda torpağa tapşırmışdılar.
Xiyabana gedən yol uzun və çətindir. Həmin yolda insan selinin
çiyinlərində dahi bəstəkar aparılırdı. Çiynini tabutun altına verənlər
sırasında birinci Heydər Əliyev oldu. Bütün yolu sonadək,
dayanmadan getdi. «Mənim fikrimcə, dünyada belə hadisələr çox
nadir hallarda oIur», - Qara Qarayevin tələbəsi, görkəmli Azərbaycan
bəstəkarı Arif Məlikov deyir. - Bu, bir daha Heydər Əliyevin
incəsənət adamlarına, görkəmli istedadlara, respublikanın adını
göylərə ucaldan şəxslərə bəslədiyi münasibətdən xəbər verir». Üçüncü
minilliyin üçüncü ilində milyonlarla həmvətəni Heydər Əliyevin
xatirəsinə ehtiramını bildirdi.
14 dekabr. Prezident Sarayına axışan insanların ardı-arası kəsilmir.
İnsan seli, bu şəhərin divarları arasına sığmır. Kütlə şəhərin
mərkəzindən Prezident Sarayınadək, Binə hava limanınadək axışır.
Azərbaycan öz oğlunun qayıdışını gözləyir. Qara lentlər bağlanmış,
aşağı endirilmiş bayraqlar küləyin altında sağa-sola yellənir. Sanki bu
hərəkətlə demək istəyir: «Bir kərə
545
yüksələn bayraq, bir daha enməz. Biz sənin xatirən qarşısında baş
əyirik... Biz sənə son borcumuzu ödəyirik».
O, Azərbaycan xalqnın lideri kimi vətənə qayıtdı. Qayıtdı ki,
doğma torpağının qoynunda sakitlik tapsın.
Açıq səma altında mürgüləyən Xəzər narahat-narahat dalğalanır.
Matəm içində olan əsgərlər Qafqaz dağları qədər ağır bir yükü
çiyinlərində daşıyırlar.
Dağlar qədər ağır dərd...
İlahi, kədərin işığı necə gözqamaşdıran olumıuş... Xalq bu kədərin
işığına toplaşır.
Dekabr küləyi ağacların saralmış yarpaqlarını qoparıb yollara
tökür. Ağaclar çox şey deyə bilərdilər. Damşa bilməsələr də, güclü
yaddaşları var. Abşeron çölləri boz şoranlı torpaqları ilə, dəvə güvəni
ilə, topa-topa qumsallıqları ilə fərqlənir. Burada kiçik gölməçələrdə
yığılan sular sanki ilahidən göndərilən bir hədiyyədir.
Abşeron təbiətində boz rəngi sıxışdırıb çıxaran yaşıllığın
yaranmasında Heydər Əliyevin böyük əməyi olmuşdu. Azərbaycanın
üçrəngli bayrağında yaşıl rəng İslamın mənəvi gücünü əks etdirir. Bu
rəng həm də Azərbaycan təbiətindəki yaşıllığın göstəricisidir. Heydər
Əliyevin yorulmaz əməyi və zəhməti sayəsində yaradılan yaşıllıq...
Kaş o, bu gün öz doğma şəhərini seyr edib, onun keçmiş boz daşlarla
əhatə olunmuş, yalnız asfaltlanmış, düz daşlarla örtülmüş şəhərdən
necə fərqləndiyini görə biləydi.
...Hava limanından Bakıyadək olan yol iki tərəfdən yaşıl zolaqla
əhatə olunmuşdu.
Düzdür, çox zaman insan seli bu yola toplaşır, onu səfərlərə yola
salıb qarşılayır, gül-çiçəklə, xoş sözlərlə qarşısına çıxır, onunla hər
görüşdə sevinirdilər. İndi o, yenə Bakı aeroportuna dönürdü. Minlərlə
insan eyni vaxtda saatlarına baxdı - 13:55. Ancaq təyyarədən o özü
düşməyəcəkdi... Zəif yel acı yovşan iyini gətirir. Araya çökən sakitlik
sözsüz rekviyemi xatırladır.
İndi hər kəs duyduğu bu rekviyemin sözlərini, musiqisini öz
qəlbində özü yazır. Bu kədər faciəyə qarışıb ümumxalq matəminə
çevrilir.
Xalq öz rəhbərini, başçısını, ümummilli liderini itirmişdi. İlham
Əliyev isə həm də atasını itirmişdi. Kədərli xəbər ona
546
Ümumdünya İnformasiya Cəmiyyətinin Sammitində olarkən
çatdırılmışdı.
İndi o, təyyarəyə yaxınlaşıb yuxarı - atasının yanına qalxmalı idi.
Son 15 dəqiqə ərzində onlar təkbətək qaldılar. Kim bilir, İlham bu
dəqiqələr ərzində nə düşünürdü, oğul kimi qəlbindən hansı hisslər
keçirdi. Bunu yalnız öz doğma ata-anasını son mənzilə yola salan
övladlar başa düşə bilər...
«Təzəpir» məscidində Yasin oxunurdu. İslam adət-ənənəsinə
uyğun ayinlər icra edildi, dualar oxundu.
Məhəmməd peyğəmbər deyirdi ki, dünyadan köçənlərə ağlamayın,
çünki hamı bu yolun yolçusudur. Gedişi ilə çox şey itirdiyiniz insanlar
üçün ağlamayın... Amma bu, mümkündürmü?!
Heydər Əliyevi ən çox narahat edən məsələ ölkənin kimə etibar
edilməsi idi. Görəsən, ölkədə cavan demokratiya qalib gələ biləcəkmi?
Yalnız öz mənafeyi naminə siyasi oyunlara qoşulan «ustalar» bu
məqamdan istifadə etməyəcəklər ki?
O, öz məktəbinin yetirmələrini, yeni işlərə layiq olan siyasətçiləri
də görürdü. Bir müəllim, tərbiyəçi, bir ata kimi İlhamın qazandığı
uğurları, xalqın ona qarşı olan rəğbətini görür və bundan çox
fərəhlənirdi. Ürəyi ona deyirdi ki, bu, məhz oğlu olmalıdır. Amma
təcrübəsindən bilirdi ki, radikal müxalifət tərəfindən onun qərarı
«valideyn himayədarlığı», «vərəsəliyə səy» kimi qiymətləndiriləcək.
Bununla belə, namizədinin bütün keyfıyyətləri ilə rəhbərliyə layiq
olduğuna əmin idi. Qan vərəsəsi həm də ruhən varislik qazanmışdı.
Heydər Əliyev bunu bilirdi və xalq da ona dəstək verdi.
Onun seçimi bütün dünyada qiymətləndirildi. 15 dekabr
dəfn günü Moskvanm «Xəbər vaxtı» qəzeti belə yazırdı:
«Heydər Əliyev əsl Şərq dövlət xadiminə layiq bir şəkildə dünyadan
köçdü. O, ölkədə hakimiyyət sülaləsini yarada bildi. Onun siyasi
rəqiblərinin etirazına baxmayaraq, bu, Azərbaycanın hazırkı imkanları
çərçivəsində qanuni yolla edildi. MDB və bütün Avropa üçün nadir
hadisə hesab edilən bu sülalənin davamlı olacağı oğlu İlhamdan
asılıdır, Yeri gəlmişkən, bu ailədə ikinci balaca Heydər də böyüyür».
Sülalə məsələsi ilə bağh yersiz söz-söhbətlərə münasibət bildirib,
mübahisə etmək istəməzdik. Əsas məsələ o deyil. İlham Əliyev
atasının tabutu arxasınca gedəndə xalq onun Hey-
547
dər Əliyevə necə oxşadığınınbir daha şahidi oldu. Bu oxşarhq təkcə
xarici görünüşdə deyildi. «O, atasının xarakterindən çox gözəl
xüsusiyyətləri mənimsəyib və xoş təəssürat oyadır», - deyə Yevgeni
Maksimoviç Primakov qeyd edirdi. - İlham Əliyev geniş düşüncəli,
intellektual bir insandır. Mən inanmıram ki, o, atası kimi Azərbaycan
Respublikasına layiqli Prezident olacaq».
Aeroport yolundan şəhərin mərkəzinə kimi düzülən insanların
üzündə dərin bir hüzn, qəm, kədər hiss olunurdu. Bununla belə
ümidsizlik yox idi bu üzlərdə; hardasa bir ümid qığılcımı vardı.
15 dekabr. Heydər Əliyevin tabutu 70-ci illərdə onun təşəbbüsü və
bilavasitə iştirakı ilə tikilən Respublika sarayında qoyulub. O,
Azərbaycanın dahi memarı, yaradıcısı idi. Onun yaradıcı məsləhətləri
ilə tikilən binalar Bakının simvollarına çevrilmişdi.
Respubhka sarayı, Prezident sarayı, «Gülüstan», mədəniyyət
evləri, zavodlar, şahmat məktəbləri, klublar, təhsil müəssisələri,
yaşayış evləri onun zəhmətinin məhsulu idi.
