GÖRKƏMLİ ® adamlarin həyati


“Yoldaş Vəkilov, arzu edirəm ki...”



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə8/39
tarix08.12.2016
ölçüsü8,78 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   39

“Yoldaş Vəkilov, arzu edirəm ki...” 

 

“Azərbaycan ictimaiyyəti böyük rus yazıçısı Lev Nikolayeviç 



Tolstoyun yüz əlli illik yubileyini böyük təntənə ilə qeyd etdi”, - 

1978-ci ilin may ayında Bakı  qəzetləri belə yazırdı. Azərbaycan KP 

MK-nın birinci katibi üçün də bu gün sadəcə yuvarlaq bir təqvim günü 

deyidi. Axı Tolstoy, Qoqol, Puşkin Azərbaycanda istər inqilabdan 

əvvəl, istərsə inqilabdan sonra təkcə yubileylərdə, bayramlarda 

xatırlanmırlar. Onları burada o vaxt da böyük həvəslə oxuyublar, indi 

də oxuyurlar; həm rusca, həm azərbaycanca. 

Tolstoyun yubileyinə həsr olunmuş məlumatların arasında belə bir 

kiçik informasiya da vardı: bakılı Vəkilovlar ailəsi Tolstoyun Yasnaya 

Polyanadakı ev- muzeyinə yazıçının o vaxt öz dəst-xətti ilə yazdığı 

məktubu hədiyyə edib. Bu, ras ordusunun generalı  İbrahim ağa 

Vəkilovun xanımı Yelena Yefımovanın məktubuna Tolstoyun 

göndərdiyi cavab idi. Yelena Yefimova yazıçıya öz həyat tarixçəsi 

haqqında rus qızı ilə azərbaycanlı  oğlanın eşq macərası, müsəlman 

oğlan ilə pravoslav qızının nigahına  şəxsən çar Aleksandrın icazə 

verməsindən yazmışdı.  İndi onların oğlanları Boris və Qleb artıq 

böyüyüblər. Rusiyada əqidə azadlığı elan edilib. Kiçik Vəkilovlar mü-

səlmanlığı  qəbul etməkçün valideynlərinin xeyir-duasını istəyirlər. 

Beləliklə, onların anası məsləhət üçün böyük rus yazıçısına müraciət 

edir. Lev Nikolayeviç də onun sualını cavabsız qoymur. 

“Yelena Yefımovna, böyük yazıçı  məktubda belə yazırdı, mən 

sizin oğlanlarınızın Azərbaycan xalqının maariflənməsinə yardım 

etmək istəklərini alqışlayıram”. Sonra isə yazıçı din barədə indi də 

aktual olan düşüncələrinə yekun vuraraq yazır: ”Mənə elə gəlir ki, siz 

mənim fıkirlərimi oğlanlarınıza deyəcəksiniz və bu fıkirlər onların 

gözəl niyyətlərinin həyata keçirilməsində yardımçı ola biləcək. Dinin 

əsas ilahi mətləblərini açan məqamlarını artıq, lazımsız mövhumatdan 

təmizləmək işinə kömək etmək insanın özünə seçdiyi ən şərəfli işdir. 

Əgər sizin oğlanlar həqiqətən də özlərini, öz həyatlarını bu şərəfli işə 

həsr etsələr, onların həyatı mənalı və bəhrəli olacaq”. 



 

123


Tolstoyun xeyir-duası ilə  Vəkilovların böyük oğlu Borisi Fariz, 

kiçik oğlu Qlebi isə Qalib adlandırdılar. Qalib İbrahim oğlu hərbçi 

oldu və Belomor- Baltiysk kanalına göndərildi. O,1931-ci ildə Bakıya 

qayıdanda kanalda artıq ağ paraxodlar üzməkdəydi. 1937-ci ildə onu 

həbs edərək güllələnməyə  məhkum etdilər. Fariz İbrahim oğlunu isə 

düşərgəyə göndərdilər. O yalnız 1956-cı ildə evinə qayıda bildi. 

Onların familiyası çox da geniş yayılmış soyad deyil. Ona görə də 

başqa Vəkilovlarla rastlaşanda, biz onların hansı nəsildən olmaları ilə 

maraqlandıq, istədik bilək ki, onlar İbrahim ağa ilə Yelena xanımın 

nəvə və ya nəticələri deyillər ki?! 

Belə şeylər tarixdə çox olur. Bir tarixçənin izi ilə gedirsən, amma 

əvəzində tamam ayrı bir tarixçənin, Əliyev taleyi ilə kəsişən maraqlı 

hadisələrin üstünə  çıxırsan. Azərbaycanda və SSRİ-də  ən məşhur 

dəniz neftçilərindən olan Telman Vəkilovla görüşümüzdə də belə bir 

hal baş verdi. Onun adını 1934-cü ildə atası qoymuşdu, Hitler 

həbsxanalarında öldürülən əqidəli, dönməz alman kommunisti Ernest 

Telmanın  şərəfinə. Vəkilovların “Tolstoy” xəttinə onun heç bir 

aidiyyəti yoxdur. Amma... 

İnsanın yaddaşı  həyatındakı dönüş anlamını  həmişə qoruyub 

saxlayır. 11 sentyabr 1979-cu il Telman Vəkilovun həyatında məhz 

belə anlardandır. Həmin tarixdə o, bütün gəncliyinin (Moskvadakı beş 

illik tələbəliyi çıxmaq  şərtiylə) keçdiyi Bakı  şəhəri ilə vidalaşırdı. 

Paytaxtda Vəkilovu yeni təyinat gözləyirdi: SSRİ qaz sənayesi 

nazirinin müavini. Düzdü, o şəxsən özü Moskvaya can atmırdı, böyük 

karyera üçün canfəşanlıq etmirdi və düşünürdü ki, bacarıqlı adamı 

onsuz da gec-tez dəyərləndirəcəklər. Günlərin birində  Vəkilov Qum 

adasındakı Dəniz Qazma İşləri İdarəsinə rəis təyin olunur. O, təcrübə 

və biliklərə yiyələnərək istehsalat birliyinə  rəhbərlik etməklə yanaşı 

dəniz geologiyası üzrə dissertasiya da müdafiə etdi, elmlər namizədi 

oldu, SSRİ-nin işgüzar dairələrində onu dənizdə neft və qaz hasilatı 

üzrə  ən bacarıqh mütəxəssis, böyük alim kimi tamyırdılar. Beləliklə, 

o, yeni təyinata tam layiq idi. İndi Vəkilov təkcə doğma respublikada 

yox, böyük bir ölkənin  ərazilərində neft və qaz hasilatı ilə  məşğul 

olmalıydı... Həmin illərdə Azərbaycan neftçiləri Xəzərdə yeni yataqlar 

kəşf edirdilər, geoloqlar Barens dənizində, Saxalin adasında yeni neft 


 

124


yataqları tapmışdılar. İsveç, İngiltərə şirkətləri, beynəlxalq konsernlər 

artıq dənizdə uğurla fəaliyyət göstərirdilər. Əvvəllər olduğu kimi, bu 

dəfə də rəqibləri ötüb keçmək lazım idi. Mərkəzi Komitədəki söhbətdə 

Telman Hüseyn oğlu açıq  şəkildə bildirmişdi: “Bu işin öhdəsindən 

gələ biləcəyimə əmin deyiləm. Ancaq günü satahdan gecə və gündüz 

işləyəcəyimə söz verirəm”. 

1979-cu il sentyabrm 11-də  Vəkilov Heydər  Əliyevlə görüşdü. 

MK-nın birinci katibi onu çağırmamışdı. Vəkilov özü zəng vurub 

Moskvaya getməzdən əvvəl Heydər Əliyevi görmək istəmişdi. 

- Buyur, gəl, - Heydər  Əliyev telefonda cavab vermişdi. Vəkilov 

ilk dəfə bu otaqda “Xəzərdənizneft” istehsalat birliyinə direktor 

müavini təyin ediləndə olmuşdu. 

-  İndi dəqiq xatirimdə deyil ki, Heydər  Əliyeviç o zaman mənə 

hansı sualları  verirdi.  Amma  dəqiq bilirəm ki, o, məni öyrənirdi, -

Telman Hüseyn oğlu onların ilk görüşünü xatirində canlandırmağa 

çalışır. -   O vaxt MK-ya həyatımın  ən böyük imtahanına gedirmiş 

kimi gedirdim. Əlbəttə ki, həyəcan keçirirdim, amma Heydər Əliyeviç 

danışmağa başlayan kimi sakitləşdim.   Amma... Onun yaşıla çalan 

gözləri elə bil adamın daxili dünyasının  ən gizli nöqtələrini belə 

işıqlandırırdı, ən mübhəm  fikirləri  də   oxuyurdu.   Onun  baxışları   

qarşısında düşündüyünü danışmaq məsləhət idi. 

Budur, həmin otaqda daha bir görüş. Kabinet sahibi qonağın 

qarşısına çıxıb, onu gülərüzlə qarşılayır, yeni təyinat münasibəti ilə 

təbrik edir, uğurlar arzulayır. Özünü xan, knyaz hiss edən başqa 

partiya xadimləri elə bununla kifayətlənərdilər.  Əliyev isə protokol 

söhbətiylə kifayətlənmədi. Vəkilovu səmimi söhbətə çəkdi. 

- Siz bilirsiniz ki, birlikdə  işləyəcəyiniz adamlardan iki-üç qat 

üstün olmalısnız? 

- Nə qədər üstün olmalı olduğumu dəqiq bilmirəm,  Vəkilov cavab 

verir. - Amma əskik olmamağa çalışacam. Məni peşəkar adam kimi 

tamyırlar, intriqalara heç vaxt baş qoşmuram. 

- Nəzərə alın ki, siz nazirlikdə heç kəsi tanımayacaqsınız, amma 

sizi hamı tanıyacaq. Ehtiyatlı olun. Qızlar da sizin dalınızca düşəcək, 

deyə Heydər Əliyev gülümsünür. 



 

125


- Bu vaxta qədər ilişməmişəm, çalışaram bundan sonra 

dailişməyim, Telman Hüseyn oğlu da gülümsünür. Balıq 

məsələsindən xəbəriniz var? 

Bu sual izahatsız da aydın idi. Həmin ərəfələrdə “Balıq mafiyası”, 

Balıqçılıq Nazirliyindəki korrupsiya barədə söhbətlər bütün SSRİ-yə 

yayılmışdı. 

- Sizi başa düşürəm, lakin məni belə bir təhlükə gözləmir. 

Mən belə işlərlə məşğul olmuram. 

- Sizə daha da irəli getməyi arzulayıram, yoldaş  Vəkilov, deyə 

Heydər Əliyev sözünü bitirdi. 

Xidməti işlərlə  əlaqədar Bakıya gələndə Telman Vəkilov həmişə 

birinci katibə baş  çəkirdi. Amma bir dəfə  həyəcan siqnalına gəldi. 

Aeroportdan birbaşa dənizə - yanğın baş verən yerə üz tutdu. 

İnsanlar uzun illər, hətta  əsrlər boyu yanğınla mübarizə apararaq 

meşə, çöl yanğınlarmm öhdəsindən gəlməyi öyrəniblər. Sualtı neft və 

qaz yataqlarnın kəşfindən sonra dəniz yanğınları da ortaya çıxdı. 

Bunlar digər yanğınlardan qat-qat təhlükəli və qorxulu idi. 

Sovet qəzetləri bu barədə susurdular. Hətta bütün dünyanın bildiyi 

fövqəladə hadisələri də xalqdan gizlətməyə çalışırdılar. Sovet 

qəzetlərinə, televiziya və radiosuna inansaydıq, SSRİ-də heç vaxt nə 

böyük yanğınlar baş verirdi, nə  sənaye qəzaları, nə  də başqa ağır 

faciəvi hadisələr. 

Xəzər dənizindəki yanğının aradan qaldırılmasıyla bağlı 

əməliyyata rəhbərliyi SSRİ Qaz Sənayesi nazirinin müavini Telman 

Vəkilova tapşırmışdılar. 

- Mən bütün İttifaqdan dörd yüzə qədər fontançı topladım, 

- deyə həmsöhbətimiz o günləri xatırlayır. 

Vəkilov ilk həyəcan siqnalı verilən kimi özünü Bakıya çatdırdı. 

Əlbəttə, gələndə bilmirdi ki, həm özü, həm də SSRİ-nin müxtəlif 

yerlərindəki mədənlərdən yığılmış peşəkarlar bu yanğınla üç ay 

mübarizə aparacaqlar. O saat hiss etdi ki, əməliyyatın texniki tərəfi 

çox səliqəylə təşkil olunub, amma işçilərin məişəti... Bir çox hallarda 

qəza zonasına köməyə gələnlərin ərzaqla, yataqla təminatı çox böyük 

problemlər yaradırdı. Burada da belə oldu. Telman Vəkilov gələn kimi 

partiyanın rayon komitəsinə  zəng vurub kömək istədi, onunla gələn 

dörd yüzə  qədər mütəxəssisi yerləşdirməyi,  ərzaqla təmin etməyi 

xahiş 

 

 



  

 

126


etdi. Amma Suraxanı Rayon Partiya Komitəsində çiyinlərini çəkdilər: 

“Öz probleminizdir, özünüz də həll edin”. 

Vəkilov izahat vermədi, birbaşa birinci katibin nömrəsini yığdı. 

Hər  şeyi Heydər  Əliyevə danışdı. “Telefonda gözlə”, deyə Heydər 

Əliyev cavab verdi. Vəkilov onun o biri telefonla necə danışdığın 

eşidirdi: “Siz, deyəsən, işləməkdən yorulmusunuz. Yubanmadan 

əməliyyat yerinə gedin. İnsanların məişətini,  ərzaq təminatını 

qaydasına salın. Onlar sizin rayonunuz, həm də bütün Azərbaycan 

üçün işləyirlər”. 

- Hə, Əliyevin reaksiyası ani və güclü oldu, - Vəkilov bunu xüsusi 

vurğu ilə deyib sözünə davam edir. - Söhbəti bitirəndə xahiş etdi ki, 

onu bütün məsələlərdən agah edim, əlavə nə kömək lazım olsa, xəbər 

verim. 

Onu da qeyd edək ki, birinci katib telefon söhbətləri ilə qane 



olmamış, dəfələrlə hadisə yerinə  gəlmişdi. Nəhayət, üç aydan sonra 

yanğını tam söndürməyə müvəffəq oldular. Xəzərdə neft hasilatı 

başlanandan bəri ilk dəfəydi ki, belə yanğmdan sonra üzən qazma 

qurğusunu xilas etmək mümkün olurdu. 

Amma təəssüflər olsun ki, Vəkilov Moskvada nəzərdə tutduğu 

işləri görə bilmədi. SSRİ neftçiləri o vaxt Qərbi Sibir yataqlarının 

istismarına başlayırdılar. 

Vəkilov MK-da deyirdi: 

- Siz bütün dəniz yataqları üçün mənə  cəmisi iki milyard rubl 

aymrsınız. Amma səkkiz xarici ölkə birləşərək təkcə Şimal dənizinin 

istismarına otuz səkkiz milyard dollar vəsait ayırıb.  İldə yüz milyon 

ton neft hasil edirlər.  Əgər maddi vəsait qoyulmasa, heç nə 

almmayacaq. 

Sonralar MK-nın katibi Vladimir İvanoviç Dolgix öz xatirələrində 

bu barədə yazırdı: “Bir vaxtlar Nazirlər Soveti və Dövlət Plan 

Komitəsi dənizdə,  şelflərdə neft hasilatına başlamaq barədə 

düşünürdülər. Bu prinsip etibarilə  işgüzar təklif idi, amma böyük 

maddi vəsait tələb edirdi. Bununla bağlı bir sıra elmi-tədqiqat 

institutları yaradılmalı, dənizdə qazma qurğularının istehsalı qaydaya 

salınmalı, dəniz platformalarında neft hasilatı üzrə  təcrübəli 

mütəxəssislər yetişdirilməliydi. Həmin vaxtlarda biz Qərbi Sibir 

yataqlarının istismarına hələ  təzəcə başlayırdıq. Bu da böyük maddi 

ehtiyat və  işçi qüvvəsinin səfərbər olunması demək idi. Bu məsələ 

Dövlət Plan Komitəsində  də, Nazirlər Sovetində  də, Mərkəzi 

Komitədə də uzun 


 

127


müddət müzakirə olundu və son nəticədə  qərara almdı ki, dənizdə 

böyük həcmli işlərə başlamaq hələ tezdir, çünki quruda görüləsi işlər 

çoxdur”. 

Bir sözlə, Vəkilov öz fikrində haqlı idi, amma onu düzgün başa 

düşməmişdilər. Bir məsələ onun rahatlığını əlindən almışdı. 

- Hansısa acı bir təəssüf hissi hələ də məni rahat buraxmır, - deyə 

Telman Vəkilov etiraf edir. - Bakıya qayıtmağı qərara alanda Heydər 

Əliyeviçə baş  çəkməyə vaxt tapmadım. O, artıq Moskvada işləyirdi. 

Düzü, ona qarşı diqqətsizlik etdim. 

Azərbaycanda Vəkilov Dövlət Qazlaşdırma Komitəsinə  rəhbər 

təyin olundu. Həvəslə  işə başladı, xeyli çalışdı, amma epoxaların 

dəyişən vaxtında işdən kənarda qaldı, öz fıkirlərinin, ideyalarnın 

çoxunu reallaşdıra bilmədi. Dostları onu ali məktəbə  dərs deməyə 

dəvət etdilər. 

Köhnə, dəbdən düşmüş, amma indi də tez-tez istifadə olunan belə 

bir ifadə var: reputasiya. Bu insanın tanınması, ətrafdakıların onu necə 

görməsinin göstəricisidir. Telman Vəkilovun reputasiyası isə onun 

peşəkarlığı, biliyi, ləyaqət hissi əsasında formalaşıb və bir də 

alicənablığı ilə. Məhz bu keyfıyyəti Heydər  Əliyev insanlarda hər 

şeydən artıq qiymətləndirirdi. 

1976-cı ilin martında Sov. İKP MK-nın XXV qurultayında Heydər 

Əliyevi Sov. İKP MK-nın Siyasi Bürosunun üzvlüyünə namizəd 

seçirlər. İlk dəfə azərbaycanlı kadr mərkəzi partiya qərargahına daxil 

edilir. Heydər  Əliyevin karyerasında bu yeni mərhələ respublikanın 

iqtisadi, sosial, milli problemlərinin həllinə böyük imkanlar açırdı... 

Həm də ərazi bütövlüyünün müdafiəsi üçün. 

1977-ci ildə SSRİ-də böyük hay-küylə yeni konstitusiya qəbul 

olundu. Qəzetlər konstitusiya layihəsi barədə tez-tez yazsalar da, onu 

müzakirə etsələr də, komissiyalardakı münaqişələrin üstündən səssiz 

keçirdilər. Bu komissiyalara respublikaların nümayəndələri, adlı-sanlı 

ictimai xadimlər və hüquqşünaslar daxil idilər. Sədri Leonid İliç 

Brejnev olan komissiyanın ünvanına Dağlıq Qarabağın Ermənistan 

SSRİ-yə verilməsi tələbləriylə bağlı çoxsaylı “təşkil olunmuş” 

məktublar gəlməyə 



 

128


 

başladı. Hətta belə bir təklif də irəli sürüldü: ”ictimai rəy nəzərə 

alınaraq, bu məsələ komissiyanın gündəliyinə çıxarılsın”. 

Heydər Əliyev sonralar Azərbaycanda yeni seçilmiş Milli Məclisin 

deputatları qarşısrada proqram çıxışı zamam bu situasiyanı belə 

xatırlayırdı: 

“Konstitusiya layihəsi hazırlandığı bir il ərzində komissiyanın 

ünvanına gələn çoxlu sayda məktublarda tələb edirdilər ki, Dağlıq 

Qarabağ Azərbaycandan alınıb Ermənistan SSR-ə verilsin. Hətta bu 

məsələni komissiyanın müzakirəsinə çıxarmaq cəhdləri də olmuşdu. 

Olan hadisələri danışıram, məni düz başa düşün. O vaxt bunun 

qarşısını ala bildim. Nə  qədər çətin olsa da, öz iradəmin, inadımın 

köməyi ilə Azərbaycan xalqının başnın üstünü almış bu fəlakəti dəf 

edə bildim. Buna baxmayaraq, Dağlıq Qarabağda məsələni yenə  də 

qızışdırdılar. Ona görə də mən respublikanın rəhbəri seçiləndən sonra, 

etiraf edim ki, Dağlıq Qarabağın inkişafı üçün daha münasib ab-hava 

yaradır, onım iqtisadiyyatının inkişaf etdirilməsinə diqqət yetirirdik”. 

Prezident deputatlara baş verən fəlakətlərin günahkarlarını 

axtarmamağı  məsləhət gördü. O bildirdi ki, Azərbaycan xalqı 

birləşməli və hələ də öz həllini tapmamış bu fəlakətdən birlikdə çıxış 

yolu axtarmalıdır. 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini biz irəlidə 

ətraflı  nəzərdən keçirəcəyik, ona görə  də bu məsələni hələlik kənara 

qoyub, Heydər  Əliyevlə birlikdə onun iş otağına daxil olaq. Birinci 

katibin stolunun üstündəki təqvim açıqdır: 28 iyun 1978-ci il. Heydər 

Əliyevin iş günü zəngdən başlayır. Zəng vurub respublikanın daxili 

işlər naziri Arif Heydərovun ad gününü ürəkdən təbrik edir. Onun əlli 

iki yaşı tamam olur, həyat yolunun yarısı arxada qalsa da, böyük bir 

hissəsi hələ irəlidədir. Axşam, o, Zərifə xanımla birgə  əllərində gül 

dəstəsi Arif Heydərovun bağına gəldilər. 

Bir dəfə söhbət  əsnasında Heydər  Əliyevi yaxından tanıyan Ziya 

Yusifzadə demişdi: “Heydər Əliyevin yaxın dostları yox idi... Əlbəttə, 

Arif Heydərovu çıxmaq şərti ilə”. 

Onlar təhlükəsizlik orqanlarında demək olar ki, eyni vaxtda 

xidmətə başlamışdılar. Amma biri Naxçıvanda, digəri isə Bakıda. 

Bakıdan Arif Heydərovu və onımla birgə bir neçə  gənci 

Krasnavodskdan, Aşqabaddan dolama yolla Moskvaya, texni- 


 

129


kuma yolladılar. Bir müddət sonra Heydərovun atası da xidməti bir 

məsələ ilə bağlı Moskvada oldu. Əlbəttə, vaxt tapıb oğluna baş 

çəkməyə  də getdi. Oğlu isə bu vaxt artıq Moskvadan xeyli uzaqda, 

cəbhədəydi. O, könüllü olaraq vuruşan ordu sıralarına daxil olmuşdu. 

Amma evdəkiləri narahat etməmək üçün bunu onlara bildirməmişdi. 

Hər ay evdəkilər ondan məktub alırlar ki, hər şey yaxşıdır, texnikumda 

oxuyuram, axşamlar Moskvanı  gəzirəm. Onun əvvəlcədən yazıb 

qoyduğu bu məktubları vaxtaşrı dostları Bakıya yollayırdılar. Arif 

Heydərov öz hərbi hissəsiylə Berlinə  qədər gedib çıxdı. Reyxstaqın 

divarına öz imzasını  həkk etdi. Daha iki il hərbi kəşfıyyatda işlədi. 

Onların qrupu Saksoniyada fəaliyyət göstərirdi. 

Sonra DTK-da fəaliyyət, uzun müddətli xarici ezamiyyətlər. Arif 

Heydərov Ankarada konsulun yanında işləyirdi. Onların - Ariflə Adilə 

xanımın ikinci oğulları da məhz orada -Ankarada dünyaya gəlmişdir. 

Adiləni doğum evindən buraxanda Arif təcili bir işlə  əlaqədar 

İstanbula getmişdi. O vaxtlar “İzvestiya” qəzetinin Türkiyədə xüsusi 

müxbiri və Arif Heydərovun yaxın dostu Azad Şərifov həmin günləri 

belə xatırlayır: 

- Mən “xoşbəxt ata” rolunu oynadım, uşağı ilk olaraq 

qucağıma götürüb xəstəxanadan çıxartdım. Oğlanı bizim ümumi 

dostumuz, Tibb İnstitutunun prorektoru Maqsud Əlizadənin  şərəfınə  

Maqsud adlandırdıq.   Sonralar Maqsud  Əlizadəni  iş otağında qətlə 

yetirdilər. 

Görəsən faciəvi hadisələr arasında bir əlaqə varmı? Balaca 

Maqsudun atası Arif Nəzər oğlu Heydərovu da öz kabinetində milis 

formasmda bir şəxs güllələmişdi. Bu hadisə 1978-ci ildə, ad günündən 

bir müddət sonra baş vermişdi. Heydər Əliyevin xahişi ilə Moskvadan 

təcili olaraq neyrocərrahlar briqadası dəvət edilmişdi. Amma artıq gec 

idi. 

Bu xain atəş bütün Azərbaycanı sarsıtmışdı. Heydər  Əliyev  ən 



yaxın dostunu, silahdaşını, yoldaşını itirdi. Bu, onların ümumi işinə 

açılan atəş idi. 

Dzerjinski adına klubda vida mərasimi, Fəxri Xiyabanda dəfn 

mərasimi. Son vida sözləri: 

- Respublikamıza ağır itki üz verib. Azərbaycan KP MK-nın üzvü, 

Azərbaycan Ali Sovetinin deputatı, Azərbaycan daxili işlər naziri, 

general-leytenant Arif Nəzər oğlu Heydərov vəzifə borcunu yerinə  


 

130


yetirərkən faciəli  şəkildə  qətlə yetirilib, Heydər  Əliyev dostu ilə 

vidalaşarkən belə deyirdi. Biz bu gün respublikamızın  ən yaxşı 

adamlarından birini, dönməz kommunist, vətənpərvər, beynəlmiləlçi 

bir  şəxsi, Azərbaycan xalqının layiqli oğlunu torpağa tapşırırıq. Bu 

gün bütün Azərbaycan göz yaşı içindədir, kədərimizin həddi-hüdudu 

yoxdur. 


Arif Heydərovu atasnın - məşhur neftçi, bir vaxtlar Azərbaycan 

SSR Ali Soveti Rəyasət Heyətinin sədri olmuş  Nəzər Heydərovun 

yanında torpağa tapşırdılar. Atası 1967-ci ildə həyatdan getmişdi. Bu 

ağır xəbəri Arif Türkiyədə, xüsusi ezamiyyətdə olarkən almışdı. 

Moskvadan, SSRİ DTK-sının Birinci Baş  İdarəsinin rəbbərliyindən 

ona başsağlığı  məktubu gəlmişdi. Müsəlman adəti üzrə  mərhumun 

yaxınları onun üçünü, yeddisini və  qırxını qeyd edirlər və  hər cümə 

axşamı mərhum yad edilir. Yenidən Türkiyəyə ezamiyyətə uçan Ari-

fin əvəzinə başsağlıqlarını onun dostu Heydər Əliyev qəbul edirdi. 

- Heydər yaxşı gündə  də, pis gündə  də bizimlədir, - o vaxt bu 

sözləri Adilə Heydərova rəfiqəsi Zərifə xanıma demişdi. 

Onların Ariflə toyundan cəmisi dörd il keçirdi. Bu toyu Heydər 

Əliyev idarə edirdi. Zarafatlar edir, dostunun sevincinə  şərik olmağa 

çalışırdı. 

Adilə Heydərova ailə  həyatı qurduqdan sonra texnikumda dərs 

deyirdi. Əri faciəvi surətdə həlak olandan sonra onun iki oğlu qaldı - 

böyüyünün on dörd, kiçiyinin on yaşı vardı. Artıq KP MK-nın birinci 

katibi Heydər Əliyev onlara atalarmı əvəz edirdi. Murad da, Maqsud 

da ali təhsil aldılar. Böyük oğlu Maqsud Moskva Dövlət Beynəlxalq 

Münasibətlər İnstitutunu bitirib diplomat oldu, kiçiyi Murad isə DİN-

də işləyirdi. Hazırda o, Gömrük Komitəsində çalışır. Analarını isə Elm 

və Təhsil İşçiləri Həmkarlar İttifaqnın sədri seçdilər. 

