Qoy ədalət zəfər çalsın
18 oktyabr 1981-ci ildə Moskvada dərc olunan “Literaturnaya
qazeta”da Sov. KP MK Siyasi Bürosunun üzvlüyünə namizəd,
Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevlə müsahibə dərc
olunmuşdu. Müsahibə aşağıdakı başlıq altında verilmişdi: “Qoy ədalət
zəfər çalsın”. O illərin ən populyar qəzetlərindən birinə çevrilmiş
“Literaturnaya qazeta”nın bu nömrəsi əldən-ələ ötürülürdü. Həmin
müsahibə bu gün də öz aktuallığında qalmaqdadır.
- Heydər Əliyeviç, sovet ictimaiyyəti yaxşı bilir
ki,Azərbaycan SSR son iki beşillikdə iqtisadiyyat, sosial
vəmədəni yaradıcılıq sahəsində diqqətəlayiq müvəffəqiyyətlər
qazanmışdır. Bu müddətdə sənaye istehsalının həcmi 2,2 dəfə, kənd
təsərrüfatının ümumi məhsulu 2,1 dəfə artmışdır. 1970-1979-cu illər
ərzində sənaye istehsalının ümumi həcmi 1945-ci ildən 1969-cu ilədək
olan bütün dövrdəkindən 1,3 dəfə çox olmuşdur.
Bu müvəffəqiyyətlər xeyli dərəcədə respublika Kommunist
Partiyasının və Hökumətinin Azərbaycanda mənəvi-psixoloji iqlimi
sağlamlaşdırmaq uğrunda qətiyyətli mübarizəsi ilə əlaqədardır.
Sov.İKP MK-nın oktyabr (1964-cü il) plenimundan sonra partiya
həyatının Lenin normalarının, rəhbərliyin Lenin prinsiplərinin inkişaf
etdirilməsi və bunlara ciddi riayət edilməsi ölkəmizin həyatında
mühüm amil olmuşdu.
“LQ”yə gələn məktublarda oxucular Azərbaycan kom-
munistlərinin əməli fəaliyyəti nümunəsi əsasında sosialist həyat tərzini
təkmilləşdirməkdə sovet qanunçuluğunun rolu və əhəmiyyəti barədə
söhbət açmağı xahiş edirlər.
- Bəli, Sov.İKP MK-nın oktyabr (1964-cü il) plenumu partiyanın
və ölkənin həyatında yeni mərhələnin başlanğıcı olmuşdur. Bizim
respublikamızda bu plenumun nəcib təsiri
133
Azərbaycan partiya, sovet və təsərrüfat orqanlarının fəaliyyətində
50-60-cı illərdə yığılıb qalan nöqsanların aradan qaldırılması
prosesinin, saysız-hesabsız sui-istifadə faktlarına, kommunist əxlaqnın
antipodlarına qarşı mübarizə prosesinin başlandığı 1969-cu ildən
sonra xüsusilə aydın hiss edilmişdir.
Mənə elə gəlir ki, respublikada qanunçuluğun bərpa edilməsi və
möhkəmləndirilməsi “Literaturnaya qazeta” oxucularını məhz geniş
mənada maraqlandırır. Hərçənd bizdə gurultulu ifşalar da olmuşdur,
adları illər uzımu toxunulmaz sayılan və qanundan üstün tutulan
adamlara şiddətli cəza da verilmişdir. Yeri gəlmişkən deyim ki, burjua
şərhçilərini hər şeydən çox məhz bu cəhət maraqlandırır. Kommunist
Partiyası MK-sının avqust plenumundan, respublikanın həyatındakı
ciddi nöqsanları Azərbaycan zəhmətkeşlərinə düzgün və açıq bildirən
plenumdan düz on gün sonra burjua mətbuatı hay-küy qaldırmış və
cinayət xarakterli sensasiyaların sorağında dayanmışdı.
Qeyd etmək istəyirəm ki, biz “qanunçuluq” deyəndə cinayət
məcəlləsindən çox cəmiyyətimizin əxlaq kodeksini nəzərdə tuturuq.
Özü də bu baxımdan hüquq pozuntulan, onların profılaktikası bizim
üçün təkcə hüquqa aid məsələ deyildir. Bu, sosial və mənəvi
məsələdir, çünki söhbət ən əvvəl insan uğrunda mübarizədən, sovet
adamınının hüquqlarına hörmətdən, ləyaqət və
şərəfmin
qorunmasından, onda ən yaxşı vətəndaşlıq keyfıyyətləri, yüksək əxlaq
prinsipləri tərbiyə edilməsindən gedir.
Azərbaycan partiya təşkilatnın işi məhz belə bir mövqeyə əsaslanır
və məhz bu mövqe böyük əksəriyyəti həyatda, əməkdə yüksək əxlaq
prinsiplərini rəhbər tutan zəhmətkeşlər tərəfindən qızğın surətdə
bəyənilmişdir. Lakin vəzifədən sui-istifadə, rüşvətxorluq, gözdən
pərdə asmaq, halal zəhmətə xor baxmaq şəraitində kütlələrin
təşəbbüskarlığı zəifləməyə bilməzdi, mənəvi narahatlıq hökm sürməyə
bilməzdi sonradan bu narahatlıq əhalinin bir çox təbəqələrində məyus-
luq, laqeydlik əhval-ruhiyyəsi doğurmuşdu. Azərbaycan iqtisa-
diyyatnın orta İttifaq göstəricilərindən mütəmadi geri qalmasnın
başlıca səbəblərindən biri də elə bu idi. Biz xalqa kömək edib onda
haqq-ədalətə, sosializm cəmiyyəti həyatnın və bu cəmiyyətin idarə
olunmasının Lenin prinsiplərinin
134
sarsılmazlığına inam oyatmalı idik. Bu, çoxcəhətli bərpa işinin
canıdır, zəncirin elə bir halqasıdır ki, ondan yapışaraq bütün zənciri
çəkib çıxarmaq mümkün idi. Ağır, çətin proses idi. Mən “idi” sözünü
heç də ona görə demirəm ki, indi vəziyyət idealdır, ona görə deyirəm
ki, bu prosesin pozulmazlığı real həqiqətə çevrilmişdir. Son on ildə
iqtisadiyyatın, mədəniyyətin əsaslı yüksəlişi, sosial inkişaf buna
sübutdur.
- Bəli, buna yol açmaq, çox ehtimal ki, asan deyildi. Lənkəran
Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsinə lap yaxınlarda
seçilmiş Dilruba Camalova şəhərdə və rayonda indiki vəziyyətlə
altmış doqquzuncu il ərəfəsində mövcud olmuş vəziyyətin adamı
heyrətə gətirən fərqini bariz misallarla göstərdi. O bir müəllim kimi
həmişə ictimaiyyətçi olmuşdur. Plenumlarda və
fəallar
yığıncaqlarında gurultıdu mücərrədlik, döşünə döyüb əqidədən
ağızdolusu danışan əqidəsizlərin riyakarlığı ikrah oyadırdı.
“Lənkəran rayonu partiya, sovet və təsərrüfat orqanlarının
fəaliyyətində ciddi nöqsanlar haqqında” Azərbaycan KP Mərkəzi
Komitəsinin yeımişinci ilin iyul qərarından sonra şəhər partiya
komitəsinin birinci katibi İsa Əliyeviç Məmmədov, - o indi
Azərbaycan KP Mərkəzi Komitəsinin katibi vəzifəsinə irəli
çəkilmişdir, - başda olmaqla büronun yeni heyətinin səmərəli
fəaliyyəti sayəsində yaxşılığa doğru dönüş yarandı.
Başqa bir misal, Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi
Feyruz Mustafayev bu rayonda işə raykomun keçmiş katibinin
“fəaliyyəti” nəticələrini aradan qaldırmaq, yəni həm rayonun
iqtisadiyyatının yüksəltmək, həm də həyat sərvətləri haqqında
adamların yanlış təsəvvürünü düzəltmək lazım gəldiyi bir şəraitdə
başlamışdı. O, az vaxt içərisində hər iki vəzifənin öhdəsindən
gəlmişdir. Ən çətin rayonlardan biri respublikanın qabaqcıllar
sırasında yer almışdı.
Biz şəhərlərdə və kəndlərdə zəhmətkeşlərlə söhbət etdikdə hər
yerdə səmimiyyətlə deyirdilər ki, müvəffəqiyyətlər yaxşı idarəetmə və
səriştəli rəhbərliklə bağhdır. Respublikanın həyatının özünəməxsus
xüsusiyyətlərini nəzərə alaraq bilmək istəyirikki, yerlərdə bu cür
işçilər necə tapıldı?
- Belə işçilər həmişə olmuşdur. Mən əvvəllər də demişəm
ki, əgər biz adamların böyük əksəriyyətinin namusla yaşayıb
135
işlədiyinə inanmasaydıq və bunu dönə-dönə yəqin etməsəydik, heç bir
dəyişikliyə nail ola bilməzdik. Amma di gəl ki, israfçılıq, səhlənkarlıq,
gözdən pərdə asmaq üzündən çox vaxt onların əməyi zay olurdu.
Prinsipial, namuslu kadrlar əksər hallarda irəli çəkilmirdilər, onlara
qabiliyyətinə uyğun iş verilmirdi.
Siz indiki rəhbər işçilərdən bir keçmiş müəllimənin adını çəkdiniz,
bir də çoban nəslindən olan keçmiş çobanm. Mən Mustafayev yoldaşı
nəzərdə tuturam. Onun irəli çəkilməsi son illərdə Azərbaycan üçün
səciyyəvi haldır. Sovxozun çobanı, uçotçusu, mühasibi, partkom
katibi və direktoru, sonra trest müdiri, daha sonra raykomun birinci
katibi. Özü də bioqrafıyasının hər mərhələsində mükafata layiq
görülmüşdür. Sosialist Əməyi Qəhrəmanıdır, partiyanın XXVI
qurultayının nümayəndəsidir.
Mən rəhbər vəzifələrdə fərasətsiz, nadürüst, təsadüfı adamların
yaxşı təşkilatçılıq qabiliyyəti, yüksək mənəvi keyfıyyətləri olan
bacarıqlı, fədakar adamlarla əvəz edildiyinə dair çoxlu misal gətirə
bilərəm. Ən əhəmiyyətli cəhət isə budur ki, biz fəhlələri, kolxozçuları
rəhbər vəzifələrə cəsarətlə irəli çəkirik. Dəniz neft mədənləri
idarəsinin buruq ustası, Sosialist Əməyi Qəhrəmam İsrafıl Hüseynov
iki ildir ki, Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı
Respublika Komitəsinin sədridir; qabaqcıl fəhlə, Sosialist Əməyi
Qəhrəmanı Yaqub Rüstəmov Mingəçevir toxuculuq kombinatındakı
toxuculuq dəzgahı başından Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı
Respublika Komitəsinin sədri vəzifəsinə irəli çəkilmişdir; sovxoz
briqadiri Təhmasib İbrahimov Lənkəran Şəhər Partiya Komitəsinin
katibi seçilmişdir; inşaatçılar briqadiri İlyas Quliyev respublikanın
ikinci böyük şəhəri olan Kirovabadın xalq deputatları Soveti icraiyyə
komitəsinin sədri seçilmişdir. Üstəlik, hamısı göstərilən etimadı
doğruldur.
Biz kadr hazırlığma xüsusi əhəmiyyət veririk. Buna görə də
təsadüfı deyil ki, iqtisadi və sosial-mənəvi sahələrdə qayda yaratmaqla
bərabər, ali məktəblərə də əl atdıq. Ali məktəblərin işinə Kommunist
Partiyası MK-sının fəal surətdə qarışması ona görə vacib idi ki,
professor-müəllim heyəti arasında rüşvətxorluq, proteksionizm,
qohumbazlıq geniş yayılmışdı.
136
Bu vəziyyət ali təhsilli kadrlar hazırlığı işinə ciddi xələl gətirmiş və
gənclərin tərbiyəsinə çox böyük mənəvi ziyan vurmuşdu.
Biz belə bir vəziyyətlə də üzləşdik: ayrı-ayrı ali məktəb
müəllimləri, rəhbər işçilər öz övladlarını ali məktəblərə “valideyn”
ixtisasları üzrə düzəltməyə çalışırdılar. Biz bu cür hərəkətləri
məhdudlaşdırmalı olduq. İnzibati orqanların işçilərinin övladlarını
dövlət universitetinin hüquq fakültəsinə götürməyi isə tamamilə
qadağan etdik.
- Deməli belə! Heydər Əliyeviç, axı, məlum bir aforizmdə“Tann
dahilərin övladlarını dahi xəlq eləməyib” deyilsə də, ziyalı nəsilləri
həmişə olub və olacaqdır. Axı, bizdə sovet ziyalı nəsilləri indi-indi
çoxalmağa başlayıb. Ailənin mənəvi marağı mühitində böyüyən
uşağın öz babalarının, atalarının işini davam etdirməsi məgər
pisdir?
- Biz sizinlə müxtəlif şeylərdən danışırıq. Gəlin müzakirəmizin
mövzusunu dəqiqləşdirək. Ziyalını səciyyələndirən ən əvvəl nədir? Ali
təhsil diplomu, yoxsa elmlər namizədi, doktorluq diplomu? Zənnimcə,
yox. Ziyalının başlıca keyfıyyəti cəmiyyətə fədakarlıqla xidmət
etməkdir. Yeri gəlmişkən deyim ki, Rusiya tarixində ziyalıların faciəli
aqibətinə dair misallar çoxdur; silk sədləri qoymurdu ki, buziyalılar
xalqa sərbəst xidmət etsinlər, onların işlərinin istedadlı
davamçıları olsun. Onlar bu sədləri öz imkanları daxilində aşıb
keçirdilər. Canlarnın hayına qalmayaraq, mədəniyyət yaymaq kimi
bir məramla “xalq içinə” əldən-ayaqdan uzaq qəzalara, çarizmin milli
ucqarlarına gedirdilər. Övladlarında onların işini davam etdirmək
qabiliyyəti görəndə özlərini xoşbəxt sanırdılar. Bəli, işinin! Belə bir
qabiliyyət görməyəndə isə övladlanını elə sahəyə yönəldirdilər ki, öz
şəxsi imkanlarından istifadə edib özlərinə və xalqa daha çox fayda
verə bilsinlər. Çünki onlar nəslin şərəfini yüksək tuturdular,
övladlarını, müasir dillə desək, naqislik kompleksindən qoruyurdular.
Bizim dövrümüzdə, cəmiyyətə, fəhlə-kəndli dövlətinin mənafeyinə
sərbəst xidmət etmək yolunda bütün maneələrin dağıdılıb məhv
edildiyi bir zamanda isə bəzən elə diplomlu meşşanlar ortaya çıxır ki,
xalq etimadından, xalq pulundan özlərinin xeyrinə istifadə edirlər.
137
Övladlarını, nəvələrini, qohum-əqrəbasını öz kafedrasına.
laboratoriyasına, institutuna düzəldən, üstəlik, qabil olsalar da,
olmasalar da dissertasiya hazırlamağa, elm pillələri ilə yuxarı qalxmaq
üçün onlara imtiyazlı şərait yaradan professorlara, hətta akademiklərə
ziyalı deməyə adamın necə dili gələr?
Hüquq fakültəsinə gəlincə, burada da bizim qərarımız sağlam
olmayan bir meyllə bağlı idi. Biz aşkara çıxarmışdıq ki, bu fakültəyə
qəbul olunan tələbələrin böyük əksəriyyəti milis, prokurorluq,
məhkəmə, hüquq kafedraları, partiya və sovet orqanları işçilərinin
balalarıdır. Əsasən sui-istifadə ilə əlaqədar olan belə bir vəziyyət,
daha artıq dərəcədə isə onun zərərli nəticələri, inzibati orqanların
tərkibində bir növ qohumbazlıq və “irsiyyət” şəraitinin yarada biləcəyi
təhlükə bizi narahat edirdi.
Mən həmin təhriflərin əleyhinə çıxanda ilk vaxtlar qulağıma belə
sözlər gəlib çatırdı ki, bəs bu cür sərt tədbirlər nəyə lazımdır, axı,
həkim, müəllim, hüquqçu alim nəsilləri olmuşdur - baba, ata, oğul...
Bəs nə üçün indi bunu qadağan edirik? Bu suala cavabım belədir: bəli,
olmuşdur və ola da bilər, yalnız yüksək mənəviyyat zəminində, yalnız
istedada görə. Şahmatçı, neftçi, poladəridən, taxılçı sülaləsinə mənim
dərin hörmətim var və bu sülalələri yüksək qiymətləndirirəm. İşə
namuslu münasibətə əsaslanan varislik nəsillərdə əsl ziyalı
keyfıyyətləri yaradır həm fiziki, həm də əqli əmək adamlarında.
Leonid İliç Brejnevin indi bütün sovet xalqı tərəfindən böyük
maraqla oxunan “Xatirələr”ində nəsildən-nəslə keçən bu cür ziyalılıq,
ailə şərəfı nümunəsi verilmişdir: “Hər zaman olduğu kimi Brejnevin
anası ilə tanışlıqdan öz məqsədləri üçün istifadə etmək istəyən
adamlar da, hər cür şikayət və ərizələri “yerinə” çatdırmaq üçün ona
zorla verməyə çalışırlarmış. Deməliyəm ki, onun ağlına və nəzakətinə,
çox böyük təvazökarlığına mat qalmışam. Anam bu barədə mənə heç
nə demirdi, kənardan, başqalarından eşidirdim. Belə hesab edirdi ki,
mənim işlərimə qarışmağa ixtiyarı yoxdur. Xatirini nə qədər əziz
tutduğumu, onu nə qədər sevdiyimi bilirdi, amma bunu da bilirdi ki,
əgər xahişinə əsasən kiməsə, məsələn, mənzil işində kömək eləsəm,
deməli, başqalarının, anama ağız açmağı ağlına gətirməyən və ya buna
imkan tapmayan
138
adamların hesabına etmiş olacağam. Həmin adamların isə köməyə,
bəlkə də, daha çox ehtiyacı var”.
Brejnev yoldaşın kitabları bizim hamımıza sosializm işinə sədaqət
hissi, öz fıkir və əməllərimizi ən yüksək meyarla, kommunist
ideyalılığı meyarı ilə ölçmək bacarığı aşılayır, hər kəsi öyrədir ki,
gündəlik həyatında, əməli işində cəmiyyət qarşısındakı vətəndaşlıq
məsuliyyətini həmişə yadda saxlasın...
Hər kəsdən qabiliyyətinə görə, hər kəsə əməyinə görə. Bu,
sosializmin qanunudur. Lakin bir halda ki, həmin qanun təhrif edilir,
biz vəziyyəti düzəltmək üçün sərt tədbirlərə əl atırıq. Beləliklə, ziyalı
ailələrinin ənənələri yox, “əl əli yuyar, əl də üzü” kimi qarşılıqlı
himayədarlığa əsaslanan ailəçilik, proteksionizm və qohumbazlıq
zorbəyə məruz qahr. Biz bunun kökünü kəsəcəyik. Bilmək istəsəniz,
elə bu özü problemə məhz sinfi münasibətdir...
- Lakin bunlar heç də yerli xüsusiyyətlərdən doğan qüsurlar
deyil. “Tifılinin qeydinə qalıb” onu “nüfuzlu” institutadüzəltməyə,
övladının can-başla işləmək qabiliyyətinə malik olmadığını yaxşı bilə-
bilə onun üçün “isti” yer tapmağa cəhd göstərən valideynlər çoxdur.
Bu, əsl bəladır. Belə cavanlara “atabalası” deyirlər. Bir söz kimi
yazılır. Bəlkə də qanunla ümumi ciddi tələblər müəyyən etmək
lazımdır...Mən də həmin bəladan danışıram. Amma qanun
çıxarmaq... Əlavə bir qanun nəyimizə gərəkdir? XXVI qurultayda
deyildiyi kimi, bizdə yaxşı qanunlar az qəbul edilməmişdir, məsələ
onların dəqiq və sözsüz həyata keçirilməsindədir. Hər hansı qanun
yalnız o zaman yaşayır ki, yerinə yetirilsin özü də hamı tərəfindən və
hər yerdə.Konstitusiya var, kommunizm qurucusunun əxlaq kodeksi
var, vətəndaşlıq borcu var, sovet həyat tərzinin mənəvi prinsipləri var.
Konkret praktika da bütün bunların əsasında yaranır.
Məsələn, biz bağ binaları tikməyi, şəxsi avtomobil almağı, alimlik
dərəcəsi üçün dissertasiya müdafiə etməyi rəhbər partiya işçilərinə və
vəzifəli şəxslərə qadağan etməyə məcbur olmuşuq... Uzr istəyirəm,
Heydər Əliyeviç, biz ki qanunçuluqdan danışırıq! Bu isə, mülayim
desək...
139
Mülayim sözlər axtarmayım. Bəli, bu, iradi qərardır. Kommunist
Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi mən təklif etdim,
həmkarlarım razılaşdılar.
60-cı illərdə Bakıda bağ binaları tikintisi geniş miqyas almışdı.
Kim tikdirirdi? Əsasən rəhbər işçilər, ziyalılar. Nəticəsi nə olmuşdu?
Bir çox hallarda sui-istifadə: müəssisə və tikintilərin texnikasından,
nəqliyyat vasitələrindən, inşaat materiallarından, işçi qüvvəsindən
qanunsuz istifadə edilməsi. Üçtəlik, bağ binaları tikilməsi xüsusi
mülkiyyətçilik psixologiyasının, fərdiyyətçilik əhval-ruhiyyəsinin
dirçəlməsinə təkan verir, ictimai borcun yaddan çıxarılmasına səbəb
olur. Biz bəzi rəhbər işçilərə şiddətli cəza verdik, hətta partiyadan da
xaric etdik. Bağ binaları tikintisini qadağan etməyinizdən heç kim
zərər çəkmədi, cəmiyyətə isə bunun xeyri oldu. Zavod direktoru üçün
bağ yox, zavodun bütün kollektivi üçün pansionat, profılaktoriya. Biz,
bax bunu əsas götürürük. Son illərdə bu cür pansionatlar, istirahət
evləri, - o cümlədən rəhbər heyət üçün, - az tikilməmişdir. Respublika
ictimaiyyəti bizim tədbirlərimizi bəyənmişdir.
Fərdi avtomobillər almanın qadağan edilməsi avtomobil alveri
faktları ilə əlaqədardır. Həm də belə faktlar çoxalmışdır. Biz
avtomobil alıb-satmaq üstündə də bir çox məsul işçiləri cəzalandırmalı
olduq.
Mən təcrübəmizi kor-koranə götürüb tətbiq etməyi məsləhət
görmək fıkrindən uzağam. Belə qərarları biz özümüzdə yaranmış
kəskin vəziyyətə uyğun olaraq qəbul etmişik. Rəhbər işçilərin adma az
da olsa ləkə düşməməlidir. Bəs alimlik dərəcələri! Axı, biz həmişə
cəmiyyəti elmi qaydada idarə etmək zərurətindən danışırıq, Əgər
partiya işçisi və ya nazir həm də alimdirsə... - Güman edirəm ki, şairin
çox riyakarlıqla, lakin dəqiq şəkildə dəyişdirilmiş misralarına
bələdsiniz: “Alim olmaya da bilərsən, amma namizəd olmağa
borclusan”. İndi biz elmsiz keçinə bilmərik. Kim idarəetmə ilə məşğul
olursa, elmlərin, xüsusilə ictimai elmlərin əsaslarına yiyələnməlidir.
Üstəlik, öz əməli fəaliyyəti ilə elmə töhfə verməli, cəmiyyətdə
cərəyan edən hadisələri təhlil etməyi və bir anlıq qərarlar deyil, dərin
qərarlar qəbul etməyi bacarmalıdır. Biz bütün rəhbər işçilərdə bu
keyfıyyətlərin olmasmı istəyirik. Azərbaycan KP Mərkəzi
140
Komitəsi təbliğat və təşviqat şöbəsinin müdiri Əfrand Firudinoviç
Daşdəmirov sizinlə üzbəüz əyləşib. Hələ qırx yaşı yoxdur, amma
fəlsəfə eimləri doktorudur, professordur. MK aparatına alim kimi
gəlib və öz partiya işini elmi işlə əlaqələndirir. Bu, bizə fayda verir.
Hər bir qaydanın əsaslandırılmış istisnaları da var. Yoxsa qayda
ehkama çevrilər.
Lakin Sumqayıt Şəhər Partiya Komitəsinin keçmiş birinci katibi
Balakişiyevin texnika elmləri namizədi alimlik dərəcəsi almasını əsla
normal vəziyyət hesab etmək olmaz. Axı, o, partiya işinə keçməzdən
əvvəl elmi tədqiqatla məşğul olmamışdı, heç mühəndis də
işləməmişdi, ömründə istehsalatda çalışmamışdı. Buna görə də
yoxlamanın nəticələri təəccüb doğurmur. Bu nəticələr oyanan şübhəni
təsdiq etmişdir: Balakişiyev əslində dissertasiyanın müəllifi olmamış,
özgə əməyindən istifadə etmişdir. Balakişiyev sovet alimi adına
yaraşmayan hərəkətlərinə görə SSRİ Ali Attestasiya Komissiyasnın
1981-ci il 12 avqust tarixli qərarı ilə alimlik dərəcəsindən məhrum
edilmişdir. Daha əvvəl Balakişiyev işdəki ciddi nöqsanlarının; görə
vəzifədən götürülüb sıravi işə göndərilmişdir.
Lakin bu, yeganə hadisə deyildi. 60-cı illərdə rəhbər işçilər
arasında alimlik dərəcəsi almağa aludəçilik dəb düşmüşdü. Biz belə
bir nəticəyə gəldik ki, bunun nə elm üçün əməli faydası var, nə də
partiya, dövlət fəaliyyəti üçün. Zərəri, mənəvi ziyanı isə çoxdur.
Rəhbər işçilər öz vəzifələrindən sui-istifadə edirdilər, alimlərin sıraları
isə zibillənirdi. Qadağan etməyimizin səbəbi bax budur.
Belə mənəvi yasaqlara dair gətirilən misallar, bəlkə də,
gözlənilməzdir. Lakin əmək kollektivində mənəvi yasaq özlüyündə o
qədər də nadir hadisə deyildir. Bu, şərəf və vicdan haqqmda sosialist
anlayışlarından irəli gəlir, müəyyən şəraitdə konkretlik kəsb edir. Həm
də kollektivə başçılıq edən rəhbərin qarşısına xüsusi tələblər qoyur.
Rəhbər işçinin mənəvi siması, mənəvi nümunəsi adamların
tərbiyəsində mühüm amildir. Əgər rəhbər işçi, məsələn, tribunadan
xırda burjua psixologiyasının qalıqlarını qamçılayıb lənətləyirsə, şəxsi
həyatında isə öz vəzifəsindən sui-istifadə edirsə, sərvət toplamaqla,
qızıl almaq, alver etməklə məşğul olursa, həyatda
141
əşyadan və puldan başqa heç bir sərvət tanımayan adamdan yüzqat
təhlükəlidir.
Heydər Əliyeviç, hətta Qərbdə sosializmi tez-tez social təminatlar
quruluşu adlandınrlar. Özü də bizdə hər bir adam bunu hər gün yəqin
edə bilər. Bununla belə, görürsən, adamlar artıq ehtiyatlar
yaradırlar. Buna səbəb nədir? Onları qorxudan bəlkə beynəlxalq
vəziyyətdir? Beynəlxalq vəziyyət nə qədər gərgin olsa da, onun
buraya heç bir dəxli yoxdur. Gərgin beynəlxalq vəziyyət normal
vətəndaşda sülhün, öz yaxın adamların müqəddəratı üçün təşviş
oyadır, öz evini, öz Vətənini müdafiə etmək əzmi yaradır. Mən sadə
əməkçilərlə görüşəndə tez-tez bunun şahidi oluram. Onlar
partiyamızın və hökumətimizin sülhü qoruyub saxlamaq qabiliyyətinə
özlərinin möhkəm inamını da ifadə edirlər. Leonid İliç Brejnev
dəfələrlə qeyd etmişdir ki, Sov.İKP MK və Sovet dövləti sülhü
qoruyub saxlamaq, sürətlə silahlanmanın qarşısını almaq,
təcavüzkarları dəf etmək üçün bütün tədbirləri görəcəkdir.
Ehtiyat toplayanların psixologiyası məni də maraqlandırır. Bəzən
onların açıq-saçıq cavablarını eşidirsən. Bakı şəhəri Şaumyan Rayon
İcraiyyə Komitəsinin keçmiş sədri, qızıl pul alıb yığmaqda ifşa
edilmiş Əhmədov Kommunist Partiyası MK-sı bürosunun iclasında
beləcə də demişdi: “Dar gün üçün”. Onlar layiq olmadıqları yeri tutar-
tutmaz öz “dar günləri” üçün qorxmağa başlayırlar. İnamsızlıq,
nigarançılıq, labüd uğursuzluq hissi bu bədbəxtləri qarabaqara izləyir.
Əgər onların keçmişinə baxsaq, indicə haqqında danışdığımız
əhvalatlara hökmən rast gələrik: ali məktəbdə yer rüşvətlə alınıb,
diplom pula alnıb, dissertasiya da, “gəlirli yer” də və i.a.
Bumeranq geri qayıdır. Bəla burasındadır ki, o, nəinki həyatımızın
qanununu pozan adamın şəxsi taleyinə, həm də çoxlu başqa adama
zərbə vurur, dayaqlarımıza və prinsiplərimizə zərbə vurur, ədalətə və
paklığa inamsızlıq yaradır. Məndə belə bir təəssürat oyandı ki, sizdə
rüşvətxorluq cinayətin hər hansı başqa növünə nisbətən daha çox
nifrət oyadır. Şair Fikrət Qoca isə hətta deyir: “Rüşvət kürəyimizə
sancılan xain bıçağıdır...” Nə üçün məhz rüşvət?
142
Ona görə ki, rüşvət universal cinayətdir. Bütün başqa eybəcərliklər
onun ətrafında dolanır. Rüşvətxor əlaltından dublyonka, palto satmır,
dövlətin mənafeyini satır, öz fəaliyyətini satır, başqa birisi isə pul
verib bunları alır. Şairin aforizmi mübaliğə deyildir. Keçmişin mənfur
qalığı yaşayırsa, bunun təqsiri hər birimizin üzərinə düşür, hətta təmiz,
pak adamm da, hətta rüşvət alanlara və rüşvət verənlərə nifrət edən
adamın da. Şəxsi təmiz olmaq və şəxsi çiyrinmək hələ vətəndaşlıq
ləyaqəti deyildir. Vətəndaşlıq fəallıq deməkdir, şərə qarşı mübarizə
aparmaq bacarığı və arzusu deməkdir. Publisistlərdən neçə illərdi ki,
Rubinovun “Brilyant əllər” məqaləsi kimi bir çıxış gözləyirdim. Lakin
“Literaturnaya qazeta” şəxsi gəlir haqqında hesabat formasını tapmağı
yalnız təklif etməklə kifayətlənib, bunun üçün tədbirlər
hazırlanmasına çalışmasa, yarı yolda qalmış olar.
Yəqin ki, siz publisistlər də bəzən çətinlik çəkirsiniz. İfşa edilmiş
və hələ ifşa edilməmiş oğrular, rüşvətxorlar, görünür, çığır-bağır
salırlar ki, siz ”rəhbərin nüfuzunu” sarsıdırsınız. Bizdə də belə şeylər
olur. Lakin biz sosialist qanunçuluğuna ən ciddi əməl edilməsi
uğrunda mübarizə aparmaq, xidmət mövqeyindən hər hansı şəkildə
sui-istifadə edilməsinə qarşı mübarizə aparmaq, cəmiyyətimizin
mənəvi sərvətləri uğrunda mübarizə aparmaq haqqında partiyanın
göstərişlərini unutmuruq.
Leonid İliç Brejnev demişdir: “Bu cür hallara qarşı mübarizədə
əmək kollektivinin rəyindən də, mətbuatın tənqidi çıxışmdan da,
inandırma metodlarmdan da, qanunun gücündən də - ixtiyarımızda
olan bütün vasitələrdən tamamilə istifadə edilməlidir”.Sizin tanınmış
bir hüquqçunıız demişdir: “Zəhmətsizgəlirlə yaşayan adam
“zəhmətli” gəlir haqqında arayışı pul ilə həmişə ala bilər”. Bunu
yoxlamaq asandır. Həm arayış alanı, həm arayış verəni lazımınca
cəzalandırmaq da. Başlıcası isə budur ki, şərin kökünü kəsmək
üçün görülən konkret tədbirlər özlüyündə əlahiddə bir məqsəd
deyildir. Bunlar qanunun pozulmasına qarşı ümumi dözülməzlik
sisteminə möhkəm daxil olmalıdır. Qəzetin çıxışı fəal həyat
mövqeyinin təzahürü nümunələrindən biridir. Real tədbir görülməsə,
fəal mövqeyin
143
heç bir faydası yoxdur. Fəal vətəndaşlıq mövqeyinin
yaradılması dövrümüzdə bütün ideoloji işin özəyidir.
1979-cu ilin aprelində Bakıda “Fəal həyat mövqeyinin
formalaşdırılması: mənəvi tərbiyənin təcrübəsi və aktual problemləri”
mövzusunda Ümumittifaq elmi-praktik konfransının keçirilməsi bu
baxımdan böyük hadisə olmuşdur. Belə konfranslar kommunizm
ideallarnın bərqərar edilməsinin əməli təcrübəsini, mənfı hallara qarşı
mübarizə təcrübəsini ümumiləşdirməyə, ictimai elmlərin müəyyən
dərəcədə geri qalmasına son qoymağa kömək edir: ictimai elmlər hələ
çox zaman məsələləri, tutaq ki, etika problemlərini mücərrəd fəlsəfı
səviyyədə, Vladimir İliç Leninin “adi adamların əməli hərəkatı”
adlandırdığı hərəkatdan ayrılıqda araşdırır. Sov. İKP MK Siyasi
Bürosunun üzvü, MK katibi Mixail Andreyeviç Suslov da bu
yaxınlarda ali məktəblərin ictimai elmlər kafedraları müdirlərinin
Ümumittifaq müşavirəsində məhz sxolastik nəzəriyyəbazlığa, xırda
məsələlər ətrafında mənasız diskussiyalara aludəçilikdən qətiyyətlə ol
çəkmək lüzumundan danışmışdır.
Elmi-texniki inqilab, rifahın yüksəlməsi, asudə vaxtın
çoxalması, savadın artması kimi mütərəqqi hadisələrin müasir həyata
gətirdiyi bir çox ziddiyyətlər kompleks qaydada -mənəvi, sosial,
siyasi cəhətdən idarə olunmasa, mənfı nəticələr də verə bilər.
Sosializm cəmiyyətində bu prosesdə əsas rolu əmək kollektivi öz
öhdəsinə götürür və onun əhəmiyyətinin getdikcə artması
Konstitusiyada qeyd edilmişdir. Əmək kollektivində yalnız əmək
alətləri deyil, insani münasibətlər də mükəmməl olmalıdır. Bakı
məişət kondisioneri zavodu bu cür ahəngdar əlaqənin timsalı ola bilər.
Müəssisənin partiya təşkilatı iqtisadi, təşkilati və ideoloji amillərin
təsiri sistemini əməli şəkildə işləyib hazırlayaraq sosialist ictimai
istehsalının humanist məqsədlərini hər bir əməkçiyə aydın göstərir.
Yaxud neftçi kollektivlərini, xüsusilə dəniz neftçiləri kollektivlərini
götürək. Orada hər şey yüksək mənəviyyata əsaslanır. Leonid İliç
Brejnev çox obrazlı şəkildə demişdir: ”Dəniz neftçilərinin əməyi
ikiqat qəhrəmanlıqdır”.
İdeyanın kütlələrə hakim kəsildikdən sonra maddi qüvvəyə
çevrildiyi haqqında Marks müddəasının düzğünlüyünü əyani
144
şəkildə görüb yəqin etmək olar. - Respublikanın iqtisadi
müvəffəqiyyətləri arxasında biz Azərbaycan KP Mərkəzi Komitəsi
xəttinin mənəvi cəhətdən bəyənildiyini, rəhbər partiya, sovet
işçilərinin zəhmətkeşlərin həyatını daha da fıravanlaşdırmaq,
dolğunlaşdırmaq və ülviləşdirmək niyyətlərinin səmimiliyinə etibar
edildiyini görürük.
Respublikanın nailiyyətləri partiya və dövlət tərəfındən yüksək
qiymətləndirilmişdir. Azərbaycan SSR onuncu beşillik planı
vaxtından əvvəl yerinə yetirdiyinə görə üçüncü Lenin ordeni ilə təltif
olunmuşdur. 1980-ci il və bütün beşillik üçün Ümumittifaq sosializm
yarışının yekunlarına görə respublika dalbadal on birinci dəfə Sov.İKP
MK-nın SSRİ Nazirlər Sovetinin, ÜİHİMŞ-in və ÜİLKGİ MK-nın
Qırmızı bayrağı ilə mükafatlandırılmışdır.
Leonid İliç Brejnev 1978-ci ilin sentyabrında Bakıya gəlmişdi.
Sov.İKP MK-nın Baş katibi respublikanın müvəffəqiyyətləri ilə tanış
olduqdan, onun şanlı əməkçiləri ilə görüşdükdən sonra təəssüratına bu
sözlərlə yekun vurmuşdu: “Azərbaycan iri addımlarla irəliləyir!”
Biz bu tərifdən ruhlanaraq respublikanın irəliləyişinin
ləngiməməsindən ötrü əlimizdən gələni edirik. Biz iqtisadiyyatı böyük
sürətlə yüksəltməyi nəzərdə tutmuş, on birinci beşillik üçün gərgin
planlar müəyyənləşdirmiş və elə birinci ildən yaxşı nəticələrə nail
olmuşuq.
Cari ildə hava şəraiti əlverişli olmasa da, tarla əməkçiləri yenidən
görkəmli qələbə qazanmışlar. Dövlətə bir milyon 13 min ton pambıq
satılmışdır ki, bu da keçən il tədarük edilmiş rekord həcmdən 129 min
ton çoxdur; bir milyon 608 min ton üzüm satılmışdır ki, bu da rekord
il olan 1980-ci ildəkindən 210 min ton çoxdur. Azərbaycan ölkədə ən
iri üzüm istehsalçısına çevrilmişdir.
Brejnev yoldaş bizi böyük nailiyyətlər münasibətilə ürəkdən təbrik
edib göstərmişdir ki, hər il planların və sosialist öhdəliklərinin
tamamilə və artıqlamasilə yerinə yetirilməsi, məhsuldarlığnın, bütün
kənd təsərrüfatı məhsulları istehsalının və dövlətə satışının durmadan
artmasının təmin edilməsi respublika əməkçilərinin yaxşı ənənəsinə
çevrilmişdir.
Sənaye və tikinti də yaxşı sürətlə inkişaf edir. Bu il məhsul
artımının 81,4 faizi əmək məhsuldarlığının yüksəldilməsi
145
hesabına əldə olunmuşdur. Keyfiyyət nişanlı məhsul istehsalının
həcmi 29,5 faiz artmışdır.
Respublikanın və bütün ölkənin iqtisadi müvəffəqiyyətləri ona
görə fərəhlidir ki, bunlar xalqın rifahının yüksəlməsi deməkdir, çünki
XXVI qurultayda deyildiyi kimi, konkret adama konkret qayğı
partiyanın iqtisadi siyasətinin əzəli məqsədi və son məqsədidir.
Lakin istehlak mədəniyyəti tərbiyə etməyi yaddan cıxarmaq
olmaz. Bu, sosialist həyat tərzinin bir ünsürüdür. Bayaqdan haqqında
danışdığımız ziyalıların fəallığı üçün burada geniş meydan vardır. Əsl
ziyalı rifahın mənasının və məzmununun, şəxsi və ictimai qarşılıqlı
münasibətin başa düşülməsinə kömək etməyə çalışır. Başqa bir ziyalı
isə vəzifəyə keçəndən sonra öz meşşan instinktlərinə meydan verir.
Deməli, iki yol var: müasir əşyaların köməyi ilə yüksəlmək yolu. Bir
də əşyaların ucbatından uçuruma yüvarlanmaq yolu.
Biz fəal həyat mövqeyinin formalaşdırılmasma bu qədər böyük
əhəmiyyət verərəkən təkcə sosial cəhətdən fəal şəxsiyyətin ictimai
proseslərin idarə olunmasına kömək etdiyini yox, həm də bu
şəxsiyyətin özünün yeni həyat sərvətləri əldə etdiyini, yeni sevinclərə
qovuşduğunu nəzərdə tuturuq.
Siz dediniz ki, insanın fəal mövqeyi konkret hərəkətlərdə təzahür edir.
Amma məlumdur ki, adamın başına öz hərəkətləri üçün heç də həmişə
çələng qoymurlar.
Azərbaycan kinostudiyasının “İstintaq” fılmində, - yeri gəlmişkən
deyim ki, o, moskvalılara böyük təsir bağışlamışdır, - müstəntiq Seyfı
əsl cinayətkarları - keçmiş vəzifəli şəxsləri üzə çıxarıb ifşa etmək üçün
əlindən gələni edir. Filmin yaradıcıları - ssenari müəllifi Rüstəm
İbrahimbəyov və rejissor Rasim Ocaqov ”qanun hamı üçün qanundur”
prinsipini publişistcəsinə kəskinləşdirmişlər. Lakin bu prinsipin zəfər
çalması üçün fılmin qəhrəmanın nəinki təzyiqə, hədələrə sinə gərir,
həm də istintaqın bəzi prosessual normalarına etinasızlıq göstərməyə
məcbur olur. Güman etmək olar ki, bunıın üçün cəzalandmlacaqdır.
Qanun hamı üçün qanundur! Şair demişdir ki, “xeyirxahlığın gərək
yumruğu olsun”. Lakin ədliyyənin də yumruğu var.
146
Yaxud da, bir halda ki, misalları incəsənət əsərlərindən gətiririk,
Eldar Ryazanovun çoxdan çəkilmiş, lakin köhnəlməyən
“Avtomobildən özünü qoru!” filmini yada salaq. Hakimlər və
iclasçılar rəğbət hissinə güc gəlib hədsiz təmənnasızlığına görə hətta
sevən qadının da səfeh adlandırdığı Yuri Detoçkin barədə hökm
çıxanrlar. Doğrudur, qanun-qaydanı bu cür “pozanlara” münasibət
müxtəlifdir. Ələlxüsus qanunun quru hərfınin keşiyində dayananlar
arasında. Bir hüquqçu təəssüflə demişdir ki, Smoktunovski “anarxisti”
məlahətli qəhrəmana çevirmişdir.
Mənimsə Yuri Detoçkindən xoşum gəlir! Əlbəttə, səhvi ondadır ki,
təkbaşına iş görür. Lakin yəqin ki, başqa cür hərəkət etmək əlindən
gəlmir. Seyfinin də əlindən gəlmirdi. Hər adam səhv edə bilər. Hər şey
onun hansı mənəvi mülahizələri rəhbər tutmasından asılıdır.
Filmin yaradıcıları ictimaiyyətin diqqətini fırılldaqçılara qarşı daha
fəal mübarizə aparmaq lüzumuna cəlb etmiş, onların vəziyyətə
uyğunlaşmasının yeni növlərini göstərmişlər. Detoçkin və Seyfi kimi
adamların sayəsində mənfi hallara qarşı mübarizə daha
müvəffəqiyyətlə gedir. Belə adamlar mübarizə formalarnı və
metodlarını seçməkdə səhv etsələr də, sayca laqeydlərdən daha çox
olsalar yaxşıdır.
Yazıçılar, şairlər, kinematoqrafçılar sürətlə dəyişən həyatla
qanunlar arasında olan ziddiyyətləri konfliktli vəziyyətlərdə
göstərirlər. Ziddiyyətlər təkcə hüquqşünaslığa yox, adət edilmiş
təsəvvürlərə, köhnəlmiş ənənələrə, ilk nəzərdə sarsılmaz görünən
davranış qaydalarına da aiddir. Beləliklə, sənətkarlar öz vətəndaşlıq
mövqelərini ifadə edərək cəsarətlə parlaq bədii əsərlər yaradırlar.
Ədəbiyyatın həyatdan geri qalmasına yalnız təəssüf etmək olar.
Mən ən əvvəl Azərbaycan yazıçılarını nəzərdə tuturam. Bizdə
kommunist
əxlaqının antipodlarına qarşı Azərbaycan
kommunistlərinin indiki mübarizəsini əks etdirən, cəsur və vicdannlı
müasir cəngavərlərin obrazları olan əsərlər hələ az yaradılır. Halbuki
real həyatda belə adamlar çoxdur!
Bir halda ki, söhbət ədəbiyyatdan düşdü, deməliyəm ki, sosialist
realizmi ədəbiyyatı mənfı hallara qarşı mübarizədə, kommunizm
ideallarının bərqərar edilməsi uğrunda mübarizədə, bütün dünyada
sülhün qələbəsi uğrunda, dağıdıcı
147
şər qüvvələr üzərində insan idrakının təntənəsi uğrunda mübarizədə
həmləvərlik, hətta davakarlıq kimi bir keyfıyyətə malik olmalıdır.
Fəzilətlərin zirvələrə doğru yolu həmişə daşlı-kəsəkli olmuşdur!
Qətiyyətli adamların sevinc hissi süst, ətalətli. “mənə dəxli yoxdur”
mövqeyi tutan adamlara, xüsusilə fırıldaqçılara, dələduzlara, xalq
malını oğurlayanlara heç bir zaman nəsib ola bilməz. Belələrinin
iztirablarına kimsə şərik olmaz, onların çəkdiyi labüd cəzanı heç kim
hədsiz dərəcədə şiddətli cəza saymaz.
Şərə qarşı mübarizənin zirvəsində vəziyyət kəskinləşir. Sonra
nisbətən dinc şərait yaranır və yüksək mənəviyyat bütün həyata
istiqamət verir. Biz idealist deyilik və iddia etmirik ki, xeyirin şər
üzərində əbədi mütləq qələbəsinə nail olacağıq. Lakin tərəzinin haqq-
ədalət, qanunçuluq, ideyalılıq qoyulan gözünün ağır gəlməsinə nail ola
bilərik və olmalıyıq. Sarsıntılar vardır və yenə də olacaqdır, lakin
bunlar dərhal qanunun, rəhbərliyin, ictimaiyyətin diqqətini cəlb
edəcəkdir.
Biz həyat tərzimizin əxlaq prinsiplərini bərqərar etmək uğrunda
mübarizədə ictimai rəyin öyrənilməsinə və nəzərə alınmasına xüsusi
əhəmiyyət veririk. Deməliyəm ki, bu, işdə çox köməyimizə yetir.
Aşkarlıq, görülən tədbirlər və onların nəticələri haqqında
müntəzəm olaraq geniş məlumat verilməsi, bunun üçün mətbuat
orqanlarından, radio və televiziyadan səmərəli istifadə olunması
sosialist demokratiyasını inkişaf etdirməkdə, kütlələrin sosial
fəallığını yüksəltməkdə çox mühüm amildir.
Lap bu yaxınlarda MK bürosunda biz Bakının Nərimanov
rayonunda hüquq qaydalarının mühafizəsində və hüquq pozuntularına
qarşı mübarizədə olan ciddi nöqsanlar haqqında məsələ müzakirə
etdik. Hüquq-mühafizə və sovet orqanlarının rəhbərlərinə şiddətli cəza
verməli olduq. MK-nın bu məsələyə dair qərarını respublika
mətbuatında dərc etdik. Sonra Azərbaycan KP MK yanında ictimai
rəyi öyrənmə və sosioloji tədqiqatlar mərkəzi zəhmətkeşlərə müraciət
edib qərarda deyilənlər barəsində öz mülahizələrini bildirməyi xahiş
etdi. Minlərlə təklif, məsləhət alınmışdır. Hamısında da qərarımız
bəyənilir.
148
Təkliflərin və məsləhətlərin bir çoxu əməli cəhətdən
məqsədəuyğun olması ilə fərqlənir. Məsələn, milis, məhkəmə,
prokurorluq işçilərinin əhali qarşısında hesabatları qayda şəklini
almışdır.
Bütün bunlar partiya və dövlət intizamının, kommunist əxlaqı
normalarının pozulmasına qarşı barışmazlıq şəraiti yaradır, mənfı
hallara qarşı fəal mübarizələr, sosialist həyat tərzi prinsiplərinin
bərqərar edilməsi uğrunda mübarizlər tərbiyə edir.
Sov.İKP qurultaydan-qurultaya möhkəmlənir və sosialist həyat
tərzini təkmilləşdirmək problemlərinin həll olunmasında, cəmiyyətin
idarə edilməsinə dair Lenin prinsiplərinin inkişaf etdirilməsində, sovet
demokratiyasının inkişaf etdirilməsində, kommunizm ideallarının
bərqərar edilməsində partiyanın xətti dərinləşir, konkret adama, onun
həm maddi, həm də mənəvi rifahına qayğı daha da konkretləşir.
Biz yabançı, yamaq kimi görünən nə varsa hamısından
təmizlənmək prosesinin zəruriliyindən, “qanun hamı üçün qanundur”
prinsipinin pozulmazlığından, ən əvvəl konstitusiya mənasında və
mənəvi mənada pozulmazlığından məhz buna görə inamla danışırıq.
Heydər Əliyeviç, poeziyanın ülvi sözləri ilə müvəffəqiyyət arzulamaq
lap yerinə düşər.
Nizami demişkən:
“Qoy ədalət zəfər çalsın,
Zülm məhv olub, alçalsın.
Şərəflənsin qoy səxavət,
Mərdlərə halaldır şöhrət”.
Bəli, XII əsrin böyük Azərbaycan şairi Nizami Gəncəvi
demişdir:
“Təmkinli ol, lovğalığı, sərvəti
At, yanıb tonqalda qoy külə dönsün!
Əgər istəyirsən ürəyin gülə,
Qoyma pis niyyətlər fikrinə gələ.
Nalayiq əməllər görsən harada
Odlu nəfəsinlə yandır, məhv elə!”
149
Söhbəti aparmışdır: Antonina QRİQO “Literaturaaya qazeta”, 18
noyabr 1981-ci il.
Dostları ilə paylaş: |