GÖRKƏMLİ ® adamlarin həyati


Biz hansı ölkədə yaşayırıq



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə6/39
tarix08.12.2016
ölçüsü8,78 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   39

Biz hansı ölkədə yaşayırıq 

 

1965-ci ilin lap sonunda Xruşşovdan sonrakı, yeni tərkibli Mərkəzi 



Komitə “Pravda”, “Komsomolskaya pravda” və “Literaturnaya 

qazeta” redaksiyalarına “müstəsna səciyyəli” məktubların icmallarını 

MK-ya göndərməyi tapşırdı. 

1966-cı ilin yanvarında “Literaturnaya qazeta”nın baş redaktoru 

A.Çakovski və “Komsomolskaya pravda”nın baş redaktoru B.Pankin 

dövlətimizə  və ictimai həyatımıza aid yanlış  fıkirlər deyilən”

Ⅶ 

məktublardan parçalan Mərkəzi Komitəyə çatdırdılar. Yanvarın 11-də 



“Pravda” hesabat verdi. İlk səhifələrdə eyni dərkənarlar yazıldı: 

“Arayışda göstərilən faktlarla tanış olduq. Material sovet adamlarının 

siyasi sayıqlığını artırmaq haqqında Sov. İKP MK sənədinin 

hazırlanmasında istifadə olunmuşdur”. Ardınca imzalar: MK 

təlimatçısı, bölmə müdiri, təbliğat və  təşviqat  şöbəsinin müdir 

müavini... 

Göstəriş: “Arxivə». Möhür: “Məxfı. Xüsusi qovluq”. 

 

“PRAVDA”YA MƏKTUBLARDAN 



 

Moskva. İmzasız 

“V.İ.Leninin ölümündən sonra Kommunist Partiyası xeyli sağa 

uzaqlaşıb və bu bataqlıqdan çıxa bilmir. 

Bizdə haqq-ədalət yoxdur, tənqid yoxdur. Stalin idarəçiliyi eləcə 

də qalıb.  İdarələrin başında fırıldaqçılar oturub. Bütün partiyaçılar 

imtiyazlardan faydalanır, xalq isə  təhkimçi vəziyyətində  əlləşməyə 

məcbur olan “İvan”ların durumundadır. 

Həmkarlar  İttifaqları öz əhəmiyyətini itirib, fəhlələri müdafiə 

etmirlər. 

Ali Sovet də önəmini itirib. SSRİ Ali Sovetinin Rəyasət Heyəti 

yalnız partiyanın göstərişi ilə  təltif etmək hüququna malikdir. Bütün 

partiya kulta çevrilib. Partiya pensiya haqqında qanunda böyük 

ədalətsizlik hökm sürür. Niyə kimlərsə böyük təqaüd alır, o birilərinsə 

dolanışığı yoxdur? Lenin yoluna dönməyin vaxtı çatmayıbmı? 

Həmkarlar İttifaqları və SSRİ Ali Soveti öz yerlərini tutmalıdır. 

Xalq nəzarəti öndə olmalıdır, onda fırıldaqçılar rəhbər vəzifələrə 

yol tapa bilməzlər”. 

 

  


 

92

Kaluqa. İmzasız 



“Qəzet səhifələrində mədəniyyətdən, yüksək mətləblərdən yazmaq 

ayıbdır...  İnsanlara azacıq rahat yaşayış  şəraiti verin. “İnsan insanın 

dostudur” deyirlər,  əslində isə bu “dostlar” bir-birini vurur, kəsir... 

Quldurları qoruyan belə qanunları  çıxaranları sadəcə  lənətləyirsən. 

Mən bu məktubu Kaluqadan yazıram, harda ki, dekabrın 10-dan 17-

dək bir həftə  ərzində neçə-neçə  vəhşi basqınlar baş verib. Sovet 

gənclərinin pozğunluğu heç bir sərhəd tanımadan hər  şeyi açıq-saçıq 

danmaq vəziyyətinə çatıb, adamları isə bu heyvanları 

tərbiyələndirməyə məcbur edirlər. 

Bir baxın, Kosmos şəhərini nə kökə salıblar, bu hamı üçün 

rüsvayçılıqdır. Kim, adamların küçələrdə heç olmasa rahat, geri 

qanrılmadan gəzməyi üçün şərait yaradacaq? 