Ardı-arası kəsilməyən insan axını respublika bayrağı ilə örtülmüş
tabutun qarşısından keçir, Azərbaycan vətəndaşlan, qonaqlar onunla
vidalaşırlar. Kimi ağlayır, kimi isə dualar edir. Hər kəsin qəlbində öz
Əliyevi var. Bəziləri onu yalnız telekanallardan tanıyır, bəzilərinə isə
onunla görüşmək xoşbəxtliyi nəsib olub. Bəziləri isə hər gün general
Vaqif Axundov kimi Əliyevlə birgə işləyib.
Sentyabrın 16-da general-leytenantın ad günüdür. Hər ilin bu günü
Prezident onu çağırıb səmimi qəlbdən təbrik edərdi. 2003-cü ilin
sentyabrında Klivlenddə idilər. Bir palatada Prezident, digərində isə
şəxsi mühafızəsi və amerikah mühafizəçiləri qalırdı. Həmin gün, o nə
haqda desən düşünə bilərdi, amma Prezidentin onu yanına çağırıb
təbrik edəcəyini heç ağlına da gətirməzdi.
- Mən Heydər Əliyevlə sentyabrın 27-də vidalaşdım, - deyə xeyli
sonra söhbət əsnasında Vaqif Axundov bəzi incə məqamlara toxundu.
- O, yaxşı görünürdü, əhvali-ruhiyyəsi də əla idi. Sağ əlini öpdüm, sol
əli sistemdə idi. Məni özünə tərəf çəkib öpdü. Dedi: «Hələlik!» -
«Seçkilər bitən kimi gələcəm və birlikdə Bakıya qayıdarıq», - deyə
cavab verdim.
548
Mən İlham Əliyevin təhlükəsizliyini təmin etməli idim. O vaxt o,
hökumət başçısı idi. Sonra mən burdan Klivlendə zəng vurdum,
hesabat verdim, danışdıq... Amma 12 dekabrda bu bədbəxt hadisə baş
verdi.
Son vida anları... Tabutun yanında ən doğma adamları - dayanıb.
Onların arasında general Vaqif Axundov da var.
- Heydər Əliyevin nəşinə baxsam da, onun ölmünü qəbul edə
bilmirdim. Mənə elə gəlirdi ki, o sağdır. Hətta cavan, 60-65 yaşında
görünürdü. «Sizi niyə bura qoyublar», - deyə fikirləşdim. Hospitalda
son aylarda bir qədər kökəlmişdi, onunla ayrılanda isə arıqlamışdı.
Burada isə yanaqları çəhrayı, üzündə isə çox xoş bir görkəm var idi.
Sanki dünyanın bütün işığı çöhrəsinə çökmüşdü.
Xarici qonaqlar - Türkiyə Prezidenti Əhməd Necdət Sezər, baş
nazir Rəcəb Tayyib Ərdoğan da vidalaşmağa gəliblər.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tabutun önündə
ehtiram əlaməti olaraq baş əyir.
Rusiya Federasiyasnın Prezidenti Vladimir Vladimiroviç Putin də
Bakıya gəlməyi özünə borc bilib. O, görkəmli siyasətçinin xatirəsinə
baş əyməklə bütün Rusiya xalqının, rusiyalıların başsağlığını çatdırdı.
Bakını tərk edərkən Putin jurnalistlərə müsahibəsində deyəcəkdi:
«Mən Heydər Əliyevə çox hörmət edirdim. Ona təkcə hörmətlə deyil,
həm də dərin məhəbbətlə yanaşırdım. O, nəhəng bir dövlət xadimi idi.
Heç bir şişirtmə etmədən demək istərdim ki, siyasi nəhəng idi».
Bütün dünyadan - Berlin, Vaşinqton, Tokio, Pekin və digər
yerlərdən gələn başsağlığı məktublarnın ardı-arası kəsilmirdi.
Matəm karvanı Prezident sarayının yanından ötür...
Yəqin ki, okeanın o tayında olan Əliyev dövlətin başına kimin
keçməsindən xəbər tutmuşdu və onun narahat, çox əziyyət çəkmiş
vücudu nəhayət ki, rahatlıq tapmışdı.
Dahi Sabirin belə bir gözəl şeiri var:
-
Görmə! - Baş üstə yumaram gözlərim.
- Dinmə! - Mütiyəm, kəsərəm sözlərim.
-
Bir söz eşitmə! Qulağım bağlaram.
- Gülmə! - Pəkey, şamü səhər ağlaram.
-
Qanma! Bacarmam! Məni məzur tut.
- Böyləcə təklifi-məalı unut!
549
Qabili imkanmı olur qanmamaq?
Məcməri-nar içrə olub yanmamaq?
Eylə xəmiş atəşi -suzanımı.
Qıl məni asudə, həm öz canım!
Bəli, insan düşüncəsinin xisləti belədir, həmişə zombiləşməyə
qarşı çıxır.
...Əliyevin qayıdışından sonra siyasətdən uzaq diletantlar
rahatlıqlarını itirdilər. Onları dövlətin yenidən möhkəmlənməsi qane
etmirdi. Hər bir vasitə ilə onu vəzifədən uzaqlaşdırmaq, nə yolla olur-
olsun hakimiyyəti ələ keçirmək istəyirdilər.
Matəm karvanı millətin qiymətli insanlarının məzarları önündən
ötüb keçir. Küləyin tərpətdiyi daimi yanar alov sanki öz əllərini bütün
ömrünü Azərbaycana sərf edən insana sarı uzadır. Bayraqlar qızanır.
Respublikanın üçrəngli bayrağındakı qırmızı rəng, Bu rəng azadlıq
uğrunda tökülən qanları xatırladır.
Bayrakları bayrakyapan üstündəki kandır,
Toprak eqer uğrunda ölən varsa, Vatandır!
...Heydər Əliyev topların yaylım atəşləri altında Fəxri Xiyabanda
torpağa tapşırılır. Doğma torpağa, artıq onun son məkanına çevrilən
müqəddəs torpağa. O torpağa ki, bundan sonra Azərbaycan xalqının
ehtiram və ziyarət yeri olacaq.
O öz Zərifəsi ilə əbədi sakitlik tapdı. İki qəlb yenidən daimi olaraq
qovuşdu. Zərifə xanımın ruhu kədər içində olan övladlarının başı
üzərində dolaşır, onlara Yaradandan xoşbəxtlik diləyir.
Xalq öz liderini, ağsaqqalını dəfn etdi. Amma, görəsən, məhəbbəti
basdırmaq olarmı?
«Toprak əgər uğrunda ölən varsa, Vatandır» bu sətirlərin müəllifi
böyük türk şairi Namiq Kamal çox haqlıdır.
Kitabda haqqında söhbət açdığımız insan - bizim qəhrəmanımız
xoşbəxt həyat yaşadı. O, hamını yalnız xoş əməllərə dəvət edən
peyğəmbər xasiyyətli bir şəxsiyyət idi. Heydər Əliyev Quranın, İncilin
qadağan edildiyi günlərdə də, sonra da bu cür yaşamışdı. O öz yaxşı
əməllərinin, pak niyyətlərinin nəti-
550
cəsini gördü. Allahın onun qarşısında qoyduğu müqəddəs vəzifəni
həyata keçirdiyini bilərək dünyasını dəyişdi.
... Boş vaxtlarında Səməd Vurğunu oxumağı çox sevirdi:
Olüm sevinməsin qoy, ömrünü verməz bada,
El qədrin canından daha əziz bilənlər.
Şirin bir xatirədək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.
...2004-cü il fevrahn 6-da Azərbaycan Respubhkasnın Prezidenti
İlham Əliyev Moskvaya ilk səfərə yola düşür. O, rusiyalı həmkarı ilə
Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti görüşünə hazırlığı,
yanacaq-enerji kompleksinin birgə layihələrini müzakirə edir...
Görüşdən əvvəl isə Rusiya Prezidenti Heydər Əliyevi təltif etdiyi
Rusiyanın Andrey Pervozvannıy ordenini İlham Əliyevə təqdim edir.
Putin ölkənin ali mükafatı olan bu ordeni Azərbaycan Prezidentinə
onun 80 illik yubileyində, 2003-cü il mayın 10-da təqdim etmək
istəyirdi. Baş tutmadı...
- Heydər Əliyev bizim ölkədə böyük nüfuza malik idi, - daha sonra
Putin deyir, - mən bu ordeni Sizin ailəyə xatirə olaraq təqdim edirəm.
Əlində qopuz eldən-elə, əsrdən-əsrə, nəsildən-nəsilə yol gedən
müdrik Dədə Qorqud hər şeyi bilir: kimin cəsur kişi, kimin yaramaz
olduğunu - o nə deyirsə, çin olur.
- Hanı dediyim bəy ərənlər,
Dünya mənimdir deyənlər?
Əcəl gəldi, yer gizlətdi,
Fani dünya kimə qaidı?
Gəlimli, gedimli dünya,
Son ucu ölümlü dünya!
Mən gələcəyini soraq verərəm, mənim xanmı; ölüm anı gələndə
Tanrı səni pak imandan ayırmaz. Sənin ağsaqqal atanın yeri - cənnət
olacaq; sənin ağbirçək ananın yeri - uca göylərdir!
Bakı-Moskva-Bakı 2003 - 2006-cı illər
|