Bakının küçələrindən biri və  DİN-in Ali kursları bu gün Arif 

Heydərovun admı daşıyır. Xəzər dənizində “General Heydərov” 

tankeri üzür. Qeyd edək ki, Arif Heydərov küçəsi Heydər  Əliyev 

prospekti ilə paraleldir. Onlar ölümlərindən sonra da yan-yanadırlar. 

 

Akademik Primakov bizimlə söhbətində Heydər  Əliyevlə bağlı 



fıkirlərini belə açıqlayır: 

 

131


-  Şübhəsiz ki, o, dahi şəxsiyyət idi. Azərbaycan üçün Heydər 

Əliyev çox iş görüb. Onunla Gürcüstanın birinci katibi Eduard 

Şevardnadze arasında üstüörtülü bir rəqabət gedirdi və bu yarışmada 

Heydər  Əliyev, onun rəhbərlik etdiyi Azərbaycan  şəksiz qələbə 

qazanırdı. Çünki Heydər  Əliyev daha intizamlı, inadkar və 

təşkilatçılıq baxımından çox mütəşəkkil bir rəhbər idi. 

Mən Hcydər  Əliyevlə tez-tez görüşürdüm, deyə hal-hazırda 

Rusiyanın Sənaye-Ticarət Palatasının prezidenti olan Yevgeni 

Maksimoviç Primakov söhbətinə davam edir. Bir dəfə  hətta üç gün 

onun yanında, Mərdəkanda istirahət də etmişəm. Biz dənizdə çimir və 

söhbət edirdik. 

-Yəqin ki, dənizdəki fırtına haqqında, dalğaların necə nizamla 

sahilə can atmaları barədə danışmırdınız? 

- Təbii ki, - Yevgeni Maksimoviç gülümsünür, - bu söh- 

bətlər dövlətlərin taleləri haqqında, yüksək vəzifəli kadrlar, 

Azərbaycan və ümumiyyətlə, SSRİ barədə idi. 

Primakovla Əliyevin açıq söhbət etmək üçün məhz dəniz sahilini 

seçmələri də aydındır. Azərbaycanda deyirlər ki, hətta divarların da 

qulaqları var. Xəzər isə nə xəbərçilik eləyəcək, nə satacaq, nə də rəsmi 

məlumat yazacaq. 

-  Əlbəttə, Heydər  Əliyeviç o vaxt heç də  hər məsələ barədə 

fıkirlərini açıq demirdi, amma məsələlərə münasibətlərimizi açıq 

şəkildə biri-birimizə bildirirdik. Heydər Əliyev proqressiv adam idi və 

bu proqressivlik onda ciddi tələbkarlıqla vəhdətdə özünü büruzə 

verirdi.  Bu düzgün yoldur və mən də bunu şübhə altına almıram. O, 

özündə demokratizmlə  sərt nizam-intizamı birləşdirirdi. Onun 

rəhbərliyi dövründə Azərbaycan həm iqtisadi, həm də sosial sahələrdə 

böyük dəyişikliklərə imza atdı. Məlum məsələdir ki, bu dəyişikliklər, 

bazar qanunları ilə yox, qəbul olunmuş planlı  təsərrüfat qaydalarına 

uyğun həyata keçirilirdi. 

Yevgeni Maksimoviç xatırlayır ki, bir dəfə Heydər  Əliyevin 

keçirtdiyi müşavirə onu heyrətə  gətirmişdi. Bakıdan Moskvaya 

uçmamışdan  əvvəl Heydər  Əliyev MK-nın büro üzvlərini aeroporta 

yığmışdı. 

Məni heyran edən onun qoyduğu tapşırıqların səhihliyi- 

qışqırıqsız, hay-küysüz, söyüşsüz. Hərçənd ki, danlanmağa əsas verən 

bir-iki adam vardı. Lakin bu cəhətdən Heydər 


 

132


Əliyeviç səbrli, təmkinli idi. Eyni zamanda, məsuliyyətsiz kadrları 

çox sərt sorğu-suala tutmağı, danlamağı da bacanrdı. 

Xudahafızləşəndə bircə  kəlmə dedi: “Qayıdıb yoxlayacağam”.  İndi 

hünərin var onun dediyini yerinə yetirmə. 

 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə