HEYDƏR VƏ ZƏRİFƏ
Şərq poeziyası saf, fədakar, sədaqətli məhəbbət haqqında
əfsanələri əsrlərdən əsrlərə, nəsillərdən nəsillərə çatdırmışdır. Tahir və
Zöhrə... Xosrov və Şirin... Leyli və Məcnun... Onların bir-birinə
sədaqətinin gücü qarşısında hər şey acizdir, fitnə-fəsad da, hədə-qorxu
da, paxıllıq da, xainlik də.
Eşq olduğu yerdə məxfı olmaz,
Eşq içrə olan qərar bulmaz.
Eşq atəşinə budur əlamət
Kim, baş çəkə şöleyi-məlamət,
Hüsn afəti-esq olub dəmadəm,
Gəldikcə iradət oldu möhkəm. ...
Rəf oldu hicabi-şahidi-raz,
Eşq oldu məlamət ilə dəmsaz
Gərd ayineyi-nişatə düşdü,
Minbəd iş ehtayatə düşdü...
Dahi Nizami “Leyli və Məcnun” poemasında kövrək sevgi
duyğularının cücərməsindən belə bəhs edir.
Heydər Əliyev həmin misraları gənclik illərindən əzbər bilir, könül
verdiyi Zərifə xanıma dönə-dönə təkrarlayırdı.
Elmin, maarifin xüsusi vüsətlə yüksəldiyi bir zaman, XX əsrin
ortalarında tale Heydər Əliyevi və Zərifə Əliyevanı - hələ ailə
qurmamış eyni soyadlı iki sevgilini - məhəbbət sınaqlarına çox çəkdi.
Əminik ki, bu süjet də Leyli və Məcnunun hissləri kimi, klassik
məhəbbət dastanı kimi yazılmağa layiqdir. Haçansa bu barədə böyük
səhnədən və ya ekrandan bəhs ediləcək.
53
Hərçənd, sağ olsun istedadlı rejissor Vaqif Mustafayev ki, “Böyük
məhəbbət hekayəti” adlı sənədli film yaratmış, Heydər Əliyevin
səmimi məhəbbət etirafını incə zövqlə lentə almışdır.
Film müəllifınin lütfkar icazəsilə biz Heydər Əliyevin Zərifə
xanımla tanış olması, ülfət bağlaması, dəyişkən siyasi ab-havadan
gələn maneələrlə rastlaşmasına baxmayaraq, ürək istəyilə ailə qurmaq
haqqını qorumaları barədə lentə alınmış xatirələrinə istinad edəcəyik.
Heydər Əliyev - fotoşəkillərdən də göründüyü kimi - gəncliyində
yaraşıqlı, boy-buxunlu, yetkin çağlarında, hətta yaşlı vaxtlarında da
cəlbedici, zəhmli, əzəmətli ərənlərdən olub; Bakı gözəlləri də,
Moskva, Leninqrad xanımları da ona diqqət yetirməmiş deyildilər.
Amma onu yaxşı tanıyanların əksəriyyətinin təsdiq etdiyinə görə o,
heç vaxt özü ilə ötəri oyun oynamağa yol verməzdi.
- Mən başa düşürəm niyə, - qocaman müəllim Lətif
Hüseynzadə belə izah edir. - Heydər təbiətcə sevgisinə sadiq
aşiqlərdən idi. O öz ömür yoldaşını çox sevirdi. Yəqin, bu elə bir nadir
haldır ki, yarıya bölünmüş almanın hər iki parası xöşbəxtlikdən bir-
birinə qovuşmuşdu...
Böyük, səmimi hissləri nümayiş etdirmək məqbul sayılmır. Onlar
çox vaxt yad gözlərdən gizlədilir. Lakin hələ qızlıq çağlarından bir-
birinə isnişmiş, sonra ərə getmiş, ana olmuş rəfiqələr görüşüb, hal-
əhval tutanda hər şeydən əvvəl bilirsiniz bir-birinə hansı sualı verirlər?
- Zərifə, xöşbəxtsənmi?
Püstə xanım Əzizbəyova (evdə onu “Zinoçka” çağırardılar) Stefan
Sveygin “Naməlum qadının məktubu” hekayəsini oxuduqdan sonra
təəssüratlarını necə bölüşdüklərini, necə açıq və səmimi danışdıqlarını
xatırlayırdı:
- Sən belə sevə bilərdinmi? - deyə Zinoçka rəfiqəsindən
soruşur. - Bütün ömrünü sevgilinə həsr etməyi bacarardınmı?
-
Əgər mən sevsəm, məhəbbətim necə olur-olsun - istər acı,
istər şirin - onu bütün ömrüm boyu qoruyub yaşadacağam.
Heydər Əliyev də bu suala eynilə belə cavab verə bilərdi.
Yəqin ki, hər birimiz kor adam görmüşük. Budur, belə bir insan
səkinin kənarını çəliklə döyəcləyə-döyəcləyə yol gedir,
54
keçiddə ayaq saxlayır... Çox vaxt bir rəhmdil bəndə tapılır, əlili
küçənin o tayına ötürüb öz işlərinin dalınca tələsir. Başqa birisi üçün
isə belə təsadüfi rastlaşma ömürlük iz qoyan sarsıntıya çevrilir. Zərifə
Əliyevanın həyatında da belə hal baş vermişdi.
Böyük Vətən müharibəsi illərində Bakıda onlarla hospital
yerləşdirilmişdi. O şəfa ocaqlarından 500 min əlil, şikəst keçmişdir.
Hospitallardan biri Dövlət Universitetinin keçmiş binasında yerləşirdi.
Məktəbli qızlar, tələbələr yaralılara qulluq edir, onların yaralarını
yuyub təmizləyir, hərəkətsiz qalanları qaşıqla yedizdirib, içirdirdilər.
Zina (Püstə Əzizbəyova) şeir oxuyur, Zərifə akkordeonda çalırdı.
“Yadımdadır, pəncərənin yanında ağır sınıqları olan, dərisi yanıq,
hərəkətsiz bir təyyarəçi arxası üstə yatırdı. Yeməkdən imtina edir,
hətta gözlərini belə açmaq istəmir, palatada baş verənlərə tamamilə
laqeyd qalırdı. Zərifə onun çarpayısı qarşısında xeyli dayanır, ailəsi
haqqında sorğu-sual edir, cəbhədən yeni xəbərləri söyləyirdi. Sən
demə, onun evində az qala bizim yaşımızda qızları qalıb, o, ailəsinə
yük olmaq istəmir, buna görə də onlara heç nə yazmırmış. Bir müddət
ötəndən sonra o, evinə ünvanladığı ilk məktubu Zərifəyə diqtə elədi və
biz o məktubu poçt qutusuna atdıq. Beləliklə, Zərifənin palatada bir
“peşəsi” də artdı - yaralıların diqtəsilə məktub yazıb onların
doğmalarına yollayırdı”.
Yəqin, yüksək dərəcədə məsuliyyət hissi, köməyə möhtac olana əl
tutmaq, can yandırmaq onda o zamanlardan formalaşmışdı.
Bir dəfə hospitalda növbətçilikdən sonra rəfiqələr evə tələsirdilər.
Qızların qarşısına cavan, yaraşıqlı bir qadın çıxdı. O, qəddini qeyri-adi
tərzdə dik tutaraq, başını qaldırıb yeriyirdi, divara yaxın olmağa
çalışırdı.
“Zərifə həyəcanla əlimi sıxıb, şəhadət barmağını dodaqları üstə
qoydu, aralanan zavallının ardınca baxa-baxa: “Gördün? - dedi, -
kordur... Bilirsən, çoxdan fikirləşirəm ki, həkim olum. Axı
bizimkilərin hamısı həkimdi: atam da, anam da, böyük bacım da,
Tamerlan da. Mən də okulist olmaq, insanlara dünyanın ən böyük,
əvəzsiz neməti, həyat nuru, görmək qabiliyyətini qaytarmaq
istəyirəm”.
55
İllər ötdü. Zərifə Əliyeva tibb aləminin məşhur həkim-oftalmoloquna
çevrildi. Ən başlıcası xəstələr tərəfındən sevilən mütəxəssis oldu.
Böyük konqreslərin birində o, akademik, tanınmış tarixçi, keçmiş
rəfiqəsi Püstə Əzizbəyova ilə rastlaşdı.
- Zərifə, qırx dördüncü ildə gördüyümüz o kor qadın
yadındadımı?
- Hər şey yadımdadır. Bütün apardığım cərrahiyyə
əməliyyatları da... Qələbə günündə görüşməyimiz də...
O gün səhər tezdən bakılılar Dənizkənarı bulvara axışırdılar. Sanki
bütün şəhər ora yığışmışdı. Sonralar akademik Əzizbəyova
xatırlayırdı:
“... Elə bil bütün Bakı dəniz kənarına çıxmışdı. Bir-birini
tanımayan adamlar qucaqlaşır, bayramlaşır, ağlaşır, doğmalarını,
əzizlərini yad edirdilər. Biz, izdihamın içindən sivişə-sivişə Kukla
Teatrından çəpəki səmtdə indi də ucalan xoşladığımız ağaca tərəf
getdik. Və orada Zərifə qara geyimli, qara kəlağayılı bir ağbirçəyin
qarşısında dayanıb duruxdu. Adətən tanımadığı adamlardan çəkinən
Zərifə ərklə ona yanaşıb qucaqladı, mülayim səslə dedi: “Anacan, qara
örpəyini başından aç, bu gün bayramdı”. Qadın ağladı. Zərifə onu
bağrına basıb: “İtirdiyin kimdir, ərindimi?” - soruşdu. “Yox, oğullarım
... Üç balam, üç ciyərparəm”.
Onların yanında ucaboy bir cavan oğlan ayaq saxlayıb mehriban
və sakit səslə “Ağlama, ay ana”, - dedi.
Bakıda bu əhvalatı bir məhəbbət dastanı kimi danışırdılar,
söyləyirdilər ki, Zərifə ilə Heydərin ilk görüşü məhz o zaman baş
vermişdi. Son dərəcə gözəl təsirli süjetə inanmaq istəsək də, əfsus ki,
həmin gün bizim cavan qəhrəmanlarımız görüşə bilməzdilər. Heydər
Əliyev Zərifə ilə yalnız qırx yeddinci ildə, Kislovodskda tanış
olmuşdu. O özü bunu belə xatırlayırdı:
- Böyük
qardaşım Kislovodska dincəlməyə gedəndə məni də
dəvət etdi... Orada heç kimi tanımırdım, qardaşımınsa çoxlu tanış-
bilişi vardı. Gözümə bir qız dəydi, sonra tanış olduq. Məlum oldu ki,
böyük qardaşım onun ailəsini, atasını yaxşı tanıyırmış. Mənim
tanışlığım qısa olsa da, bu qız nədənsə ürəyimi tərpətdi...
Bu tanışlıqdan az sonra baş leytenant Əliyevi perspektivli bir zabit
kimi Leninqrada, SSRİ DTN-nin rəhbər kadrlarının hazırlanması üzrə
məktəbinə göndərdilər. Böyük qardaşına
56
yazdığı məktublarında o, sözarası “Kislovodsk tanışı”nın hal-əhvalı,
işi-gücü ilə maraqlanırdı. Həsən Heydəri intizarda qoymurdu, çünki
Zərifənin qardaşı Tamerlan vasitəsilə gənc doktor Əliyevanın ilk
addımlarından yaxşı xəbərdar idi.
Kəşfiyyat kursunu fərqlənmə ilə bitirən Heydər Əliyev əvvəlcə
Naxçıvana qayıdır, lakin çox keçmir ki, artıq bu barədə yazdığımız
kimi o, Azərbaycan Dövlət Təhlükəsizlik Nazirliyinə təyinat alır.
Nəzərə alaq ki, artıq onun 27 yaşı vardı. Doğmaları, yaxınları Heydəri
dilə tuturdular: artıq ailə qurmaq vaxtıdır.
“Mən özüm də ailə qurmaq haqqında düşünürdüm. Bu təbiidir.
Adətən Azərbaycan adətlərinə görə ana, qohum-əqraba qızgördü
keçirirdilər. Mənə evlənmək üçün təklif edilənlərin içində çox yaxşı,
gözəl qızlar da vardı. Amma görünür, mənim Zərifəyə qarşı hisslərim
o dərəcədə güclü idi ki, onunla yenidən görüşmək istədim”.
Heydər günlərin bir günü ara-sıra zəngləşdiyi Tamerlanla rastlaşır.
Xəzərin sahilində gəzinərkən Tamerlan dostunu evlərinə dəvət edir.
- Səni atamla tanış eləyərəm, o dəfələrlə sizin yerlərdə olub...
Həkim, tibb elmləri doktoru Əziz Məmmədkərim oğlu Əliyevi
hələ sağlığında “cəmiyyətin loğmanı” adlandırırdılar. 30-cu illərdə o,
Azərbaycanın səhiyyə naziri olmuş, Böyük Vətən müharibəsi başlanan
dövrdə İranda sovet missiyasına başçılıq etmiş (bu barədə bir qədər
əvvəl söhbət açmışıq), Dağıstan Vilayət Partiya Komitəsinin katibi
vəzifəsində çalışmışdı. İki dəfə - 1942 və 1944-cü illərdə Lenin ordeni
ilə təltif olunmuşdu. 1950-ci ildə isə Moskvada birillik kursları
bitirdikdən sonra onu SSRİ ÜK (b) P MK-nın inspektoru təyin
etmişdilər. Partiya dairələrində bu vəzifə start meydançası hesab
olunurdu. İnspektorları böyük təyinatlar gözləyirdi. Görəsən, yaşı
əllini adlamış, Dağıstanın və Azərbaycanın partiya orqanlarında
uzunmüddətli iş təcrübəsi olan bir kadrı irəlidə nə gözləyirdi?
Variantlar çoxdur. Lakin onu gözlənilmədən Bakıya çağırdılar...
Tamerlan öz dostunu atasına təqdim etdiyi vaxt Əziz
Məmmədkərim oğlu artıq elmə qayıtmışdı və Elmi-Tədqiqat
Ortopediya və Cərrahi Bərpa İnstitutunun direktoru idi. Ev yiyəsi
57
qonağı bu ocağın adətincə səmimi və gülərüzlə qarşıladı. Çay təklif
elədi və gülümsəyərək Zərifənin tezliklə gələcəyini bildirdi...
Əziz Əliyev respublikada ən parlaq ziyalılardandı. O,
mədəniyyətə, musiqiyə dərindən bələd idi. Rəsmi vəzifəsindən asılı
olmayaraq, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev (Ümumittifaq
miqyasında tanınmış müğənni Müslümün babası), Azərbaycan
universitetinin rektoru Əbülfəz Qarayev, istəkli və əfsanəvi şair
Səməd Vurğun, görkəmli alim, respublika Elmlər Akademiyasının ilk
prezidenti Mirəsədulla Mirqasımov onunla ülfət bağlamış, xoş
ünsiyyətdə olmuşlar. Xalq komissarı Əziz Əliyevi, başqalarından
fərqli olaraq, tribunada az-az görərdilər.
O, “parlaq nitqlər deməyi” xoşlamırdı. Konkret işlərlə məşğul
olurdu - yeni tibbi xidmətlər təşkil edir, tibbi təhsil ocaqları üçün ana
dilində dərsliklər yazır, istedadlı gəncləri axtarıb tapır və İttifaqın
aparıcı ali təhsil müəssisələrinə göndərirdi. 20-ci illərdə Rusiyadan
Azərbaycana gəlmiş mütəxəssislərin təcrübəsinə əsaslanıb yeni tibbi
xidmət müəssisələri təşkil edirdi.
Bu mütəxəssislərin arasında Fyodor Nikolayeviç İlyin də vardı.
Bakıda onu “Qadın allahı” adlandırırdılar. Bu insanın həyatı ilə
maraqlananlara 2005-ci ildə Bakıda dərc olunmuş cəbhəçi-yazıçı İvan
Tretyakovun yazdığı “Qadın allahı” kitabını oxumağı tövsiyə edirik.
Maraqlananlar kitabxanalarda İlyinin öz kitablarını da tapa bilərlər.
Bu kitablar yalnız tibbə aid deyil. O,1904-1905-ci il Rus-Yapon
müharibəsi cəbhəsindən canlı detallarla dolu cəbhə oçerkləri
yazmışdır. 1928-ci ildə isə Moskvada Teo Eli təxəllüsüylə yazdığı
“Yeni həyat vadisi” adlı elmi-fantastik povest ayrıca kitab şəklində
dərc olunmuşdur. Altmışıncı illərdə isə o vaxt “Literaturnıy
Azerbaydjan” jurnalının baş redaktoru olan İvan Tretyakovun ön sözü
ilə bu kitabı Bakıda da nəşr etmişlər. Lakin Fyodor Nikolayeviçin əsas
işi doğuşa yardım, analara və uşaqlara kömək idi. 1920-ci ildə o,
Azərbaycan Dövlət Universitetində tibb fakültəsinin Mamalıq və
ginekologiya kafedrasına rəhbərlik etməyə başlamışdı. O vaxt bütün
respublikada cəmisi iyirmi ginekoloq həkim vardı. Sonradan bu
fakültənin bazasında formalaşan Nəriman Nərimanov adına
Azərbaycan Tibb Universitetinin qırxa
58
qədər buraxılışı oldu, minlərlə məzun həkim adı aldı və onların
hamısında böyük rus alimi vo humanisti Fyodor Nikolayeviç İlyinin
ruhunun bir hissəsi yaşayır. Onu indiyə qədər Azərbaycanda xoş
hisslərlə xatırlayırlar.
...1942-ci ilin sentyabrında Stalinin rəhbərlik etdiyi Dövlət
Müdafiə Komitəsinin qərarı ilə Əziz Əliyev Dağıstana rəhbər təyin
olundu. Stalinin imzaladığı sənəddə deyilirdi:
“Vilayət Partiya Komitəsinin rəhbəri N.İ. Linkun vəzifəsindən
azad edilsin və ÜK (b) P MK-nın sərəncamına ezam edilsin.
Yoldaş Əziz Əliyev Azərbaycan ÜK (b) P MK-nın katibi
vəzifəsindən azad edilərək Dağıstan Vilayət Partiya Komitəsinin
katibi təyin edilsin”.
Əziz Əliyev, eyni zamanda, Mahaçqala müdafiə komitəsinin sədri,
47-ci ordunun hərbi şurasının və Bakı hava hücumundan müdafiə
qüvvələrinin hərbi şurasının üzvü təyin olunur.
1942-ci il sentyabrın 23-də Dağıstan Vilayət Partiya Komitəsinin
plenumunda ÜK (b) P MK-nın kadr idarəsinin rəisi Kiselyov Əziz
Əliyevi Dağıstan kommunistlərinə təqdim etdi. Həmin həyəcanlı
günlərdə alman faşistləri Stalinqrada və Qafqaza soxulmağa can
atırdılar. Moskvanın nümayəndəsi Kiselyov tribunadan coşurdu:
“Necə olur ki, Dağıstanda yüzlərlə dezertir, onlarla quldur dəstəsi
peyda olub dinc sakinləri, kolxozçuları, partiyanın məsul
nümayəndələrini, sovet işçilərini soyur. Bu yaxınlarda Ümumittifaq
Kommunist (bolşeviklər) Partiyasının Xasavyurd rayon partiya
komitəsinin sədri yoldaş Lukin quldurlar tərəfindən qətlə yetirilib.
Başqa rayonlarda da partiya, sovet işçilərinə qarşı terror aktları qeydə
alınıb. Quldur dəstələri və dezertirlər kolxozlarımızı dağıdırlar”.
Bəli, yeni birinci katibi böyük və ağır işlər gözləyirdi və o, bu
işlərin öhdəsindən ləyaqətlə gəldi.
Əziz Əliyev üç ili müharibəyə təsadüf edən altı il ərzində
Dağıstana rəhbərlik etmişdir. Bu gözəl diyarla vidalaşanda, onun
böyük fəxrlə: “Bizim təşkilat yüksək nizam-intizam, yetkinlik, birlik
nümayiş etdirərək Böyük Vətən müharibəsi illərində vilayətin bütün
zəhmətkeşlərinin birliyinə nail olmuş, sovet hökuməti və ÜK (b) P
MK tərəfindən dəfələrlə yüksək mükafatlarla təltif edilmişdir” -
deməyə tam haqqı vardı.
59
150 min dağıstanlı könüllü olaraq Qızıl Ordu sıralarına yazılmışdı.
Onlardan çoxu faşistlərlə ağır döyüşlərdə həlak olmuşdu. Könüllülərin
arasında məşhur avar şairi Rəsul Həmzətovun iki qardaşı, yəni şair
Həmzət Sadasın oğlanları da vardı.
Rəsul Həmzətov xatırlayır ki, şeirlərini dinlədikdən sonra Əziz
Məmmədkərim oğlu qəfildən ona Moskvada, Qorki adına Ədəbiyyat
İnstitutunda oxumağı təklif etmişdi: “Sən mütləq təhsilini davam
etdirməlisən”. Rəsul Həmzətovun böyük istedadı məhz Moskvada
cilalandı, daha da gur parladı.
Bəlkə də, Əziz müəllimin evində Həmzətov və onun yaşıdları
haqqında eşitdiyi bu əhvalat illər ötəndən sonra respublika Kommunist
Partiyası MK-nın birinci katibi Heydər Əliyevi istedadlı uşaqları
“əyalət”dən paytaxtın təhsil ocaqlarına göndərmək qənaətinə
gətirmişdi; bəlkə də, özü bu fıkrə gəlmişdi. Hər halda, onların bu
istəkləri üst-üstə düşürdü. Bu gün bəzi ölkələrdə sovet və Rusiya
diplomlarını etibarsız sayırlar. Lakin bu keçib gedəcək... Ən başlıcası
qalacaq, böyük və dərin mənada anladığımız məktəb: yeri gəlmişkən,
ömür yolu Bakıdan başlayan akademik Landau məktəbi, akademik
İoffe, akademik Alferov məktəbi kimi düşündüyümüz danılmaz
örnəklər əbədidir. Sovet İttifaqında ən yaxşı təhsil ocaqlarının qapıları
Donbass qəsəbəsindən gəlmiş şaxtaçı balasının da, Azərbaycanın
ucqar kəndindən və ya Özbəkistanın ucqar qışlağından gələn gəncin
də üzünə açıq idi, özü də minnətsiz-fılansız, pulsuz-parasız...
Əziz Əliyevin həyatı övladları üçün ən ibrətamiz örnək olub.
Onlardan üçü - Ləzifə, Tamerlan və Zərifə - tibb elmləri doktoru kimi
ali, elmi dərəcəyə yüksəliblər. Zərifə Əziz qızı İttifaqın ən nüfuzlu
oftalmoloqlarından biri kimi Azərbaycan EA-nın üzvü seçilib.
Mübahisə etmirik. Bütün mübahisəli hallarda tutarlı dəlil
emosional giley-güzar, ahu-zar yox, faktlardır. Beləliklə, Zərifə xanım
atasının, ərinin nüfuzundan faydalanıb, ya yox?
Belə bir səhnəni təsəvvür edin. Polşanın daxili işlər nazirinin iki
müavini ailələri ilə Bakıya istirahətə gəlirlər. Onları SSRİ DTK
sədrinin müavini Filipp Denisoviç Bobkov müşayiət edir. Protokol
üzrə yüksək rütbəli qonaqları respublika KP MK-nın birinci katibi
Əliyev qəbul etməlidir. Lakin o, xarici ezamiyyətdədir. Qonaqlara
şəhəri Zərifə xanım göstərir. Proq-
60
rama görə rayon partiya komitələrindən birinə baş çəkməliydilər. O,
qonaqları təmtəraqlı görüşə ötürüb özü maşında qalır.
- Sizi
burada
gözləyəcəyəm. Mən nə partiya işçisi, nə də MK
əməkdaşıyam, - deyir.
Bu, insan etikasının ibrətamiz nümunəsidir. Zərifə xanım üçün hər
hansı ünsiyyət zamanı ən əsas şərt həkim etikası idi. O bu barədə çox
düşünər və əksər hallarda da müəllimlərinə, xüsusilə F.N.İlyinə istinad
edərdi. Həkim etikasına həsr etdiyi kitabının bir fəsli də belə adlanır:
“Fədakarlar günəş kimi lazımdır”. Fatma Abdullazadə yazır:
“Çexovun kəlamına müraciət etməsi onun bütövlükdə rus
mədəniyyətinə münasibətini müəyyənləşdirir. O, bütün ömrü boyu
Çexov və Raxmaninov yaradıcılığına bəslədiyi hədsiz sevgini
saxlamışdı”.
Heydərlə Zərifənin tanışlığı Əziz Əliyevin yuxarılar tərəfindən
qəzəbə tuş gəldiyi illərə təsadüf edir. “İqtidarın xoşlamadığı, gözdən
salınan, qəzəbə gəlmiş siyasi xadimin qızı və təhlükəsizlik sisteminin
böyük ümidlər doğuran əməkdaşı - bu cavan insanların ömürlük
qovuşmaları üçün nələrdən keçdikləri onların şəxsi sirri olaraq
qalacaq”, - deyə Fatma Abdullazadə qeyd edir.
Yaxşı ki, Heydər Əliyev həmin sirri özüylə aparmadı. Bu
məhəbbət etirafı kino lentə alınaraq, xalqın yaddaşına köçdü.
- Mənim Zərifəyə qarşı hisslərim get-gedə artırdı. Onun
tərəfindən də özümə qarşı məhəbbət gördüyüm üçün qərara gəldim ki,
taleyimi onunla bağlayım.
Əlbəttə, iş yerində Heydər Əliyevin yuxarıların qəzəbinə tuş
gəlmiş siyasətçinin qızıyla görüşdüyündən xəbərdar idilər.
Azərbaycan KP MK-nın birinci katibi “hakimi-mütləq”
M.C.Bağırovun təkidilə Əziz Əliyevi hökumətdən kənarlaşdırdılar.
Ailə üzərində də qara buludlar gəzməyə başladı. Əziz müəllimin
ömür-gün yoldaşı Leyli Hacı Cabbar qızı respublika Kompartiyasının
XIII qurultayına nümayəndə seçilmişdi. Səhər Leyli xanım geyinib-
keçinib qurultaya yollandı və gözlənilmədən evə qayıtdı.
Evdəkilər heyrətləndilər:
- Nə oldu? Qurultay nə tez başa çatdı?
-
Yox, qurultay davam edir, amma Bağırov məni qovdu, -
Leyli xanım candərdi gülümsəməyə çalışdı. - Dedi ki, mandatını təhvil
verib çıx.
61
Bu əhvalat ətrafında söz-söhbət fantastik bəzəmələrlə bütün
Bakıya yayıldı. Tanış-biliş, dostlar, hətta qohumlar da Əziz Əliyev
ailəsindən yan gəzirdilər. Evdə telefon zəngləri get-gedə seyrəlirdi.
Heydər Əliyev xatırlayırdı:
- Bir
neçə gündən sonra Zərifə xanımla görüşdüm. O dedi ki,
biz daha görüşə bilmərik. Soruşdum: “Niyə?” Dedi: “Bilirsən ki,
atamı işdən çıxarıblar. Sən isə orqanda işləyirsən, mənə görə zərər
çəkə bilərsən. Düşünürəm ki, əlaqəmiz kəsilməlidir”. Mən etiraz
elədim: bizim münasibətlərimiz kimin harada işlədiyindən asılı ola
bilməz. Bu münasibətlər nə sənin atandan, nə mənim işimdən asılı
deyil...
Aramızda səmimi ülfət yaranmışdı. O, məni çox sevirdi, mən də
onu. Ona görə dedim: sən narahat olma. Cavab verdi ki, özünə görə
narahat deyil, onsuz da atası artıq işdən çıxarılıb. “Mən sənə görə
nigaranam. Elə ola bilər ki, bu sənin işinə təsir göstərsin”.
Heydər Əliyev bu vəziyyət haqqında Zərifədən daha çox xəbərdar
idi. Onun atasını izləyirdilər. Telefonlarına gecə-gündüz qulaq
asırdılar. Aydındır ki, Heydərin zəngləri, Zərifə ilə söhbətləri qeydə
almırdı. Odur ki, respublika təhlükəsizlik naziri Yemelyanovun
hüzuruna çağırış Heydər üçün gözlənilməz olmadı.
- Biz
bir
qədər iş haqqında danışdıq. Sonra isə o məndən
soruşdu: “Sən filan qızla görüşürsənmi?” -“Bəli”, - dedim. – “Bəs
bilmirsənmi, onun atası Əziz Əliyev tutduğu vəzifədən azad edilib?” –
“Bilirəm”. - “Yoldaş Bağırov onun haqqında çox pis fıkirdədir”. –
“Mənim bu barədə məlumatım yoxdur”.
Rəis karyerasına mane ola bilər deyə, gənc zabitə Zərifə Əliyeva
ilə ünsiyyəti kəsməyi məsləhət gördü. Ayrılarkən hədələdi də: “Yoxsa
orqanlarda işləyə bilməyəcəksən”.
Dövlət təhlükəsizlik orqanlarından çıxarılmaq birdəfəlik “dəftərin
bağlandı” demək idi. Əmək kitabçası və ya hərbi biletində belə qeyd
olan adamı heç yerə qəbul etmirdilər. Heydər Əliyev nəinki vəzifəsini,
hətta iş yerini də itirə bilərdi, - axı o həm də ailənin çörək gətirəniydi.
Anası, kiçik bacı-qardaşları onun öhdəsində idi.
- Amma
yenə də mən öz fıkrimdə qaldım və Zərifə ilə
münasibətimi üzmədim. O zamanlar Bakı indiki kimi işıqlı şəhər
62
deyildi, biz yad gözlərdən kənarda xudmani guşələr tapırdıq”, - bunu
xatırlayarkən Heydər Əliyev xəfifcə gülümsünürdü, gənclik illərinə
qayıtmağın onunçün necə xoş olduğu duyulurdu.
Daha çox Qubernator deyilən parkda görüşərdilər. XIX əsrdə
salınmış bu köhnə parkda cavan cütlüklərin naməhrəm baxışlardan
yayına biləcəkləri qaranlıq xiyabanlar çox idi.
- Bağın girəcəyində trolleybus dayanacağı vardı. Görüşlərimizi
bu dayanacağa təyin edirdim. Mən cavandım, cəsur idim, heç nədən
qorxmurdum, xidməti qaydalara görə tapança ilə gəzirdim. Zərifə
cavan qız idi, həm də gözəl. Bilirsiniz, gözəl qızlar diqqəti cəlb
edirlər, onlara ilişə də bilərlər... Mən trolleybus dayanacağına gəlib
onu gözləyirdim. Sonra bağa yönəlirdik.
Lakin cavan çekistin fəndləri onu general Yemelyanovun
məzəmmətindən sığortalaya bilmədi.
- Siz
niyə bizim tələblərimizə əməl etmirsiniz? - deyə Əliyevin
neçə illər sonra işləyəcəyi kabinetin yiyəsi soruşdu.
-
Bilirsinizmi, - uzun sürən sükutdan sonra Əliyev dilləndi,
- biri var iş, biri də var insan həyatı. Mən öz işimi sevirəm və siz
məni bir işçi kimi qiymətləndirirsiz. Burada narahatçılığa əsas yoxdur.
Amma həyatının ikinci, bəlkə də, mənimçün daha vacib tərəfi - mənim
ailəm, mənim hisslərim, mənim məhəbbətimdir. Mən o qızı sevirəm.
O da məni sevir. Mən ondan necə ayrıla bilərəm? Bu, heç cür ağlıma
sığmır. Ona səbəbini söyləməliyəm, ya da deməliyəm ki, onu
sevmirəm. Yaxud səndə hansısa məni açmayan nöqsanlar var, ona
görə də səninlə ayrılmalıyam. Mən orqanlarda qalmaq üçün sevdiyim
insanla ayrılmalı olduğumu deyə bilmərəm.
Əliyevə elə gəlirdi ki, Yemelyanov onu başa düşmüşdü. Lakin
Heydər yaşında övladları olan iş yoldaşı Yemelyanov və dövlət
təhlükəsizliyi naziri Yemelyanov arasında fərq vardı. Nazirin səsi
sərtləşdi:
- Biz sənin işin haqqında məsələni həll etməli olacağıq. Çox
güman ki, onu itirəcəksən...
Əlbəttə, elə də olacaqdı, Əziz Əliyev, ardınca da qohum-əqrəbası,
övladlarının dostları uzaq soyuq diyarlara sürgün ediləcəkdi... Lakin
1953-cü il martın birinə keçən gecə dünyaya görünməyən qüvvələr
tarixin növbəti səhifəsini çevirdilər.
63
Moskvada, bağ evində Sovet İttifaqını və dünyanın yarısını idarə
edən bir insan huşunu itirdi. Mühafizəçilər cürət edib ona
yaxınlaşanda artıq nəfəsi kəsilmək üzrə idi. Martın beşində bütün
dünyaya elan olundu ki, İosif Vissarionoviç Stalin vəfat edib. Dörd
aydan sonra Beriyam, ardınca da onun respublikalardakı əsabələrini
tutub mühakimə etdilər.
Azərbaycanda isə istintaqa M.C.Bağırov və dövlət təhlükəsizlik
naziri Yemelyanov cəlb edildi.
Daha Heydərlə Zərifənin gizli görüşmələrinə ehtiyac qalmadı.
- Görüşlərimiz leqallaşdı, - Heydər Əliyev kəşfıyyatçıların peşə
dilindən bu sözü gülə-gülə işlətdi. - İkimiz də xoşbəxt idik. İndi bütün
bunları bilərək, deyin görüm, məhəbbətimin köklərinin nə qədər dərin
olduğunu sübut etməyə dəyərmi?
Bizim sevgimiz, məhəbbətimiz çətin sınaqlardan keçdi. Bizi
ayırmaq istəyirdilər, amma biz dönmədik. O da dönmədi, mən də...
Mənim səmimi məhəbbətin gücünə inamım təsdiqləndi. Və bundan
sonra biz otuz il xoşbəxt yaşadıq. Bizim iki gözəl övladımız var -
qızımız Sevil və oğlumuz İlham... Lakin çox təəssüflər olsun ki, Zərifə
xanım həyatdan tez getdi...
Soyuq, yağmurlu Moskvaya, 1985-ci ilin o faciəvi aprel gününə
biz hələ qayıdacağıq; hələlik Bakıda, Heydərlə Zərifənin bayram
süfrəsinə qonaqlar yığışıb çay içir, o zaman ən bahalı sayılan “Mişka
na severe” konfetlərindən dadırdılar.
Bir dəfə Zərifə Püstə Əzizbəyova ilə rastlaşanda rəfıqəsinin
anasının hal-əhvalını soruşdu.
“Cavab verdim ki, şəkər xəstəliyi ucbatından anam sürətlə görmə
qabiliyyətini itirir. Cavabım heç bir təhrikə əsas vermirdi. İki-üç gün
sonra qapı zəngi çalınanda, açıb gözlərimə inanmadım. Astanada
Zərifə durmuşdu: “İşə gedirdim... anamın gözləri barədə dediklərin
yadıma düşdü. Bağışla, vaxtım çox azdı, amma hər halda İzzət
xanımın gözlərini yoxlamaq istəyirəm”. Qəribədir, anam Zərifəni
uzun illərdi ki, görmürdü, amma səsindən, ya da intuisiyadan onu
tanıdı: “Ay qızım, nə əcəb səndən?..” Zərifə xanım ağbirçək ana üçün
əlindən nə gəlirdisə əsirgəmədi - öz ürəyinin istəyincə elədi”.
1977-ci ildə Zərifə Əliyeva Moskvada Gelmqolts adına göz
xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda “Azərbaycan kimya sə-
64
nayesinin bəzi müəssisə işçilərinin görmə orqanlarının vəziyyəti”
mövzusunda doktorluq dissertasiyası müdafiə etdi.
Yeri gəlmişkən qeyd edək ki, Heydər və Zərifə xanım Əliyevlərin
oğlu İlham da həmin il Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutuna qəbul olunmuşdu. Moskva 1-ci Tibb İnstitutunda isə onun
gələcək xanımı Mehriban Paşayeva təhsil alırdı. Zərifə xanım
oftalmologiya barədə elə maraqla danışırdı ki, Mehriban da həmin
peşəni seçməyə qərar verdi.
-Təəssüf ki, - deyə o xatırlayır, - mən Zərifə xanımla çox az
ünsiyyətdə ola bildim. 1983-cü ildə biz tanış olduq, 1985-ci ildə isə o
vəfat etdi. Bu istedadlı və cazibədar qadını mən indi də çox böyük
ehtiramla xatırlayıram.
Zərifə xanım professional göz patologiyası problemi ilə dərindən
məşğul olurdu. Sənayedə yeni istehsalat sahələri açılırdı, bəs bunlar
işçilərin səhhətinə necə təsir edir?
Bu barədə RTEA akademiki, göz xəstəlikləri ETİ-nin direktoru
Mixail Krasnov demişdir:
- Elmimizin Zərifə Əziz qızını ən çox cəlb edən bu sahəsində
vəziyyət hətta bir qədər paradoksal şəkil alırdı. İnsanı əmək
yaratmışdır, lakin onun şüurlu ömrünün üçdə bir hissəsini keçirdiyi
istehsalatda xüsusi yaşam şəraiti də əmələ gəlmişdi. Sanki bütün
bunlar aksiomadır, o cümlədən göz və görmə məsələsində də. Tam
dəyərli əmək üçün görmə qabiliyyəti nəinki vacibdir, hətta müasir
cəmiyyətdə buna tələbat ildən-ilə artır. Bununla əlaqədar indiyə kimi
bu mövzuda ümumiləşdirilmiş elmi əsərlər yoxdur. Zərifə Əziz
qızının sosial duyumuna malik olmaq gərəkmiş ki, olduqca zəhmətli,
mürəkkəb, nəcib, lakin daima şükranlıq gətirməyən qayənin xidmətinə
öz istedadını həsr edəsən. Zərifə Əziz qızının səyləriylə ilk dəfə
professional görmə patologiyası üzrə elmi-tədqiqat laboratoriyası
yaradılmışdır.
Mütəxəssislərin rəylərindən işin professional cəhəti haqqında bir
neçə səhifəlik qısa xülasələr toplamaq olar. Onların başlıca məğzi
yalnız tibbi aspekt deyil, həm də Zərifə xanımın araşdırmalarının
sosial önəmliliyi və bir də onun insani məziyyətləridir.
“Xoşbəxtəm ki, uzun illər boyu Zərifə xanımla işgüzar, ailəvi və
dostluq şəraitində görüşmək mənə nəsib olmuşdur, - bunu Gelmqolts
adına Göz Xəstəlikləri İnstitutunun direktoru
65
K.V.Trutneva yazırdı. - Rəhmətlik ərim professor İvan İvanoviç
Şerbatov Əliyevlər ailəsilə məndən əvvəl tanış idi. Və ilk - dəfə ondan
Zərifə Əziz qızı, Heydər Əliyeviç və onların o vaxt hələ balaca olan
uşaqları İlya və Seva (İlham və Sevil - müəlliflər) haqqında xoş sözlər
eşitmişdim”.
Professor O.Dobromıslovanın yadında çox kiçik, lakin səciyyəvi
detallar qalmışdır... Dobromıslova öz ərilə (o da professor idi) Bakı
yaxınlığındakı sanatoriyalardan birində dincələrkən onları Əliyevlər
ailəsinə dəvət edirlər.
“Vədələşdirilmiş vaxtda biz onların evlərinə qədəm qoyduq və
mən ilk dəfə Zərifə Əziz qızını gördüm. Bəstəboy, çevik hərəkətli
xanım dərhal rəğbət doğurdu. Sadə ipək don incə vücudunu kip
tutmuşdu, kiçicik ayaqlarına “bosonoşka” geymişdi. İri, qara,
şərqlilərə məxsus işıqlı gözlərində ürəyi isidən mehribanlıq vardı”.
Dostluq görüşü uzun sürdü, Dobromıslovanın əri Raxmani-novdan
çaldı, boya-başa çatmış uşaqlardan söhbət açdılar.
“Şam süfrəsindən soma biz getməyə hazırlaşanda axşamdan xeyli
keçmişdi. Bu zaman Zərifə Əziz qızının əri işdən qayıtdı. Otağa cəld
addımlarla girdi; ucaboy, qədd-qamətli idi. Sifətindən yorğun olduğu
duyulurdu. Biz mürəxxəs olmağa tələsdik. Bu an Zərifə xanım
mehriban təbəssümlə gəlib onu qarşıladı. Boyca ondan xeyli uca olan
ərinə yanaşıb ayaq barmaqları üstə qalxdı və nəvazişlə yanağından
öpüb nəsə pıçıldadı. Yəqin, qonaqların kimliyini bildirdi. Ev yiyəsi
nəzakətlə bizi salamlayıb bir qədər də qalmağımızı, onunla oturub
Azərbaycan çayı içməyimizi xahiş etdi. Bu məqamda bütün ailə tam
tərkibdə masa başına yığışdı və ailəyə məharətlə dirijorluq edən
bəstəboy xanımın rolu xüsusən aydın duyuldu”.
Bir-iki gündən sonra Zərifə xanım ailəsiylə Bolqanstana yollandı.
Ardınca Dobromıslovların da məzuniyyəti sona yetdi. Yaşlı adamlar o
zaman təyyarəyə, qatara bilet almağın necə çətin olduğunu
xatırlayırlar. Sanatoriyalarda, istirahət evlərində biletlər siyahıyla
satılır, sərbəst dincələnlər isə axşamdan kassalar qarşısında növbə
tuturdular. Zərifə xanım Bolqarıstandan Bakıdakı tanışlarına zəng
vurub tapşırır ki, moskvalı qonaqları üçün biletləri təxsis edib onları
yola salsınlar...
Akademik N.Puçkovskaya da həyatı bir detalı xatırlayır.
Oftalmoloqların qurultayında iştirakçılardan birinin ayağı zədə-
66
lənir. Təbii ki, onu ən yaxşı Bakı xəstəxanalarında yerləşdirir və ən
nüfuzlu həkimləri məsləhət üçün dəvət edirlər. Amma bu azmış kimi,
Zərifə xanım, öz doğma yurdundan çox-çox uzaqlarda yatağa düşmüş
həmin insan üçün xəstəxanada maksimum rahatlıq yaratmaq məqsədi
ilə öz evindən nə lazımdırsa gətirir.
Zərifə xanımı tanıyanların hamısı onu xoş sözlərlə yad edirlər.
Aleksandr Sergeyeviç Dzasoxov söyləyir: “Mən onu Əliyevlər
ailəsinin Bakıda - Zuğulbada qonağı olarkən görmüşdüm. Zərifə
xanım nadir xeyirxahlılığı ilə fərqlənirdi. O, tibb elmləri doktoru elmi
adına tam uyğun gəlirdi. Onlar xoşbəxt ailə sahibi idilər. Əfsus ki,
Heydər Əliyev 1985-ci ilin aprelində Moskvada ömür yoldaşını itirdi.
Onun bu faciədən necə sarsıldığının şahidi olmuşam. Əminliklə deyə
bilərəm ki, Zərifə xanım Əliyevlər ailəsinin yetişməsində, gözəl
övladların - şərqşünas-alim Sevilin, Rusiyaya dostluq münasibəti
bəsləyən, bu gün Heydər Əliyevin işini davam etdirərək müstəqil
Azərbaycana başçılıq edən İlhamın tərbiyəsində mühüm rol
oynamışdır”.
Hətta daimi qonaqlar, ən yaxın qohumlar da hər hansı bir ailənin
həyatını ancaq kənardan görürlər. Yalnız “son məhsul” olan uşaqlar
əsasında ailənin əslində necə olduğu barədə fikir yürütmək olar.
Əlbəttə, hərəsi öz sahəsində işə böyük vaxt sərf etdiklərinə görə
Heydər də, Zərifə də uşaqların tərbiyəsinə istədikləri qədər vaxt ayıra
bilmirdilər. Uşaqları ailədə hökm sürən qarşılıqlı məhəbbət, hörmət və
azərbaycanlı ailələrə xas olan ailə başçısına böyük ehtiram ab-havası
tərbiyə edirdi. Uzun illər sonra Sevil Əliyeva “Atanızın yanında
özünüzü sərbəst apara bilirdinizmi?” sualına belə cavab vermişdi:
“Hətta biz, ailə üzvləri də hesab edirdik ki, onun yanında özümüzü
çox da sərbəst apara bilmərik. Məncə bu, bizim ona bəslədiyimiz
böyük hörmət və ehtiramdan irəli gəlirdi”.
Sevil xanım hesab edir ki, o, bütünlüklə atasına bənzəyir.
- Sizə kimsə kömək edir? - deyə 1995-ci ildə “Panorama”
qəzetinin jurnalisti ondan soruşanda Sevil xanım ona qətiyyətlə belə
cavab vermişdi:
- Uşaqlarla yalnız özüm məşğul oluram, çünki heç kim uşaq üçün
anasını əvəz edə bilməz.
67
- Yəqin ki, bu xüsusiyyətinizi də rəhmətlik ananızdan
götürmüsünüz. O da deyirlər çox gözəl evdar qadın olub.
- Mən evdar qadın ifadəsini heç sevmirəm. Bu ifadə nə mənə,
nə də anama uyğun gəlir. Sadəcə, anam özünü bütünlüklə bizə və
atama həsr etmişdi. Amma buna baxmayaraq, o, ciddi elmi və ictimai
işlərlə də məşğul olmağa vaxt tapırdı.
- Bəs siz hansı xüsusiyyətlərinizə görə ananıza bənzəyirsiniz? -
deyə reportyor tutduğunu buraxmır.
Və Heydər Əliyevin, Zərifə Əliyevanın qızına layiq cavab eşidir:
- Bir
çox
xüsusiyyətlərimə görə anama oxşayıram. İş ondadır
ki, anamla atam da biri-birinə xasiyyətcə çox bənzəyirdilər.
Həyatda belə təsadüflər nadir hallarda olur, onunçün də mən hesab
edirəm ki, eyni zamanda həm atama, həm də anama bənzəyirəm. Belə
valideynlərin övladı olduğuma görə fəxr edirəm.
Eyni sözləri İlham Əliyev barədə də söyləmək olar. Onun ən çox
yaddaqalan uşaqlıq xatirəsi anasının isti əlindən tutub məktəbə
getməyi olub. İlhamın hələ altı yaşı tamam olmamışdı, məktəbə
getməyi çox istəyirdi, amma qorxurdu ki, birdən onu götürməzlər.
Hər gün Bakının gözəl bir guşəsində, köhnə həyətlərin ortasında
yerləşən altı nömrəli məktəbə getdiklərini anası həmişə xatırlayırdı.
Və nənə olandan sonra söz vermişdi ki, nəvəsi Leylanı da eyni
məktəbə məhz bu cür aparacaq...
- Anam
vəfat edəndə, - deyə İlham Heydər oğlu xatırlayır, -
mənim böyük qızımın hələ heç bir yaşı da tamam olmamışdı.
Qızlarımın öz nənələrini görməmələrini böyük itki hesab edirəm.
Anamın vəfatından sonra mənim, eyni zamanda bizim ailənin həyatı
çox dəyişdi. Mən əvvəlki vaxtlardakı kimi daha səmimi-qəlbdən gülə
bilmirəm. İllər keçsə də, həyatımda hansısa sevindirici hadisə baş
verirsə, mən təəssüflənirəm ki, anam bunu görmədi, o indi sağ olsaydı,
çox sevinərdi.
... Öz qayınanası İzzət xanıma o, doğma anası kimi baxırdı. 1956-
cı ilin yazında Heydər Əliyevin anası ağır diaqnozla xəstəxanada
yatanda ona ürəkdən acıyırdı. Qonşu palatada Səməd Vurğun yatırdı.
İzzət xanımın yanında çox vaxt Rəfıqə qalırdı. Heydər, Zərifə və onun
qardaşı Tamerlan anaya, demək olar ki, hər gün baş çəkirdilər.
68
Bir dəfə gəlib görürlər ki, İzzət xanımın yatdığı otağın, adətən
yarıaçıq qalan, qapısı möhkəm örtülüb. Məlum olur ki, ötən gecə
Səməd Vurğun vəfat etmiş və həkimlər İzzət xanımın bu ağır itkidən
xəbər tutmasını istəməmişlər.
O zamanlar Şəfıqə Lənkəranda dərs deyirdi. Ona xəbər verirlər:
“Anan səni görmək istəyir”. Şəfiqə üçyaşlı qızcığazını götürüb
avtobus dayanacağına tələsir... Uşağı özüylə xəstəxanaya aparmayıb
dostlarının evində qoyur. Palatada artıq Heydər, Cəlal, Aqil və Rəfiqə
ananın başına yığışmışdılar.
İzzət xanım Şəfiqəyə üz tutur:
- Bəs balan hanı, ay Şəfiqə?
Cavabı eşidib təşvişə düşür:
- Qayıt dalınca!-Tez ol! Onlar zökəmlidir, uşaq yoluxa bilər...
Get, ay Şəfiqə, balandan muğayat ol!
Onlar daha görüşmədilər...
“Son bir ayı hər gecə yuxuma girirdi, - deyə Şəfiqə o günləri belə
xatırlayır, - gümrah, sağ-salamat... Anam mənim gözyaşlarımı
silirdi...”
|