 

Leninqrad. İmzasız 



“Düşünürəm ki, əksəriyyətin fıkrini ifadə edirəm. Xalq 

hakimlərinin seçkiləri ilə bağlı komediya kimə  gərəkdir? Və bütün 

seçki sistemi bizdə başdan-başa yalan və aldatmadır. Kimin artıq 

seçilmiş adamları riyakarlıqla yenidən seçməkdən zəhləsi getmir? Ona 

görə də onlar sessiyalarda həmişə tutuquşu kimi oturmuş və otururlar, 

nəyi səsə qoyurlarsa, hər  şeyə  səs verirlər.  İndi sağ olanların lal 

razılığı ilə Stalin dövründə  məhv edilmiş minlərlə  fəhlə sinfinin 

amalına sonsuz sədaqət bəsləyən işıqlı, pak adamların kökü kəsilib. 

Əlli illik (sovet hakimiyyətinin 50-ci ildönümü - müəl.) ərəfəsində 

işlərimiz heç də parlaq deyil. Xalq bunu bilir, görür və  nəyinsə 

dəyişəcəyinə inanmır”. 

 

Voronej. Zamkov P.İ. 



“Niyə alimlər və yazıçılar Leninin yeni iqtisadi siyasət haqqında 

tarixi qərarının üstündən sükutla keçirlər? Axı, o qərar ölkədə 

inqilabdan sonra sənayenin, xüsusən kənd təsərrüfatının 

çiçəklənməsini təmin etmişdi. “Yeni İqtisadi Siyasət” vaxtında özəl 

bazarlarda bir yaşlı cöngənin dirisinin qiyməti cəmi 12-13 rubl idi, 

bizim zamanımızda isə ... bu qiymətə heç xoruz da ala bilməzsən. 

 

  


 

93

Mənim anlamıram ki, niyə Stalinin kolxoz sistemi təriflənir. Axı, o 



özünü doğrultmadı. Köhnə  səriştəli taxılçıların  əlində müasir texnika 

olsaydı, biz kapitalist ölkələrini çoxdan ötüb keçmişdik...” 

 

“KOMSOMOLSKAYA PRAVDA”YA MƏKTUBLARDAN 



İmzasız. Ünvansız 

“1965-ci il 20 iyun tarixli “Trud» qəzetində “Günəş kimə  işıq 

saçır” məqaləsini oxudum. Onun yanında “Seçilmişlər üçün” başlıqlı 

bir yazı da var, orada deyilir: “Burjua Qərbində də dincəlirlər, orada 

da yay günəşi səxavətlə nur saçır. Amma kimlərə?” 

Şəkildə sahibləri öz çimərliklərində özünü günə verən, kef eləyən 

şəxsi yaxtalar əks olunub. Bu varlıları milyonlarla həmvətənlisinin öz 

məzuniyyətini necə, harada keçirəcəyi narahat etmir. Fikirləşdim ki, 

Qərblə SSRİ arasında hansı fərq var? Nəticəyə gəldim ki, heç bir”. 

 

Leninqrad. İmzasız 



“Onilliklər boyu ölkənin sadə camaatı amansızcasına istismar 

edilir. Özünüz fıkirləşin, 50-150 rubl məbləğində maaş hansı  həyatı 

təmin edə bilər? Son dərəcə yüksək qiymətlər müqabilində... Bəs 

kolxozçular: müti, hüquqsuz həyatlarında onlar necə 

“xoşbəxtdirlər”?.. Onlar hətta “Yuri günü”ndən də məhrumdurlar... O, 

kolxozdan çıxıb istehsalatda işləyə bilməz, onun pasportu yoxdur, ona 

heç bir arayış vermirlər və heç kim, heç yerdə onu qəbul etməz”. 

 

“LİTERATURNAYA QAZETA”YA MƏKTUBLARDAN 



Novosibirsk vilayəti. V.Babin 

“... Biz hamımız burada birlikdə düşünüb-daşınır, partiyamızın 

siyasətini kollektiv şəkildə müzakirə edirik... Rəhbərlərin əmək haqqı 

fəhlələrinkindən artıq olarsa, demək bürokratiya, mənsəbpərəstlik 

qaçılmazdır. Mənəvi tənəzzül, pozğunlaşma, fahişəlik və istismar da. 

Bütün rəhbərlərin, aşağı-yuxarı, bütün vəzifəli  şəxslərin  əmək haqqı 

fəhlələrin maaşından artıq olmamalıdır... 

... Stalinin vaxtında təkcə  şəxsiyyətə  pərəstişin bünövrəsi 

qoyulmadı. Stalin yeni bir sinif - sosialist burjuaziyasını da ya- 

 

  



 

94

ratdı, sosialist burjuaziyasının diktaturasını yaratdı. Xalqımız “yalançı 



bərabərlik” istəmirsə, burjuaziyanı da istəmir. 

...Partiyamızda namuslu qüvvələr var və onlar mübarizə etmişlər. 

Bu mübarizə Stalinin ölümündən sonra qismən öz təsirini 

göstərmişdir. Lakin bu burjua qüvvələrinin məcburi güzəşti imiş. İndi 

aydın olur ki, Xruşşovun  şəxsiyyətinə  pərəstiş süni olaraq, özü də 

bütün MK-nın günahı ucbatından yaranmışdır. Aydındır ki, 

çatışmazlıqların günahı  təkcə Xruşşovda yox, bütün MK 

üzvlərindədir. Bizim burjuaziya üçün öz siyasətini bir adamın nüfuzu 

vasitəsilə yeritmək  əlverişlidir. Və burjuaziyanın kollektiv 

“mudrikliyi” bu bircə  şəxsiyyətdən keçirilirdi. İndi təhlükə var ki, 

ölkəmiz daha harın burjuyluğa keçsin, yenidən repressiyalar dövrü 

gəlsin; Stalin - Beriya dövrü. Bəs niyə partiyamızdakı namuslu 

qüvvələr tam və  qəti qələbəyə nail ola bilmədilər? Ona görə ki, 

Stalinin mühakiməsi zəif, burjuy harınların maaşlarının ixtisarı isə çox 

cüzi idi. Ona görə ki, bu məsələlər partiyadan, xalqdan xəlvət həll 

olunurdu, partiya və xalqa arxalanılmırdı. 

... Hazırda partiyanın - MK-nın xalqın həyatını yaxşılaşdırmaq 

qayğısı bu istiqamətdə gedir: direktorların  əmək haqqı ayda 300 

rubldan 600-ə qaldırılır, sıravi kolxozçularınkı isə 30 rubldan 40 rubla 

qədər. 


...  İndi xalqımızda kommunistlərə xas ruh yüksəkliyi yoxdur. 

Xalqımız əsl sosializm həsrətindədir. Bəli, XX qurultaydan sonra hələ 

yeni külək əsməyib. Hələ demokratiya yoxdur. Yüksək maaşlı iqtidar 

işçilərimiz  əslində bütün xalqın yox, yüksək məvacibli qövmün, 

burjuaziyanın nümayəndələridir... 

... Partiyanın indiki MK-sı görün nə qədər səhvlər buraxmışdır. Və 

onların hamısı elmi baxımdan  əsaslandırılmışdır. Səhvlər çoxdur, 

amma bəla bunda deyil. Bəla ondadır ki, xalq görür ki, partiyanın 

MK-sında vicdan yoxdur. Naqis burjua siyasətini qorumaq, 

doğrultmaq naminə  əllaməçilik etmək lazım deyil. Bütün siyasəti 

dəyişmək lazımdır. Bizim hamımız görürük ki, partiya MK-sı üçün 

heç bir müqəddəs, kommunist amalı yoxdur. Biz MK üzvlərini  ən 

yaxşı kommunistlər,  ən müqəddəs insanlar sanırdıq, sonra bildik ki, 

onlar ölkənin ən varlı insanlarıdır... Xalq hesab edir ki, kommunist son 

dərəcə  təmiz və vicdanlı olmalı, zərrə  qədər eqoizmi olmamalı, 

insanları sevməli, insanlara, yaxınlarına, doğma xalqına səadət bəxş 

et- 

 

  



 

95

məlidir. Bəs birinci, rəhbər kommunist necə olmalıdır? Lenin, 



Dzerjinski kimi... Yalan və repressiya o vaxt aradan qalxar ki, sosialist 

burjuaziyası olmasın, zəngin və kasıb, yuxarılar və aşağılar olmasın”. 

 

...İllər keçəcək, Baş katib vəzifəsinə keçən Y.V.Andropov bu fıkri 



eynilə təkrarlayacaq: “Əvvəla, aydınlaşdırmalıyıq ki, görək biz hansı 

ölkədə yaşayırıq...” Bunu müəyyən etməyə, vəziyyətə aydınlıq 

gətirməyə Andropov macal tapmadı... Onu əvəz edən Çernenkoya da 

bu yükü qaldırmaq müyəssər olmadı. Qorbaçovun “yenidənqurması” 

isə daha çox “yenidən0qırma” adıyla tanındı  və gördüyü işlər “qaşı 

düzəldəndə gözü çıxarmağa” oxşadı... 

 

... Hər ayın 20-də Azərbaycanın DTK işçilərinə maaş verilirdi. 



Səbirsizliklə gözlədikləri bu günə zarafatcıl həmkarlar öz aralarında 

“Çekist günü” deyirdilər. Elə həmin gündəcə partkoma gedib üzvlük 

haqqını ödəyirdilər. Partiya Komitəsinin katibi polkovnik V.Bıstrov 

bir gün Dövlət Təhlükəsizlik Komitəsinin yeni sədri Heydər Əliyevin 

yanına gedir. 

Gəlişinin məqsədini bilən Əliyev ona üz tutub deyir: 

- Yoldaş Bıstrov, kommunistlər üzvlük haqqı vermək üçün özləri 

yanınıza gəlməlidirlər. Qayıdın kabinetinizə, mən özüm yanınıza gəlib 

üzvlük haqqını verərəm. 

General Heydər  Əliyev Azərbaycan Nazirlər Soveti yanında 

Dövlət Təhlükəsizlik Komitəsinə düz iki il rəhbərlik etdi. Yuri 

Vladimiroviç Andropov onun fəaliyyətini SSRİ DTK-sının xüsusi 

əmrilə (N° 166. 27 noyabr 1966) yüksək qiymətləndirmişdi. 

“General - mayor Heydər  Əlirza oğlu  Əliyev təhlükəsizlik 

orqanlarında iyirmi beş il fəaliyyət göstərib. Bu müddət  ərzində, o, 

sıravi operativ işçidən respublika DTK-sının sədrinə qədər böyük yol 

keçmişdir. Rəhbər vəzifələrdə olarkən yoldaş  Əliyev bütün gücünü, 

enerjisini, bacarığını dövlətimizin təhlükəsizliyinin təmin olunmasına 

yönəldib, özünü çox yaxşı təşkilatçı kimi göstərib. 

Hal-hazırda yoldaş  Əliyev Azərbaycan KP MK-nın birinci katibi 

seçilmişdir. 

 

  



 

96

ƏMR EDİRƏM: 



Təhlükəsizlik orqanlarında uzunmüddətli və  səmərəli fəaliyyətinə 

görə general-mayor Heydər  Əliyevə  təşəkkür elan edilsin və o, 

məxsusi qiymətli hədiyyə ilə mükafatlandırılsın. 

ANDROPOV 

SSRİ Nazirlər Soveti yanında Dövlət  

Təhlükəsizlik Komitəsinin sədri” 

 


 

97

 



 

 

 

 

 

 

V fəsil  

 

RESPUBLİKA RƏHBƏRLİYİNDƏ 

 

14 iyul 1969-cu il, Bakı 

 

Azərbaycan Kommunist Partiyası  Mərkəzi Komitəsinin 14 iyul 

1969-cu il tarixli plenumunun 16 nömrəli protokolu: «Tam məxfı» 

qrifi ilə yeddi makina səhifəsindən ibarət sənəd. Gündəlikdə olan 

məsələ: “Təşkilati məsələ. Azərbaycan KP MK-nm birinci katibi 

haqqında”. 

Məlum məsələdir ki, belə  təşkilati məsələlər Moskvanın 

göndərdiyi yüksək qonağın iştirakı olmadan keçirilə bilməzdi. Bakıya 

Sov.  İKP MK-nın katibi İvan Vasilyeviç Kapitonov gəlmişdi.  İlk 

olaraq söz ona verilir. 

Sizlərə  məlumdur ki, deyə Kapitonov zala müraciətlə sözə 

başlayır,  Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində son on 

ildə yoldaş  Vəli Yusifoviç Axundov işləyirdi. Vəli Yusifoviç 

respublikanın iqtisadi və  mədəni inikişafı üçün əlindən gələni etmiş, 

partiya təşkilatı  və ideologiya sahəsində böyük işlər görmüşdür. 

Əfsuslar olsun ki, son vaxtlarda yoldaş Axundovun səhhətində 

problemlər yaranıb və o, özü də başa düşür ki, Azərbaycan KP MK-

nın birinci katibi kimi yüksək vəzifənin öhdəsindən gəlmək onun üçün 

çətindir. Bu səbəbdən də yoldaş Axundov Sov.İKP MK-ya ərizə ilə 

müraciət edərək, onu tutduğu vəzifədən elmi işə keçirməyimizi xahiş 

etmişdir. 

Tibb elmləri doktoru və akademik Axundovun istəyinə böyük 

hörmətlə yanaşıldı. Plenumdan əvvəl, elə  həmin gün o respublika 

Elmlər Akademiyasmın vitse-prezidenti vəzifəsinə seçildi. 



 

98

 - Təbiidir ki, deyə Kapitonov davam edir,  yoldaş Vəli Axundovu 



Azərbaycan KP MK-nın birinci katibi vəzifəsindən və büro 

üzvlüyündən azad etməklə  bərabər onun varisini də müəyyən etmək 

lazımdır. Bu vəzifəyə  təyin edilmək üçün çoxsaylı namizədlər 

nəzərdən keçirilmişdir.  Bu  da  təbiidir, çünki respublikada çoxsaylı 

bacarıqlı kadrlar vardır. 

Bu məsələ çox ciddi şəkildə  və  hərtərəfli öyrənildikdən sonra 

respublikanızın Dövlət Təhlükəsizliyi Komitəsinin sədri yoldaş 

Heydər Əliyevin namizədliyi üzərində dayanmışıq. 

Yəqin ki, zaldakıların heç biri üçün bu informasiya gözlənilməz 

olmamışdı. Vəli Axundov həqiqətən də üç aya yaxın idi iki, xəstəydi 

və Moskvada müalicə olunurdu. Brejnevlə görüşdə elmi işə 

keçirilməymi xahiş edərkən, o, hətta tibbi arayışmı da göstərib 

demişdi ki, vəzifəmin öhdəsindən layiqincə gəlməyə səhhətim imkan 

vermədiyinə görə vicdan əzabı  çəkirəm. Təbii ki, Axundov öz 

varislərinin adını da çəkmişdi. Amma bu dəfə seçimi o etmirdi. 

Heydər  Əliyev sonralar xatırlayırdı ki, hələ 1969-cu ilin 

əvvəllərində Moskvadan köhnə dostlarmdan biri ona zəng vurmuşdu. 

O, Əliyevə demişdi: 

- Heydər, sən Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə 

yeganə real namizədsən. 

Xəbər Əliyev üçün gözlənilməz olmuşdu. Ola bilməz, inanmıram 

ki, məni belə bir yüksək vəzifəyə təyin etsinlər. Əgər belədirsə, nəyə 

görə mənim xəbərim yoxdur? 

- Vaxt 


gələr, bilərsən.  İndi isə yeni vəzifənə hazırlaş. Bu 

zəngdən üç ay sonra Heydər  Əliyevi Moskvaya, Sov. İKP MK-nın 

Baş katibiylə görüşə çağırdılar. O, özü bu həyati  əhəmiyyətli görüşü 

belə xatırlayır: 

“Kremldə Brejnevin iş otağına dəvət olundum. Leonid İliç məni 

xoş təbəssümlə qarşıladı. Aramızda belə bir söhbət oldu: 

- Yoldaş  Əliyev, biz qərara gəlmişik ki, sizin namizədliyinizi 

Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə  təqdim edək. Bunu 

özüm üçün böyük şərəf hesab edərəm, yoldaş Brejnev, amma mən bu 

vəzifəni istəmirəm. 



 

99

 - 



Necə 

yəni istəmirəm? Brejnev artıq dostyana 

“sən”müraciətinə keçdi. Biz sənə belə bir mühüm vəzifəni etibar 

edirik. 


- Respublika 

Kommunist 

Partiyası Mərkəzi Komitəsinin 

birinci katibi olmaq ağır işdir. Buna görə də istəmirəm. 

Amma Leonid İliç mənim etirazlarıma məhəl qoymadı. Aydın oldu 

ki, o, özü-özlüyündə artıq qərar qəbul edib. Siyasi Büroda da mənim 

namizədliyim müzakirə edilərək yekdil qərara gəlinib ki, indiki halda 

respublikanın rəhbərliyinə yalnız Əliyev məqsədəuyğundur”. 

Bu sətirlər Kremldəki həmin söhbətdən uzun illər ötəndən sonra 

qələmə alınıb. O günləri xatırlayan Əliyev qeyd edirdi: “Mənim DTK-

dakı  fəaliyyətimin üstünlüyü şəxsi işimin təmizliyi, qazandığım 

etimad və azərbaycanlıların hörməti idi. Mən elə düşünürdüm...” 

