Gürcüstan Hökumətİ



Yüklə 165,5 Kb.
səhifə1/22
tarix28.12.2021
ölçüsü165,5 Kb.
#16386
  1   2   3   4   5   6   7   8   9   ...   22

Tolerantlıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiyanın və 2014-cü il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat



Gürcüstan Hökumətİ

Dövlət İdarələrarası Komİssİyası

Barışıq və Vətəndaş Bərabərlİyİ Məsələlərİ üzrə Gürcüstan Dövlət Nazİrİ Aparatı



Tolerantlıq və Vətəndaş İnteqrasiyasının Milli Konsepsiyasının və 2014-cü il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə

Hesabat

Mart, 2015-ci il

BARIŞIQ VƏ VƏTƏNDAŞ BƏRABƏRLİYİ MƏSƏLƏLƏRİ ÜZRƏ GÜRCÜSTAN DÖVLƏT NAZİRİ APARATI

Ünvan: Tbilisi, 0134, Q. Leonidze küç. №3/5

Tel.: +995 32 2923299; +995 32 2922632

Veb-səhifə: www.smr.gov.ge

E-mail: tinagog@hotmail.com

Mündəricat

Giriş……. .............................................................................................................................................. .4

I. Qanunun aliliyi……... ...................................................................................................................... ...5

II. Təhsil və Dövlət dili……………. ................................................................................................... ..8



III. Media və informasiyanın əlçatanlığı................................................................................................ 15

IV. Siyasi inteqrasiya və vətəndaşların iştirakçılığı……….................................................................. 16

V. Sosial və regional inteqrasiya………….............................................................................................18

VI. Mədəniyyət və identikliyin qorunub-saxlanması…..........................................................................20

VII. Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Aparatı tərəfindən görülmüş işlər..........................................................................................................................................................22



Giriş

Barışıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiya və 2009-2014-cü illər üçün Fəaliyyət Planı dövlətin etnik azlıqlarla bağlı həyata keçirdiyi siyasətin mühüm alətlərindən birini təşkil edir. Bu sənəd Gürcüstan hökumətinin 2009-cu il mayın 8-ində qəbul etdiyi 348 saylı sərəncamı ilə təsdiqlənmişdir. Reinteqrasiya Məsələləri üzrə Gürcüstan Dövlət Naziri Aparatına1 etnik azlıqlara münasibətdə yeni siyasətin işlənib hazırlanması, koordinasiyası və hesabatın verilməsi həvalə olundu. Bu prosesləri əlaqəli şəkildə yönləndirmək məqsədilə Reinteqeasiya məsələləri üzrə Dövlət Aparatının 2009-cu il 3 iyul 14 saylı əmri əsasında Dövlət İdarələrarası Komissiyası yaradıldı.

Komissiyanın tərkibinə Reinteqrasiya Məsələləri üzrə Dövlət Naziri Aparatının rəhbərliyi və məsul işçiləri, müvafiq dövlət idarələrinin, nazirliklərin, idarələrin və təşkilatların, eləcə də Tbilisi Sakrebulosunun və milli azlıqların məskunlaşdığı bölgələrin üç diyar administrasiyası nümayəndələri daxil oldular. Komissiyanın fəaliyyətinə aşağıdakı idarələr daxildirlər:



  • Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstan Dövlət Naziri Aparatı;

  • Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi;

  • Gürcüstan Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi;

  • Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyi;

  • Gürcüstan Ədliyyə Nazirliyi;

  • Gürcüstan Təhsil və Elm Nazirliyi;

  • Gürcüstan İdman və Gənclərlə İş üzrə Nazirlik;

  • Gürcüstan Daxili işlər Nazirliyi;

  • Gürcüstan Prezident Administrasiyası;

  • Milli Təhlükəsizlik Şurası Aparatı;

  • Gürcüstan Xalq Müdafiəçisi Aparatı;

  • Gürcüstan Mərkəzi Seçki Komissiyası;

  • Tbilisi Sakrebulosu;

  • Kvemo Kartli diyarında Dövlət qəyyumunun- Qubernatorun Administrasiyası;

  • Samsxe- Cavaxeti diyarında Dövlət qəyyumunun -Qubernatorun Administrasiyası;

  • Kaxeti diyarında Dövlət qəyyumunun -Qubernatorun Administrasiyası;

  • Gürcüstan İctimai Yayımı;

  • Müəllimlərin Peşəkarlığının İnkişaf Etdirilməsi Mərkəzi;

  • Qiymətləndirmə və Milli İmtahan Mərkəzi;

  • Gürcüstan Parlamentinin Milli Kitabxanası.

Cari hesabat 2014-cü ilin Fəaliyyət Planı əsasında nəzərdə tutulmuş altı strateji istiqamət–Qanunun aliliyi, Təhsil və dövlət dili, Media və informasiyanın əlçatanlığı, Siyasi inteqrasiya və vətəndaş iştirakı, Sosial və regional inteqrasiya, Mədəniyyət və identikliyin qorunub-saxlanılması –Gürcüstan hökumətinin həyata keçirdiyi tədbirləri əks etdirir. Hesabat dövrü ərzində Fəaliyyət Planının yerinə yetirilməsində Prezident Administrasiyası, Milli Təhlükəsizlik Şurası və Tbilisi Sakrebulosu iştirak etməmişdir.

2014-cü ildə “Tolerantlıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiya və 2009-2014-cü illər Fəaliyyət Planının” müddəti başa çatdı və Dövlət Naziri Aparatı yeni strategiyalar və növbəti illər üçün fəaliyyət planı üzərində işləməyə başladı. Bu məqsədlə Dövlət Naziri Aparatı və Müstəqil ekspertlər qrupu birgə şəkildə Tolerantlıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiya və 2009-2014-cü illər Fəaliyyət Planının yerinə yetirilməsi üzrə sənəd hazırladılar. Bu sənəddə konsepsiyanın yerinə yetirilməsi zamanı meydana çıxan müsbət və mənfi tendensiyalar öz əksini tapdı, eləcə də tövsiyələr işlənib hazırlandı. Yeni strategiya və fəaliyyət planında bütün müsbət nəticələr öz əksini tapacaq , aşkarlanmış boşluqlar və çatışmazlıqlar isə nəzərə alınacaqdır.

Hesabat dövründə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirilən “Gürcüstanda milli inteqrasiyanın gücləndirilməsi” layihəsi çərçivəsində planlaşdırılmış tədbirlərin yerinə yetirilməsində Gürcüstan BMT Assosiasiyası (UN Association of Georgia) Dövlət Naziri Aparatını fəal şəkildə dəstəkləmişdir.


  1. Qanunun aliliyi

Gürcüstan Ədliyyə və Daxili İşlər Nazirlikləri, eləcə də etnik azlıqların məskunlaşdığı regionların Diyar Administrasiyaları qanunun aliliyi istiqamətində fəaliyyət göstərirlər.

Hesabat dövründə müxtəlif növ tədbirlər həyata keçirilmiş və bu tədbirlər qarşıya qoyulmuş məqsədlərin yerinə yetirilməsinə yönəlmişdi : Parlament bütün formalarda mövcud diskriminasiyanın aradan qaldırılması ilə bağlı qanunvericilik qəbul etdi, eləcə də İnsan hüquqları strategiyası və Fəaliyyət planı təsdiqləndi (sənədin əhəmiyyətli hissəsini etnik azlıqların hüquqlarının müdafiəsi məsələləri təşkil edir ).


Yüklə 165,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin