Hər şeyi kadrlar həll edir
Siyasətçi, dövlət adamı və ya ictimai xadim, təsərrüfatçı vəzifə
pillələriylə nə qədər yuxarı qalxırsa, o qədər tez-tez kadrlarla bağh
qərarlar qəbul etməli olur. Bu böyük oyunda səhv addımlar da istisna
deyil. Bu səhvlərdən nə prezidentlər, nə imperatorlar, nə də baş
katiblər sığortalanıblar. Kadr siyasəti barədə professorlar, alimlər
çoxsaylı kitablar yazıblar, ağıllı məsləhətlər veriblər. Amma insanın
şüuru belə qurulub: o çox vaxt yalnız şəxsən tanıdığı adamlara etibar
edir. Məhz bu səbəbdən Brejnevin vaxtmda onunla şəxsən işləmiş
Dnepropetrovsk kadrları, Yeltsinin vaxtında Ural kadrları, Putinin
vaxtında Peterburq kadrları Moskvaya dəvət olunur, irəli çəkilirdilər.
104
Respublikaya rəhbərlik etməyə başlayan Heydər Əliyev də əsasən
öz çekist kolleqalarına bel bağlayırdı. MK-nın büro üzvləri və öz
katibləriylə kadr məsələlərini müzakirə edəndə, o, DTK-nın əks-
kəşfıyyat idarəsinin rəis müavini Ziya Məmməd oğlu Yusifzadəni
MK-nın inzibati orqanlar şöbəsinə müdir təklif etmişdi. Heydər
Əliyev Ziya Yusifzadənin insani və işgüzar keyfiyyətlərini hələ
komitədə həmkar olduğu vaxtlarda qiymətləndirə bilmişdi. Əmin idi
ki, o, respublikanın bütün hüquq-mühafızə orqanlarının tabe olduğu
MK-nın inzi-bati orqanlar şöbəsinin işinin öhdəsindən uğurla gələcək.
Belə-liklə, MK-nın üzvlüyünə namizədlərin sırasına Ziya Yusifza-
dənin adı da əlavə olundu. DTK-da işlədiyi müddətdə o, ali partiya
rəhbərliyinə daxil deyildi, buna görə də MK-nın üzvlüyünə
namizədliyi onun karyerasmda bir yüksəliş kimi qiymətləndirilirdi.
Hamı zəng vurub onu təbrik edirdi.
Bir-iki gün gözlədikdən sonra Ziya birinci katibə zəng vurdu:
Heydər Əliyeviç, məni nəyə görə MK üzvlüyünə namizəd
seçdilər? Zənglərin əlindən işləmək olmur.
Cavab qısa oldu:
- Bir azdan biləcəksən.
İki gün sonra Heydər Əliyev onu öz kabinetinə çağırıb yeni
vəzifəyə təyin olunması barədə məlumat vermişdi. Birinci katib əmin
idi ki, Ziya Yusifzadə razılıq verəcək. Amma Ziya öz karyerasınm
istiqamətinin dəyişəcəyini görüb az qala yalvarmağa başladı.
Xatırlatdı ki, təhlükəsizlik orqanlarında işə başlamazdan əvvəl də
xeyli düşünmüşdü, axırda özünü bu sənətə həsr etmək qərarına
gəlmişdi.
- İndi-indi bu işə alışıram, sizə məlum olan əməliyyatları aparıram.
Yenidən fəaliyyət sahəsini dəyişib, bilmədiyim işdən yapışmaq məni
qorxudur. Heydər Əliyev keçmiş həmkarına baxıb deyir:
- Maraqlıdır.
Həqiqətən də maraqlı situasiya yaranırdı. Ziya Yusifzadənin MK-
nın üzvlüyünə namizəd seçilməsiylə bağlı birinci katibin təklifini
katiblik dəstəkləmişdi. Bəs indi onun nüfuzu necə olsun? Bəs partiya
intizamı? Əliyevi başqalarnın söhbətlərindən tanıyan adamlar elə
hesab edirdilər ki, o, öz qərarlarını dəyişməyi xoşlamır və onunla bu
xüsusda mübahisə
105
etməmək daha məsləhətdir. Əlbəttə, bu fikir tam elə deyil və Ziya
Yusifzadənin təyinatımn baş tutmaması heç də yeganə fakt deyil,
amma hər halda bunun özü də sübut edir ki, həmsöhbətinin
arqumentləri inandırıcı, həqiqətə uyğun olarsa, Heydər Əliyev öz
qərarını dəyişə bilərdi. Bəs onun nüfuzuna xələl gəlmədimi? Partiya
inzibatçılarnın başqa səbəb olmayanda istinad etdikləri partiya
intizamı pozulmadımı? Ritorik suallardır.
- Yaxşı, deyə Heydər Əliyev Yusifzadənin işi olan qovluğu kənara
itələdi, - bəs indi neyləyək? Özün bilirsən ki, burada təmiz, düzgün
adamlara necə böyük ehtiyac var. Başa düşürəm. Ona görə də bu
vəzifəyə başqa bir ləyaqətli insanı seçməyinizi xahiş edirəm.
Yusifzadə DTK-da fəaliyyətini davam etdirdi, böyük intellektual
potensialnı əks-kəşfiyyat və kəşfıyyat işlərinə sərf etdi və general-
leytenant rütbəsinə qədər yüksəldi.
Sələfı Heydər Əliyevlə söhbətində “bizim bütün kadrlara eyni
münasibət göstərməyin” vacibliyini demişdi. Prinsipcə belə olmalıdır,
nə demək olar. Yəni obyektiv ol, insanları işə olan düzgün
münasibətinə görə qiymətləndir. Daha keçmiş hakimiyyətə şəxsi
sədaqətə görə yox.
Yeni birinci katib tezliklə hiss etdirdi ki, “bizim bütün
kadrlarımıza eyni münasibət” mümkün olmayacaq və partiya
komitələrinin, nazirlik və təşkilatların, ali məktəblərin rəhbərliyində
rüşvətxorlara, dələduzlara, işbazlara yer qalmayacaq. Daxili İşlər
Nazirliyinə professional kəşfıyyatçı, büllur kimi təmiz insan olan Arif
Heydərov rəhbərlik etməyə başladı. Əlbəttə, kəşfiyyat öz istedadlı,
bacarıqlı kadrından məhrum olmaq istəmirdi, amma Andropov kömək
etdi, Arif Heydərovu Türkiyədən geri çağırıb daxili işlər naziri təyin
etdilər.
Biz arxivdə Azərbaycan KP MK-nın baxdığı onlarla işi və-
rəqləmişik. Belə görünür ki, vəzifəsindən, rütbəsindən asılı ol-
mayaraq, hamıya eyni tələbkarlıqla yanaşılıb. SSRİ DTK-sının sədr
müavini İqor Sinitsinin fıkrinə görə, Heydər Əliyev korrupsiyaya
nifrətinə və bir çox işgüzar keyfıyyətlərinə görə Yuri Vladimiroviç
Andropova çox bənzəyirdi.
106
Bəzi faktlara nəzər salaq:
“Bizə göndərilən faktlara və məktublara əsasən müəyyən
edilmişdir ki, Azərbaycan KP MK-nın Partiya Təşkilatı Koınitəsinin
sədr müavini C.N. Bağırov özünü kommunist və partiya işçisi kimi
gözdən salan bəzi nalayiq hərəkətlərə yol vermişdir. Bağırov
məvacibinə uyğun həyat tərzi keçirməmiş və bunları ört-basdır etmək
üçün bir çox dələduz hərəkətlərə yol vermişdir. Belə ki, o, bahalı
avtomobil, bağ sahəsi almış və orada böyük malikanə, qaraj və hovuz
tikdirmişdir. İstifadə edilmiş tikinti materiallarımn əksəriyyəti də
sənədsizdir.
Kommunistə və partiya işçisinə yaraşmayan hərəkətlərinə, mənəvi
pozğunluğuna, öz vəzifə səlahiyyətlərindən şəxsi məqsədləri üçün
istifadə etdiyinə görə Bağırov Camal Nəsrəddin oğlu (1961-ci ildən
partiya üzvü. Partiya biletinin nömrəsi - 02800043) Azərbaycan KP
MK-nın şöbə müdiri vəzifəsindən azad edilsin və partiya sıralarından
kənarlaşdırılsın.
Şamaxı rayonunda Pedaqoji Texnikumda kütləvi rüşvətxorluq,
bundan əlavə ayrı-ayrı vəzifəli şəxslərin dövlət əmlakını mənimsəməsi
hallarnın üstü açılmışdır. Azərbaycan KP MK-sı Şamaxı Rayon
Partiya Komitəsinin katibi S.A.Sayılov yoldaşı vəzifəsindən azad
etmiş və Rayon Partiya Komitəsində kompleks yoxlama tədbirləri
apararaq, raykom katibinin “partiya məsuliyyətiylə bağlı məsələyə
baxılması barədə sərəncam vermişdir”.
Eyni hallar Kirovabad və Xaçmaz rayon partiya komitələri üzrə,
Respublika Tikinti və Tikinti Materialları Sənayesi İşçilərinin
Həmkarlar İttifaqı Komitəsi, M.Əliyev adına Azərbaycan Dövlət
İncəsənət
İnstitutu, Respublika Prokurorluğu üzrə
də
müəyyənləşdirilmişdir. Azərbaycan KP MK-nın birinci katibi inanırdı
ki, rüşvətxorluq və korrupsiya ilə yalnız bu cür açıq mübarizə
aparmaq lazımdır. Hərçənd ki, belə açıq mübarizəyə görə o,
Moskvanın və digər respublikalardakı həmkarlarnın müəyyən təzyiqi
ilə də üzləşməli olurdu. Heydər Əliyev özü bu barədə belə deyirdi:
Yadımdadır, 1975-ci ildə biz bir raykom katibini işdən azad edib,
partiyadan çıxarıb, işini hüquq-mühafızə orqanlarına vermişdik və bu
məsələylə bağlı bütün materialları respublika qəzetlərinin birində çox
geniş şəkildə dərc etdirmişdik. Həmin ərəfədə mənimlə görüşən qonşu
respublikalardan birinin Mər
107
kəzi Komitəsinin birinci katibi soruşdu ki, niyə belə edirsiniz? Bu
yaxınlarda bir çox rayon partiya komitələrinin katibləri mənim yanıma
gəlmişdilər. Onlar deyirdilər ki, Əliyev belə etməklə ümumilikdə
raykom institutunu gözdən salır. Mən ondan soruşdum ki, sizin
özünüz bu fıkirlə razısınız? O dedi ki, razı deyiləm. Amma belə
məsələləri ictimaiyyətə çatdırmağın da tərəfdarı deyiləm.
Mənsə cavab verdim ki, ikisini, üçünü, beşini cəzalandırıb, bunu
bütün respublikanın nəzərinə çatdırıram ki, digərləri ibrət götürsünlər,
belə neqativ addımlar atmaqdan çəkinsinlər (11 mart 2001, Bakı,
Skandinaviya və Rusiya jurnalistlərinə verdiyi müsahibədən).
.. .Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqına (ÜİLKGİ)
ikinci katibi olan Boris Pastuxovun Heydər Əliyevlə tanışlığı da sözü
gedən 1970-ci illərə təsadüf edir. Boris Nikolayeviç Bakıya,
Azərbaycan komsomolçularının qurultayına gəlmişdi. Heydər
Əliyevin partiya rəhbəri kimi fəaliyyətini yüksək qiymətləndirən
Pastuxov, onun gənclərə böyük qayğı ilə yanaşdığını xüsusi qeyd edir.
Əliyev gənclərlə yaxından məşğul olmaq çağırışını ilk növbədə
özünə ünvanlayırdı. Respublikanın ilk Lenin təqaüdçü gənclərinin və
Moskvaya göndərilən bacarıqlı tələbələrin sırasında istedadlı
riyaziyyatçı Fatma Abdullazadə də vardı.
İndi riyaziyyat elmləri doktoru olan Fatma xanım da, Prezidentin
özü də bunu unutmamışdı.
Boris Pastuxov xatırlayır:
- Biz Azərbaycan komsomolçularnın qurultayında kosmonavt
Patsayevlə birgə iştirak edirdik. Sonralar o, Dobrovolski və Volkovla
birgə uçuş zamanı həlak oldu. Mənə ən maraqlı gələn isə o idi ki,
Heydər Əliyev bu kosmonavtla ünsiyyətə böyük maraq göstərir, onu
həmişə qeyri-formal şəraitdə kosmonavtika barədə sorğu-suala
çəkirdi. Mən ilk dəfə o vaxt başa düşdüm ki, bu insan hər şeylə
maraqlanır, onda zərrə qədər də tənbəllik yoxdur.
108
Yerinə yetirilmiş borc
1971-ci il martın 30-da Moskvada Sov. İKP-nin XXIV qurultayı
açıldı. Aprelin biri, səhər iclasında Heydər Əliyev çıxış edir. O, ilk
dəfədir ki, qurultaym tribunasındadır. Özünü çox sərbəst aparır,
kifayət qədər inamlıdır.
O, respublika sənayesinin ümumi inkişafdan geri qalmasının
aradan qaldırılmasından və bir il əvvəl Sov. İKP MK-da, SSRİ
Nazirlər Sovetində qəbul olunmuş “Azərbaycan SSR-də xalq və kənd
təsərrüfatı sahələrinin inkişafına dair tədbirlər planı”nın həyata
keçirilməsindən danışır:
- Bu beşillikdə Azərbaycanda yüzə qədər yeni sənaye
müəssisəsinin tikilib istifadəyə verilməsi planlaşdınlır. Bu,
ötən“beşillik”dəkindən demək olar ki, iki dəfə çoxdur.
Respublikamızda maşınqayırma sənayesinin yeni sahələri yaradılacaq,
neftayırma sənayesi, dəmiryol nəqliyyatı rekonstruksiya ediləcək,
kimya, yeyinti və digər sənaye sahələrinin yüksək sürətləinkişafına
təkan veriləcək.
Beş il sonra isə o, artıq XXV qurultayın tribunasmdan fəxrlə
deyirdi:
- Böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycanın qarşısında
qoyulmuş vəzifələr uğurla həyata keçirilmişdir. İqtisadiyyatın
uzunmüddətli geriləməsi aradan qaldırılmış və onun inkişafında dönüş
yaranmışdır. Uzun illər ərzində ilk dəfədir ki, əsas iqtisadi göstəricilər
üzrə beşillik plan artıqlamasıyla yerinə yetirilmişdir. Azərbaycan xalq
təsərrüfatnın inkişafında əvvəllər görünməyən yüksək göstəricilər əldə
etmişdir.
2000-ci ilin mayında Azərbaycanın Prezidenti Gəncə şəhərinə
gəlmişdi. O, Gil-Torpaq Emalı Birliyinin işçiləriylə də görüşdü. Bu
istehsalat birliyi ilk məhsulunu 1969-cu ildə istehsal etmişdi. Hiss
olunurdu ki, o vaxtkı əlamətdar hadisəni xatırlamaq Heydər Əliyev
üçün nə qədər xoşdur.
Həmin görüşdə Prezident demişdi:
- 1969-cu ildə mən respublikanın rəhbəri seçilmişdim. O vaxt bu
kombinat yarımçıq vəziyyətdəydi. Tikinti-montaj işləri başa
çatdmlmamışdı, bəzi sexlər isə hələ heç tikilməmişdi. Bununla
bərabər, kombinat işə başlamışdı. O vaxtlar kombinatın vəziyyəti,
tikintinin gedişatı, demək olar ki, hər gün müza
109
kirə olunmurdu. Proseslər çətinliklə gedirdi. Yaxşı ki, indi burada çox
yüksək ixtisash kollektiv formalaşdırılıb; mühəndislər, texniklər...
Amma o vaxt belə deyildi. İstehsalatm qaydaya salınması üçün kadrlar
az idi. Kadrların çoxunu Rusiyadan və SSRİ-nin başqa vilayətlərindən
dəvət edirdik.
Maraqlıdır ki, otuz il keçməsinə baxmayaraq, Heydər Əliyev
kombinatın o vaxtkı direktorunun soyadını da xatırladı: Yamov.
Xülasə, zavod istifadəyə verildi, lakin bundan sonra ortaya elə
problemlər çıxdı ki, layihələşdirilən zaman onları unutmuşdular: əgər
unutmamışdılarsa da, müəyyən qədər maddi vəsaitə qənaət etmək
üçün bu problemləri nəzərə almamışdılar. Çünki təmizləyici qurğulara
o vaxt bir o qədər də əhəmiyyət verən yox idi. Zavod işə düşdükdən
sonra bütün şəhər, ilk növbədə isə Nizami Gəncəvinin yaxınlıqda
yerləşən məqbərəsi toz dumanına bürünməyə başladı. İlk olaraq
mədəniyyət və incəsənət xadimləri həyəcan siqnalı verdilər.
Mütəfəkkirin bu fikirlərini xatırlatdılar:
Bu ana torpağa baş əysən əgər,
Onun hər qanşı sənə verər zər.
- Yadımdadır, - deyə Heydər Əliyev xatırlayırdı, - şair Rəsul Rza,
Süleyman Rüstəm, bəstəkar Qara Qarayev, Fikrət Əmirov və başqa bir
neçə nüfuzlu mədəniyyət xadimi mənə məktubla müraciət etdilər.
Onlar Nizami məqbərəsinin belə acınacaqlı hala düşməsindən
narahatçılıqlarını bildirirdilər. Ziyalılar fıkirləşirdilər ki, əgər burada
belə böyük bir müəssisə tikilibsə, yəqin ki, onu harasa köçürtmək
mümkün olmaz, elə isə Nizaminin məqbərəsi bir başqa yerə
köçürülsün, yoxsa tamamilə bərbad vəziyyətə düşəcək. Dəqiq
yadımdadır, qarşıma iki çıxış yolu qoyulmuşdu: ya kombitıatı
dayandırmaq, ya da məqbərəni başqa yerə köçürtmək. Bu cür
kombinatları hər il tikmək mümkündür, amma Nizami bizim üçün elə
qiymətli xəzinədir ki, onu heç nə ilə müqayisə etmək olmaz. Buna
görə də məqbərənin yerinin dəyişdirilməsi bizimçün mənəvi cəhətdən
də çox ağır idi və biz heç vaxt bu addımı ata bilməzdik.
Yerində bu məsələni həll etmək mümkün olmadı. MK-nın birinci
katibi kömək üçün Moskvaya müraciət etdi. Onu pay-
110
taxtda SSRİ Nazirlər Sovetinin sədri Aleksey Nİkolayeviç Kosıgin
qəbul etdi və birbaşa dedi:
- Əgər hər hansı bir işi başlamısımzsa, yanmçıq saxlamayın, başa
vurun. Yoxsa hər dəfə gəlib şikayət edirsiniz ki, oranı toz basdı,
buraya duman gəldi...
Kosıgin Əliyevə Kirovabad kombinatıyla bağlı hadisəni danışdı.
...50-ci illərin əvvəllərində Azərbaycan KP MK-nın birinci katibi
Mircəfər Bağırov Moskvaya, İosif Vissarionoviç Stalinin yanına gəlib
Daşkəsəndon gətirdiyi alunit nümunələrini ona göstərir və böyük
qürurla qeyd edir ki, bu mineraldan qlinozem - gil-torpaq alınır. Gil-
torpaq olmadan isə hamıya məlumdur ki, alüminium - qanadlı metal
istehsal etmək mümkün deyil. Dünya praktikasında qlinozemi adətən
boksitlərdən əldə edirlər. SSRİ-də isə boksitlər çatışmadığmdan xarici
ölkələrdən idxal edilirdi.
Bir sözlə, Stalin Bağrovun Azərbaycanda strateji cəhətdən vacib
olan gil-torpaq istehsal edən müəssisənin yaradılması təklifini qəbul
edir və o vaxt Nazirlər Soveti üzrə köməkçisi olan Kosıginə bu məsələ
ilə məşğul olmağı tapşırır.
- Mən də məşğul olmağa başladım, - deyə Kosıgin sözünə
davam edir. - Layihələr hazırlandı, oraya mütəxəssislər gön-
dərildi, indi isə siz mənim yanıma hər dəfə bir şikayətlə gəlir-
siniz.
O uzaq illərdəki görüşünü yadına salan Prezident tez-tez özünə
sual verirdi ki, görəsən mən səhv etməmişəm ki?
- Yox, səhv etməmişəm. Çünki alunit həqiqətən də təbiətin bizə
bəxş etdiyi əhəmiyyətli bir sərvətdir və biz ondan istifadə etməliyik.
Lakin elə yüksək səviyyəli texnologiyalardan istifadə etməliyik ki,
istədiyimiz xammalı əldə etməklə bərabər, ətraf mühiti də
zəhərləməyək.
MK-nın birinci katibinin göstərişiylə respublikanın görkəmli
alimlərindən və mütəxəssislərindən ibarət nüfuzlu bir komissiya
yaradılır. Beləliklə, Azərbaycan
ədəbiyyatının korifeyini
yaxınlığındakı yeni sənaye nəhəngi ilə “barış-dırmaq” mümkün oldu.
İndi Gəncədən çıxarılan gil-torpaq emal edilmək üçün Rusiyaya və
Tacikistana aparılır. Müəssisənin gözəl perspektivləri var, həm də
respublika üçün əhəmiyyətli olan yeni iş yerlərinin açılması deməkdir.
111
2000-ci ilin həmin may günlərində Heydər Əliyev Cihazqayırma
İstehsalat Birliyində də oldu. Burada başqa sənaye məhsullarıyla
yanaşı, soyuq və isti su sayğacları da istehsal olunurdu. Yenə də
Heydər Əliyev 70-ci illəri xatırladı:
- 1975-ci ildə biz Azərbaycanın cihazqayırma sənayesinin inkişafı
üçün çox əhəmiyyətli olan bir qərar qəbul etdik. Əslinə qalanda, bu
qərar bizim yox, Sov. İKP MK-nın və SSRİ Nazirlər Sovetinin
qərarıydı, bizsə bu qərara uyğun olaraq, Azərbaycanda bir çox
cihazqayırma müəssisələri yaratdıq. Həmin qərarın fəaliyyət planında
bu zavodun inkişafı da nəzərdə tutulmuşdu... Zavodun böyük gələcəyi
var. Bu, məni çox sevindirir, çünki vaxtilə mən bu zavodun tikilməsi
və moderaləşdirilməsi üçün çox işlər gönnüşdüm. Bu gün bir daha
əmin oluram ki, zəhmətim hədər getməyib, indi öz bəhrəsini verir. Bu
zavodun məhsulları həm Azərbaycana, həm də xarici bazara çox
lazımdır.
İndi bir çoxları sovet dövrünü yalnız qara rənglərlə təsvir edir.
Yadımdadır ki, 1990-cı ildə Moskvada Sadovoye Koltso ətrafına
yığılmış nümayişçilər “73” rəqəmini transparanta yazıb üstündən də
qırmızı xətt çəkmişdilər. 73 rəqəmi sovet hakimiyyətinin rəmzi kimi
yazılmışdı.
Amma tezliklə bu adamlar ayıldılar. Ölkədə elmi-tədqiqat
institutları bağlandı, elmi işçilər, elmlər namizədləri, doktorlar ixtisara
salındı. Elə bil ki, bu adamlara bazar iqtisadiyyatında öz yerlərini
göstərirdilər - buyurun, gedin metro stansiyalarında siqaret, saqqız
satın, pal-paltar alveriylə məşğul olun....
Heydər Əliyev heç vaxt öz keçmişindən imtina etməyib.
Azərbaycanın yetmiş illik sovet tarixini qiymətləndirərkən, o, inamla
deyirdi: “Bu illərdə Azərbaycanın maarifi, təhsili, mədəniyyəti,
iqtisadiyyatı böyük sürətlə inkişaf etmişdi. Azərbaycanın siması
dəyişmişdi, respublikamız möhkəmlənmişdi və Azərbaycanda böyük
intellektual potensial yaradılmışdı”.
Bu, həqiqətən də belədir. Yetmiş illik sovet dövrünün təqribən
beşdə bir hissəsini - on dörd ilini Azərbaycana Heydər Əliyev
rəhbərlik etmişdir. O, iqtisadiyyatın, elmin böyük sıçrayışla irəli
getməsinə, öz xalqının mənəvi yaddaşmı dirçəltməyə nail olmuşdu.
Söhbətin bu yerində dəqiq statistik məlumatlara nəzər salmaq yerinə
düşər: Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda 1155
kitabxana, 1316 klub, 849 mək-
112
təb, 44 muzey istifadəyə verilmişdi. 1971-ci ildə respublikada Cəmşid
Naxçıvanski adına hərbi təmayüllü ilk internat-məktəbin yaradılması
da onun adıyla bağlıdır. Azərbaycanm görkəmli generalnın adını
daşıyan bu məktəb hal-hazırda hərbi lisey kimi fəaliyyət göstərir. Bu
liseyin əsl hərbi təhsil ocağı kimi formalaş-masına ciddi nəzarət edən
Heydər Əliyev onu müəyyən mənada, öz yetirməsi hesab edirdi.
Əlbəttə ki, bu da uzaq gələcəyə hesablanmış bir addım idi. Heydər
Əliyev hiss edirdi ki, gələcəkdə doğma respublikaya öz hərbi kadrları
lazım ola bilər.
Eyni zamanda, bu addım “azərbaycanlılar yalnız alveri bacarırlar”
deyən bədnam qonşulara inamlı cavab idi. Bəli, azərbaycanlılar
ticarəti yaxşı bacarırlar və bu hörmətli peşə ilə fəxr edirlər, çünki
bəşər yaranandan bəri insanların ticarətsiz yaşaması mümkün deyil.
Amma bununla bərabər, azərbaycanlılar ta qədimdən anda sadiq və
cəsarətli əsgər, məğrur döyüşçü olublar. Təəssüf ki, Rusiyada bir
çoxları bilmirlər ki, hələ iki yüz il əvvəl, Krım müharibəsində rus
qoşunlarının sırasında dörd azərbaycanlı polku da böyük şücaətlə
vuruşmuşdur. Azərbaycanlı döyüşçülər Birinci Dünya müharibəsi və
Böyük Vətən müharibəsi cəbhələrində də özlərini yalnız yaxşı
tərəfdən göstərmişlər. Onlardan yüz iyirmisi Sovet İttifaqı Qəhrəmanı
fəxri adına layiq görülmüşdür.
Mixail Qusman 70-ci illərdə Azərbaycan komsomolunun Mərkəzi
Komitəsində işləmişdir. Sonralar Moskvaya köçmüş, İTAR-TASS
informasiya agentliyində fəaliyyətə başlamışdır. Hal-hazırda dünyanın
ən məşhur agentliklərindən olan İTAR-TASS-ın baş katibinin birinci
müavini vəzifəsində çalışır. Onu da qeyd edək ki, Tver bulvarmda
yerləşən bu binanı TASS-çı veteranlar “Əliyev binası” adlandırırlar,
çünki SSRİ Nazirlər Sovetində işlədiyi vaxt məhz Heydər Əliyevin
sərəncamı ilə burada İTAR- TASS agentliyi üçün yeni bina
tikilməsinə başlanmışdı. Mixail Solomoroviç Qusmanın kabinetində
elə indinin özünə qədər Azərbaycanın böyük xəritəsi asılıb.
- Axı, bu mənim vətənimdir, - Qusman baxışlarını xəritəyə zilləyir, -
mən indi də Azərbaycanda baş verən hadisələri çox diqqətlə izləyirəm.
Bilirsiniz, illər keçəndən sonra insan bir çox hadisələrə tamam başqa
gözlə baxır, o cümlədən də
113
hərbi təmayüllü internat-məktəbin yaranmasına. Azərbaycanlı
uşaqların hərbi xidmətə onsuz da çox həvəsi yox idi. Əlbəttə, o vaxt
heç kimin ağlına da gəlmirdi ki, bir neçə il sonra Qarabağda vuruşmaq
lazım gələcək. Amma Heydər Əliyev bu qərarı qəbul edəndə
fıkirləşmişdi ki, respublikaya ixtisaslı hərbi kadrlar gərəkdir. Bu nə
idi? Uzaqgörənlik? Yaxud o, başa düşürdü ki, müstəqil dövlət bunsuz
yaşaya bilməz? Mənə elə gəlir, o hiss edirdi ki, bu hərbçi kadrlar
gələcəkdə onun xalqına çox lazım olacaq.
Mixail Solomonoviç Qusman qonaqların qabağına qurudulmuş
albalı qoyur, ara-sıra telefon zənglərinə cavab verərək söhbətinə
yekun vurur:
- Əlbəttə, Heydər Əliyev yalnız hərbi kadrların yetişdirilməsiylə
məşğul olmurdu. Mənə elə gəlir ki, o, komsomol komitəsinin
katiblərinin hamısını şəxsən tanıyırdı. İndi menecerlərin, idarəçilərin
yetişdirilməsi barədə çox danışırlar. Sovet İttifaqında bu funksiyanı,
dövlət kadrlarnın yetişdirilməsini komsomol yerinə yetirirdi. Məhz
buna görə KP MK-nın birinci katibi komsomol komitələrinin
liderlərinə, onlann fəaliyyətinə xüsusi diqqət yetirirdi. Təəssüf ki, biz
bu təcrübəni keçmiş dövrdən indiki zamana gətirə bilmədik.
1975-ci ilin oktyabrında Bakıda sovet ədəbiyyatı günləri
keçirilirdi. Azərbaycanın paytaxtına SSRİ-nin ən tanmmış şair və
yazıçıları gəlmişdilər. Onlar oxucularla görüşlər keçirmiş, müxtəlif
tədbirlər təşkil etmiş və ən sonda Səməd Vurğunun ev-muzeyinin
açılış mərasimində iştirak etmişdilər. Səməd Vurğunun şeirlərini
Heydər Əliyev gənclik dövründən çox sevirdi.
MK-nın birinci katibinin təşəbbüsüylə 1982-ci il martın 23-də
Azərbaycanın başqa bir görkəmli ədibinin - Cəfər Cabbarlının da ev-
muzeyi açıldı. Bir qədər əwəl isə Şuşada olan Heydər Əliyev böyük
Azərbaycan şairi Molla Pənah Vaqifın məqbərəsinin açılışında da
iştirak etmiş, çox təsirli bir nitq söyləmişdi.
Görəsən, o vaxt kimsə təsəvvür edirdimi ki, on ildən sonra erməni
vəhşiləri Sovet ordusu əsgərlərinin köməyi ilə Azərbaycanın qədim və
müqəddəs şəhəri Şuşanın üzərinə od-alov yağdıracaq və işğalçılar
humanist şairin məqbərəsini yerlə yeksan edəcəklər....
...Respublikaya rəhbərlikdə keçən on dörd il... Maraqlıdır,
görəsən, lider Azərbaycanın inkişafma dair konkret plana malik idi,
yoxsa, öz intuisiyasına inanaraq qarşısına çıxan problemləri addım-
addım dəf edirdi. Fikrimizcə, mübahisə etməyin yeri yoxdur. Yəqin
ki, planlı iqtisadiyyat Azərbaycanın inkişafını da ümumittifaq
kontekstindən ayrı tutmurdu. Altmışıncı illərin sonlarına yaxın
respublika bir çox iqtisadi göstəricilərinə görə İttifaqın inkişafından
114
geri qalırdı. İqtisadiyyatın bir çox sahələrini inkişaf etdirmək, yeni iş
yerləri açmaq lazım gəlirdi. Ən başlıca vəzifə isə neft sənayesini
böhrandan çıxartmaq idi. Altmışıncı illərin sonunda neft hasilatı 1,3
milyon ton, qaz hasilatı isə 659 kubmetr aşağı düşmüşdü.
Neft, qaz və kömür istehsalının vəziyyəti SSRİ Nazirlər Sovetinin
xüsusi olaraq diqqət mərkəzində idi. Energetika məsələlərinə Nazirlər
Sovetinin sədri Kosıgin şəxsən özü baxırdı. Heydər Əliyevm
fəaliyyətinin həmin dövrünə işıq salmaq üçün “Azərbaycan nefti
dünya siyasətində” adlı çox dəyərli kitaba müraciət edəcəyik. Kitabda
qeyd edilir ki, “KP MK-nm birinci katibi Heydər Əliyev neft
sənayesinin geriləməsinin və bu əhəmiyyətli sənaye sahəsindəki
gərginliyin əsl səbəblərini açmağa nail olmuşdu”.
Heydər Əliyevlə bağlı zəngin xatirələri olan Azərbaycan Dövlət
Neft Şirkətinin birinci vitse-prezidenti, tanınmış neftçi-geoloq,
akademik Xoşbəxt Yusifzadə söhbətə bir qədər uzaqdan başladı:
Heydər Əliyevlə ilk tanışlığım 1968-ci ildə oldu. Türkiyənin o
zamankı baş naziri Süleyman Dəmirəl Moskvada keçirdiyi rəsmi
görüş və danışıqlardan sonra Azərbaycana gəlmişdi. O vaxt hörmətli
qonağı Qum adasına müşayət edən rəsmi şəxslərdən biri də
Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin sədri
Heydər Əliyev idi. Tanışlığımız buradan başladı... Azərbaycan KP
MK-nın 1970-ci ilin dekabnnda keçirilmiş plenumu yaxşı yadımdadır.
Bu Heydər Əliyevin MK-nın birinci katibi seçilməsindən sonra
keçirilən ilk plenum idi. Heydər Əliyev plenumdakı məruzəsində ötən
beşillikdə neft sənayesinin işini də dərindən təhlil edərək,
iqtisadiyyatın bu başlıca sahəsində yaranmış geriliyin və gərgin
vəziyyətin
115
əsl səbəblərini göstərdi, görüləcək işlərin konkret proqrammı verdi...
1970-ci ildə Azərbaycanın Neft Sənayesi Nazirliyi ləğv olundu və
onun əvəzində “Xəzərdənizneft” və “Azneft” istehsalat birlikləri
yaradıldı. Məhz Heydər Əliyevin tapşırığı ilə Xoşbəxt Yusifzadə
“Xəzərdənizneft” İstehsalat Birliyinin baş geoloqu vəzifəsinə təyin
olundu. O, yeni birinci katibin o vaxt Azərbaycanın neft sənayesi üçün
gördüyü işləri indi də unutmur:
Respublikaya rəhbərliyə başladığı ilk günlərdən Heydər Əliyev
həm dəniz, həm də quruda neft və qaz hasilatınm ən müxtəlif
problemləri ilə maraqlanır və onların həllinə yardım göstərirdi. Bunun
nəticəsində də dənizdə geoloji-kəşfiyyat işlərinin səmərəliliyi sürətlə
artırdı. Onun respublikaya rəhbərliyinin qısa dövründə səkkiz yeni
neft-qaz yatağı kəşf edildi. Artıq 1975-ci ildə ümumi neft və qaz
hasilatının həcmi 27,1 milyon tona (şərti-yanacaqla) çatdı və 1941-ci
ildəki ən yüksək neft və qaz hasilatı səviyyəsini ötüb keçdi...
Ölkənin fəxri olan bu sənaye sahəsində bəs əvvəllər nələr baş
verirdi? Geoloji kəşfiyyat işləri geriləyir, mövcud resurslar dağıdılır,
istehsalatda qəzaların sayı artırdı. Buruqlar sıradan çıxırdı. Bununla
belə, on il ərzində respublikanın sənayesinə qoyulan maddi vəsaitin
qırx beş faizi neft hasilatı sənayesinə yönəldilirdi. Lakin 1966-cı ildən
başlayaraq neft hasilatı ildən-ilə azalırdı. H. Əliyev respublikanın
rəhbəri təyin olunandan sonra bir çox savadlı mütəxəssislərlə,
istehsalatçılarla, mühəndislərlə, təcrübəli briqadirlərlə məsləhətləşdi.
Ümumi fikir belə idi ki, neft sənayesinin başlıca problemi qazma
işlərinin geriləməsiylə bağlıydı.
1966-70-ci illər ərzində quyuların ümumi qazma həcmi bir milyon
metrə qədər azalmışdı. Qazılan quyuların otuz bir faizi layihədə
nəzərdə tutulan dərinliyə qədər çatdırılmamışdı. İş vaxtının çox hissəsi
qəzaların aradan qaldırılmasına sərf olunurdu. Bu rəqəmləri verərkən
biz yuxarıda adı çəkilən kitaba istinad edirik.
Böyük hazırlıq prosesindən sonra Azərbaycan Kommunist
Partiyasının Mərkəzi Komitəsi neft sənayesi işçilərinin böyük
müşavirəsini keçirdi. Bu, ümumiyyətlə neft və neft hasilatı ilə
116
əlaqədar zəngin təcrübəsi və biliyi olan insanlann toplaşdığı böyük bir
iclas idi. O zaman Heydər Əliyev neft mütəxəssislərinə üzünü tutaraq
demişdi:
- Mühəndis-texniki heyətdən, “Xəzərdənizneft” və “Azər-neft”in
geoloqlarından, hər iki birliyin rəhbər işçiləridən ilk növbədə tələb
olunan odur ki, köhnə yataqlarda istismar şəraitini yaxşılaşdırmaqla,
neft hasilatının sabit səviyyəsini təmin etsinlər, ələlxüsus, mezazoy
qatlarına diqqət yetirsinlər ki, neft və qaz hasilatı artsın. Ələlxüsus da
dənizdə neft və qaz yataqlarının işlənməsinə diqqət yetirmək
lazımdır”.
Heydər Əliyev kabinet məmurlarından deyildi. Düzdür, o, birinci
katib vəzifəsinə uyğun olaraq, iş gününün böyük hissəsini iş stolunun
arxasında oturmalı olurdu. Lakin onu mütəmadi olaraq neft
mədənlərində, neft emalı zavodlarında, həmçinin alimlərin
laboratoriyalarında görmək olurdu. Onun səfərləri qətiyyən diletant bir
məmurun və ya yüksək səviyyəli qonağın gəzintisinə bənzəmirdi. O,
bilmədiyi şeyləri soruşmaqdan da heç vaxt çəkinmirdi. Məşhur alimlər
Azad Mirzəcanzadə, Artur Rəsizadə
*
ilə məsləhətləşir və artıq
həyatdan köçmüş böyük kimyaçı alim, SSRİ Elmlər Akademiyasınm
müxbir üzvü, respublika Elmlər Akademiyasının akademiki Yusif
Heydər oğlu Məmmədəliyevin əsərlərinə müraciət edirdi. Yusif Məm-
mədəliyev kimi insanlar haqqında deyirlər ki, onlar işdə alışıb
yanırlar. Müharibə illərində, o, aviasiya yanacağına yüksək keyfıyyətli
əlavələrin metodikasını işləyib hazırlamış, buna görə Stalin
mükafatına layiq görülmüşdü (sonralar bu mükafatın adı
dəyişdirilərək Dövlət mükafatı adlandırıldı). Onun daha bir kəşfı
“Molotovun kokteyli” adı altında Böyük Vətən müharibəsinin tarixinə
daxil olmuşdu. Faşist tanklarını odlara bürüyən bu maddə qanşığından
hətta XXI əsrin barrikadalarında da istifadə olunduğu üçün o bu gün
də məşhurdur.
Rəqəmləri adətən darıxdırıcı adlandınrlar. Lakin istehsalatdan
danışanda, rəqəmsiz keçinmək mümkün deyil. “Azər-neft” İstehsalat
Birliyi qaz hasilatı üzrə doqquzuncu beşilliyin planını üç il yarıma,
neft hasilatı üzrə isə dörd il səkkiz aya yerinə yetirmişdi.
*
Hal-hazırda Azərbaycan Respublikasının baş naziri
117
İndi isə artıq yeni üfuqlər fəth etməyin vaxtı çatmışdı. Heydər
Əliyevin təşəbbüsüylə SSRİ Nazirlər Soveti və Sov. İKP MK 1974-cü
ildə Xəzər dənizinin dərin qatlarında geoloji kəşfiyyat işlərinin
sürətləndirilməsiylə və dərin qatlarda işləmək üçün yeni qazma
avadanlıqlarınm istehsalı ilə bağlı sərəncam hazırlayır.
“Ötən əsrin 70-ci illərinədək Xəzər neftçilərinin sərəncamındakı
texniki vasitələr bizə dənizin dərinliyinin yalnız 40 metrə qədər olan
sahələrində işləməyə imkan verirdi, - deyə Xoşbəxt Yusifzadə sözünə
davam edir. Xəzərin Azərbaycan sektorunda suyun dərinliyi 40 metrə
çatan perspektivli sahələrdə bütün neft-qaz yataqları o vaxtadək,
demək olar ki, artıq aşkar olunmuş, dənizdə neft və qaz çıxarılması
imkanları xeyli azalmışdı.
Heydər Əliyevin təşəbbüskarlığı və iradəsi, keçmiş İttifaqın neft və
qaz sənayesinin rəhbərləri ilə danışıqları, SSRİ rəhbərləri ilə görüşləri,
Azərbaycanda neft və qaz sənayesinin perspektivliyinin elmi dəlillərlə
sübutu ona gətirib çıxardı ki, SSRİ Neft Sənayesi Nazirliyi Xəzərin
böyük dərinliklərində görüləcək işlər üçün vəsait və texnika ayırdı.
Nəticədə, ötən əsrin 70-80-ci illərində müxtəlif təyinatlı gəmilərin -
ağır yük qaldıran kran gəmilərinin, borudüzən, seysmik, sərnişin
gəmilərinin sayı 450-ni keçdi. Xəzər dənizində 2500 ton gücündə
"Azərbaycan" kran gəmisi işə başladı. Bundan əlavə, ilk vaxtlarda
dərinliyi 70 metr olan sahələrdə geoloji-kəşfiyyat işlərinin aparılması
üçün “Xəzər” tipli üzən qazma qurğularının, sonralar isə dənizin
dərinliyi 200 metrə qədər olan yerlərində işləmək üçün
“Xəzərdənizneft” və “Şelf” tipli üzən yarımdalma qazma qurğularının,
eləcə də “Süleyman Vəzirov” borudüzən gəmisinin alınması
nəticəsində Xəzərin daha böyük dərinliklərində zəngin neft və qaz
ehtiyatlarına malik yataqların kəşf edilməsinə imkan yarandı. 80-ci
illərdə bu qurğuların sayı 11-ə çatdı. Nəticədə dənizin 80-350 metr
dərinliyində yerləşən, bu gün ARDNŞ-in hasil etdiyi neftin 60 faizini
verən “Günəşli”yatağı kəşf edildi. İndi adları bütün dünyada məşhur
olan “Azəri”, “Çıraq” və “Kəpəz” yataqlarının kəşfı də həmin qazma
qurğularından istifadə edilməsi nəticəsində mümkün oldu.
118
Dünyada tayı-bərabəri olmayan dərin dəniz özülləri zavodunun
məhz Azərbaycanda inşa edilməsi üçün sovet dövləti rəhbərliyinin
icazəsinin alınması və bu nəhəng müəssisənin müvəffəqiyyətlə tikilib
işə salınması Heydər Əliyevin iradəsinin, prinsipiallığının nəticəsi idi.
Bircə rəqəmə diqqət yetirin: 450 milyon ABŞ dolları! O vaxtlar üçün
bu çox böyük vəsait hesab olunurdu. Zavodun inşa edilməsi üçün o
vaxt scvet hökumətinin bu qədər maliyyə vəsaiti ayırmasına nail
olmaq ağlasığmaz idi.
Bakı Dərin Dəniz Özülləri zavodunun sayəsində Xəzər dənizində
kəşf olunmuş “Günəşli” yatağında indiyədək 14 özül tikilmişdir. Bu
isə 244 qaz istismar və suvurucu quyuların qazılmasına imkan
vermişdir. Həmin zavod indi də neft və qaz yataqlarının kəşfində və
istismarında həlledici rol oynayır. Belə ki, Mərkəzi, Qərbi, Şərqi
Azərinin hər birində dünya səviyyəsində yeni qazma-hasilat və
texnoloji özüllərin tikilməsində və quraşdırılmasında, misli
görünməmiş işlərin yerinə yetirilməsində böyük dönüş yaranması
bunu deməyə əsas verir. Hazırda bu özüllər vasitəsilə qazılmış 22
quyudan orta hesabla gündə 74 min ton neft, 16,4 mln. kubmetr qaz
hasil olunur”.
Minlərlə insanın gərgin əməyi öz bəhrəsini verir. Bir çox yeni neft
və qaz hasil edən qurğular istifadəyə verilmiş, neft-qaz emal edən
zavodlar moderaləşdirilmişdi. 1961-ci ildə istifadəyə verilmiş və
respublikada yeganə olan qaz emalı zavodu tam gücü ilə fəaliyyətə
başladı. 1986-cı ildə aparılan rekonstruksiyadan sonra zavodun
istehsal gücü 6,5 milyard kubmetr qaza qədər yüksəldi.
Məişət kondisionerləri zavodunu öncə L.İ. Brejnev üçün çox
doğma olan Zaporojye şəhərində tikdirmək planlaşdırılırdı.
Müharibədən sonrakı ilk illərdə Leonid İliç “Zaporojyepolad”
zavodunda işləmişdi, gecə-gündüz çalışaraq zavodun bərpası üçün
əlindən gələni etmişdi. İttifaq nazirləri Brejnevin bu şəhərə bağlılığını
bildiklərinə görə kondisioner zavodunu məhz orada tikməyi
qərarlaşdırmışdılar.
Heydər Əliyev əvvəlcə Baybakovla məsləhətləşdikdən sonra
Leonid İliçin yanına getdi. Leonid İliç onun arqumentlərini qəbul etdi
və zavodu Bakıda tikmək qərara alındı. Onun inşası üçün Yaponiya
istehsalı olan avadanlıqlar, yüksək texno-
119
logiyalar alındı və yüz minlərlə Bakı kondisioneri SSRİ-yə və xarici
ölkələrə yayıldı.
Zavod 1975-ci ildə tikilib istismara verildi. Bu münasibətlə
keçirilən mitinqdə birinci katib çıxış edərək dedi: ”Azərbaycan
sənayesinin inkişafı fəhlə sinfinin çoxsaylı nailiyyətləriylə zəngindir.
Amma bu gün fəxrlə deyə bilərik ki, respublikamızın sənaye tarixində
heç vaxt belə əmək hünəri göstərilməmiş-
Həmin illərin daha bir neçə əhəmiyyətli tikintisini qeyd edək:
“Ulduz” adlı Elektrik Avadanlığı zavodu, Bakı Şampan Şərabları
zavodu, Bakı Dərin Özüllər zavodu (bu zavodun tikintisi Həştərxanda
planlaşdırılmışdı və avadanlığa 500 milyon dollar xərclənmişdi),
“Elektroterm” zavodu, ayaqqabı fabrikləri, Lənkəran Konserv zavodu
və s. Yeni müəssisələr Azərbaycanın müxtəlif regionlarında, Dağlıq
Qarabağda, Gəncədə, Bakıda, Naxçıvanda tikilirdi...
On il ərzində Azərbaycanda iyirmi iki milyon kvadratmetr yaşayış
sahəsi tikilib zəhmətkeşlərin ixtiyarına verilmişdi. Bakının yeni
memarlıq kompleksləri bəzəməyə başlamışdı: Respublika Ali
Sovetinin binası, “Moskva”, “Abşeron”, “Gənclik” mehmanxanaları,
Kosmik Araşdırmalar İnstitutu, yazıçılarm Şüvəlandakı Yaradıcılıq
evi, Dəmiryol vağzalı və Dəniz limanı...
Prezident sonralar o illəri belə xatırlayırdı:
“O illər bizim respublika üçün çox uğurlu oldu. Bir çox vaxtlarda
mən işimi qurtarandan sonra da evə getmir, saatlarla kabinetimdə
əyləşib respublikanın gələcək inkişafı üçün daha hansı tədbirlərin
görülməsinin vacibliyini düşünürdüm. İstəyirdim ki, vəzifəmin mənə
verdiyi səlahiyyətlərdən istifadə edib, xalqın güzəranını bir qədər də
yaxşılaşdırın. Bunun üçün iki şey vacib idi: Azərbaycanın Kommunist
Partiyasına düzgün və uğurlu rəhbərlik etmək və öz avtoritetini,
nüfuzunu getdikcə daha da möhkəmlətmək. Mənə elə gəlir ki,
bunların hər ikisinə nail olmuşam”.
Moskvanın mərkəzi mətbuatında Heydər Əliyevi yeni tipli partiya
rəhbəri adlandırırdılar. Bu, həqiqətən də beləydi. Azərbaycan KP MK-
nın birinci katibi vəzifəsindəki fəaliyyətini qiymətləndirərkən Heydər
Əliyev fəxrlə deyə bilərdi:
120
“Mən və ətrafımda toplanmış kommunist həmkarlarım bu on dörd
il ərzində Azərbaycan üçün böyük işlər görmüşük”.
Əliyevi Moskvada da qiymətləndirirdilər. Ən əsası isə onu
həmyerlilərinin çox gözəl dəyərləndirməsiydi.
- Bizim Culfa rayonunda məhsulun çox az olmasına baxmayaraq,
hər il buğda əkirdilər, - deyə Dövlət Məmmədov xatırlayır, - bir
hektardan üc sentner məhsul götürürdülər. Nə qədər etiraz etsək də,
heç kimə heç nə sübut edə bilmirdik. Deyirdilər ki, plan belə qoyulub,
verməlisiniz. Lakin Heydər Əliyev birinci katib seçiləndən sonra hər
şey dəyişdi. Heydər Əliyevin sərəncamına əsasən bizim rayonumuzda
da təbii şəraitə uyğun olaraq üzümçülük inkişaf etdirilməyə başlandı.
Həm respublika, həm də yerli camaat üçün bu daha sərfəli idi. Üzü-
mü biz SSRİ-nin şimal rayonlarına göndərirdik. Mənim doğma
kəndimdə altmış dörd ailə avtomobil aldı, bir çoxları zəhməthaqqı
hesabına ikimərtəbəli imarətlər tikdirdilər, yaxşı mebel əldə etdilər.
Naxçıvan gözümüzün önündə dəyişirdi. Müasir tipli ”Təbriz”
mehmanxanası tikildi, Araz çaynın üstündə su elektrik stansiyası
istifadəyə verildi. Yeni tekstil kombinatı işə düşdü, mədəniyyət sarayı
açıldı.
Bu hələ çəkdiyimiz bir misaldır, bunların sayını istənilən qədər
artırmaq da olar...
Arxiv sənədlərinə müraciət edib başqalarını da əlavə edək:
...1970-ci ildən etibarən Azərbaycanda bütün məktəblərdə birinci
sinifdən rus dili tədris olunmağa başlandı. İki il sonra MK-nın bürosu
respublikanın orta məktəblərində rus dilinin tədrisinin
yaxşılaşdırılması üçün kompleks tədbirlər planını təsdiq etdi.
..1973-cü il martın 13-də MK-nın bürosu böyük Azərbaycan şairi
İmadəddin Nəsiminin anadan olmasnın altı yüz illiyinin qeyd
olunmasıyla bağlı bayram tədbirlərinin planını nəzərdən keçirdi.
...Bakıya üçüncü içməli su xəttinin çəkilməsiylə bağlı məsələyə
baxıldı...
...Sərəncama əsasən 9 may 1973-cü ildə Bakıda Sovet İttifaqı
Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi qoyuldu. (“Mixaylo” adı ilə
tanman partizanın təmiz adnın necə qaytarılmasını yəqin
xatırlayırsnız.)
121
İndi isə, əziz oxucu, həmişə zarafatı sevən bakılılara qoşulub birgə
gülək. “Azərbaycanfılm” kinostudiyası qəhrəman partizan haqqında
“Uzaq sahillərdə” adlı bədii fılm çəkmişdi. Filmdə baş qəhrəmanı
gözəl aktyor Nodar Şaşıqoğlu oynayırdı. Axtarış tədbirlərini həyata
keçirən alman faşistləri postlara belə bir həyəcan siqnalı verirlər:
“Mixaylo şəhərdədir”. Heydər Əliyev isə şənbə və bazar günləri
şəhərə çıxmağı, mağazalara, kafelərə baş çəkməyi, xalqa necə xidmət
göstərildiyinə nəzarət etməyi sevirdi. Bu gəzintilər zamanı ticarətçilər
arasında pıçhapıç başlanırdı. Elə həmin günlərdə Bakıda belə bir ifadə
yayılmışdı: “Mixaylo şəhərdədir”.
Bundan xəbər tutan Heydər Əliyev başqalarından çox gülmüşdü.
1975-ci il yanvarın birində respublika televiziyasının ikinci
telekanalı işə düşdü, Şəki şəhərində Dövlət Dram Teatrı təsis edildi,
Bakıda İnşaat Mühəndisləri İnstitutu açıldı. Bütün bunlar əlbəttə ki,
birinci katibin hədsiz zəhmətinin bəhrəsi idi.
1976-cı il aprelin 9-da respublika 26 Bakı komissarlarından biri
olan Məşədi Əzizbəyovun 100 illik yubileyini qeyd edir.
Respublikanın siyasi, ictimai və mədəniyyət xadimlərinin yığışdığı
iclasda Heydər Əliyev özü şəxsən məruzə edir. Peterburq
Universitetinin məzunu olan bu istedadlı sənaye təşkilatçısı, əqidəli
kommunist, “ilk azərbaycanlı mühəndis”in keçdiyi şərəfli həyat yolu
barədə onun köhnə silahdaşları, ölkənin başqa respublikalarından
gələn qonaqlar və Məşədi Əzizbəyovun oğlu böyük fəxrlə danışırlar.
Bundan bir az əvvəl isə Bakının ən görkəmli yerlərindən birində
Məşədi Əzizbəyovun heykəlinin açılışı olur. Heykəlin açılışında
Heydər Əliyevin ardmca qəhrəmanın nəvəsi, görkəmli tarixçi-alim,
akademik Püstəxanım Əzizbəyova da öz sələfı barədə xoş sözlər
deyir.
1978-ci il martm 25-də MK-nın bürosu “Azərbaycan SSR Elmlər
Akademiyasında təbii resursların kosmik araşdırmalarının inkişafı
haqqında” sərəncam imzaladı...
Beləcə, gündən-günə, aydan-aya iqtisadiyyat, mədəniyyət, elm,
təhsil; gündəlik və perspektiv məsələlər; gənclərin və veteranların
problemləri; ticarət və məişət xidməti; Bakıda metro tikintisi;
klassiklərin yubileyləri, “Sovet Zaqafqaziya xaqlarının melodiyaları”
festivalı və yoldaş Tretyakovun mənzil məsələsi ortaya çıxır və həll
edilirdi.
|