Moskva öz seçimini etdi. Bakı  da  bu  seçimi  razılıqla qəbul 

etmişdi. Lakin hansı qeyd-şərtlərlə? İşdən gedən birinci katibin - V. Y. 

Axundovun öz varisinə verdiyi qiymətə nəzər salmaq məncə maraqlı 

olar: 


“Yoldaş Əliyev Azərbaycan KP MK-nın birinci katibi olmaq üçün 

bütün siyasi və  işgüzar keyfıyyətlərə malikdir. O, kifayət qədər 

savadlı, erudisiyalıdır, qısa zaman ərzində böyük həcmli işlərə 

öyrəşmək üçün yetərincə hazırlıqlıdır. Bir kommunist kimi saf əqidəli, 

obyektivdir. Bütün bunlarsa onun kadrlara düzgün və obyektiv 

yanaşmasına imkan verəcək.  İndiki vəziyyəti və keçmişimizi nəzərə 

alsaq, deyə bilərik ki, kadr məsələləri Azərbaycanda  ən  əhəmiyyətli 

məsələdir. Biz Heydər  Əliyevi təmiz, saf əqidəli kommunist kimi 

tanıyırıq” (Azərbaycan Respublikası Siyasi Partiyalarının və 

Hərəkatlarının Mərkəzi Dövlət Arxivi F.l Q 56. İş 4. s. 5). 

Heydər Əliyev isə birinci katib seçilən kimi ilk olaraq bunları dedi: 

“Mənə  təzəcə tapşırılan bu vəzifənin bütün məsuliyyətini dərk 

edirəm. Qarşıma qoyulan öhdəliklərin çətinliyini, ağırlığını anlayıram 

və var qüvvəmlə çalışacağam ki, mənə göstərilən etimadı doğruldum. 

Bu işlərin öhdəsindən layiqincə gəlməkçün ilk olaraq Azərbaycan KP 

MK-nın bütün heyətinin, büro üzvlərinin, partiya, sovet və təsərrüfata 

rəhbərlik edən bütün işçilərin və xalqın köməyinə ümid bağlayıram. 

Mənə 


 

 

100


elə  gəlir ki, bizim gələcək uğurlarımızın rəhni yalnız aktiv, birgə 

zəhtnət ola bilər” (yenə orada F.l. Q.56. İş 4. s.16). 

Əliyevin birinci katib seçilməsi həm respublikada, həm də onun 

hüdudlarından kənarda, SSRİ-də və xaricdə böyük əks-səda doğurdu. 

Praqa hadisələrindən bir il ötürdü, sovet tankları “Praqa baharı”nın 

qısa tarixinə nöqtə qoymuşdu. Kreml ideoloqları bütün xətlər üzrə 

qaykaları möhkəmlətməklə  məşğul idi və DTK sədrinin yüksək 

partiya ierarxiyasının başına gətirlməsi hamı üçün - partiya və liberal 

kadrlar üçün bir siqnal idi. 

O vaxtdan bəri Heydər Əliyev dəfələrlə zarafatca qeyd etmişdi ki, 

onun şəxsi təqvimində də Bastiliyanın ahnması günü var. Əlbəttə ki, 

1789-cu il Paris hadisələriylə analogiya şərtidir. Bizim hekayətimizin 

qəhrəmanı hakimiyyət qalalarmı hücumla almayıb. Yeni vəzifə ( və 

yeni, daha masştablı  məsuliyyət) onun etdiklərinin və edə 

biləcəklərinin etirafı kimi həmişə özü onun ayağına gəlib. Hamı əmin 

olub ki, təbiətən istedadlı olan bu adam daha böyük miqyaslı  işlər 

görməyə qadirdir. Leonid İliçlə görüşü və respublikanın rəhbəri 

seçilməsiylə bağlı xatirələrini Heydər  Əliyev belə bitirir: 

“Taleyimdəki bu dəyişiklik mənə öz xalqıma, millətimə daha çox, 

daha yaxşı xidmət göstərməyim üçün şərait yaratdı”. 

Əliyevin Leonid İliçin yanından çıxdıqdan sonra görüşdüyü ilk 

adam Filipp Denisoviç Bobkov oldu. Üstündən neçə onillər ötsə də o 

görüş bütün detallarına qədər indiyədək general Bobkovun 

xatirindədir. 

“Qəfildən xəbərdarlıqsız-fılansız  Əliyev mənim yanıma gəldi.  İlk 

baxışdan görünürdü ki, yaman həyəcanlıdır. 

- Filipp Denisoviç, sizinlə  məsləhətləşmək istəyirəm. Olarmı ki, 

tapşırasnız, heç kim bizə mane olmasın.  Əlbəttə, mən razılaşıb 

telefonları söndürdüm. 

Heydər Brejnevin yanından indicə gəldiyini bildirdi: “Məni 

respublikanın rəhbəri seçmək istəyirlər. Gəldim ki, səninlə da-

nışım, məsləhətləşim. Orqanlardan çıxıb getmək istəmirəm, hərçənd 

ki, artıq razılıq vermişəm”. 

Elə bu vaxt daxili telefonla SSRİ DTK-snın sədr müavini Semyon 

Kuzmiç Sviqun ənənə zəng vurdu. 

- Mənə bax, Filipp Denisoviç, Heydər Əliyevi görməmi- 

sən? 


 

101


- Nə olub ki? 

- Qapıdan mənə dedilər ki, komitənin binasına daxil olub. 

Amma heç yerdə tapa bilmirəm. 

Heydər əlini yellətdi ki, mənim burda olduğumu demə. 

- Görsəm deyərəm ki, sizin yanınıza getsin. 

Sonra biz ikilikdə söhbətimizi davam etdirdik. 

Əlbəttə  ki,  mən, - deyə  Əliyev  daxili  narahatlığnı 



bölüşməyə başladı, - Brejnevin təklifındən imtina edə bilməz- 

dim. Bu, böyük etimaddır. O, ilk olaraq hansı mühüm sahələr- 

lə məşğul olmağı, respublikanın geriliyini aradan qaldırmaq 

üçün cəmiyyətimizi yeyib-dağıdan korrupsiya ilə mütləq ciddi 

mübarizə aparmağın gərəkli olduğunu bildirdi”. 

 

“Söyləyin, o, təmiz adamdırmı?” 

 

Onlar bir də neçə il sonra Bakıda görüşdülər. Bobkov soruşdu: 



- Rüşvətxorluğa qalib gələ bildinmi? 

Heydər Əliyev cavab verdi: 

- Hələlik ona təminat verə bilərəm ki, Azərbaycan MK-da 

heç kim rüşvət almır. 

Bəs Sov, İKP MK-da? Sadəlövh sualdır. Elə həmin Bobkov «DTK 

və hakimiyyət» kitabında yazır: “Brejnevə  ağlasığmaz bahalı 

hədiyyələr verirdilər; məsələn  əziz Leonid İliçə Gürcüstanda qızıl 

samovar vermişdilər. Özbəkistanda respublikanın birinci katibi Şərəf 

Rəşidov Sov. İKP MK-nın Siyasi Bürosunun üzvü Kirilenkoya xanımı 

və  qızı üçün məxsusi aşılanmış qaragül dərisindən kürklər hədiyyə 

etmişdi”. 

Hamı, daha doğrusu, demək olar ki, hamı rüşvət alırdı. SSRİ DTK-

sının sədr müavini kimi informasiyalı bir adamın dediyinə görə, 

almayan cəmi bir neçə adam vardı: A.N.Kosıgin, Y.N. 

Andropov...Onların da ətrafına təmiz, düzgün əxlaqlı  təşkilatçı 

adamlar toplaşmışdı. Respublikalarda da belələri az deyildi. 

Ukraynada Vladimir Vasilyeviç Şerbitski, Aleksandr Pavloviç 

Lyaşko, Belorusiyada Pyotr Mironoviç Maşerov, Azərbaycanda 

Heydər  Əliyev, Sverdlovskda Nikolay İvanoviç Rıjkov, Krasnoyar 

vilayətində Vladimir İvanoviç Dolgix, 

 

 

 



 

 


 

102


Saratovda Vladimir Kuzmiç Qusev kimiləri yeni formasiyaya 

məxsus partiya və dövlət xadimləriydilər. Onlar xalqa xidmət etməyi 

adi öhdəçilik kimi boş bir şey yox, həqiqətən yüksək ideal hesab 

edirdilər. 

Azərbaycana rəhbərlik etməyə başlayanda Heydər  Əliyev, demək 

olar ki, respublikanın kadr korpusunu artıq yaxşı tanıyırdı. Kimləri 

vəzifədən uzaqlaşdırmağın lazım gəldiyini, hansı sahələri 

möhkəmlədəcəyini  əvvəllcədən bilirdi. Vəzifəyə  təyin etmək üçün 

yeni kadrı ona təqdim edəndə  ən birinci sual bu olurdu: “Deyin 

görüm, o, düzgün, təmiz adamdırmı?” Yalnız bundan sonra təqdim 

olunan kadrın ixtisas göstəriciləri, insanlarla işləmək bacarığı  və 

savadı ilə maraqlanırdı. 

Onun üçün namizədin təmiz adam olması  əsas idi. Əks halda 

rüşvətxorluq halqasnı  qırmaq qeyri-mümkün idi. Azərbaycanda 

altmışıncı illər üçün tipik olan bir hadisə: sovxoz direktorunu 

rüşvətxorluq üstündə işdən çıxarırlar. Elə o saat da başqa bir rayonda 

eyni vəzifəyə  təyin edirlər. Kommunist Ramiz Tahir oğlu Tahirov 

Mərkəzi Komitəyə yazır: 

“Xahiş edirəm ki, mənim bu kiçik məktubumu diqqətlə 

oxuyasınız. Məncə, fikirlərim bizim xalqımız, dövlətimiz, partiyamız 

üçün çox vacibdir...” Laqeyd olmağı bacarmayan bu adam məhv 

edilmiş üzüm, ərik bağları haqqında, hər il 20-30 hektar sahəyə qarpız 

əkib pulunu öz cibinə qoyan işbazlar barədə ürək ağrısı ilə yazırdı. O 

bildirirdi ki, bu, dövləti və xalqı aldatmaqdan başqa bir şey deyil. 

Başqa bir rayonda kolxozçular dələduzluqda ad çıxarmış bir 

kolxoz sədrini qəbul etməkdən qəti imtina etmişdilər. Rayon partiya 

komitəsinin katibi keçirilən iclasa milis çağırmışdı. Kolxozçular isə 

qışqıraraq ona cavab vermişdilər: “Biz qəzet, jurnal oxuyuruq. İndi 

ayrı zamandır, daha hədə - qorxu ilə, milisin təzyiqi ilə kolxoz sədri 

seçmirlər...” Səfəvilər dövründə (XVI əsr) valini soruşanda deyirdilər: 

“Sizin vilayəti kim yeyir?” Bəli, idarə edir yox, məhz yeyir.... 

Lakin MK-nın birinci katibi Heydər  Əliyev tamam başqa cür 

düşünürdü. Onun fikrincə, partiya işinə perspektivli, gənc, enerjili, 

professional cəhətdən yaxşı hazırlığı olan və təmiz adamlar lazım idi. 



 

103


Rayonlara rəhbər təyin edəndə KP MK-nın birinci katibinin ilk 

məsləhəti belə olurdu: - Nəzərə alın ki, hamı raykomun katibinə baxır. 

Onun necə danışmağı, necə oturub-durmağı, hətta maşına  əyləşməyi 

həmişə diqqət mərkəzində olur. Raykom katibi vəzifəsində olsanız da, 

özünüzü partiya çinovniki kimi yox, sadə adam kimi aparın. 

O vaxt Bakıda on rayon, deməli on rayon partiya komitəsinin I 

katibi (raykom) vardı. Sonralar Heydər  Əliyevə irad tuturdular ki, 

guya, o, yalnız öz naxçıvanlılarını irəli çəkir. Lakin Baknın raykom 

katibləri arasında bir nəfər də olsun naxçıvanlı yox idi. Məsəlçün 

Oktyabr (indiki Yasamal) rayonuna bakılı, Qaradağ rayonuna 

milliyyətcə rus, Kirov rayonuna isə erməni rəhbərlik edirdi. Daha bir 

kadrı  Şamaxıdan dəvət etmişdilər. Yox, burada qohumbazlıqdan 

söhbət gedə bilməzdi. Onların hər biri özlərini elmdə, istehsalatda 

təsdiq etmiş, cəmiyyətdə nüfuz qazanmış insanlar idi. 

Təmizliyinə  əmin olduğu kadrlar barədə yazılan anonim 

məktublara da Heydər  Əliyev heç vaxt ciddi əhəmiyyət vermirdi. 

Yəqin ki, özü də yuxarılardan özünə qarşı eyni münasibəti gözləyirdi. 

Lakin Moskvada işlədiyi müddət ərzində MK-ya və Nazirlər Sovetinə 

onun haqqında anonim məktublar gələndə bircə Nikolay İvanoviç 

Rıjkov bu məktublara yox, Heydər Əliyevin özünə inanmışdı. 

 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə